(Bu fəsil Yaradılış Kitabının 32-ci və 33-cü fəsillərinə əsaslanır)
Yaqub İlahi əmrə itaət edərək Paddan-Aramı tərk etdi və iyirmi il əvvəl Esavdan qaçdığı yol ilə getdi. Öz atasını aldadaraq etdiyi günah həmişə onu əzirdi. O başa düşürdü ki, onun uzun müddət sürgün olunması bu günahın birbaşa nəticəsidir. O bu haqda gecə-gündüz düşünürdü, vicdan əzabı onun bu səfərini daha kədərli edirdi. Uzaqdan görünən doğma təpələr ulu atanın qəlbini titrətdi. Bütün keçmiş aydın surətdə onun önündə durdu. Lakin etdiyi günah haqqındakı xatirələrlə yanaşı ona Allah mərhəməti haqqında, Allahın kömək və bələdçilik əhdləri haqqında fıkirlər meydana gəldi. AP 162.1
Yaqubun safari sona çatırdı və Esavla görüş haqqındakı tutqun fıkirlər ona getdikcə daha tez-tez əzab verirdi. Yaqubun qaçmasından sonra Esav özünü ata sərvətinin yeganə varisi hesab edirdi. Yaqubun qayıtması haqqındakı şayiələr onu mirasin taleyi üçün qorxmağa məcbur edə bilərdilər. Onun üzərinə yalnız qisas hissindən deyil, həm də artıq çoxdan özününkü hesab etdiyi sərvətə tam sahib olmaq üçün hücum edərək Esav öz qardaşına indi çox pislik edə bilərdi. AP 162.2
Rəbb yenidən Yaquba Öz İlahi qayğısınm əlamətini göndərdi. O, Gilead dağından cənuba səfər edəndə səma mələkləri sanki karvanı əhatə edib onu etibarla qoruyurdular. Yaqub Bet-Eldə öz çoxdankı yuxusunu xatırladı və İlahi elçiləri görəndə onun çaşqın qəlbi bir qədər yüngülləşdi, bu mələklər onda da, Kənandan qaçanda da, ona ümid və ruh verirdilər, indi də qayıtdığı vaxtda, onu qoruyurdular. O dedi: “bu, Allahın ordugahıdır”. Həmin yeri “Maxanayim” - “iki mələk dəstəsi”, yaxud “iki ordugah” adlandırdı. AP 162.3
Lakin Yaqub hiss edirdi: öz təhlükəsizliyinin qayğısına qalmalıdır. Buna görə də o öz adamlarını dostluq salamı ilə qardaşının yanına göndərdi və onların Esava müraciət etməli olacaqları sözləri dəqiq başa saldı. Hələ iki qardaşın doğulmasından əvvəl qabaqcadan deyilmişdi ki, böyük kiçiyə tabe olacaqdır və bu haqda xatirələrin münaqişələrə səbəb olmaması üçün Yaqub öz qulluqçulanna dedi ki, onları “öz ağası Esavın yanına” göndərir və onlar onun qarşısında Yaquba əsaslanaraq deməli idilər: “qulun Yaqub”. Guya öz vərəsəlik payını qoparmaq istəyən yoxsul sərgərdanın qayıtması ehtimalını yox etmək üçün Yaqub onlara belə deməyi əmr etdi: “Mal-qaram, eşşəklərim, qoyun-keçim, qullarım və qaravaşlarım oldu. Mən ağama xəbər vermək üçün yanına qasidlər göndərdim ki, sənin gözündə lütf tapım”. AP 163.1
Lakin xidmətçilər bu xəbərlə qayıtdılar ki, Esav onların dost sözlərinə heç bir cavab vermədi, ancaq dörd yüz adamla onların qarşısına gəlir. Aydın idi ki, o qisas almaq istəyirdi. Bütün köçü dəhşət bürüdü. “Yaqub çox qorxub həyacanlandı”. O artıq geriyə qayıda bilmirdi, irəli getməyə isə ehtiyat edirdi. Onun silahsız və müdafıəsiz adamları bu cür görüşə tamamilə hazır deyildilər. Buna görə də o onları iki dəstəyə ayırdı: əgər onlardan biri zərbəni öz üzərinə götürsə idi, digəri gizlənmək imkanı əldə edəcəkdi. Çoxsaylı sürü və dost salami ilə birlikdə o, Esava səxavətli bəxşlər göndərdi. O, əlindən gələn hər şeyi etdi ki, qardaşı onu bağışlasın və təhlükə sovuşsun. İtaət və peşmançılıqla o, İlahi müdafıə üçün yalvarırdı: “Sən mənə demişdin: “Öz ölkənə və qohumlarının yanına qayıt. Mən sənə yaxşılıq edəcəyəm”. Quluna göstərdiyin bütün xeyirxahlığa və sədaqətə layiq deyiləm; bu İordan çayını təkcə dəyənəyimlə keçdim, indi isə iki dəstə köçüm var. Yalvanram, məni qardaşım Esavın əlindən qurtar. Çünki onun gəlib məni, uşaqlanmla analarını öldürməsindən qorxuram”. AP 163.2
Budur onlar Yabboq çayına çatdılar və gecə düşəndə Yaqub öz ailəsini çaydan keçirtdi, özü isə geridə qaldı. O, gecəni dua ilə geçirtmək qərarına gəldi və Allahla təklikdə qalmaq istədi. Çünki yalnız Rəbb Esavın qəlbini yumşalda bilərdi, ulu atanın yeganə ümidi yalnız Ona idi. AP 163.3
Bura çox vaxt vəhşi heyvanların dolaşdığı, quldurların və qatillərin gizləndiyi dağlarla əhatə olunmuş qapalı yer idi. Gecəyarı idi. Müdafıəsiz və tənha Yaqub dərin ümidsizlik içərisində yerə yıxıldı. Onun üçün həyatda ən əziz olan şeylərin hamısı indi uzaqda ölüm təhlükəsi içərisində idi. Hər şeydən ağır fikir bu idi ki, onun günahı üzündən təqsiri olmayanlar zərər çəkirlər. Ürəkdən gələn fəryad və göz yaşları ilə o dua etməyə başladı. Birdən kiminsə güclü əli onu tutdu. Hansı bir quldurunsa onu öldürmək istədiyini güman edən Yaqub rəqibin əlindən qurtarmağa çalışdı. Mübarizə tam qaranlıq içərisində, sözsüz keçirdi, lakin Yaqub bütün gücünü toplamışdı; bir an da zəifləmirdi. O, öz həyatını qoruyaraq mübarizə edəndə günahını dərk etməsi onu sıxırdı, bütün günahlar onun qarşısında duraraq onu Allahdan ayırırdı. O, tam ümidsizlik içərisində İlahi əhdləri xatırladı və bütün qəlbi ilə Allahı yalvardı ki, ona rəhm etsin. Mübarizə sübhə kimi davam etdi, birdən naməlum şəxs gözlənilmədən Yaqubun ombasına toxundu və o o saat axsamağa başladı. Ulu ata yalnız indi başa düşdü ki, onun mübarizə etdiyi Şəxs Kim idi. İndi o bilirdi ki, az qala fövqəlinsani səylər göstərməsinə baxmayaraq nə üçün Ona qalib gələ bilməmişdir. O, Səma Elçisi ilə mübarizə etmişdi. Bu, Məsih idi, Yaqubun yanına gələn “əhd Elçisi” idi. Şikəst olmuş, kəskin ağrı hiss edən ulu ata Onu buraxmadı. Tam yorğunluq və peşmanlıq içərisində o, Mələyə sıxılaraq “ağlayıb Ondan xeyirxahlıq istədi”. O, yəqinlik almalı idi ki, onun günahı bağışlanmışdır.’Hətta bədən ağrısı da onu bu fikirdən daşındıra bilmədi. Həddinə çatana kimi qətiliyi getdikcə artır, imanı möhkəmlənirdi. Mələk azad olmağa çalışaraq təkid etdi: “burax gedim, çünki səhər açılır”, lakin Yaqub cavab verdi: “Mənə xeyir-dua verməsən, səni buraxmaram”. Əgər Yaqubun sözlərində lovğa, özündənrazılıq səslənsə idi, o, həmin an məhv edilərdi, lakin bu, öz xüsusi miskinliyini dərk edən insanın və Öz əhinə sədaqəti qoruyan Allahın sadiqliyinə şübhə etməyən insanın inamı idi. AP 164.1
Yaqub “Mələklə güləşib ona üstün gəldi” (Huşə 12:4). Bu günahkar, azmış, fani insanın iltaəti, peşmançılığı və fədakarlığı Səmanın Əzəmətinə qalib gəldi. O, titrək əlləri ilə Allah əhdindən yapışmışdı və Hədsiz Məhəbbət günahkarın xahişini təxirə sala bilmədi. AP 164.2
İlkinliyi yalan yolu ilə əldə etmək üçün Yaqubu günah etməyə məcbur edən yanılma indi ona aydın idi. O, Allahın əhdinə əmin olmadı, lakin Allahın öz saatında və öz vaxtında edəcəyini öz səyləri ilə həyata keçirməyə çalışdı. Onun indiyə qədər günah haqqında xatırladan adı indi, bağışlanma əlaməti olaraq, onun qələbəsini əbədiləşdirən başqası ilə əvəz edildi. “Artıq sənə Yaqub deyil, İsrail deyiləcək; çünki sən Allahla, insanlarla güləşmisən və üstün gəlmisən”. AP 164.3
Nəhayət Yaqub həsrətində olduğu xeyir-duanı aldı. Hiyləgərliyə və yalana əl ataraq etdiyi günah bağışlandı. Böhran keçdi. Onun həyatını zəhərləyən şübhələr, qəzəblər, vicdan əzabı itdi. Dünyada Allahla olmaq necə də şirin idi! Yaqub qardaşı ilə görüşməkdən daha qorxmurdu, onun günahını bağışlayan Rəbb onun peşmançılığım və itaətini qəbul etmək üçün Esavın da qəlbini yumşalda bibrdi. AP 165.1
Yaqub Mələklə mübarizə etdiyi vaxt Esavın yanına başqa səma elçisi göndərildi. O, yuxuda artıq iyirmi il ata evindən uzaqda didərgin olan qardaşını gördü. O onu həyatını dəyişmiş anası üçün ağlayan gördü. O, Allah ordusunun onu necə əhatə etdiyini gördü. Esav öz döyüşçübrinə bu yuxu haqqında danışdı və onlara Yaquba heç bir pislik etməməyi əmr etdi, çünki onun atasının Allahı onunla idi. AP 165.2
Nəhayət iki dəstə bir-birinə yaxınlaşdılar - sənanmaş başçılarının rəhbərliyi altında döyüşçübr və Yaqub öz arvadları, uşaqları, çobanları, xidmətçibri, böyük sürübri ib birlikdə. Ulu ata əsasına söykənərək döyüşçüləri qarşılamaq üçün qabağa çıxdı. Onun rəngi solğun idi, bir qədər əvvəlki çarpışmadan sonra axsayırdı və asta yeriyirdi, ağnya üstün gəlmək üçün hər addımda dayanırdı, lakin onun üzü sevinc və sülh saçırdı. AP 165.3
Bu şikəst əzabkeşi görəndə “Esav qardaşını qarşılamaq üçün qaçıb onu qucaqladı və boynuna sarılıb öpdü; onlar ağlaşdılar”. Hətta Esavın kobud döyüşçübrinin qəlbləri də bu səhnədən riqqətə gəldi. Baxmayaraq ki, Esav onlara öz yuxusu haqqında danışmışdı, onlar öz hökmdarlarında baş verən dəyişikliyi izah edə bilmirdibr. Ulu atanın gücsüzlüyünü görüb onlar heç ağıllarına da gətirə bilmədilər ki, bu zəiflik onu güclü etmişdir. AP 165.4
Yəbboq sahilindəki əzabverici iztirablar gecəsində sanki artıq ölümün gözlərinə baxan Yaqub insan səybrinin əbəsliyini və insan gücünə inamın davamsızlığmı dark etdi. O başa düşdü ki, köməyi yalnız Ondan - Kimə qarşı ki, bu qədər ağır günah etmişdir - gözləmək olar. O, köməksiz və layiq olmadığı halda, Allaha yalvarırdı ki, tövbə edən günahkara Onun mərhəməti haqqında əhd versin. Bu əhd onda inam yaratdı: Allah onu bağışlayacaq və qəbul edəcəkdir. Göy və yer heç olsa da, bu sözlər heç olmaz və bu, bütün dəhşətli çarpışma ərzində ona dayaq oldu. AP 165.5
Yaqubun mübarizə və iztirablar gecəsi yaşadığı təcrübəsi Məsihin İkinci gəlişi ərəfəsində Allah xalqının keçməli olacaqı smaqları simvolizə edir. Səmavi röyada bu dövrü görən Yeremya peyğəmbər deyir: “Qorxu səsi eşitdik, asayiş deyil, dəhşət səsi.... Nə üçün hamının bənizi solub? Ah, bu nə dəhşətli gündür! Bir daha belə gün olmayacaq, Yaqub nəsli üçün sıxıntı dövrü olacaq, ancaq yenə də bundan qurtulacaq” (İrməyə 30:5-7). AP 166.1
Məsihin insanlar üçün vəsatətçiliyi başa çatanda bu ağır dövr başlayacaqdır. Onda hər bir canın qisməti həll olunacaqdır və günahların təmizlənməsi üçün bağışlayan qan artıq bir daha olmayacaqdır. İsa insanlar üçün Allah qarşısında xahiş etməyi dayandıranda qəzəbli hökm çıxarılacaqdır: “Haqsızlıq edən, bir də haqsızlıq etsin. Murdar olan, bir də murdar olsun. Saleh isə, yenə saleh işlər görsün. Müqəddəs də, bir də müqəddəs olsun” (Vəhy 22:11). Onda yer şəri cilovlayan Müqəddəs Ruhun gücündən məhrum olacaqdır. Yaqubu öz doğma qardaşı tərəfındən ölüm hədələdiyi kimi Allah xalqı da onu məhv etməyə çalışan şərəfsizlərin təhlükəsi ilə üzbşəcəkbr. Ulu ata bütün gecə Esavın əlindən qurtulmaq üçün mübarizə etdiyi kimi salehbr də gecə-gündüz onları əhatə edən düşmənlərdən qurtulmaq üçün Allahı çağıracaqlar. AP 166.2
Şeytan Yaqubu Allah məbkləri qarşısında ittiham edib, etdiyi günah üçün onun məhv edilməsini tələb edirdi. O, Esavı onun qarşısına çıxmağa təhrik etdi. Bütün uzun mübarizə gecəsi ərzində şeytan ulu ataya onun günahkar olduğunu təlqin etməyə çalışırdı ki, onu qətiyyətdən məhrum etsin və Allahdan uzaqlaşdırsın. Yaqub ümidsizlik içərisində Mələkdən yapışanda və göz yaşı içərisində Ona yalvaranda Səma Elçisi də onun imanını sınamaq üçün ona günahını xatırlatdı və ondan azad olmağa çalışdı. Lakin bu, Yaqubu dayandırmadı. O bilirdi ki, Allah mərhəmətlidir və Onun rəhminə arxalandı. O öz peşmançılığmı xatırlatdı və qurtuluşu üçün yalvardı. O öz keçmiş həyatını xatırlayanda ümidsizliyə qapıldı, lakin Məbyi buraxmadı, qalib gələnə qədər qəlb fəryadı və göz yaşı ilə Ona yalvardı. Şər qüvvələri ilə özünün sonuncu mübarizəsində Allah xalqı da bu cür sınaqlara məruz qalacaqdır. Allah onun qətiliyini və Özünün xilasedici qüvvəsinə imanını sınayacaqdır. Şeytan çalışacaq ki, Allah övladlarını qorxutsun və onlara vəziyyətlərinin ümidsiz olduğunu, günahlarının çox ağır olduğunu və bağışlanmayacaqlarını təlqin etsin. Allah xalqı özünün bütün qüsurlarını görəcəkdir və yaşadığı həyatı xatırlayaraq ümidini itirəcəkdir, lakin Allah mərhəmətinin hədsizliyini yada salaraq, səmimi peşmançılıq duyaraq tövbə edən günahkara Məsih ilə verilən əhdlər üçün Ona yalvaracaqdır. Onlar öz dualarına ani olaraq cavab almasalar da, imanları sarsılmayacaqdır. Mələkdən yapışan Yaqub kimi onlar Allah qüvvəsindən yapışacaqlar və canları fəryad edəcək: “Mənə xeyir-dua verməsən, səni buraxmaram”. AP 166.3
Əgər Yaqub ilkinliyi yalanla əldə etdiyinə əvvəlcə peşman olmasaydı, Allah onun dualarını eşitməzdi və ona həyat verməzdi. Kədər vaxtı da beləcə, əgər Allah övladları əvvəlcə öz günahları üçün peşman olmayacaqlarsa, dəhşət və əzaba düçar olanda sınacaqlar. Ümidsizlik onların imanını öldürəcək və onlar azad olmaq üçün Allaha övladları öz ləyaqətsizliklərinin dərinliyini dərk edəcəklərsə, onda onların ifşa olunası gizli günahları qalmayacaqdır. Onların cinayətləri Məsihin bağışlayıcı qanı ilə silinəcəkdir və onlar bir daha bu günahlan yada salmayacaqlar. AP 167.1
Şeytan çoxlarını inandırır ki, Allah nəzərə çarpmayan cinayətlərə heç bir fikir vermir, lakin Allah Yaqubla olan hadisədə göstərdi ki, günah Onun tərəfındən heç cür təqdir oluna bilməz. Öz günahlanna haqq qazandıranların, ya da onları gizlədənlərin hamısı bu qayda ilə etirafsız və bağışlanmamış qalırlar və hiyləgər tərəfındən təqlub edilirlər. Onların öz imanlarına şəhadətləri nə qədər yüksəkdirsə, nə qədər hörmətli mövqe tuturlarsa, Allahın nəzərində onların qismətləri bir qədər acınacaqlıdır və şeytanın öz qələbəsinə inamı bir o qədər çoxdur. Yaqubun hadisəsi şəhadət edir ki, günaha batmış olan, lakin tövbə edərək Ona qayıdanları Allah tərk etməyəcəkdir. Fədakarlıq və sarsılmaz iman sayəsində Yaqub öz gücü ilə əldə edə bilmədiklərini aldı. Bu qayda ilə Allah Öz xidmətçisinə göstərdi ki, onun həsrətlə almaq istədiyi xeyir-duanı yalnız İlahi güc və mərhəmət bəxş edir. Son dövrdə yaşayanlarla da bu cür olacaqdır - təhlükələrlə əhatə olunaraq və ümidsizliyə qapılaraq onlar yalnız bağışlayıcı qurbana arxalanmalı olacaqlar. Biz öz səylərimizlə heç nəyə nail ola bilmərik. Öz köməksizliyimiz və miskinliyimizlə biz çarmıxa çəkilmiş və dirilmiş Xilaskarın xidmətlərinə ümid bəsləməliyik. Bu cür hərəkət edəni ölüm hədələmir. Bizim cinayətlərimizin uzun qara siyahısı Sonsuz Olanın gözləri önündədir. Bu, tam siyahıdır: bizim həyatımızdan heç nə nəzərdən qaçırılmamışdır. Lakin qədimlərdə Öz qullarının fəryadlarını Eşidən iman dualarını eşidəcək və günahlarımızı bağışlayacaqdır. O vəd etmişdir və Öz sözünü yerinə yetirəcəkdir. AP 167.2
Yaqub ona görə qalib gəldi ki möhkəm və qətiyyətli idi. Onun nümunəsi təkidli duanın təsirinə şəhadət edir. İndi biz bu qalib gəlmiş duadan, bu sarsılmaz inamdan öyrənməliyik. Həm Məsihin imanlılar icmasmdakı, həm də hər bir məsihçinin həyatındakı böyük qələbələr qabiliyyətlərin, savadlılığın, var-dövlətin, ya da ətrafdakılann xoş münasibətlərinin sayəsində baş vermir. Məsihçi bu qələbələri Ən Güclünün qüdrətli əlinə öz səmimi və mübariz imanını arxalanaraq Allahla tənhalıqda qazanır. AP 168.1
Hər cür günahı tərk edib, Allahın xeyir-duasının bütün qəlbi ilə axtarmayan onu əldə etməyəcəkdir. Lakin Allah əhdinə Yaqub kimi möhkəm və səmimi ümid bəsləyənlərin hamısı onun kimi qələbə qazanacaqlar. “Məgər Allah Öz seçdiklərini gecə-gündüz Ondan imdad istəyənləri müdafıə etməyəcəkmi? Onlar üçün çoxlu gecikəcək? Sizə deyirəm ki, onları tezliklə müdafiə edəcəkdir. Bəs İnsan Oğlu gəldiyi zaman yer üzərində iman tapacaqmı?” (Luka 18:7,8). AP 168.2