(Bu fəsil Yaradılış Kitabının 28-31-ci fəsillərinə əsaslanır)
Onu ölümlə hədələyən Esavın qəzəbindən xilas olmaq üçün Yaqub atası evini tərk etdi və qaçdı, lakin atasının xeyir-duasını özü ilə apardı. İshaq ona əhd xeyir-duasını verdi və vans ona əmr etdi ki, həyat yoldaşını öz anasının Paddan-Aramdakı ailəsindən alsın. Yaqub əzabverici ehtiyaclarla dolmuş qəlblə yola düşdü. Əlindəki bircə əsa ilə 0, vəhşi quldur qəbilələrlə məskunlaşmış ölkə ilə yüzlərlə mil yol getməli idi. Vicdan əzabından və qorxudan üzülmüş halda o insanlardan qaçmağa çalışırdı ki, qəzəblənmiş Esav onun izinə düşməsin. Yaqub ehtiyat edirdi ki, Allahın ona vəd etdiyindən həmişəlik məhrum olmuşdur; şeytan isə onun qəlbini tamahlarla üzmək üçün buradaca hazır idi. AP 152.1
O birisi gün axşam artıq o, öz atasınm çadırlanndan çox uzaqda idi. Yaqub özünü didərgin kimi hiss edirdi, lakin dark edirdi ki, onun bütün həyəcanları öz günahı üzündəndir. Ümidsizlik zülməti onun canını bürümüşdü və dua etməyə güclə cəsarət edirdi. O, tamamilə tənha idi və heç vaxt olmadığı kimi Allahın müdafıəsinə ehtiyac hiss edirdi. Hönkürərək və dərindən sarsılaraq, 0, öz günahını etiraf etdi və Rəbbə yalvardı ki, onu tərk etmədiyi haqqında ona hər hansı bir əlamət versin. Onun çaşqın qəlbi rahatlıq tapmırdı. O, özünə bütün inamı itirmişdi və qorxurdu ki, atalarının Allahı onu rədd etsin. AP 152.2
Lakin Allah Yaqubu tərk etmədi. Onun mərhəməti hələ də azmış, şübhə edən qulunun üzərində idi. Mərhəmətli Rəbb, Yaquba onun məhz bu qədər ehtiyacı olduğu xilaskan göstərdi. Yaqub günah etmişdi, lakin Allahın mərhəmətini qaytarmaq yolunu gördükdə onun qəlbi minnətdarlıqla doldu. AP 153.1
Səyahətdən üzülmüş sərgərdan başının altına yastıq əvəzinə daş qoyaraq yerə uzandı. Yataraq o, yuxusunda əsası yerə söykənən, zirvəsi isə səmaya çatan gözqamaşdırıcı parlaq pilləkən gördü. Bu pilləkənlə mələklər qalxıb-enirdi. Pilləkənin yuxarısında şöhrət Rəbbi oturmuşdu və Yaqub səmadan Onun səsini: “Mən baban İbrahimin və İshaqın Allahı Rəbbəm”. Onun didərgin və sərgərdan kimi yatdığı yer ona və onun törəmələrinə əhdlə vəd edildi: “Yer üzünün bütün qəbilələri sənin və nəslinin vasitənlə xeyir-dua alacaq”. Bu əhd nə vaxtsa İbrahimə və İshaqa verilmişdi və indi Allah onu Yaquba təkrar edirdi. Çaşmış və tənha Yaqubu daha da ruhlandırmaq və təsəlli vermək üçün Allah ona dedi: “Mən həmişə səninləyəm, gedəcəyin hər yerdə səni qoruyacağam və bu torpağa qaytaracağam. Dediyimi edənə qədər səni tərk etməyəcəyəm”. AP 153.2
Rəbb bilirdi ki, Yaqub pis mühitə düşəcəkdir və onu təhlükələr hədələyəcəkdir. Öz mərhəməti sayəsində O, tövbə edən qaçqına gələcəyi açırdı ki, o, özü haqqında İlahi niyyətləri başa düşə bilsin və bütpərəst və hiyləgər insanların arasına tək düşən kimi onu gözləyən tamahlan dəf etməyə hazır olsun. Onun önündə həmişə izləmək lazım olan nümunə ucalacaqdır, Allahın ondan Öz niyyətlərini yerinə yetirmək üçün istifadə etməsini dərk etməsi isə onu dönmədən sədaqətə təhrik edəcəkdir. AP 153.3
Həmin yuxuda Yaquba tam olmasa da, o vaxt ona lazım olan dərəcədə Xilas planı da açıldı. Ona yuxuda göstərilən sirli pilləkən o pilləkən idi ki, Məsih Nakdimonla söhbətində ona işarə edib deyirdi: “Göyün açıldığını və Allahın mələklərinin İnsan Oğlu üzərinə enib qalxdıqlarını görəcəksiniz” (Yəhya 1:51). İnsan Allah idarəsinə üsyan etməyənə qədər o, Allahla sərbəst ünsiyyət edə bilirdi. Lakin Adəm və Həvvanın günahı səmanı yerdən ayırdı və insan öz Yaradanı ilə ünsiyyət edə bilmədi. Lakin dünya ümidsiz halda buraxılmadı. Pilləkən Allaha aparan müəyyən yol kimi İsanı simvolizə edir. Əgər O Öz xidmətləri ilə günah uçurumu üzərindən körpü salmasa idi, onda Allahın mələkləri günaha batmış insanla ünsiyyət edib ona xidmət edə bilməzdilər. Məsih zəif və məyus olan insanı hədsiz güc Mənbəyinə aparır. AP 153.4
Bütün bunlar Yaquba yuxuda göstərildi. Xilas planının bir hissəsini ona elə həmin saat açsalar da, lakin böyük və sirli həqiqətləri o, bütün həyatı boyu öyrəndi və onlar ona getdikcə daha tam açıldılar. AP 154.1
Yaqub oyandı... Onu gecənin dərin sükutu əhatə edirdi. Röyanın gözəl səhnələri itmişdi. O, yalnız yetim kimi durmuş təpələrin qeyri-aydın cizgilərini görürdü, onların üzərində isə səmanı və parlaq ulduzları. Lakin Allah hüzurunun təntənəli təması onu tərk etmirdi. Uca Allah bu tənha yerdə gözə görünmədən onun yanında idi. “Doğrudan da, Allah buradadır; mən isə bunu bilmirdim...Bu, Allahın evindən başqa bir şey ola bilməz, bura göylərin qapısıdır”. AP 154.2
“Yaqub səhər tezdən qalxdı. O, başının altına qoyduğu daşı götürüb sütun kimi qoydu və üstünə zeytun yağı tökdü”. Mühüm hadisələri əbədiləşdirmək adətinə görə Yaqub Allah mərhəmətinə abidə ucaltdı ki, hər dəfə bu yerlərə gələndə bu müqəddəs yerdə dayansın və Allaha səcdə etsin. O, bu yeri “Bet-El” və yaxud “Allahın evi” adlandırdı. Dərin minnətdarlıq hissi ilə o, əhdi təkrar etdi ki, Allah onunla olacaqdır və sonra da təntənəli surətdə əhd etdi: “Əgər Allah mənimlə olsa, getdiyim bu yolda məni qorusa, mən yemək üçün çörək və geymək üçün paltar versə, sağ-salamat atamın evinə dönsəm, o zaman Rəbb mənə Allah olacaq. Sütun olaraq qoyduğum bu daş da Allahın evi olacaq. Ay Allah, mənə verəcəyin hər şeyin onda birini Sənə verəcəyəm”. AP 154.3
Yaqub burada Allaha heç bir şərt qoymurdu. Rəbb hələ buna qədər onu qorumağı və ona kömək etməyi vəd etmişdi və indi onun etdiyi əhd məhəbbət və mərhəmət əminliyinə cavab olaraq, onun Allaha duyduğu könül minnətdarlığına şəhadət edirdi. Yaqub hiss edirdi ki, Allahın ona qarşı müəyyən tələbləri vardır və o, onlan tanımalıdır, İlahi lütfün xüsusi təzahürlərinə nə iləsə cavab verməlidir. Beləcə, bizə verilən hər bir xeyir-dua bizdə bizim bütün nemətlərimizin Mənbəyinə minnətdarlıq hissi doğurur. Məsihçi öz həyatına tez-tez nəzər salmalıdır, Rəbbin iradəsi ilə baş verən, sınaqlarda dayaq olan, hər şey sanki qatı zülmətə büründüyü anda yol açan, ümid sönərkən ruhlandıran möcüzəli qurtuluş anlarını minnətdarlıqla xatırlamalıdır. Bütün bunları insan onu qoruyan səma mələklərinin qayğısının təzahürləri kimi qəbul etməlidir. Allah xeyir-dualannın nə qədər hədsiz olduğunu dərk edərək, o, tez-tez özündən itaətkar və minnətdar qəlblə soruşmalıdır: “Mənə etdiyi comərdliyə görə mən Rəbbin borcunu necə qaytara bilərəm?” (Məzmurl 17:12). AP 154.4
İstedadları, mülkiyyəti öz vaxtında bütün bu xeyir-duaları bizə Etibar Edənə həsr etməliyik. Hər dəfə Allah bizi xüsusi möcüzəli şəkildə qurtaranda və yaxud da biz Onun xeyirxahlığının yeni və gözlənilməz dəlillərini alanda öz minnətdarlığımızı yalnız sözlərlə deyil, həm də Yaqub kimi Ona bəxşişlər gətirməklə izhar edərək, Allahın xeyirxahlığını tanımalıyıq. Biz daim Allahın xeyir-dualanrını qəbul edirik və buna görə də daim Ona öz bəxşişlərimizi qurban gətirməliyik. AP 155.1
“Ay Allah, mənə verəcəyin hər şeyin - Yaqub demişdi - onda birini hökmən sənə verəcəyəm”. Məgər Xoş Müjdənin tam işığına və üstünlüklərinə sevinən biz daha əvvələr daha az xoş olan dövrlərdə yaşayanlardan az bəxşiş etməklə razı qala bilərikmi? Yox, əgər biz daha böyük xeyir-dualardan istifadə ediriksə, buna uyğun olaraq bizim vəzifələrimiz də artmırmı? Lakin bu cür ölçüyəgəlməz Məhəbbəti və belə hədsiz dərəcədə qiymətli bəxşişi zamanın riyazi hesablamaları ilə, pul və bizim məhəbbətimizlə ölçmək və qiymətləndirmək cəhdləri necə də miskindir. Məsih üçün onda bir hissə! Ay, miskin quruşlar, qiyməti olmayan üçün nə qədər alçaq qiymət! Məsih Qolqota çarmıxından tam həsr olunmaya çağınr. Biz malik olduğumuz hər şeyi, bütün təbiətimizi Allaha həsr etməliyik. AP 155.2
İlahi əhdlərə yeni möhkəm imanla və səma mələklərinin hüzurunda olduğuna inamla Yaqub “şərq xalqlarının torpağına” səyahətini davam etdirirdi (Yaradılış 29:1). Lakin onun bura gəlişi 100 il əvvəl İbrahimin qulunun gəlişindən nə qədər çox fərqlənirdi! Qul dəvə karvanı, insanlar, zəngin qızıl və gümüş hədiyyələri ilə gəlmişdi. İshaqın oğlu isə tənha, sürtülmüş ayaqlarla, əsadan başqa heç nəyi olmadığı halda, nə vaxtsa İbrahimin qulu kimi quyunun yanında oturdu və burada o, birinci dəfə Lavanın kiçik qızı Rəhilə ilə rastlaşdı. İndi Yaqub öz xidmətini birinci təklif etdi: quyudakı daşı aşırdı və heyvanları suvardı. Öz nəslindən danışaraq o, Lavanın evinə dəvət edildi. O, heç bir mülksüz və tək gəlsə də, bir neçə həftə ərzində hamı onun çalışqanlığına və bacarığına əmin oldu və ondan qalmasını təkidlə xahiş etdilər. Razılığa gəldilər ki, o, Rəhilə üçün Lavana yeddi il xidmət etməlidir. AP 155.3
Qədim zamanlardakı adətə görə bəy gəlinin atasına müəyyən miqdar pul, ya da vəziyyətə uyğun olaraq, bu pul dəyərində başqa qiymətli şeylər verməli idi. Bu ənənə nikahın zəmanəti sayılırdı. Valideynləri öz ailəsini maddi cəhətdən təmin edə bilməyən ərlərə öz qızlarının talelərini etibar etməyi təhlükəsiz hesab etmirdilər. Əgər onlar kifayət qədər qənaətcil, təsərrüfatın idarə edilməsində çalışqan, sürüyə və torpağa qulluq etməkdə fəal olmasaydılar, bu, onların öz həyatlarında heç nəyə nail olmayacaqları təhlükəsini doğururdu. Lakin gəlin üçün ödəməyə heç nəyi olmayanlar üçün başqa şərtlər nəzərdə tutulurdu. Onlara sevdiyi qızın atası üçün vacib olan pulun dəyəri miqdarında işləməyə imkan verilirdi. Bu cür gənc oğlan özünü bütün münasibətlərdə şərəfli və ləyaqətli aparanda qızı ona ərə verirdilər, atanın qızı üçün aldığı başlığı isə, bir qayda olaraq, toyda gəlinə təqdim edirdilər. Rəhilə və Lea iləsə başqa cür alındı. Lavan onların almalı olduqları başlığı tamahkarcasına saxladı; Əram-Nəhərəyimdən çıxarkən dedikləri bu sözlərdə onlar məhz bunu nəzərdə tuturdular: “o, bizi satıb, bizim üçün ödənmiş pulu da xərclədi”. AP 156.1
İnsanların hərdən Lavan kimi sui-istifadə etdikləri bu qədim adət mahiyyətcə çox yaxşı idi. Gənc oğlandan nişanlısı üçün işləmək tələb olunanda, nikah təxirə salmanda bu onun hisslərinin sınanması üçün, həm də ailəni təmin etmək qabiliyyətini yoxlamaq üçün imkan verirdi. Bizim dövrdə çoxlu pisliklər məhz ona görə baş verir ki, tərsinə edirlər. Çox vaxt elə olur ki, gənclər nikaha qədər bir-birlərinin vərdişlərini və meyllərini, nişanlısının məişət həyatını necə təsəvvür etməsini öyrənmək üçün çox az imkana malik olurlar, onlar nikah gününə qədər bir-birlərini faktiki olaraq tanımırlar. Çoxları həddindən gec bu nəticəyə gəlirlər ki, onlar bir-birlərinə uyğun gəlmirlər və onların ittifaqının nəticəsi ömürləri boyu bədbəxtlik olur. Çox vaxt arvadlar və uşaqlar atalarınm və ərlərinin tənbəlliyindən və bacarıqsızlığından, ya da pozğun vərdişlərindən iztirab çəkirlər. Əgər qədim adətdə olduğu kimi gənclərin xarakteri nikaha qədər sınansa idi, onda çox bədbəxtliklərdən qaçmaq olardı. AP 156.2
Yaqub yeddi il Rəhilə üçün sədaqətlə xidmət etdi və bu illər “onu sevdiyi üçün gözünə bir neçə gün kimi göründü”. Lakin tamahkar, xəsis Lavan belə bir qiymətli işçini öz yanında saxlamaq istəyərək, Rəhiləni böyük qızı Lea ilə dəyişib onu qəddarcasına aldatdı. Lea da bu yalanda iştirak etdiyi üçün Yaqub hiss etdi ki, onu sevə bilməyəcəkdir. Yaqubun səmərəsiz iradlarına Lavan yeddi il də Rəhilə üçün xidmət etmək təklifı ilə cavab verdi. Bununla bərabər ata təklif etdi ki, öz ailəsinə şərəfsizlik gətirməmək üçün Lea da onun arvadı olaraq qalsın. Yaqub dözülməz dərəcədə əzabverici vəziyyətə düşmüşdü. Nəhayət o, qərara gəldi ki, Leanı öz yanında saxlayıb Rəhiləyə evbnsin. Rəhilə həmişə yeganə sevimli idi; lakin ona göstəribn artıq hörmət paxıllıq və qısqanclıq doğururdu və Yaqubun həyatı bu bacı-arvadlar arasındakı rəqabətdən zəhərlənmişdi. AP 156.3
Yaqub Lavan üçün işləyərək, iyirmi il Əram-Nəhərəyimdə yaşadı, Lavan qohumluq tellərinə heç bir etina etmədən onların müqavibsindən hər cür istifadə etməyə çalışırdı. O, öz iki qızı üçün on dörd üzücü ilin ağır zəhmətini tələb edirdi, qalan illərdə isə o, Yaqubun mükafatını on dəfə dəyişdi. Lakin Yaqub səylə və sədaqətlə çalışırdı. Onlann sonuncu görüşü zamanı onun Lavana dediyi sözlər onun öz sərt ağasının maraqlarını qoruduğu tükənməz diqqətliliyini canlı surətdə təsvir edir: “Ötən iyirmi il sənin yanında işlədim, qoyunların və keçibrin balalarını salmadılar və sürübrindəki qoçlarını yemədim. Vəhşi heyvanların parçaladığı heyvanı sənin yanına gətirməzdim, zərərini özüm çəkərdim. İstər gündüz, istərsə də gecə oğurlanan hər heyvanı məndən tələb edərdin. Gündüzün istisi, gecənin soyuğu məni əldən salardı, yuxum gözümdən tökübrdi”. AP 157.1
Çoban sürünü gecə-gündüz quldurlardan, həm də çoxlu vəhşi heyvanlardan qorumalı idi, bu vəhşi heyvanlar cəsarətlə sürüyə hücum edirdilər və əgər sürünü pis qoruyurdularsa, hərdən böyük qırğın edirdilər. Yaqubun Lavanın böyük sürüsünü qoruyan çoxlu köməkçiləri var idi, lakin bütün məsuliyyət onun üzərinə düşürdü. Vaxtaşın o daim sürünün yanında olmalı idi; quraqlıq aylarında gözbyirdi ki, heyvanlar susuzluqdan həlak olmasınlar, ən soyuq aylarda isə - güclü gecə şaxtalanndan. Yaqub baş çoban idi. Sürüdəki hər bir itki baş çobandan alınırdı, o isə öz növbəsində, əgər sürüyə pis baxılmışdısa, ona tabe olan çobanlardan ciddi surətdə tələb edirdi. Çobanın həyatı qayğı və həyəcanlarla doludur. Onun himayəsinə etibar edibn köməksiz varlıqlara zərif mərhəmət Xoş Müjdənin ən qiymətli həqiqətlərinin təsvirinə xidmət etmişdir, - Müqəddəs Ruhun Müqəddəs Yazını yazmağa ruhlandırdığı şəxslər bu surətdən həvəslə istifadə etmişlər. Öz xalqının qayğısına qalan Məsih çobanla müqayisə edilir. Günah işlədiləndən sonra o gördü ki, Onun qoyunları günahın zülmət səhrasında məhvə məhkumdurlar. Bu azmışları xilas etmək üçün O, Ata evinin şərəf və şöhrətini tərk etdi. O deyir: “İtəni axtaracaq, azanı geri qaytaracaq, yaralı olana sarğı qoyacaq, xəstə olana qüvvət verəcəyəm”. “Mən sürümü xilas edəcəyəm. Onlar daha qarət malı olmayacaq” və “vəhşi heyvanların yemi olmayacaq” (Yezekel 34:16,22,28). Məsih onları Öz məskəninə çağırır və “Bu, bir çardaq, qızmar istidə kölgə, yağışa, fırtınaya qarşı sığınacaq, daldalanma yeri olacaq” (Yeşaya 4:6). O, yorulmadan Öz qoyunlarının qayğısına qalır. O, zəiflərə dayaq olur, iztirab çəkənlərə kömək edir, quzuları əlinə götürür və onları bağrına basır. Onun qoyunlar Onu sevirlər. “Yad adamın ardınca isə getməzlər, lakin ondan qaçarlar; çünki yadların səsini tanımazlar” (Yəhya 10:5). AP 157.2
Məsih deyir: “Yaxşı çoban qoyunlar uğrunda canını verər. Qoyunların çobanı və sahibi olmayan muzdur, qurdun gəldiyini gördükdə, qoyunları atıb qaçar, qurd da onları qapar və parçalar. Adam qaçar, çünki muzdurdur və qoyunların qayğısına qalmaz. Yaxşı çoban Mənəm; Mənimkiləri tanıyıram. Mənimkilər də Məni tanıyırlar” (Yəhya 10:11-14). AP 158.1
Məsih - Baş Çoban - Öz sürüsünün qayğısına qalmağı xidmətçilərə, kiçik çobanlara etibar etmişdir. O, onlara əmr etmişdir ki, tapşırılmış iş üçün müqəddəs məsuliyyəti hiss edərək, Onun özü kimi diqqətlə çalışsınlar. O, onları təntənəli surətdə sadiq olmağa, sürünü yedizdirməyə, zəiflərə dayaq olmağa, yorğunları ruhlandırmağa və yırtıcı canavarlardan qorumağa çağırmışdır. AP 158.2
Məsih Öz qoyunlarının xilası üçün həyatını vermişdir və O, bu həqiqi Məhəbbəti kiçik çobanlara nümunə kimi götürməyi təklif edir. Lakin “muzdur, çoban deyildir, çünki qoyunlar özünün deyil” və sürüyə həqiqi marağı yoxdur. O, yalnız pul naminə çalışır və öz qayğısını çəkir. Sürünün qeydinə qalmadan yalnız öz şəxsi mənfəətini güdərək o, çətinliklər və təhlükələr zamanı sürünü qoyub qaçacaqdır. AP 158.3
Həvari Peter kiçik çobanlara deyir: “Allahın sizə həvalə olunan sürüsünü otann. Ona məcburi deyil, könüllü və Allaha məqbul olan şəkildə, biabırçı qazanc üçün deyil, şövqlə ona nəzarət edin. Sizə tapşınlanlara qarşı zülmkar yox, sürüyə nümunə olun” (1 Peter 5:2,3). Pavel deyir: “Özünüzə və bütün sürüyə diqqət edin. Müqəddəs Ruh sizi o sürünün içində nəzarətçi təyin etmişdir ki, Rəbbin və Allahın cəmiyyətini, Öz qanı bahasına əldə etdiyi cəmiyyəti güdəsiniz. Bilirəm ki, mən getdikdən sonra sürüyə rəhmi gəlməyən azğın qurdlar aranıza girəcəkdir” (Həvarilərin işləri 20:28,29). AP 158.4
Sadiq çobanın qismətinə düşən zəhməti və çətinlikləri xoşagəlməz ağır yük hesab edənləri Həvari töhmətləndirərək deyir: “Allahın sizə həvalə olunan sürüsünü otarın. Ona məcburi deyil, könüllü və Allaha məqbul olan şəkildə, biabırçı qazanc üçün deyil, şövqlə ona nəzarət edin”.(l Peter 5:2). Bu cür imansız xidmətçilərin hamısını Baş Çoban həvəslə işdən azad edəcəkdir. Məsihin cəmiyyəti Onun qanı bahasına bağışlanmışdır və hər bir çoban başa düşməlidir ki, ona etibar edilən qoyunlar üçün hədsiz qurban verilmişdir. O, onların hər biri ilə qiymətsiz xəzinə kimi davranmalıdır və onların sağlamlığı üçün yorulmadan çalışmalıdır. Daxilində Məsih ruhu olan çoban Onun fədakar nümunəsini təqlid edəcəkdir, onun himayəsi altında olan sürünün rifahı naminə çalışacaqdır. AP 159.1
Hamı öz işi haqqında ətraflı hesabat verməli olacaqdır. Ağa hər bir çobandan soruşacaqdır: “Sənə verilən sürü, sənin gözəl sürün haradadır?” (Yeremya 13:20). Kim imanlı olacaqsa, böyük mükafat alacaqdır. “Baş Çoban zühur etdiyi zaman, siz solmayan izzət çələngi alacaqsımz” (1 Peter 5:4). AP 159.2
Lavanın yanında xidmət etməkdən əzab çəkən Yaqub Kənana qayıtmaq istəyəndə öz qaynatasına dedi: “Məni göndər, öz torpağıma və ölkəmə gedim. Onlara görə sənə xidmət etdiyim arvadlarımı və uşaqlarımı da ver, gedim, çünki sənə necə xidmət etdiyimi yaxşı bilirsən”. Lakin Lavan onun qalmasını təkid edərək dedi: “sənə görə Rəbbin mənə xeyir-dua verdiyini gördüm”. O görürdü ki, onun sərvəti kürəkəninin qayğılan sayəsində artmışdır. AP 159.3
Yaqub dedi: “Çünki mən gəlməmişdən əvvəl sənin malın az idi, sonra isə xeyli çoxaldı”. Lakin vaxt ötürdü və Lavan Yaqubun böyük sərvətinə paxıllıq etməyə başladı, Yaqub “çox varlandı, onun çoxlu sürüsü, cariyəsi, qulu, dəvəsi və eşşəyi oldu”. Lavanın oğulları öz atalarının qısqanclığına şərik çıxırdılar və onların şər danışıqları Yaquba çatdı. “Yaqub atamıza məxsus olan hər şeyə sahib oldu; bütün bu var-dövləti atamıza məxsus olan əmlakdan əldə etdi. Yaqub Lavanın münasibətini də gördü; o da Yaqubla əvvəlki kimi rəftar etmirdi”. AP 159.4
Yaqub öz hiyləgər qohumlarını çoxdan tərk edərdi, lakin o, Esavla görüşdən qorxurdu. İndi o, Lavanın oğulları tərəfındən təhlükə hiss etdi, onlar onun sərvətinə özlərininki kimi baxırdılar və onu güclə almağa cəhd edə bilərdilər. Güclü çaşqınlıq və həyəcan içərisində olan Yaqub bilmirdi ki, nə etsin. Lakin Beyt-Eldə mərhəmətli əhdləri xatırlayaraq, o, öz bədbəxtliyi haqqında Rəbbə müraciət etdi və Ondan kömək istədi. O, yuxuda öz duasına cavab aldı: “Atalarının ölkəsinə, öz qohumlarının yanına qayıt. Mən səninlə olacağam”. AP 160.1
Lavan olmayanda yola çıxmaq üçün münasib vaxt yaranmışdı. Tezcə heyvanları yığıb onları qabaqca yola saldılar, Yaqub özü isə arvadları, uşaqları və xidmətçibri ilə Fəratdan keçib Kənan sərhəddində yerləşən Gileada yola düşdü. Üç gündən sonra Lavan onların qaçmasını bildi və onların arxasınca təqibə başladı, yeddinci gün onlara çatdı. Qəzəblənmiş Lavan qaçaqları güclə qaytarmağa hazır idi, əlbəttə, o bunu edə bilərdi, çünki güc onun tərəfındə idi. Qaçaqları böyük təhlükə hədələyirdi. AP 160.2
Yalnız Öz xidmətçisini qoruyan Allahın bu işə qarışması sayəsində Lavanın düşmən niyyətləri baş tutmadı. “Sizə pislik edə bilərdim, -Lavan dedi, - ancaq atanızın Allahı dünən gecə mənə belə söylədi: Özünü gözlə, Yaquba nə yaxşı, nə də pis söz de”. Buna görə də o, Yaqubu geri dönməyə məcbur etməməli və ya yalana əl ataraq tovlamamalı idi. AP 160.3
Lavan öz qızlanna onların başlıqlarını vermədi və Yaqubla həmişə hiyləgər və qəddar davrandı. İndi isə ona məxsus olan ikiüzlülükb o, kürəkəninə irad tuturdu ki, guya onun gizli qaçması onu, atan, vida qonaqlığı təşkil etməkdən, ya da heç olmasa öz qızları və nəvələri ib vidalaşmaq imkanından məhrum etmişdir. AP 160.4
Yaqub cavab olaraq birmənalı surətdə Lavanın mərhəmətsizliyini və tamahkarlığını ifşa etdi və öz sədaqətliliyini və şərəfliliyini tanımağa onu məcbur etdi. Yaqub dedi: “Atamın və İbrahimin Allahı, İshaqın sitayiş etdiyi Allah mənimlə olmasaydı, indi yəqin məni əliboş yola salardın. Allah əzabımı və əlimin zəhmətini gördü və dünən gecə sənə xəbərdarlıq etdi”. AP 160.5
Lavan heç bir etiraz edə bilmədi və işi sülhlə qurtarmağı qərara aldı. Yaqub bu təkliflə razılaşdı və tezliklə onların ittifaqının abidəsi olaraq daşlardan təpə ucaltdılar. Lavan bu qurğunu Mispa, yəni “keşikçi qülləsi” adlandırdı və dedi: “Bir-birimizdən ayrılan zaman qoy Rəbb səninlə mənim aramda gözətçi olsun”. AP 161.1
“Lavan yenə Yaquba dedi: Bax, bu da öz aramızda düzəltdiyimiz qalaq və sütun! Bu qalaq və sütun şahid olsunlar ki, nə man sənin tərəfınə - qalağın o tayına gedəcəyəm, nə də sən pislik etmək üçün mənim tərəfımə - qalağın və sütunun bu tayına gələcəksən. Qoy İbrahimin, Naxorun və onların atalarının Allahı aramızda hökm etsin! Yaqub atası İshaqın sitayiş etdiyi Allaha and içdi”. İttifaq bağlayaraq onlar qonaqlıq təşkil etdilər. Gecə dostcasına ünsiyyətlə keçdi. Sübh tezdən Lavan öz adamlan ilə geri qayıtdı. İbrahimin övladları ilə Paddan Aram sakinləri arasındakı hər cür əlaqə bununla da kəsildi. AP 161.2