I. Şərin əmələ gəlməsi
Search Results
- Results
- Related
- Featured
- Weighted Relevancy
- Content Sequence
- Relevancy
- Earliest First
- Latest First
- Exact Match First, Root Words Second
- Exact word match
- Root word match
- EGW Collections
- All collections
- Lifetime Works (1845-1917)
- Compilations (1918-present)
- Adventist Pioneer Library
- My Bible
- Dictionary
- Reference
- Short
- Long
- Paragraph
No results.
EGW Extras
Directory
I. Şərin əmələ gəlməsi
Günahın törəməsinin və mövcud olmasmın səbəbləri çoxları üçün açılmaz tapmacadır. Labüd olaraq kədər və düşgünlüklə nəticələnən şərin dağıdıcı tə’sirini görən insanlarda, istər-istəməz: “Müdrikliyi, səlahiyyəti və məhəbbəti hüdudsuz olan O Kəs buna. necə yol verir?” - suaJı yaranır. Onlar bu sirri aça. bilmirlər. Və bu məsələdən baş çıxara bilmədiklərindən, Allahın Sözündə aydın açıqlanan və bizim xilasımız üçün verilən həqiqətləri görmürlər. Belələri də var ki, günahın mövcud olmasının səbəbini öyrənmək istəyərək, Tanrının qadağa qoyduğu sahələrə girişməyə çalışır və əlbəttə ki, yaranan suallara cavab tapmayaraq şəkk-şübhə və tənqid ruhu təsiri altına düşür, bu problemi həll edə bilməməsi bəhanəsilə Müqəddəs Yazıları inkar edirlər. Bir qism insanlar da. var ki, Tanrının məğzi, Onun hakimiyyətinin mahiyyəti və günaha qarşı münasibətinin prinsipləri haqqında Müqəddəs Kitab tə’limindən onların nəzərini rəvayətlər və yanlış yozumlar yayındırır. Bu səbəbdən onlar, böyük problem olan - şərin dünyaya. gəlməsi məsələsinə qənaətbəxş bir izah tapa bilmirlər.iMQ 5.1
Günahın əmələ gəlməsi və mövcud olmasının səbəbini yalnız məntiqə əsaslanaraq tapmaq mümkün deyil. Misal üçün, günahın əmələ gəlməsi və onun yerli-dibli kökünün kəsilməsi məsələlərini təhlil edərkən görürük ki, şərə qarşı Allahın münasibəti, qəribə də görünsə — ədalətli və mərhəmətlidir. Yazılar tam qətiyyətlə bildirir ki, günahın törəməsinə Allahın heç bir aidiyyatı yoxdur. Günahın əmələ gəlməsinə görə O, heç bir məsuliyyət daşımır. Göydə üsyana bəhanə edilə biləcək heç bir səbəb olmamışdır; Allah Öz lütfündən heç kəsi məhrum etməmiş, Onun rəhbərliyində heç bir qüsur özünü göstərməmişdir. Günah — gəlişi heç nə ilə izah edilə bilməyən çağırılmamış qonaqdır. Bu — açılmaz sirdir; günaha haqq qazandırmaq - onu müdafiə etmək deməkdir. Və əgər günahın əmələ gəlməsinin səbəbini tapmaq, yaxud onun yaranmasına haqq qazandırmaq mümkün olsaydı, o artıq günah sayıla bilməzdi. Günahın yeganə təyinini biz Kitabda. yazılmış: “günah qanunun pozulmasıdır” — sözlərilə verə bilərik. Günah - İlahi rəhbərliyin əsaslandığı böyük məhəbbət qanununa barışmaz zidd olan prinsiplərə riayət etmək nəticəsində əmələ gəlir.iMQ 6.1
Şərin dünyaya gəlməsinə qədər bütün Kainatda sülh və sevinc hökm sürürdü. Hər şey Yaradanm iradəsilə həmahəng əlaqədəydi. Allaha məhəbbət hər şeydən yüksəkdə durur, insanların bir-birinə qarşı məhəbbəti isə pak və təmənnasız idi. Allah Kəlamı - Rəhmanla eyni təbiətli Məsih, Əbədi Ata. ilə vəhdətdə idi. Onların təbiəti və niyyətləri eyni idi. Allah Öz niyyətləri barəsində, bütün Kainatda yalnız Məsihlə böluşürdü. Ata bütün göy məxluqlarını Məsih vasitəsilə yaratmışdır. “Çünki görünən və görünməyən, göylərdə və yerdə olan hər şey Onun vasitəsilə yarandı: istər taxtlar, istər hökmdarlıqlar, istər rəisliklər, istərsə də hakimiyyətlər”, və bütün Göy, Atayla. bir olan Şəxs kimi, Məsihə təzim edir, Onu izzətləndirirdi (Koloslulara 1:16).iMQ 6.2
Allahın hakimiyyəti məhəbbətə əsaslanır və buna. görə Onun yaratdığı bütün məxluqların xoşbəxtliyi.onların salehlik tələblərinə nə dərəcədə cavab verib-vermədiklərindən asılıdır. Allah istəyir ki, Onun yaratdığı məxluqlar Ona. məhəbbətlə, ürəkdən, yəni Onun xasiyyətinin gözəlliyinin dərk edilməsindən irəli gələn ehtiram hissiylə xidmət etsinlər. Məcburi xidmət göstərilməsi, Onu əlbəttə razı salmır. İnsanlar Ona. məhz könüllü xidmət göstərsinlər deyə, O, hamıya. iradə azadlığı bəxş edir. Lakin bu azadlıqdan sui-istifadə edən birisi tapıldı. İlk günah - Məsihdən sonra. ikinci olan, bütün qalan göy əhlindən üstün duran və Allah tərəfindən sayılıb-seçilən şəxsdə ya.ra.ndi. Günahla. pozulmamışdan əvvəl Lüsifer pak və müqəddəs, kölgə saJan birinci mələk idi. “Rəbb Allah belə deyir: sən kamillik möhürü, müdriklik ölçüsü və gözəllik tacısan. Allah bağı Ədəmdə yerin vardı; sənin libasın cürbəcür qiymətli da-şlarla bəzədilmişdi... Sən kölgə salmağaxeyir-duaalmış birinci mələkdin və Mən bunu sənə həvalə etmişdim; sən müqəddəs Allah dağındaydın, qığılcımlar saçan daşlar arasında gəzirdin. Yaradıldığın gündən sən hər işində, yolunda. mükəmməl idin, ta ki, səndə qanunsuzluq tapılma.ya.na kimi” (Yezekiel 28:12-15).iMQ 7.1
Lüsifer öz qüdrətini başqalarının səadətinə və Yaradanın şərəfləndirilməsinə yönəltsəydi, bütün mələklər ordusunun məhəbbətindən və Allahın rəhmindən bəhrələnməkdə davam edərdi. Lakin peyğəmbər deyir: “Gözəlliyindən ürəyin lovğalandı, şöhrətpərəstlik şövqü sənin müdrikliyini məhv etdi” (Yezekiel 28:17). Get-gedə Lüsifer hamıdan üstün olmaq arzusuna düşdü. “Belə ki, sən öz ağlını Allahın ağlı ilə bir səviyyəyə qoyursan” (Yezekiel 28:6). “Ürəyində deyirdin: “Göyə qalxacam, taxtımı Allahın ulduzlarından daha. yüksək qaldıracam və dağ başında, allahlar sırasında əyləşəcəm... Buludlar yüksəkliyinə qalxacam, Rəhmana bənzər olacam” (Yeşaya. 14:13,14). Allahın adını hər şeydən üstün tutmaq və Onun yaratdığı məxluqların sadiqliyini və məhəbbətini Allaha yönəltmək əvəzinə, Lüsifer çalışırdı ki, onları şəxsən özünə itaət və xidmət göstərməyə məcbur etsin. Bu, mələklər orduları hökmdarı, Ata-Tanrının Öz Oğlunu əhatə etdiyi şərafətinə göz dikərək, yalnız Məsihə mənsub olan rütbə və səlahiyyəti mənimsəmək fikrinə düşdü.iMQ 7.2
Allahı şükürləndirməkdən, Yaradanın şöhrətini əks etdirməkdən bütün göy əhli xüsusi sevinc tapırdı. Və Allahın adı bu cür sayğı və ehtiramda saxlanılan zaman, hamı rahatlıq və firavanlıq içindəydi. Lakin artıq bu səmavi ahəngdarlıq pozulmuşdur. Özünü yüksəltmək, özünə xidmət etmək - bütün bunlar Yaradanın nəzərdə tutduqlarına tamamilə zidd idi. Həm də bu ədalar, əvvəllər Allaha minnətdarlıqla, ürəkdən xidmət göstərənlərin qəlbində acı hisslər və bəd niyyətlər oyadırdı. Göy şuralarında Lüsiferi yola gətirməyə çalışırdılar. Tanrı Oğlu, Allahın Rəhman, Rəhim və Ədalətli olmasını ona dönə-dönə göstərir, Allah qoyduğu qanunun müqəddəs və sarsılmaz olmasına. Lüsiferi inandırmağa. çalışırdı. Səmavi qanunu Allah Özü qoymuşdu və ona. etinasızlıq göstərməklə Lüsifer öz Yaradanını hörmətdən salır, özünü isə uçuruma, məhvə doğru aparırdı. Lakin sonsuz məhəbbət və mərhəmət xatirinə edilən xəbərdarlıqlar onda. müqavimət ruhu oyadırdı. Lüsifer paxıllıq hislərinə qapa.na.raq get-gedə daha. da. amansızlaşırdı.iMQ 8.1
Öz .əzəmətilə qürrələnərək o, ali hakimiyyət arzusuna. düşmüşdür. Allahın ona. göstərdiyi qayğını lazımınca. qiymətləndirmədi və ona. bəxş edilən nemətlərə görə Xaliqə şükr etmədi. Bütün göy əhlindən üstün olması ilə öyünərək o, Allaha. bərabər olmaq xülyasına. düşdü. Mələklər ordusu ona. xatirhörmət bəsləyirdi, onun buyuruqlarına can-başla. əməl edirdilər; onlara. nisbətən ona. daha yüksək müdriklik və şərafət nişanələri verilmişdir... Lakin təkcə Atası sayağı hörmətə və səlahiyyətə malik Tanrı Oğlu göylər aləminin hökmdarı kimi qəbul edilmişdir. Allah Öz planları barədə Məsihlə bölüşürdü, Lüsifer isə Allahın nə etmək istədiyindən agah deyildi. “Nə üçün ali hakimiyyət mənə deyil, Məsihə verilməlidir?” - deyə, bu qüdrətli mələk özü-özündən soruşurdu. “Nə üçün O, mən Lüsiferdən üstündür?”iMQ 9.1
Lüsifer Allahın üzü qarşısındakı yerini tərk edərək, mələklər arasında. narazılıq əhval-ruhiyyəsi toxumu səpməyə ba§ladı. Özünü qalın məhvlik pərdəsilə əhatə edərək və əsil niyyətlərini Allaha. dərin ehtiram maskası altında. gizlədərək, o, səma. sakinlərinin ta.be olduqları Allah qanunlarında. tamamilə lüzumsuz məhdudiyyətlərin olmasına. açıq işarə edir, bu qanunlara qarşı narazılıq hissi oyatmağa çalışırdı. Mələklər təbiətlərinə görə müqəddəsdirlər, deməli onlar yalnız öz şəxsi iradə və istəklərilə hesablaşmalıdırlarfikrini təkidlə irəli sürürdü. O, mələklərdə özünə qarşı rəğbət hissi oyatmaq üçün, özünü elə göstərirdi ki, guya. Məsihə ali rütbələr verməklə, Allah ona qarşı ədalətsizliyə yol vermişdir. O, inandırmağa çalışırdı ki, onun daha yüksək səlahiyyətə can atması, şəxsi mənsəb qazanmaq ehtirasıyla deyil, bütün səma əhlinə daha. yüksək səviyyəyə qalxmaq imkanı vermək istəyilə bağlıdır.iMQ 9.2
Allah böyük mərhəmət göstərərək Lüsiferə qarşı olduqca. səbrli idi. Narazılıq ruhu yaymağına baxmayaraq o, öz yüksək mövqeyindən dərhal kənarlaşdırılmadı, hətta. Haqqa. sadiq mələklər qarşısında. öz qeyri-qanuni iddialarını irəli sürdükdə belə o, hələ rütbəsindən məhrum edilməmişdir. O, uzun bir müddət göydə qalmaqda idi. Dəfələrlə ona. tövbə edib təslim olmaq şərtilə, bağışlanma. təklif edilmişdir. Sonsuz Məhəbbət və Müdriklik onun səhv yolda. olmasını açıb göstərməyə yönəldilmişdir. Buna kimi ixtilaf ruhu göydə məlum deyildi. Bütün bunların nə ilə nəticələnə biləcəyini əvvəl Lüsifer özü də təsəvvür etmirdi. O, öz ehtiraslarının əsil təbiətini başa. düşmürdü. Və narazılıq üçün heç bir əsasın olmadığı ona göstərildikdə, Lüsifer yanıldığını etiraf edib razıla§dı ki, Allahın qoyduğu tələblər ədalətlidir. O, bunu bütün Göy qarşısında. bəyan etməli idi, və əgər o belə etsəydi, onda özünü və bir çox mələkləri də xilas edə bilərdi. O vaxt o, hələ müəyyən qədər Allaha. ta.be olurdu. Xaliqin müdrikliyinə baş əyib, böyük Allah işlərində ona ayrılmış yerlə kifayətlənərək, könüllü surətdə Allah yoluna. dönsəydi, o, kölgə salan birinci mələk rütbəsini itirsəydi də, əvvəlki hüquqlarını yenidən özünə qaytarmış olardı. Lakin qüruru onu təslim olmağa. qoymurdu. İnadkarlıqla. öz nöqteyinəzərinə və hərəkətlərinə bəraət qazandıraraq və üzr istəməkdən qəti surətdə boyun qaçıraraq o, öz Yaradanı ilə böyük mübarizə yoluna qədəm qoydu. Və o, bütün qeyri-adi zehni imkanlarını tabeçiliyində olan mələklərin yoldan çıxarılmasına yönəltdi. Bu riyakar planın həyata keçirilməsi üçün, hətta. Məsihin səmimi qəlbdən verdiyi məsləhət və öyüd-nəsihətləri də qəsdən təhrif edilib işə salınırdt. Xüsusiylə onu sevənlərə, şeytan ona. qarşı edilən ədalətsizliyə, layiqi hörmətin olmamasına, azadlığının kobud və qanunsuz məhdudlaşdırılmasına. şikayətlənirdi. Məsihin sözlərini təhrif edərək o, cürbəcür böhtanlara və həttaağ yalana. əl atırdı və Tanrı Oğlunu şərləyərək deyirdi ki, guya. Məsih göy əhli qarşısında. onu-Lütsiferi biabır etmək məqsədi güdür. O sadiq mələklərlə öz arasında yaranmış ixtilafın əsil səbəbini gizlədir, buna başqa rəng verirdi. Aldadıb öz tərəfinə çəkə bilmədiyi mələkləri o, göy əhlinin mənafelərinə biganəliyində təqsirləndirirdi. Özü törətdiyi bəd əməlləri isə Allaha. sadiq qalan mələklərin adına çıxırdı. Allahın ona qarşı ədalətsiz olmasını basqalarına sübut etmək üçün o, Xaliqin söz və işlərini də qərəzli tərzdə yozmağa başladı. Onun məkrli siyasəti bundan ibarət idi ki, müxtəlif uydurma. və qondarmalarla mələkləri dolaşdırsın, onlarda. Allahın gördüyü işlərə qarşı şəkkşübhə oyatsın. Ən sadə şeylərə o, məxfilik donu geyindirir və Tanrının aydın sözlərini ustalıqla təhrif edərək, onları müəmmalı şəklə salırdı. Onun yüksək rütbəsi, İlahi idarəçiliyin iştirakçılarından biri olması, onun yaydığı fikirlərin təsirini daha. daartırırdı və çoxları bu təbliğata. uyaraq, İlahi hakimiyyət əleyhinə qaldırılan üsyana qoşuldu.iMQ 10.1
Allah böyük müdrikliklə, ta narazılıq ruhu açıq üsyan şəklində üzə çıxanacan iblisə öz fəaliyyətini davam etdirmək imkanını verdi. Bu planların məğzinin üzə çıxarılması, bunların nəyə doğru aparacağının və əsil mahiyyətinin hamıya. göstərilməsi üçün belə etmək zəruri idi. Göy əhli Lüsiferə xeyir-dua. almış birinci mələyə yüksək mənsəb sahibi kimi böyük hörmət bəsləyirdi və onların arasında. Lüsiferin nüfuzu güclü idi. Талri yalnız göy səltənətini deyil, yaratdığı başqa. aləmləri də idarə edirdi və iblis belə hesab edirdi ki, başladığı qiyama. mələkləri cəlb edə bilısə o, ba-şqaaləmləri də Allah yolundan azdırıb özünə tabe edə bilər. O, cürbəcür kələkbazlıq və təhriflərə əl ataraq, öz dəlillərini mahiranəliklə quraşdırırdı. Onun aldatma. bacarığı çox güclü idi və yalan libasına. bürünərək o, öz niyyətlərini həyata. keçirməyə müəyyən dərəcədə müvəffəq oldu. Hətta. Allaha. sadiq mələklər də onun xasiyyətini tam aydınlaşdırıb və onun əməllərinin nəyə aparıb çıxaracağını başa düşə bilmədilər.iMQ 12.1
İblisin çox yüksək mövqe tutması, hərəkətlərinin anlaşılmaz və müəmmalı olması mələkləri çaşdırırdı. Onlar iblisin fəaliyyətinin həqiqi mahiyyətini başa. düşməyə çətinlik çəkirdilər. Günah tam yetişkənliyə çatmasa, bütün aşkarlığı ilə ortaya. çıxa. bilməzdi. Belə bir şeyə heç vaxt rast gəlməyən müqəddəs və pak məxluqların, günahın qəddarlığı haqda. heç bir anla.yışları yox idi. Onlar İlahi qanunun pozulma.sının dəhşətli nəticələrini təsəvvür edə bilməzdilər. İlk mərhələdə iblis öz niyyətlərini Allaha sadiqlik pərdəsi altında. nümayiş edərək gizlədirdi. O, Allahın nüfuzunun gücləndirilməsi, Onun hakimiyyətinin möhkəmləndirilməsi və bütün göy əhlinin xeyri üçün çalışdığını söyləyirdi. iblis, tabeçiliyində olan mələklərin şüurunu narazılıq zəhəri ilə damcı-damcı zəhərləyərək, özünü böyük ustalıqla elə göstərirdi ki, guya həmin narazılıqların qarşısını alır. İlahi idarəçilik qanunlarının dəyişdirilməsinin zərurəti üzərində təkidlə da.yana.raq, o, bunu belə izah edirdi ki, həmrəyliyi ancaq bu minva.lla. qoruyub saxla.maq olar.iMQ 12.2
Tanrı günaha. qarşı yalnız haqq və ədalətlə mübarizə edə bilərdi. İblis isə Allahın qətiyyətlə rədd etdiyi yalan, hiylə və yaltaqlıqdan istifadə edirdi. O, Allahın sözlərini təhrif edərək Rəbbin idarəçilik sistemi haqqında. yanlış təsəvvür yaradırdı. O, belə fikir yayırdı ki, Tanrının göy əhlini öz qanun-qa.ydala.rına ta.be etməsi ədalətsizlikdir. Öz ya.ra.tdıqla.rından tabe olmağı və itaət göstərməyi tələb etməsi sadəcə olaraq şöhrətpərəstlik şövqündən irəli gəlir. Bu şayiələrin qarşısını almaqdan ötrü Allah rəhbərliyinin ədalətliliyi, Onun qanununun kamilliyi bütün göy əhlinə və başqa. aləmlərə göstərilməliydi. İblis özünü bütün Kainatın xeyri və mənafeyinə xidmət edən bir şəxs kimi göstərməyə çalışırdı. Buna. görə hamı qəsbkarın əsil xasiyyətini və onun həqiqi məqsədini anlamalı idi. Onun özünü ifşa. etməsi üçün isə müəyyən vaxt lazım idi.iMQ 13.1
İblis göydə baş verən parçalanmanın məsuliyyətini Allahın idarə etmə üsulu və qanununun üzərinə yıxırdı. O, bəyan edirdi ki, bütün bəlalar İlahi rəhbərliyin qeyrimükəmməl olmasındandır və onun yeganə məqsədi Əbədi Varlığın qoyduğu qayda.la.ri təkmilləşdirməkdir. Bunagörə lazım idi ki,o, öz iddialarının mahiyyətini üzə çıxarsın və İlahi qanunu necə dəyişmək istəməsini əməli surətdə nümayiş etdirsin. Onu öz əməlləri ittiham etməli idi. İblis ən başlanğıcdan deyirdi ki, üsyanın qalxmasında. onun heç bir təqsiri yoxdur. Bu yaJançını bütün Kainat qarşısında. ifşa. etmək lazım idi.iMQ 13.2
Hətta. iblisin artıq göydə qaJa. bilməməsi haqda. qərar çıxarıldıqda. belə, Sonsuz Müdriklik sahibi olan Allah iblisi məhv etmədi. Allah yalnız məhəbbətə əsaslanan itaəti qəbul etdiyinə görə, yara.tdıqları məxluqların Ona. qarşı sədaqəti də ancaq Onun ədalətli və xeyirxah olması inamına arxalanırdı. Göyün və başqa. aləmlərin sakinləri günahın mahiyyətindən xəbərsiz idilər və onun nələr ilə nəticələnəcəyini təsəvvürlərinə belə gətirmirdilər. iblis məhv edilsəydi, onlarda Allahın ədalətli və mərhəmətli olmasına. şübhə yarana. bilərdi. Əgər iblis dərhal məhv edilsəydi, onların Tanrıya. xidməti məhəbbətdən deyil, qorxudan irəli gələrdi. Yalançı tam məğlub edilə, üsyan ruhunun kökü birdəfəlik kəsilə bilməzdi. Şər yetişməliydi. Bütün Kainatın xeyiri naminə lazım idi ki, saysız-hesabsız əsrlər boyu iblis öz istədiklərini geniş şəkildə həyata. keçirsin. Onda. onun İlahi Hakimiyyət əleyhinə irəli sürdüyü ittihamların əsil mahiyyəti bütün yaradılan məxluqların qarşısında. olduğu kimi üzə çıxacaq və bu zaman Tanrının ədalətliliyi, mərhəmətliliyi, Onun qanunlarının sarsılmazlığı şübhəsiz, tamamilə təsdiq ola.ca.qdi.iMQ 14.1
İblisin üsyanı bütün gələcək zamanlarda. Kainat üçün bir dərs, günahın mahiyyəti və onun dəhşətli nəticələri haqda əbədi şəhadət olmalıydı. İblisin əməlləri, onun mələklərə və insanlara. tə’siri İlahi hakimiyyətə qarşı sayğısızlığın nə ilə nəticələnə biləcəyini göstərməli idi. Bunların hamısı ona. şəhadətlik etməli idi ki, Tanrının yaratdığı bütün məxluqların əmin-amanlığı Allah qanununa və İlahi prinsiplərə riayət edilməsindən asılıdır. Beləliklə, bu mənfur üsyan, özbaşınalığın həqiqi mahiyyətini göstərməklə bütün pak məxluqlara əbədi ibrət dərsi olmalıydı. Onları günah törətməkdən çəkindirərək, bunun labüd nəticəsi olan əzab və cəzadan xilas etməliydi.iMQ 14.2
Göydəki fəaliyyəti tam məğlubiyyətə uğrayana. qədər böyük hiyləgər özünü təmizə çıxartmaqda davam edirdi. iblisin və onunla. həmrəy olan mələklərin göydən qovulacaqları məlum olanda. isə, qiyamçı Yaradanın qanununa zidd olduğunu açıq surətdə bəyan etdi. O, yenə təkidlə təkrar etdi ki, mələklərin heç birinin nəzarətə ehtiyacı yoxdur,onla.r yalnız öz iradələri ilə hesablaşmalıdırlar. Şübhəsiz ki, mələklər müqəddəs olduqları üçün iradələri də onları həmişə yaxşı işlər görməyə yönəldəcəkdir. O, bəyan etdi ki, İlahi qayda-qanunlar mələklər ordusunun azadlığını məhdudlaşdırır. Onların bu boyunduruqdan azad olması, daha. yüksək və şərəfli mərtəbəyə çıxa. bilməsi üçün qanunu ləğv etmək lazımdır.iMQ 15.1
İblis və onun tərəfdarları birağızdan bütün təqsiri Məsihin üzərinə yıxdılar. “Biz qınanmasaydıq heç üsyana. da başlamazdıq”deyirdilər. Tabe olmaqdan inadla. boyun qaçıran böyük hiyləgər və onun tərəfdarları Allah hakimiyyətini devirməyə mənasız cəhd edir və bununla. belə özlərini zalım hakimiyyətin günahsız qurbanları kimi qələmə verirdilər. Nəhayət onlar göylərdən qovuldular.iMQ 15.2
Bu günə kimi yer üzündəki bütün qiyamçıları da, göylərdə qiyamı törədən həmin ruh ruhlandırır. İblis, mələkləri yoldan çıxarmaq üçün istifadə etdiyi üsulları insanlara. qarşı da. tətbiq edir. Onun ruhu bu gün də itaətsizlik oğullarının qəlbinə hakimlik edir. Ona bənzər belə insanlar, Allah qanununun məhdudiyyətlərini ləğv etməyə çalışır, bu İlahi nəsihətləri pozanlara. azadlıq qazanacaqlarmı vəd edirlər. Günahın ifşa. edilməsi indi də nifrət və müqavimət ruhu oyadır. Tanrı insanı pis əməldən çəkindirmək istədiyi zaman, iblis onları özlərinə bəraət qazanmağa. və başqalarında. özlərinə qarşı rəğbət hissi oyatmağa. yönəldir. Öz səhvlərini düzəltmək əvəzinə, insanlar onları ifşaedənin əleyhinə qalxırlar, sanki baş vermiş bədbəxtliyin yeganə səbəbkarı elə odur. Habil dövründən indiyənə kimi, günahı mühakimə edənləri bu cür münasibət gözləyir.iMQ 16.1
Göydə olduğu kimi, iblis yenə də Tanrı haqqında yanlış təsəvvür yaradır. Onu sərt və qəddar xasiyyətli göstərərək insanları ələ alır və günah törətməyə sövq edir. Bu işdə müvəffəqiyyət qazanaraq o, e’lan etdi ki, insan, iblisin özünü vaxtilə qiyama. məcbur olduğundan, yəni Allahın qoyduğu ağır tələblərə tab gətirə bilmədiyindən məğlubiyyətə uğramışdır. Lakin Tanrı Öz mahiyyətini belə açır: “Rəbb Mənəm, rəhmli və lütfkar Rəbb Allaham. Mən hədsiz səbirli, məhəbbət və sədaqətlə doluyam, minlərlə nəslinə məhəbbətimi göstərərəm, cəzanı, asiliyi və günahı bağışlayaram” (Çıxış 34:6,7).iMQ 16.2
İblisi göydən qovmaqla Allah Öz ədalətliliyini sübut etdi və Öz taxtının şərəfini qorudu. Lakin dönüklük ruhuna. uyaraq günaha. batmış insana. Allah məhəbbətlə yanaşdı və bu məhəbbət xatirinə Vahid Oğlunu, paklığını itirmiş insan nəsli naminə ölümə göndərdi. Tanrı bununla Öz mahiyyətini tamamilə açdı. Sübut olundu ki, Lüsiferin günah yolunu seçməsi Allah idarəçiliyinin təsiri nəticəsində baş verə bilməzdi. Çarmıx buna inkaredilməz dəlildir.iMQ 16.3
Xilaskarlıq xidmətini yerdə icra edən Məsihə qarşı mübarizə aparmaqla, iblis tamamilə özünü ifşa etdi. Dünyanı günahdan təmizləməyə gəlmiş Məsihə qarşı iblisin amansız və qəddar mübarizəsi göy əhli və sadiq mələklərə hər şeydən artıq təsir etdi, onların iblisdən qətiyyətlə araJanmalarına səbəb oldu. Məsihdən itaət göstərməsini tələb edən iblisin həyasızlığı və küfrü; İsanı dağ başına və mə’bədin üstünə qaldırıb qoyanda onun yekəxanalığı və özünü öyməsi; başgicəlləndirən hündürlükdən özünü atmağı Məsihə təklif etməsində üzə çıxan xəbis niyyətləri; İsanı ardı kəsilməz təqiblərə mə’ruz qoyaraq, Onu tez-tez yerini dəyişmək məcburiyyəti qarşısında. qoyması; kahinləri və xalqı təhrik etməsi ki, Onun məhəbbətinə rədd cavabı versinlər və nəhayət “Çarmıxa, çarmıxa. çək onu!” deyə bağırsınlar - bütün bunlar Kainatda heyrət və nifrət hissi oya.tdı.iMQ 17.1
Məsihi qəbul etməyə yol verməyən, Ona qarşı müqavimət hissi oyadan məhz iblisdir. Şər hökmdarı İsanı məhv etmək üçün öz məkrinin bütün gücündən istifadə etdi. Çünki o, görürdü ki, Xilaskarın mərhəməti və məhəbbəti, Onun rəhmdil, incə qəlbi və bağışlayan təbiəti Tanrını dünyaya. tanıdırdı. İblis, Tanrı Oğlunun hər sözünün əleyhinə çıxır, Xilaskarın həyatını əzab və kədərlə doldurmaq üçün insanlardan bir alət kimi istifadə edirdi. itaətsizlik balalarının vasitəsilə göstərilən nifrət; dünyaya göz açandan ömrü salehlik nümunəsi olan O Kəsin ünvanına yağdırdığı amansız böhtanlar - bütün bu hiylə və məkrlə İsanın işinə maneçilik törədilməsi, iblisin qisas almaq istəyindən irəli gəlirdi. İblisin Qolqotada Tanrı Oğlunun üzərinə vahiməli xainlik, qisas, qəzəb və nifrət od-alovunu püskürtməsini bütün Göy əhli müşahidə edərək dəhşətdən sanki donmuşdu.iMQ 17.2
Böyük qurban verildikdən və qəbul edildikdən sonra. Məsih göyə qalxdı, lakin mələklərin itaətini dərhal qəbul etməyib Atasına Öz xahişini təqdim etdi: “İstəyirəm ki, Mənə verdiyin kimsələr də Mənim olduğum yerdə Mənimlə bərabər olsunlar” (Yəhya. 17:24). Və Ata. dərgahından misilsiz qüdrət və məhəbbət dolu cavab gəldi: “Qoy Allahın bütün mələkləri Ona səcdə etsinlər” (İbranilərə 1:6). İsada. heç bir qüsur tapılmadı. Onun alçalması sona yetdi. O qurban gətirdi və Ona bütün adlardan üstün ad verildi.iMQ 18.1
İblisin cinayətinə hər hansı bir bəraəti qazandırmaq artıq mümkün deyildi. O, öz saxtakar və qatil mahiyyətini büruzə verdi. indi hamı gördü ki, insanlarla. rəftar etməsindən, Göy əhli ilə də necə davranacağı məlum oldu. O, bəyan edirdi ki, Allahın qanunlarınm ləğvi insanlara azadlıq bəxş edəcək, onlan ucaldacaq, lakin bunun yalnız dağıntı və köləlik gətirəcəyi aydın oldu.iMQ 18.2
Tanrı və Onun idarəçiliyi əleyhinə iblisin irəli sürdüyü ittihamların tamamən böhtan olması təsdiqləndi. O deyirdi: “yaratdığı məxluqlardan ta.be olmağı və Onun göstərişlərinə riayət etməyi tələb edərək, Allah onlara. öz iradəsini zorla. qəbul etdirir, hakimi-mütləqliyini möhkəmləndirir, hamını fədakar olmağa çağıraraq bir çox şeydən məhrum edir, Özü isə heç nədən keçmək istəmir”. Lakin indi hamı gördü ki, Kainatın Hökmdarı günaha. batmış və yolunu azmış bəşər övladım xilas etmək üçün yalnız sonsuz məhəbbət verə biləcək bir qurban vermişdir; çünki “Allah Məsihdə dünyanı Özü ilə barışdırdı” (2 Korinflilərə 5:19). Eyni zamanda, hamı şahid oldu ki, Lüsifer, ali hakimiyyətə və şöhrətpərəstliyə can ataraq günahın ya.ranmasına. səbəb oldu və ona. qapı açdı, Məsih isə günahı məhv etməkdən ötrü Özünü ram etdi, hətta ölümü belə, tərəddüdsüz qəbul etdi və fədakarlıq göstərdi.iMQ 18.3
Allah qiyamın prinsiplərini qəbul etməməyini göstərdi. Bütün Göy əhli həm iblisi cəzalandırmasında, həm də insanın günahından keçməsində Onun ədalətli olmasını gördü. Lüsifer deyirdi: “Əgər Allahın qanunu dəyişməzdirsə, onda onun pozulması bağışlana bilməz və buna. yol vermiş hər bir kəs Tanrı lütfünü həmişəlik itirməlidir.” O, belə fikir irəli sürürdü ki, günaha. düçar oimuş insan nəslinin bağışlanmağa heç bir əsası yoxdur və buna. görə onlar onun qənimətidirlər. Lakin Məsihin ölümü insanın lehinə elə bir əşyayi-dəlil idi ki, bu heç cür inkar edilə bilməzdi. Qanunun tələbiylə insana. verilməli olan cəza Allah sayağı Kəsin üzərinə düşdü. İnsan indi azad şəkildə Məsihin müqəddəslik və paklığını qəbul edib Ona. şərik çıxaraq, öz əməlisaleh həyatı ilə Tanrı Oğlunun iblisin üzərində çaldığı qələbəni təkrar edə bilər.iMQ 19.1
Məsih yer üzünə yalnız Öz iztirablı mübarizəsi və ölümü ilə insanı günahın pəncəsindən qurtarmaq üçün gəlməmişdir. O, “qanunu şöhrətləndirib ucaltmalıydı”. Tək insanlar deyil, Ka.ina.tdakı digər aləmlər də Allah qanununun dəyişməzliyi haqda doğru-dürüst təsəvvür almalı idilər. Onun qanununu dəyişmək mümkün olsaydı, onda Tanrı Oğluna. da. qanunun pozulmasının əvəzi kimi, Öz həyatını qurban vermək gərək olmazdı. Məsihin ölümü qanunun toxunulmazlığını sübut edir. Günahkarların xilası üçün Ata. və Oğulun sonsuz məhəbbət xatirinə verdikləri qurban, bütün Kainata. sübut etdi ki, Allah qanunu ədalət və mərhəmətə əsaslanır.iMQ 19.2
Məhkəmə sona çatdıqda. məlum olacaqdır ki, günah heç bir səbəb olmadan törədilib. Bütün bəşəriyyəti mühakimə edən: “Nə üçün Mənim əleyhimə qiyam törətdin və təbəəmi mənim səltənətimdən apardın?” - deyə iblisdən soruşanda., şərin səbəbkarı özünü təmizə çıxarmaq üçün artıq heç nə deyə bilməyəcək. Heç kim deməyə bircə söz belə tapmayacaq, qiyamçılar ordusu sükuta. qərq olacaq.iMQ 20.1
Qolqotadakı çarmıx, qanunun toxunulmazlığı və sarsılmazlığını sübut edir və bütün Kainata göstərir ki, günahın cəzası — ölümdür. Xilaskarın son nəfəsdə bərkdən dediyi: ‘Tamam oldu!” — nidası, iblisə ölüm hökmü kimi səsləndi. Zama.nla.rdan bəri davam edən böyük mübarizənin nəticəsi müəyyənləşdi və şərin kökünün birdəfəlik kəsilməsi mümkün oldu. Tanrı Oğlu ölüm qapısından keçdi ki, “Ölüm üzərində hakimiyyətə malik olanı, yəni, iblisi ölüm vasitəsilə yox etsin” (İbranilərə 2:14). Hakimiyyət hərisliyi Lüsiferi: “Tanrı ulduzlarından yuxarıya ucaldacam taxtımı... və Allaha bərəbər olacağam” - deməyə vadar etdi (Yeşaya. 14:13,14.) Tanrı isə deyir: “Mən səni yer üzündə külə döndərəcəm... və sən əbədi yox olacaqsan” (Yezekiel 28:18,19). “Ordular Rəbbi deyir: budur, soba kimi yandıran o gün gəlir. Bütün məğrurlar və pislik edənlər saman kimi olacaqlar. Gələn o gün onları yandıracaq. Onlardan nə kök, nə də budaq qalacaq” (Məlaki 4:1).iMQ 20.2
Bütün Kainat günahın nə demək olduğunu və onun nəticələrini görəcək. Və əgər ilk vaxtlar günahın qəti məhv edilməsi mələkləri qorxuya. salıb Allahın adına. xələl gətirə bilərdisə, indi bu, Allahın mərhəmətli olmasını isbat etdi və ürəklərində Onun qanunları həkk olunmuş, Onun iradəsini həyata keçirməkdən hədsiz həzz alan Kaina.t əhlinin gözündə Onu daha. da ucaltdı. Bir daha. heç vaxt şər olma.yacaq. Allah Sözü deyir: “O hər şeyə son qoyaca.q, onlardan bəlaçıxmaz bir daha” (Nəxum 1:9). İblis tərəfindən qul boyunduruğuna bənzədilən Allah qanunu azadlıq qanunu kimi qəbul olunacaq. Sonsuz məhəbbət və müdrikliyini bütün dolğunluğu ilə açıb göstərmiş O Kəsə, sınanmış və sınağa davam gətirmiş bəndələrinin inamı artıq heç vaxt sarsılma.ya.caq.iMQ 21.1