Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    IX. Allah xalqının qurtuluşu

    Allah nəsihətlərinə sadiq qalanlar dövlət müdafiəsindən tam məhrum edildikdə, müxtəlif ölkələrdə onları məhv etmək məqsədi güdən hərəkatlar baş qaldıracaq. Onların dövlət qanunları himayəsindən kənar edilməsi haqqında qərarın qüvvəyə minməsi vaxtı yaxınlaşdıqda, bu “nifrətə layiq sekta”-nı məhv etmək üçün sui-qəsd tədbirləri planlaşdırılacaqdır. Həqiqəti aşkara çıxaran və haqsızlıqlara qarşı etiraz səsini ucaldanları birdəfəlik susdurmaqdan ötrü, gecələrin birində onlara həlledici zərbə endirmək qərarına gələcəklər.iMQ 157.1

    Allahın xalqı - kimi dustaqxanalarda, kimi meşə və dağlardakı gizli sığınacaqlarda - Allahdan müdafiə diləməkdə davam edir, cinlər tərəfindən təhrik edilən silahlı dəstələr isə onu artıq məhv etməyə hazırlaşır. Və təhlükə bu son həddə çatan saatda İsrail Allahı Öz xalqını xilas etməkdən ötrü işə qarışır. O, deyir: “Siz isə müqəddəs bayram gecəsində olduğu kimi mahnı deyəcəksiz və İsrail qalası, Allah dağına doğru gedənə məxsus ürəklərinizdə bir sevinc olacaq. Və heybətli səsiylə guruldayacaq, Öz qüdrətli əzələsinin qəzəbini məhv edici od-alovunda, tufan və su basqınlarında. və daş yağdırmaqda göstərəcək” (Yeşaya. 30:29,30).iMQ 157.2

    Təhqir və lənət yağdıran, bir-birini cəsarətləndirməkdən ötrü bərkdən gülüb-danışan dəstələr artıq Allah bəndələrinin üstünə atılmağa hazırdırlar, lakin budur, ən qaranlıq kecədən də betər yer üzərinə qatı zülmət çökür. Sonra göydə Allah taxtının şərəfindən şəfəqlənən göy qurşağı görünür: elə bil ki, o, Allaha dua edənlərin hər bir dəstəsini əhatəyə alır. Azğın düşmən dəstələri sanki donub qalırlar. Təhdid səsləri kəsilir. Bu adamlar nədən qeyzləndiklərini unudurlar. Yaxmlaşmaqda olan təhlükədən vahiməyə düşərək, onlar Allah əhdpeymanının rəmzini görür və hər yanı bürüyən bu şəfəqdən qaçıb gizlənmək istəyirlər.iMQ 158.1

    Allah xalqı aydın və ahəngdar səslə ona. deyilən sözü eşidir: “Başımzı qaldırtn!” Və gözlərini yuxarı qaldırıb onlar əhd-peyman rəmzini - göy qurşağım görürlər. Göy üzünü tutan qara, qorxunc buludlar seyrəlir və onlar, Stefana bir vaxt vəhydə göstərilmiş səhnəni - Allah şərəfini və taxtda. oturan İnsan Oğlunu göydə görürlər. Onlar Onun İlahi bədənində, məruz qaldığı zəlalət və işkəncələrin izlərini görür və Onun Atasına. və müqəddəs mələklərə yalvaran səsini eşidirlər: “Ey, Ata, istəyirəm ki, Mənə verdiyin kimsələr də Mənim olduğum yerdə Mənimlə bərabər olsunlar...” (Yəhya 17:24). Və yenə aydın ahəngdar səs eşidilir: “Gəlirlər! Gəlirlər müqəddəslər, pak və günahsızlar! Onlar Mənim səbr Sözümü qoruyub saxlarnışlar; onlar mələklər arasında yaşayacaqlar”. Və möhkəm durub öz imanından dönməyənlərin solmuş, titrəyən dodaqlarından qələbə nidası ucalır.iMQ 158.2

    Gecə yarısı, Öz xalqını azad etmək üçün, Allah Öz gücünü göstərəcək. Günəş gözqamaşdırıcı parlaq işıq saçacaq. Möcüzələr və İlahi əlamətlər bir-birini əvəz edəcək. Allahsızlar bütün bunları dəhşət və heyrətlə seyr edir, salehlər isə qələbə şadlığı ilə öz qurtuluşlarının əlamətlərini izləyirlər. Elə bil ki, təbiətdə hər şey öz adi axarını dəyişib. Çaylar dayanıb. Ağır qara. buludlar qarşı-qarşıya gəlib bir-birilə toqquşurlar. Göyün ortasında isə təsviredilməz şərafət zolağı görünür; oradan çox-çox suların şırıltısına. bənzər Rəbbin səsi eşidilir. O, deyir: “Tamamlandı!” (Vəhy 16:17). Bu səsdən yerlə göy lərzəyə gəlir. “İnsanın yer üzündə olduğu vaxtdan bəri” olmamış bir zəlzələ baş verir. “Necə zəlzələ! Nə dəhşətli!” (Vəhy 16:18). Göy sanki yarılır və daralır. Allah taxtından saçılan şəfəq hələ görünməkdədir. Dağlar, külək altında qamış kimi o ya.n bu yana. əsir və qaya parçaları hər yana dağılır. Yaxınlaşan tufan nəriltisinə oxşar səs eşidilir. Dəniz qeyzlənib təlatümə gəlmişdir. Öz dağıdıcı işlərini yerinə yetirən, iblislərin səsini xatırladan dəhşətli fırtınanın uğultusu getdikcə artır. Bütün yer səthi dəniz dalğaları kimi qalxıb düşür. Onun üstündə çatlar əmələ gəlir, dayaqları isə sarsıdılır. Sıra dağlar dəniz sularına. qərq olur. Adalar şəhərlər əhalisi ilə bir yerdə yox olur. Pozğunluqları ilə Sodomu xatırladan sahilyanı şəhərləri, azğınlaşmış suların dalğaları silib-süpürür. Və möhtəşəm Babil “Allahın qarşısında. anıldı ki, Onun şiddətli qəzəbinin şərabınin kasası ona. verilsin”. Və hər biri “bir talant” ağırlığında olan böyük dolu dənələri öz məhvedici işini tamamlayırlar (ayə 19,21). Yer üzünün ən təkəbbürlü şəhərləri xarabazara dönürlər. Dünyanın ən görkəmli hökmdarlarının öz adlarını şöhrətləndirmək üçün, böyük vəsait sərf edərək tikdirdikləri möhtəşəm saraylar, indi onların gözü qabağında viran olur. Dustaqxana. divarları uçubtökülür və inamlarına görə burada saxlanan məhbuslar azadlığa çıxırlar.iMQ 159.1

    Qəbirlər açılır və “yerin torpağında yatanların çoxu əbədi həyat, bəziləri isə əbədi xəcalət və rüsvayçılıq üçün oyanacaqlar” (Daniel 12:2). Və üçüncü mələyin xəbərinə inamda vəfat etmişlərin hamısı, Allah qanunlarına əməl edənlərlə Rəbbin sülh bağlamasını eşitmək üçün qəbirdən aJnı açıq qalxacaqlar. Ölüm ayağında olan Məsihi lağa qoyub təhqir edənlər, “və Onun bədənini dələnlər” (Vəhy 1:7)-də diriləcəklər. Onun həqiqətinin və xalqının ən qəddar düşmənləri də dirilib Onun şan-şöhrətinin şahidi olacaqlar. Bütün sadiq qaJanlar və sözə əməl edənlər Məsihin şanşöhrətinə layiq görüləcəklər.iMQ 160.1

    Sıx buludlar göy üzünü tutmaqdadır, ancaq Tanrının məhvedici nəzərinə bənzər günəş hərdən onların arasından görünür. Dalbadal çaxan güclü ildırımlar başdan-başa yer üzünü örtür. Göy gurultusu ilə eyni vaxtda, kafirlərin aqibətindən xəbər verən və təbiəti namə'lum olan, tükürpədici səslər eşidilir. Bunların məzmunu hamıya çatmasa da, saxta “müəllimlər” üçün bunun nə demək olduğu aydındır. Hələ bir az bundan qabaq bu qədər təkəbbürlü, yekəxana və saymazyana olan, Allahın nəsihətlərinə əməl edənlərlə qəddarlıqla davrananların canlarına indi qorxudan üşütmə düşüb. Onların ah-naləsi təbii fəlakətlərin səs-küyündən də bərk səslənir. iblisanə qüvvələr Məsihin gücündən lərzəyə gələrək Onun İlahiliyini artıq qəbul edir, insanlar təlaş və qorxu içində yerlə sürünərək mərhəmət diləyirlər.iMQ 160.2

    Qədim peyğəmbərlər göylərdən verilən vəhylərində Rəbb gününü görüb deyirdilər: “Ağlayın, çünki qüdrətli Allahdan dağıdıcı qüvvə kimi gələn Rəbb günü yaxındadır” (Yeşaya. 13:6). “Allahdan, Onun gücünün böyüklüyündən qorxaraq qayalara gir.yerin altına gizlən. İnsanın məğrur baxan gözləri yerə dikiləcək və insani hər bir şey alçalacaq; və yalnız o gün Allah uca olacaq. Çünki Savab Sahibi olan Allahın günü lovğalığın, təkəbbürün və göylərə qaldırılmış hər nə varsa onların üstünə gəlir - bunlar alçaldılacaqdır” (Yeşaya2:10-12). “O gün insan səcdə etmək üçün özü yaratdığı gümüş bütləri, qızıl bütləri köstəbək və yarasalara atacaq ki, yeri cəzalandırmağa gələn Allahın gücünün böyüklüyü qorxusundan qaçıb qayalıqlardakı mağaralara, dağlarda dərələrə gizlənsin” (Yeşaya 2:20,21).-iMQ 161.1

    Buludlar arasından bir ulduz parlayır və hər yeri bürümüş qaranlıqda o xüsusilə parlaq görünür. Bu ulduz Allahın sadiq övladlarının ürəyinə ümid və sevinc gətirir, Allah qanununu pozanlar isə bunu Allah bəlası nişanəsi kimi qəbul edirlər. Məsihin xatirinə hər şeyi qurban vermişlər indi sanki gizli Allah sığınacağında, təhlükəsizlikdədirlər. Onlar artıq sinanmışlar və həqiqəti inkar edənlərin və bütün dünyanın qarşısında bu adamlar, Öz ömrünü onların xatirinə qurban vermiş O Kəsə sadiq olduqlarını sübut etmişlər. Ölümlə üzüzə gəldikdə belə, öz əqidəsindən dönməyənlərin vəziyyəti qəribə şəkildə dəyişmişdir. Onlar, cinlərə dönmüş insanların qorxunc və müsibətli zülmündən birdən birə azad olmuşlar. Bir qədər bundan qabaq həyəcan və üzgünlük ifadə edən ağarmış üzlərindən indi heyranlıq, inam və məhəbbət yağır. Onlar qələbə mahnısı oxuyurlar: “Allah sığınacaq, qüvvətdir bizə, dar gündə hazırdır hər köməyimizə. Buna görə qorxmuruq biz: yer üzü lərzəyə gəlsə də, dağlar uçub dənizin köksünə tökülsə də, dalğalar kükrəyib qalxsa da, vurub dağları silkələsə də qorxmuruq biz. Bir çay var ki, axıb sevinc gətirər Allahın şəhərinə, Haqq-Təalanın müqəddəs məskəninə” (Zəbur 46:2-4).iMQ 161.2

    Bu müqəddəs ümid sözləri Allah dərgahına ucalan zaman buludlar seyrəlir və ulduzlarla səpələnmiş göy üzü açılır. Göy qübbəsinin qıraqlarında topalanan qara buludlar, mənzərənin gözəlliyini daha da. vurğulayır. Aralanmış qapıdan İlahi şəhərin nuru şəfəq saçır. Sonra göydə, Musaya verilmiş, üstündə 10 qanun yazılı iki üst-üstə qoyulmuş daş plitə saxlayan əl görünür. Peyğəmbər deyir: “Göylər ədalətini eləyir bəyan, çünki Allahdır hakim olan” (Zəbur 50:6). Od və gurultu içində, Sinay dağında elan olunan müqəddəs qanun - Allah salehliyi ölçüsü - həyat nizamnaməsi kimi verilmişdir, indi isə o, insanlar qarşısında məhkəmə meyarı kimi durmuşdu. Əl əhd lövhələrini açır və hamı, sanki odla yazılmış on qanunu görür. Bu sözlər elə aydındır ki, onları hər kəs oxuya bilir. Yaddaşlar oyanır, cəhalət dumanı və səhv təlimlər qeybə çəkilir və on bənddən ibarət yığcam, aydın və qüdrətli Allah nəsihətləri bütün yer əhlinin gözü önündə durur.iMQ 162.1

    Allahın müqəddəs tələblərini ayaq altına atanların peşimançılıq və qorxusunu təsvir etmək qeyrimümkündür. Allah onlara Öz qanunlarını vermişdir; xasiyyətlərini bu qanunlarla tutuşdurub öz çatışmaz cəhətlərini müəyyən edərək, vaxt varkən, tövbə edib düzəlmək üçün onların imkanları var idi, lakin dünyanın rəğbəti və şöhrətini qazanmaq üçün onlar İlahi nəsihətlərə laqeydlik göstərmiş və başqalarını da. bu qanunları pozmağa sövq etmişlər. Bu adamlar Allahın xalqına təzyiq göstərirdilər ki, onlar Rəbbin şənbəsini təhqir etsinlər. İndi isə özləri rədd etdikləri qanunlarla. mühakimə olunurlar. Heç bir bəraətlərinin olmamasını onlar dəhşətli bir aydınlıqla. anlayırlar. Kimə itaət və xidmət edəcəklərini onlar özləri seçmişdilər. “O zaman siz salehlə pis adam, Allaha qulluq edənlə etməyən arasındakı fərqi yenə görəcəksiniz” (Məlaki 3:18). Allah qanununun düşmənləri - istər din xadimləri, istərsə də sıravi adamlar olsun - indi həqiqət və öz borcları barəsində tamamlə yeni təsəvvür əldə edirlər. Qanunun dördüncü bəndində göstərilən şənbənin Diri Allahın möhürü olmasını çox gec başa düşürlər. Saxta. şənbənin mahiyyətini, onun heç bir möhkəm əsası olmamasını çox gec görürlər. Onlar ayılıb görürlər ki, Allah əleyhinə mübarizə aparırlar. Dini müəllimlər onları, cənnət qapılarına sarı apardıqlarına inandıraraq, məhvə doğru aparırlarmış. Dini tərbiyə sahəsində çalışanların məsuliyyətinin böyüklüyü və onların düzgün yol tutmamasının nəticələrinin ağırlığı yalnız son haqq-hesab günü məlum olacaqdır. Hər bir itirilmişruhun əsil dəyərini biz yalnız əbədilikdə biləcəyik. Allalı kimə “uzaqlaş Məndən kafir bəndə!” -desə, aqibəti dəhşətli olacaq.iMQ 162.2

    Göydən Allahın səsi eşidilir. O, Məsihin gələcəyi günü və saatı, və Öz xalqı ilə əbədi əhd-peyman bağladığını elan edir. Onun güclü göy gurultularına bənzər səsi yerin hər yanına yayılır. Allahın xalqı - rəmzi İsrail - gözlərini yuxarı dikib hər sözü diqqətlə dinləyir. Sinay dağından enən Musa peyğəmbərin üzü kimi, üzləri Onun nurundan şölələnir. Kafirlər onlara baxa bilmir. Allahın Sözünə qorxu və hörmətlə yanaşaraq Onun müqəddəs Şənbəsini saxlayanlara xeyir-dua verildikdə, güclü qələbə nidası eşidilir.iMQ 163.1

    Bir azdan şərq tərəfdən, əlin yarısı boyda kiçik və qaramtıl bir bulud parçası görünür. Uzaqdan rəngi tünd görünən bu bulud Xilaskarı əhatə edir. Allahin xalqı bilir ki, bu, İnsan Oğlunun gəlməsinin əlamətidir. Müqəddəs bir sükut içində hamı bu buludun yerə yaxınlaşmasmı izləyir. Yaxınlaşdıqca buludun rəngi ağarır və nəhayət o, gözqamaşdırıcı nur saçan, böyük ağ bulud şəklinə düşür; onun, binövrəsi məhvedici oda bənzər şöhrətə əsaslanıb, buludun üzərində isə əhd-peyman nişanəsi - göy qurşağı görünür. İsa Məsih qüdrətli Müzəffər kimi yerə enir. O artıq acı təhqirlər və kədər camından içən “əzabkeş Şəxs” deyildir. O, göydə və yerdə qələbə çalaraq, diriləri və ölüləri mühakimə etməyə gəlir. “Sadiq və həqiqi ədalətlə hakimlik edən və vuruşan”. “Göy orduları Onun ardınca gedirlər” (Vəhy 19:11,14). Gözəl səmavi himnlər oxuyan saysız-hesabsız mələklər İsa Məsihi müşayiət edirlər. İşıq saçan məxluqlar bütün göy üzünə səpələnib; onlar “saysız-hesabsız, yüz minlərcədir”. insan qələmi bu mənzərəni təsvir etməyə acizdir; insan zəkası onun böyüklüyü və heyrətamiz gözəlliyini qavraya bilməz. “Ehtişamı göyü bürüdü, həmd-sənası yer üzünü tutdu. Günəş təki parıldayır, əlləri nur saçır, qüdrətinin sirri əlindədir” (Xəvəqquq 3:3,4). Bu canlı bulud aşağı endikcə, hamı həyat Knyazını görür. Onun müqəddəs başı üzərinə artıq göyəm kolunun tikanlı budaqlarından hörülmüş eybəcər çələng deyil, şöhrət tacı qoyulub. Onun üzü, gözqamaşdırıcı günorta. günəşi kimi parlayır. “Onun paltarında və ombasında: “Şahlar Şahı və ağalar Ağası” deyə yazılmış bir isim vardır (Vəhy 19:16).iMQ 164.1

    Onun hüzurunda “bənizlərin rəngi qaçıb”, və Onun lütfkarlığını rədd edənlər isə əbədi ümidsizlik dəhşətinə qərq olurlar. “ürəyi əsir, taqətdən düşür dizləri. Bədənləri titrəyir, solur üzləri!” (İrməya 30:6; Nəxum 2:10). Salehlər - “Kim tab gətirə bilər?”deyib tir-tir əsirlər. Bu sözləri eşitcək mələklər oxumağa son qoyurlar və vahiməli sükut çökür. Sonra isə İsa Məsihin səsi eşidilir: “Mənim lütfüm sizə kifayətdir”. Salehlərin üzləri açılır və ürəklərinə sevinc çökür. Mələklər isə bir pərdə zilə qalxıb, yenidən oxuyaraq yerə enməyə davam edirlər.iMQ 165.1

    Şahlar Şahı oda-alova bürünmüş buludlar üzərində enir. Göylər lülə şəklində bükülən kağız kimi bükülür; yer titrəyir və hər dağ, hər ada öz yerindən oynayır. “Allahımız gəlir, dayanmaz sakit, önündə yandırıbyaxan atəş var, ətrafında həmişə tufan olar. Xalqını mühakimə etmək üçün O şahid çağırır göyü, yeri” (Zəbur 50:3,4).iMQ 165.2

    “Dünyanın padşahları və əyanları, varlıları və minbaşıları, güclüləri, hər qul və hər azad, dağların mağara və qayalarında gizlənib, dağlara və qayalara deyirlər: “Üstümüzə yıxılın, bizi taxtda Oturanın üzündən və Quzunun qəzəbindən gizlədin! Çünki Onun qəzəbinin böyük günü gəldi və kim dayana bilər?” (Vəhy 6:15-17).iMQ 165.3

    İstehza edənlərin və lağbazların səsləri kəsilib. Yalan yayan dil-ağızlar susub. Silahlı hədə-qorxular, yürüşə çağırışlar, vuruşma. səs-küyü qulağa. dəymir... Yalnız dualar, ağlaşma və vay-şivən səsləri eşidilir. Bir vaxtlar lağ edənlərin dodaqlarından qışqırıq qopur: “Qəzəbin böyük günü gəlib, kim dayana bilər?” Kafirlər etinasızlıq göstərib rədd etdikləri Kəsin üzündən qaçıb gizlənməkdən ötrü sal qaya və daşlara yalvarırlar ki, tökülüb üstlərini örtsünlər.iMQ 166.1

    Bu, ölüləri oyadan səs onlara tanışdır. Neçə dəfələr bu qəmli və mülayim səs onları tövbəyə də’vət etmişdir. O, neçə dəfə şəfqətlə, yalvarışla - Dost, Qardaş və Xilaskar səsi ilə müraciət edib! Onun mərhəmətini rədd etmişlərdə bu, onlara neçə vaxt:’’Qayıdın, qayıdın öz zalım yollarınızdan;nəyə görə siz ölməlisiz?” (Yezekiel 33:11) - deyə yalvaran səs kimi, heç bir başqa səs belə ağır suçluluq hissi oyatmır. Ah, kaş bu səs onlara tanış olmayaydı! İsa deyir: “Sizi çağıranda. rədd etdiniz məni, olmadı əhəmiyyət verən sizə uzadanda əlimi. Boş saydınız bütün nəsihətlərimi; rədd etdiniz məzəmmətlərimi” (Məsəllər 1:24,25). Bu səs onların yaddaşını oyadacaq və rədd edilmiş xəbərdarlıqları, qulaq ardına verilmiş çağırışları, əldən verdikləri imtiyaz və fürsətləri yada salacaq. Bütün bunları onlar yaddaşlarından silib unuda bilsəydilər, özlərini xoşbəxt sanardılar.iMQ 166.2

    Məsihin çarmıxa. çəkildiyi zaman Onu təhqir etmişlər də orada olacaqlar. Baş kahin Ona and verərək sualına. cavab isftəyəndə, Onun inamla: “Bundan sonra İnsan Oğlunun Qüdrətin sağında. oturduğunu və göyün buludları üzərində gəldiyini görəcəksiniz” (Matta. 26:64), - dediyi sözləri həyəcanla xatırlayırlar. İndi onlar Onun şərafətlə əhatə olunduğunu seyr edir, sonra isə Onun Qüdrətin sağında oturduğunu da. görəcəklər.iMQ 166.3

    O, Özünü Tanrı Oğlu adlandıranda. Ona. rişxənd edənlərin indi səsləri çıxmır. Onun şahlıq ləyaqətini təhqir etmək məqsədilə ələ salaraq - “tacgüzarlıq mərasimi” keçirməyi əsgərlərə əmr edən təkəbbürlü Yəhudeya padşahı Hirod da. buradadır. Murdar əllərilə Ona qırmızı “şah xələti” geyindirənlər, Onun müqəddəs başı üzərinə tikanlı göyəm budaqlarından hörülmüş “şah tacı”-nı qoyanlar; Onun müqavimətsiz əlinə “şah əsası” verərək, Allahı təhqir edən söyüşlərlə Ona - məsxərə üçün - tə’zim edənlər də burada dururlar. Həyat Knyazını şillələyib üzünə tüpürənlər indi Onun iti nəzərindən və Onun şəxsiyyətindən aJərpə saçılan müqəddəslik nurundan hara olursa-olsun qaçıb gizlənməyə hazırdırlar. Onun əllərinə və ayaqlarına mismarlar çalanlar, nizə ilə Onun böyrünü dələn əsgərlər, indi dəhşət və vicdan əzabı ilə Onun bədənindəki bu izlərə baxırlar.iMQ 167.1

    Kahinlər və yəhudi rəhbərləri Qolqotadakı hadisəni sarsıdıcı aydınlıqla yada salırlar. Qorxudan titrəyərək onlar, başlarıyla him edib iblisanə bir sevincəkliklə: “Başqalarım xilas etdi, Özünü qurtara. bilmir! Əgər İsrailin Padşahıdırsa, qoy çarmıxdan düşsün və biz də Ona iman edək. Allaha bel bağlayırdı; əgər Allah Onu istəyirsə, qoy indi xilas etsin” (Matta. 27:42,43) - dediklərini xatırlayırlar.iMQ 167.2

    Üzüm məhsulunu bağın sahibinə verməkdən imtina edən, onun göndərdiyi qulluqçuları və oğlunu öldürən bağbanlar haqqında Xilaskarın onlara misal gətirdiyi rəvayət, gözləri önündə gəlib durur. Onlar o zaman özləri verdiyi hökmü də xatırlayırlar: üzüm bağının sahibi “bu zalımları ən əzablı ölümə məhkum edəcək”. Bu ağır cəzaya layiq cinayət törətmiş naxələf bağbanlar timsalında, kahinlər və başçılar özlərini və onları gözləyən aqibəti görürlər. Ümidsizlik və dəhşət, ölüm qorxusu ifadə edən qışqırıq eşidilir: “0, - Tanrı Oğludur! Həqiqətən Məsihdir!” Bu fəryad, vaxtilə Yerusəlim küçələrini çalxayan: “Çarmıxa çək Onu! Çarmıxa çək Onu!” - səs-küyündən daha. güclüdür. Onlar şahlar Şahının gözünə görünməməkdən ötrü, təbii fəlakətlər nəticəsində yerdə əmələ gəlmiş dərin lağım və mağaralara qaçıb gizlənməyə çalışacaqlar, lakin buna nail ola bilməyəcəklər.iMQ 167.3

    Həqiqəti inkar edənlərin həyatında, vicdanlarını oyadıb xəcalətli riyakarlıqlarını xəyala. gətirərək, qəlbi incidən faydasız heyfslənmə hissi keçirdikləri anlar da olur. Lakin bu həyəcanları “dəhşət, boran kimi, bədbəxtlik qasırğa kimi” (Məsəllər 1:27), gələndə keçirəcəkləri vicdan əzabı ilə müqayisə etmək olarmı? Məsihi və Onun sadiq xaJqını məhv etmək istəyənlər, indi onların üzərində duran şərafəti görürlər. Onlar saJehlərin sevinc dolu: “Budur O, bizim Tanrımız! Ona idi təvəkkülümüz, O da bizi xilas etdi” (Yeşaya. 25:9). - sözlərini eşidib vahiməyə gəlirlər.iMQ 168.1

    Yerin lərzə gəlməsi, ildırımlar və göy gurultusu davam etdiyi vaxt Tanrı Oğlu qəbirlərdə uyuyan salehləri çağırır. O, saJehlərin qəbirlərinə baxır, sonra əllərini göyə qaJdıraraq ucadan deyic: “Oyanın, oyanın, oyanın torpaqda yatanlar, qalxın ayağa!” Və yerin hər tərəfində ölülər bu səsi eşidəcəklər, və eşidənlər diriləcək. Bütün xalqlara, nəsillərə və dillərə mənsub olan nəhəng dirilmişlər ordusunun yerişindən bütün yer titrəyəcək. Onlar qəbir əsirliyindən ölməzlik şərafətinə bürünərək çıxırlar. Ucadan soruşurlar: “Ölüm! Hanı sənin neştərin? Cəhənnəm! Hanı sənin qələbən?” (1 Korinflilərə 15:55). Və bu vaxt “ölümü dadmamış salehlərin” və dirilmiş müqəddəslərin qələbə sevinciylə dolu səsləri bir müddət bir-birinə qatışacaq.iMQ 168.2

    Qəbirlərdən çıxanların zahiri görkəmi, ölüm saatına qədər olduğu kimi olacaq. Dirilənlər arasında. Adəm nəhəng, yalnız Tanrı Oğlundan bir qədər alçaq olan boyu və əzəmətli qamətilə seçilir. O, sonrakı nəsillərdən kəskin dərəcədə fərqlənir. İnsan təbiətinin nə dərəcədə cırlaşmasını elə tək bundan da. görmək olur. Lakin dirilənlərin hamısının zahiri görkəminə gənclik, təravət və gözəllik möhürü vurulub. İlk-əvvəl insan yalnız ruhi xüsusiyyətlərilə deyil, zahiri cizgilərilə də İlahi surətə bənzər yaradılmışdır. Günah, Allahın verdiyi bu surəti korlayıb az qaJa məhv etmişdi, ancaq Məsih itiriləni bərpa etmək üçün gəlmişdir. O, bizim günahlı bədənimizi dəyişdirərək, Özünün mübarək təbiətinə bənzər edəcək. Ölüb külə dönən, bir vaxtlar günahla. murdarlandığından gözəlliyini itirən insan bədəni kamil, gözəl və ölməz olacaq. Bütün naqislik və günahlar qəbirdə qalacaqdır. Bağışlananlar, çoxdan itirilmiş Ədəmdəki həyat ağacından yenidən faydalanmaq hüququ qazanaraq, insanın ilk vaxtlar malik olduğu kamillik və müqəddəsliyə çatanacan inkişaf edəcəklər. (Bax Məlaki 4:2). Olan-qalan son günah və lə’nət izləri silinəcək və vaxt gələçək, Məsihə sa-diqlər “Rəbbimizin gözəlliyində”zəka, qəlb və cismani cəhətdən Ona bənzər şəkildə zühur edəcəklər. Haqqında bu qədər mühakimə yürüdülən, əsrlərdən bəri güvəndiyimiz; belə sevinc və həsrətlə gözlənilən, ancaq yenə də axıra kimi dərk edilməyən mübarək bağışlanma!iMQ 169.1

    Axirət zamanı yaşayan salehlər “qəflətən, bir göz qırpımında” dəyişiləcəklər. Allah səsi gəldiyi vaxt onlar artıq şərəfləndirilmişdilər, indi isə ölməzliyə qovuşaraq, onlar dirilmiş salehlərlə bir yerdə Rəbbin qarşısına, havaya qaldırılırlar. Mələklər “Onun seçilmişlərini dörd bir tərəfdən, başdan başa bütün yer üzündən yığacaqlar”. Müqəddəs mələklər körpələri götürüb əllərində analarına gətirəcəklər. Çoxdan bir-birindən ölümlə ayrılmış dostlar görüşəcək və bir daha heç vaxt ayrılmayacaqlar; hamısı şad-xürrəm Allah şəhərinə qalxacaqlar.iMQ 170.1

    Daşıyıcı buludların hər tərəfində qanadları, altında isə canlı təkərləri var, və bulud yuxarı hərəkət etdikdə təkərdən; “Pakdır!”nidası eşidilir. Hərəkət zamanı qanadlar da: “Pakdır!”deyirlər. Mələklər də hamısı - “Pakdır!Pakdır!Pakdır Hakimi-mütləq olan Allah!” - sözlərini ucadan deyirlər. Məsihin qanı bahasına alınmışlar isə, bulud Yeni, səmavi Yerusəlimə yaxınlaşdıqda ürəkdən: “Minnətdarıq ya Rəbb!” - deyirlər.iMQ 170.2

    Allah şəhərinin qapılarına çatdıqda, Xilaskar Öz ardıcıllarına qələbə rəmzi olan və şah nəslinə mənsubiyyəti bildirən fərqlənmə nişanları təqdim edir. Onlar, Öz əzəməti və qamət ilə bütün salehlərdən və mələklərdən xeyli uca olan, üzündən xeyirxahlıq və məhəbbət yağan Şahın ətrafında, parlayan sıralarla düzülürlər. Saysız-hesabsız xilas olanların nəzərləri Ona dikilib, O Kəsə ki, “Hər bir insandan daha artıq eybəcərləşdirilmişdir.. və görkəmi Onun - hər insandan betər” idi. İsa Məsih sağ əli ilə qələbə çalmışların başına şərəf çələngi qoyur. Hər xilas olmuş üçün, onun yeni adı (Vəhy 2:17) və “Allahın müqəddəsi” sözləri yazılmış çələng hazırlanmışdır. Hər nəfərə, qalibiyyət nişanəsi olan - palma budağı və parıltılı arfa. musiqi aJəti də verilir. Sonra, musiqiyə cavabdeh olan mələklər ton verir, hər kəsin əli məharətlə simlərə toxunur və heyranedici musiqi eşidilir. Hamının ürəyini dilə gəlməz heyranlıq hissi bürüyür və minnətdarlıqla həmd-səna söyləyən səslər bir-birinə qovuşur: “Bizi sevənə, Öz qanı ilə günahlarımızdan bizi azad edənə, bizi Öz Atası Allaha padşahlar və kahinlər qılana əbədi olaraq izzət və qüdrət olsun. Amin” (Vəhy 1:5,6). Müqəddəs şəhər - xilas olunmuşlar qarşısındadır. İsa Məsih mirvari qapıları taybatay açır və həqiqətə sadiqlər bu qapılardan keçirlər. Orada onlar, günaha batana qədər Adəmin vətəni olmuş Allahın cənnətini görürlər. Sonra onlar insan qulağı üçün hər bir musiqidən daha şirin səslənən sözlər eşidirlər: “Sizin mübarizəniz qurtardı”. “Ey Mənim Atamın xeyir-duasını aJmışlar, gəlin, dünya yaranandan sizə hazırlanmış səltənətə varis olun”.iMQ 170.3

    Xilaskarın Öz şagirdləri adına etdiyi dua: “Sən Mənə verdiklərin istəyirəm Mən olan yerdə, Mənimlə olsunlar” - indi həyata. keçmişdir. Öz şərəfi qarşısında, günahsızlıq sevincində (Yəhuda 24) Məsih Öz Qanı ilə təmizlənmişləri Atasına təqdim edərək deyir: “Budur, Mən və Sənin Mənə verdiyin övladlarım”. “Kimləri ki, Mənə vermişdin, Mən qoruyub saxladım”. Ah, bağışlayan məhəbbət ecazkarlığı! Atamız, böyüklüyü hüdudsuz olan Allah, təmizlərə baxib onlarda Öz surətini görəcəyi an necə də heyranedici olacsq; o vaxt ki, inssn təbiətini pozan, korlayan günah yoxa çıxacaq və insani ilə İlahi yenidən bir-birinə qovuşecaqlar!iMQ 171.1

    Misilsiz məhəbbətlə İS3 Məsih Öz sadiqlərini Rəblərinin sevincinə şərik оlmağa dəvət edir. Xilaskarın sevinci isə, - Öz iztirabları və ölümü bahasına xilas edilmişləri şərəf səltənətində görməkdən ibarətdir. Salehlər də - duaları, zəhmətləri, qayğıkeşlik və fədakarlıqları sayəsində Məsih imanına gətirdikləri adamları öz aralarında görərkən, İsa Məsihin sevincinə şərik olacaqlar. Onlar böyük ağ taxtın qarşısına yığılan zaman, Məsihin hüzuruna. gətirdiklərini, onların da, öz növbəsində başqalarını gətirdiyini, bu başqalarının da - digərlərini gətirdiklərini görəndə ürəkləri sonsuz şadlıqla. dolacaq. Nəhayət ki, hamısı əmin-smsnlıq limanina yetişmişdir və burada öz çələnglərini İsa Məsihin syağı altına qoyaraq, əbədi olarsq Onu şərəfləndirəcəklər.iMQ 172.1

    А11зһ şəhərində xilas olunmuşlar salsmlanan zaman, hər yanı şadlıq və sevinc nidaları bürüyür: İki Adəm bir-birilə görüşür. Tanrı Oğlu qollarını açarsq Allahın yaratdığı, bəşəriyyət əcdadını, öz Yaradanına dönük çıxan və Xilaskarın bədənində çarmıx müsibətlərinin izlərini qoymuş günahların ilk qurbanını qucaqlamağa hazırdır. Mismarların dəhşətli izlərini görən Adəm özünü Rəbbinin qoynuna. deyil, Onun aysqları altına atıb deyir: “Layiqdir, layiqdir qurban verilən Quzu!” Xilasksr nəzakətlə onu qaldırır və qovulduğu evinə - Ədəmə baxmağa səmimiyyətlə dəvət edir.iMQ 172.2

    Ədəmdən qovulandan sonra Adəmin yer üzündəki həyatı əzablarla dolmuşdu. Hər solan yarpaq, hər qurban kəsilən heyvan, gözəl təbiətin üzündə görünən hər bir cırlaşma əlaməti, bir vaxt mükəmməl olan insan xasiyyətində hər bir ləkə - bütün bunlar daim ona. günahını xatırladırdı. Qanunsuzluğun artmasını görəndə, yaxud xəbərdarlıqlarına cavab olaraq, şərin səbəbkarı kimi onun özü günahlandırılanda o, şiddətli vicdan əzabı keçirirdi. Qanunu pozduğuna görə o, az qala min il müddətində hər şeyə dözərək öz cəzasını çəkmişdir. Dərin səmimiyyətlə o, öz günahını boynuna aldı, və’d olunmuş Xilaskarın qələbəsinə inandı və dirilmək ümidilə vəfat etdi. Tanrı Oğlu günahın və insanın pozulmasının cavabını ödədi, indi isə barışıq xidməti vasitəsilə Adəmin ilkin hakimiyyətini ona qaytarırdı.iMQ 172.3

    Sonsuz xoşbəxtliklə Adəm, bir zaman onda. heyranlıq hissi doğuran ağacları seyr eləyir. Həmin ağacları ki, bəxtiyarlıq dövründə, hələ günahsız olduğu vaxt onların meyvələrini yığırdı. Bir vaxt becərdiyi üzüm tənəklərinə baxır; məhəbbətlə qeydlərinə qaldığı gülləri görür. O, bütün bunların yuxu olmadığını anlayır və görür ki, bərpa. olunmuş Ədəm, o qovulduğu Ədəmdən qat-qat gözəldir. Xilaskar onu həyat ağacının yanına gətirir, qiymətli meyvələri dərib dadmağı təklif edir. Adəm dönüb geri baxır və Allah cənnətində çox-çox sayda öz xilas edilmiş nəsillərini görür. O, öz parlayan tacını İsa. Məsihin ayağı altına tullayaraq özünü Onun qoynuna atıb Xilaskarı qucaqlayır. Onun barmaqları qızıl arfanın simlərinə toxunur və səma qübbələri zəfər mahnısı sədalarına qərq olur: “Layiqdir, layiqdir, layiqdir Quzu ki, qurban verildi və yenidən diridir!”. Bütün Adəm ailəsi bu mahnını təkrarlayır və dərin ehtiramla təzim edərək öz çələnglərini Xilaskarın ayaqları altına atırlar.iMQ 173.1

    Adəmin məğlubiyyətinə ağlayan, Məsihin dirildikdən sonra. göyə qalxmasına və Onun adına inananların hamısını ölüm pəncəsindən almasına sevinən mələklər də bu görüşə tamaşa edirlər. İndi, seçilmişlərin xilasının başa çatdığını görəndə, onlar mədhiyyə himni oxuyurlar Taxtın qarşısında, kristal dəniz üzərində - bu dəniz Allah şərafətindən parlayıb bərq vurduğundan, od qatışıqlı billura bənzəyir - “vəhşi məxluqa və onun surətinə, və adının sayına qaJib gələnlər” (Vəhy 15:2) - yığılmışlar. Quzu ilə Sion dağında, “Allahın arfaları əllərində”, yüz qırx dörd min seçilmiş insanlar da durur. Gur suların şırıltısına. və güclü göy gurultusuna, “arfalarını çalan arfaçıların” səsinə oxşar səslər eşidilir. Onlar uca taxtın qarşısında “yeni mahm” oxuyurlar. Bu mahnını oxumağı 144 min nəfərdən başqa heç kim öyrənə bilmədi. Bu, Musa. və Quzunun - qurtuluş nəğməsi idi. Yüz qırx dörd min nəfərdən başqa heç kəs bu nəğməni oxuya bilmirdi, çünki bu, onlardan başqa heç kimin çəkə bilməyəcəyi sınaqlar haqqındakı nəğmədir. Onlar “Quzu haraya gedərsə, ardınca gedənlərdir”. Bu insanlar “Allaha və Quzuya ilk məhsul olmaq üçün,” - yer üzündən dirilər arasından götürülmüşdürlər (Vəhy 15:2,3; 14:1-5). “Bunlar, o böyük əzabdan çıxanla.rdır”, onlar, insanlar yaranandan bəri görünməmiş çətin anları yaşamışdılar. Yaqubun bəlalı vaxtında onlar Yaqubun iztirablı gecəsini yaşamışdılar; onlar, Allahın son hökmü tökülən zaman Vasitəçisiz yaşamışdılar. Lakin onlar qurtulmuşdular, çünki “libaslarını yuyub, onları Quzunun qanı ilə ağartdılar”. Allahın qarşısında “onların ağzında yalan tapılmadı, çünki Iskəsizdirlər”. “Buna görə onlar, Allahın taxtı qarşısındadırlar və Ona, Onun məbədində gecə-gündüz xidmət edirlər. Taxtda Oturan isə Öz çadırını onların üzərində quracaqdır”. Onlar aclıq və epidemiyalarla viran qoyulmuş torpaqları gördülər, günəş və bürkü insanları yandırmaq iqtidarında idi və onlar aclığı, susuzluğu və əzabları özləri keçirirdilər. Lakin “onlar artıq aclıq çəkməyəcəklər, daha. susuz qalmayacaqlar. Onlan günəş və bürkü yandırmayacaqdır; çünki taxtın ortasındakı Quzu onları otaracaq və həyat sularının qaynaqlarına aparacaq və Allah onların gözlərindən hər yaşı siləcəkdir” (Vəhy 7:14-17).iMQ 174.1

    Bütün əsrlərdə Allahın seçilmiş baJaları çətin sınaq məktəbini keçirdilər. Onlar yerdə dar yolla. gedirdilər; onlar əzab kürəsində təmizlənirdilər. İsanın naminə onlar qəzəbə, kinə və qeybətə dözürdülər. Onlar çətin mübarizəyə üstün gələrək Onun ardınca gedirdilər; onlar fədakarlıq göstərir və acı məyusluğu yaşaytrdılar. Özlərinin acınacaqlı sınaqlarında onlar günahın ağırlığını, onun gücünü və günahın gətirdiyi bəla və taqsır hissini gördülər; onlar ona. nifrətlə baxmağa başladılar. Günahdan qurtulmaq naminə gətirilmiş hədsiz qurbanın dərk edilməsi onları itaətə qətirirdi və onların ürəklərini məğlub olmamış varlıqların qiymətləndirə bilməyəcəkləri təşəkkür və şükr doldururdu. Onların məhəbbətləri möhkəmdir, çünki çox şey onlara bağışlanmışdır. Məsihin əzablarının şəriki olduğundan, Onun şöhrətini də paylaşa. bilərlər.iMQ 175.1

    Allahın varisləri çardaqdan düşdülər, komalardan, dustaqxanalardan çıxdılar, eşafotdan, dağdan düşüb gəldilər, səhradan, zirzəmidən və dənizin dərinliklərindən meydana çıxdılar. Yerdə onlar “çatışmamazlıqlara, dərdlərə, qəzəbə” dözürdülər. Milyonlarla. insan rüsvayçılıqla. öldü, çünki qətiyyətlə şeytanın şirnikləndirmələrinə tabe olmaqdan boyun qaçırdılar. İnsan hökmü ilə onlar qatı düşmən kimi hesab olunurdular. Lakin indi “Allahdır... hakim” (Zəbur 50:6). İndi dünyavi qərarlar ləğv olunub. ” Rəbb Allah... bütün təhqirləri Öz xalqının üzərindən götürəcək” (Yeşaya. 25:8). “Və onları Rəbdən satın alınmış, müqəddəs xalq adlandıracaqlar” . O təyin etdi ki, ” onlara kül əvəzinə zinət, fəryad əvəzinə - fərəh; hüznlü ruh əvəzinə - şərəfli libas veriləcəkdir” (Yeşaya 62:12; 61:3). Bu, artıq üzgün, iztirab çəkən, yer üzünə səpələnmiş və təqib edilmiş insanlar deyildirlər. İndi onlar həmişəlik Rəblə olacaqlar. Onlar bu dünyanın ən dahilərinin geyindiklərindən də artıq cəlallı libaslara bürünüb taxt-tacın qarşısında dayanıblar. Onlar, dünya hökmdarlarının alınlarının heç vaxt bəzəyə bilməyəcəyi, daha. gözəl taclarla. mükafatlandırılmışdılar. Ağlaşma və fəryadlı günlər geridə qaldı. Şöhrətin Hökmdan həmişəlik hər kəsin üzündən göz yaşını sildi və kədərlənmək üçün heç bir səbəb yoxdur. Palma. yarpaqları ilə yelləyərək onlar təmiz, şirin, məlahətli, şükürlər nəğməsi oxuyurlar; bütün səslər birləşir və möhtəşəm himn göy qübbəsini lərzəyə gətirir: ” Qurtuluş, taxtda oturan Allahımıza və Quzuya. məxsusdur”. Və bütün göy sakinləri bir səslə cavab verirlər: “Amin! Bərəkət, izzət, hikmət, şükran, şərəf, qüdrət və qüvvət Allahımıza əbədi olsun, Amin” (Vəhy 7:10,12).iMQ 175.2

    Bu dünyada biz ecaskar qurtuluş planını başa düşməyə başlayırıq. Biz öz dardüşüncəli ağlımızla rüsvayçılıq və şöhrəti, həyat və ölümü, çarmıxda. rast gəldiyimiz ədaləti və rəhmi dərk etmək üçün cəhd göstərsək də, bununla hətta. əqli qabiliyyətimizin ən yüksək gərginliyində belə onların tam mənasını anlaya bilməyəcəyik. Biz bağışlanmış məhəbbətin gücünü çox dumanlı təsvir edirik. Xilas olunmuşların gözləri açıldıqda və bir çox şeyləri anladıqda belə onlar qurtuluş planını tam dərk edə bilməyəcəklər, lakin bütün əbədiyyət boyunca onların heyran və heyrətli baxışları qarşısında daima yeni həqiqətlər açılacaqdır. Hərçənd kədərlər, xəstəliklər və imtahanlar qurtarsa da və onların səbəbləri həmişəlik kənar edilsə də, Allahın xalqı həmişə öz xilaslarının qiyməti haqqında aydın təsəvvürə malik olacaqdır.iMQ 176.1

    Məsihin çarmıxı bütün əbədilik boyunca qurtulmuşlar üçün mədhiyyə və tədqiq mövzusu olacaqdır. Onlar şöhrətləndirilmiş Məsihdə çarmıxa çəkilmiş Məsihi görəcəklər. Yaradıcı gücü ilə yaradan və hüdudsuz Kainatda gəlməyən dünyaları canlandıran O Kəs, - mələklərin məhəbbətlə səcdə etdiyi - Sevimli Allah, Göylərin Padşahı bədnam olmuş insanı yüksəltməkdən ötrü Özünü ram etdi; günahın rüsvayçılığını Öz boynuna aldı, məhv olmuş dünyanın kədəri Onun ürəyini dağıdana qədər və Qolqotada Onu həyatından məhrum etdiyi zaman Atanın Ondan üzünü gizlətməsi heç vaxt unudulmayacaqdır. Bütün dünyaları Yaradan, bütün müqəddəratı Həll Edən, insana olan məhəbbətindən Öz şöhrətini bir kənara qoyaraq Özünü ram etdi - bu daima bütün Kajnatda heyranlıq və heyrət doğuracaq. Öz Xilaskarına, Atanın əbədi şöhrətinə, əbədi olacaq taxt-tacına baxaraq və Onun padşahlığının sonsuz olduğunu bilərək, qurtulmuş xalqlar öz hislərini şövqlə nəğmələrdə izhar edəcəklər: “Layiqsən, layiqsən Quzu, çünki boğazlandın və Öz qanınla bizi Allah üçün aldın!“.iMQ 177.1

    Çarmıxın sirri digər sirləri də izah edir. Qolqotadan axan qanın işığında, əvvəllər bizi qorxuya və lərzəyə salan Rəbbin xüsusiyyəti özünün bütün gözəlliyi və cazibəliyi ilə qarşımızda durur. Rəhm, şəfqət və ata məhəbbəti təbii olaraq müqəddəslik, ədalət və qüdrət ilə birləşir. Onun yüksək və tərifəlayiq, möhtəşəm taxttacına nəzər yetirərkən, biz Rəbbin lütfkarlıqla. mahiyyətinin təzahürünü görürük, və o zaman nəhayət bu qiymətli: “Atacan!” - sözünün əsl mənası bizim üçün açılacaqdır.iMQ 178.1

    Öz müdrikliyində hüdudsuz olan O Kəsin, bizim xilasımız üçün Öz Oğlunu qurban verməkdən başqa çarəsi olmadığını hamı görəcəkdir. Bu qurbana. mükafat olaraq yer üzünü müqəddəslərlə, xoşbəxtlərlə və ölməz varlıqlarla məskunlaşması sevincini görməkdir. Xilaskarımızın şeytanla mübarizəsinin nəticəsi, Allahı əbədi şükürləndirmək üçün qurtulmuşlara bəxş olunan sevincdir. Hər bir qəlbin qiyməti o qədər yüksəkdir ki, Ataya elə gəlmir ki, buna. görə verilmiş haqq hədsizdir və Məsihin Özü, Öz böyük Qurbanının bəhrəsinə “məmnunluqla” baxır.iMQ 178.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents