II. iblisin Toru
Search Results
- Results
- Related
- Featured
- Weighted Relevancy
- Content Sequence
- Relevancy
- Earliest First
- Latest First
- Exact Match First, Root Words Second
- Exact word match
- Root word match
- EGW Collections
- All collections
- Lifetime Works (1845-1917)
- Compilations (1918-present)
- Adventist Pioneer Library
- My Bible
- Dictionary
- Reference
- Short
- Long
- Paragraph
No results.
EGW Extras
Directory
II. iblisin Toru
Məsihlə şeytan arasında təxminən altı min il ərzində davam edən böyük mübarizə sona. yetmək üzrədir və hiyləgər öz səylərini ikiqat artırıb ki, insanın xilası planını pozub Məsihin ardıcıllarını öz toruna salsın. Onun məqsədi - Məsihin vasitəçilik xidməti başa çatana və bununla. da günahın qurbanla. yuyulması artıq dayandırılana. kimi, insanları qaranlıqda. saxlamaqdan və tövbə etməyə imkan verməməkdən ibarətdir.iMQ 22.1
İnsanlar onun tə’sirinə müqavimət göstərməyə heç bir cəhd etmirlərsə, İbadətgahda. və dünyada. etinasızlıq və laqeydlik ruhu hökmranlıq edirsə, iblis rahatdır - onun dustaqlarının əldən çıxa. bilməsi qorxusu yoxdur. Lakin insanlar əbədilik mövzuları ilə bağlı məsələlər haqda. düşünməyə başlayanda və onların qəlbində: “Xilas olmaq üçün mən nə etməliyəm?” sualı baş qaldıranda, iblis həmin an narahat olur və Müqəddəs Ruhun təsirini yox etmək üçün Məsihin səlahiyyətinə qarşı öz gücündən istifadə etməyə çalışır.iMQ 22.2
Müqəddəs Kitabda bir hadisə haqqında. danışırlar ki, bir dəfə mələklərlə bərabər iblis də Allah hüzuruna. gəlir (Əyyub 1:6). Lakin o, Əbədi Şahlar Şahınasəcdə etməyə deyil, bu fürsətdən istifadə edib saleh məxluqlar arasında. təfriqə toxumu səpməyə gəlmişdi. Həmin bu məqsədlə o ibadətlərə də müdaxilə edir. Gözə görünməz olduğu halda. o, bütün qüvvəsilə dua. edənlərin fikrinə sahib olmağa çalışır. İstedadlı sərkərdə kimi o, öz planlarını qabaqcadan hazırlayır. Görəndə ki, moizəçi Yazını öyrənməyə qapılıb, iblis də diqqətini qarşıdakı moizənin mövzusuna yönəldir. Sonra. bütün gücü, hiylə və bacarığından istifadə edərək elə şərait yaradır ki, həqiqət Sözü onun bu vaxt azdırdığı adamlara çatmasın. Xəbərdarlığa. ən çox ehtiyacı olan adamın başı təcili işlərlə qatılacaq, yaxud onu xilasa. dəvət edən sözləri eşitməyə başqa. səbəblər mane olacaq.iMQ 23.1
İblis görür ki, xalqı əhatə edən mənəvi qaranlıq Allahın xidmətçilərini usandırır. Qayğısızlıq, laqeydlik və tənbəllik zülmətinin seyrəlməsi üçün Allahdan güc və lütf diləyən səmimi dua.la.ri iblis eşidir. Və azdırıcı torlarını daha artıq qətiyyətlə hörməyə başlayır. O, insanları nəfsləri arxasınca getməyə, özlərini qane etməyə yönəldir ki, eşidilməsi hər şeydən gərəkli olan məsələlərə onlar laqeyd qalsınlar.iMQ 23.2
İblis gözəl bilir ki, Kitabı oxumaqdan və namaz qılmaqdan yayındırdığı insanların hamısı onun şikarına çevriləcəklər. Buna. görə bütün mümkün fəndlərlə insanın şüurunu ələ almağa. çalışır. Özlərini mö’min hesab edən, bununla. belə həqiqəti öyrənməklə deyil, başqalarında. qüsur və zəif cəhətlər axtarmaqla. məşğul olan adamlara tez-tez rast gəlmək olar. Belələri iblisin sağ əlidirlər. Yaxınlarını mühakimə etməyi xoşlayanlar çoxdur və Allah Öz sərəncamını verəndə, imanlılar isə Onun iradəsini həyata keçirməyə çalışanda, onlar xüsusilə fəallaşırlar. İblisin əlaltıları həqiqətin ardınca gedənlərin hərəkətlərini təhrif edirlər. Onlar Məsihə ən çox qeyrət, səmimilik və fədakarlıqla xidmət edənləri aJdanmış və ya. yalançı adamlar kimi qələmə verjrlər. Onlar alicənab və xeyirxah hərəkətlərin niyyətini tərsinə yozaraq sadə qəlbli adamları şübhəyə salmaq istəyirlər. Hər fürsətdən istifadə edərək bütün pak və doğru nə vardırsa. onu murdar və yalan kimi təqdim etməyə çalışırlar.iMQ 23.3
Lakin heç kəs bu adamlar barəsində yanılmamalıdır. Onların kimin övladları olması.kimin ardınca. getməsi və kimin buyuruğunu yerinə yetirməsini ayırd etmək elə də çətin deyil. “Onları meyvələrindən tanıyacaqsınız” (Matta 7:16). Onlar qədda.r qatilə, “qardaşlara şər atan’’ (Vəyh 12:10) iblisə bənzəyirlər.iMQ 24.1
Böyük hiyləgərin, qəlbləri min cür üsullarla. yoldan çıxarmağa hər vaxt hazır olan, iblisin tələf etmək istədiyi adamın bilik səviyyəsinə uyğunlaşdırılmış müxtəlif tə’limlər icad edən əlaltıları çoxdur. Onun istədiyi budur ki, qeyri-səmimi, İlahi tələblərə uyğunlaşmaq istəməyən, şəkk və inamsıziıq mənbəyi olacaq adamları ibadətgaha. yığmaqla. Allah işinin müvəffəqiyyətinə mane olsun. Allaha və Onun Sözünə dərin inamı olmayan, lakin bununla. belə, həqiqətin bə’zi müddəaları ilə razılaşan və buna. görə mö’min hesab edilərək, öz yanlış fikirlərini İlahi həqiqət kimi qələmə vermək imkanı əldə edən adamlar az deyil.iMQ 24.2
Etiqadın əsasında. nə durmasının əsiində elə bir böyük əhəmiyyəti olmaması fikrinə insa.ni azdırıb gətirməklə iblis daha. artıq müvəffəqiyyət qazandı. Şeytan bilir ki, məhəbbətlə qəbul edilmiş həqiqət qəlbi təqdis edir, buna. görə o, həmişə əsil həqiqəti əfsanə, saxta. nəzəriyyə və uydurulmuş “incilərlə” əvəz etməyə ca.n atır. Allah bəndələri yalançı müəllimlərlə əzəl gündən həmişə mübarizə edirlər, çünki onlar sadəcə günahkar deyil, qəlbləri fəlakətə sürükləyən yanlışlığın mənbəyidirlər. Peyğəmbərlərdən İlyas, İrməyə, həvari Polad insanları Allah Sözündən çəkindirənlərə qarşı təkid və cəsarətlə mübarizə aparmışdılar. Həqiqətin bu sadiq keşikçiləri insanın inamının əsasında nəyin durmasını mənasızlaşdıran dini meyarsızlığı heç vaxt müdafiə etməmişlər. Yazıların qeyri müəyyən, mücərrəd yozumları, məsihçi aləmində şahidi olduğumuz çoxsaylı bir-birinə zidd dinə aid nəzəriyyələr - bütün bunlar böyük hiyləgərin fəaliyyətinin nəticəsidir. Bununla. o, insanları çaşdırıb həqiqətdən uzaqlaşdırmağa çalışır. Müasir məsihçi İbadətgahlarındakı geniş vüsət almış ixtilaf və parçalanma., bu və ya digər dəbdə olan nəzəriyyənin müdafiəsi üçün Yazıları təhrif etmək adəti ilə izah olunmalıdır. Diqqətlə Allah Sözünü öyrənmək və itaətli ürəklə Onun iradəsini anlamağa. çalışmaq yerinə, çoxları qeyri-adi və heyrətamiz şeylər axta.rma.qla. məşğuldur.iMQ 25.1
Səhv nəzəriyyələri və məsihçi dininə uyğun olmayan adət-ən’ənələri təsdiq etmək üçün, Müqəddəs Yazıların kontekstindən çıxarılmış a.yrı-ayrı pa.rçalarında.n istifadə edilir. Bəzən bir fikrin sübuta. yetirilməsi üçün ayrıca. bir ayənin yarısı sitat gətirilir, halbuki qalan hissə deyilənin tam əksinədir. Öz fikirlərini nəyin bahasına olursa-olsun başqalarına. zorla. qəbul etdirmək üçün bu adamlar, bir-biri ilə əlaqəsi olmayan ifadə və cümlələri ilan çevikliyilə üstüstə qalayırlar. Çoxları beləliklə Allah Sözünü təhrif edirlər. Çevik təxəyyülə malik başqa adamlar, Müqəddəs Kitabın özü-özünü açıqlaması ilə hesablaşmayıb Müqəddəs Yazıların rəmzi və ya bədii ifadələrinə üz tutaraq, bunları istədikləri kimi yozur, sonra. isə bu uydurmalarm Müqəddəs Kitab nəzəriyyəsi olduğunu söyləyirlər.iMQ 25.2
Əgər Müqəddəs Yazılar duasız, itaətkarlıq ruhu olmadan, həqiqət işığını dərk etmək atəşi olmadan öyrənilsə, ən sadə və aydın, eləcə də ən çətin həqiqətlər düz başa düşülməyəcək. Katolik kilsə rəhbərləri, papalar, sərbəst şəkildə Müqəddəs Kitabı öyrənmək, onun müqəddəs həqiqətlərini mənimsəmək hüququnu xalqın əlindən alaraq, özlərinin niyyətlərinə daha. uyğun gələn yerləri Müqəddəs Kitabdan götürərək, istədikləri kimi yozub xalqa. təqdim edirlər. Müqəddəs Kitab xalqa. olduğu kimi verilməlidir. Yazılardakı həqiqətlər barəsində bu cür, kobud surətdə təhrif edilmiş mə'lumatları almaqdansa, Müqəddəs Kitab haqqında tamam heç nə bilməmək daha. yaxşıdır.iMQ 26.1
Ya.rada.nın iradəsini anlamağa. can atan hər kəs üçün Müqəddəs Kitab bir dərslikdir. Allah insanlara. “doğruluğuna şübhə olmayan peyğəmbərlik sözü” vermişdir; mələklər və hətta. Məsih Özü, tezliklə baş verəcək hadisələrin səbəblərini Danielə və Үәһуауа. göstərmişdir. Bizim xilasımıza. a.id ən vacib biliklər üstü örtülü qalmamışlar. Onlar həqiqəti axta.ranla.rda. təəccüb və şübhə doğura. bilməyəcək tərzdə göstərilmişlər.iMQ 26.2
Rəbb Xəvəqquq peyğəmbər vasitəsilə demişdir: “Gördüklərini gil lövhələrdə yaz ki, qoy hər kəs tez oxuya. bilsin onu” (Xəvəqquq 2:2). Allah Sözü ona dua. ilə yanaşıb öyrənən hər kəsə aydındır. Namuslu və sadiq olan hər kəs həqiqətin işıqlı yolunu tapacaq: “Salehlərin üstünə nur tökülər” (Zəbur 97:11). Və heç bir cəmiyyət, əgər onun üzvləri həqiqəti “gizli xəzinə” sayağı axtarmasalar müqəddəslikdə boy ata bilməz.iMQ 27.1
“Azadlıq” sözü, öz məqsədinə na.il olmaq üçün usanmadan çalışan böyük hiyləgərin kələklərini çoxlarının gözündən yayındırmışdır. Və o, Müqəddəs Kitabı insan uydurmaları ilə əvəz edə bildikdə, Allah qanununa. etinasızlıq göstərilir, İbadətgahlar isə azad olmalarım bəyan etsələr də, əslində günahın pəncəsinə düşmüş olurlar. Çoxları üçün elmi kəşflər lənətli oldular. Allah izn vermişdir ki, elm və incəsənət sahələrindəki elmi kəşflər vasitəsilə dünyaya. nur tökülsün, lakin ən parlaq zəkaya malik olanlar da., Allah Sözünə əsaslanmayanda, vəhylə elmin əlaqəsini anlamağa. çalışdıqda çıxılmaz vəziyyətə düşürlər. İnsanın materiya. və ruhun mahiyyətlərinə aid bilikləri tam və ka.mil deyildir, buna. görə çoxları öz elmi baxışlarını Müqəddəs Kitabda. yazila.nla.rla. uzlaşdıra bilmirlər. Çoxları nəzəriyyə və fərziyyələri elmi fakt kimi qəbul edirlər və düşünürlər ki, Allah Sözü bu, “yalan yerə elm adlanan”-la. (1 Timoteyə 6:20) yoxlanmalıdır. Onlar Yaradanı və Onun işlərini dərk etmək iqtidarında. deyillər, bütün bunları təbii qa.nunla.rla izah edə bilmir və buna. görə Müqəddəs Kitabda. əks olunan tarixin həqiqiliyinə inanmırlar. Əhdi-Ətiq və Əhdi-Cədiddə yazılanların həqiqiliyinə şübhə edən kəs adətən daha. bir addım ataraq, Allahın varlığına şübhələnməyə və Onun qüdrətinin hüdudsuzluğunu təbiət hadisələri kimi təsəvvür etməyə başlayır. Onlar iman lövbərini itirərək allahsızlıq qayalarına çırpılıb fəlakətə uğrayırlar.iMQ 27.2
Çoxları beləliklə inamını itirib yolunu azaraq iblisin əsirinə çevrilirlər. İnsanlar onları Yaradandan daha. müdrik olmaq istəyirlər; insan fəlsəfəsi əbədi həyatda. belə açılmaz qalacaq sirləri dərk və izah etməyə cəhd göstərir. Əgər insanlar Rəbbin niyyətləri və Özü barədə Onun Özünün söylədiklərini dərk etməyə çalışsaydılar, onlar Əbədi Varlığın (“Yahve”-nin. Tərc.) şöhrətini, böyüklüyünü və qüdrətini anlayar və öz acizliyini başa. düşərək, onlara. və varislərinə verilənlərlə kifayətlənərdilər.iMQ 28.1
İblisin ən məharətli hiyləsi bundan ibarətdir ki, insanları, Rəbbin bizə açmaq niyyətində olmadığı şeylərə aid güman və fərziyyələr quraşdırmağa. sövq etsin. Lüsifer də bu səbəbdən göydəki mövqeyini itirdi. Allah onu Özünün bütün sirlərindən agah etmədiyinə görə, Lüsiferdə narazılıq hissi yarandı və get-gedə o, ona. e'tibar edilənlərə də etinasızlıq göstərdi. Onun ətrafında. olan mələklərində narazılıq ruhu oyadaraq, onların dayoldan çıxmalarına səbəb oldu. Hal-hazırda. o, insa.nla.rin ürəyini həmin ruhla dolduraraq, onları Allah buyuruqlarına laqeydlik göstərməyə məcbur edir.iMQ 28.2
Müqəddəs Kitabın açıq-aydın həqiqətlərini nəzərə almaq istəməyənlər həmişə öz vicda.nla.rmi sakitləşdirmək üçün yüngül üsullar icad edirlər. Hansı təlimdə ruhilik, fədakarlıq və itaətkarlıq daha. azdırsa, o, daha. çox xeyirxahlıqla qəbul edilir. İnsanlar öz idraklarını cismani istəklərinin qulu edirlər. Özlərindən razı halda, hədsiz müdrikliyə malik olduqlarını zənn edərək, Kitabı tövbə və səmimi duaetməklə öyrənməyi özlərinə sığışdırmırlar və qara qüvvələr qarşısında. müdafiəsiz qalırlar. Onların istəklərini yerinə yetirməyə hazır olan iblis isə fürsətdən istifadə edərək həqiqət əvəzinə onlara. yalan sırıyır. Papaçılar insanların şüurunu məhz bu yolla. ələ alıblar və protestantlar da. həqiqi etiqadın heç də asan olmamasına. görə ondan üz döndərirlər. Dünyavi adamlardan fərqlənməməkdən ötrü, yaxud məişət güzəranı və raha.tlıqla.rı üçün Allah Sözünə lazımı əhəmiyyət verməyənlər, ən qatı küfrü Müqəddəs Kitab həqiqətləri kimi qəbul etməyə hazırdırlar. Şüurlu surətdə həqiqətdən üz döndərənlər istənilən səhv yola. qədəm qoya. bilərlər. Belə olur ki, bir yanlış təriqəti hiddətlə qarşılayan adam, asanlıqla. başqa. küfrü qəbul edir. Həvari Polad deyir: o insanlar ki, “öz xilas olmaları üçün həqiqəti sevməyə razı olmadılar. Və Allah bu səbəbdən onlara. aldadıcı bir xəyalın təsirini göndərir ki, onlar ya.la.na. inansınlar, və həqiqətə iman etməyənlərin, haqsızlıq etməkdən zövq ala.nla.rin hamısı məhkum olunsun” (2 Saloniklilərə 2:10-12). Bu xəbərdarlığı yadda. sa.xla.ya.raq, bu və ya. digər nəzəriyyə ilə tanış olanda. çox a.yıq-sayıq olmalıyıq.iMQ 28.3
Spiritizm tə’limi və onun mö’cüzələri böyük hiyləgərin ən məftunedici yalanları sırasındadır. İblis, işıq mələyi görkəmi alaraq öz torlarını ən gözlənilməz yerlərdə qurur. insanlar dua. edərək Allah Sözünün öyrənilməsinə səy göstərsəydilər, onlar zülmətdə qalaraq ya.la.nin qurbanı olmazdılar. Lakin həqiqəti rədd edərək onlar yalanın qurbanı oldular.iMQ 29.1
Digər təhlükəli yanılma, Məsihin İlahiliyini və Onun, hələ yer üzünə gəlməmişdən də var olmasını inkar etməkdən ibarətdir. Allah Sözünə inandıqlarını deyənlərdən də bu baxışlarla razılaşanlar var. Lakin bu, Xilaskarımızın Özünün İlahiliyi, Atası ilə münasibətinin xüsusiyyəti və dünya. yaranmamışdan var olması barədə öz dediklərilə açıq-açığaziddir. Belə nəzəriyyəni yalnız Müqəddəs Yazıları qəsdən təhrif etmək istəyənlər qəbul edə bilər. Bununla. o, təkcə günahın yuyulması üçün verilən qurbanın əhəmiyyətini azaltmır, lakin Müqəddəs Kitabın Allahdan nazil olması inamını sarsıdır. Buna. görə, bu nəzəriyyə xüsusilə təhlükəli və onun səhv olmasını sübut etmək isə olduqca. çətindir. Məsihin Tanrılığını göstərən Allah Sözü inkar ediləndə, ən tutarlı dəliliər gətirilsə belə insanlara. təsir etmir, onları tutduqları yoldan döndərmək mümkün olmur: “Fəqət ruhani olmayan adam, Allahın Ruhundan olan şeyləri qəbul etmir, çünki o, bunları ağılsızlıq hesab edir; və anlaya. bilmir, zira. bunlar ruhani şəkildə dərk edilir” (1 Korinflilərə 2:14). Bu küfrlə razılaşan ada.mla.rin heç biri Məsihin vəzifəsinin məğzi, eləcə də, insantn günahının yuyulmasına xidmət edən möhtəşəm Allahın planı barəsində düzgün təsəvvür əldə edə bilməz.iMQ 29.2
Başqa. bir məkrli, ziyanlı və getdikcə geniş yayılan səhv fikir də mövcuddur. Çoxları belə hesab edir ki, iblis real varlıq deyil, Kitabda. isə bu a.d yalnız insanların bəd fikir və əməllərinin rəmzi kimi çəkilir.iMQ 30.1
Belə bir təsəvvür də var ki, Məsihin ikinci gəlişi - Onun hər bir insana. ölümündən sonra. gəlməsidir. Bu yalan, Onu göy buludlarında. gəlməsini gözləyənləri çaşdırır. Çox əsrlər boyunca. iblis dəfələrlə qulaqlara. pıçıldayırdı: “budur, o, daxili ota.qla.rda.dir” (Matta 24:23-26) və çoxları onun sözlərinə aldanıb məhv olmuşlar.iMQ 30.2
Dünyavi müdriklik öyrədir ki, namaz qılmaq zəruri deyil. Alimlər sübut edirlər ki, edilən duaya. heç bir real cavab ola. bilməz, çünki bu bir möcüzə, yəni qanunların pozulması olardı, - möcüzə isə qeyri-mümkün bir şeydir. Onlar deyirlər ki, Kainat müəyyən qanunlarla. idarə olunur və Allahın Özü də bu qanunlara. riayət edir. Beləliklə, Rəbbi elə göstərirlər ki, sanki O, Öz qanunlarına. tabedir, sanki İlahi qanunların qüvvədə olması Allahın azadlığını istisna edir. Belə nəzəriyyələr Müqəddəs Kitab şəhadətliyinə ziddir. Məgər Məsih və Onun həvariləri möcüzələr göstərmirdilərmi? Rəhmdil Xilaskar əvvəllər, yerdə ya-şadığı zamanda olduğu kimi, bu gün də səmimi dua.la.ra. cavab verir. Təbii ilə fövqəltəbii birləşir. Özümüz ala bilmədiyimiz şeyin səmimi duamız müqabilində bizə verilməsi - Allah planının bir hissəsidir.iMQ 31.1
Məsihçi İbadətgahlarında bu gün neçə-neçə saxta. nəzəriyyə və mücərrəd ideyalar rəhbərlik edir! Allah Sözü ilə bərqərar edilmiş əsasların bircəsinin belə aradan götürülməsinin bütün fəlakətli nəticələrini təsəvvür etmək mümkün deyil. Belə addım atmağa ürək etmişlərin yalnız bəziləri həqiqətlərdən birini inkar etməklə kifayətlənir. Çoxları isə bir-birinin ardınca. bütün əsasları inkar edərək, axırda. əsil allahsız olurlar.iMQ 31.2
Məşhur ilahiyyat azdırmaları çoxlarına Müqəddəs Kitabdan skeptisizmə hər şeyə şübhə ilə yanaşmaq apardı. Ədalət, mərhəmət və mehribaniıq - ən böyük dəyərdir və bunların Müqəddəs Kitabda. guya. tapdalanması haqda. şayiələr insana. inandırıldıqda: o, ümumiyyətlə Allah Sözündən üz döndərir.iMQ 31.3
İblis də elə bu məqsədi güdür. Onun ən çox istədiyi budur ki, Allaha və Onun Sözünə insanın inamını qırsın. İblis şübhədə olanların çox saylı ordusuna başçılıq edir. O, var gücü ilə bu adamları öz əsiri etməyə çalışır. İnamsızlıq dəbə çevrildi. Allahın tələblərinə tabe olmaqdan boyun qaçıran, Onu nüfuzdan salmaq istəyən böyük bir insan sinfi, günahı ifşa və məhkum etdiyinə görə;, Allahın Sözü və Özünə şübhə ilə yanaşır. Belələri Yazılarda və ya. moizədə yalnız səhv tutmaq üçün Kitabı oxuyur və ya. moizəçini dinləyirlər. Bir çox insanlar ancaq ona. görə Allahsız olurlar ki, öz borclarına qarşı olan laqeyd münasibətə haqq qazandırsınlar. Başqalarını inamsızlığa təkəbbürlük və veyil həyat gətirib çıxarır. Bəziləri gözəl və rahat həyat şəraitinin təsiri altında. ərköyünləşmiş, korlanmışlar. Onların fədakarlıq və iradə tələb edən, hörmətə layiq işlər görmək qeyrətləri olmadığından, Müqəddəs Kitabı tənqid etməklə, “müdrik adam” adı kimi ad çıxarmaq istəyirlər. Bizim məhdud olan, Allah müdrikliyi ilə işıqlandırılmamış ağlımız çox şeyi qavraya bilmir. Buna. görə bu növ adamlar tənqid üçün həmişə bir bəhanə tapırlar. Digərləri hətta. öz inamsızlıq, skeptisizm və allahsızlıqları ilə qürrələnirlər. Bu adamların zahiri səmimiliyi arxasında. təkəbbür və özündən razılıq hissləri gizlənir. Çoxları Müqəddəs Kitabdan axtarıb, adamları çətinə salan mətnlər tapmaqdan xüsusi ləzzət alırlar. Bəziləri əvvəlcə mübahisə etmək həvəsiylə tənqidçilik və öcəşməklə məşğul olur və başa. düşmürlər ki, bununla. ovçunun toruna. dolaşırlar. Axı öz inamsızlığını bəyan edirsənsə - sonra. bu sözlərinə əməl etməlisən. Və beləliklə, sən allahsızlar ordusu tərəfə keçib cənnət qapısını öz üzünə bağlayırsan.iMQ 31.4
Rəbb Öz Sözündə, Öz İlahi mahiyyətini kifayət qədər sübüta. yetirmişdir. Bizim günahımızın yuyulmasına. aid böyük həqiqətlər açıq və aydın göstərilib. Allahı səmimiyyətlə axtarmaq şərtilə insana verilən Müqəddəs Ruhun köməyilə, hamı müstəqil surətdə bu həqiqətləri öyrənə bilər. İnamın yaradılması üçün Allah insanlara möhkəm əsas vermişdir.iMQ 33.1
Lakin insanın məhdud idrakı Sonsuz Böyüklüyün məqsəd və məramlarını tam bütövlüklə anlamaq qabiliyyətinə malik deyil. Ağıl vasitəsilə biz heç vaxt Allahı tapa. bilmərik. Öz gücümüzə güvənərək, əl atıb Onun sirləri üzərihdəki pərdəni qaldırmaq cəhdi əbəsdir. Həvari deyir: “Onun hökmləri nə dərəcədə ağlasığmaz və Onun yolları nə dərəcədə kəşfedilməzdir!” (Romalılara 11:33). Bizə yalnız açılmışdır ki, Onunla. hədsiz məhəbbət və mərhəmət hərəkət edir. Bizim Səmavi Atamız hər şeyi müdriklik və ədalətlə idarə edir və bizim inamsızlıq və ruh düşgünlüyünə qapılmağımıza heç bir səbəb yoxdur. Ancaq Onun qarşısında. dərin ehtiramla. və qorxu ilə baş əyməliyik. O, bizə Öz niyyətlərini bizim xeyrimizə xidmət edən dərəcədə açacaq, “bundan o yana.” isə biz Onun məhəbbət dolu ürəyi və qüdrətli əlinə güvənməliyik.iMQ 33.2
Bizim inamımız üçün kifayət qədər möhkəm əsaslar verməsinə baxmayaraq, Allah heç vaxt inamsızlıq doğura. biləcək səbəblərin hamısım ortadan götürməyəcək. Öz şübhələrini ilişdirmək üçün qa.rma.qlar axta.ra.nlar, onları mütləq tapacaqlar. Və bütün səddlər dağıdılmayana, şübhə imkanı doğuran bütün səbəblər götürülməyənə kimi, Alla.ha.ta.be olmaq və Onun Sözünü qəbul etməkdən boyun qaçıranlar, həmişəlik işıq üzünə həsrət qala.ca.qlar.iMQ 33.3
Allaha inamsızlıq - yeniləşməmiş ürəyin Onunla etdiyi düşmənçiliyin təbii nəticəsidir. İnam - Müqəddəs Ruh vasitəsilə kök salır, və yalnız insanın zəhməti sayəsində boy atıb möhkəmlənir. Şüurlu surətdə zəhmət çəkmədən heç kəs möhkəm inama. malik ola bilməz. İnamsızlıq özü də, опз qayğı göstərildikdə kök atır. Və əgər insanlar inamın möhkəmləndirilməsi üçün onlars verilmiş dəlillər haqda düşünmək əvəzinə, müxtəlif çatışmazlıqlar axtarmaqla özlərində şübhə oyanmasına imkan yaradırlarsa, onların inamsızlıqları daha da qatılaşacaqdır.iMQ 34.1
Allahın verdiyi vədlərə və nemətlərə şübhə edənlər Onun şərəfinə toxunurlar və başqalarını Məsihə sarı cəlb etmək əvəzinə, öz hərəkətləri ilə onları, əksinə, Ondan uzaqlaşdırırlar. Belə insanlar bar gətirməyən ağaclar sayağı, öz qalın budaqları ilə işığın qabağını tutaraq, başqa. bitkilərin solub qurumasına bais olurlar. Bu adamlsrın həyatı danılmaz şəhadət kimi onların özlərinin üzünə duracaqdır. Onlar inamsızlıq və şəkkşübhə toxumu səpiblər və əlbəttə, biçdikləri də əkdiklərinə müvafiq olacaq.iMQ 34.2
Həqiqətən şübhədən уаха qurtarmaq istəyənlərin bircə yolu var: başa düşmədikləri şeyləri tənqid atəşinə tutub şübhə altına. almaq yerinə, artıq onların üzərinə tökülən işıqdan istifadə etməli, ona yol açmalıdırlar və o zaman onlar daha. parlaq nura. qərq olarlar. Qoy insanlar başa. düşdükləri vəzifələri yerinə yetirsinlər. Bu gün şübhə ilə qarşılanan həqiqətləri аnlатаğа. bu kömək edər, sonra isə bu həqiqətlərə uyğun həyat sürmək lazımdır.iMQ 34.3
İblis elə məharətlə işlənmiş qondarmalar təqdim edə bilər ki, fədakarlığa, candan keçməyə yad və aldanmağa. hazır olan hər bir kəs, onları əsil həqiqət kimi qəbul edər. Lakin nəyin bahasına oiursa-olsun həqiqəti öyrənmək istəyən qəlbi, o fəth etmək iqtidarında deyil. Məsih həqiqətin özüdür, “dünyaya gələrkən hər insanı işıqlandıran gerçək Nur var idi” (Yəhya 1:9). Həqiqət Ruhu insanları yer üzündə düz yola çağırmaq üçün göndərilmişdir. Və Tanrı Oğlu qətiyyətlə “axtarın və taparsız” - deyib. “Kim Onun iradəsini yeritmək istəyərsə, öyrətdiklərimi biləcəkdir” (Matta 7:7; Yəhya 7:17).iMQ 34.4
İblis və onun nökərlərinin planlaşdırdıqları fıtnəfəsad haqqında. Məsih ardıcıllarının məlumatı azdır. Lakin göydə hökmdar olan O Kəs, Öz böyük məqsədlərini həyata keçirmək üçün bu hiylə və kələklərdən istifadə edir. Rəbb Öz xalqının ən ağır sınağına yol verəndə, bunu insanların kədərlənməsi və qüssələnməsindən xoşu gəldiyi üçün etmir, yalnız və yalnız ona görə edir ki, bu əziyyətlər olmadan günah üzərində qəti qələbə çalına bilməz. O, Öz səlahiyyəti ilə onları müdafiə edə bilməz, çünki sınağın məzmunu elə budur ki, insanlar günahın bütün cazibələrinə qarşı müqavimət göstərməyi öyrənsinlər.iMQ 35.1
Nə ən əzazil adamlar, nə cinlər Allahın işinə mane olmaq iqtidarında deyillər, lakin bu şərtlə ki, biz təslim olub peşimanlıq içində Onun hüzuruna gələk və tövbə edib öz günahlarımızı Onun ayaqları altına. a.taraq, Onun vədlərinə səmimi qəlbdən inanaq. Cəzb edib günaha doğru aparan, aşkar və ya. gizli hər bir qüvvəyə qarşı müvəffəqiyyətlə müqavimət göstərmək mümkündür - “ordu və güclə deyil, Mənim Ruhumla, deyir Savab sahibi olan Rəbb” (Zax. 4:6)iMQ 35.2
“Rəbbin gözləri salehlərə, qulaqları onların dualarına tərəf yönəlmişdir... Və əgər yaxşılıq etməyə səy göstərsəniz, sizə kim pislik edər?” (1 Peter 3:12-13). Bilam, təklif edilən böyük qazancla şirnikən zaman İsrailə qarşı tilsimindən istifadə etdi və Rəbbə qurban gətirərək Onun xalqını lənətləmək istədi, lakin Allahın Ruhu bu xətanın qarşısını aldı. Bunu görən Bilam: “Mən necə lənətləyim? Allah onu lənətləmir. Necə bədbəxtlik yağdırım onun başına? Allah onun bədbəxtliyini istəmir”. “Mənim ruhum salehlərin ölümü ilə ölsün və aqibətim də onlarınkı kimi olsun, ya. Rəbb” - deməyə məcbur olur. Lakin şirnikərək o, bundan sonra. daha bir cəhd eləyir. Yenidən qurbanlıq verəndə Bilam heyrətə gəlib deyir: “Xeyir-dua. verirəm mən, çünki O, xeyir-dua. verib, mən isə bunu dəyişə bilmərəm. Yaqubda. bəla. görünmür və İsraildə bədbəxtlik gözə dəymir;. onun Tanrısı olan Rəbb onunladır, səsi də şahanə şeypur səsidir” “Yaqubda. cadu, İsraildə tilsim yoxdur. Vaxt gələcək, Yaqub və İsraili misal gətirib: “Görün Allah nələrə qadirdir! - deyəcəklər”. Üçüncü dəfə də qurbangah düzəldilir və Bilam yenə İsraili lənətləməyə cəhd göstərir. Lakin onun iradəsindən asılı olma.ya.raq, dili Allah Ruhu demək istədiyini deyib, Onun seçdiyi xalqın xoşbəxt olacağını bildirir, İsrailin düşmənlərinin isə bütün bəd niyyətlərini pisləyirdi: “Sənə xeyir-duaarzu edən xeyirdua. alar, sənə lənət oxuyan lənətə düçar olar!” (Siyahıyaalma. 23:8,10,20,21,23; 24:9).iMQ 35.3
O dövrdə isra.il xalqı Allaha sadiq idi və Onun qanununa. itaət edib, onlarla. durub-oturana. kimi nə yer üzündə, nə cəhənnəmdə onu məğlub edə biləcək qüvvə yox idi. Lakin İblis israilliləri günaha. cəlb etməyə müvəffəq olduqda, vaxtilə Bilama oxunması qadağan edilən lənətlər axır ki, İsrailliləri tutdu. Allah şərtlərini pozaraq onlar Allahdan uzaqlaşdı və qatilin əlinə keçdilər.iMQ 36.1
İblis yaxşı bilir ki, Məsihə sadiq olan ən zəif insan belə, zülmət qüvvələri əleyhinə müvəffəqiyyətlə mübarizə aparmağa. qadirdir və hətta. iblis özü hadisələrin gedişatına. qarışsa. da. məğlubiyyət labüddür. Buna görə o, səy göstərir ki, Məsih döyüşçülərini onların alınmaz qalasından kənara çıxarsın. Özü isə, onun torpağına. ayaq basan hər kəsi dərhal məhv etmək üçün hazır vəziyyətdə pusquda. gizlənib. Biz, yalnız tam təslim olub, bütün ümidimizi Allaha bağlayanda və Onun göstərişlərinə əməl edəndə təhlükəsizlikdəyik.iMQ 37.1
İnsan bir gün, hətta. bir saat belə, duasız keçinirsə, o, özünün təhlükəsizliyinə əmin ola. bilməz. Onun Sözünü anlamaq üçün, biz Rəbdən bizə müdriklik verməsini xüsusilə xahiş etməliyik. Orada. iblisin bütün kələklərinin üstü açılır və onlara. qarşı müvəffəqiyyətli mübarizə üsulları göstərilir. Iblis Müqəddəs Kitabı çox gözəl bilir və o, hər ayəni özü istədiyi kimi yozaraq, bunlarla. bizi yoldan çıxarmağa. ümid edir. Biz Müqəddəs Kitabı itaətli ürəklə öyrənməli və heç vaxt Allahdan asılı olmağımızı unutmamalıyıq. Biz iblisin azdırmalarına. müqavimət göstərməyə həmişə hazır olmalı, daim inamla. dua. edib yalvarmalıyıq: “Bizi imtahana. çəkmək”.iMQ 37.2