Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Ev

    İlk valideynlərimizin yaşadıqları ilk ev onların uşaqları hər tərəfə yayılan və yer üzərini dolduran zaman onlar üçün nümunə olmalı idi. Allahın Öz əli bəzədiyi bu ev təmtəraqlı saraya bənzəmirdi. İnsanlar təmtəraqlı və bahalı əşyaları görəndə sevinirlər və öz əllərinin işləri ilə fəxr edirlər; lakin Allah Adəmi bağda yerləşdirdi. Bura onun evi idi. Mavi səma onun evinin örtüyü idi; ətirli çiçəklər və yaşıl otlarla örtülmüş yer döşəməsi idi; gözəl ağacların sıx yarpaqları onun çadırı idi. Cənnətdəki evin divarları gözəl, dəbdədəli idi və böyük Ustanın əllərilə gözəl bəzədilmişdi. Bu, bütün dövrlərdə insanlar üçün bir dərs olmalıdır ki, xoşbəxtlik qürur və ya dəbdəbə sayəsində deyil, Allahın Öz yaratdığı vasitəsilə Onunla ünsiyyətdən əldə edilə bilər.XAS 23.1

    İsa yer üzünə gəldi ki, insanların nə vaxtsa edə bildikləri işlərdən daha böyük bir işi yerinə yetirsin. O, Allahın Elçisi kimi gəldi ki, bizə düzgün yaşamağın yolunu göstərsin. Qadir Ata Öz Oğlu üçün hansı şəraiti yaratmışdı? Qalileya dağlarında yalqız bir ev; namuslu, öz zəhmətləri ilə şəxsi ləyaqətlərini nümayiş etdirən ailə: çətinlik və bədbəxtliklərlə daimi mübarizə: Özünü qurban vermə, qənaətcillik və inadkar sevincli xidmət; ananın dizi kənarında bükülmüş kağızlardakı Müqəddəs Yazıların saatlarla öyrənilməsi; günəşin sükut içində doğması və yaşıl çəmənin alatoranı; təbiətə müqəddəs xidmət; yaradılış və peyğəmbərliklər haqqında düşüncələr və Allahla ünsiyyət - həyatının ilk illərində İsa Məsihin həyat tərzi bu cür idi.XAS 23.2

    Təbiətə yaxınlıq. Şəhər həyatı yalançı dəyərlər və süni yaradılmış müvəqqəti şeylərlə doludur. Böyük qarışıqlığa səbəb olan ehtiraslı yüngül qazanc arzusu, özünü nümayiş yanğısı, dəbdəbə və düşüncəsiz hərəkətlər böyük insan kütlələrini öz əlinə alaraq, onları həqiqi həyat məqsədlərindən uzaqlaşdırır. Bu, gənclərə qarşısıalınmaz dərəcədə təsir göstərir. Şəhərlərdə yaşayan uşaq və gənclərin qarşısında duran ən cazibəli və ən qorxulu imtahanlardan biri eyş-işrətə qurşanmaqdır.XAS 24.1

    Şəhər mühiti çox vaxt sağlamlıq üçün təhlükəlidir. Daim xəstə insanlarla ünsiyyətdə olmaq məcburiyyəti, müxtəlif mikroblarla çirklənmiş hava və su, sıxıntılı, natəmiz həyat şəraiti şəhər sakinin qarşılaşdığı problemlərin bir neçəsidir.XAS 24.2

    İnsanların şəhərlərə axışması, evlərdə və icarəyə götürülmüş yaşayış yerlərində sıxlaşmış şəkildə yaşaması Allahın planlarına daxil deyildi. O, ilk valideynlərimizi gözəl təbiət mənzərələri, səsləri arasında yerləşdirmişdi, bu halın bu gün də davam etməsini çox istəyir. Allahm ilkin planına nə qədər yaxın şəkildə həyat sürsək, bir o qədər sağlam bədən, ağıl və qəlb sahibi olmaq imkanı qazana bilərik.XAS 24.3

    Evin qarşısında kiçik bağ sahəsinin olması və onun qayğısına qalmaqda uşaqların da köməyindən istifadə etmək çox yaxşı olardı. Bu, onlar üçün həm əyləncə, həm də faydalı əmək olardı. Bitkilərlə və çiçəklərlə məşğul olmaq incə zövqün tərbiyəsinə və əqlin inkişafına kömək edir. Allahın yaratdığı faydalı və gözəl ətraf aləmlə tanışlıq isə təfəkkürə təmizləyici və təkmilləşdirici təsir göstərir.XAS 24.4

    Bitkilərlə bağlı qanunları bilmədən, heç bir kəs əkinçilik yaxud bağçılıqda uğur qazana bilməz. Xüsusi qulluq tələb edən hər bir bitki növünün özünəməxsus xüsusiyyətlərini öyrənmək vacibdir. Cavan pöhrələrin şitillənməsinə, budanmasına və suvarılmasına, onların axşam soyuqdan, gündüz isə günəşdən qorunmasına, alaq otlarının təmizlənməsinə, bitki xəstəlikləri və zərərli həşəratlarla mübarizəyə, meyvə ağaclarının becərdilməsi və bağ sahəsinin qaydaya salınmasına ayrılan diqqət - bu diqqət xarakterimizin inkişafı üçün vacib olan dərsləri öyrədir, bundan əlavə, zəhmət özü şəxsiyyətin kamilləşməsi üçün gözəl vasitədir. Özündə səy, səbir, xırdalıqlara diqqət, qanuna itaət kimi xüsusiyyətləri inkişaf etdirərək, insan çox vacib hazırlıq əldə etmiş olur. Həyatın sirləri və təbiətin möcüzələri ilə daimi ünsiyyət, bundan əlavə, Allahın bu gözəl yaratdıqlarına qulluq edərkən, yaranan xeyirxahlıq hissi təfəkkürü canlandırır, xasiyyəti təmizləyir və ucaldır.XAS 25.1

    Bizim diqqətimizi və marağımızı cəlb etmək üçün Allah bizi təbiətin gözəllikləri ilə əhatələmişdir. O, çox istəyir ki, təbiətin gözəllikləri Onun xarakterini bizim üçün açsın. Əgər təbiət kitabını səylə oxusaq, dərhal bu fikrə gələrik ki, o, Allahın sonsuz məhəbbəti və qüdrəti haqqında düşünmək üçün tükənməz qida bəxş edir.XAS 25.2

    Qəlbin bağçası. Qoy uşaqlar təbiətdə İlahi məhəbbətin və hikmətin təzahürünü görməyi öyrənsinlər; qoy onların Allah haqqında düşüncələri quşlarla, çiçəklərlə və ağaclarla bağlı olsun; qoy gözlə görünən hər bir şey görünməyənə maraq oyatsın və bütün həyat hadisələri İlahi həqiqəti öyrənmək üçün vasitə olsun.XAS 25.3

    Hadisələrin müxtəlifliyi ilə bağlı saysız-hesabsız məsəllərin arasında bir neçə ən qiymətlisi Xilaskarın cücərən toxum haqqındakı məsəlində verilmişdir.XAS 25.4

    Toxumun ilk cücərtiləri ruhani həyatın ilk dövrlərini təsvir edir, bitkinin sonrakı inkişafı isə xasiyyətin inkişafının obrazlı təsviridir. Bu dərsləri uşaqlara öyrətməyə çalışan valideynlər və müəllimlər bunu praktik şəkildə də göstərməlidirlər. Qoy uşaqlar özləri torpağı hazırlasınlar və toxumları əksinlər. İşin gedişi zamanı valideynlər və müəllimlər onlara izah edə bilərlər ki, ürək xeyir və şər toxumlarının əkildiyi bağdır, bağı bəhrəli toxumlar üçün hazırlamaq lazım olduğu kimi, ürəyi də həqiqət toxumları üçün hazırlamaq lazımdır. Heç kim məhsul verəcəyinə ümid edərək, bellənib hazırlanmamış torpaga toxum səpmir. Torpağı hazırlamaq, toxum səpmək və məhsul yetişdirmək üçün gərgin və diqqətli əmək sərf etmək lazımdır. Ruhi toxumları səpərkən də bu cür hərəkət etmək lazımdır.XAS 26.1

    Uşaqların torpağı becərə bilməsi üçün, yaxşı olar ki, şəhərdən kənar yerdə yerləşən ev seçəsiniz. Qoy hər bir uşağın ayrıca torpaq sahəsi olsun; onlara ağac əkməyi, toxumlar üçün torpaq hazırlamağı və alaq otlarını təmizləməyi öyrədərkən, öz həyatlarından mənfi vərdişləri təmizləməyin vacibliyini də öyrədin. Bostandakı alaq otları ilə mübarizə aparmağı öyrətdiyiniz kimi, lazımsız meyllərlə də mübarizə aparmağı öyrədin. Bütün bunları onlara öyrətmək üçün vaxt lazım olacaq, lakin bunun əvəzi səxavətlə ödəniləcək.XAS 26.2

    Təbiətdə mövcud olanlar Rəbbin dilsiz xidmətçiləridir, ruhi həqiqətləri bizə açıqlamaq üçün verilmişdir. Onlar bizə Allahın məhəbbətindən söz açır və böyük Rəssamın hikmətini bəyan edir.XAS 26.3

    Öz evimi uşaqlarım üçün necə cazibəli edə bilərəm ki, onlar burada olmaqdan zövq ala bilsinlər?XAS 26.4

    “İnsanın dünyada milyonlarla dolanbac yolları ola bilər, lakin onun bircə yuvası var “. Jon Raskin.

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents