Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Ailədə Yaradilmiş Mühit

    Cəmiyyət ayrı-ayrı ailələrdən təşkil edilmişdir və ailə quran tərəflərin onu necə saxlamasından asılıdır. Ailə millətin ürəyidir. Ölkənin gələcək rifahı yaxud tənəzzülü yeni nəslin xarakteri və mənəvi siması ilə şərtlənir. Əgər gənclər əxlaq, özünüidarə və təmkinlilik kimi xüsusiyyətlərə uşaq yaşlarından vərdiş edirlərsə, gələcəkdə cəmiyyətə müsbət təsir göstərirlər. Əgər gənclər tərbiyə və intizamdan kənarda qalsalar, onda onlar özbaşına və ədəbsiz böyüyəcəklər, nəticədə isə acınacaqlı hal yaranacaq. Bu gün gənclərdə formalaşan vərdiş və prinsiplər gələcək cəmiyyətin xarakterini əks etdirir. Düzgün təşkil olunmamış ailənin təsiri hər tərəfə yayılır və bütünlüklə cəmiyyətə məhvedici yara vurur. O, ailəni, cəmiyyəti və dövləti öz şər selinin qoynuna alaraq məhvə doğru aparır.XAS 3.1

    Qaydaların vacibliyi. Bu dünyanın şərindən və səhv yollarından qorunmaq üçün hər bir insanın hələ uşaq yaşlarından etibarlı istehkama ehtiyacı var. Hər bir ailənin öz qayda-qanunları olmalıdır və valideynlər bir-birlərinə münasibətdə övladları üçün canlı nümunə olmalıdırlar. Bununla onlar övladlarını necə görmək istədiklərini büruzə verməlidirlər. Daim nitqin təmizliyinə fikir vermək və nəzakətlə davranmaq vacibdir. Uşaq və gəncləri özünəhörmətə, Allaha münasibətdə səmimi olmağa öyrədin. Onlara həyatlarını idarə edəcək və ətrafdakılarla münasibətdə özünü büruzə verəcək prinsiplərə sadiq qalmağı öyrədin.XAS 3.2

    Bu cür tərbiyə almış uşaqlar öz hərəkətləri üçün cavabdehlik daşımağa hazır olacaqlar. Öz xeyirxah nümunələri və məsləhətləri ilə daim başqalarına da ədalətli olmaqda kömək edə biləcəklər. Onlar təbiətin bəxş etdiyi istedadları düzgün qiymətləndirəcək, fiziki, əqli və mənəvi qüvvələrindən istifadə etməyin ən yaxşı yolunu tapa biləcəklər.XAS 4.1

    Ailədə mövcud olan ab-hava valideynlərin qarşılıqlı münasibətindən əhəmiyyətli dərəcədə asılıdır. Əgər ata ilə ana arasında fikir ayrılığı mövcuddursa, bu ruh uşaqlara da keçir. Buna görə də evinizdə qarşılıqlı nəvaziş atmosferi yaratmağa çalışın. Sizin eviniz çox sadə ola bilər, lakin bu ev daim ruhlandırıcı kəlmələrin səsləndiyi, xeyirxah işlərin görüldüyü, məhəbbət və nəvazişin yuva saldıgı bir yer olmalıdır.XAS 4.2

    Ən başlıcası məhəbbətdir. Evdəki problemləri dəmir çubuqla deyil, müdriklik və məhəbbətlə yoluna qoyun. Uşaqlar məhəbbət qanunlarına tabe olmağa həmişə hazırdırlar. Fürsət yaranan kimi, onların işlərini tərifləyin. Bacardığınız qədər onların xoşbəxtliyi üçün çalışın. Məhəbbət və bağlılıq nümayiş etdirin, ürəklərinizi həqiqət toxumları üçün hazırlayaraq, mülayimliyinizi qoruyun. Yadınızda saxlayın ki, Allah yerə təkcə bulud və yağış göndərmir, O, həm də gözəl günəş şüalarını bəxş edir. Unutmayın ki, uşaqların təkcə məzəmmət və düzəlişlərə deyil, təsəlliyə və tərifə, mehriban, xeyirxah kəlmələrə də ehtiyacı var.XAS 4.3

    Biz əlimizdən gələni etməliyik ki, bizim evimiz sözün əslXAS 4.4

    mənasında ailə ocağına çevrilsin. Ailə - səmanın yerdəki bir hissəsi - elə bir yer olmalıdır ki, burada biz kobudluğa məruz qalmaqdan ehtiyat etmədən öz hisslərimizi aydın şəkildə ifadə edə bilək. Bizim xoşbəxtliyimiz bir-birimizə bəslədiyimiz məhəbbət və rəğbətdən asılıdır.XAS 5.1

    Ailə bağları yer üzündə ən sıx, ən incə və ən müqəddəs bağlardır. Onlar bəşəriyyətə xeyir-dua kimi verilmişdir; müdrikliklə, Allahın iradəsinə uyğun şəkildə və hər iki tərəfin qarşılıqlı məsuliyyəti ilə qurulan ailə ittifaqı cəmiyyət üçün həqiqi xeyir-duadır.XAS 5.2

    Məhəbbət, rəğbət və nəvazişin hökm sürdüyü ailə mələklərin sevimli məkanı və Allahın izzətləndiyi yerdir.XAS 5.3

    Ailə Allah qarşısında səmimi olmalıdır. Valideynlər və uşaqlar Onunla əməkdaşlıq etməyi öyrənməlidirlər. Onlar öz vərdişlərini və xasiyyətlərini Allahın planına uyğun şəkildə tərbiyə etməli, insani məhəbbətin təmizliyini və nəcibliyini qoruya bilən yeganə Şəxsə məhəbbətlə qulluq etmək üçün birləşməlidirlər.XAS 5.4

    Ailənin təsiri. Tərbiyəli və nəzakətli üzvləri olan ailə ətrafdakılara müsbət təsir göstərir, yaxşı nümunəyə əsasən hərəkət etməkdə və mənfi təsirlərdən qorunmaqda onlara kömək edirlər. Allahın iradəsinə uyğun yaşayan ailə həmişə mələklərin müşayiətində olacaqdır.XAS 5.5

    Yer üzündə bizə çox az vaxt verilmişdir. Bizim hər birimizin bu dünyada yalnız bir həyat yolumuz var, ona görə də əlimizdən gələni etməyə çalışmalıyıq. Dəvət olunduğumuz iş var-dövlət, cəmiyyətdə xüsusi mövqe və ya qeyriadi istedad tələb etmir. Bu iş könüllülük, qurban vermə ruhu və möhkəm iradə tələb edir.XAS 5.6

    Әдәr ürəklərimizin və evlərimizin qapısını İlahi prinsiplər üçün açsaq, həyatverici qüvvənin axdığı kanala çevrilərik.XAS 5.7

    Bizim heç birimiz bu dünyada yaşaya-yaşaya ona təsir göstərməyə bilmərik. Ailədə heç kim özünə o dərəcədə qapıla bilməz ki, ətrafdakılar onun təsirini və əhval-ruhiyyəsini hiss etməmiş olsunlar. Onun simasındakı ifadənin özü ya müsbət, ya da mənfi təsir bagışlayır. İnsanın sözləri, əməlləri, başqalarına münasibəti onun haqqında danışır. Əgər insan eqoist həyat sürürsə, öz ətrafında çox ağır, üzüntülü ab-hava yaradır. Lakin əgər insanın ürəyi məhəbbətlə doludursa, o, çox nəzakətli, xeyirxah, başqalarına qarşı nəvazişli olur, öz işinə qayğı və sevinclə yanaşır, ətrafa xoşbəxtlik ruhu yayır.XAS 6.1

    Qoy gülərüz insanların sayı daha çox olsun. Biz həddindən çox özümüzə qapılırıq. Həddindən çox övladlarımızı və ətrafımızdakıları xoş, ruhlandırıcı kəlmələrdən, nəvazişli təbəssümdən məhrum edirik.XAS 6.2

    Ən əsası odur ki, ailədə mehribançılıq hökm sürsün. Onda bizim təsirimiz ətrafımızdakılarda da iz buraxacaq və get-gedə daha da uzaqlara yayılacaq. Dünyanın böyük istedadlara deyil, ailələri üçün böyük xeyir-dua olan yaxşı insanlara daha çox ehtiyacı var.XAS 6.3

    Ailə səmanın yer üzündəki kiçik hissəsi olnıalıdır.

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents