Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Evdəki Rahatliq

    Valideynlər öz övladlarının gələcək xoşbəxtliyinin və maraqlarının qayğısına qalmaqla bərabər, həm də öz ailə ocaqlarını mümkün qədər cəlbedici bir yerə çevirməlidirlər. Bu, hansısa ev əşyalarının alınmasından və ya pul yığmaqdan daha vacibdir. Ailədə sevinc kasadlıgı hiss olunmamalıdır. Ailə ilə bağlı hisslər uşaqların ürəklərində həmişə qorunub saxlanmalıdır ki, onlar uşaqlıq vaxtlarının keçdiyi evi səmada olduğu kimi - sülh və xoşbəxtliyin hökm sürdüyü bir yer kimi xatırlasınlar. Onda onlar yetkin yaşa çatanda valideynlərinə dəstək və təsəlli olacaqlar.XAS 11.1

    Yer üzündə ən rahat yer. Ev övladlar üçün yer üzündə ən rahat yerə çevrilməli və bu yerdə ən çox cəlb edən şey ananın varlıgı olmalıdır. Uşaqlar həssas, sevən təbiətə malikdirlər. Onları sevindirmək asan olduğu qədər, qəlblərinə toxunmaq da asandır. Analar mülayim rəftarla, sözlərlə və əməllərlə öz sevgilərini nümayiş etdirərək, övladlarının ürəklərini ələ ala bilərlər.XAS 11.2

    Ev işlərinin öhdəsindən müvəffəqiyyətlə gəlmək üçün təmizlik, səliqə və intizamın olması əsas şərtdir. Lakin əgər ana intizam yaratmağı ən vacib vəzifəyə çevirərək və özünü bütünlüklə rahatlığın yaradılması işinə həsr edərək, övladlarının fiziki inkişafına, əqli və əxlaqi tərbiyəsinə lazı- mi diqqət yetirə bilmirsə, çox böyük səhvə yol verir.XAS 11.3

    Lazımsız bəzək əşyalarından və zahiri olan bir çox şeydən imtina etmək o demək deyil ki, biz öz xarici görünüşümüzə diqqətsiz və etinasız qalmalıyıq. Bizim zahiri görünüşümüzə və yaşadığımız yerə aidiyyət kəsb edən hər bir şey səliqəli və cazibədar olmalıdır.XAS 12.1

    Evdəki intizam. Allah intizamsızlığı və etinasızlığı sevmir; cəhdlərimizin yox dərəcədə olması Onun xoşuna gəlmir. Əgər kişi qadından fərqli olaraq səliqə-səhmanı, intizamlı uşaqları və yaxşı təşkil olunmuş evi sevirsə, onda yuxarıda sadaladığımız çatışmazlıqlar ərlə arvadın ayrılması kimi ciddi məsələnin ortaya çıxmasına şərait yaradır. Səliqə-səhmanı saxlaya bilməyən, özünü layiqincə aparmayan və evi düzgün idarə etməyi bacarmayan qadın və ana heç vaxt ailəsinə razılıq və xoşbəxtlik bəxş edə bilməz; ona görə də, bu cəhətlər baxımından büdrəyənlər, öz zəif cəhətlərini inkişaf etdirməlidirlər.XAS 12.2

    Şərəfli iş. Bir çox ailələrdə qadın oxumaq, lazımi məlumatları əldə etmək, həyat yoldaşı ilə ünsiyyət etmək və uşaqların böyüməsinə nəzarət etmək üçün vaxt tapa bilmir. Onun bütün gücü, vaxtı və maraqları daim ağır ev işlərinə həsr olunur. Ailədə artıq yad bir insana çevrildiyini çox gec başa düşür. Sevdiyi insanlara təsir göstərmək və onların həyatını daha yüksək səviyyəyə qaldırmaq üçün nə vaxtsa əlində olan qiymətli imkanlar istifadəsiz qalır və əbədi olaraq itirilirlər.XAS 12.3

    Qoy ailə ocağını qoruyan qadınlar daha müdrik plana əsasən hərəkət etməyə qərar versinlər. Öz evinizi ən xoşagələn yerə çevirmək sizin üçün ən başlıca məqsəd olsun. Əməyi yüngülləşdirmək və sağlamlıgı qorumaq üçün vasitələrdən istifadə edin.XAS 12.4

    Etməli olduğumuz bütün işlər - qab yumaq, xəstələrə qulluq etmək, yemək hazırlamaq və ya paltar yumaq - tərbiyəvi mənaya malikdir. İlk baxışdan sadə görünən işi də kimsə yerinə yetirməlidir; onu yerinə yetirən şəxs bilməlidir ki, bu iş vacib və şərəflidir.XAS 13.1

    Evimin xoşagələn və cəlbedici olması üçün nə etməliyəm?XAS 13.2

    “Ailə - bizim sığınacağımız və tranıplinimizdir. Ondan təkan alaraq, biz yeni zirvələri fəth edə bilərik” Aleks Xaley.

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents