Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    İlk Ailənin Yahanmasi

    İlk valideynlərimizin yaşadıqları Eden bağını Allah Özü onlar üçün hazırlamışdı. Allah insanın arzulaya biləcəyi hər şeyi o bağda yerləşdirərək dedi: “Öz surətimizə və bənzərimizə görə insanı yaradaq” (Yar. 1:26).XAS 7.1

    Allah Özünün ən axırıncı və ən gözəl yaratdığından məmnun qalmışdı və istəyirdi ki, insan kamil dünyanın kamil sakini olsun. Lakin O, insanın tək yaşamasını istəmirdi. Allah dedi: “İnsanın tək olması yaxşı deyil; Mən ona münasib olan bir köməkçi yaradacagam” (Yar. 2:18).XAS 7.2

    Allah Özü Adəmə onunla eyni hüquqlu həyat yoldaşı verdi; o, Adəm üçün dost ola, onun məhəbbətinə cavab verə və dərdinə şərik ola bilərdi. Həvva Adəmin qabırğasından yaradılmışdı; bu o demək idi ki, o, ailə başçısı kimi ərinin üzərində agalıq edə bilməzdi, lakin aşağı səviyyəli birisi kimi Adəmə baş əyməli də deyildi, Həvva Adəmlə eyni səviyyədə yaradılmışdı ki, əri onu sevsin və qorusun. Kişinin bir hissəsi, əti ətindən, sümüyü sümüyündən olduğuna görə, o, Adəmlə sıx ittifaq yaradaraq, aralarındakı münasibətlərə xas olan incə bağlılıqla onun ikinci “mən”inə çevrilmişdi. “Buna görə kişi öz ata-anasını tərk edib arvadına qovuşacaq və onlar bir bədən olacaqlar” (Yar. 2:24).XAS 7.3

    İlk nikah. Allah ilk nikahı xeyir-dualadı. Beləliklə, bu ittifaqın müəllifi dünyanın Yaradıcısıdır. Nikah - Allahın insana bəxş etdiyi ilk hədiyyələrdən biri və günaha batdıqdan sonra Adəm Cənnət bağını tərk edərkən özüylə götürə bildiyi iki imkandan biri idi.XAS 8.1

    İnscinlcir nikahla bağlı İlahi prinsipləri bilib, onlara əməl edən zaman, bu nikah onlar üçün xeyir-duaya çevrilir; O, əxlaq təmizliyini və bəşər nəslinin xoşbəxtliyini qorumağa kömək edir, ümumi qanunlara uyğun gəlir və insanı bütün münasibətlərdə ucaldır.XAS 8.2

    Adəm ürəyinin istədiyi hər şeylə əhatə olunmuşdu. Onun bütün ehtiyacları ödənilirdi. Gözəl Edendə günah və xəstəlikdən əsər-əlamət yox idi. Rəbbin mələkləri sərbəst şəkildə və böyük nəvazişlə müqəddəs cütlüklə ünsiyyət edirdilər. İnsan Yaradanın yaratdıqlarının ən gözəli idi.XAS 8.3

    Adəmə bağın qayğısına qalmaq tapşırılmışdı. Əgər insanın xoşbəxtliyi fəaliyyətsizlikdə olsaydı, onda o, öz müqəddəs günahsızlığında işsiz qalardı. Lakin insanı Yaradan bilirdi ki, onun xoşbəxtliyinin açarı əməkdədir.XAS 8.4

    Allah birinci yerdədir. Adəm və Həvvanın Allahla ünsiyyətinə heç nə mane olmurdu. Onlar Onu mərhəmətli Ata kimi tanıyırdılar və onların iradələri Allahın iradəsi ilə üst-üstə düşürdü. Allahın xarakteri Adəmin xarakterində əks olunurdu. Allahın izzəti təbiətdəki bütün yaradılmışlarda izhar olunurdu.XAS 8.5

    Öz ailələrində birinci yeri Allaha verən və övladlarını Onu sevməyə öyrədənlər mələklər və insanlar qarşısında Rəbbi izzətləndirirlər və dünyaya yaxşı təşkil olunmuş, intizamlı ailə nümunəsi verirlər. Belə ailələrdə Məsih yad kimi qəbul edilmir. Rəbbin rəhbərlik etdiyi və uşaqların dinə, Müqəddəs Kitaba və öz Yaradanlarına hörmət etməyə öyrədildiyi evdə mələklər şadlanırlar.XAS 8.6

    Yalnız Məsihin hüzuru insanları xoşbəxt edə bilər. Məsih həyat suyunu səma şərbətinə çevirə bilər. Onda həmin ev cənnətə, ailə isə səmavi ailənin gözəl simvoluna çevrilir.XAS 9.1

    Sizin Nikahiniz Məhəbbət Və Cicəklərlə Doludurmu?

    Bu sualların ətrafında düşünün. Səmimi cavablarınız ailə həyatınızdakı real vəziyyəti aydınlaşdırmağa kömək edəcək.XAS 9.2

    1. Həyat yoldaşınız həqiqətənmi sizin ən yaxşı dostunuzdur?XAS 9.3

    2. Ünsiyyət zamanı aranızı kəsən sədlərin mövcudluğuna yol verirsinizmi?
    * Həyat yoldaşım öz hissləri haqqında danışarkən, onu diqqətlə dinləyir və gözlərinə baxırammı?
    * Onun fikirlərinə maraq göstərirəmmi?
    * Öz mülahizələrimdə anlama və razılıq əlamətlərini nümayiş etdirirəmmi?
    * Özümü yaxşı dinləyici hesab edirəmmi?
    XAS 9.4

    3. Öz həyat yoldaşınıza kifayət qədər diqqət yetirirsinizmi?
    * Həyat yoldaşınızı sevdiyinizi hamı bilirmi?
    * Həyat yoldaşınızı tez-tez qucaqlayıb öpürsünüzmü?
    * Həyat yoldaşınız hisslərini hansı formada çatdırmağa üstünlük verdiyini bilirsinizmi?
    XAS 9.5

    4. Uşaqların tərbiyə edilməsində fikirləriniz üst-üstə düşürmü?
    * İstifadə edilən intizam qaydaları ilə razılaşırsınızmı?
    * Hər ikiniz uşaqların tərbiyəsi üçün daşıdığınız cavabdehliyi dərk edirsinizmi?
    * Qışqırıq və əsəbilikdən uzaqlaşaraq, öz səs tonunuzu idarə edə bilirsinizmi?
    * Uşaqların yanında mübahisə etməkdən uzaq durursunuzmu?
    * Həftədə bir gününüzü ailənizlə ünsiyyət üçün ayırırsınızmı?
    XAS 10.1

    “Xoşbəxt ailə - həmişə qısa görünən uzun söhbətdir”. Andre Mauroyz.

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents