Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Həyat Dərsləri

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Məsəlin ibrani xalqı üçün əhəmiyyəti

    Məsih zəngin adam və Lazar haqqındakı məsəli söylədiyi zaman ibranilərin içində məsəldəki bu zəngin kimi acınacaqlı vəziyyətdə olanlar çox idi: onlar Rəbbin ənamlarından öz eqoist istəklərinin xeyrinə istifadə edərək, özlərinə şiddətli hökm hazırlayırlar: “Sən tərəzidə çəkildin və yüngül olduğun bilindi” (Dan. 5:27). Zəngin adam hər cür dünyəvi və ruhlu xeyir-dualara malik idi, lakin onların istifadəsində Allahla əməkdaşlıq etməkdən imtina etdi. İbrani xalqı ilə də belə oldu. Rəbb ibraniləri müqəddəs həqiqətin qoruyucusu etdi. O onları Öz lütfünün sərəncamçısı təyin elədi. O, onlara hər cür dünyəvi və ruhlu üstünlüklər verdi və başqa insanlarla bölüşməyə çağırdı. Onlara ölümə sürüklənən qardaşları ilə münasibətlərinə dair, qapılarını döyən qəriblərə dair, onların arasında olan kasıblara dair dəqiq tövsiyələr verilmişdi. Onlar öz varlarını yalnız öz xeyirləri üçün çoxaltmamalı, əksinə ehtiyac içində olanları unutmayaraq, onlarla olmalı idilər. Onların gördükləri məhəbbət və mərhəmət işlərinin müqabilində Allah onlara xeyir-dua verəcəyini vəd etmişdir. Lakin o zəngin kimi, onlar da iztirab çəkən bəşəriyyətə öz kömək əllərini uzatmadılar ki, onların dünyəvi və ruhlu ehtiyaclarını yüngülləşdirsinlər. Qürurla dolu olaraq, onlar özlərini Allahın rəğbətini qazanmış seçilmiş bir xalq sayırdılar, amma əslində Allaha nə xidmət edir, nə də səcdə edirdilər. Öz müstəsnalıqlarını onlar yalnız o faktla əsaslandırırdılar ki, onlar İbrahimin övladlarıdır. “Biz İbrahimin nəslindənik”, — onlar qürurla deyirdilər (Yəh. 8:33). Həlledici an gəldiyi zaman isə məlum oldu ki, onlar özlərini Allahdan ayırıb, ümidlərini İbrahimə bağladılar, sanki Allah odur.HD 201.2

    Məsih istəyirdi ki, zülmətdə olan ibrani xalqının şüurunda işıq parlasın. O onlara dedi: “İbrahimin övladları olsaydınız, İbrahimin işlərini görərdiniz. Fəqət Məni, Allahdan eşitdiyim həqiqəti sizə söyləyən Adamı indi öldürməyə çalışırsınız; İbrahim bunu etmədi” (Yəh. 8:39, 40).HD 202.1

    Məsih nəsil şəcərəsində hər hansı bir üstünlük, yaxud ləyaqət nişanəsi tanımırdı. O öyrədirdi ki, ruhlu bağlar bütün təbii münasibətlərdən üstündür. İbranilər özlərini İbrahimin törəmələri sayırdırlar; ancaq madam ki onlar İbahimin işlərini görmürdülər, bununla sübut edirdilər ki, onun həqiqi övladları deyildirlər. Yalnız Allahın səsinə itaət edib, İbrahimlə ruhlu birlik və həmrəylik göstərən kimsələr onun həqiqi törəmələri hesab oluna bilərlər. Məsəldəki yoxsul, insanların ən alçaq sinif hesab etdikləri təbəqəyə mənsub idisə, Məsih onu İbrahimin ən əziz dostu kimi qəbul ediləcək adam hesab etdi.HD 202.2

    Zəngin adam həyatını ağıla gələn hər cür cah-cəlalla əhatə etsə də, o qədər cahil idi ki, Allahın tutmalı olduğu yerə İbrahimi qoymuşdur. Əgər o, malik olduğu yüksək imtiyazları dərk edib dəyərləndirə bilsə idi və öz şüur və ürəyinin İlahi Ruh tərəfindən formalaşdırılmasına icazə versəydi, onun taleyi tamamilə başqa ola bilərdi. Bu zənginin təsvir etdiyi xalqa da bunu aid etmək olar. Əgər bu xalq Allahın çağırışına səs versə idi, onun gələcəyi tamamilə başqa ola bilərdi. İbranilər həqiqi ruhlu fərasət aşkar edə bilərdilər. Onlar elə imkanlara malik idilər ki, onları gələcəkdə Allah daha çox edəcəkdi və onlar bütün dünyaya xeyir-dua və maariflənmə verə biləcəkdilər. Ancaq onlar Allahın niyyətlərindən o qədər uzaqlaşdılar ki, bu, onların bütün həyatını pozdu. Onlar üzərlərinə qoyulmuş ümidi doğrultmayaraq, Allahın Öz sadiq sərəncamçıları kimi etibar etdiyi ənamlardan həqiqət və salehliklə istifadə etmədilər. Onlar Öz nəzərlərini əbədi dəyərlərə yönəltmədilər. Onların sədaqətsizliyinin nəticəsində bütün xalq məhv oldu.HD 202.3

    Məsih bilirdi ki, Yerusəlimin dağıldığı vaxt yəhudilər Onun xəbərdarlığını xatırlayacaqdırlar. Belə də oldu. Yerusəlimin üzərini fəlakətlər bürüyən zaman bu xalqın qismətinə hər cür aclıq və iztirablar düşən zaman onlar Məsihin sözlərini xatırlayıb, Onun nə vaxtsa söylədiyi məsəlin mənasını başa düşdülər. Onlar başa düşdülər ki, Allahın bəxş etdiyi işığın bütün dünyaya yayılmasına kömək etməmələrilə üzərlərinə iztirablar cəlb etdilər.HD 203.1

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents