Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Həyat Dərsləri

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    İtirilmiş dirhəm

    Qeyb olmuş qoyun haqqında məsəli danışandan sonra Məsih başqasına keçərək dedi: “On dirhəmi olan Hansı qadın bir dirhəm itirsə, çıraq yandırıb, evi süpürüb, onu tapıncaya qədər axtarmaz?”HD 140.1

    Şərqdə yoxsulların evləri adətən yalnız bir otaqdan ibarət, çox zaman pəncərəsiz və təbii ki, qaranlıq olurdu. Otağı gec-gec süpürürdülər və döşəməyə düşən pul tezliklə toz və zibillə örtülə bilərdi. Onu axtarıb tapmaq üçün hətta gündüz də şam yandırıb evi səliqə ilə süpürmək gərək idi.HD 140.2

    Qadın ərə getdiyi zaman cehiz olaraq gümüş pullar alırdı, bunları ən dəyərli hədiyyə kimi səliqə ilə saxlayırdı ki, gələcəkdə öz qızlarına versin. Bu qəpiklərin birini itirmək ciddi bədbəxtlik hesab edilirdi, onun tapılması isə böyük sevincə səbəb olurdu, onun bütün rəfiqələri bu sevinci ruhən canlanan qadınla bölüşdürməyə hazır idilər.HD 140.3

    “Və tapdığı zaman, — Məsih deyir, — öz rəfiqələrini və qonşularını yığıb deyir: Mənim sevincimə şərik olun, mən itirilmiş dirhəmi tapdım! Beləliklə, sizə deyirəm ki, tövbə edən bir günahkar üçün də Allahın mələkləri hüzurunda sevinc olur”.HD 140.4

    Bu məsəl də, əvvəlki kimi, onu göstərir ki, lazımi axtarışlar nəticəsində, hər cür itki yenidən tapıla bilər və böyük sevincə səbəb olar. Lakin nəzərdən keçirilmiş iki məsəl müxtəlif günahkarlar növündən danışır. İtmiş qoyun bilir ki, o itibdir. O, çobanı və sürünü tərk edib və özü qayıda bilmir. Burada o kəslərdən danışılır ki, özlərinin Allahdan aralı düşdüklərini dərk edirlər və çaşqınlıq, məyusluq və güclü sınaqlar dumanındadırlar. İtirilmiş qəpik isə o adamları təsvir edir ki, onlar özlərinin günahları və təhrifləri ilə o dərəcədə əsir ediliblər ki, fəlakətli vəziyyətdə olduqlarını heç güman da etmirlər. Onlar Allahdan uzaqlaşıblar, lakin bunu dərk etmirlər. Qəlbləri məhv olur, lakin bunu dərk etmirlər və bu onları təlaşlandırmır. “İtən quzu kimi azmışam, qulunu axtar, çünki əmrlərini unutmamışam” (Məz. 119:176). “Xalqım itmiş qoyunlar kimidir, çobanları onları azdırdı, dağlarda özbaşına dolandırdılar, onlar dağdan təpəyə getdilər, yatdıqları yeri unutdular” (Yer. 50:6). Nəzərdə tutulan məsəllə Məsih həm də onu göstərmək istəyir ki, hətta Allahın tələblərinə etinasız olanlar da, Onun mərhəmətli məhəbbətindən məhrum olmurlar. Onları axtarmaq lazımdır ki, onlar da Allaha qayıtsınlar.HD 140.5

    Qoyun ağıldan uzaqlaşdı; çınqıllıqlarda, yaxud da dağlarda azdı. Gümüş pul isə evdə itdi. O burada, yaxındadır, ancaq buna baxmayaraq, onu da tapmaq asan deyil. Bu, səyli axtarışlar tələb edir.HD 141.1

    Qeyb olmuş dirhəm haqqındakı məsəldə ailə üçün dərs vardır. Çox zaman ailədə onun üzvlərinin qəlblərinin vəziyyətinə dəhşətli qayğısızlıq və biganəlik müşahidə olunur. Onların içərisində Allahdan uzaqlaşmış insan da ola bilər, ailənin başqa üzvləri isə bu zaman heç bir narahatlıq keçirmirlər, əndişələnmirlər ki, onların yaxınlarından birinin simasında, Allahın insanlara bəxş etdiyi ənamlardan biri itirilmiş olacaqdır.HD 141.2

    Toz və zibillə örtülsə də, qəpik yenə də gümüşdür. Yiyəsi onu ona görə axtarır ki, o, müəyyən dəyərə malikdir. Eləcə də һәг bir can günahla necə xarab edilsə də, Allahın gözündə ən böyük dəyərə malikdir. Hər bir qəpik üzərində hakim iqtidarın təsvirini və onun simvollarını daşıdığı kimi, insa da yarandığı zaman Allahın surəti və bənzəri onda һәкк edilmişdir; indi bu surət günahın təsiri nəticəsində qaralıb, paslansa da, o yenə də һәг canda görünməkdədir. Allah bu canı Özünə qaytarıb, salehlik və qüdsiyyətdə Öz Şəxsi surətini onda bərpa etmək istəyir.HD 141.3

    Məsəldəki qadın inadla öz itirilmiş qəpiyini axtarır. O, şamı yandırıb, evi süpürür. Onun axtarışlarına mane ola biləcək hər şeyi kənarlaşdırır. Yalnız bir qəpiyin itməsinə baxmayaraq, qadın itirdiyini tapıncaya qədər öz səylərini dayandırmır. Beləcə də ailədə, əgər onun üzvlərindən biri Allah üçün itirilibsə, onun xilas edilməsi üçün bütün mümkün vasitələrdən istifadə etmək lazımdır. Qoy hər ailə üzvü özünü həssaslıqla və ciddi analiz etsin. Öz vərdiş və adətlərinizin hamısını diqqətlə nəzərdən keçirin və dəyərləndirin. Görün ailə həyatınızın quruluşunda və davranışınızda hansısa səhv, yaxud itki yoxdurmu ki, itirilmiş qəlb ona görə tövbə etməkdən imtina edərək daşlaşır.HD 142.1

    Əgər ailədə öz günahlı vəziyyətini dərk etməyən uşaq vardırsa, valideynlər təlaş keçirməlidirlər. Qoy şam yandırılsın. İlahi Kəlamı tədqiq edin və onun işığında diqqətlə ailənin hər cəhətini təhlil edin ki, nəhayət uşağın yadlaşmasının səbəbini tapasınız. Valideynlərə öz ürəklərinə də nəzər salmaq gərəkdir ki, öz vərdiş və hərəkətlərini yenidən düşünüb dəyərləndirsinlər. Uşaqlar Rəbbin varı və mirasıdırlar, Onun mülkiyyətinin idarəsinə görə biz Onun qarşısında məsuliyyət daşıyırıq.HD 142.2

    Xarici missioner tarlalarında çalışmaq istəyən ata və analar vardır; çoxları evdən kənardakı məsihçi fəaliyyətində çox fəaldırlar, onların öz övladları isə Xilaskarı və Onun məhəbbətini duymurlar. Öz uşaqlarının Məsihə malik olmaları işini bir çox valideynlər din xadiminə, yaxud şənbə məktəbi müəlliminə həvalə edirlər; lakin bununla onlar Allahın onların üzərinə qoyduğu vəzifədən imtina edirlər. Öz övladlarının məsihçi ruhunda təlim və tərbiyəsi valideynlərin özlərini Allaha həsr edə biləcəkləri ən ali xidmətdir. Bu, bütün ömür boyunca səbirli zəhmət, səliqəli və inadlı səylər tələb edən işdir. Allahın bu böyük tapşırığını inkar edərkən, biz dönük idarəçi oluruq və Onun etibar elədiyinə bizim etinasız münasibətimizə görə Allah bizim heç bir bəhanəmizi qəbul etməyəcəkdir.HD 142.3

    Lakin bu vəzifədən imtina etməkdə təqsirli olanlar da ümidlərini üzməsinlər. Pulu itirmiş qadın onu yenidən tapana kimi axtardı. Qoy valideynlər də məhəbbətlə, imanla və dua ilə öz yaxınları üçün zəhmət çəksinlər, o vaxta qədər ki, onlar sevinclə öz övladları ilə Allahın hüzuruna gəlib, nida edəcəklər: “Mən və Rəbbin mənə verdiyi övladlar budur” (Yeş. 8:18).HD 143.1

    Bu, ev şəraitindəki həqiqi missioner xidmətidir və onu həyata keçirənlər üçün xidmət etdikləri şəxslər üçün olduğu qədər xeyirlidir. Öz yaxınlarımızın hamısı üçün qayğı göstərdikdə Məsihə sadiq qalarıqsa, biz özümüzü Rəbbin geniş ailəsinin üzvlərinə, sonsuz əsrlər boyunca birlikdə yaşamalı olacağımız bütün insanlara xidmət etməyə hazırlayırıq. Bir ailənin üzvləri kimi bir-birimizə göstərməli olduğumuz marağı məsihçi bacı-qardaşlarımıza da göstərməliyik.HD 143.2

    Allah istəyir ki, ailədəki bütün bu zəhmət bizi ətrafımızdakı insanlara xidmətə hazırlasın. Bizim rəğbət dairəmiz genişləndikcə və insanlara olan məhəbbətimiz çoxaldıqca, biz hər yerdə səfarət xidməti üçün imkan tapacağıq. Böyük insan ailəsi bütün dünyanı doldurur və onun üzvlərinin heç birini rədd etmək olmaz.HD 143.3

    Harada olsaq da, hər yerdə bizi qeyb olmuş gümüş, axtarmağa layiq olan qəpik gözləyir. Lakin biz onu axtarırıqmı? Hər gün biz ruhlu məsələlərə biganə olan insanlarla rastlaşırıq; onlarla söhbət edirik, ünsiyyətdə oluruq, lakin onların ruhlu durumlarına lazımi maraq göstəririkmi? Biz Məsihi günahı bağışlayan Xilaskar kimi onlara təqdim edirikmi? Məsihin məhəbbətilə isinmiş özümüz, bu xilasedici məhəbbət haqqında imanı olmayanlara danışırıqmı? Əgər danışmırıqsa, bəs onda Allahın taxtı qarşısında bərabər durduğumuz zaman, ölmüş həmişəlik itirilmiş bu canlarla necə görüşəcəyik?HD 143.4

    Kim bir canın dəyərini müəyyən edə bilər? Onu bilməkdən ötrü Zeytun dağına gedərək, orada Məsihlə bərabər ayıq olun, həmin əzablı saatlarda ki, Onun alnındakı tər qan damlaları kimi idi. Çarmıxa çəkilmiş Xilaskara nəzər salın. Bu fəryadı dinləyin: “Allahım, Allahım! Nə üçün Məni tərk etdin?” (Mk. 15:34). Onun qan sızan başına, sancılmış bədəninə, yaralanmış ayaqlarına baxın. Yadda saxlayın ki, Məsih һәг şeyi təhlükə altına qoymuşdu. Bizi bağışlatmaq naminə, Səma özü təhlükə altında idi. Orada, çarmıxın kölgəsində Məsihin hətta yeganə bir günahkardan ötrü də Öz həyatını verməyə hazır olduğunu dərk edən zaman, tək bir canın dəyərini dərk edəcəksiniz.HD 144.1

    Əgər siz Məsihlə sıx ünsiyyətdəsinizsə, һәг bir insana Onun nöqteyi-nəzərilə baxacaqsınız. Məsihin sizi sevdiyi məhəbbətlə siz də başqalarına yanaşacaqsınız. O zaman siz Onun uğrunda öldüyü insanları tərk etməyərək, qəbul edəcək, rədd etməyərək, cəlb edəcəksiniz. Əgər Məsih buna Öz şəxsi səylərini sərf etməsəydi, heç kim heç zaman Allaha geri qaytarılmazdı. Beləcə də biz canları yalnız öz şəxsi işimizlə xilas edə bilərik. Öz qədəmlərini ölümə tərəf yönəldənləri gördüyünüz zaman, siz rahat və etinasız qala bilməyəcəksiniz. Onların günahı nə qədər dəhşətli və düşmələri nə qədər dərindirsə, sizin onlara münasibətiniz o qədər həssas və onların xilasına yönəlmiş səyləriniz bir o qədər inadlı olmalıdır. Siz əzab çəkənin, Allaha qarşı günah etmişin və öz təqsiri ilə istismar edilənin ehtiyaclarını seçə biləcəksiniz. Sizin ürəyiniz onlara şəfqətlə yanaşacaq və onlara öz kömək əlinizi uzadacaqsınız. Özünüzün iman və məhəbbət əllərinizdə onu Məsihə gətirəcəksiniz. Siz onlara qayğı göstərib təskinlik verəcəksiniz, sizin şəfqət və etibarınız onların qazandıqları möhkəmliyi itirməyə qoymayacaqdır.HD 144.2

    Səmavi mələklərin hamısı bu işdə sizə yardım etməkdən sevinc duyacaqlar. Göylərin malik olduğu hər şey azmışları xilas etməyə çalışanların sərəncamına veriləcəkdir. Ən qayğısız və qaba ürəklərə də mələklər yol tapmağa yardım edirlər. Tək bir can da Allaha geri qaytarıldığı zaman, bütün göylər sevinirlər; serafimlər və xeruvimlər öz qızıl arfalarına toxunaraq, Allaha və Quzuya mərhəmətlərinə, insan oğullarına incə qayğı və məhəbbətlərinə görə həmd edirlər.HD 144.3

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents