Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Həyat Dərsləri

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Söz və əməl

    (Mt. 21:23-32)

    “Bir adamın iki oğlu vardı; gəlib birincisinə: Oğlum, bu gün get üzüm bağına işlə, — dedi. O da cavab verib: İstəmirəm, — dedi. Fəqət sonra peşman olub getdi. AdamHD 206.1

    ikincisinə yaxınlaşıb yenə eyni sözü söylədi. O, cavab verib: Gedirəm, ağam! — dedi və getmədi. İkisindən hansı atasının muradını yerinə yetirdi? Onlar: Birincisi, — dedilər”.HD 206.2

    Dağ moizəsində Məsih demişdi: “Mənə: “Ya Rəbb, Ya Rəbb”, — deyən hər adam Göylərin Padşahlığına girməyəcəkdir; ancaq göylərdə olan Atamın iradəsini yerinə yetirən oraya girəcəkdir” (Mt. 7:21). Allaha olan sevgimizin səmimiliyi sözlərlə deyil, işlərlə təsdiqlənir. Məsih bizdən soruşmur: “Mühüm nə söyləyirsiniz?” O soruşur: “Mühüm nə edirsiniz?” (Mt. 5:47). Onun bu sözləri nə qədər əhəmiyyətlidir: “Əgər bu şeyləri bilirsiniz və onlara riayət edirsinizsə, bəxtiyarsınız” (Yəh. 13:17). Sözlər onlara müvafiq işlərlə təsdiq olunmayınca, heç bir dəyərə malik deyildir. İki oğul haqqındakı məsəl də bizə məhz bu nəsihəti verir.HD 206.3

    Məsih bu məsəli Yerusəlimə sonuncu gəlişi vaxtı, Öz ölümündən bir az əvvəl söyləmişdi. Bundan əvvəl O bütün alverçiləri və alıcıları məbəddən qovdu. Onun səsi dinləyicilərin ürəklərində Allahın hökmü kimi səslənirdi. Təəccüblənən və qorxu keçirən adamlar, Onun tələbinə mübahisəsiz və müqavimətsiz tabe oldular.HD 206.4

    Qorxu keçdikdən sonra kahinlər və ağsaqqallar məbədə qayıdan zaman Məsihi orada xəstələri və ölümcül olanları müalicə edən gördülər. Onlar şad nidalar və alqış nəğməsi eşitdilər. Sağalmış uşaqlar əllərində xurma budaqları tutaraq, Davud Oğluna hosanna oxuyurdular. Uşaq səsləri izzətli Həkimə alqış edirdi. Ancaq kahin və qanunşünasların mənfi rəyinə və paxıllığına qalib gəlmək üçün bu şəhadətlərin hamısı kifayət deyildi.HD 207.1

    O biri gün, Məsih məbəddə təbliğ etdiyi zaman, baş kahinlər və xalqın ağsaqqalları Onun yanına gəlib: “Bu işləri nə səlahiyyətlə edirsən? Və Sənə bu səlahiyyəti kim verdi?” — dedilər.HD 207.2

    Kahinlər və xalqın ağsaqqalları Məsihin təkzibedilməz səlahiyyətinin şəhadətlərini görürdülər. O, məbədi təmizləyən zaman onlar Onun üzündə əks olunan səmavi səlahiyyət görürdülər. Onlar bu səlahiyyətə müqavimət göstərə bilmirdilər. O Özünün yeni-yeni möcüzəli şəfa işlərilə onların bu suallarına cavab verirdi. O onlara Öz səlahiyyətinin şəhadətini təqdim etdi ki, onu təkzib etmək qeyri-mümkün idi. Ancaq bu onların arzu etdikləri şəhadət deyildi. Kahinlər və ağsaqqallar istəyirdilər ki, İsa Özünü Məsih elan etsin və bununla da onlara Onun sözlərini təhrif edilmiş şəkildə şərh etmək və xalqı Ona qarşı qaldırmaq üçün imkan versin. Onlar Onun təsirini sarsıtmaq, Özünü isə öldürmək istəyirdilər.HD 207.3

    İsa bilirdi ki, əgər onlar Onda Allahı görə bilmədilərsə, etdiyi işlərin Onun İlahi təbiəti haqqında şəhadət etdiyini dərk edə bilmədilərsə, indi Məsih olduğu haqqında Öz şəhadətinə də inanmayacaqdılar. O onların gözlədiyi cavabdan yayınır və ittihamı onların özünə qarşı yönəldir:HD 207.4

    “Mən də sizdən bir şey soruşacağam; onu Mənə söyləsəniz, bu işləri nə səlahiyyətlə gördüyümü Mən də sizə söylərəm. Yəhyanın vəftizi haradandı? Göydənmi, yaxud insanlardanmı?”HD 207.5

    Kahinlər və hökmdarlar çaşmışdılar. “Onlar aralarında söyləşib dedilər: “Əgər göydən desək: Elə isə nə üçün ona iman etmədiniz? — deyəcək; fəqət insanlardan desək, xalqdan qorxuruq, çünki hamı Yəhyanı peyğəmbər sayır”. Və İsaya cavab verib: “Bilmirik”, — dedilər. İsa da onlara dedi: “Mən də sizə bu işləri nə səlahiyyətlə gördüyümü söyləmirəm”.HD 207.6

    Onların “bilmirik” cavabı düşünülmüş yalan idi. Lakin kahinlər düşdükləri vəziyyəti anlayaraq yalan söyləyirdilər ki, özlərini xalqın qəzəbindən qorusunlar. Vəftizçi Yəhya gəlmişdi ki, onların indi səlahiyyətini şübhə altına aldıqları Şəxs haqqında şəhadət etsin. Ona işarə edəгәк deyirdi: “Budur, dünyanın günahını ortadan qaldıran Allahın Quzusu!” (Yəh. 1:29). O Onu vəftiz etdi və vəftiz olunduqdan sonra Məsih dua etdiyi zaman göylər açıldı və Allahın Ruhu göyərçin kimi Onun üzərinə endi və göylərdən bir səs dedi: “Bu Mənim sevgili Oğlumdur. Ondan çox məmnunam” (Mt. 3:17).HD 208.1

    Yəhyanın Məsih haqqındakı peyğəmbərlikləri təkrarən söylədiyini, İsanın vəftiz edildiyi anı xatırlayaraq, kahinlər və hakimlər yenə də Yəhyanın vəftizinin göydən olduğunu deməyə cəsarət etmədilər. Onlar Yəhyanın peyğəmbər olduğunu etiraf etsəydilər, necə ki daxilən belə olduğunu hesab edirdilər, onda onun Nazaretli İsanın Allahın Oğlu olduğu haqqındakı şəhadətini necə inkar edə bilərdilər? Ancaq eyni zamanda da onlar “Yəhyanın vəftizi insanlardandır” deyə bilmirdilər, çünki Yəhyanın peyğəmbər olduğuna inanan xalqdan qorxurdular. Buna görə onlar dedilər: “Bilmirik”.HD 208.2

    Onda Məsih onlara ata və iki oğul haqqında məsəl söylədi. Ata gəlib birincisinə: “Oğlum, bu gün get üzüm bağına, işlə, — dedikdə, o cavab verib: “İstəmirəm”, — dedi. O tabe olmaqdan imtina etdi və özünün günahlı yolları və pis vərdişlərini davam etdirdi. Lakin sonra o tövbə etdi və atasına tabe oldu.HD 208.3

    Ata ikincisinə yaxınlaşıb yenə eyni sözü söylədi: “Oğlum, bu gün get üzüm bağına, işlə”. Bu oğul cavab verib: “Gedirəm, ağam!” — dedi və getmədi.HD 208.4

    Ata bu məsəldə Allahı, üzüm bağı isə imanlılar cəmiyyətini təsvir edir. İki oğul timsalında rəmzi olaraq iki kateqoriya insan təsvir edilibdir. “İstəmirəm” deyərək atasının tapşırığını yerinə yetirməkdən imtina edən oğul Allaha qarşı açıq hörmətsizlik göstərən, imanlı görünməyə cəhd də etməyən, Allahın Qanununun tələb etdiyi təvazökarlıq və itaət yükünü öz üzərlərinə götürməkdən açıq-açığına imtina edənləri təsvir edir. Fəqət belə adamların çoxu gələcəkdə tövbə edib Allahın dəvətinə təslim oldular. Müjdə onlara Vəftizçi Yəhyanın “Tövbə edin, çünki Göylərin Padşahlığı yaxınlaşıb” xəbərində gəldiyi zaman onlar tövbə edib öz günahlarını etiraf etdilər (Mt. 3:2).HD 209.1

    “Gedirəm, ağam” deyib getməyən oğlun timsalında isə fəriseyin xasiyyəti açıqlanmışdır. Bu oğul kimi, yəhudi rəhbərləri də özlərinin həqiqətən tövbə etmədiklərini və özlərindən razı olduqlarını göstərdilər. İbrani xalqının dini həyatı əsasən zahiri, formal şəkil aldı. Sina dağında Allahın səsi ilə insanlara verilmiş qanun bəyan edildiyi zaman bütün xalq təntənəli surətdə ona riayət edəcəyinə and içdi. Hamı dedi: “Gedirəm, ağam”, fəqət getmədilər. Məsihin Özü gəlib onların qarşısında Allahın Qanununu təsdiq etdiyi zaman isə onlar Onu rədd etdilər. Məsih o dövrün ibrani rəhbərlərinə Öz səlahiyyəti və İlahi qüdrəti haqqında həddindən çox şəhadət verdi, lakin buna tam əmin olduqlarına baxmayaraq, onlar bu şəhadətləri qəbul etmədilər. Məsih onlara göstərdi ki, onlar hələ də imansız olmaqda qalırdılar, çünki itaətə aparan ruha malik deyildilər. O onlara deyirdi: “Siz öz ənənənizlə Allahın əmrini pozmusunuz... Ehkam olaraq insan əmrlərini öyrədərək, Mənə boş yerə ibadət edirlər” (Mt. 15:6, 9).HD 209.2

    Məsihi dinləyənlərin içərisində qanunşünaslar və fəriseylər, kahinlər və hökmdarlar var idi, iki oğul haqqında məsəli danışıb qurtardıqdan sonra Məsih onlara müraciət edərək soruşdu: “İkisindən hansı atasının muradını yerinə yetirdi?” Özlərinə hesabat verməyərək fəriseylər cavab verdilər: “Birincisi”. Belə deyərkən, onlar dərk etmirdilər ki, bununla özlərinə hökm çıxarırlar. Onda Məsihin dilindən amansız qərar səslənir: “Doğrusun sizə deyirəm ki, vergiyığanlar və fahişələr Allahın Padşahlığına sizdən qabaq girirlər. Çünki Yəhya sizin yanınıza salehlik yolunda gəldi, siz ona inanmadınız; fəqət vergiyığanlar və fahişələr ona inandılar. Və siz onu gördüyünüz halda, ona inanmaq üçün sonradan peşman olmadınız”.HD 209.3

    Vəftizçi Yəhya həqiqəti təbliğ etmək üçün gəldi, onun təbliği günahkarları inandırırdı və onları imana gətirirdi. Onlar Allahın Padşahlığına öz salehliklərilə fəxr edərək verilmiş xəbərdarlığı rədd edənlərdən qabaq daxil olacaqdırlar. Vergiyığanlar və fahişələr cahil idilər, fəriseylər isə savadlı idilər və həqiqətin yolunu bilirdilər. Buna baxmayaraq, onlar Allahın Padşahlığına aparan yol ilə getməkdən imtina etdilər. Can bəxş etməli olan həqiqət onlardan ötrü ölüm gətirən düşmənə çevrildi. Özlərinə nifrət etmiş qatı günahkarlar Yəhyanın əli ilə vəftiz olundular, xilas edildilər. İbrani xalqının müəllimləri isə riyakarlıq etdilər. Onların daşlaşmış ürəkləri həqiqəti qəbul etmələri üçün sipər oldu. Onlar Müqəddəs Ruhun təsirinə müqavimət göstərdilər. Allahın əmrlərinə itaət etməkdən imtina etdilər.HD 210.1

    Məsih onlara demir ki, onlar Allahın Padşahlığına girməyəcəklər, fəqət O göstərir ki, onların ora daxil olmalarına mane olan sipər özlərindədir. İbrani rəhbərləri üçün Allahın Padşahlığının qapısı hələ də açıq idi; dəvət öz gücündə idi, Məsih onları iman edib dönmüş görmək istəyirdi.HD 210.2

    İsrailin kahinləri və rəhbərləri öz həyatlarını bütövlüklə dini mərasimlərin icrasına həsr etməkdə keçirirdilər, onların hesab etdiyinə görə, onlar adi dünya işləri ilə hər hansı bir bağlılıq üçün çox müqəddəs idilər. Buna görə də zahirən onların həyatı tam dindarlıq təntənəsi təsəvvürü yaradırdı. Lakin onlar öz mərasimlərini elə yerinə yetirirdilər ki, insanlar bunu görüb onlar haqqında dindar və mömin kimi düşünsünlər. Allaha zahirən itaət edərək, onlar əslində Ona təslim olmaqdan imtina edirdilər. Onlar zahirən etiqad etdikləri həqiqətə riayət etmirdilər.HD 210.3

    Məsih Vəftizçi Yəhyanı ən böyük peyğəmbərlərdən biri elan etdi, Öz dinləyicilərinə göstərdi ki, onlara Yəhyanın Allahın elçisi olduğu haqqında kifayət qədər şəhadət verilmişdir. Səhrada həqiqətən təbliğ edənin sözləri böyük qüvvəyə malik idi. O öz müjdəsini cəsarətlə təbliğ edərək, kahinləri və hökmdarları günahda ittiham edir və onlara Allahın Padşahlığına layiq işləri görməyi əmredirdi. Yəhya onları Atanın iqtidar və nüfuzuna günahkarcasına sayğısızlıq edərək, Onun tapşırdığı işi yerinə yetirməməkdə ittiham edirdi. O, günaha güzəştə getmirdi və onu dinləyənlərin bir çoxu öz günahlarından döndülər.HD 211.1

    Əgər ibrani rəhbərləri səmimiyyətlə özlərinin bəyan etdikləri insanlar olsaydılar, onlar Yəhyanın şəhadətini qəbul edib, İsanın Məsih olduğunu etiraf edərdilər. Fəqət onlarda tövbə və salehlik məhsulları cücərmədi. Buna görə də nifrət etdikləri insanlar Allahın Padşahlığına onlardan qabaq girdilər.HD 211.2

    Məsəldə “Gedirəm, ağam” deyə cavab verən oğul, özünü sədaqətli və itaətkar göstərir; zaman isə göstərdi ki, onun zəmanəti həqiqi deyildir. O öz atasına həqiqi məhəbbət duymurdu. Eləcə də fəriseylər öz qüdsiyyətlərilə fəxr edirdilər, fəqət bu qüdsiyyət sınaqdan keçirilən zaman kifayət etmədi. Onlar öz maraqlarına uyğun olan zaman, qanunun tələblərini həddindən çox ağır edirdilər; fəqət qanuna itaət etmək onların özlərindən tələb edilən zaman onlar Allahın göstərişlərindən yayınmalarını cürbəcür bəhanələrlə, hiyləgərcəsinə əsaslandırırdılar. Bunu Məsih onlar haqqında deyir: “Fəqət onların əməllərinə görə etməyin, çünki söylərlər, amma əməl etməzlər” (Mt. 23:3). Onlarda nə Allaha qarşı, nə də insana qarşı həqiqi məhəbbət yox idi. Allah onları çağırmışdı ki, Onun xeyir-dualarını dünyada yaymaq üçün Onunla əməkdaşlıq etsinlər; lakin onlar bu dəvəti zahirən qəbul etsələr də, əslində itaət etmədilər. Onlar özlərinə güvənir və öz xeyirxahlıqları ilə fəxr edirdilər, ancaq Allahın əmrlərini icra etmirdilər. Allahın onlara etibar etdiyi işi icra etməkdən imtina etdilər və onların bu itaətsizliklərinə görə, Rəbb itaətsiz xalqdan dönməyə hazır idi.HD 211.3

    Öz gözündə saleh görünmək həqiqi salehlik deyildir. Öz salehliyi ilə fəxr edən adamlar bu fəlakətli aldanmanın nəticələrini dərk etmək üçün tərk ediləcəklər. Bizim günlərdə çoxları Allahın əmrlərinə sadiq olduqlarını bəyan edirlər, fəqət ürəklərində digərlərinə də veriləcək İlahi məhəbbətə malik deyildirlər. Məsih onları dünyanı xilas etmək işində Onunla birləşməyə çağırır, lakin onlar: “Gedirəm, ağam!” — deyir, fəqət getmirlər. Onlar həqiqətən Allaha xidmət edənlərlə əməkdaşlıq etmirlər. Boş həyat tərzini davam etdirirlər. Sədaqətsiz oğul kimi, Allaha yalan vədlər verirlər. İmanlılar cəmiyyətinin bütün üzvləri qarşısında Rəbb ilə əhd bağlayaraq, onlar təntənəli surətdə İlahi Kəlamı qəbul edib ona riayət etməyi, özlərini Allaha xidmət etməyə həsr edəcəklərini vəd edirlər, fəqət bunu etmirlər. Onlar özlərini Allahın övladları elan edirlər, lakin öz həyatları və xasiyyətlərinin keyfiyyətləri ilə Onunla qohumluqdan imtina edirlər. Onlar öz iradələrini Allahın iradəsinə tabe etmirlər. Onların həyatları müddəalarına zidd olaraq, yalanlarını ifşa edir.HD 212.1

    Onlardan qurban tələb edilənə qədər itaətli olmaq vədlərinə sadiq görünə bilərlər; fədakarlıq və özünü qurban vermək tələb ediləndə götürməli olduqları çarmıxı gördükləri zaman isə çəkinirlər. Beləliklə, məsuliyyət hissi kütləşir və bilərəkdən Allahın əmrlərini pozmaq vərdişə çevrilir. Qulaq İlahi Sözü eşidə də bilər, fəqət onu mənimsəmək üçün artıq ruhlu güc yoxdur. Ürək daşlaşmış, vicdan yatmışdır.HD 212.2

    Güman etməyin ki, əgər Məsihə qarşı açıq düşmənçilik mövqeyində deyilsinizsə, siz bununla artıq Ona xidmət edirsiniz. Beləliklə biz yalnız öz-özümüzü aldadırıq. Əgər Allahın bizə xidmət etmək üçün verdiyi şeyləri — vaxtımızı, yaxud vəsaitlərimizi və Onun bizə etibar etdiyi digər ənamlarını istifadəsiz saxlayırıqsa, Onun əleyhinə hərəkət edirik.HD 212.3

    Şeytan məsihçi adı daşıyanların etinasız, yuxulu həyat tərzi keçirmələrindən, öz gücünü artırmaq və canları öz tərəfinə çəkmək üçün istifadə edir. Çoxları hesab edirlər ki, onlar Məsih naminə real işlərdə iştirak etməsələr də, Onun tərəfindədirlər. Əslində onlar, hələ zəbt olunmamış sahəyə nəzarət etmək üçün düşmənə imkan verirlər və üstünlük qazandırırlar. Rəbbin çalışqan işçiləri olmaq imkanlarını əldən verərək, vəzifələrini yerinə yetirməmiş, sözlərini isə deyilməmiş qoyaraq, onlar Məsih üçün alına biləcək canların şeytanın əsarətinə düşmələrinə imkan verirlər.HD 212.4

    Biz heç zaman boş həyat keçirərək və fəaliyyətsizlik içində xilas ola bilməyəcəyik. Faydasız, mənasız həyat keçirən şəxs həqiqətən iman etmiş ola bilməz. Göylərə, sadəcə, axına uyğun üzərək girmək mümkün deyildir və heç bir avara ога girə bilməyəcəkdir. Əgər biz Allahın Padşahlığına girmək hüququ almaq üçün səy göstərmiriksə, əgər bu Padşahlığın qanunlarını səmimiyyətlə dərk etmək istəmiriksə, onun üçün yararsız olacağıq. Allahla yerdə əməkdaşlıq etməkdən imtina edənlər Onunla göylərdə də əməkdaşlıq etməyəcəkdirlər. Onları ora buraxmaq təhlükəsiz deyildir.HD 213.1

    Vergiyığan və günahkarların İlahi Kəlamı bilib ona riayət etməyənlərdən çox imkanları vardır. Öz günahını heç bir şeylə ört-basdır etmədən dərk edən, Allah qarşısında öz canının, bədəninin və ruhunun pozğunluğunu görən adam Allahın Padşahlığından əbədi olaraq ayrılmaqdan qorxur. O, xəstə olduğunu dərk edir və dahi Həkimdə əlac axtarır, O demişdir; “Mənim yanıma gələni əsla rədd etmərəm” (Yəh. 6:37). Belə canlardan Rəbb Öz üzüm bağında iş görmək üçün yenə istifadə edə biləcəkdir.HD 213.2

    Öncə atasının tapşırığını yerinə yetirməkdən imtina edən oğul Məsih tərəfindən ittiham edilmədi; fəqət o, rəğbət də qazanmadı. Məsəldə bu oğulun təsvir etdiyi adamlar özlərinin öncəki itaətsizliklərinə görə tərifə layiq deyildirlər. Onların itaətsizlik göstərməkdə səmimilikləri də təqdirə layiq deyildir. Əgər səmimiyyət həqiqət və qüdsiyyətlə təqdis edilmişdirsə, o, insanı Məsihin cəsarətli şahidi edə bilər; lakin günahkarın dilində o, təhqiramiz, ədəbsizdir və küfr ilə eynidir. Bir adamın imansız olduğu halda, riyakar olmaması onu daha ləyaqətli günahkar etmir. Müqəddəs Ruhun çağırışı bizim ürəyimizə çatdığı zaman bizim yeganə təhlükəsizlik tədbirimiz ona yubanmadan cavab verməkdir. Siz “Bu gün get üzüm bağına, işlə” çağırışını eşitdiyiniz zaman dəvətdən imtina etməyin. “Əgər bu gün Onun səsini eşitsəniz, ürəklərinizi daşa döndərməyin” (İbr. 4:7). İtaət etməkdə yubanmaq təhlükəlidir. Siz xilasedici dəvəti bir daha eşitməyə bilərsiniz.HD 213.3

    Bir də ki, illər boyunca bəslədiyiniz günahlardan asanlıqla azad olacağınıza ümid bağlamayın. Bu belə deyildir. Hər bir bəslənmiş günah durmadan xasiyyəti zəiflədir və zərərli vərdişləri möhkəmləndirir; bunun nəticəsində tədricən fiziki, əqli və əxlaqi pozğunluq baş verir. Siz öz səhv əməllərinizdən tövbə edib doğru yola qayıda bilərsiniz; lakin uzun müddət günahla əlaqədə olan şüurunuzun xüsusiyyəti xeyir və şəri seçməkdə sizə çətinlik yaradacaqdır. Sizdə formalaşmış zərərli vərdişlər isə sizə yeni-yeni hücumlar etmək üçün şeytan tərəfindən istifadə ediləcəkdir.HD 214.1

    “Bu gün get üzüm bağına, işlə” dəvəti hər can üçün səmimiyyət sınağıdır. Əməllər də sözlər kimi olacaqlarmı? Dəvət edilmiş adam özünün bütün bilik və bacarığından istifadə edərək, üzüm bağının Sahibi üçün sədaqətlə və təmənnasız işləyəcəkmi?HD 214.2

    Həvari Peter bizə riayət edə biləcəyimiz hərəkət planı təklif edir. O deyir: “Allahın və Rəbbimiz İsanın dərk olunmasında lütf və sülh sizə bol-bol verilsin. Bizi Öz izzəti və fəziləti ilə Çağıranın dərk olunması vasitəsilə İsanın İlahi qüdrəti həyat və Allaha hörmət ilə əlaqədar olan hər şeyi bizə bəxş etdi. O bu yolla bizə qiymətli və möhtəşəm vədlərini verdi ki, bunların vasitəsilə siz, şəhvətdən ötrü dünyada olan pozğunluqdan qaçıb, İlahi təbiətin iştirakçısı olasınız.HD 214.3

    Elə buna görə siz bütün səyinizi sərf edərək, imanınıza fəzilət, fəzilətinizə bilik, biliyinizə nəfsə hakim olmağı, nəfsə hakim olmağa təhəmmül, təhəmmülünüzə Allah qorxusu, Allah qorxusuna qardaşsevərlik və qardaşsevərliyinizə məhəbbəti əlavə edin” (2 Pet. 1:2-7).HD 214.4

    Əgər siz öz canınızın üzüm bağına səylə qayğı göstərsəniz, Allah sizi Öz işlərində köməkçi edəcəkdir. Siz yalnız özünüz üçün deyil, digərləri üçün də çalışacaqsınız. İmanlılar cəmiyyətini üzüm bağına oxşadaraq, Məsih bizi öz rəğbət və şəfqətimizi yalnız bizim imanlılar cəmiyyətinin üzvləri ilə məhdudlaşdıraraq ancaq onlar üçün çalışmağa çağırmır. Rəbbin üzüm bağı çoxaldılmalıdır. Rəbb istəyir ki, Onun üzüm bağı dünyanın hər ucuna yayılsın. Allahdan təlimat və lütf alaraq, biz qiymətli tənəkləri becərmək haqqında öz biliklərimizi digərləri ilə də bölüşməliyik. Ancaq beləliklə biz Rəbbin üzüm bağını genişləndirə bilərik. Allah bizim imanımızın, məhəbbətimizin və təhəmmülümüzün şəhadətlərini gözləyir. O istəyir ki, bizə bəxş edilmiş bütün ruhlu üstünlüklərdən istifadə edərək, Onun bu dünyadakı üzüm bağında bacarıqlı işçilər olaq ki, gələcəkdə bir vaxtlar Adəm və Həvva öz günahları üzündən qovulmuş olduqları Allahın cənnətinə, o Ədəm bağına daxil ola bilək.HD 215.1

    Allahın Öz xalqına münasibəti atanın öz övladlarına olan münasibətinə oxşayır, buna görə də Allahın bizdən sədaqətlə Ona xidmət etməyimizi gözləməyə ata hüququ vardır. Məsihi yadınıza salın. Bəşəriyyətin başında durub Öz Atasına xidmət edərək, O hər bir övladın ola biləcəyi nümunədir. Allah bu gün bəşəriyyətdən Öz dövründə Məsihin nümayiş etdirdiyi itaəti tələb edir. Öz Atasına O, könüllü olaraq, həvəslə və məhəbbətlə xidmət edirdi. “Ey Mənim Allahım, Sənin istəyinə əməl etmək mənə zövq verir, Qanunun qəlbimdədir” (Məz. 40:8). Məsih heç bir qurbanı çox böyük, heç bir zəhməti çox ağır saymırdı. Göndərildiyi işi yerinə yetirmək üçün O, һәг şeyə hazır idi. On iki yaşında ikən O dedi: “Bilmirdiniz ki, Mən Atamın işləri ilə məşğul olmalıyam?” (Lk. 2:49). O, çağırışı eşitdi və dərhal işə başladı. “Mənim yeməyim, — O deyir, — Məni Göndərənin iradəsini yeritmək və Onun işini tamamlamaqdır” (Yəh. 4:34).HD 215.2

    Beləliklə, biz Allaha xidmət etməliyik. Həqiqətən isə yalnız o adam xidmət edir ki, itaətkarlığın ən yüksək ölçüsünə uyğun hərəkət edir. Allahın oğul və qızları olmaq istəyənlərin hamısı özlərini Allahın, Məsihin və səma mələklərinin həmişçiləri kimi göstərməlidirlər. Hər bir adam beləliklə sınaqdan keçirilir. Ona sədaqətlə xidmət edənlər haqqında Rəbb deyir: “Fəaliyyətə keçdiyim gün onlar Mənə məxsus xalq olacaq. Bir ata özünə xidmət edən oğluna necə rəhm edərsə, Mən də onlara elə rəhm edəcəyəm” (Mal. 3:17).HD 216.1

    Allahın bəsirətinin həyata keçməsində Onun müqəddəs məqsədi insanları sınaqdan keçirərək onlara öz xasiyyətlərini formalaşdırmaq və inkişaf etdirmək üçün imkan verməkdən ibarətdir. Beləliklə O, insanların Onun əmrlərinə tabe olub-olmadıqlarını müəyyən edir. Öz yaxşı əməllərimizlə biz Allahın məhəbbətini qazanmırıq; daha doğrusu, bizim yaxşı əməllərimiz göstərir ki, biz artıq bu məhəbbətə malikik. Əgər biz öz iradəmizi Allaha tabe ediriksə, bu o demək deyil ki, biz Allahın məhəbbətini qazanmaq üçün işləyəcəyik. Bu o deməkdir ki, Onun məhəbbəti artıq azad ənam kimi bizim tərəfimizdən qəbul edilibdir və indi Ona bəslədiyimiz məhəbbətdən biz sevinə-sevinə Onun əmrlərinə riayət edəcəyik.HD 216.2

    Müasir dünyada yalnız iki kateqoriya insan mövcuddur və məhkəmədə yalnız bu iki kateqoriya ayrılacaqdır: Allahın Qanununu pozan şəxslər və ona itaət edənlər. Məsih sədaqətli, yaxud itaətsiz olduğumuzu aydın göstərən meyar verir: “Əgər Məni sevirsinizsə, — O deyir, — əmrlərimi yerinə yetirin... Kim əmrlərimə sahib olub, onlara riayət edərsə, Məni sevən odur. Məni sevən Atam tərəfindən seviləcəkdir; Mən onu sevəcəyəm və Özümü ona göstərəcəyəm. Məni sevməyən sözlərimə riayət etməz; eşitdiyiniz söz Mənim deyil, Məni göndərən Atanındır. Necə ki, Mən Atamın əmrlərini yerinə yetirib, Onun məhəbbətində qalıramsa, əgər siz də Mənim əmrlərimi yerinə yetirsəniz, Mənim məhəbbətimdə qalacaqsınız” (Yəh. 14:15-24; 15:10).HD 216.3

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents