Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Həyat Dərsləri

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Torpağın hazırlanması

    Əkinçi haqqında məsəldə Məsih diqqətimizi əkinin nəticələrinin toxumun düşdüyü torpaqdan asılı olduğuna yönəldir. Hər bir şəraitdə əkinçi ilə toxum dəyişmirlər. Bu isə onu göstərir ki, əgər İlahi Kəlam bizim ürəklərimizi və həyatımızı dəyişmirsə, bunun səbəbi bizim özümüzdədir. İlahi Kəlamın toxumları o vaxt məhsul verir ki, bizim özümüzdə yeniləşmək arzusu böyük olur. Əlbəttə, biz özümüzü dəyişə bilmərik, lakin seçmək imkanı əlimizdədir və bizim gələcəkdə kim olacağımız bundan asılıdır. Yol kənarındakı, daşlı və yaxud alaq otları ilə örtülmüş torpaq həmişə belə qalmağa məhkum edilməyib. Allahın Ruhu daim ümidsizlik möhürünü sındırıb, insanı dünyəvi yalanlardan ayıraraq, onda əbədi dəyərlərə ehtiyac oyadır. Yalnız İlahi Ruha müqavimət göstərən insan Onun səsini eşitmir və duymur. Ürəklərinin kasıblamasında insanlar özləri günahkardırlar, özləri qəlblərinə yaxşılıq toxumlarının səpilməsinə imkan vermirlər.HD 31.1

    Ürək bağına xidmət etmək gərəkdir. Onun torpağını günahdan tövbə etməklə yumşaltmaq lazımdır. Daim şeytanın səpdiyi alaq otlarını kökündən qoparmaq lazımdır. Alaq otları ilə örtülmüş sahəni ağır zəhmətlə təmizləmək olar. Eyni ilə təbii ürəkdəki günahlı istəkləri də yalnız İsa naminə və Onun yardımı ilə uzun və ağır səylər nəticəsində dəf etmək olar. Öz peyğəmbəri vasitəsilə Rəbb bizi buna dəvət edir: “Özünüz üçün təzə əkin yeri şumlayın, lakin tikanlar arasında əkməyin”. “Özünüz üçün doğruluq əkin, məhəbbət bəhərini biçərsiniz” (Yer. 4:3: Huş. 10:12). O bu işi bizim üçün görmək istəyir və bizi Ona yardımçı olmağa dəvət edir.HD 32.1

    İlahi Kəlamın toxumlarını səpənlərin qarşısında ürəkləri Xoş Xəbəri qəbul etmələri üçün yetişdirmək kimi ali məqsəd dayanır. Kəlamın təbliği zamanı dəbdəbəyə çox, ürəkdən-ürəyə söhbətə isə az yer verilir. İtirilmiş qəlblərlə şəxsi işləməyə ehtiyac vardır. Biz hər bir insana şəxsən, Məsihə xas dərin həssaslıqla yanaşıb, onda əbədi həyata canlı maraq oyatmalıyıq. Bəzən insan qəlbi çoxdan bəri tapdanmış yol kimi bərk olur və onu Xilaskara gətirmək cəhdi əbəs görünə bilər. Lakin məntiqin və təfəkkürün gücsüz olduğ.u yerdə Məsihin məhəbbəti Allah Kəlamını təbliğ edənlə şəxsi ünsiyyət zamanı daşlaşmış ürəkləri belə yumşaldıb, onlarda həqiqət toxumları səpmiş olar.HD 32.2

    Kəlamı əkənlər daim gözləməlidirlər ki, onun cücərtiləri qəlbin baxımsızlığı nəticəsində alaq otları ilə örtülüb məhv olmasın. Hər iman etmiş məsihçini ilk günlərdən məsihçiliyin əsasları haqqında məlumatlandırmaq gərəkdir. O başa düşməlidir ki, sadəcə Məsihin qurbanı vasitəsilə xilas olmayacaqdır, ancaq Məsihin həyatını öz həyatı edərək, Onun xasiyyətini öz xasiyyəti edərək xilas olacaqdır. Hər kəsə deyilməlidir ki, öz yükünü ləyaqətlə özü çəkməlidir və təbiətən günahkar xasiyyətini dəyişməlidir. Gərək hər bir kəs Məsihin əsgəri kimi özünü unudub, səbir və təmkinlə Onun ardınca gedərək, Onun üçün çalışmağın ləzzətini dadsın. İnsanlar Onun məhəbbətinə etibar edib, öz qayğılarını Ona həvalə etməyi öyrənməlidirlər. Qoy onlar başqa insanları Ona cəlb etmək sevincini duysunlar. Başqalarına göstərilən diqqət və məhəbbət içində onlar öz “mən’lərini unudacaqlar. Dünyəvi ləzzətlər artıq onları cəlb etməyəcək, qəlblərini soyuda bilməyəcək. Həqiqət kotanı torpağı hazırlayacaqdır. O, bərkimiş torpağı yumşaldacaqdır. O, tikanları qoparmaqdan əlavə, onları kökündən təmizləyəcək.HD 32.3

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents