Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Həyat Dərsləri

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Gizlədilmiş xəzinə

    (Mt. 13:44)

    “Göylərin Padşahlığı tarlada gizlədilən bir xəzinəyə bənzər. Onu bir adam tapıb gizlətdi və sevinclə gedib bütün varını satıb, o tarlanı satın aldı”.HD 65.1

    Qədim zamanlarda oğurluq və talançılıq tez-tez baş verdiyi üçün və hökumət dəyişilən zaman varlı adamlar böyük vergilərə tutulduğu üçün insanlar öz var-dövlətlərini torpaqda gizlədirdilər. Cəvahiratların gizlədilməsinin səbəbinin biri də soyğunçu düşmən ordusunun hücumlarının daimi təhlükəsi idi. Belə bir şəraitdə torpaq xəzinə saxlamaq üçün yeganə etibarlı yer kimi görünürdü. Lakin zaman-zaman xəzinənin yeri unudulurdu: sahibini ölüm haqlayırdı və ya həbsxana, yaxud sürgün səbəbilə ayrı düşürdü; o zaman belə səylə saxlanılan xəzinə tale bir kimsənin üzünə gülüb, onu tapana qədər torpaq altında qalırdı. Məsihin vaxtında da tərk edilmiş torpaqlarda qədim pul və qızıl, yaxud da gümüş zinət əşyaları tapmaq heç də nadir hadisə deyildi.HD 65.2

    Bir adam torpaq kirayələdi və əkin vaxtı basdırılmış xəzinə tapdı. Sərvəti taparkən gördü ki, böyük var-dövlətə malik ola bilər. Qızılları yerinə basdırıb, evinə döndü və sərvət tapdığı tarlanı almaq üçün bütün varidatını satdı. Ailəsi və qonşuları onu dəli sandılar. Bu baxımsız tarlada onlar qiymətli heç nə görə bilmirdilər. Lakin o nə etdiyini yaxşı bilirdi və tarlanı alarkən onun hər qarışını yoxlayıb, onda gizlədilmiş hər şeyi tapmaq istəyirdi.HD 65.3

    Bu məsəl səma sərvətinin qiymətini və onun əldə edilib saxlanması üçün sərf edilən səyləri göstərir. Tarlada xəzinə tapan insan hər şeydən imtina edib, ağlasığmaz zəhmət və səylər sərf edərək, gizlədilmiş sərvətə malik olmaq istəyir. Səma xəzinəsini aşkar edən adam da heç bir zəhməti ağır və heç bir qurbanı böyük saymayaraq, həqiqət sərvətinə malik olmağa çalışır.HD 66.1

    Bu məsəldəki xəzinənin basdırıldığı tarla Müqəddəs Kitabı xatırladır. Xoş Xəbər — xəzinənin özüdür. Allah Kəlamının həqiqət sərvətləri ilə zəngin olduğu qədər, bütün yer kürəsi qızıl mənbələri ilə zəngin deyil.HD 66.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents