Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Həyat Dərsləri

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Tora bənzər

    (Mt. 13:47-50)

    “Yenə, Göylərin Padşahlığı dənizə atılan və hər çeşid balıq tutan bir tora bənzər; dolduğu zaman, onu sahilə çəkdilər və oturub yaxşıları qablara qoydular, pisləri isə çölə atdılar. Bu dövrün sonunda da belə olacaqdır. Mələklər gəlib pisləri salehlərin arasından kənar edəcəklər. Onları soba alovuna atacaqlar. Orada ağlaşma və diş qıcırtma olacaqdır” (Mt. 13:47-50).HD 83.1

    Dənizə torun atılması İmanlılar cəmiyyətinə həm yaxşıları, həm də pisləri cəlb eləyən Müjdəni təsvir edir. Onun səyahəti qurtaran zaman hökm günü gələcəkdir və salehlərin pislərdən ayrılması başa çatacaqdır. Məsih görürdü ki, İmanlılar cəmiyyətində yalançıların mövcudluğu həqiqəti hörmətdən salır. Yalançı məsihçilərin keçirdikləri günahkar həyat tərzinə görə, dünya çox zaman Müjdənin doğruluğunu şübhə altına alır. Məsihə etiqad edib, əməldə Onun Ruhunu daşımayan adamları görən bəzi məsihçilər belə, imanda zəifləyə bilərlər. Bu günahkarların İmanlılar cəmiyyətində qalmaları adamlarda belə bir fikir yaradır ki, guya, Allah onların günahlarına göz yumur. Məsih isə gələcəyin üzərindəki örtüyü götürərək bəyan edir ki, insanın aqibətini onun həyatda tutduğu vəzifə yox, məhz xasiyyəti həll edəcəkdir.HD 83.2

    Tor haqqında məsəl, alaq otları haqqında olan məsəl kimi, bizlərə onu demək istəyir ki, günahkarların hamısının Allaha iman edəcəkləri vaxt olmayacaqdır. Alaq otları yalnız biçinə qədər buğda ilə birlikdə bitir. Yaxşı və pis balıqları yalnız son dəfə seçilmək üçün birlikdə sahilə çıxarırlar.HD 83.3

    Eyni zamanda hər iki məsəl göstərir ki, hökm günündən sonra artıq iman etməyə imkan olmayacaqdır. Müjdənin işi dünyada başa çatdığı zaman, dərhal salehlərin pislərdən ayrılması baş verəcək və hər birinin taleyi əbədi olaraq təsdiq ediləcəkdir.HD 84.1

    Allah heç bir günahkarın ölümünü istəmir. “Varlığıma and olsun, pis adamın ölümündən yox, onun öz yolundan dönüb yaşamasından zövq alıram” Xudavənd Rəbb bəyan edir. “Dönün, pis yollarınızdan dönün! Nə üçün öləsiniz?” (Yez. 33:11). Onun Ruhu insanları sınaq dövrü bitməmiş həyat ənamını qəbul etməyə dəvət edir. Lakin Onun ənamını rədd edənlər ölümlə baş-başa qalacaqlar. Allah bəyan edir ki, günah məhv olmalıdır, çünki şər kainat üçün dağıdıcıdır. Günahdan əl çəkməyənlər onun məhvi zamanı öləcəklər.HD 84.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents