Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Həyat Dərsləri

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Xəzinəni inkar etməyin nəticələri

    İblis insan şüurunu aldadaraq, ona belə bir fikir aşılayır ki, guya, Allahın iştirakı olmadan belə yüksək bilik sahibi olmaq mümkündür. Öz aldadıcı tövsiyəsi ilə o, Adəm və Həvvanı Allahın sözünə şübhə edib, itaətsizliyə aparan bir nəzəriyyə ilə əvəz etməyə sövq elədi. Bu gün də şeytanın məkri hələ Ədəmdə başladığı bədxah işini davam etdirməkdədir. Təhsil proqramlarına ateist əqidəli müəlliflərin mülahizələrini salan müəllimlər gənclərin şüurunda Allaha inamsızlığa, Onun qanununa itaətsizliyə sövq edən toxumlar əkmiş olurlar. Belə müəllimlər nə iş gördüklərini dərk etmirlər. Onlar təsəvvür etmirlər ki, ilk baxışda xoş niyyətli görünən fəaliyyətlərinin həqiqi nəticəsi nə kimi olacaqdır.HD 70.1

    Müasir məktəb və kolleclərdəki tədrisin bütün mərhələlərindən tələbə uğurla çıxa bilər. O, biliklərin əldə edilməsi üçün var gücünü sərf edə bilər. Ancaq hələ Allahı tanımırsa və onun həyatını idarə edən qanunlara itaət etmirsə, istər-istəməz özünə zərər verəcəkdir. Günahkar vərdişlərin əsarətində olaraq, o, getdikcə özünə düzgün qiymət verə bilməyəcəkdir və öz üzərində nəzarəti itirəcəkdir. Bilavasitə özünə aid halları düzgün qiymətləndirməyəcəkdir. O öz şüuruna və bədəninə çox e’tinasız və yüngül münasibət bəsləyəcəkdir. Zərərli vərdişlər onu getdikcə bərbad edəcəkdir. O, xoşbəxt ola bilməyəcəkdir, çünki pak, sağlam həyat qaydalarını inkar edib, qəlbinin ahəngdarlığını və rahatlığını pozan vərdişlərin əsarətində yaşayacaqdır. Nəticədə, inadlı təhsil illəri əbəs yerə itirilmiş olacaq, çünki həmin dövrdə özünü itirmiş olacaqdır. Öz fiziki və əqli qüvvəsini şüursuz halda xərcləyərək, öz bədəninin məbədini xarabalığa çevirmişdir. O bugünkü və gələcək həyat üçün itirilmişdir. Dünyəvi bilikləri mənimsəyərək, tükənməz sərvət sahibi olmaq arzusunda olmuşdur, lakin Müqəddəs Kitabdan uzaqlaşaraq, hər cür sərvətdən qiymətli olan xəzinədən yan keçmişdir.HD 70.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents