Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Ağsaqqallar və Peyğəmbərlər

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    28-ci fəsil
    SİNADA BÜTPƏRƏSTLİK

    (Bu fəsil Çıxış Kitabının 32-34-cü fəsillərinə əsaslanır)

    Musamn olmadığı vaxt İsrail üçün intizar və qeyri-müəyyənlik vaxtı idi. Xalq bilirdi ki, o, Yeşua Nun ilə birlikdə six, qaranlıq buluda daxil olaraq dağa çıxmışdır, bu bulud indi dağın zirvəsində durmuşdu və hərdən İlahi hüzurun şimşəyindən işıqlanırdı. İnsanlar onun qayıtmasını səbirsizlikb gözləyirdilər. Misirdə allahların tamamilə real surətlərə malik olduğuna öyrəşərək, onlar gözəgörünməz varlığa çətinliklə inanırdılar və xalq Musanın daim onların imanını saxlamasından asılı idi. İndi o, onların arasında deyildi. Günlər, həftələr keçirdi, o isə hələ də qayıtmırdı. Buludun əvvəlki kimi göz qabağında olduğuna baxmayaraq, düşərgədə çoxlarına elə gəldi ki, rəhbər onları tərk etmişdir, yaxud da hər şeyi udan od onu məhv etmişdir.AP 269.1

    Musanın qayıtmasını gözləyərkən, onlar eşitdikləri Allah qanunu üzərində düşünə bilərdilər və öz qəlblərini İlahi iradənin sonrakı vəhylərinin qəbulu üçün hazırlaya bibrdilər. Lakin onlar öz vaxtlarını bu işə sərf etmək istəmədilər, amma əgər onlar İlahi təbblər haqqında səmimi qəlbdən aydın təsəvvür almağa çalışsaydılar və öz qəlblərini Onun qarşısında itaətə gətirsəydibr, onda yoldan azmalardan hifz olunardılar. Lakin onlar bu imkandan istifadə etmədilər və tezliklə qayğısız, diqqətsiz və azğın insanlara çevrildilər, üstəlik də onların arasında çoxlu yadqəbiləlilər də vardı. Onlar səbirsizliklə o anı gözləyirdilər ki, yenidən əhd olunmuş torpağa yola düşsünlər, o torpağa ki, orada süd və bal axır. Bu bərəkətli diyar onlara yalnız itaətkar olmaq şərtilə vəd edilmişdi, lakin onlar bunu unutmuşdular. Onlardan bəziləri Misirə qayıtmağı təklif edirdilər, lakin qərarın necə olmasından asılı olmayaraq - irəli, Kənana hərəkət etmək, yaxud geri, Misirə dönmək - xalq daha Musanı gözləməməyi qərara aldı.AP 269.2

    Rəhbərin olmadığı vaxt özlərinin köməksizliyini dərk edərək onlar öz əvvəlki xəyallarına qayıtmışdılar. Hələ əvvəldən xalqda şikayət və qəzəbi qızışdıran yadqəbiləlilər sonrakı dönüklüyün əsas törədiciləri oldular. Misirlilərin sitayiş etdikləri allahlar arasında elələri də var idi ki, onları öküz, yaxud buzov simvolizə edirdi və budur, artıq Misirdə bu cür bütpərəstlik edənlərin təklifı ilə səcdə üçün buzov hazırladılar. Xalq Allahı təcəssüm etdirən və onlara Musanın əvəzinə yol göstərən surət görmək istəyirdi. Rəbb insanlara Özünün heç bir surətini saxlamamışdı və Onun hər hansı bir konkret surətini yaratmağı qadağan etmişdi. Misirdəki və Qırmızı dənizdəki qüdrətli möcüzələr xalqın Ona İsrailin gözəgörünməz, hər şeydən güclü Köməkçisi və yeganə həqiqi Allah kimi imanını möhkəmlətməli idi, insanların Onun hüzurunun bəzi görünən dəlillərini almaq istəyi isə onlann xalqını aparan bulud və od sütununun görünməsi ilə, həm də Onun şöhrətinin Sina dağında açılması ilə təmin edilmişdi. Lakin Allahın hüzurunun buludu əvvəlki kimi onların gözləri önündə olsa da, onların qəlbləri Misirdəki əvvəlki bütpərəstlik formalarına qayıtdı və gözəgörünməz Allahın şöhrətini buzov surətində təsvir etdilər.AP 270.1

    Musanın olmadığı vaxt məhkəmə hakimiyyəti Harunun üzərinə qoyulmuşdu və indi böyük kütlə onun çadırını əhatə edərək tələb etdi: “Qalx və bizim üçün allahlar düzəlt ki, qabağımızda getsinlər. Çünki bizi Misirdən çıxaran adamın - bu Musanın başına nə iş gəldiyini bilmirik!” (Çıxış 32:1). Onları indiyə qədər aparan bulud, onlar dediyi kimi, indi dağın başında hərəkətsiz durur və daha onlara yol göstərmir. Onun əvəzinə hər hansı bir büt lazımdır ki, Misirə qayıdası olsalar, özlərinin önündə bu bütü apararaq və bununla onların allahlarına hörmətlərini ifadə edərək, misirlilərin güzəştə getmələrinə nail ola bilsinlər.AP 270.2

    Möhkəm, qəti, dönməz, cəsur insan, Allahın izzəti onun üçün insan razılığından, xüsusi təhlükəsizliyindən, yaxud hətta həyatının özündən üstün olan insan tələb edən ağır vəziyyət yaranmışdı. Lakin israilin bu rəhbəri bu cür keyflyyətlərə malik deyildi. Harun xalqı çox qeyri-inandıncı məlumatlandırmağa başladı və bu cür həlledici anda onun tərəddüdü və qətiyyətsizliyi insanları dikbaş etdi. Səs-küy gücləndi. Səbəbsiz kor hiddət, sanki, xalqa hakim olmuşdu. Yalnız bəziləri Allahla əhdə sadiq qalmışdılar, lakin xalqın çox hissəsi Ondan dönmüşdü. Bütü büt adlandırmağa cəsarət edən bir neçə insan isə hədsiz dərəcədə qəzəblənmiş idarəolunmaz kütlə tərəfindən didildi. Harun öz həyatı üçün qorxdu və Allahın şərəfini alicənablıqla müdafıə etmək əvəzinə, xalqın tələbinə güzəştə getdi. İnsanların qızıl sırğalarını yığıb ona gətirmələrini tapşıranda o, gizlicə ümid edirdi ki, məğrurluq onları bu cür qurbana getməyə qoymayacaqdır. Lakin onlar öz bəzəklərini həvəslə gətirdilər, o isə onlardan Misir allahlarına bənzər tökmə buzov düzəltdi. Xalq elan etdi: “Ey İsrail övladları, budur sizi Misirdən çıxaran allahlarınız!” Xalqın Rəbbi bu cür təhqir etməsinə Harun imkan verdi. Üstəlik də qızıl allahcığazın necə sevinclə qəbul edilməsini görərək o, onun önündə qurbangah tikdi və elan etdi: “Sabah Rəbb naminə bayram olacaq”. Bu sözlər carçılar tərəfindən camaata çatdırıldı. “Ertəsi gün xalq səhər tezdən qalxıb yandırma qurbanlan ilə sülh qurbanları kəsdi. Xalq oturub yeyib-içdi, sonra isə oynadı”. Allah bayramı bəhanəsilə onlar qarınqululuğa və azğın şənliyə uydular.AP 270.3

    Bizim günlərimizdə də çox vaxt ləzzətlərə sevgi, “Allaha sevgi” donu geyir! İbadət ayinlərinə riayət zamanı insanlara eqoist, yaxud dünyəvi ehtiraslar uymağa imkan verən din bizim günlərimizdə də qədim İsrail dövründə olduğu kimi çox insanların ürəyincədir. Zəif iradəli Harunlar hələ indi də vardırlar, onlar məbəddə yüksək mövqelər tuturlar, lakin xalqın nalayiq istəklərinə güzəştə gedərək beləliklə onları günaha həvəsləndirirlər.AP 271.1

    İbranilərin Allaha itaət etməyi vəd edərək, Onunla təntənəli əhd bağlamalanndan cəmi bir neçə gün keçmişdi. Onda onlar dəhşətdən titrəyərək dağın önündə dayanıb Allahın sözlərini dinləyirdilər: “Məndən başqa allahların olmasın”. Allahın Şöhrəti bütün yığıncağın gözləri önündə Sinada dururdu, lakin onlar Ondan döndülər və başqa allahlar tələb etdilər. Onlar “Xorevdə bir dana heykəli düzəltdilər, tökmə bir bütə səcdə etdibr. Allahın əvəzinə otyeyən buğanın surətinə şərəf verdilər” (Məzmur 106:19,20). Məgər bundan böyük naşükürlük göstərmək olardımı, onlara Özünü mehriban ata və qadir padşah kimi açan Zatı bundan böyük təhqir etmək olarmı!AP 271.2

    Musa hələ dağda olarkən düşərgədə baş verən dönüklük haqqında xəbərdar edilmişdi və təcili qayıtmaq haqqında əmr aldı. “Tez ol, - Rəbb ona dedi, - düş aşağı, çünki Misirdən gətirdiyin xalqın əxlaqını pozdu və Mən onlara əmr etdiyim yoldan yaman tez döndü. Özləri üçün tökmə cöngə düzəldib ona səcdə qıldılar”. Allah bu üsyana lap əvvəldən son qoymağa qadir idi, lakin qəzəbə son həddinə çatmağa imkan verməklə O ona nail oldu ki, xəyanət və dönüklük iştirakçılarının məruz qaldıqları cəzadan hər kəs özü üçün lazımi dərs ala bilsin.AP 272.1

    Allahın Öz xalqı ilə əhdi pozuldu və Rəbb Musaya elan etdi: “İndi Məni tək burax ki, xalqa qarşı qəzəblənib onu yox edim, səndən isə böyük millət əmələ gətirim”. Rəbb gördü ki, İsrail xalqı, xüsusilə də yadqəbiləlilər, daim Allaha qarşı üsyan etməyə meyillidirlər; onlar həmişə öz rəhbərlərinə qarşı gileylənəcəkbr, onu öz imansızlıqlan və tərslikləri ilə incidəcəklər və onları əhd olunmuş torpağa gətirmək çox çətin sınaq olacaqdır. Onların cinayətbri israilliləri artıq Allahın mərhəməti hüququndan məhrum etmişdi və ədalət onların məhvini tələb edirdi. Buna görə də Allah onları məhv etməyi və Musadan qüdrətli xalq törətməyi təklif etdi.AP 272.2

    “İndi Məni tək burax ki,... onu yox edim”, - Allahın sözbri səsləndi. Əgər O, İsraili məhv etməyi qərara almışdırsa, kim onu müdafıə edə bibrdi? Kim bu halda günahkarları layiq olduqları qismətin ixtiyarına buraxmazdi? Kim öz ağır zəhmət, qayğı, fədakarlıqla dolu və cavabında giley və naşükürlük aldığı həyatını, əgər Allah Özü azadlıq təklif edirsə, fəxri, rahat mövqe ib sevincb dəyişməzdi?AP 272.3

    Lakin sanki yalnız məyusluq və qəzəb zülməti olan yerdə Musa ümid qığılcımları duydu. Allahın sözbrində: “İndi Məni tək burax”, o, yalnız qeyz deyil, həm də müdafiəçiliyin mümkünlüyünü eşitdi, bu müdafıəçilik ondan ibarət idi ki, yalnız Musanın duaları İsraili xilas edə bibr və yalnız onun duaları sayəsində Allah Öz xalqına rəhm edər. O, “Allahı Rəbbə yalvarıb dedi: “Ya Rəbb, nə üçün Öz xalqına qarşı qəzəbin alovlansın? Sən onlan Misirdən böyük qüvvətinb və qüdrətli əlinlə qurtarmadınmı?”AP 272.4

    Allah dedi ki, O Öz xalqından imtina etmişdir. O, israillilər haqqında Musaya demişdi: “Sən onları Misirdən... qurtarmadınmı?”. Lakin Musa İsraili idarə etməkdən itaətlə imtina etdi. Onlar onun deyildilər, Allahın idilər - “Sən onları Misirdən böyük qüvvətinlə və qüdrətli əlinlə qurtarmadınmı?” O təkrar etdi ki, əgər misirlilər belə desələr nə olacaq: “Onları pis niyyətlə, dağlarda öldürüb yer üzündən yox etmək üçün çıxartdı?”AP 272.5

    İsrail Misiri tərk etdiyi vaxtdan bəri bir neçə ay ərzində möcüzəli qurtuluş haqqında xəbər bütün ətraf xalqlar arasında yayılmışdı. Yaxınlaşan təhlükənin dəhşət və qorxusu bütpərəstləri bürümüşdü. Hamı İsrailin Allahının Öz xalqı üçün daha nə edəcəyini gözbyirdi. Əgər indi onlar məhv olsalar, onların düşmənbri sevinəcəklər, Allahın adına isə ləkə atacaqlar. Onda misirlilərin ittihamı təsdiqbnəcəkdir: onlan səhraya qurban gətirmələri üçün çıxartmaq əvəzinə O, onların özlərini qurban edəcəkdir. Onlar başa düşməyəcəkbr ki, İsrailin günahları nədir və Onun başqa xalqlar arasında bu qədər şöhrətləndirdiyi xalqın ölümü Onun adına iradlar gətirəcəkdir. Rəbbin Onun adını dünyada izzətbndirmək üçün bu qədər yüksək fərqləndirdiyi insanların üzərinə necə böyük məsuliyyət düşür! Onlar günahdan eb ehtiyatla qorunmalı idilər ki, Allahın cəzalarına düçar olmasınlar və allahsızların iradlarını Ona yönəltməsinlər.AP 273.1

    Musa İsrail üçün xahiş edəndə onun acizliyi - Allahın əlində abt olaraq, uğurlarında bu qədər çox iş gördüyü insanlara bəsbdiyi dərin sədaqət və məhəbbət önündə geri çəkildi. Rəbb onun yalvarışlannı dinbdi və onun fədakar duasına cavab verdi. Allah Öz qulunu sınayırdı. O, onun bu azmış və naşükür xalqa sədaqətini və məhəbbətini sınayırdı və Musa bu sınaqdan şərəflə çıxdı. Onun İsrailə sədaqəti xudbin duyğulardan gəlmirdi. Allahın seçilmiş xalqının rifahı ona öz şəxsi şöhrətindən, çoxsaylı xalqın nəsil başçısı olmaq üstünlüyündən qiymətli idi. Onun sədaqətini, qəlb sadəliyini, düzgünlüyünü görmək Allaha xoş idi və O, onun üzərinə, sınanmış çoban kimi, böyük məsuliyyət - İsrail xalqını əhd olunmuş torpağa aparmaq vəzifəsini qoydu.AP 273.2

    Musa və Yeşua Nun dağdan enəndə onlardan birincisi “üzərində vəhylər yazılmış daş lövhələr” gətirirdi. Onlar coşqun kütbnin qışqırığını və səsini eşidirdibr, onların ağılsız həyəcan içərisində olduqları aydın olurdu. Bir döyüşçü kimi Yeşua Nun hər şeydən əvvəl fıkirləşdi ki, onlara düşmənlər hücum etmişlər. “Düşərgədən müharibə səsi gəlir”, - o dedi. Lakin Musa onlara çatan səs-küyü daha dəqiq ayırd etdi. Bu, döyüş səs-küyü deyildi, şənlik səs-küyü idi. “Bu qələbə çalanlann nidası deyil, məğlubiyyətə uğrayanların da səsi deyil. Mən nəğmə səsi eşidirəm”.AP 273.3

    Düşərgəyə yaxınlaşanda onlar öz bütləri ətrafında qışqırıqla rəqs edən adamları gördülər. Bu, bütpərəst əyləncələrinin adi səhnəsi idi, Misirin bütpərəst bayramlarını yamsılamaq idi, - lakin bütün bunlar Allaha təntənəli və pərəstişkar ibadətə necə də bənzəmirdi! Musa sarsıldı. O, İlahi izzətin olduğu yeri indicə tərk etmişdi və düşərgədə baş verənlər haqqında xəbərdar edilməsinə baxmayaraq, israilin bu cür biabırcasına düşkünlük səhnəsini görməyə yenə də hazır deyildi. Qəzəb onu bürüdü. Onların cinayətlərindən iyrəndiyini ifadə edərək o, daş lövhələri yerə atdı və onlar bütün xalqın gözləri önündə sındılar -bu, ona işarə edirdi ki, insanlar Allaha öz vədlərini pozmuşdular və O, onlarla olan Öz əhdini ləğv edirdi.AP 274.1

    Musa düşərgədə şənlənən kütlənin arasından keçdi və bütə yaxınlaşaraq onu tutub oda atdı. Sonra o, buzovun qalığını külə döndərdi və dağdan axan axına atdı, bütün xalqı da bu sudan içməyə məcbur etdi. Onların səcdə etdikləri bütün tam miskinliyi beləcə göstərildi.AP 274.2

    Böyük rəhbər baş verən hadisədə təqsirkar olan qardaşını öz yanına çağırdı və sərt soruşdu: “Bu xalq sənə nə etdi ki, onları belə böyük günaha batırdın?” Harun xalqın tələbini söyləyərək özünü müdafıə etməyə çalışdı, dedi ki, əgər o, onların təkidlərinə güzəştə getməsəydi, onlar onu öldürərdilər. “Qoy ağam qəzəblənməsin. Sən bu xalqı tamyırsın. Onun niyyəti pisdir. Onlar mənə dedilər: “Bizim üçün allahlar düzəlt ki, qabağımızda getsinlər. Çünki bizi Misir torpağından çıxaran adamın - bu Musanın başına nə iş gəldiyini bilmirik!” Mən də onlara dedim: “Kimdə qızıl varsa, onu çıxarın. Xalq da qızılı mərıə verdi. Mən onu oda atdım və bu cöngə alındı”. O, Musanı inanmağa məcbur etmək istəyirdi ki, möcüzə baş vermişdir - oda atılan qızıl fövqəladə qüvvənin təsiri altında buzova çevrilmişdir. Lakin bu özünə haqq qazandırma və doğrultmalar ona kömək etmədi. O, əsas təqsirkar kimi layiq olduğu cəzanı aldı.AP 274.3

    Harunun başqalarından çox xeyir-dua alması və xalq arasında ucalması halı onun günahını daha iyrənc edirdi. Bu Harun, “Rəbb üçün təqdis olunan” (Məzmur 106:16), büt düzəltdi və bayram təşkil etdi. Bu, o idi - Musanın dodaqları olmaq üçün təyin edilən, onun haqqında Allah Özü şəhadət etmişdi: “Bilirəm ki, onun yaxşı nitqi var”. O isə bütpərəstlərin dikbaş niyyətlərinə müqavimət göstərmədi. O, kimin vasitəsilə ki Allah Öz cəzalarını misirlilərin və onların allahlarının üzərinə yağdırmışdı, tökmə surət önündə kütlənin sözlərini laqeydliklə dinləyirdi: “Budur sizi Misirdən çıxaran allahlarınız”. Bu, o idi - Musa ilə birlikdə dağa çıxan və Rəbbin şöhrətini görən, qüdrətin təzahürünün konkret təsvir yaratmaq üçün heç bir əsas vermədiyinə əmin olan. Gördükləri şöhrəti buzov surətində yaradan o idi. Musanın olmadığı vaxt Allahın insanlara doğru yol göstərməyə etibar etdiyi o, onların üsyanına razılıq verdi. “Rəbb Haruna da hiddətlənmişdi. Onu da yox etmək istəyirdi” (Qanunun təkrarı 9:20). Lakin Musanın onu ürəkdən müdafiə etməsinə cavab olaraq o, əfv edildi və etdiyi günah üçün peşmançılıq keçirərək və alçaldırılaraq yenidən Allahın lütfünü qazandı.AP 274.4

    Əgər Harunun, nəticələrdən qorxmadan, ədaləti müdafıə etməyə cəsarəti olsa idi, o, xalqı dönüklükdən çəkindirə bilərdi. Əgər o, Allaha sədaqətində sarsılmaz olsa idi, əgər o, Sinadan enən təhlükəyə diqqət yetirsə idi və insanlara, onların Allahın qanununa itaət edəcəklərini vəd etdikləri zaman, Allahla təntənəli əhdlərini xatırlatsa idi, bununla şərin qarşısını almaq mümkün olardı. Lakin onun xalqın istəklərinə güzəşti və onların tələblərini yerinə yetirdiyi hiddətsiz inam, onları əvvəlcə ağıllarına gələn günahdan daha böyüyünə itələdi.AP 275.1

    Musa düşərgəyə qayırdarkən üsyançılarla qarşılaşanda xalq onun sərt irad və qəzəblə müqəddəs lövhələri atıb qırmasını onun qardaşının xoş nitqi ilə müqayisə etdilər və onların rəğbəti Harunun tərəfində oldu. Harun özünə haqq qazandırmaq üçün, insanların tələblərinə güzəştə gedəndə etdiyi zəifliyə görə bütün məsuliyyəti xalqın üzərinə qoymağa çalışırdı, lakin buna baxmayaraq, hamı onun yumşaqlığına və səbirliliyinə heyran qalmışdı. Lakin Rəbb insan kimi deyil, başqa cür mühakimə edir. Harunun güzəştliliyi və hamıya xoş gəlmək istəyi onun təqdir etdiyi cinayətin eybəcərliyini görməyə ona imkan vermədi. Onun İsraili günaha gətirən əməlləri minlərlə həyatın bahasına başa gəldi. Allahın cəzasını dəqiqliklə yerinə yetirsə də, yenə də İsrailin rifahının öz şəxsi uğurundan, şöhrətindən və həyatından qiymətli olduğunu göstərən Musanın davranışı necə də kəskin fərqlənirdi.AP 275.2

    Rəbbin bizi cəzalandırdığı günahlar arasında ən ağırı o günahlar sayılır ki, başqalarını da şər işlər görməyə təhrik edir. Allah istəyir ki, Onun qulları, bu, nə qədər əzabverici olsa da, günahı açıq töhmət etməyə öz sadiqliklərini sübut etsinlər. Üzərlərinə İlahi xidmət qoyulanlar zəif iradəli insanlar, güzəştə gedən muzdurlar olmamalıdırlar. Onların borcu özlərini yüksəltməyə can atmaq deyil, xoş olmayan vəzifələrdən yayınmaq deyil, sarsılmaz imanla Allahın işini dinləyib yerinə yetirməkdir.AP 276.1

    Allah Musanın duasını dinbyib İsrailə rəhm etsə də, lakin dönüklük layiqli cəzasını almalı idi. Harunun insanlara icazə verdiyi qanunsuzluğa və itaətsizliyə batması yerindəcə aradan qaldırılmasa idi, o artıb allahsız üsyana çevrilərdi və xalqı qaçılmaz düşkünlüyə gətirib çıxarardı. Şər ən ciddi tədbirbrb aradan qaldırılmalı idi. Musa düşərgənin qapısı yanında dayanaraq xalqa müraciət etdi: “Rəbbin tərəfındə olanlar mənim yanıma gəlin!” Bütün bunlarda iştirak etməyənbr Musanın sağ tərəfində dayanmalı idibr, günahkar olub, lakin peşman olmayanlar isə - sol tərəfındə. Xalq Musanın tələbinə itaət etdi. Məlum oldu ki, Levi qolu bütpərəstlikdə iştirak etməmişdir. Başqa soy qolları arasında çoxlan günah etsəbr də, indi peşman olmuşdular. Lakin xalqın çox hissəsi öz hiddətində inad göstərməkdə davam edirdilər, onların çoxu başqalarını buzov düzəltməyə təhrik edən yadqəbiləlilər idilər. Onda Musa “İsrailin Allahı Rəbb” naminə, özünün sağ tərəfində dayanan və bütpərəstlikdə iştirak etməyənbrə əmr etdi ki, qılınclarını çıxartsınlar və bütün peşman olmayanları məhv etsinbr. “O gün üç minə yaxın adam həlak oldu”. Nə mövqe, nə qohumluq əlaqəbri, nə dostluq telləri güzəştlərə səbəb ola bilmədibr, qanunsuzluq törədənbr bir-bir məhv edildibr; lakin peşman olan və itaət edənlərin hamısını isə rəhm gözbyirdi.AP 276.2

    Bu dəhşətli qisas işini yerinə yetirənbr Səmavi Padşahın hökmünü icra edərək Allahın əmrinə əsasən hərəkət edirdibr. İnsanlar öz insani korluqları ilə yaxınlarını mühakimə etməkdən və töhmətbndirməkdən çəkinməlidirlər; lakin Allah kiməsə Onun qanunsuhluq üzərində hökmünü icra etməyi əmr edirsə, Onun əmrinə tabe olmaq lazımdır. Bu abrılı işi həyata keçirənbr - üsyankarlıq və bütpərəstliyə qarşı nifrətlərini nümayiş etdirdilər və özlərini həqiqi Allaha xidmətə daha tam həsr etdilər. Levi qoluna xüsusi fərqlənmə verməklə Rəbb onların sədaqətinə cavab verdi.AP 276.3

    İsraillilər həm də onda günahkar idilər ki, onlara bütün nemətləri bəxş edən və hakimiyyətinə onların könüllü itaət etməyi qərara aldıqları Padşaha qarşı üsyan etmişdilər. İlahi idarənin həyata keçə bilməsi üçün xəyanətkarlar ədalətli cəzaya düçar olmalı idilər. Lakin burada da İlahi mərhəmət göstərildi. O, Öz qanununun ədabtliliyini müdafıə etsə də, hamıya seçmək azadlığı və tövbə etmək imkanı verdi. Yalnız Allahı inkar etməkdə inad göstərənlər məhv edildilər.AP 277.1

    Rəbbin bütpərəstliklə barışmaz olduğuna bütün ətraf xalqları əmin etmək üçün təqsirkarlar ədalətli cəzalarını çəkməli idilər. Allahın silahı kimi Musa müqəddəs tarixin səhifələrində bu cinayətin qəzəbli və açıq mühakiməsini yazmalı idi. İsraillilər gələcəkdə ətraf qəbilələrin bütpərəstliyini töhmət etməli olacaqları üçün onlar düşmənlərin bu ittihamlarından qaça bilməyəcəkdilər ki, Allahı Tanrı olan xalq özünə buzov düzəltdi və ona Xorevdə səcdə etdi. Onda bu təhqiramiz həqiqəti etiraf etməyə məcbur olan İsrail bu günahın təqdir olunmadığını, yaxud haqq qazanmadığını sübut edə bilmək üçün, heç olmasa qanunsuzların düçar olduqları dəhşətli qismətə işarə edə bilsinlər.AP 277.2

    Ədalətdən az olmayan məhəbbət bu günahın cəzalanmasını tələb etdi. Allah Öz xalqının müdafıəçisi, həm də Hökmdarıdır. O, üsyan etməkdə inad göstərənləri məhv edir ki, onlar başqalarını da öz arxalarınca sürükləməsinlər. Qabilin həyatına rəhm etməklə Allah bütün Kainata göstərdi ki, cəzasızlıq nəyə gətirib çıxanr. Qabilin öz törəmələrinə məhvedici təsiri elə bir pozğunluğa gətirib çıxartdı ki, dünyanın böyük daşqınla məhv olmasına səbəb oldu. Böyük daşqına qədərki tarix ona şəhadət edir ki, uzun ömür günahkar üçün xeyir-dua deyildir. Allahın böyük çox səbirliliyi onlan şərəfsizlikdən saxlamır. İnsanlar nə qədər çox yaşayırlarsa, o qədər də pozğun olurlar.AP 277.3

    Sinadakı dönüklük də beb idi. Əgər günah birdəfəlik cəzalanmasa idi, nəticəbr həminki kimi olacaqdı. Nuhun günbrində olduğu kimi yer pozğunlaşardı. Dönüklərə rəhm olunması - Qabilin həyatının saxlanmasından doğın şərdən daha artıq şər doğurardı. Allahın mərhəməti minlərlə insanın ölümünə imkan verdi ki, milyonların məhv olmasının qarşısını alsın. Çox hissənin xilas olması üçün O, az bir hissəni cəzalandırmalı idi. Bundan başqa, xalq Allahdan dönməklə İlahi himayəçiliyə olan hüququnu itirmişdi və Onun müdafiəsindən məhrum olaraq Öz düşmənləri tərəfindən təhlükəyə məruz qalardı. Əgər şər o saat məhv edilməsə idi, israillilər tezliklə öz qüdrətli və çoxsaylı düşmənlərinin şikarı olardılar. İsrailin xeyrinə və bütün gələcək nəsillərə ibrət olaraq dönükləri yerindəcə cəzalandırmaq zəruri idi. Əgər onların həyatlarına rəhm olunsa idi, onları Allaha qarşı üsyan etməyə təhrik edən ruh onların arasında nifrət və didişmə ilə üzə çıxardı, nəhayət onlar özləri bir-birlərini məhv edərdilər. Dünyaya, İsrailə və hətta qanunsuzlara məhəbbətdən bu cinayət təxirə salınmadan və belə sərtliklə cəzalandınldı.AP 277.4

    Xalq birdən ayılaraq öz cinayətinin eybəcərliyini görəndə bütün düşərgəni dəhşət bürüdü. Onlar qorxurdular ki, hər bir dönüklük edən məhv ediləcəkdir. Onların ümidsizliyindən riqqətə gələn Musa onlar üçün Allaha dua etməyi yenidən vəd etdi.AP 278.1

    “Siz böyük günaha batdınız. İndi isə Mən Rəbbin hüzuruna qalxacağam ki, bəlkə günahınızı kəffarə edə bilim”. O getdi və xalq üçün xahiş edərək belə dedi: “Ah, bu xalq böyük günaha batıb, özünə qızıldan allahlar düzəltdi; indi, yalvanram, günahlannı bağışla. Əgər belə etməsən, adımı yazdığın Kitabdan sil”. Rəbb ona cavab verdi: “Mənə qarşı kim günah işlədibsə, onun adını Kitabımdan siləcəyəm. Lakin indi get, xalqı sənə dediyim yerə apar. Budur, Mənim Mələyim sənin qarşında gedəcək. Ancaq cəza günü gələndə onlara günahlarına görə cəza verəcəyəm”.AP 278.2

    Musanın duasında biz səmavi kitablara diqqət yetiririk, bu kitablarda bütün insanlann adlan yazılmışdır və onların yaxşı və pis əməlləri dəqiq qeyd edilmişdir. Nə vaxtsa Ona xidmət edənlərin adları həyat kitabındadır. Əgər kimsə Ondan uzaqlaşırsa və inadla günah etməkdə davam edərək öz qəlbini Müqəddəs Ruha qarşı qəddarlaşdmrsa, belələrinin adları məhkəmədə həyat kitabından silinəcəkdir və onlar məhv olacaqlar. Musa dərk edirdi ki, günahkarm qisməti necə dəhşətlidir, lakin əgər İsrail xalqı Allah tərəfındən rədd edilməli idisə, o istəyirdi ki, onun da adı qalanların adı ilə birlikdə həyat kitabından silinsin. O, təsəvvür edə bilmirdi ki, möcüzəli surətdə qurtulanlar Allahın cəzasına düçar olsunlar. Musanın İsrail üçün vasitəçiliyi Məsihin günahkarlar üçün xahişinə qohumdur. Lakin Rəbb imkan vermədi ki, Musa da Məsih kimi günahkarların təqsirini öz üzərində daşısın. “Mənə qarşı kim günah işlədibsə, onun adını Kitabımdan siləcəyəm”.AP 278.3

    Həlak olanları xalq dərin kədərlə dəfn etdi. Üç min insan qılıncla həlak edildi; tezliklə bundan sonra düşərgədə bəla qızışmağa başladı və Rəbb Musanı göndərdi onlara desin ki, daha onları səfərdə müşayiət etməyəcəkdir. Tann elan etdi: “Siz dikbaş xalqsınız; buna görə Mən aranızda getməyəcəyəm, yoxsa yolda sizi məhv edərəm”. Sonra əmr edildi: “İndi isə bəzəklərinizi çıxarın. Mən də bilim ki, sizinlə nə edəcəyəm”. Bütün düşərgə yasa büründü. Sarsıntı və itaətlə “beləcə Xorev dağının ətəyində İsrail övladlan bəzəklərini soyundular”.AP 279.1

    İlahi əmrə əsasən müvəqqəti ibadət yeri olan çadırı götürüb düşərgədən uzağa apardılar. Bu daha bir sübut idi ki, Allah onlardan uzaqlaşmışdır. Bundan sonra O, Musaya açılacaqdır, bu cür xalqayox. Vicdan əzabı çəkən insanlar bu rəhmsizliyi ağrı ilə hiss etdilər və onlara elə gəldi ki, bu, daha böyük bədbəxtlikdən xəbər verir. Allah Musanı ona görə ayırmadımı ki, onları tam məhv etmək mümkün olsun? Lakin onlar ümidsiz buraxılmadılar. Düşərgədən kənarda çadır qurdular - Musa onu “cəmiyyətin ibadət çadırı” adlandırdı. Səmimi qəlbdən peşman olan və Rəbbə qayıtmaq istəyənlərə göstərildi ki, öz günahlarını etiraf etmək və Onun mərhəmətini qazanmaq üçün огауа getsinlər. Onlar öz çadırlarına qayıdanda Musa ibadət çadırına girirdi. Xalq gərgin maraqla izləyirdi - onlar üçün xahişin qəbul olunmasının hər hansı bir əlaməti görünməyəcəkmi. Əgər onunla görüşmək üçün Allah ensə, onda onlar ümid edə bilərdilər ki, tam qınlmayacaqlar. Bulud sütunu enib ibadət çadırının girişində dayananda xalq sevincdən ağladı və “hamı qalxıb öz çadırının girişində səcdə qıldı”.AP 279.2

    Musaya onun himayəsinə etibar edilənlərin inadkarlığı və korluğu yaxşı məlum idi, o, mübarizə etmək lazım gələcək çətinlikləri yaxşı bilirdi. O, başa düşürdü ki, xalqı ələ almaq üçün Rəbbin köməyini almaq lazımdır. O, İlahi iradənin aydın vəhyi üçün yalvarırdı və Onun hüzurunun sübutunu xahiş edirdi. “Bax, Sən mənə “Bu xalqı çıxart”, deyirsən; mənimlə birgə kimi göndərəcəyini mənə bildirmirsən. Halbuki Sən dedin: “Səni adınla tanıyıram və gözümdə lütf tapmışsan”. Əgər mən, doğrudan da, Sənin gözündə lütf tapmışamsa, yalvarıram, öz yolunu mənə agah elə ki, səni tanıyım və gözündə lütf tapım. Bax, bu camaat sənin xalqındır”.AP 279.3

    Rəbb ona cavab verdi: “Mənim hüzurum səninlə gedəcək. özüm sənə rahatlıq verəcəyəm”. Lakin Musaya rahatlıq yox idi. Onun qəlbini, əgər İsrail öz qəddarlığı və tövbəsizliyi nəticəsində Allah tərəfindən tərk edilərsə, onu gözləyən dəhşətlər haqqında həyəcan sıxırdı. Musa bu fikirlə barışa bilmirdi ki, daha onu qardaşları ilə heç nə bağlamayacaqdır və Allaha yalvarırdı ki, O, yenidən onları mərhəmətlə qəbul etsin və Onun hüzurunun əlaməti onları yolda yenə də müşayiət etsin. “Əgər Sənin hüzurun bizimlə getməsə, bizi buradan göndərmə. Mənimlə birlikdə xalqımın Sənin gözündə lütf tapması indi nə ilə bilinəcək? Sənin bizimlə getməyindən deyilmi? Biz yer üzündə olan hər xalqdan nə ilə fərqlənək?”AP 280.1

    Rəbb dedi: “Sən Məndən dilədiyin bu şeyi edəcəyəm. Çünki gözümdə lütf tapdın və səni adınla tanıyıram”. Peyğəmbər hələ də Allaha yalvanrdı. O, özünün bütün dualarına cavab almışdı, lakin onun qəlbi İlahi mərhəmətin əlamətlərinin həsrətində idi. O, indi elə şey haqqında yalvardı ki, o haqda hələ heç bir insan xahiş etməmişdi: “İzzətini mənə göstər”.AP 280.2

    Allah ona özünəgüvənməkdə irad tutmadı, ancaq rəhmlə cavab verdi: “Mən bütün xeyirxahlığımı sənin qarşından keçirəcəyəm”. Fanilərdən heç kim Allahın bütün şöhrətini görüb sağ qala bilməzdi. Lakin Musaya vəd edildi ki, o, Allahın şöhrətini dözə biləcək dərəcədə görəcəkdir. Onu yenidən dağ zirvəsinə çağırdılar, sonra dünyanı yaradan əl, “dağları tərpədib tanınmaz edən” əl (Əyyub 9:5) bu fanini, bu güclü iman ərini götürdü və onu qayalıqda yerləşdirdi, bu vaxt onun önündə Allahın bütün şöhrəti, bütün lütfü zühur etdi.AP 280.3

    Bu, təcrübə və daha çox əhd ki, İlahi hüzur onu müşayiət edəcəkdir, Musamn missiyasının uğuruna işarə idi və o bunu Misirin bütün müdrikliklərindən, .İsraili idarə etməkdə özünün bütün nailiyyətlərindən, döyüş meydanındakı bütün nailiyyətlərindən ölçülməz dərəcədə üstün tuturdu. Heç bir dünyəvi qüdrət, məharət və bilik Allahın daimi hüzurunu əvəz edə bilməz.AP 280.4

    Allahın əlində olmaqdan günahkar qorxur, lakin Musa Əbədi Tanrının önündə tək dayandı və qorxmadı, çünki onun qəlbi Yaradanın iradəsi ilə harmoniyada idi. Zəbur oxuyan deyir: “Mən qəlbimdə təqsirə yer versəydim, Xudavənd məni eşitməzdi” (Məzmur 66:18). Lakin “Rəbb ondan qorxanlara sirrini açar, Onlara Öz əhdini öyrədər” (Məzmur 25:14).AP 280.5

    Allah Özü haqqında dedi: “Rəbb Mənəm, rəhmli və lütfkar Rəbb Allaham. Mən hədsiz səbirli, məhəbbət və sədaqətlə doluyam, minlərlə nəslinə məhəbbətimi göstərərəm, cəzanı, asiliyi və günahı bağışlayaram”.AP 281.1

    “Musa dərhal yerə döşənib Rəbbə səcdə qıldı”. Yenidən Allaha yalvardı ki, O, Öz xalqının qanunsuzluğunu bağışlasın və onları Öz mirası kimi qəbul etsin. Bu xahiş eşidildi. Rəbb rəhmlə vəd etdi ki, İsraillə Öz əhdini bərpa edəcək və onların naminə elə möcüzələr edəcəkdir ki, “beləsi dünyada heç bir yerdə heç millət arasında yaranmamışdı”.AP 281.2

    Qırx gün və gecə Musa dağda qaldı və bu vaxt ərzində, birinci dəfəki kimi, Allah fövqəladə surətdə onun həyatını saxladı. Heç bir insana onunla birlikdə dağa qalxmağa, yaxud da o olmadığı zaman ona yaxınlaşmağa icazə verilmədi. Allahın əmri ilə o, iki daş lövhə hazırladı və onları özü ilə birlikdə götürüb zirvəyə qalxdı, “Rəbb yenidən onlarda əhd sözlərini, On Qanunu yazdı”.AP 281.3

    Allahla uzun müddət ünsiyyət vaxtı Musanın üzü İlahi hüzurun izzətini əks etdirməyə başladı. O, dağdan enəndə onun üzü gözqamaşdırıcı işıq saçırdı, lakin o bunu bilmirdi. Stefan öz hakimlərinin önündə duranda bu cür işıq onun da üzündə parlayırdı. “Hamısı Stefana diqqətlə baxdılar və üzünü bir mələk üzü kimi gördülər” (Həvarilərin işləri 6:15). Harun da, xalq da Musadan hürkdülər, ona yaxınlaşmaqdan qorxdular. Onların heyrətini və dəhşətini görüb, lakin bunun səbəbini bilmədən, o, onları yaxınlaşmağa əmin edirdi. O, Allahın onlarla barışmaq vədi haqqında danışdı və əmin etdi ki, O, yenidən onlara qarşı xoşmeyilli olacaqdır. Onlar onun səsində məhəbbət və mehribanlıqdan başqa heç nə eşitmədilər və nəhayət, bir cəsarətlisi ona yaxınlaşmağa ürək etdi. Pərəstişkar qorxuya bürünmüş halda damşmağa qadir olmayaraq o, səssizcə Musanın üzünə, sonra da göyə işarə etdi. Böyük rəhbər bu hərəkətin mənasını başa düşdü. Vicdan əzabı çəkərək, özlərini hələ də Allah mərhəmətindən kənarda hesab edərək, əgər onlar Allaha itaətkar olsa idilər, onlar üçün sevinc mənbəyi olacaq səmavi nura dözə bilmirdilər. Suçluluq qorxu təlqin edir. Günahdan təmiz olan can səmavi işıqdan gizlənməyə cəhd etməz.AP 281.4

    Musa onlara çox şey xəbər verməli idi və onlara mərhəmətdən üzünü örtüklə örtdü, bundan sonra Allahla ünsiyyətdən qayıdanda həmişə belə etdi.AP 282.1

    Rəbb bu nurla İsrailin şüurunda Öz qanununun müqəddəs, uca xarakterini və Məsih vasitəsilə açılan Xoş Müjdənin şöhrətini həkk etmək istəyirdi. Musa dağda olduğu zaman Allah ona yalnız qanun lövhələrini təqdim etmədi, həm də xilas planını açdı. O gördü ki, yəhudiliyin bütün simvolları Məsihin qurbanına işarə edir və Qolqotadan gələn səmavi işıq şöhrəti Allah Qanununun işığından az olmayaraq Musanın üzündə parlayırdı. Bu İlahi işıq əhdin şöhrətini simvolizə edirdi, Musa bu əhdin görünən vasitəçisi, yeganə həqiqi Müdafıəçinin nümayəndəsi idi.AP 282.2

    Musanın üzündə əks olunan İlahi şöhrət, İsanın vasitəçiliyi sayəsində Allah qanunlarına riayət edən Allah xalqının üzərinə yağan xeyir-dualar kimidir. Bu, ona şəhadət edir ki, bizim Allahla əlaqəmiz nə qədər six olarsa, biz Rəbbə o qədər tez bənzəyəcəyik və İlahi mahiyyətin hissəcikləri olmağa o qədər hərarətlə can atacağıq.AP 282.3

    Musa Məsihin simvolu idi. İlahi şöhrətin parıltısının xalq üçün dözülməz olduğuna görə İsrail xalqının vasitəçisi öz üzünü örtdüyü kimi, İlahi Müdafıəçi İsa da yerə gələndə Öz İlahiliyini insan bədəni altında gizlətdi. Əgər O, səmavi parıltıya bürünərək gəlsə idi, günahkar halda olan insanlara yaxınlaşa bilməzdi. Onlar Onun hüzurunun şöhrətinə davam gətirə bilməzdilər. Buna görə də O, Özünü qul etdi və “günahlı bəşər bənzəyişində” (Romalılara 8:3) gəldi ki, günaha batmış nəsli Özünə yaxınlaşdırsın və onları yüksəltsin.AP 282.4

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents