Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Ağsaqqallar və Peyğəmbərlər

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    37-ci fəsil
    QAYAYA ZƏRBƏ

    (Bu fəsil Saylar Kitabının 20:1-13- cü fəslinə əsaslanır)

    Xorevdə Musanın vurduğu qayadan birinci dəfə İsrailin susuzluğunu yatıran həyatverici axın axdı. Uzun səfər zamanı suya tələbat yaranan kimi Məhəbbətlə dolu Allah onu möcüzəli surətdə xalqa göndərdi. Xorevdəki qayadan fəvvarə vuran bulaq tezliklə kəsildi. Lakin onlar harada olsalar da, yaxınlıqdakı qayalann arasından su axmağa başlayırdı və onların susuzluğunu yatırırdı.AP 362.1

    Bu, Məsih idi, Onun sözünün gücü ilə İsrail üçün sərinləşdirici su axınları axırdı. “Hamısı eyni fövqəltəbii içki içdi, çünki ardınca gələn fövqəltəbii daşdan içirdilər; o daş isə Məsih idi” (1 Korinflilərə 10:4). O həm maddi, həm də ruhani nemətlərin mənbəyidir. Onların bütün səfərləri zamanı Məsih, əsl Qaya, onlarla idi. “Səhradan keçərkən susuzluq çəkmədilər. Rəbb onlar üçün qayadan su axıtdı, qayanı yardı və oradan su fışqırdı”. “Quru yerlərlə çay kimi axır” (Yeşaya 48:21; Məzmur 105:41).AP 362.2

    İçərisindən bulaq fəvvarə vuran qaya ən dərin ruhani həqiqətlərin mənbəyi olan Məsihin simvoludur. Zərbədən sonra qayadan həyatverici su axınları axdığı kimi, Məsih də “Allah tərəfindən cəzalandırıldığını” “Bizim asiliyimizə görə onun bədəni deşildi, şər əməllərimiz naminə əzildi, bizim əmin-amanlığımız üçün o cəza aldı” (Yeşaya 53:4,5) və günaha batmış nəsil üçün xilas axını oldu. Qayaya yalnız bir zərbə vurulduğu kimi, Məsih də bir dəfə “Özünü qurban gətirdi ki, çoxlarının günahını götürsün” (İbranilərə 9: 28). Onun lütfünün xeyir-dualarını almağı diləyənlər üçün Xilaskarımız ikinci dəfə Özünü qurban gətirməməlidir, öz peşiman olmuş qəlbini Ona yönəldərək İsa naminə yalnız xahiş etmək kifayətdir. Belə dua Allahın önündə İsanın yaralarını açar və onda İsrail üçün dirilik suyu axınında təcəssüm edən həyatverici qan axını axacaqdır.AP 362.3

    İsraillilər Kənanda məskən salandan sonra onlar böyük sevinclə xatırlayırdılar ki, səhradakı səfərləri zamanı qayadan onlar üçün sular necə axdı. Məsihin vaxtında bu bayram ən təsirli mərasim oldu. Adətən, bu hadisəni çadırlar bayramı vaxtı ölkənin hər tərəfindən Yerusəlimə insanlar axanda qeyd edirdilər. Yeddi günlük bayramın hər günü kahinlər musiqi ilə levililər xorunun müşayiətilə Siloam bulağına yollanırdılar və ondan qızıl qaba su doldururdular. Onların arxasınca çoxlu camaat gedirdi və kim axan suya yaxınlaşa bilirdisə, bu şən himnin sədaları altında ondan içirdibr: “Sevinclə xilas mənbələrindən su çəkəcəksiniz” (Yeşaya 12:3). Sonra kahinlər boru və bu təntənəli himnin sözbrinin sədaları altında su ilə birlikdə məbədə yollanırdılar. Suyu qurbangahın üzərinə tökürdülər və hər yerdə tərif himnləri səslənirdi. İnsan səsləri təntənəli akkordlarla musiqi alətlərinin səsinə və boruların alçaq səsinə qovuşurdu.AP 363.1

    Xilaskar bu simvolik ibadətdən onun üçün istifadə edirdi ki, xalqın diqqətini Onun gətirmək üçün gəldiyi xeyir-dualara yönəltsin. “Bayramın son, möhtəşəm günündə İsa durub nida etdi: “Kim susayıbsa, yanıma gəlib içsin””. Onun səsi səs-küy və nəğmə sədaları arasından məbədin bütün həyətlərində eşidilirdi: “Yazılarda deyildiyi kimi: Mənə iman edənin içində diri su çayları axacaq”. “Bunu, - Yəhya deyir, - Ona iman edənlərin alacaqları Ruh haqqında söylədi” (Yəhya 7:37-39). Quru və bəhrəsiz torpaqda axan və səhranı çiçəklənən bağa döndərən, bütün ölməkdə olanlara həyat verən sərinbşdirici su İlahi lütfün simvoludur. Bu lütfü yalnız Məsih su kimi axıda bilər və bu lütf insan qəlbini paklaşdıran, sərinlədən və gümrahlaşdıran dirilik suyudur. Məsihlə yaşayan öz daxilində tükənməz lütf və güc mənbəyinə malikdir. İsa gümrahlıq verir və səmimi qəlbdən Onu axtaranların hamısmın həyat yolunu işıqlandırır. Onun qəlbə qəbul edilən Məhəbbəti əbədi həyata aparan xeyirxah işlərdə görünür. O, yalnız daxilində Onun bulağı axan qəlb üçün xeyir-dua olmayacaqdır, həm də bu canlı axın salehlik sözləri və işlərinə qovuşaraq ətrafındakı bütün susayanları dirçəldəcəkdir.AP 363.2

    Yaqub quyusunun yanında samariyalı qadınla söhbətində Məsih elə bu simvolu işlətmişdi. “Mənim verəcəyim sudan kim içərsə, əsla susamaz, ona verəcəyim su onda əbədi həyata qovuşduran su mənbəyi olacaqdır” (Yəhya 4:14). Məsih Özündə iki surəti birləşdirir: O həm Qaya və həm də Dirilik Suyudur.AP 364.1

    Müqəddəs Kitabın hər yerində biz bu gözəl və dərin məna ilə dolu simvollarla rastlaşırıq. Məsihin gəlişindən çox yüzilliklər əvvəl Musa Onu İsrailin xilas qayası kimi göstərirdi (bax. Qanunun təkrarı 32:15). Öz tərif himnlərində zəbur oxuyan Onun haqqmda deyir: “Xilaskarım”, “Mətanətim”, “sığınacağım”, “qalam”, “sığınacağımın mətanəti”, “sığınacaq qayası”. Davudun nəğmələrində Onun lütfü səmavi Çobanın öz sürüsünü apardığı məhsuldar otlaqlardan axan “sakit sular” kimi təsvir olunur. O deyir: “Öz şərbət axınmla Sən onlan suvarırsan. Çünki həyat bulağı Səndədir” (Məzmur 18:3; 62:7; 61:4; 71:3; 73:26; 94:22; 23:2; 36:9-10). Müdrik Süleyman deyir: “Hikmət qaynağından çay axar” (Məsəllər 18:4). Yeremya üçün Məsih - “axar suların mənbəyi”, Zəkəriyyə üçün - “günahdan və murdarlıqdan təmizlənmək üçün bir bulaq” (Yeremya 2:13; Zəkəriyyə 13: 1).AP 364.2

    Yeşaya Onu “əbədi qaya” və “Cansıxıcı torpaqda kölgə salan böyük qaya” kimi təsvir edir (Yeşaya 26:4; 32:2). İsrail üçün axan canlı axını parlaq canlandıran qiymətli əhdi O təsvir edir: “Məzlumlar və fəqirlər su axtarıb tapmayanda dilləri susuzluqdan quruyur. Mən, Rəbb onlara cavab verəcəyəm. Mən İsrailin Allahı onları tərk etməyəcəyəm”. “Susamış torpağı sulayacağam, quru torpağa sellər axıdacağam”. “Çünki səhrada bulaqlar fışqıracaq, quru torpaqda çaylar axacaq”. Hamı üçün çağırış səslənir: “Ey bütün susamışlar, gəlin su başına!” (Yeşaya 41:17; 44:3; 35:6; 55:1). Müqəddəs Yazıların sonuncu səhifələrində bu çağınşın sədası eşidilir. “Büllur kimi parlaq” həyat suyu axan çay Allahın və Quzunun taxtından axır və bütün əsrlər boyunca lütfün çağırışı səslənir: “Susayan qoy gəlsin, arzu edən qoy həyat suyunu müftə götürsün” (Vəhy 22:17).AP 364.3

    Məhz israillilərin Kadesa gəlməsi ərəfəsində onların düşərgəsi yanında neçə illər çağlayan canlı su axını kəsildi. Rəbb Öz xalqını yenidən sınamaq niyyətində idi. O görmək istəyirdi ki, onlar Ona etibar göstərəcəklərmi, yoxsa öz valideynləri kimi imansızlıq göstərəcəklər. Artıq Kənan təpələri görünürdü. Cəmi bir neçə günlük yoldan sonra onlar əhd olunmuş torpağın hüdudlarına çatacaqdılar. Yaxınlıqda Esavın törəmələrinə məxsus olan Edom yerləşirdi, Kənana gedən yol oradan keçirdi. Musa əmr aldı: “İndi şimala dönün. Xalqa belə əmr et: Seirdə yaşayan qohumlarınız Esav övladlarının torpağından keçəcəksiniz. Onlar sizdən qorxacaqlar, buna görə çox diqqətli olun. Onlarla münaqişə yaratmayın, çünki torpaqlarından bir qarış da sizə verməyəcəm. Ona görə ki Mən mülk olaraq Seir dağlıq bölgəsini Esav nəslinə vermişəm. Onlardan yeməyi də, suyu da pulla alın. Yeyib-içməyiniz qoy belə olsun” (Qanunun təkrarı 2: 3- 6). Bulaqların itməsinin bu cür izahı kifayət olmalı idi. İsraillilərin Kənana yolu bəhrəli ölkədən keçirdi. Allah vəd etmişdi ki, onlar Edomdan maneəsiz keçəcəklər və orada kifayət qədər yemək və su ala biləcəklər. İndiyədək onlan möcüzəli surətdə içirən bulaqlann kəsilməsi onu göstərirdi ki, xoş hadisə yaxınlaşır: onların səhradakı sərgərdanlığı sona çatır. Onlar imansızlıqdan belə kor olmasaydılar, bunu başa düşərdilər. Lakin məhz onlar üçün Allah əhdinin yerinə yetirilməsinin sübutu olmalı olan şey şübhəyə və şikayətə bəhanə oldu. Xalq, deyəsən, bütün ümidini itirmişdi ki, Allah Kənanı onlara verəcəkdir və səhrada malik olduğu xeyir-duaları səs-küylə tələb edirdi.AP 364.4

    Allah onlara Kənan torpağına girməyə yalnız o vaxt icazə verə bilərdi ki, onların Onun əhdlərinə inandıqlarına əmin olsun. Bulaqlar onlar Edom sərhədinə çatmamışdan əvvəl qurudular. Burada onlara heç olmasa qısa müddətə imkan verildi ki, onlar hətta görünən dəstək itdikdə də imanla yaşaya bildiklərini göstərsinlər. Lakin birinci sınaq göstərdi ki, onların atalarının göstərdikləri həmin üsyankar, naşükür ruh onlarda da var. Düşərgədə su olmadığı haqda qışqırıq eşidilən kimi onlar illər ərzində bütün zəruri şeyləri onlara bəxş edən Uca Tannnı bir anda unutdular və kömək üçün Allaha müraciət etmək əvəzinə, Ona qarşı şikayətlənib ümidsizliklə nida etdilər: “Kaş ki, biz də soydaşlarımızla birgə Rəbbin önündə öləydik!” (Saylar 20:1-13). Bu, o demək idi ki, onlar Qorahın üsyanı zamanı həlak olanların taleyinə şərik olmaq istəyirlər.AP 365.1

    Onlar Musaya və Haruna hiddətləndilər. “Nə üçün siz Rəbbin camaatını bu səhraya gətirdiniz, burada bizim və heyvanlarımızın ölməyi üçünmü? Həm də nə üçün siz bizi Misirdən çıxartdınız, səpmək mümkün olmayan, nə əncir, nə üzüm, nə nar, nə də hətta içməyə su olmayan bu yararsız yerə gətirmək üçünmü?”AP 365.2

    Rəhbərlər məbədin qapılan yanına getdilər və orada üzü üstə döşəndilər. Allahın əzəməti yenidən göründü və Musaya əmr verildi: “Əsanı götür və camaatı topla, sən və qardaşın Harun onların gözləri önündə qayaya deyin və o özündən su verəcəkdir: beləliklə də sən onlara qayadan su gətirəcəksən, camaatı və onların heyvanlarını sulayacaqsan”.AP 366.1

    İki qardaş xalqın yanına çıxdı, Allah əsası Musanın əlində idi. İndi onlar qoca yaşlı insanlar idilər. Onlar İsrailin tərsliyinə və itaətsizliyinə uzun müddət səbirlə dözmüşdülər. Lakin nəhayət Musa da səbrini itirdi. O qışqırdı: “Ey dönük olanlar, indi dinləyin; bu qayadan sizə su çıxaraqmı?” və Allahın ona əmr etdiyi kimi, qayaya yalnız demək əvəzinə, ona iki dəfə əsa ilə vurdu.AP 366.2

    Qayadan axınla su fəvvarə vurdu. Lakin kobud səhv edilmişdi: Musa əsəbi danışmışdı və onun sözlərində Allaha qarşı göstərilən şərəfsizlikdən irəli gələn müqəddəs qəzəbdən daha çox insani hiddət səslənmişdi. “Ey dönük olanlar!” - o demişdi. Bu ittiham ədalətli idi, lakin hətta həqiqəti də kobud və əsəbi ahənglə demək olmaz. Allah Musaya elan etməyi əmr edəndə ki, İsrail öz üsyanına görə cəzalanmalıdır, bu sözlərin bütün ağırlığı kimin üçün nəzərdə tutulurdusa, onlara demək rəhbərə ağır idi, lakin Allah onu möhkəmlədərək, Öz iradəsini xalqa xəbər verməkdə ona kömək etdi. Lakin Musa həmvətənlərini özü ittiham etməyə başlayanda, o, bununla Müqəddəs Ruhu kədərləndirdi və xalqa yalnız zərər vurdu. Səbrin və təmkinin itirilməsi aydın görünürdü. Beləliklə, xalqa buna şübhə etmək imkanı verilmişdi ki, doğrudanmı Rəbb ona rəhbərlik edir, öz günahlarına haqq qazandırmaq istəyi meydana çıxmışdı. Musa da onlar kimi Allahı təhqir etmişdi. Onlar deyirdilər ki, onun davranışı lap əvvəldən ittihama və töhmətə layiq idi. Allahın qulu vasitəsilə onlara göndərilən bütün Allah ifşalarını rədd etmək üçün onlar indi nəhayət axtardıqları bəhanəni tapmışdılar.AP 366.3

    Musa Allaha öz inamsızlığını göstərdi. “Bizmi bu qayadan sizin üçün su çıxarınq?” - o soruşdu, elə bil ki, Rəbb Öz vəd etdiyini etməmişdi. “Siz Mənə inanmadınız ki, - Rəbb iki qardaşa dedi, - Mənim müqəddəsliyimi İsrail oğullarının gözləri önündə göstərəsiniz”. Su olmayanda xalqın şikayət və hiddəti Allah əhdinin yerinə yetməsinə onların da inamını sarsıtdı. İnamsızlıq əvvəlki nəslin səhrada həlak olmasının səbəbi olmuşdu və budur, həmin ruһ onların övladlarında göründü. Doğrudanmı onlar da vəd olunanı almayacaqlar? Yorulmuş və məyus olmuş Musa ilə Harun xalqın hisslərini saxlamağa daha cəhd etmirdibr. Əgər onlar özləri Allaha sarsılmaz iman göstərsəydilər, onda onlar insanlan ruhlandıra bibrdibr ki, onlar bu sınağa dözməyə özlərində güc tapsınlar. Onlara verilən hakimiyyətdən qəti və tez istifadə edərək onlar şikayət edənləri sakitbşdirərdilər. Allahın insanların ruhunu qaldırması üçün Ona dua etməzdən əvvəl var gücləri ilə özlərinin buna çalışması onların borcu idi. Əgər Kadesdəki şikayətin qarşısı həmin anda alınsaydı, nə qədər şərin qarşısını almaq olardı!AP 366.4

    Musanın ehtiyatsız hərəkəti Allahın İsraib vermək istədiyi dərsi qiymətdən saldı. Qaya Məsihin simvolu idi. Məsih Özünü yalnız bir dəfə qurban gətirməli olduğu kimi, Musa artıq bir dəfə qayaya zərbə vurmuşdu. İkinci dəfə qayaya yalnız demək lazım idi, biz də beləcə İsa naminə xeyir-duaları yalnız xahiş etməliyık. Məsihin simvolu olan qayaya ikinci zərbə vurmaqla bu möcüzəli surətin mənası heçə endirildi.AP 367.1

    Bundan da əlavə, Musa və Harun yalnız Allaha məxsus olan qüvvəni öz adlarına çıxdılar. Allahın işə qanşmasının zəruriliyi bu vəziyyətə xüsusi təntənə verirdi və İsrailin rəhbərləri bundan ona görə istifadə etməli idilər ki, xalqa Allaha daha böyük pərəstiş təlqin etsinbr və bununla onların Allahın qüdrətinə və mərhəmətinə inamlarını möhkəmlətsinlər. Qəzəblə qışqıraraq: “Bizmi bu qayadan sizin üçün su çıxarırıq?” - onlar özlərini Allahın yerinə qoydular, sanki möcüzəli qüvvə onların fani insan bədənbrində imiş. Xalqın daimi üsyanından və şikayətindən əzab çəkərək əldən düşmüş Musa öz Qadir Köməkçisini nəzərdən qaçırdı və İlahi qüvvədən məhrum olaraq insani zəiflik göstərməklə özünü ləkələdi. Axırıncı ana qədər ləkələnməmiş, möhkəm, təmiz və təmənnasız qala bilən insan öz işinin sonunda ən nəhayət məğlub oldu. Allah yüksəldilə və şöhrətləndirilə bildiyi halda, bütün camaatın önündə Ona şərəfsizlik edildi.AP 367.2

    Ləyaqətsiz davranışları Musanı və Harunu düzgün olmayan hərəkətlərə itələyənlərə bu halda Allah heç bir ittiham söyləmədi. Bütün töhmətlər xalqın rəhbərlərinin üzərinə düşdü. Onların arasında Allahın nümayəndələri kimi olanlar Onu izzətləndirmədilər. Musa və Hamn özlərini təhqir olunmuş hiss etdilər, unutdular ki, xalq onlara qarşı deyil, Allaha qarşı şikayət etmişdir. Yalnız ona görə ki, onlar təkcə özləri haqda düşündülər və öz hisslərinə qapıldılar, onlar qeyri-şüuri günaha batdılar və xalqa onun Allah önündə cinayətlərini göstərmədilər.AP 367.3

    Buradaca söylənən hökm acı və çox alçaldıcı oldu. “Rəbb Musaya və Haruna dedi: Mənim müqəddəsliyimi İsrail oğullarının gözləri önündə göstərmək üçün Mənə inanmadığmıza görə, siz bu xalqı Mənim onlara verdiyim torpağa aparmayacaqsınız”. Onlar İordandan keçmədən üsyankar İsraillə birlikdə ölməli idilər. Əgər Musa və Harun öz qəlblərində özlərini yüksəltmək istəyi daşısaydılar, yaxud əgər onların qəlblərində İlahi xəbərdarlıqlara və ifşalara əsəbilik oyansaydı, onların təqsiri daha ağır olardı. Lakin onlar qəfıldən azdırılaraq, qeyri-şüuri olaraq belə hərəkət etmişdilər və həmin anda da səmimi peşmançılıq keçirmişdilər. Allah onların tövbəsini qəbul etsə də, onların günahının xalqa öldürücü təsiri üzündən cəzanı onların üstündən götürə bilmədi.AP 368.1

    Musa ona çıxanlan hökmü gizlətmədi, lakin xalqa söylədi ki, Allaha lazımi izzət göstərə bilmədiyinə görə, İsraili əhd olunan torpağa apara bilməyəcəkdir. O, yəhudilərdən xahiş etdi ki, onun məruz qaldığı cəzanın sərtliyinə diqqət yetirsinlər və fıkirləşsinlər ki, Allah onların şikayətinə, öz günahlarına görə məruz qaldıqları cəzaları üçün adi insanı ittiham etmələrinə necə münasibət göstərəcəkdir. O, xalqa söylədi ki, Allahın Öz qərarını dəyişməsi üçün Ondan necə xahiş etmişdir, lakin ona bu məsələdə etiraz edilmişdir. “Lakin sizin ucbatınızdan Rəbb mənə qəzəblənmişdi, - o dedi, - ona görə də məni eşitmədi” (Qanunun təkrarı 3:26).AP 368.2

    Hər bir çətinlik, yaxud sınaq zamanı israillilər Musanı bunda ittiham etməyə hazır idilər ki, o onları Misirdən çıxartmışdı, elə bil ki, Allahın bu işə heç bir dəxli yoxdur. Onların bütün səfərləri zamanı onlar yoldakı çətinliklərdən şikayət edəndə və öz rəhbərlərindən gileylənəndə Musa onlara dedi: “Sizin şikayətiniz Allaha qarşıdır, man deyil, Allah sizin üçün iş görür”. Lakin onun qaya yanındaki bu düşüncəsiz sözləri: “Bizmi bu qayadan sizə su çıxanrıq?” - göstərirdi ki, o, mahiyyətcə onların ittihamına şərikdir və elə bil ki, onların ittihamına və narazılığına haqq qazandırır. Musaya, əhd olunan torpağa girməyə icazə verməməklə Rəbb bu yanılmanı həmişəlik yox etmək istəyirdi. Bu, ona danılmaz sübut idi ki, onların rəhbəri Musa deyil, qüdrətli məbkdir. Bu mələk haqda Rəbb demişdi: “Budur, Mən yolda sizi qorumaq və hazırladığım yerə gətirmək üçün qarşınızda bir mələk göndərirəm. Onun hüzurunda ehtiyatlı olun və səsinə qulaq asın... çünki Mənim adım onun üzərindədir” (Çıxış 23:20,21).AP 368.3

    “Rəbb sizə görə mənə qəzəbləndi”, - Musa dedi. Bütün İsrailin gözü Musaya dikilmişdi və onun günahı onu xalqın başçısı təyin edən Allahın nüfuzuna kölgə salırdı. Bu günah bütün camaata məlum idi və o cəzasız qalsaydı, belə fıkirləşməyə bəhanə yaranardı ki, buna təhrik edilmiş olsalar da, məsul mövqe tutanların inamsızlığı və əsəbiliyi bağışlanılır. Lakin eyni günaha görə Musa və Harunun Kənana girməyəcəkləri məlum olanda insanlar dark etdilər ki, Allah tərəfgir deyildir, O, günahkarı mütləq cəzalandıracaqdır.AP 369.1

    İsrailin tarixi Müqəddəs Yazılarda gələcək nəsillər üçün dərs və xəbərdarlıq olmalı idi. Bütün gələcək nəsillərin insanları Səmavi Allahda heç bir halda günaha haqq qazandırmayan qərəzsiz Hökmdarı görməli idilər. Lakin günahın böyük məhvediciliyini yalnız bəziləri dərk edirlər. İnsanlar bu fikirlə özlərini aldadırlar ki, günahkarı cəzalandırmaqda Allah həddindən artıq mehribandır. Lakin Müqəddəs Yazıların tarixi işığında aydın olur ki, Allah mərhəməti və Məhəbbəti Onu günahlı dünyaya və Kainatın xoşbəxtliyinə faciəli şəkildə təsir edən şər kimi rəftar etməyə məcbur edir.AP 369.2

    Musanın nə düzgünlüyü, nə də sadiqliyi onun günahınm cəzasının qarşısını ala bilmədi. Allah xalqa daha böyük günahları bağışlamışdı, lakin O, rəhbərlərin günahına onların idarə etdikbri adamların günahına yanaşdığı kimi yanaşa bilməzdi. O, Musanı yer üzündə hər kəsdən artıq yüksəltmişdi. Allah ona Öz əzəmətini açmışdı və Öz hökmbrini İsraib onun vasitəsib vermişdi. Beb böyük işıq və idraka malik ola-ola Musanın günah etməsi onun günahını daha da ağırlaşdırırdı. Əvvəlki sadiqlik onun yeganə cinayətini silə bilmədi. İnsan nə qədər işıq və üstünlük alırsa, onun məsuliyyəti bir o qədər böyük, günahı və cəzası bir o qədər ağır olur.AP 369.3

    İnsani nöqteyi-nəzərdən Musanın günahı heç də elə ağır görünmürdü. Onun günahı ən adi idi. Zəbur oxuyan deyir: “O düşünülməmiş sözlər dedi” (Məzmur 106:33). İnsani mühakiməyə görə bu, ciddi görünməyə də bilər, lakin Allah bu cür günaha görə Öz ən sadiq və şöhrətli qulunu belə sərt cəzalandırmışdırsa, onu heç kimə bağışlamayacaqdır. Özünü yüksək tutmaq ruhu, öz qardaşlarının hərəkətlərini mühakimə etməyə meyillilik Allaha xoş deyil. Buna adət edənlər Allahın işini şübhəyə məruz qoyurlar və imansıza öz inamsızlığına haqq qazandırmağa imkan verirlər. İnsan nə qədər yüksək mövqe tutursa, onun təsiri nə qədər güclüdürsə, onun özündə səbir və itaəti inkişaf etdirməsi o qədər zəruridir.AP 370.1

    Əgər Allah övladlarına, xüsusilə də məsul mövqe tutanlara imkan verilirsə ki, Allaha məxsus olan əzəmət onların adına yazılsın, onda şeytan şadlanır. Bu onun qələbəsidir. Lüsiferi də məhz bu məhv etmişdir. Başqalarını ölümə itələmək üçün bu onun ən uğurlu üsuludur. Biz onun bütün azdırmalarına qarşı xüsusilə ehtiyatlı olmalıyıq, çünki Allah Öz Sözündə özünü yüksək tutmaq təhlükəsi haqda az xatırlatmır. Bizdə elə bir duyğu, elə bir əqli qabiliyyət və qəlb meyli yoxdur ki, Allah Ruhunun təsirinə hər dəqiqə ehtiyacı olmasın. Allahın insana bəxş etdiyi elə bir xeyir-dua, yaxud da onun qarşılaşmasına yol verdiyi elə bir sınaq yoxdur ki, kiçicik bir imkan verdiyimiz an şeytan ondan istifadə edərək dərhal qəlbi tovlamağa, incitməyə və məhv etməyə çalışmasın və bunu bacarmasın. Necə bir parlaq mhani işıq insanı işıqlandırsa da, o necə böyük xeyir-dualardan və İlahi mərhəmətdən istifadə etsə də, həmişə Rəbbin önündə təvazökar olmalıdır və həmişə imanla Rəbbə yalvarmalıdır ki, Allah onun hər bir fıkrini işıqlandırsın və hər bir duyğusunu idarə etsin.AP 370.2

    Özünün mömin olduğunu söyləyən öz üzərinə ən müqəddəs vəzifə götürür: bütün şəraitlərdə - ən əsəbi dəqiqələrində də - təmkinini qorumalı və özünə nəzarət etməlidir. Musanın üzərinə qoyulan yük çox ağır idi.Onun kimi az adam sınağa çəkilmişdi, lakin bu onun günahına haqq qazandıra bilmədi. Allah Öz xalqı üçün hər şey etmişdir, əgər o, Onun qüvvəsinə etibar etsə, onda heç vaxt vəziyyətlərin oyuncağı olmayacaqdır. Ən güclü tovlama günaha haqq qazandıra bilməz. Qəlbi əzən yük nə qədər ağır olsa da, günah bizim öz şəxsi əməlimizdir. Yer və cəhənnəm qüvvələri insanı şər etməyə məcbur edə bilməzlər. Şeytan bizim ən zəif cəhətlərimizə hücüm edir, lakin biz qalib çıxa bilərik. Tovlama nə qədər güclü və gözlənilməz olsa da, bizə kömək etmək üçün Allah bütün vasitələrə malikdir və biz Onun köməyi ilə qalib gələ bilərik.AP 370.3

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents