Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Ağsaqqallar və Peyğəmbərlər

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    49-cu fəsil
    YEŞUANIN SONUNCU SÖZLƏRİ

    (Bu fəsil Nun oğlu Yeşua Kitabının 23 və 24-cü fəsillərinə əsaslanır)

    Müharibələr və fəthlər qurtardı və Nun oğlu Yeşua özünün Timnat-Serahda sakit guşəsinə qayıtdı. “Rəbb İsraillilərə hər tərəfdən düşmənlərindən amin-amanlıq verəndən sonra uzun müddət keçdi... Yeşua İsraili, ağsaqqalları, başçıları, hakimləri və məmurları çağırdı”. Xalqın öz torpaq paylarında məskən salmasından bir neçə il keçmişdi ki, əvvəllər də İsraili Allah cazalarına düçar edən həmin günahlar tədricən üzə çıxmağa başladılar. Qocalıq zəifliyinin onu haqladığını hiss edərək və onun fəaliyyətinin sona yaxınlaşdığını dərk edərək Yeşua öz xalqının gələcəyi üçün narahatlıq və həyəcan keçirirdi. İsraillilər tamam qocalmış rəhbərin ətrafına bir daha yığışanda onun onlara ünvanladığı sözlərində atalıq qayğısından nəsə daha artıq bir şey səsləndi: “Allahınız Rəbbin sizin uğrunuzda bütün bu millətlərə nə etdiyini gördünüz, çünki Allahınız Rəbb Özü sizin üçün döyüşdü”. Kənan sakinləri məğlub olsalar da, lakin onlar İsrailə vəd olunan torpağın xeyli hissəsinə hələ də sahib idilər və Yeşua xalqı əldə olunanla kifayətlənməməyə və bütpərəst xalqın tamamilə qovulması haqda Allah əmrini unutmamağa inandırırdı.AP 463.1

    Xalq bütpərəstləri qovmağa tələsmirdi. Soylar hərəsi öz yerinə çəkilmişdi, ordu buraxılmışdı və müharibəni yenidən başlamaq işi çətin və şübhəli görünürdü. Lakin Yeşua dedi: “Allahınız Rəbb Özü onları qarşınızdan silib atacaq və onlan gözünüzün qarşısından qovacaq. Allahınız Rəbbin sizə söz verdiyi kimi onların torpağına sahib olcaqsınız. Musanın Qanun kitabında yazılan hər şeyi saxlayıb yerinə yetirmək üçün çox diqqətli olun ki, ondan nə sağa, nə də sola dönəsiniz”.AP 463.2

    Yeşua birbaşa insanlara müraciət etdi, çünki onların əmin olmaq imkanı var idi ki, qoyulan şərtləri onlar nə qədər ki, yerinə yetiriblərsə, Allah da onlara verdiyi vədləri düzgün olaraq yerinə yetirmişdir. “Bütün qəlbiniz və varlığınızla bilirsiniz ki, Allahınız Rəbbin haqqınızda dediyi bütün yaxşı şeylərdən heç biri boşa çıxmadı”. Bundan başqa o onlara xatırlatdı ki, Rəbb Öz vədlərini necə yerinə yetirmişdirsə, O Öz hədələrini də eləcə yerinə-yetirəcəkdir. “Allahınız Rəbbin sizə vəd etdiyi bütün nemətli şeylər necə yerinə yetdisə....bütün pis şeyləri də Rəbb beləcə sizin başınıza gətirəcək. Əgər Allahınız Rəbbin sizə qarşı alovlanacaq və sizə verdiyi nemətli torpaq üzərində tezliklə yox olaçaqsınız”.AP 464.1

    Şeytan çoxlarını həqiqətəbənzər bu nəzəriyyə ilə aldadır ki, guya Allahın Öz xalqına məhəbbəti o qədər böyükdür ki, O onlara hər bir günahı bağışlayacaqdır; o təsdiq edir ki, Allah hədələri Onun mənəvi hakimiyyətində müəyyən rol oynasa da, heç vaxt hərfi mənada yerinə yetməyəcəkdir. Lakin Allah Öz yaratdığı varlıqlarla salehlik prinsiplərini rəhbər tutaraq rəftar edir, günahı Öz həqiqi işığında göstərir, həm də onun mütləq iztiraba və ölümə aparacağını aşkar edir. Günahların şərtsiz bağışlanması heç vaxt olmamışdır və olmayacaqdır. Bu cür bağışlanma Allah idarəsinin əsasının özü olan salehlik əhdlərinin tapdalanmasına şəhadət edərdi. Bu bütün saleh dünyalarda dəhşət doğurardı. Allah günahın nəticələrini düzgün göstərmişdir və əgər bu xəbərdarlıqlar yalandırsa, onda biz necə inana bilərik ki, O əhdlərini yerinə yetəcəkdir? Ədalət əvəzinə bu cür xeyirxahlıq xeyirxahlıq deyil, zəiflikdir.AP 464.2

    Allah həyat bəxş edir. Əvvəldən Onun bütün qanunları həyata yönəldir. Lakin günah Allahın yaratdığı qaydanı dağıtdı və xaos gətirdi. Nə qədər ki, günah mövcüd olacaqdır, iztirablar və ölüm qaçılmazdır. Yalnız Zəmanətçinin bizim uğrumuzda günahın lənətini Öz üzərinə götürməsi sayəsində insanın günahın dəhşətli nəticələrindən qurtulmaq ümidi vardır.AP 464.3

    Yeşuanın ölümündən əvvəl soyların rəisləri və başçıları onun çağınşına itaət edərək yenidən Şekemdə toplaşdılar. Bütün yer üzünün heç bir güşəsi onlarda bu cür müqəddəs xatirələr oyatmırdı, bu xatirələr onları fikrən keçmişə, Allahın İbrahim və Yaqubla əhdinə qaytarır, onların Kənana girməzdən əvvəl söylədikləri təntənəli əhdləri yaddaşlarında canlandırırdı. Burada onların ölməkdə olan rəhbərin hüzurunda indi yeniləşdirməyə yığışdıqları həmin əhdlərin lal şahidləri Eval və Gerizim dağları ucalırdı. Ətrafda hər tərəfdə Allahın onlar üçün etdiklərinin sübutları görünürdü: O onlara torpaq vermişdi, onlar bu torpağın əziyyətini çəkməmişdilər; şəhərlər vermişdi, onları tikməmişdilər; onların salmadıqları üzümlüklər və zeytun bağları vermişdi. Hamı Allahın məhəbbətini və mərhəmətini hiss edə bilsin və Ona “səmimi və həqiqi” xidmət etsinlər deyə, Yeşua Allahın möcüzəli işləri üzərində ətraflı dayanaraq İsrailin bütün tarixini bir daha işıqlandırdı.AP 465.1

    Yeşuanın əmri ilə Şilodan sandığı gətirdilər. Bu an xüsusilə təntənəli idi - Yeşuanın xalqda yaratmaq istədiyi təsiri Allah hüzurunun simvolu gücləndirməli idi. Allahın xeyirxahlığını bütün İsrailə təsvir edərək, Yeşua Tanrı naminə onları kimə xidmət etmək istədiklərini seçməyə çağırdı. Bütlərə gizli sitayiş hər hansı dərəcədə hələ cəmiyyətdə təcrübə edilirdi və Yeşua onları inandırmağa çalışırdı ki, İsraildə bu günahı tamamilə məhv etsinlər. “Əgər Rəbbə qulluq etmək gözünüzdə pisdirsə, - Yeşua dedi, - bu gün kimə qulluq edəcəyinizi özünüz seçin”.. Yeşua istəyirdi ki, onlar Allaha məcburi deyil, könüllü ibadət etsinlər. Allaha məhəbbət dinin əsl əsasıdır. Mükafat almaq ümidi ilə və yaxud cəza önündə qorxudan edilən ibadətin dəyəri yoxdur. Açıq dönüklük Allah üçün ikiüzlülükdən və formal ibadətdən çox təhqiredici deyildir. İxtiyar rəhbər insanları onlara söybdikbrin üzərində ciddi düşünməyə və doğrudanmı onların ətrafdakı mənəviyyatsız bütpərəst xalqlar kimi yaşamaq istədikbrini qərara almağa çağırdı. Əgər güc və xeyir-dualar mənbəyi Tannya ibadət etməyi onlar lazım bilmirlərsə, kimə ibadət etməyi qərara alsınlar - aralarından İbrahimin götürdüyü “atalarınızın qulluq etdikləri allahlaramı” və yaxud “torpaqlarında yaşadağınız Emorluların allahlarınamı”. Yeşuanın bu son sözləri İsrail üçün acı irad idi. Emorluların allahları öz tərəfdarlarını müdafiə edə bilmədilər. Murdar və alçaq günahlar üzündən bu allahsız xalq məhv edildi və nə vaxtsa onlann olan xoş torpaq Allah xalqına verildi. Ona ibadət etdikləri üçün məhv edilən Emorluların allahlarını özünə seçmək İsrail tərəfindən necə də ağılsızlıqdır! “Amma mən və mənim evimdəkilər Rəbbə qulluq edəcək”, - Yeşua dedi. Rəhbərin qəlbini dolduran bu müqəddəs həvəs xalqa da keçdi. Onun çağırışına bütün xalq tərəddüdsüz cavab verdi: “Rəbbi tərk edib başqa allahlara qulluq etmək qoy bizdən uzaq olsun!”AP 465.2

    “Rəbbə qulluq edə bilməzsiniz, - Yeşua dedi, - çünki O, müqəddəs Allahdır... asiliyinizi və günahlarınızı bağışlamayacaq”. Əsaslı dəyişikliklər baş verməzdən əvvəl insanlar özlərinin Allaha tam itaət etmək qabiliyyətsizliyini dərk etməlidirlər. Onlar Rəbbin qanununu pozmuşdular, bu qanun insanları günahkar kimi ittiham edirdi və heç bir xilas yolu vermirdi. Nə qədər ki onlar öz xüsusi qüvvələrinə və salehliklərinə güvənirdilər, onlar günahların bağışlanmasına arxayın ola bilməzdibr və mükəmməl Allah Qanununun prinsiplərinə uyğun gələ bilməzdilər, onların Allaha ibadət edəcəkləri barədə and içmələri əbəs idi. Yalnız Məsihə imanla onlar günahlann bağışlanmasım və Allah Qanununa itaət etmək qüvvəsini əldə edə bibrdilər. Əgər onlar Allahın onları qəbul etməsini istəyirdilərsə, öz qüvvələrinə deyil, bütövlüklə və tamamilə əhd olunan Xilaskara arxalanaraq xilasa ümid bəsləməli idilər.AP 466.1

    Yeşua çalışırdı ki, onun dinbyicibri öz sözlərini yaxşıca ölçüb-biçsinlər və yerinə yetirməyə hazır olmadıqları vədləri verməsinlər. Onlar dərin səmimiyyətlə təkrar edirdibr: “Xeyr, ancaq Rəbbə qulluq edəcəyik”.Tanrıya ibadəti seçərək özbri-özlərinə şahidlik etməyə təntənəli surətdə razılaşıb, onlar sədaqət əhdini bir daha təkrarladılar: “Allahımız Rəbbə qulluq edəcəyik və yalnız Onun sözünə qulaq asacağıq”.AP 466.2

    “Yeşua o gün xalqla əhd bağladı. Onlar üçün Şekemdə qanun və hökm qoydu”. Bütün bu sözləri yazaraq Yeşua onları Allah Qanunu kitabı ilə birlikdə sandığa qoydu. Rəbbin müqəddəs məkanının yanındakı palıdın altına xatirə nişanı kimi o, böyük daş qoyub dedi: “Budur, bu daş bizə qarşı şahid olacaq, çünki Rəbbin bizə dediyi bütün sözləri o eşitdi. Qoy bu daş Allahı inkar etməmək üçün sizə qarşı şahid olsun” Bundan sonra Yeşua bütün xalqı irs aldığı torpaqlara göndərdi.AP 466.3

    Yeşuanın İsrail naminə fəaliyyəti başa çatdı. O “bütün qəlbilə Rəbbə xidmət etmişdi” və Allahın kitabında onun haqqında yazılmışdır: “Rəbbin qulu”, Onun zəhmətinin bəhrəsindən həzz alan nəslin sonrakı tarixi xalqın rəhbəri kimi onun həyatına gözəl şəhadətdir: “Yeşuanın bütün ömrü boyu və ondan sonra sağ qalan... ağsaqqalların ömrü boyu İsrail xalqı Rəbbə qulluq etdi”.AP 467.1

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents