Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Ağsaqqallar və Peyğəmbərlər

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    35-ci fəsil
    QORAHIN ÜSYANI

    (Bu fəsil Saylar Kitabının 16 və 17-ci fəsillərinə əsaslanır)

    İsrailin düçar olduğu cəzalar bir müddət xalqın şikayətini və itaətsizliyini saxladı, lakin hələ də qəlblərdə yaşayan üsyankar ruh nəticədə ən acı bəhrəbrini gətirdi. Əvvəlki anlaşılmazlıqlar coşmuş çoxluğun təsadüfən kükrəyən narazılığından törəyən adi üsyanlar idi. Lakin indi baş verən üsyan Allah tərəfındən təyin edilmiş rəhbərlərin hakimiyyətini devirmək məqsədilə diqqətlə hazırlanmış qəsdin nəticəsi idi.AP 346.1

    Bu üsyana başçılıq edən Qorah Levili idi, Qohatın ailəsindən idi və Musanın əmisi oğlu idi. Bu, xalq arasında təsirə malik olan istedadlı insan idi. Məbəddə xidmət etmək məsuliyyətini onun üzərinə qoysalar da, o, bununla kifayətlənmirdi və ehtirasla kahin olmağı arzu edirdi. Əvvəllər ailənin hər bir ilki kahin ola bilərdi, lakin bu hüquq yalnız Haruna və onun aibsinə aid olanda paxıllıq və hiddət hissi Qorahın qəlbinə hakim oldu. O, bir müddət gizli olaraq Musanın və Harunun hakimiyyətinə müqavimət göstərdi, öz narazılığını açıq göstərməyə cəsarət etmədi. Getdikcə onda həm mülki, həm də ruhani hakimiyyəti devirmək planı yetişirdi. Ona tərəfdar olanlar da kifayət qədər idi. Qorahın və kaaflıların çadırlarının yaxınlığında, məbədin cənub tərəfində Ruvenin soy qolu yerbşirdi, bir də bu qolun rəisbri, Dafanın və Aviramın, çadırları yerləşirdi. Onlar Qorahın şöhrətpərəst planlarını həvəslə dəstəklədilər. Yaqubun böyük oğlunun törəmələri olaraq onlar mülki hakimiyyətə namizəd idilər, həm də Qorahla birlikdə kahinliyin şöhrətinə şərik olmaq istəyirdilər.AP 346.2

    Xalqın əhvali-ruhiyyəsi Qorahın niyyətlərinə şərait yaradırdı. Acı məyusluq içində olan insanların paxıllıq, şübhə və narazılıq hissləri yenidən baş qaldırdı və əvvəllər olduğu kimi bütün hiddətləri səbirli rəhbərlərinin başına yağdı. İsraillilər daim unudurdular ki, onlar Allahın rəhbərliyi altındadırlar, Əhd Mələyi onların gözəgörünməz rəhbəridir, bulud sütununa bürünmüş Məsih onların önündə gedib və Musa bütün göstərişləri ondan alıb.AP 347.1

    Onlar üçün çıxarılan hökmün dəhşəti ilə banşmağa qadir deyildilər; onlar bu fikirlə barışa bilmirdilər ki, səhrada ölməli olacaqlar və əlbəttə, daim istənilən bəhanə axtarırdılar ki, Allahın deyil, onlara başçılıq edən Musanın onların taleyini qabaqcadan deməsini sübut etsinlər. Alovlanmış hiddəti yatırtmaq üçün “dünyanın ən həlim insanının” ən səmimi cəhdləri heç nə ilə nəticələnmədi və onların keçmiş inadkarlığının doğurduğu Allah qəzəbinin nəticələri onların seyrəlmiş cərgələrində hələ də aydın hiss olunsa da, bu, onlara az şey öyrətmişdi. Tamah yenidən onlara qalib gəldi.AP 347.2

    Musanın əvvəlki sadə çoban həyatı, onun indiki bu çoxsaylı üsyankar xalqın rəhbəri olmaq vəziyyətindən daha rahat və xoşbəxt idi. Lakin Musa seçməyə cürət etmirdi. Çoban əsası əvəzinə ona hakimiyyət əsası tapşırmışdılar, Allah onu azad etməyənə qədər o, bu əsanı əlindən buraxa bilməzdi.AP 347.3

    Bütün qəlblərin gizli niyyətlərini oxuyan, Qorahın və onun dostlarının niyyətini bilirdi və Öz xalqına lazımi xəbərdarlıq və göstəriş vermişdi ki, onlar bu məkrli insanların yalanından yaxa qurtara bilsinlər. Onlar gördülər ki, Musaya paxıllıq və narazılıq hissi bəslədiyinə görə Məryəm necə Allah cəzasına düçar oldu. Rəbb elan etdi ki, Musa peyğəmbərdən yüksəkdir. “Man onunla müəmmalarla deyil, üzbəüz açıq danışacağam və o Rəbin surətini görəcək. Nə üçün qorxmayaraq qulum Musadan gileyləndiniz?” (Saylar 12:8). Bu sözlər yalnız Məryəmə və Haruna deyil, həm də bütün İsrailə aid idi.AP 347.4

    Qorah və onunla əlbir olanlar xüsusi mərhəmətlərə layiq görülmüşdülər. Onlar Musa ilə dağa qalxaraq İlahi izzəti görənlərin sırasına daxil idilər. Lakin o vaxtdan onlar dəyişmişdilər. Əvvəlcə onlar kiçik tamaha uydular. Bu tamah onlar tərəfındən heç bir müqavimətə rast gəlməyərək getdikcə möhkəmləndi və nəhayət şeytan onlann şüuruna sahib oldu və onlar öz hiddətlərini açıq izhar etməyə cəsarət etdilər. Guya xalqın rifahı ilə maraqlanaraq, onlar ilk vaxtlar öz narazılıqlarını bir-birləri ilə bölüşürdülər, sonra isə İsrailin başçılan ilə də bölüşməyə başladılar. Onların pıçıltıları elə hazırlıqla qəbul edilirdi ki, onlar daha çox cəsarətlənirdilər. Nəhayət, onlar getdikcə həqiqətən inanırdılar ki, Allahın uğrunda çalışırlar.AP 347.5

    Onlar xalq arasında şöhrətə malik olan iki yüz əlli rəisi öz tərəflərinə çəkməyə nail oldular. Bu güclü və nüfuzlu insanlann dəstəyinə arxalanaraq onlar daha da inanmağa başladılar ki, Musanın və Harunun mövcud idarəsini kökündən dəyişdirsinlər və onu xeyli yaxşılaşdırsınlar.AP 348.1

    Qısqanclıq paxıllıq oyatdı, paxıllıq isə üsyana gətirdi. Musanın belə böyük vəzifəyə və şərəfə hüququ məsələsini müzakirə edərək onlar belə nəticəyə gəldilər ki, onun tutduğu yüksək mövqeyə onların hər biri layiq ola bilər. Özləri yanılaraq və başqalarını da aldadaraq onlar fıkirləşirdilər ki, Musa və Harun hakimiyyəti özbaşına öz əllərinə keçirmişlər. Narazılar deyirdilər ki, onların rəhbərləri kahinlik və idarəçilik hüquqlarını Allahsız surətdə ələ keçirərək özlərini Rəbbin bütün cəmiyyətindən yüksəyə qaldırmışlar. Özləri isə İsrailin başqa ailələrindən heç nə ilə fərqlənmirlər. Onlar qalan xalqdan müqəddəs deyillər və buna görə də qoy onlarla bərabər dərəcədə Allahın müdafıəsindən istifadə edən və Onun izzətini görməyə layiq görülən bütün qardaşlarla bərabər mövqe ilə kifayətlənsinlər.AP 348.2

    İndi qəsdçilərə xalqın arasında iş aparmaq qalmışdı. Günah edən və töhmətə layiq olanlar üçün canıyananlıq və şöhrətlənmə sözlərini eşitməkdən xoş heç nə yoxdur. Qorah və onun dostları xalqın etibarını məhz bu cür qazandılar və onlar tərəfındən dəstəkləndilər. Onlar insanları inandırırdılar ki, guya onların şikayətinin Allahı qəzəbləndirməsi haqda ittiham yalandır. Onlar deyirdilər ki, cəmiyyət öz hüquqlarını tələb edəndə düzgün yolda idi və yalnız hakimiyyətli hökmdar olan Musa onları günahda ittiham etmişdi, əslində isə onlar müqəddəs xalqdır və Rəbb onların arasında yaşayır.AP 348.3

    Qorah onlara neçə dəfə çətin vəziyyətə düşdükləri və şikayət və itaətsizlik üzündən çoxlarının həlak olduğu səhradakı səfər tarixini xatırlatdı. Onun dinləyicilərinə elə gəldi ki, onlar bütün yaşantılarını yeni işıqda gördübr, Musa başqa cür hərəkət etsə idi, onlar heç vaxt beb iztirab çəkməzdilər. Onlar bu nəticəyə gəldilər ki, onların bütün bədbəxtliklərinin təqsirkarı o olmuşdur və yalnız Musa ib Harunun düzgün olmayan fəaliyyətləri nəticəsində onlar Kənan torpağına girməmişlər; əgər Qorah onların rəhbəri olsaydı və günahlara görə danlamaq əvəzinə, onları xeyirxah işlərə təhrik etsəydi, onların səfəri rahat olardı və tam uğurla nəticələnərdi; səhrada irəli-geri dolaşmaq əvəzinə onlar düz əhd olunmuş torpağa yönələrdilər.AP 348.4

    Bu pozucu iş bir yerdə birbşmiş bütün narazılar arasında görünməmiş həmrəyliyə gətirib çıxartdı. Qorahın xalq arasında uğurunu onun əminliyi möhkəmlətdi və beb bir rəyi təsdiqlədi ki, əgər qarşısı alınmasa, hakimiyyətin Musa tərəfındən qəsb edilməsi İsrailin azadlığı üçün faciəli olar; o təsdiqbyirdi ki, Allah bütün bunları ona açmışdır və nə qədər ki, çox gec deyil, ona yeni icraedici qüvvəni seçməyi həvalə etmişdir. Lakin çoxları Qorahın Musaya qarşı ittihamını qəbul etməyə hazır deyildilər. Onun fədakar, səbirli zəhməti haqqında xatirə onları həyəcanlandırırdı və onların vicdanlan narahat idi. Buna görə də Musanın İsraib dərin marağını hər hansı riyakar məqsədə yozmaq lazım idi, ona qarşı bu köhnə ittihamı irəli sürmək lazım idi ki, o, xalqı Misirdən yalnız səhrada həlak etmək, sonra da onların əmlakına sahib olmaq üçün çıxartmışdır.AP 349.1

    Bir müddət bütün bunlar gizli edildi. Lakin tezlikb, açıq üsyana keçmək üçün hərəkat kifayət qədər gücə malik olanda, Qorah qiyama başçılıq etdi və hamının qarşısında Musanı və Harunu hakimiyyəti qeyri-qanuni ələ keçirməkdə ittiham etdi. Qorah deyirdi ki, o və həmrəybri bu hakimiyyəti onlarla bölmək haqqına malikdirbr. Qorah onları həm də bunda ittiham edirdi ki, onlar xalqı azadlıq və müstəqillik hüququndan məhrum etmişbr. “Qurtarın, - qəsdçilər onlara dedilər, - Bütün cəmiyyət, hamı müqəddəsdir və Rəbb onların arasındadır! Nə üçün siz özünüzü Allahın xalqından yüksək tutursunuz?”AP 349.2

    Musa bu diqqətlə hazırlanmış qəsd haqda heç şübhələnməmişdi də və o, özünün bütün dəhşətli həqiqəti ilə onun önündə açılanda Musa üzü üstə yıxıldı və səssizcə Allaha yalvardı. Qalxanda həqiqətən kədərli, lakin eyni zamanda sakit və güclü idi. Ona müdafıə vəd edilmişdi. “Sabah, - o dedi, - kim Onundur və kim müqəddəsdir, Rəbb göstərəcəkdir ki, onu Özünə yaxınlaşdırsın; O kimi seçsə, onu da Özünə yaxınlaşdıracaqdır”. Qəsdən sabaha qədər sınaq vaxtı verilmişdi ki, hamının fıkirləşmək üçün kifayət qədər vaxtı olsun. Sonra kim kahinliyə namizədlik edirdisə, buxurdanlan götürməli və müqəddəs yerdə bütün yığıncağın önündə buxur yandırmalı idi. Qanun aydın deyirdi ki, yalnız bu müqəddəs xidmətə təyin edilənlər məbəddə xidmət edə bilərlər. Hətta kahinlər Nadav və Avihu “haram odu” Allaha təqdim etməyə cəsarət etdiklərinə və bununla İlahi əmrə etinasızlıq göstərdiklərinə görə məhv edildilər. Lakin Musa öz ittihamçılarına elan etdi ki, əgər onlar belə şey etməyə cürət etsələr, onlar bununla Allaha müraciət etməlidirlər.AP 349.3

    Qorahi və onun levili dostlarını toplayaraq Musa onlara dedi: “Doğrudanmı bu sizin üçün azdır ki, sizin Rəbbin məbədində xidmət etməyiniz üçün və cəmiyyətə xidmət edərək onun önündə durmağınız üçün İsrailin Allahı sizi İsrail cəmiyyətindən ayırıb özünə yaxınlaşdırmışdır? O, səni və səninlə birlikdə bütün qardaşlarını, Levi oğullarını yaxınlaşdırmışdır və siz hələ kahinliyə də can atırsınız. Beləliklə sən və bütün sənin yoldaşların Rəbbə qarşı toplaşmısınız. Harun kimdir ki, ona qarşı deyinirsiniz?”AP 350.1

    Datan və Aviram Qorah kimi cəsarət göstərmədilər və Musa onların sadəcə olaraq qəsdə cəlb edildiklərinə ümid bəsləyərək onları öz yanına çağırdı ki, özünə qarşı ittihamları onların özlərindən eşitsin. Lakin onlar gəlməyərək onun nüfuzunu qəbul etməkdən xaincəsinə imtina etdilər. Bütün cəmiyyət önündə onlar Musaya cavab verdilər: “Bizi səhrada həlak etmək üçün süd və bal axan torpaqdan çıxarmağın məgər azdırmı ki, hələ bizim üzərimizdə hökm etmək istəyirsən? Sən bizi süd və bal axan torpağa gətirdinmi, tarlaları və üzümlükləri bizim ixtiyarımıza verdinmi? Bu insanların gözlərini kormu etmək istəyirsən? Getməyəcəyik!”AP 350.2

    Beləliklə, özlərinin köləlikdə olduqları ölkəni xatırlayarkən onlar Allahın vəd edilən mirası təsvir etdiyi sözlərdən istifadə etdilər. Onlar Musanı bunda ittiham edirdilər ki, o guya İlahi rəhbərlik altında hərəkət etdiyini göstərərək öz hakimiyyətini qurmağa çalışırmış və elan etdilər ki, daha ona tabe olmayacaqlar və kor kimi gah Kənana gedib, gah da yenidən səhraya qayıtmayacaqlar, bütün bunlar onun xudbin niyyətlərinin həyata keçməsi üçün imiş. Onlar üçün sevən ata, səbirli çoban olanı onlar indi beləcə tiran və qəsbkar kimi təsvir etdilər. öz günahları üçün Kənan torpağına girmək hüququndan məhrum olmaq cəzasının təqsirini də onun üstünə yıxdılar.AP 350.3

    Aydın görünürdü ki, xalqın meyli üsyançılann tərəfındədir, lakin Musa özünü müdafiə etməkçün bir addım da atmadı. Bütün yığıncağın önündə öz hərəkətlərinin təmənnasızlığına və davranışının düzgünlüyünə şəhadət edərək, Allaha ürəkdən yalvararaq dua etdi ki, onun Hakimi olsun.AP 351.1

    O biri gün başda Qorah olmaqla iki yüz əlli rəis əllərində buxurdan bütün yığıncağın önündə durmuşdular. Onlar səyyar məbədin həyətinə daxil oldular, bu zaman bütün xalq çöl tərəfdə dayanaraq nə olacağını gözləyirdi. Qorahın və onun həmrəylərinin məğlubiyyətini görmək üçün adamları Musa toplamamışdı, bunu öz korluqları üzündən həmin üsyançılar etmişdilər ki, hamı onların qələbəsini şahidi olsun. Toplaşanlann böyük hissəsi Harun üzərində qələbə qazanacağına az ümid bəsləməyən Qorahın tərəfində idi.AP 351.2

    Onlar beləliklə Allahın önündə toplaşanda “Rəbbin şöhrəti bütün cəmiyyətə göründü”. Sonra Musa və Harun İlahi xəbərdarlıq aldılar: “Bu cəmiyyətdən ayrılın və Man onlan bir anda məhv edəcəyəm”. Lakin onlar üzü üstə döşənib dua etdilər: “Ay Allah, hər bir bədənin ruhunun Allahı! Bir nəfər günah edib və Sən bütün cəmiyyətə qəzəblənirsən?” Qorah yığıncağı tərk edib getdi ki, Datana və Avirama birləşsin. Musa isə bu vaxt yetmiş ağsaqqalın müşayiətilə getdi ki, onun yanına gəlməyə etiraz edənlərə axırıncı xəbərdarlıq sözlərini desin. Xalq onun arxasınca getdi və Musa gələcək cəza haqda elan etməmişdən əvvəl, İlahi əmrə görə dedi: “Bu Allahsız adamlann çadırlarından çəkilin və onlara məxsus olan heç bir şeyə toxunmayın ki, onların bütün günahları ilə həlak olmayasınız”. Xalq itaət etdi, çünki hamını hansısa yaxınlaşan təhlükə hissi bürümüşdü. Əsas üsyançılar gördülər ki, onlann bütün cəlb etdikləri onları necə tərk etdilər, lakin bu onların inadını sarsıtmadı. Onlar öz ailələri ilə birlikdə çadırlarının qapıları yanında durmuşdular, sanki İlahi xəbərdarlığa müharibə elan edirdilər.AP 351.3

    İndi İsrailin Allahı naminə Musa bütün yığıncağın eşidəcəyi tərzdə dedi: “Bütün bu işləri etmək üçün Rəbbin məni göndərdiyini bununla biləcəksiniz; çünki onları özümdən etməmişəm. Əgər bu adamlar hər kəsin öldüyü kimi ölsələr, yaxud hər kəsin cəzalandığı kimi cəzalansalar, o halda məni Rəbb göndərməmişdir. Fəqət Rəbb yeni bir şey etsə və yer ağzını açıb onları və onlara aid olan hər şeyi udsa və ölülər diyarına diri-diri ensələr, o zaman bu adamların Rəbbi təhqir etdiklərini anlayacaqsınız”.AP 351.4

    Bütün İsrailin gözü Musada idi, dəhşətə bürünmüş insanlar nə baş verəcəyini gözləyirdilər. Musa sözünü qurtaran kimi, yer ayrıldı və üsyançılar hər şeyləri ilə birlikdə diri - diri yerin dibinə getdilər və “onlar cəmiyyətin arasında məhv oldular”. Xalq özünün günahda iştirak etdiyini dərk edərək qaçmağa başladı.AP 352.1

    Lakin cəza qurtarmadı. Buluddan çıxan od buxur yandıran həmin iki yüz əlli rəisi uddu. Bu adamlar üsyanı törətməmişdilər və buna görə də onlan üsyanın başçılan ilə birlikdə məhv etməmişdilər. Onlara imkan verildi ki, onları azdıranların necə cəzalandırıldıqlarını görsünlər və peşman olsunlar, lakin onlar əvvəlki kimi üsyançılara canıyananlıq edirdilər və buna görə də onların qismətinə şərik oldular.AP 352.2

    Musa İsraili yaxınlaşan təhlükə haqda xəbərdar edəndə Qorah və onun həmrəyləri peşman olub əfv axtarsaydılar, İlahi cəza onların başında çaxmazdı. Lakin inadkar müqavimət onların taleyini həll etdi. Bütün yığıncaq onların cinayətində təqsirkar idi, çünki az və ya çox dərəcədə onlara camyananlıq etmişdilər. Lakin Allah Öz böyük mərhəməti sayəsində üsyanın rəhbərlərini və onların azdırdıqlarını məhdudlaşdırdı. Aldadılanların peşman olmaq imkanı var idi. Musanın haqlılığı və üsyançıların yanılması inkaredilməz surətdə sübut edildi. İlahi qüdrətin görünən təzahürü hər cür şübhələri kənar edirdi.AP 352.3

    İsa, İsrail xalqının önündə gedən Mələk, onu ölümdən xilas etməyə çalışırdı. İsraillilərin əfv almaq imkanlan var idi. Onlan tövbəyə çağıraraq Allah cəzaları onları az hədələməmişdi. Səmanın qəti maneçiliyi onların hiddətinə son qoydu. Əgər onlar indi İlahi qabaqgörənliyin çağınşına cavab versəydilər, xilas olunardılar. Lakin ölümdən qorxaraq Allah cəzalarından qaçdıqları zaman onların üsyançı ruhu sönməmişdi. Həmin gecə onlar öz çadırlarına qorxmuş, lakin tövbə etmədən qayıtdılar.AP 352.4

    Qorah və onun tərəfdarları tərəfindən həvəsləndirilən insanlar həqiqətən öz ləyaqətliliklərinə və Musanın onları incidib alçaltmasına inanmışdılar. Əgər onlar bununla razılaşsaydılar ki, Qorah və onun tərəfdarlan haqsız, Musa isə haqlıdır, onda etiraf etməli idilər ki, səhrada ölmək hökmü Allah tərəfındən çıxarılmışdır. Onlar buna tabe olmaq istəmirdilər və özlərini inandırmağa çalışırdılar ki, Musa onları aldatmışdır. Onlar işıqlı ümid bəsləyirdilər ki, yeni idarə təşkil olunacaqdır və bu zaman iradlar təriflə əvəz olunacaq və həyəcan və narazılığın yerinə rahatlıq başlayacaqdır. ölmüş ərlər onlara şirnikləndirici sözlər demişdilər və maraq, məhəbbət göstərmişdilər. İsraillilər də belə hesab etmişdilər ki, Qorah və onun dostları xeyirxah insanlar olmuşlar, Musa isə nə yollasa onların ölümünün səbəbi olmuşdur.AP 352.5

    İnsanlar Allahın onların xilası üçün təklifınə etinasızlıq edəndə və yaxud Onun köməyini rədd edəndə, onlar Onu çox pis təhqir edirlər. İsraillilər belə də etdilər, üstəlik də Musa və Harunu öldürməyi niyyət etdilər. Onların heç ağıllarına da gəlmirdi ki, öz ağır günahlarına görə Allahdan əfv diləmək lazımdır. Həmin sınaq gecəsini onlar peşmançılıq və etirafla keçirmədilər, lakin onların böyük günahkarlığının sübutlarım inkar edən müxtəlif üsullar düşündülər. Onlar Allahın təyin etdiyi insanlara hələ də nifrət edirdilər və onların Hakimiyyətini qəbul etməməyi qərara aldılar. Şeytan isə onlann ağlını azdırmaq və kor şəkildə ölümə itələmək üçün artıq oradaca hazır idi.AP 353.1

    Uçurumun udduğu məhkum olunmuş günahkarların qışqırığından vahiməyə düşmüş bütün İsrail qaçmağa üz qoydu, “Birdən, onlar deyirdilər, yer bizi də udar”. “O biri gün İsrail oğullarının bütün cəmiyyəti Musaya və Haruna şikayətləndi və dedi: “Siz Rəbbin xalqını öldürdünüz””. Onlar artıq öz sadiq, fədakar rəhbərlərinə zorakılıq etməyə hazır idilər.AP 353.2

    Birdən məbədin üzərində əzəmət göründü və buluddan Musaya və Haruna müraciət edən səs eşidildi: “Bu cəmiyyətdən kənara çəkilin və Mən onlan bir anda məhv edim”.AP 353.3

    Musanın üzərində günah yox idi və buna görə də o, qorxusuz dayanmaqda davam edirdi, bütün cəmiyyəti ölüm uçurumuna buraxmaq istəmirdi. Musa ləngiyirdi və bu dəhşətli böhran dəqiqələrində öz sürüsünə əsl çoban məhəbbəti göstərdi. O yalvardı ki, Allahın qəzəbi Onun seçilmiş xalqını tam məhv etməsin. Öz müdafiəsi ilə o, qisas əlini saxladı və itaətsiz üsyançı İsrail tam məhv edilmədi. Lakin qəzəb Mələyi məhv etmək üçün çıxdı və bəla öz məhvedici işini yerinə yetirdi. Qardaşının əmrinə itaət edərək Harun buxurdanı götürdü və yığıncağın ortasına tələsdi ki, xalqın “günahı yuyulsun”. “O, ölülərin və dirilərin arasında dayandı”. Buxur tüstüsü qalxan zaman Allah məbəddə Musanın duasını eşitdi və məhvedilmə saxlandı, lakin on dörd min yeddi yüz israilli öz şikayətlərinin və qəzəblərinin qurbanı olaraq həlak oldular.AP 353.4

    Sonra kahinlik hüququnun Harunun ailəsinə aidiyyətinin daha bir sübutu oldu. İlahi əmrə görə hər bir soy qolu əsa hazırladı və onun üzərində öz adını yazdı. Harunun adı Levinin əsası üzərində idi. Əsaları “vəhy mücrüsünün önündə” yığıncaq məbədinə qoydular. Çiçəklənən əsa onun əlaməti olmalı idi ki, Rəbb bu qolu müqəddəs xidmət üçün seçmişdi. O birisi gün “Levi evindən Harunun əsası cücərdi, tumurcuqladı, çiçək açdı və badam gətirdi”. Onu bütün xalqa göstərdilər və sonra bütün gələcək nəsillərə sübut kimi yığıncaq məbədinə qoydular. Bu möcüzə kahinlik məsələsini danılmaz surətdə həll etdi.AP 354.1

    İndi tam sübut olundu ki, Musa və Harun Allahın adından danışırdılar və xalq özü üçün xoş olmayan bu həqiqəti etiraf etməli oldu ki, səhrada ölməli olacaqlar. “Budur, - onlar nida etdilər, - biz ölürük, həlak oluruq, hamımız həlak oluruq!” İndi onlar etiraf etdilər ki, öz rəhbərlərinə qarşı üsyan etməklə günah işlətmişlər və Qorah və onun tərəfdarları haqlı Allah cəzalarına çatmışlar.AP 354.2

    Qorahın üsyanında şeytanı Səmada üsyana aparan həmin ruhun fəaliyyəti kiçildilmiş ölçüdə göründü. Məğrurluq və şöhrətpərəstlik Lüsiferi Allah idarəsindən narazılığa və Səmada yaradılmış qanunu devirmək cəhdinə gətirib çıxartdı. Özünün günaha batmasından sonra o, öz qarşısına məqsəd qoydu ki, insanlarda həmin paxıllıq və narazılıq ruhunu, mövqeyə və şöhrətə həmin can atmanı oyatsın. Qorahda, Datanda və Aviramda şöhrətpərəstlik, paxıllıq, inamsızlıq və üsyançı hisslər oyadaraq, o, onlara da bu cür təsir etdi. Allah tərəfindən təyin edilən adamları rədd etməyə məcbur etməklə, şeytan onları Allahı rədd etməyə məcbur etdi. Musaya və Haruna qarşı şikayət etməklə onlar Allahı təhqir etdilər və bununla yanaşı öz haqlılıqlarına o qədər inandılar ki, öz günahlarının ədalətli töhmət olunmasını şeytan uydurmasi hesab etdilər.AP 354.3

    Qorahın ölümünün əsas səbəbi olan şər məgər bu gün də mövcud deyilmi? Məğrurluq və şöhrətpərəstlik geniş yayılmışdır və insanlar bu hissləri özlərində daşıyanda onlar paxıllıq qapısını açırlar, üstünlük uğrunda mübarizə başlanır, qəlb Allahdan uzaqlaşır və şüursuz olaraq şeytanın tərəfdarlarının cərgəsinə keçir. Qorah və onun tərəfdarları kimi, hətta “Məsihin ardıcılları” adlananların çoxusu müxtəlif planlar qururlar və öz yüksəlmələrinə eb səylə çalışırlar ki, həmfikir və dəstək əldə etmək istəyərək həqiqəti təhrif etməyə, Allahın qullarını yanlış işıqlandırmağa və hətta onları özlərinə rəhbərlik edən alçaq və eqoistik səylərdə ittiham etməyə hazır olurlar. Bütün dəlillərin ziddinə olaraq öz yalanlarında inad göstərib onlar nəhayət özbrini inandırırlar ki, bu, həqiqətdir. Allahın təyin etdiyi adamlara xalqın etibarını dağıtmağa çalışaraq onlar səmimi hesab edirlər ki, düzgün hərəkət edirlər və Allahın işini yerinə yetirirbr.AP 355.1

    İbranibr Rəbbin əmrlərinə və məhdudlaşdırmalarına tabe olmaq istəmədilər. Onlar qadağanlara itaət göstərə bilmədibr və töhmətləri eşitmək istəmədibr. Onların Musaya qarşı şikayətbrinin səbəbi də elə bunda idi. Əgər onlara istədiklərini etməyə icazə verilsəydi, rəhbərlərindən şikayət az olardı. İmanlılar cəmiyyətinin bütün tarixi ərzində Allah qulları belə hallarla qarşılaşırlar.AP 355.2

    İnsanlar günaha uymaqla öz şüurlarının şeytanın əsarətinə düşməsinə imkan açırlar və tədricən qanunsuzluğun bir pilbsindən o biri pilləsinə keçirbr. İşığı rədd etməklə onlar şüurlarını tutqunlaşdırırlar və qəlblərini qəddarlaşdırırlar, belə ki, şər əməllər etmək vərdişi nəhayət tam kök salana qədər günaha daha bir addım atmaq və alınan işığı rədd etmək onlar üçün daha asan olur. Onda onlar günahı daha günah hesab etmirlər. Allah Sözünü düzgün moizə edən və günahlan ifşa edən çox vaxt nifrət oyadır. Dəyişmək üçün zəruri olan qurban ağrısına dözmək istəməyərək, insanlar Allah xidmətçisinə qarşı birbşirbr və onun bütün ifşalarənı nahaq və həddindən artıq sərt elan edirlər. Qorah kimi, onlar xalqı müqəddəs elan edirlər, ittihamçını isə bütün bədbəxtliklərin səbəbkarı hesab edirlər. Bu yalanla öz vicdanlarını sakitbşdirərək paxıllar və narazılar birləşirbr ki, məbəddə mübahisə törətsinlər və təmizliyə can atanların qollarını boşaltsınlar.AP 355.3

    Allahın Onun işinə başçılıq etmək üçün təyin etdiyi adamların hər addımı şübhə oyadır; onların hər hərəkəti paxıl və iradçı adamlar tərəfindən yanlış yozulur. Lüter, Vesli və başqa reformatorların dövründə də belə olmuşdur. Bu gün də belədir.AP 356.1

    Qorah bilsəydi ki, İsrailə verilən bütün göstərişlər və töhmətlər Allahdan gəlir, belə etməzdi. Lakin o, bunu bilə bilərdi. Allah inkaredilməz sübutlar vermişdi ki, İsraili O idarə edir. Lakin Qorah və onun tərəfdarları işığı o vaxta qədər rədd etdilər ki, o dərəcədə kor oldular ki, hətta Allahın gücünün ən parlaq təzahürləri də artıq onları inandıra bilmədi. Bütün bunları onlar insani və yaxud şeytani qüvvvəyə aid etdibr. Xalq da onda belə etdi. O biri gün Musanın və Harunun yanına gəlib dedi: “Siz Rəbbin xalqını öldürdünüz”. İsraillilər tərəfindən alovlandırılan Allah qəzəbinin inandırıcı sübutlarına, onları azdıranların ölümünə baxmayaraq, onlar Allahın cəzalarını şeytanın ayağına yazmağa cəsarət etdilər və elan etdilər ki, hiyləgərin qüvvəsi sayəsində Musa və Harun belə xeyirxah və müqəddəs insanları ölümə verdilər. Bu hərəkət onların taleyini həll etdi. Onlar Müqəddəs Ruha qarşı günah etdibr, eb bir günah ki, insan qəlbini İlahi lütfün təsirinə qarşı hissiz edir. Məsih deyir: “Kim İnsan Oğluna qarşı söz söybrsə, ona bağışlanacaqdır; fəqət kim Müqəddəs Ruha qarşı söybrsə, nə bu dövrdə bağışlanacaqdır və nə də gələcəkdə” (Matta 12: 32). Xilaskanmız bu sözləri deyəndə Onun İlahi qüvvənin köməyib etdiyi xeyirxah işbri yəhudilər Velzevulun ayağına yazmışdılar. Allah insanla Müqəddəs Ruh vasitəsib ünsiyyət edir və insanlar Onun təsirini qəsdən şeytanınkı kimi rədd edəndə, onlar canı Səmaya aparan yolu dağıdırlar.AP 356.2

    Allah Müqəddəs Ruhun təzahürü ib günahkan ifşa edib inandırır və əgər Müqəddəs Ruhun işi tam rədd edilirsə, onda Rəb onun üçün artıq heç nə edə bilmir. İlahi rəhmin son vasitəsi tükənir. Günahkar özünü Allahdan təcrid edir, günahın isə öz-özlüyündə dərmanı yoxdur. Günahkarı Allahın inandıra və döndərə bilməsi üçün başqa qüvvə mövcud deyildir. “Burax onu!” (Huşə 4:17) - İlahi əmrdə deyilir. Onda “günahlar üçün artıq qurban qalmaz, fəqət hökmün dəhşətli bir intizan və Allaha qarşı duranlan məhv edəcək şiddətli atəş qalır” (İbranibrə 10:26,27).AP 356.3

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents