Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Ağsaqqallar və Peyğəmbərlər

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    33-cü fəsil
    SİNADAN QADEŞƏ

    (Bu fəsil Saylar Kitabının 11 və 12-ci fəsillərinə əsaslanır)

    İsrail xalqı Sinaya gələn kimi səyyar məbədin tikintisinə başlamadı: bu müqəddəs tikili ilk dəfə Misirdən çıxışın ikinci ilinin əwəlində ucaldılmışdı. Kahinlərin həsr edilməsi, Pasxanın bayram edilməsi, xalqın sayılması və vətəndaş və dini sistem üçün zəruri olan başqa müxtəlif tədbirlərin başa çatması, - bütün bunlar vaxt tələb edirdi, belə ki, yəhudilər təqribən bir il Sinada düşərgədə yaşadılar. Burada onların ibadəti daha müəyyən forma aldı. Xalqı idarə etmək üçün qanunlar verildi, bu onların Kənan torpağına daxil olmağa hazırlayan daha uğurlu təşkilatın yaranmasına səbəb oldu.AP 324.1

    İsrailin idarə sistemi yüksək dərəcədə mütəşəkkilliyi, heyrətamiz dərəcədə tamlığı və sadəliyi ilə seçilirdi. Rəbb tərəfındən yaradılan hər şeyin mükəmməl quruluşunda görürən ciddi qayda ibrani icmasında da təcəssüm etmişdi. Allah hakimiyyət və idarənin mərkəzi idi. Allah tərəfindən Onun naminə qanunlarla idarə etmək üçün təyin edilən Musa real surətdə Onun hakimiyyətini həyata keçirirdi. Xalqın ümumi işini həll etməkdə Musaya kömək etməli olan məclisə soyların ağsaqqallarından yetmiş nəfər seçildi. Sonra, məbəddə Allahla məsləhətləşən kahinlər kəlirdilər. Başçılar, yaxud məmurlar soy qolları idarə edirdilər, onlara “minbaşı, yüzbaşı, əllibaşı, onbaşı və qəbilə məmurları”, nəhayət müxtəlif vəzifələri yerinə yetirməli olanlar tabe idilər (Qanunun təkran 1:15).AP 324.2

    Düşərgədə ibranilər ciddi qaydada yerləşmişdilər. Xalq üç böyük qrupa ayrılmışdı, bunlardan hər birinin düşərgədə müəyyən yeri var idi. Mərkəzdə gözəgörünməz Padşahın məskəni olan məbəd yerləşirdi. Onun ətrafında kahinlər və levililər yerləşirdilər. Onlardan sonra bütün qalan qəbilələr çadırlarını qururdular.AP 325.1

    Levililər həm dayananda, həm də yolda olanda səyyar məbədin və bütün onda olanların qayğısına qalmaq etibar edilmişdi. Düşərgə köçəndə onlar müqəddəs çadırı yığmalı, xalq müəyyən yerə çatanda isə onu qurmalı idilər. Başqa qoldan olan heç kimə ölüm qorxusu altında səyyar məbədə yaxınlaşmağa icazə verilmirdi. Levililər üç qrupa, Levinin üç oğlunun törəmələrinə, ayrılırdılar və hər qrup üçün müəyyən yer və iş nəzərdə tutulmuşdu. Hüzur çadırının önündə, lap yaxında Musanın və Harunun çadırları yerləşirdi. Cənub tərəfdə Qohatın oğullan yerləşirdilər, onların vəzifəsi sandığın və Hüzur çadırının başqa əşyalarmın qayğısına qalmaq idi; şimal tərəfdə merarililər yerləşmişdilər, onlara Hüzur çadırının dirəkləri, altlıqlar, sipərlər və s. tapşırılmışdı; hüzür çadırınm arxasında gerşonlular yerləşirdilər, onlar məbədin pərdələrini və onun örtüyünü saxlayırdılar.AP 325.2

    Hər bir soy qolun mövqeyi də müəyyən edilmişdi. Hər bir qol, Allahın əmrinə əsasən, öz xüsusi bayraqları altında səyahət etməli və düşərgə salmalı idilər. “İsrail övladlan Hüzur çadırını əhatə edərək hər biri öz bayrağının altında ailələrinin nişanı ilə düşərgə salsınlar; Hüzur çadırı yola düşəndə Levmllilərin düşərgəsi düşərgələrin ortasında dursun. Hərə necə düşərgə salıbsa, həmin nizamla, öz bayrağı altında yola düşsün” (Saylar 2:2,17). İsraili Misirdən müşayiət edən yolçulara başqa qollarla birlikdə düşərgə salmağa icazə verilməmişdi, onlar kənarda yerləşməli idilər; onların törəmələri Rəbbin cəmiyyətindən üçüncü nəslə qədər kənar edilirdilər (bax Qanunun təkrarı 23: 7,8 ). Düşərgədə və onun ətrafında tam təmizlik və ciddi qayda hökm sürürdü. Səliqəyə riayət etmək haqqında ətraflı göstərişlər mövcud idi. Her bir natəmiz adamın, səbəbdən asılı olmayaraq, düşərgədə görünməyə haqqı yox idi. Bu qədər çox xalqın sağlamlığını təyin etmək üçün, həm də İsrail müqəddəs Allahın hüzurundan həzz ala bilməsi üçün tam qayda və təmizliyi saxlamaqdan ötrü bu tədbirlər çox zəruri idi. Buna görə O demişdir: “Çünki sizi qurtarmaq və düşmənlərinizi sizə təslim etmək üçün ordugahınızın içində Allahınız Rəbb gedir. Ordugahınız müqəddəs olsun ki, Rəbb natəmiz bir şey görüb sizdən üz döndərməsin” (Qanunun təkran 23:14).AP 325.3

    İsrailin bütün səfərləri zamanı “Rəbbin Əhd sandığı da üç gün onların önündə getdi ki, dincələcəkləri yeri onlara göstərsin” (Saylar 10:33). Qohatın oğullan tərəfindən daşınan, içərisində müqəddəs Allah Qanunu olan müqəddəs sandıq arabaya daşınmalı idi. Sandığın önündə Musa və Harun gedirdilər, onları gümüş borulu kahinlər müşayiət edirdilər. Onlar Musadan göstərişlər alırdılar və sonra boruların səsi ilə onlan xalqa xəbər verirdi. Boru səsi ilə xəbər verilən hər şey haqda dəqiq göstərişlər vermək hər bir qrupunun başçılarının vəzifəsinə daxil idi. Verilən göstərişlərin yerinə yetirilməsinə etinasızlıq göstərən hər kəs ölümlə cəzalanırdı.AP 326.1

    Allah qayda-qanun Allahıdır. Səmada mükəmməl qayda hökm sürür, bütün səmavi mələklərin fəaliyyəti ciddi intizam və itaətlə şərtlənir. Uğur yalnız o vaxt gəlir ki, qayda-qanun və fəaliyyətlərin razılaşdınlması hökm sürür. Bu gün Allah Öz xidmətçilərindən İsrailin günlərində olduğundan az qayda-qanun və intizam tələb etmir. Onun tarlasında çalışanların hamısı mühakimə ilə, etinasızlığa yol vermədən, bəxtə ümid bağlamadan işləməlidirlər. Allah istəyir ki, Onun naminə çalışanlar istəyirlərsə ki, onların əməyində Onun razılığının möhürü olsun, işdə sədaqətli və icraçı olsunlar.AP 326.2

    İsrail xalqının səfəri zamanı Allah Özü onu idarə edirdi. Bulud sütunu düşərgə üçün ən yaxşı yeri göstərirdi və onlar orada qalmalı olduqlan vaxtda hüzur çadnnın üzərində dururdu. Onlar yollanna davam etməli olanda isə, bulud müqəddəs çadırın üzərində yuxarı qalxırdı. Hər dəfə dayanmaq, yaxud hərəkət etmək tələb olunanda təntənəli səda eşidilirdi. “Sandıq yola düşəndə Musa deyirdi: “Үа Rəbb, qalx! Qoy düşmənlərin dağılsın, Sənə nifrət edənlər Sənin hüzurundan qaçsın”. Sandıq dayananda belə deyirdi: “Үа Rəbb, İsrail tayfalarının on minlərinin yanına qayıt!”” (Saylar 10:35,36).AP 326.3

    Kənan sərhəddində yerləşən Sina ilə Qadeş arasında yalnız on bir günlük yol var idi və budur, əhd olunan torpağa tez daxil olmaq həsrəti ilə yanan İsrail dəstələri nəhayət bulud tərəfindən verilən işarə ilə yola düşdülər. Tanrı onları Misirdən çıxardanda görünməmiş möcüzələr etmişdi, indi onlar Onu öz Hökmdarları kimi qəbul edəndə və Uca Tannnın tanınmış xalqı olanda isə onları, yəqin ki, daha böyük xeyir-dualar gözləyirdi.AP 326.4

    Çoxlan öyrəşdikləri yerdən yenə də həvəssiz ayrılırdılar. Onlar bu yeri, demək olar ki, öz vətənləri hesab edirdilər. Allah Öz xalqını başqa xalqlardan ayırmışdı, yəhudiləri keçilməz qranit qayalar arasında yerləşdirmişdi ki, onlara Öz qanununu elan etsin. Onlar İlahi şöhrətin belə tez-tez açıldığı müqəddəs dağa, ağ başlı zirvələrə və daşlı dərələrə baxmağı sevirdilər. Bu yer onların idrakında Allahın və müqəddəs mələklərin hüzuru ilə o qədər six bağlı idi ki, o qədər müqəddəs görünürdü ki, düşünmədən, üstəlik də sevinclə onu tərk etmək mümkün deyildi.AP 327.1

    Lakin boru səsləndikdə bütün düşərgə yola düşdü; mərkəzdə hüzur çadınnı aparırdılar və hər bir qol öz bayrağı altında, müəyyən olunmuş qaydada irəliləyirdi. Hamı səbirsizliklə görmək həsrətində idi ki, bulud onlan hansı istiqamətdə aparacaqdır və o, tutqun, tənha, çılpaq daş kütlələrinin ucaldığı şərqə aparan yolu göstərəndə çoxunu kədər və şübhə bürüdü.AP 327.2

    İrəli getdikcə yol çətinləşirdi. Onların yolu daşlı dərələrdən və bəhrəsiz səhralardan keçirdi. Ətraf göz işlədikcə səhra idi, “boş və məskunlaşmamış torpaq idi, “səhrada, uçurumlarla dolu boz çöllərdə”, “ölüm kölgəsində qalan quraq torpaqda”, “bir insanın keçmədiyi, hər kəsin yaşamadığı diyarda”. (Yeremiya 2:6). Daşlı dərələr tamamilə kişi, qadın, uşaqlar və arabalar ilə dolu idi. Onlar çox ləng və çətinliklə irəliləyirdilər. Uzun müddət dayandıqdan sonra insanlar yolun təhlükələrinə və çətinliklərinə dözməyə hazır deyildilər.AP 327.3

    Üçüncü gün şikayətlər ucadan səslənməyə başladı. Onlar müxtəlif adamlardan gəlirdi, bunların çoxusunu İsrail xalqının mənafeyi tamamilə maraqlandırmırdı və həmişə öz narazılıqlarını bildirmək üçün bəhanə axtarırdılar. Musanın apardığı istiqamət bu araqarışdıranların xoşuna gəlmirdi, ancaq onlar çox gözəl bilirdilər ki, o, hamı kimi yol köstərən sütunun arxasınca gedir. Narazılıq həmişə yoluxucudur və tezliklə o, bütün düşərgəyə yayıldı.AP 327.4

    İnsanlar yenidən ət tələb etməyə başladılar. Mannanın bol olmasına baxmayaraq narazılıq sakitləşmədi. Misirdə işlədikləri vaxt israillilər ən sadə, adi qida ilə qidalanmağa məcbur idilər, lakin məhrumiyyət və ağır zəhliət onu da yüksək dərəcədə arzu olunan etmişdi. İndi onlann arasında olan misirlərin çoxusu isə nəfis yeməyə öyrəşmişdilər, elə onlar da birinci olaraq gileylənməyə başladılar. Xalqın Sinaya gəlişindən lap əvvəl onlar manna ilə kifayətlənməyərək etiraz etdilər və Rəb onların tələblərinə cavab olaraq onlara ət verdi, lakin yalnız bircə gün.AP 327.5

    Əlbəttə, Allah onları manna ilə təmin etdiyi kimi ətlə də təmin edə bilərdi, lakin elə onların xeyrinə olaraq bunu etməmişdi. O, onlan Misirdə vərdiş etdikləri qıcıq yaradan yeməklərdən daha münasib qida ilə yedirtmək istəyirdi. Pozğun zövqü sağlam iştah ilə əvəz etmək lazım idi ki, insanlar əzəldən təyin edilmiş qidadan həzz ala bilsinlər - Allahın Edendə Adəm və Həvvaya verdiyi torpaq bəhrələrindən. Buna görə də israillilər əsasən ət yeməyindən məhrum edilmişdilər.AP 328.1

    Şeytan onları bu məhrumiyyətə ədalətsizlik və qəddarlıq kimi münasibət göstərməyə təhrik edirdi. O onlarda qadağan olunmuş şeylərə ehtirası alovlandırırdı, çünki başa düşürdü ki, öz iştahını cilovlamama hissiyatı qızışdıracaqdır və onda o, insanlann qəlblərini asanlıqla ələ ala biləcəkdir. Xəstəlik və iztirab mənbəyi olan insanlara öz hücumlan üçün daha zəif yerlər seçir. Hər şeydən tez iştah tamahı insanlan günaha sövq edir - hələ şeytanın Həwanı qadağan olunmuş ağacın meyvəsindən yeməyə şirnikləndirdiyi vaxtdan belə olmuşdur. Bunun vasitəsilə o, İsraili Allaha qarşı gileylənməyə təhrik etdi. Adətən alçaq ehtirasları qızışdıran yeməkdə və içməkdə özünü ələ ala bilməmək ona gətirib çıxanr ki, insanlar mənəvi borc haqda hər cür dərrakəni itirirlər. Tamaha əsir olaraq onların müqavimət göstərməyə, demək olar ki, gücləri olmur.AP 328.2

    Allah israillibri Misirdən çıxartdı ki, onları Kənan torpağında məskunlaşdırsın və təmiz, müqəddəs və xoşbəxt xalq etsin. Müəyyən qaydaya riayət etməklə bu məqsədə çatmaq olardı, bu onların özünün və törəmələrinin xeyrinə idi. Əgər onlar öz istəklərini könüllü olaraq cilovlasaydılar və Rəbbin müdrik məhdudlaşdırmalarına itaət etsəydilər, onda onları heç bir xəstəlik və iztirab hədələməzdi. Onların törəmələri fıziki və əqli sağlamlıqla fərqlənərdilər. Onlar həqiqət və öz borcları haqda aydın dərrakəni saxlayardılar; onlar iti dərrakəyə və sağlam mühakiməyə malik olardılar. Lakin İlahi məhdudlaşdırmalara və tələblərə itaət etməyi istəməmək Allahın onları yönəltdiyi bu yüksək ideala çatmağa çox mane olurdu. Bu səbəbə görə də onlar Allahın onlann üzərinə yağdırmaq istədiyi xeyir-duaları ala bilmədilər.AP 328.3

    Zəbur oxuyan deyir: “İştahaları artdı, yemək tələb etdilər, ürəklərində Allahı sınağa çəkdilər. Allahın əleyhinə belə danışdılar: “Məgər Allah çöldə süfrə qura bilər? Nə olsun qayaya vuranda sular axdı, sellər aşıb-daşdı. Görəsən O, çörək verə bilərmi? Xalqına ət verə bilərmi?” Rəbb bunu eşidərkən qəzəbləndi, Yaquba qarşı alovunu yerə tökdü, İsrailə qarşı hiddəti artdı” (Məzmur 78:18-21). Giley və hiddət tez-tez Qırmızı dənizdən Sinaya gedən yolda baş verirdi, lakin onların bilməməzliyinə və korluğuna güzəştə gedərək Allah onları günahlarına görə cəzalandırmırdı. Lakin, budur, O onlara Xorevdə açıldı. Onun əzəmətinin, qüdrətinin və mərhəmətinin şahidbrini parlaq işıq nurlandırdı və indi onların etibar etməmələri və narazılıqları artıq bağışlanmaz idi. Üstəlik də onlar Allahla əhd bağlamışdılar, Onu öz Padşahları kimi qəbul etmişdibr və Onun hakimiyyətinə itaət etməyi vəd etmişdibr. İndi onların şikayətləri üsyan idi və buna görə də onlar dərhal layiqli cəzalarını çəkməli idibr ki, İsrail xalqı qarışıqlıqdan və ölümdən qorunsun. “Rəbbin odu onların arasında yandı və düşərgə ətrafındakıların bəzibrini məhv etdi”. Daha təqsirkar araqarışdıranlar buluddan çıxan şimşəkb məhv edildibr.AP 329.1

    İnsanlar dəhşət içərisində Musaya yalvarırdılar ki, Allahın önündə onlar üçün xahiş etsin. O bunu etdi və od dayandı. Sərt cəza haqqında xatirə olaraq o bu yeri Tavera - “yanğın”- adlandırdı.AP 329.2

    Lakin şər böyüməkdə davam edirdi. Güman etmək olardı ki, sağ qalanlar bu dəhşətli cəzadan sonra barışmalı və tövbə etməlidirlər, lakin onlar daha bərkdən şikayət etməyə başladılar. Xalq ağlayırdı və öz çadırlarında ağı deyirdi. “Xalqın arasında olan alçaq yadellibrin iştahası ifrat dərəcədə artdı. İsrail övladları da yenə ağlayıb dedibr: “Kaş ki yeməyə ətimiz olaydı! Misirdə müftə yediyimiz balıqları, xiyarlan, qarpızları, soğanlan və sarımsaqları yadımıza salırıq. Ancaq indi iştahımız küsüb, yeməyə mannadan başqa bir şey görmürük”. Yaradanın onlara verdiyi qidaya onlar öz narazılıqlarını belə göstərdilər. İndiyə kimi onların həmişə sübutları var idi ki, bu qida onların təbbatlarma tam cavab verir, çünki məhrumiyyətlərə baxmayaraq düşərgədə bir dənə də xəstə yox idi.AP 329.3

    Musa ruhdan düşdü. O yalvarırdı ki, həttə əgər ondan - Musadan çoxsaylı xalq yaradılsa da, İsrail xalqı məhv edilməsin. İsraillilərə olan məhəbbətindən irləi gələrək onların həlak olmağındansa, öz adının həyat kitabından silinməsini üstün tuturdu. Onların uğrunda özünü təhlükəyə atırdı və əvəzində necə təşəkkür aldı! Özlərinin bütün məhrumiyyətlərində, hətta ötəri iztirablarında da onlar onu təqsirləndirirdilər və onların allahsız şikayətləri onun üzərinə qoyulmuş qayğı və məsuliyyət yükünü daha da ağırlaşdırırdı.Ümidsizlikdən o hətta Allaha da inanmamağa hazır idi. Onun duası artıq az qala şikayət kimi səsbnirdi: “Sən nə üçün quluna əzab verdin? Sənin gözündə lütf tapmadığım üçün bu xalqın bütün yükünü mənim üzəriməmi qoyursan?...Bütün bu xalqa yedirtmək üçün əti mən hardan tapım? Çünki onlar mənim qarşımda ağlayaraq “bizə ət ver yeyək” deyirlər. Bu xalqı mən tək başına daşıya bilmərəm, çünki bu mənim üçün çox ağırdır”.AP 329.4

    Rəbb onun duasını dinlədi və ona İsrailin yetmiş ağsaqqalını toplamağı əmr etdi - yalnız ixtiyar yaşlı ərləri deyil, həm də ləyaqət hissi, sağlam mühakiməsi və təcrübəsi olanları. Allah ona dedi: “Onları hüzur çadırına gətir və qoy səninlə dursunlar. Mən enərək orada səninlə danışacağam. Səndə olan Ruhdan götürüb onlara verəcəyəm ki, xalqın yükünü səninlə bərabər çəksinlər. Bununla da bu yükü təkbaşına daşmayacaqsan”.AP 330.1

    Rəbb Musaya özünə ən sadiq və qabiliyyətli insanlan seçməyə icazə verirdi ki, onlar onunla bu məsuliyyəti bölüşdürsünlər. Onların təsiri xalqın coşqunluğunu cilovlayar, ziddiyyətləri sakitləşdirərdi. Lakin onların seçkisi ciddi xoşagəlməz nəticələrə səbəb oldu. Əgər Musa Allah gücünün və mərhəmətinin təzahürü zamanı gördüyü dəlillərə uyğun iman göstərsə idi, onlar heç vaxt seçilməzdilər. O öz qayğı və çətinliklərini böyüdürdü, sanki unudurdu ki, özü Allahın bir alətidir. İsrailə bu qədər lənət gətirən şikayət ruhuna bir qədər güzəştə getməsi ona haqq qazandıra bilməzdi. Əgər o tamamilə Allaha arxalansa idi, onda Rəbb hər dəfə çətinliklərdə onu bərkidərək daim ona rəhbərlik edərdi.AP 330.2

    Musaya əmr edildi ki, xalqı Rəbbin onun üçün etmək istədiyinə hazırlasın. “Sabah üçün özlərini pak etsinbr, çünki ət yeyəcəklər. “Kaş ki ətimiz olaydı! Misirdə halımız yaxşı idi” deyərək ağladınız. Bunu Rəbb eşitdi. Ona görə Rəbb sizə ət verəcək, yeyəcəksiniz. Nə bir gün, nə iki gün, nə beş gün, nə on gün, nə də iyirmi gün yeyəcəksinz. Düz bir ay, burnunuzdan gələnə qədər, iyrənənə qədər yeyəcəksiniz; çünki aranızda olan Rəbbi rədd etdiniz və Onun qarşısında ” Nə üçün Misirdən çıxdıq?” deyərək ağladınız”.AP 330.3

    Musa nida etdi: “Arasında olduğum bu xalqda altı yüz m i n piyada vardır və Sən deyirsən: “Mən onlara bir aylıq yemək üçün ət verəcəyəm”. Bütün qoyun-keçi və mal-qara kəsilərsə, onlar doyarmı? Dənizin bütün balıqları tutularsa, onlar doyarmı?”AP 331.1

    Bu cür inamsızlağa görə Rəbb ona irad tutub dedi: ” Məgər Rəbbin əli qısaldımı? İndi görəcəksən sənə dediklərim yerinə yetir ya yox”.AP 331.2

    Musa Rəbbin sözlərini bütün yığıncağa çatdırdı və yetmiş ağsaqqalın təyin olunmasını elan etdi. Böyük rəhbər tərəfındən bu seçilmiş ərlər qarşısında qoyulan tapşınqlar müasir hakimlər və qanunvericilər üçün nümunə ola bilər. “Aralarında münaqişəsi olan soydaşlarınızı dinləyin. Münaqişə istər İsrailli soydaşlarınız arasında, istərsə bir İsrailli ilə yaddeli arasında olsun, hökm çıxararkən ədalətli olun. Heç kimə tərəfkeşlik etmədən kiçiyi də böyük kimi dinləyərək hökm çıxarın. İnsan şəxsiyyətindən qorxmayın, hökm Allahındır. Sizin üçün çətin olan münaqişəli məsələləri isə mənim yanıma gətirin. Mən onlara qulaq asaram” (Qanunun təkrarı 1:16,17).AP 331.3

    Sonra Musa yetmiş ağsaqqalı hüzur çadırının yanına topladı. “Rəbb buluda endi və Musa ilə danışdı. Ondakı Ruhdan götürüb yetmiş nəfər ağsaqqallara verdi; onların üzərinə Ruh çökən zaman peyğəmbərlik etdibr, lakin sonra etmədilər”. Əllinci Gündəki şagirdlər kimi onlara da “səmavi qüvvə” verilmişdi. Allah onları iş üçün hazırlamaq və bütün yığıncağın önündə ehtiram göstərmək istəyirdi ki, insanlar onlara İsraili Musa ilə birlikdə idarə etmək üçün, Allah tərəfındən seçilən ərlər kimi etibar etsinbr.AP 331.4

    Böyük rəhbər öz alicənablığını və insanlara məhəbbətini yenidən göstərdi. Yetmiş nəfərdən ikisi təvazökarcasına özlərini belə məsul vəzifə tutmağa layiq bilmədibr, hüzur çadırmın yanında öz qardaşlanna qoşulmadılar; lakin Allahın Ruhu onlar durduğu yerdə də onlann üzərinə endi və onlar da peyğəmbərlik aldılar. Nun oğlu Yeşua bunu bilib, onun fikrincə, baş verən qanşıqlığı dayandırmaq istəyərək və aynlma baş verəcəyindən ehtiyat edərək öz ağasının şərəfıni qorumaq hazırlığı ib alışıb Musaya müraciət etdi: “Ağam Musa, onlara qadağan et”. Musa isə ona cavab verdi: “Sən mənə görəmi qısqanırsan? Kaş Rəbbin bütün xalqı peyğəmbər olaydı və Rəbb onlara ruhunu verəydi!”AP 331.5

    “Rəbb dənizdən bildirçin gətirən bir külək əsdirdi. Külək bildirçinləri düşərgənin hər istiqamətindən bir günlük yol qədər uzaqlığa, yerin üzərində iki qulac qədər hündürlüyə saldı”. (Saylar 11:31). Hamı bütün gün və gecə, həm da sonrakı gün belə möcüzəli surətdə onlara göndərilən qidanı yığmaqla məşğul oldu. Çoxlu miqdarda yığdılar. “Ən az yığan on homer yığdı”. Yığılan bildirçiləri qurutdular, beb ki, vəd edildiyi kimi, hazırlanan ehtiyat bütün bir aya çatdı.AP 332.1

    Bu qida sağlamlığı saxlamaq üçün yaxşı vasitə olmasa da, Allah onunla insanları qidalandırdı, çünki onlar özləri inadla bunu istəyirdilər. Onların xeyrinə olan onları qane etmirdi. Üsyankar istəklər yerinə yetirildi, lakin bunun üçün onlar necə iztirablarla ödəməli oldular! Acgözlükb yeməyə cumaraq onlar tezliklə layiqli cəzalarını çəkdilər. “Rəbb onları şiddətli vəba ilə cəzalandırdı”. Çox adam dəhşətli qızdırmaya tutuldu, ən qatı təqsirkarlar isə həsrətində olduqları yeməyi yeyən kimi xəstələndilər.AP 332.2

    Taveradan sonra gələn Xaserot dayanacağında Musanı daha acı sınaqlar gözbyirdi. Harun və Məryəm İsraildə yüksək və hörmətli mövqe tuturdular. Hər ikisinə peyğəmbərlik bəxş edilmişdi və ibranibrin azad edilməsində Musa ib birlikdə fəal iştirak edirdilər. “Musanı, Harunu, Məryəmi sənin qabağına göndərən Mən oldum” (Mikeya 6:4), - peyğəmbər Mikeya Allahın sözbrini söybdi. Məryəmin xarakterinin gücü çox tez, o həb uşaq olarkən, Nilin sahilində içərisində körpə Musa gizbdilən kiçik səbəti izləyərkən görünmüşdü. Onun təmkinindən və nəzakətindən Allah Öz xalqının azadedicisinin həyatmı qorumaq üçün istifadə etdi. Zəngin şairlik və musiqi qabiliyyətləri olan Məryəm Qırmızı dəniz sahilində xor oxuyan İsrail qadınları arasında birinci idi. Musadan və Harundan sonra o haqlı olaraq xalqın dərin məhəbbətinə və Səmanın lütfünə malik idi. Lakin Səmada ayrılığa səbəb olan həmin şər bu israilli qadının qəlbində də doğuldu və o özünə həmfikirlər tapa bildi.AP 332.3

    Yetmiş ağsaqqalı təyin edəndə Musa Harun və Məryəmlə məsləhətbşməmişdi və bu onlarda qısqanclıq oyatdı. İsraillilər Sinaya yola düşdükləri vaxt Musanın qaynatası Yetro onun qonağı idi, ona xalqın arasından ləyaqətli ərləri seçməyi o məsləhət vermişdi ki, onlar ona kömək etsinlər və Musa bu məsləhəti hazırlıqla qəbul etdiyinə görə Harun və Məryəm qorxdular ki, böyük rəhbərə Yetro onlardan çox təsirə malikdir. Ağsaqqallar məclisi yarananda onlara elə gəldi ki, onların nüfuzuna və mövqeyinə etinasızlıq göstərilir. Harun və Məryəm Musanın üzərinə düşən qayğı və məsuliyyətin bütün ağırlığını heç vaxt bilməmişdilər. Lakin onlar Musaya kömək etmək üçün seçildiklərinə görə özlərinə ona bərabər rəhbər kimi baxırdılar və buna görə də yetmişliyin təyin edilməsini artıq hesab edirdilər.AP 332.4

    Musa onun üzərinə qoyulan böyük işin mənasını hamıdan çox dərk edirdi. O öz miskinliyini dark edirdi və hər şeydə Allahla məsləhətləşirdi. Harun isə özü haqda daha yüksək fıkirdə idi və Allaha az arxalanırdı. O, məsuliyyətə qərq olaraq zəiflik göstərəndə və Sinada bütpərəstliyə güzəştə gedəndə uğursuzluğa uğradı. Lakin qısqanclıqdan və xudbinlikdən kor olan Məryəm və Harun bunu unutmuşdular. Harun Allah tərəfındən yüksəldilmişdi. Onun bütün ailəsi öz üzərində müqəddəs ibadətin məsuliyyətini daşıyırdı, lakin bu mövqe onların özlərini yüksəltmək cəhdlərini daha da artırırdı. “Onlar dedilər: “Rəbb yalnız Musa vasitəsiləmi danışdı? Bizim vasitəmizlə də danışmadımı?” Onlar özlərini Allah tərəfindən Musaya bərabər seçilmiş hesab edərək həmin nüfuzə və mövqeyə can atırdılar. Narazılıq ruhuna uyaraq Məryəm Allahın xüsusi surətdə idarə etdiyi məhz həmin hadisələrdən istifadə edərək şikayət üçün səbəb tapdı. Musanın evlənməsi onun xoşuna gəlmirdi. Onun soy və milli qüruruna toxunurdu ki, o özü üçün arvadı İsrail xalqından deyil, başqa qəbilədən seçmişdi. O, Sipporaya münasibətdə pis gizlədilmiş nifrət göstərirdi.AP 333.1

    Musanın arvadı “Kuşlu” (Saylar 12:1) adlansa da, o, Midyanlı idi, deməli, İbrahimin nəslinə məxsus idi. O, zahiri görünüşcə qarabuğdayı olaraq ibrani qadınlarından fərqlənirdi. İsrailli olmasa da, Sippora əsl Allaha ibadət edirdi. O, utancaq, zərif, sevən və mərhəmətlə dolu idi. Buna görə də Misirə gedən yolda Musa onu Midya torpağına geriyə qaytarmağa razı oldu. O, misirliləri hədələyən Allah cazalarına baxmaqla qəlb ağrıları keçirməkdən onu qurtaqmaq istəyirdi.AP 333.2

    Sippora yenidən səhraya öz ərinin yanına gəbndə gördü ki, onun məsuliyyətinin yükü necə üzücüdür və Musanın sağlamlığı üçün ehtiyat etdiyini Yetroya söylədi, o da onun zəhmətini yüngülləşdirməyi təklif etdi. Məryəmin Sipporaya qarşı qeyri - xoş münasibətinin əsas səbəbi də elə bu idi. O özünə və Haruna ötəri etinasızlıqdan inciyərək Musanın arvadını bütün bunların əsas təqsirkarı hesab edirdi və qərara aldı ki, onun təsiri altında olanda Musa əvvəlki kimi daha onlarla məsləhətləş-məyəcəkdir. Əgər Harun ədaləti qoruya bilsəydi, şərin qarşısını alardı, lakin Məryəmə onun davramşının günahlılığım göstərmək əvəzinə, onun bütün şikayətlərini canıyananlıqla dinlədi və beləliklə, onun qısqanclığına şərik oldu.AP 333.3

    Musa öz ittihamçilarını səbirli sükutla dinlədi. O bu vərdişi özündə Midyada keçirdiyi uzun ağır zəhmətli və üzücü həsrətli illər ərzində itaət və çoxsəbirlilik ruhunu inkişaf etdirərək aşılamışdı; bu ona xalqın inamsızlığına və şikayətinə, həm də ona etirazsız kömək etməli olanların məğrurluğuna və paxıllığına səbirlə yanaşmaqda kömək edirdi. Musa yer üzündə yaşayan bütün adamlardan “daha təvazökar bir insan idi”, buna görə də ona, heç kimə olmadığı kimi, İlahi müdriklik və rəhbərlik bəxş edilmişdi. Yazıda deyilir: “Məzlumları haqq yolu ilə aparır, öz yolunu onlara öyrədir” (Məzmur 25:9). Allah məzlumlara ona görə rəhbərlik edir ki, onlar tövsiyələrə qulaq asırlar və onları həvəslə qəbul edirlər. Onlar Allahın iradəsini bilmək və yerinə yetirmək arzusu ilə alışırlar. Xilaskarın əhdində deyilir: “Kim Onun iradəsini yetirmək istəyərsə, öyrətdiklərimin Allahdanmı olduğunu, yoxsa Özümdənmi söylədiyimi biləcəkdir” (Yəhya 7:17). O, Yaqub vasitəsilə deyir: “Əgər sizlərdən birinin hikməti əksikdirsə, hər kəsə comərdliklə və gileylənməyərək verən Allahdan diləsin, ona veriləcəkdir” (Yaqub 1:5). Lakin Onun əhdi ancaq həvəslə və təmənnasız olaraq Rəbbin arxasınca gedənlərə aiddir. Allah heç kimin iradəsinə təzyiq göstərmir. Buna görə də O, öyrənmək üçün həddindən artıq məğrur olanları, inadla öz yolları ilə gedənləri idarə edə bilmir. Allahın iradəsini yerinə yetirdiyinə əmin etsə də, şəxsi iradəsi ilə getməyə çalışan ikicanlı insan haqqında belə yazılmışdır: “Qoy belə bir adam düşünməsin ki, Rəbbdən bir şey alacaqdır” (Yaqub 1:7).AP 334.1

    Allah Musanı seçdi və ona Müqəddəs Ruh bəxş etdi, Məryəm və Harun isə öz şikayətləri ilə yalnız seçilmiş rəhbərin deyil, həm də Allahın önündə təqsirkar idilər. Təqsirkar üsyançılar hüzur çadırının qapılarına Musa ilə üz-üzə göndərildilər və “Rəbb bulud dirəyində endi və çadınn girişində durub Harunla Məryəmi çağırdı”. Onların peyğəmbərlikləri danılmaz idi və Allah yuxuda onlarla danışa bilirdi. Lakin Allahın Özünün “bütün evimdə sadiqdir” dediyi Musa Allahla daha six ünsiyyət edirdi. Allah onunla vasitəçisiz danışırdı. “Nə üçün qorxmayaraq qulum Musadan gileyləndiniz? Rəbb onlara bərk qəzəbləndi və oradan getdi”. Allahın narazılığının əlaməti olaraq bulud çadırın üzərindən çəkildi və Məryəm qar kimi ağ cüzama büründü. Haruna rəhm edildi, lakin Məryəmin cəzalanmasında o özünə qarşı sərt irad gördü. İndi onlann məğrurluğu külə döndü. Harun onlann günahlannı etiraf etdi və yalvardı ki, onun bacısı bu dəhşətli öldürücü xəstəliyin ixtiyarına buraxılmasın. Musanın duasına cavab olaraq Məryəm cüzamdan qurtardı, lakin yenə də yeddi gün müddətində düşərgədən kənarda qalmalı idi. Məryəm düşərgədən çıxana qədər İlahi mərhəmətin simvolu hüzur çadırının üzərinə enmədi. Onun yüksək mövqeyinə hörmət əlaməti olaraq və onun kədərinə cam yanaraq bütün xalq onun qayıtmasım gözləyərək Xoşerotda qaldı. Rəbbin narazılığının bu təzahürü bütün İsrail üçün xəbərdarlıq olmalı idi ki, artan narazılıq şikayətinə və itaətsizliyə son qoysun. Əgər Məryəmin paxıllığı və narazılığı həmin an cəzalanmasa idi, onlar böyük şərin mənbəyi olardılar. Paxıllıq insanın qəlbində yaşaya bilən və öz nəticələrinə görə ən məhvedici olan ən şeytani hissdir. Müdrik deyir: “Hiddət amansızdır, qəzəbsə aşıb-daşar, paxıllıq daha betərdir, ona necə dözmək olar?” (Süleymanın məsəlləri 27:4). Paxıllıq səmavi harmoniyanı pozdu və ona uymaq təsviredilməz insani bədbəxtliklərə gətirib çıxartdı. “Çünki həsəd və xudbin ehtiras harada varsa, orada qarışıqlıq və hər cür pis iş vardı” (Yaqub 3:16).AP 334.2

    Başqaları haqda pis danışmaq, yaxud özünü onların əməllərinin hakimi etmək, o qədər də zərərsiz iş deyildir. “bir-birinizi pisləməyin, ey qardaşlar. Qardaşını pisləyən yaxud qardaşını mühakimə edən, Qanunu pisləyir və Qanunu mühakimə edir. Amma sən Qanunu mühakimə edirsənsə, Qanunun icraçısı deyil, onun hakimisən” (Yaqub 4:11). “Qaranlıqda gizlənən şeyləri işıqlandıracaq və ürəklərin niyyətlərini aşkar edəcək” yalnız bir Hakim vardır (1 Korinflilərə 4:5). öz yaxınlarını mühakimə etmək və onlara irad tutmaq hüququnu kim öz üzərinə götürürsə, o bu hüququ haqsız olaraq Yaradanın əlindən alır.AP 335.1

    Müqəddəs Kitab bizə xüsusi olaraq tövsiyə edir ki, diqqətli olaq və Allahın elçilərini yüngüllüklə mühakimə etməyək. Həvari Peter rədd edilən günahkarları təsvir edərək deyir ki, “Onlar küstah, inadcıl olub, izzətli varlıqlara küfr edərkən titrəməzlər. Halbuki, qüvvət və qüdrətdə onlardan üstün olan mələklər, Rəbbin hüzurunda bunlara küfr etməz və hökm verməzlər” (2 Peter 2:10,11). Pavel də ibadətgahı idarə etmək üçün təyin edilənlərə düzgün yanaşmağı öyrədir: “İki, yaxud üç şahid olmadıqda, ağsaqqala qarşı şikayət qəbul etmə” (1 Timoteyə 5:19). İnsanların üzərinə öz xalqının rəhbəri və müəllimi olmağın ağır məsuliyyətini qoyan Rəbb onlardan soruşacaq ki, onlar Onun qulları ilə necə rəftar etmişlər. Biz Allahın ucaltdıqlarına hörmət etməliyik. Məryəmin düçar olduğu cəza paxıllıq hissinə qapılanlara və Allah tərəfındən üzərlərinə böyük məsuliyyət qoyulmuş insanlardan şikayət edənlərə töhmətdir.AP 336.1

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents