Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Ağsaqqallar və Peyğəmbərlər

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    59-ci fəsil
    İSRAİLİN BİRİNCİ PADŞAHI

    (Bu fəsil Şamuelin Birinci Kitabının 8-12-ci fəsillərinə əsaslanır)

    İsrailin idarəsi Allahın ädı və Onun hakimiyyəti ilə həyata keçirilirdi. Musanın, yetmiş ağsaqqalın, rəislərin və hakimlərin vəzifəsi yalnız Allah tərəfindən verilmiş qanunların həyata keçirilməsindən ibarət idi, lakin onlar xalq üçün qanun çıxarmaq hakimiyyətinə malik deyildilər. Bu, xalqın mövcud olmasının şərti idi. Xalqa öyüd vermək və ona Allah Qanunlan əsasında yaşamağı öyrətmək üçün əsrdən-əsrə Allah tərəfindən ruhlandırılan insanlar göndərilirdi.AP 544.1

    Rəbb İsrailin padşaha malik olmaq tələbini qabaqcadan görürdü, lakin O, dövlətin əsaslandığı prinsipləri dəyişməyə razı olmadı. Padşah Uca Tanrının canişini olmalı idi. Allah xalqın tanınmış Hökmdarı kimi qalmalı idi, Onun qanunu isə ölkənin ali qanunu hesab edilməli idi. İsraillilər Kənanda əvvəlcə məskən salanda, onlar İlahi hakimiyyət idarəçiliyinin prinsipbrini tanıyırdılar və milbt Nunun oğlu Yeşuanın idarəsi altında çiçəklənirdi. Lakin xalqın sayının artması və başqa ölkələrlə qarşılıqlı münasibətbr dəyişiklikbr gətirdi. İsrail xalqı öz bütpərəst qonşularının əxlaqsız adətbrini götürdü və beləliklə, öz xüsusi müqəddəsliyini xeyli itirdi. Yəhudibr Allah önündə pərəstişlərini tədricən itirdibr və artıq Onun seçilmiş xalqı olmaq üstünlüyünün qədrini bilmədilər. Bütpərəst padşahların əzəmətindən və parlaqlığından sarsılaraq, onlar öz sadəlikbrinə danlırdılar. Soylar arasında qısqanclıq və paxıllıq yarandi. Daxili ixtilaflar onları zəiflətdi; düşmənçilik edən bütpərəstlər daim onların torpaqlarına hücum edirdilər və israillilər arasında belə bir əqidə möhkəmləndi ki, xalqlar arasında öz mövqebrinin qorunması üçün bütün soylar bir güclü hakimiyyət altında birləşməlidirlər. Allah Qanununa itaət etməkdən yayınaraq, onlar öz İlahi Hökmdarlarından azad olmaq istəyirdilər və bebliklə, padşaha malik olmaq istəyi bütün İsrailin ümumi tələbi oldu. Nun oğlu Yeşuanın günlərindən bəri heç kim İsraili belə böyük müdriklik və müvəffəqiyyətlə idarə etməmişdi. Allah tərəfindən üçqat xidmətə - hakim, peyğəmbər və kahin kimi - məsh edilmiş Şamuel yorulmadan, təmənnasız səylə öz xalqının rifahı naminə çalışırdı və millət onun müdrik rəhbərliyi altında inkişaf edirdi. Hər yerdə qayda-qanun bərpa edilmişdi, xalq Allahdan qorxurdu və Ona hörmət edirdi və bir müddət narazılıq ruhu sakitbşmişdi. Lakin qocaldıqda peyğəmbər öz zəhmət yükünü başqaları ilə bölüşdürməyə məcbur oldu və iki oğlunu özünə köməkçi təyin etdi. Şamuel öz vəzifələrini Ramada yerinə yetirdiyi zaman, gənc oğulları ölkənin cənub şəhərbrində yaşayan xalqın arasında ədaləti qorumaq üçün Beer-Şevada yerbşmişdibr.AP 544.2

    Xalqın ümumi razılığı ib Şamuel bu xidmətə öz oğullarını təyin etdi, lakin onlar atalarının etimadını doğrultmadılar. Musa vasitəsilə Rəbb Öz xalqına xüsusi göstərişlər vermişdi ki, İsrailin rəisləri ədalətli mühakimə etsinlər, dul və yetimlərlə ədalətli rəftar etsinlər və rüşvət götürməsinlər. Lakin Şamuelin oğulları “tamaha uydular və hədiyyələr götürdülər, xoşagəlməz mühakimələr etdilər”. Şamuel əbəs yerə öz oğullarının şüurunda müəyyən prinsipləri həkk etməyə çalışırdı. Onlar öz atalarının saf, təmənnasız həyatından örnək götürmədilər. Eliyə göndərilən xəbərdarlıq Şamuelə lazımi təsir göstərməmişdi. Öz oğullarına həddən artıq güzəştlilik onların xarakterində və həyatında özünü göstərməyə bilməzdi.AP 545.1

    Bu hakimlərin ədalətsizliyi çoxlu narazılıq doğurdu və idarəçiliyin dəyişdirilməsinə bəhanə oldu, bu dəyişikliyi artıq uzun müddət idi ki, bütün xalq gizlicə arzulayırdı. “Bütün İsrail ağsaqqalları yığılıb Romaya - Şamuelin yanına gəldilər. Ona dedilər: “Bax sən qocasan və oğulların sənin yolunla getmir. İndi isə digər millətlərdə olduğu kimi bizə bir padşah təyin et ki, bizə hökmranlıq etsin” (1 Şamuel 8:4,5). Şamuel bilmirdi ki, onun oğulları öz mövqelərindən sui-istifadə edirlər. Əgər ona onların düzgün olmayan davranışı məlum olsaydı, o, dərhal onlan bu vəzifədən kənar edərdi, lakin xahişlə gələnlərin istədikləri bu deyildi. Şamuel görürdü ki, onları məğrurluq idarə edir, onlar qızışmışlar və onların tələbi düşünülmüş, qəti niyyətin nəticəsidir. Şamuelə bir dəfə də şikayət edilmədi. Onun rəhbərliyinin düzgünlüyü və müdrikliyi hamı tərəfindən etiraf edilirdi, lakin qocalmış peyğəmbər bu cür sözlərə şəxsən ondan narazılıq kimi baxırdı və bunda birbaşa onu əvəz etmək cəhdi görürdü. O, öz hisslərini heç nə ilə büruzə vermədi, bir dənə də irad sözü söyləmədi, lakin dua ilə Allaha müraciət etdi və yalnız Ondan məsləhət istədi.AP 545.2

    Rəbb Şamuelə dedi: “Sənə dedikləri məsələlərlə əlaqədar xalqın hər sözünə qulaq as, çünki rədd etdikləri sən deyilsən, onlar üzərində hökmranlıq etməyim deyə, yalnız Məni rədd edirlər. Onları Misirdən çıxartdığım gündən bu günə qədər yad allahlara qulluq etməklə Məni tərk edirlər. Mənə etdiklərini indi eyni şəkildə sənə edirlər. Sən onların sözlərinə qulaq as, amma açıqca xəbərdarlıq et ki, onlara hökmdarlıq edəcək padşahın hakimiyyəti necə olacaq”. Bu sözlərdə peyğəmbər özünə qarşı belə bir iradı hiss etdi ki, xalqın rəftarını o, özünə aid etmişdir. Onlar ona qarşı deyil, Öz xalqına rəislər təyin edən Allahın hakimiyyətinə qarşı hörmətsizlik göstərmişlər. Allahın sadiq xidmətçisini rədd edən və ona nifrət edənlər nifrəti sadəcə olaraq insana deyil, onu göndərək Hökmdara göstərirlər. Bununla onlar Allahın sözlərini, ifşalarını və məsləhətlərini kiçildir, Onun hakimiyyətini rədd edirlər.AP 546.1

    İsrail daha böyük inkişafa Tanrını öz Hökmdan kimi tanıdığı, Onun təsis etdiyi qanunun və idarəni bütün başqa xalqların qanunlarından üstün tutduğu dövrdə çatmışdı. Musa İsrailə Rəbbin qanunları haqda elan etmişdi: “Onlara diqqətlə riayət edin. Bu, digər xalqlara nə qədər müdrik və aqil olduğunuzu göstərər. Onlar bu qaydaları eşidəndə deyəcəklər ki, bu böyük millət, həqiqətən, müdrik və aqil bir xalqdır!” (Qanunun təkran 4:6). Lakin Allahın Qanunundan kənara çıxaraq ibranilər Allahın onları etmək istədiyi xalq ola bilmədilər, nəticədə isə onların dönüklüyünün və ağılsızlığının nəticəsi olan bütün şəri Allahın idarəsinə aid etdilər. Günah onları bu dərəcədə kor etmişdi.AP 546.2

    Rəbb peyğəmbərlər vasitəsilə demişdi ki, İsraili padşah idarə edəcəkdir, lakin bunun ibranilər üçün idarənin daha yaxşı forması olması haqda və ya Allahın iradəsinə cavab verməsi haqda heç nə deyilməmişdi. Allah xalqa öz iradəsinə uyğun hərəkət etməyə icazə verdi, çünki o, Onun məsləhətlərini rəhbər tutmaqdan imtina etdi. Huşə deyir ki, Allah onlara padşahı qəzəb içərisində vermişdir (bax. Huşə 13:11). İnsanlar Allahın razılığını axtarmadan inadla öz yolları ilə getmək istəyəndə və ya Onun aydın ifadə olunan iradəsinə müqavimət göstərəndə, O, çox vaxt onların istəklərini təmin edir ki, bunun ardınca gələn acı təcrübə onları öz ağılsızlıqlarını dərk etməyə məcbur etsin və öz günahlarından peşman olsunlar. İnsan məğrurluğu və müdrikliyi çox təhlükəli bələdçilərdir. Ürəyin Allahın iradəsinin əksinə istədiyi nəticədə xeyir-dua deyil, lənət olacaqdır.AP 546.3

    Allah istəyirdi ki, Onun xalqı Onda yeganə Qanunvericini və güc Mənbəyini görsün. İbranilər özlərinin Allahdan asılılığını hiss edərək daim Ona can atardılar. Allahın seçilmiş xalqı kimi onlar nəcib, yüksək səviyyəli, Allahın onları çağırdığı yüksək vəzifəyə cavab verən insanlar olmalı idilər. Lakin kimisə padşah seçməklə onlar hökmən öz diqqətlərini Allahdan döndərəcəkdilər. İlahi gücdən çox insanın gücünə arxalanacaqdılar, padşahın azğınlığı isə xalqı günaha batırardı və onu Allahdan uzaqlaşdırardı.AP 547.1

    Şamuelə əmr edildi ki, xalqın tələbini yerinə yetirsin, lakin Allahın narazılığı haqda xəbərdarlıq etsin, həm də bu cür hərəkətlərin nəticələrindən onları xəbərdar etsin. “Şamuel ondan padşah istəyən xalqa Rəbbin bütün sözlərini söylədi”. O, ibranilərin üzərinə qoyulacaq ağır vəzifələri düzgün göstərdi və onların yeni asılı vəziyyətləri ilə indiki nisbətən azad və inkişaf edən vəziyyətləri arasındakı fərqi açdı. O, onlara dedi ki, padşah başqa monarxların təmtəraq və dəbdəbəsini təqlid edərək onlardan çox şey tələb edəcəkdir, - həm qulluq, həm də mülkiyyət. O onların arasından öz əhatəsi üçün ən gözəl gəncləri seçəcək və onları özünün arabaçılarına, döyüş arabalarına və qasidlərinə çevirəcəkdir. Onlar onun ordusuna daxil olmalı olacaqlar, onun tarlasını becərməli, məhsulunu yığmalı və onun döyüşçülərinə sursat hazırlamalı olacaqlar. Onların qızları yemək hazırlamaq və başqa vəzifələrin yerinə yetirilməsi üçün padşah saraylarına götürüləcəklər. Öz sarayını saxlamaq üçün o, Tannnın Özünün onlara verdiyi ən yaxşı torpaqları onların əlindən alacaqdır. O, onların ən yaxşı qulluqçularını və heyvanlarını alacaq və “öz işbrində istifadə edəcəkdir”. Bundan başqa, padşah onlardan sənətlərinin və torpağın məhsullarının bütün gəlirinin onda bir hissəsini tələb edəcəkdir. Peyğəmbər sonda dedi: “Siz onun qulu olacaqsınız. Gün gələcək ki, seçdiyiniz padşahın əlindən fəryad edəcəksiniz, amma o vaxt Rəbb sizə cavab verməyəcək”. Lakin nə vaxtsa monarxiya tərəfindən təşkil olunacaq bu zülm nə qədər ağır olsa da, onlar onu istədikləri vaxt devirə bilməyəcəklər.AP 547.2

    Lakin xalq bütün bunlara cavab olaraq ona dedi: “Yox, mütləq üzərimizdə bir padşah olsun. Başqa millətlərdə olduğu kimi bizə də padşahımız hökmranlıq etsin qabağa düşüb döyüşlərimizə başçılıq etsin”.AP 548.1

    “Başqa millətlərdə olduğu kimi”. İsraillilər başa düşmürdülər ki, onların xüsusi üstünlüyü və xeyir-duası məhz onların başqa xalqlardan fərqlərindədir. Allah onları bütün başqalarından ona görə ayırmışdı ki, onlan Öz seçilmiş xəzinəsi etsin. Lakin onlar bu yüksək şərəfə etinasızlız göstərərək, ehtirasla bütpərəstlərə oxşamaq istəyirdilər! İndi də Allah xalqı adlandırılanların arasında dünyəvi vərdiş və adətlərə uymaq üçün güclü istək yaşayır. insanlar Allahdan uzaqlaşanda onlarda dünyanın şöhrət və üstünlüklərinə xudbin istək yaranır. Məsihçilər daim bu dünyanın ilahisinin önündə səcdə edənlərin adətlərini təqlid etməyə çalışırlar. Çoxları əmindirlər ki, kübar adamlarla yaxın münasibətlər yaradaraq və onların əxlaqlarına uyaraq onlar imansızlara böyük təsir göstərə bilərlər. Lakin belə edənlərin hamısı öz güc Mənbələrindən uzaqlaşırlar. Dünyanın dostu olmaqla onlar Allahın düşmənlərinə çevrilirlər. Dünyəvi şöhrətlər naminə onlar Allahm onlar üçün nəzərdə tutduğu ölçüyəgəlməz dərəcədə yüksək şərəfı - bizi “qaranlıqdan Öz valehedici nuruna” çağıranı vəsf etməyi - qurban verirlər (1 Peter 2:9).AP 548.2

    Şamuel xalqın sözlərini dərin kədərb dinbdi, lakin Rəbb ona dedi: “Onların sözünü eşit və onlara padşah qoy”. Peyğəmbər öz borcunu yerinə yetirdi. O, xəbərdarlığı onlara düzgün izah etdi, lakin o, rədd edildi. O, ağır qəlblə xalqı buraxdı, özü isə bir guşəyə çəkildi ki, idarəçilikdəki böyük dəyişikliyə hazırlaşsın.AP 548.3

    Şamuelin qüsursuz və təmənnasız həyatı kahinlərin və ağsaqqalların mənfəətpərəst xidmətlərinə və iddialı, imansız israil cəmiyyətinə daimi irad idi. O, özünü dəbdəbə ilə əhatə etmirdi və Səma tərəfindən bəyənilən işlərini gözə soxmağa çalışmırdı. O, dünyanın Zəmanətçisi tərəfındən izzətlənmişdi, Onun rəhbərliyi insanları bezdirmişdi, onlar onun itaətkar idarəsini rədd etdilər və onların üzərində hökmranlıq edəcək adama dəyişdilər.AP 548.4

    Biz görürük ki, Şamueldə Məsihin surəti əks olunmuşdur. Xilaskarın həyatının qüsursuzluğu şeytanda kədər doğurmuşdu. Onun həyatı dünya üçün işıq idi və bu işıq insan qəlblərinin gizli qüsurlarını ifşa edirdi. Məsihin həyatının müqəddəsliyi Ona qarşı xəbis ikiüzlülər tərəfindən ən qızğın hücumlar doğurdu. Məsih bu dünyaya zənginliyin və dünyəvi şöhrətin parıltısında gəlməmişdi, lakin Onun işləri şəhadət edirdi ki, O, bütün dünyəvi padşahlardan böyük qüvvəyə malikdir. Yəhudilər gözləyirdilər ki, Məsihi zülmkarların boyunduruğu devirəcəkdir, lakin özləri qanunsuzluq etməkdə davam edirdilər ki, bunun da sayəsində həmin boyunduruq onların boyunlarına geyindirilmiş oldu. Əgər Məsih onların günahlarını gizlətsəydi və onların zahiri möminliklərini mükafatlandırsaydı, onda onlar Onu öz padşahları kimi qəbul edərdilər, lakin onların qüsurlarını Onun qorxmaz ifşa etməsi onlar üçün dözülməz idi. Onlar Onun xarakterinin gözəlliyinə nifrət edirdilər, bu xarakterdə nə qədər xeyirxahlıq, paklıq, müqəddəslik var idi və günahdan başqa heç nəyə nifrət yox idi. Bu, bütün əsrlərdə baş verir. Səmavi işıq onda olmaq istəməyənlərin hamısını ifşa edir. Günaha nifrət edənlərin həyatları ikiüzlülər üçün irad olanda, onlar imanlıları təqib edib əzab vermək üçün şeytanın əlaltılarına çevrilirlər. “Allah yolunda Məsih İsaya bağlı olaraq yaşamaq istəyənlərin hamısı da təqibə məruz qalacaqdır” (2 Timoteyə 3:12). İsraildə hökmdar idarə forması peyğəmbərlikdə söylənsə də, Allah xalq üçün padşah seçmək hüququnu Özündə saxlamışdı. İbranilər Allahın hakimiyyətinə o qədər hörmət edirdilər ki, padşah seçməkdə Ona tamamilə etibar etdilər. Seçki Binyamin soyundan Qiş oğlu Şaulun üzərinə düşdü.AP 549.1

    Gələcək hökmdarın şəxsi ləyaqətləri xalqın şöhrətpərəst istəklərinə tam cavab verirdi. “İsrail övladları arasında ondan yaraşıqlısı yox idi” (1 Şamuel 9:2). Alicənab, ləyaqətlə dolu, çiçəklənən yaşda, uca və gözəl olan Şaul sanki hökmranlıq etmək üçün doğulmuşdu. Lakin zahiri cazibədarlığına baxmayaraq, onda əsl müdrikliyi təşkil edən yüksək keyfiyyətlər yox idi. O, gəncliyində öz coşqun ehtiraslarına hakim olmağı öyrənməmişdi. O, İlahi lütfün yeniləşdirici qüvvəsini özündə heç vaxt hiss etməmişdi.AP 549.2

    Şaul nüfuzlu və zəngin rəisin oğlu idi, lakin o dövrün adətlərinə görə atası ilə birlikdə adi əkinçi əməyi ilə məşğul olurdu. Atasının sürüsündən dağların arasında bir neçə dişi heyvanı itmişdi və Şaul qulluqçu ilə birlikdə onları axtarmağa getdi. Bəhrəsiz axtarışlara üç gün getdi və onlar Şamuelin yaşadığı Ramanın yaxınlığında olanda qulluqçu itmiş heyvanlar haqda peyğəmbərdən soruşmağı təklif etdi. O dedi: “Bax əlimdə dörddə bir şekel gümüş var. Mən onu Allah adamına verərəm, qoy o bizə yolumuzu göstərsin”. Bu, dövrün adətlərinə uyğun idi. İnsan özündən yüksəkdə duran şəxsə müraciət etdikdə, hörmət əlaməti olaraq, ona kiçik hədiyyə təqdim etməli idi.AP 549.3

    Şəhərə yaxınlaşanda onlar suya gedən gənc qızlarla qarşılaşdılar və onlardan peyğəmbəri soruşdular. Onlar cavab verdilər ki, şəhərdə Allaha ibadət olmalıdır və deməli, peyğəmbər artıq buradadır, çünki xalq indi qurbanlar gətirir, sonra isə qurban qonaqlığı olacaqdır. Böyük dəyişiklik Şamuelin idarəsi günlərində baş verdi. Allahın çağırışı birinci dəfə ona çatanda, məbəddə ibadət yox dərəcəsində idi. İnsanlar Rəbbə qurbangətirmələrdən ikrah edirdilər (bax 1 Şəmuel 2:17). Lakin indi Allaha ibadət bütün ölkədə keçirilirdi və xalq dini ibadətə maraq göstərirdi. İbadət səyyar məbəddə keçirilmədiyi üçün, qurbanları kahinlərin və levililərin şəhərlərinə gətirirdilər, xalq tövsiyə üçün onlara müraciət edirdi. Bu şəhərlərdə ən yüksək yerlər adətən qurbangətirmələr üçün nəzərdə tutulurdu, buna görə də onlar “yüksəkliklər” adlandırılırdı.AP 550.1

    Şəhərin qapısı yanında Şaul peyğəmbərin özü tərəfindən qarşılandı. İsrailin seçilmiş padşahının onun yanına gəlməli olacağı vaxtı Allah Şamueb açmışdı. Onlar görüşəndə Rəbb Şamueb dedi: “Bax sənə dediyim bu adam xalqıma hökmranlıq edəcək”.AP 550.2

    Şaul soruşanda: “Rica edirəm, görücünün evinin harada olduğunu mənə göstərəsiniz” - Şamuel cavab verdi: “Görücü mənəm, qarşımca səcdəgaha qalx”. İtmiş heyvanların tapıldığına əmin edərək, peyğəmbər Şaulu qonaqlıqda qalmağa dəvət etdi və elə həmin vaxtda onu gözləyən böyük gələcək haqda ona eyham vurdu: “Bütün İsrail nəyin həsrətindədir? Bu sənə və ata nəslinə aid deyilmi?” Şaulun qəlbi peyğəmbərin sözbrindən titrədi. O, bu sözlərdə vacib peyğəmbər xəbərinin olduğunu hiss etməyə bilməzdi, çünki kimisə İsrail taxtına qaldırmaq təbbi bütün insanların dilindən düşmürdü. O, byaqətli təvazökarlıqla cavab verdi: “Mən İsrail qəbilələrinin ən kiçiyi olan Binyamindən deyiləmmi? Nəslim isə Binyamin qəbiləsinin nəsillərinin ən kiçiyi deyilmi? Axı nə üçün mənə belə söz söyləyirsiniz?” Şamuel onu şəhərin adlı-sanlı ərlərinin toplaşdığı yerə ötürdü. Peyğəmbərin tapşırığı ilə Şaula onların arasında ən hörmətli yer ayrıldı və naharda ona ən yaxşı yeməklər verdilər. İbadət qurtaranda Şamuel qonağı yanına çağırdı və öz evinin damında onunla söhbət edib, İsrailin idarəsinin əsaslandığı böyük prinsiplər haqqında danışdı, beləliklə onu müəyyən dərəcədə yüksək təyinata hazırlamağa çalışdı. O biri gün səhər Şaul yola düşəndə, peyğəmbər onunla getdi. Şəhərdən çıxanda o, qulluqçunu irəli göndərdi, Allahın sözünü Şaula demək üçün ona dayanmağı əmr etdi; “Şamuel bir qab zeytun yağı götürüb Şaulun başına tökdü və onu öpərək dedi: “Rəbb səni Öz irsi olan İsrail üzərində başçı olmaq üçün məhs etdi, elə deyilmi?”. Bunun Allahın hakimiyyəti tərəfindən edilməsinə sübut olaraq, peyğəmbər evə getdiyi yolda Şaulla nə baş verəcəyinin hamısını qabaqcadan dedi və onu əmin etdi ki, onu gözləyən taxt-taca o, Allah Ruhu tərəfindən məsh ediləcəkdir. “Onda Rəbbin Ruhu üzərinə qüvvə ilə enəcək - peyğəmbər dedi, - və sən də onlarla birgə peyğəmbərlik edəcəksən və dönüb tamam başqa bir adam olacaqsan. Bu əlamətlər səndə baş verəndə vəziyyətə uyğun hərəkət et, çünki Allah səninlədir”.AP 550.3

    Şaul öz yoluna düşdü və hər şey peyğəmbərin dediyi kimi oldu. Binyamin soyunun hüdudlarının sərhəddində ona dedilər ki, itmiş heyvanlar tapılmışlar. Tavor düzənliyində o, Beyt-Elə səcdəyə gedən üç kişi ilə rastlaşdı. Onlardan biri qurban gətirmək üçün üç çəpiş, başqası üç çörək, üçüncüsü isə bayram naharı üçün şərab dolu qab aparırdı. Onlar Şaulu adi sözlərlə salamladılar və ona iki çörək verdilər. Onun şəhəri Giveat-Elohimdə o, “yüksəklik”dən qayıdan peyğəmbərlər qrupu ilə rastlaşdı, onlar çəng, dəf, ney və rübab sədaları altında Allahı vəsf edərək oxuyurdular. Şaul onlara yaxınlaşanda Allah Ruhu onun üzərinə endi və o, oxuyanlara qoşuldu və onlarla birlikdə peyğəmbərlik etdi. O, elə iti və ağıllı danışırdı, ibadətdə elə coşqun iştirak edirdi ki, onu tanıyanlar heyrətlə nida edirdilər: “Qişin oğluna nə olub? Məgər Şaul da peyğəmbərlərin sırasındadır?”AP 551.1

    Şaul peyğəmbərlərlə birlikdə ibadətdə iştirak edəndə, Müqəddəs Ruhun təsiri altında onda böyük dəyişiklik baş verdi. Cismani ürəyin qaranlığında İlahi paklığın və müqəddəsliyin nuru parladı. O, özünü Allahın önündə olduğu kimi gördü. O, müqəddəsliyin gözəlliyini gördü. İndi o, günahla və şeytanla mübarizəyə girişməyə çağırılmışdı və dərk etməyə başlamışdı ki, bu mübarizədə yalnız Allahın qüvvəsinə güvənə bilər. Ona qeyri-aydın və başadüşülməz görünən xilas plam onun idrakına açıldı. Allah yüksək vəzifə üçün ona müdriklik və cəsarət bəxş etdi, güc və lütf mənbəyini ona açdı, İlahi tələblər və onun şəxsi məsuliyyəti haqda onu ziyalandırdı.AP 551.2

    Xalq bilmirdi ki, Şaul padşahlığa məsh edilmişdir. Allahın seçkisi insanların önündə püşk yolu ilə açılmalı idi. Bu məqsədlə Şamuel xalqı Mispaya çağırdı. Allahın rəhbərliyi üçün dua söyləndi və sonra təntənəli püşkatma mərasimi keçirildi. Toplaşan insanlar sükutla nəticəni gözləyirdilər. Soy, qəbilə, ailə göstərildi, sonra isə püşk Qiş oğlu Şaula düşdü. Lakin o, toplaşanların arasında görünmədi. Onun üzərinə qoymağa hazırlaşdıqları böyük məsuliyyətin təsirindən özünü itirərək, o, hiss olunmadan aradan çıxmışdı. Lakin onu geri, yığıncağa gətirdilər və bütün xalq qürur və razılıqla onun şahanə boy -buxununa, nəcib görünüşünə baxdı, çünki “bütün xalq onun çiyinlərindən hündür deyildi”. Hətta Şamuel onu yığıncağa təqdim edərək nida etdi: “Görürsünüzmü Rəbb kimi seçmişdi? Bütün xalqda onun tayı yoxdur”. Cavabında çoxsaylı xalqın dodaqlarından sevinc qışqınğı gəldi: “Yaşasın padşah!”AP 552.1

    Onda Şamuel xalqın önündə “padşahlığın hüquqlarını” açaraq, xalqa padşah idarəsinin əsaslandığı prinsipləri və onların rəhbər tutmalı olacaqları prinsipləri izah etdi. Padşah mütləq monarx deyildi - onun hakimiyyəti Ulu Tanrının idarəsi ilə məhdudlanırdı. Bu müraciəti kitaba yazdılar və padşahın, xalqın hüquqlarını və onun imtiyazlarını şərh etdilər. Xalq Şamuelin xəbərdarlıqlarını rədd etsə də, lakin insanların arzusuna güzəştə getməyə məcbur olan sadiq peyğəmbər yenə də mümkün qədər onların azadlıqlarına hədd qoymağa çalışırdı. Demək olar ki, hamının Şaulu öz padşahları kimi tanımağa hazır olduqları vaxt elələri də tapıldı ki, padşahın ən böyük və qüdrətli olan Yəhuda və ya Efrayim soyundan deyil, Binyamin kimi kiçik soydan seçilməsi heç xoşlarına gəlmədi. Çoxları bunu təhqir hesab etdilər və bununla banşa bilmədilər. Onlar Saula öz sədaqətlərini göstərməkdən imtina etdibr və adətə görə ona bəxş etməli olduqları hədiyyələri vermədilər. Padşah istədikləri haqda əvvəllər məhz hamıdan çox qışqıranlar indi Allah tərəfindən təyin olunan adamı minnətdarlıqla qəbul etməkdən imtina edirdilər. Hər bir qrupun tərəfdarları öz seçdiklərini taxt-taca qaldırmaq istəyirdilər, bəzi rəislər isə bu şöhrəti özləri üçün arzulayırdılar. Bir çox qəlblərdən paxıllıq və qısqanclıq alovlandı. Məğrurluğun və xudbinliyin diqtə etdiyi əməllər hiddət və məyusluq gətirdi.AP 552.2

    Belə bir vəziyyətdə Şaul padşahlığa başlamaq qərarına gələ bilmirdi. Şamueli əvvəlki kimi idarə etməyə qoyaraq o, Giveyaya qayıtdı. Sadiq adamlar onu hörmətlə müşayiət etdilər, onlar Şaulu Allahın seçdiyi kimi tanıdılar və onu dəstəkləməyi qərara aldılar. Lakin, o özünün taxt-taca olan hüququnu güc vasitəsilə saxlamağa heç bir cəhd göstərmədi. Öz evində, Binyamin torpağının yüksəkliklərində o, sakitcə əkinçiliklə məşğul oldu və öz hökmdarlığının bərpa olunmasını bütünlüklə Allaha etibar etdi.AP 553.1

    Şaulun padşah seçilməsindən tezliklə sonra ammonlular padşah Naxaşın başçılığı altında İordanın şərq tərəfində yaşayan soylara hücum etdilər və Gileadın Yaveş şəhərini mühasirə etdilər. Bu şəhərin sakinləri onlarla sülh müqaviləsi bağlamağa çalışdılar və bac verməyi vəd etdilər. Qəddar padşah bu təklifi qəbul etmədi, lakin öz şərtini qoydu: hər birinin sağ gözü çıxarılsın ki, onlar onun qüdrətinin dəyişilməz şəhadəti olsunlar.AP 553.2

    Mühasirəyə alınmış şəhərin sakinləri fikirləşmək üçün yeddi gün möhbt istədilər. Ammonlular razılaşdılar, bu yolla gözbnilən qələbənin təntənəsini gücləndirməyi düşündübr. Bu arada kömək istəmək üçün dərhal Yaveş İordanın qərb tərəfində yaşayan soylara adamlar göndərildi. Onlar bu xəbərləri Giveaya çatdırmaqla hamını dəhşətə gətirdilər. Şaul bütün günü öz öküzləri ib işlədiyi tarladan axşam qayıdanda uca fəryad eşitdi ki, bu, hansısa böyük bədbəxtlikdən xəbər verirdi. O soruşdu: “Xalqa nə olub ki, ağlayır?” Sülh müqaviləsinin təhqiranə şərtlərini ona çatdıranda, indiyədək onda yatan qüvvəbr oyandılar və “Allahm Ruhu Şaulun üstünə qüvvə ilə endi... O, bir cüt öküzü götürüb parça-parça doğradı və onları qasidlərin əli ilə bütün İsrail ərazisinə göndərib dedi: ” Kim Şaulun və Şamuelin ardınca getməsə, bax öküzləri bu kökə salınacaq”.AP 553.3

    Şaulun əmri ilə Bezeq dərəsinə üç yüz otuz min nəfər toplaşdı. Mühasirə olunan şəhərə dərhal qasidlər göndərilib xəbər verildi ki, kömək səhərə yaxın çatacaqdır, məhz həmin gün də şəhərlilər ammonluların kölələri olmalı idilər. Şaul sürətlə hərəkət edərək gecə öz ordusu ilə İordanı keçdi və Yaveşə “çox erkən” çatdı. Gideon kimi o da adamları üç dəstəyə ayırdı və səhər tezdən, düşmən düşərgəsində təhlükəni gözbmədikləri vaxt ammonlulara hücum etdi. Özünü itirmiş düşmən tamamilə darmadağın edildi. “Qalanları isə elə dağıldılar ki, onlardan iki nəfər bir yerdə qalmadi”.AP 553.4

    Şaulun fərasəti və cəsarəti, həm də belə çoxsaylı düşmənlə uğurlu vuruşmada görünən döyüş məharəti, başqa xalqlarla qalibiyyətli müharibələr aparmaq üçün israillilərin öz padşahlarında görmək istədikləri elə həmin ləyaqətlər idi. İndi onlar onu öz padşahları kimi alqışlayırdılar, qələbənin təntənəsini insan bacarığına aid edirdilər və unudurdular ki, xüsusi İlahi xeyir-dua olmadan onların bütün səyləri əbəs olardı. Bəzi adamlar qətiyyətlə təklif edirdilər ki, Şaulun hakimiyyətini tanımaqdan əvvəlcə imtina edənlər öldürülsünlər. Lakin buna mane olaraq, padşah dedi: “Bu gün heç kim öldürülməməlidir, çünki bu gün Rəbb İsraili xilas etmişdir”. Bu sözlər onun xarakterindəki dəyişikliyə şəhadət edirdi. Şöhrəti özünə aid etmək əvəzinə o, Allahı şöhrətləndirdi. Qisas ruhu göstərmək əvəzinə o, mərhəmət və əfv göstərdi. Bu səhvsiz olaraq sübut edir ki, Allahın lütfü qəlbdədir.AP 554.1

    Sonra Şamuel Şaulun padşahlığım hamılıqla möhkəmlətmək üçün Qilqalda xalq yığıncağı çağırmağı təklif etdi. Beb də etdibr, “Orada -Qilqalda Şaulu Rəbbin önündə padşah olaraq qəbul etdibr və sonra Rəbbin önündə ünsiyyət qurbanlan kəsdilər. Bütün İsraillibr Şaulla birgə böyük bayram etdibr”.AP 554.2

    Qilqal israilin əhd torpağında birinci dəfə düşərgə saldığı yer idi. İlahi göstərişə uyğun olaraq, burada Yeşua iordandan möcüzəli şəkildə keçməyin xatirəsinə on iki daşdan ibarət sütun ucaltmışdı. Sünnət mərasimi burada bərpa olunmuşdu. Burada xalq Qadeşdə günaha batandan və səhrada sərgərdanlıq edəndən sonra birinci dəfə Pasxanı bayram etmişdi. Mannanın göydən tökülməsi burada dayanmışdı. Rəbb ordusunun Hökmdarı burada Özünü İsrail qoşunlarının Sərkərdəsi kimi açmışdı. Yerixonun və Aym alınmasına onlar buradan yola düşmüşdülər. Akan öz layiqli cəzasını burada çəkmişdi və məsləhət üçün Allaha müraciət etməyən İsrailin cəzası olan Giveonlularla ittifaq də məhz burada bağlanmışdı. İndi də xalqın bu qədər həyəcanlı xatirələri ilə bağlı olan bu düzənlikdə Şamuel və Şaul dayanmışdı. Padşaha alqış sədaları sakitləşəndə israillilərin hakimi olmuş qoca peyğəmbər vida sözləri ilə xalqa müraciət etdi.AP 554.3

    Şamuel İsraillilərin hamısına dedi: “Baxın, mən dediklərinizə axıradək qulaq asaraq üzərinizə bir padşah təyin etdim. İndi qarşınızda padşah gedir, mən isə qocalmışım, saçlarım ağanb... Mən də gəncliyimdən bu günə qədər sizin qarşınızda getmişəm. Budur, qarşınızdayam, hansınızın öküzünü almışam? Kimi aldatmışam, kimi incitmişəm və yaxud kimdən rüşvət alıb haqsız əməlinə göz yummuşam? Rəbbin və Onun məsh etdiyinin qarşısında mənə qarşı şəhadət edin ki, haqqınızı ödəyim”.AP 554.4

    Bütün xalq bir səslə cavab verdi: “Sən bizi heç vaxt aldatmamısan, incitməmisən, heç kimin əlindən də heç nə almamısan”.AP 555.1

    Bu suallarla Şamuel yalnız öz davramşına haqq qazandırmaq istəmirdi. Bu ərəfədə o artıq xalqa padşahın və insanların rəhbər tutmalı olduqları prinsipləri izah etmişdi, lakin indi xalqa xidmətdə şəxsi nümunəsi ilə öz sözlərinə xüsusi çəki vermək istəyirdi. O, uşaqlıqdan Allah zəmisində çalışmışdı və bütün uzun ömrü boyunca onun qarşısında bir məqsəd durmuşdu - Allahın izzətləndirilməsi və İsrailin yüksək rifahı.AP 555.2

    İsrail yalnız tövbə etdikdən sonra öz xoş güzəranına ümid edə bilərdi. İbranilər qanunsuzluq nəticəsində Allaha imanı və onları idarə etməkdə Onun müdrikliyini və qüdrətini qiymətləndirmək bacarığını itirmişdilər. Əsl rahatlıq tapmazdan əvvəl, onlar etdikləri günahı etiraf etməli və tövbə etməli idilər. Onlara nə üçün padşah lazım olmasının səbəbini onlar belə izah edirdilər: “Padşahımız bizi mühakimə edəcək, önümüzdə gedəcək və müharibələrimizi aparacaqdır”. Şamuel Allahın onları Misirdən çıxardığı gündən başlayaraq İsrailin bütün tarixini xatırladı. Padşahlar Padşahı Tanrı onların önündə gedirdi və onlann döyüşlərinə rəhbərlik edirdi. Azğınlıqlar çox vaxt onları düşmənlərin əlinə verirdi, lakin onlar öz şər yollarını tərk edən kimi, İlahi mərhəmət onlara təhlükədən qurtaran bir şəxs verdi. Rəbb Yerub-Baalı, Bedanı, İftahı və Şamueli göndərdi və “sizi ətrafınızdakı düşmənlərin əlindən qurtardı və əmin-amanlıqda yaşadınız”. Lakin indi də, onları təhlükə hədələdiyi zaman, onlar peyğəmbərin “Allahınız Rəbb - Padşahınızdır” sözlərinə belə cavab verdilər: “Qoy bizim üzərimizdə padşah hökmranlıq etsin”.AP 555.3

    “İndi isə dayanın, - Şamuel davam etdi, - Rəbbin gözünüz önündə edəcəyi bu böyük hadisəni görün. Bu gün buğda biçimi deyilmi? Göy gurultusu və yağış göndərsin deyə Rəbbi çağıracağam, özünüz üçün padşah istəməklə etdiyiniz pisliyin Rəbbin gözündə nə qədər böyük olduğunu dark edib görəcəksiniz”. Şamuel Rəbbi çağırdı və Rəbb o gün göy gurladıb yağış yağdırdı”. Mayda və iyunda taxıl biçini zamanı şərqdə heç vaxt yağış yağmır. Səma buludsuz, hava təmiz və yumşaq olur. İndi insanlar təqsirkar olduqları günahlarını itaətlə etiraf etdilər. “Qulların üçün Allahın Rəbbə yalvar ki, ölməyək, çünki bütün günahlarımızın üzərinə özümüzə padşah istəmək təqsirini də əlavə etdik”.AP 555.4

    Şamuel xalqı məyusluq içərisində saxlamadı, çünki bu, ibranilər üçün öz həyatlarını düzəltməyə məneə olardı. Onda şeytan onlara bu fikri təlqin edərdi ki, Allah amansızdır, O, bağışlamağı bacarmır və beləliklə, onları bir çox yanılmalara aparardı. Allah rəhimlidir və bağışlamağa hazırdır. Onun sözünə itaət edəndə, Öz övladlarına O, həmişə mərhəmət göstərmək istəyir. “Qorxmayın, - Allah peyğəmbər vasitəsilə dedi, - bu pisliyi həqiqətən siz etmisiniz, lakin Rəbbin yolundan dönməyin, bütün qəlbinizlə yalnız Rəbbə qulluq edin. Dönməyin, çünki o zaman boş bütlərin ardınca getmiş olacaqsınız, o bütlər ki fayda verməzlər və xilas etməzbr, çünki puçdurlar. Amma Rəbb xalqını Öz böyük ismi naminə atmayacaq, ona görə ki, sizi Öz xalqı etmək Rəbbin xoşuna gəlmişdi”.AP 556.1

    Şamuel ibranilərin ona göstərdikləri etinasızlığı xatırlatmadı. Bütün ömrü boyu etdiyi xidmətin mükafatı olaraq İsrailin göstərdiyi naşükürlüyə görə o, bir dənə də irad sözü demədi, lakin hamını öz sadiqliyinə əmin etdi. “Mənə gəlincə, sizin üçün yalvarmağı dayandırmaqla Rəbbə qarşı günah etmək qoy məndən uzaq olsun. Mən sizə xeyirli və haqq yolunu öyrədəcəyəm. Ancaq Rəbdən qorxun, Ona sədaqətlə, bütün qəlbinizlə xidmət edin. Görün sizin üçün necə əzəmətli işlər görüb. Əgər pislik etməkdə davam etsəniz, həm də padşahınız məhv olacaq”.AP 556.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents