Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Ağsaqqallar və Peyğəmbərlər

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    5-ci fəsil
    QABİLİN VƏ HABİLİN SINANMASI

    (Bu fəsil Yaradılış Kitabının 4-cü fəslinin 1-15-ci fəsillərinə əsaslanır)

    Adəmin oğulları Qabil və Habil bir-birlərindən çox fərqlənirdilər. Habil, Allaha sadiq idi, o, Yaradanın günaha batmış nəslə ədalətli və rəhmdil münasibətini görürdü və bağışlanma ümidini şükranlıqla qəbul etdi. Lakin Qabilin qəlbində Allaha qarşı üsyan yetişirdi və Adəmin günahına görə Onun bütün yeri və bəşəriyyəti lənətləməsi üçün narazılıq şikayəti susmurdu. Özünü yüksəltmək həsrətinə uyaraq və İlahi ədaləti, Allah nüfuzunu şübhəyə məruz qoyaraq o öz qəlbini o yola yönəltdi ki, iblisi günaha batmağa gətirmişdi.AP 44.1

    Əvvəl Adəm sınağa çəkildiyi kimi, indi də hər iki qardaşın Allah Sözünə inamı və itaəti sınandı. Onlar insanın bağışlanması planı haqqında bilirdilər və Allah tərəfindən təyin edilən qurban gətirmə sistemi onlara aydın idi. Onlar bilirdilər ki, bu qurbanlar onların Xilaskara inamının izhandır, qurban Onun timsalıdır və eyni zamanda onlann şəxsi bağışlanmasınm bütünlüklə Ondan asılı olmasmın etirafıdır. Qardaşlar həm də bilirdilər ki, İlahi əfv planı ilə hərəkət etməklə onlar Allah iradəsinə öz itaətlərini sübut edirlər. Qan tökülmədən günahlar bağışlana bilməzdi. Buna görə də sürüdə ilk doğulan quzuları qurban gətirməklə onlar Məsihin qanının vəd olunmuş barışıq olduğuna öz inamlarını izhar edirdilər. Onlar həm də torpağın ilk bəhrələrini Allaha şükranlıq qurbanı kimi gətirməli idilər.AP 44.2

    Hər iki qardaş eyni qurbangahlar tikdilər və onlardan hər biri qurban gətirdi. Habil Allahın tələbinə uyğun olaraq sürüdən qurban gətirdi. “Habil isə sürüsündə ilk doğulan heyvanlardan bir neçəsini və onlann piyini təqdim etdi. Rəbb Habili və onun təqdimini qəbul etdi” (Yar.4:4). Göydən od düşdü və qurbanı uddu. Lakin Qabil, Allahın bu hökmünə etinasızlıq göstərərək, qurban olaraq yalnız torpağın məhsullannı gətirdi. Göydən qurbanın qəbul edilməsinə dəlalət edən heç bir əlamət göndərilmədi. Habil qardaşına yalvardı ki, Allahın tələbinə tabe olsun, lakin onun xahişləri Qabili daha da qəzəbləndirdi. Bir böyük qardaş kimi öz üstünlüyünü hiss edərək, Qabil Habilin məsləhətlərini rədd etdi.AP 44.3

    Qabil, Allah qarşısına şikayət, əhd olunmuş qurbana və onun gətirilməsinin vacibliyinə inamsızlıq dolu ürəklə gəldi. Onun töhvəsi günah üçün heç bir peşmançılıq ifadə etmirdi. Bizim bir çox müasirlərimiz kimi o hesab edirdi ki, İlahi yazıları dəqiqliklə yerinə yetirmək zəiflik əlamətidir və öz xilasını bütünlüklə Xilaskarın əfv əhdinə etibar edə bilmədi. O qərara gəldi ki, müstəqil hərəkət etsin və Allah qarşısına öz xüsusi xidmətləri ilə gəlsin. O, quzu gətirmədi və öz gətirdiklərini onun qanına bulamadı, ancaq özünün becərdiyi məhsullan, öz zəhmətinin nəticələrini gətirdi. O öz qurbanını gətirdi və Allaha minnət qoyaraq İlahi razılığı almağa ümid edirdi. Qabil itaətlə qurbangah tikdi, qurban gətirdi, lakin onun itaəti tam deyildi. O, ən əsas şeyə - özünün Bağışlayana ehtiyacı olduğunu etiraf etməyə etinasızlıq göstərdi.AP 45.1

    Hər iki qardaş bir ailədə doğulmuşdular və eyni dini tərbiyə almışdılar, hər ikisi günahkar idilər və dərk edirdilər ki, Allahın tələblərini yerinə yetirmək, Ona tabe olmaq və Ona sitayiş etmək vacibdir. İlk baxışdan elə görünürdü ki, qardaşlar Allaha da eynilə inanırlar, əslində isə onların arasında böyük fərq var idi.AP 45.2

    “Habil, iman vasitəsilə Allaha Qabildən daha yaxşı qurban gətirdi” (İbranilərə 11:4). Habil bağışlanmanın böyük prinsiplərini başa düşdü; o özünün günahkar olduğunu dark etdi, günahı və cinayət üçün öldürücü cəzanı onun canı ilə Allah arasında duran maneə kimi gördü. O, qurbanlıq heyvanı həyatdan məhrum etməklə və onu qurban gətirməklə, pozulmuş qanunun tələblərini tanıdı. Qan tökməklə o, gələcək qurbana - Qolqota çarmıxında ölən Məsihə - nəzər yetirdi və yerinə yetməli olan banşığa inanmaqla özünün saleh olmasının və onun qurbanının qəbul edilməsinin təsdiqini aldı.AP 45.3

    Qabiliin də Habil kimi həqiqətləri dərk etməyə və onları qəbul etməyə bu cür imkanları var idi. O, qabaqcadan müəyyən edilmiş hadisələrin qurbanı deyildi. Qardaşlardan birini Rəbbin qabaqcadan saleh, digərini isə rədd edilmiş məyin etməsini hesab etmək düz deyildir. Habil iman və itaəti, Qabil isə inamsızlıq və qəzəbi seçdi. İşin bütün mahiyyəti də bundadır.AP 46.1

    Qabilin və Habilin simasında dünyanın axırına qədər mövcud olacaq insanların iki qrupu təmsil olunur. Bir qrup insanlar bağışlanmanı günah üçün qurban vasitəsib alırlar; digərləri öz güclərinə güvənməyi üstün tütürlar, onların qurbanının İlahi vasitəçiliyə ehtiyacı yoxdur və o, insanları Allahla barışdıra bilməz. Bizim cinayətlərimiz yalnız İsanın xidmətləri sayəsində bağışlana bilər. Məsihin qanına ehtiyac hiss etməyənlər, İlahi mərhəmət olmadan Rəbbin razılığını qazanmağa ümid edənlər Qabilin etdiyi həmin səhvi edirdibr. Təmizləyici qanı qəbul etmədən insanlar məhkumiyyət altındadırlar. Çünki günahın lənətindən azad ola bilmək üçün başqa yol yoxdur.AP 46.2

    Dünyadakı itaətçilərin böyük hissəsi Qabilin nümunəsi ib gedirbr, demək olar ki hər bir yalançı din həmin bu prinsipə əsaslanır -insanın xilası onun şəxsi xidmətbrindən asılıdır. Bəziləri təsdiq edirlər ki, bəşəriyyətin bağışlanmaya deyil, inkişafa ehtiyacı vardı, insanlar xüsusi səyləri ilə öz təbiətlərini aliləşdirə, yüksəldə və dəyişdirə bibrlər. Qurbanın qanından məhrum olan təqdimlə Allahın mərhəmətini əldə etməyə ümid edən Qabil kimi, bu adamlar Allahla barışıqdan asılı olmadan bəşəriyyəti İlahi səviyyəyə yüksəltməyə ümid edirbr. Lakin Qabilin hekayəsi dəlalət edir ki, bu nəyə gətirib çıxarır. Bu onu təsdiq edir ki, insan Məsihsiz nə ola bibr. Bəşəriyyət özünü dirçəltməkdə acizdir, çünki o, İlahi yüksəkliyə deyil, şeytani alçaqlığa yönəlmişdir. Məsih - bizim yeganə ümidimizdir. “Çünki səma altında olan insanlara verilmiş başqa bir ad yoxdur ki, onunla xilas ola bibk”. “Və başqa heç kimdə xilas yoxdur” (Həvarilər 4:12).AP 46.3

    Bütünlükb Məsihə arxalanan əsl iman özünü Allahın bütün təbblərinə itaətdə göstərir. Adəmin günlərindən ta müasir dövrə qədər Allah Qanununa itaət böyük mübarizənin səbəbi olmuşdur. Bütün dövrlərdə Allahın əmrlərinə etinasızlıq etməklə bərabər Onun mərhəmətinə haqları olduqlarını iddia edənlər olmuşdur. Lakin Yazıda deyilir ki, “iman işlərlə kamilliyə çatmışdır” və iman “əməllərsiz özü-özlüyündə ölüdür” (Yaqub 2:22,17). “Kim deyirsə ki, onu tanıyıram, amma Onun əmrlərinə riayət etmirsə, o, yalançıdır və onda həqiqət yoxdur” (1 Yəhya 2:4).AP 46.4

    Qabil görəndə ki, onun qurbanı rədd edilmişdir, o, Allaha və Habilə qəzəbləndi; Allaha ona görə qəzəbləndi ki, Rəbb tərəfındən müəyyən edilmiş qurban əvəzinə insan tərəfındən təklif olunan qurban qəbul edilməmişdir, qardaşına ona görə qəzəbləndi ki, onun Allaha qarşı üsyanına tərəfdar çıxmaq əvəzinə, Allaha itaət etmişdir. Qabilin Allah hökmünə etinasız münasibətinə baxmayaraq, Allah ondan üz döndərmədi. O qədər güzəştə getdi ki, dərrakəsizlik göstərən insani dərrakəyə çağırmağa cəhd etdi. Rəbb, Qabilə dedi: “Niyə qəzəblənmisən? Niyə qaş-qabağını sallamısan?” Rəbb İlahi mücdəçi vasitəsilə ona xəbərdarlıq göndərdi: “Əgər yaxşı iş görürsənsə, Mənə məqbul olmazdımı? Əgər yaxşı iş görmürsənsə, günah qapının ağzında durub. İndi Qabilin üzərinə düzgün seçki məsuliyyəti düşürdü. Əgər o vəd olunmuş Xilaskarın xidmətlərinə etibar edərsə və Allah tələblərinə itaət edərsə, onda Onun mərhəmətinə malik olacaqdır. Lakin əgər o öz inamsızlığında və azğınlığında inadkarlıq göstərərsə, onda şikayət etməyə əsas yoxdur ki, Rəbb onu rədd etmişdir.AP 47.1

    Lakin öz günahını etiraf etmək əvəzinə, Qabil Rəbbi ədalətsiz hesab etməkdə davam edirdi, Habilə paxıllıq və nifrət hissi keçirərək qəzəblənirdi. O acıqla öz qardaşına irad tutaraq onu Rəbbin işlərinə qarşı getməyə sövq edirdi. Habil həlimliklə, lakin möhkəm və cəsarətlə Allahın ədalətliliyini və mərhəmətini müdafıə edirdi. O, Qabilə onun yanıldığını göstərirdi və inandırmağa çalışırdı ki, narazılığın səbəbi onun özündə gizlənmişdir. Bəlkə belə olmalıdır: Habil ona dedi ki, onların valideynləri günah edərək ölümə layiq olsalar da, Allah onlara rəhm etdi. Habil Qabili Allahm onlara olan Məhəbbətinə inandırırdı, çünki əks halda O Öz məsum günahsız Oğlunu iztirablara verməzdi, Onu onların layiq olduqları cəzaya məruz qoymazdı. Lakin bunlar hamısı Qabilin qəzəbini yalnız daha da güclü alovlandırırdı. Şüuru və vicdanı ona deyirdi ki, Habil haqlıdır, lakin o ona görə qəzəblənirdi ki, indiyə qədər həmişə hər şeydə onunla razılaşan indi ona zidd getməyə cəsarət edir və ona tərəfdar çıxmırdı. Qəzəbinin həddini aşdığı anda Qabil öz qardaşım öldürdü.AP 47.2

    Qabilin öz qardaşma nifrət etməsinə və onu öldürməsinə səbəb o deyildi ki, Habil nəsə bir pis iş görmüşdü, ancaq o idi ki, “onun əməlləri pis, qardaşının əməlləri isə saleh idi” (1 Yəhya 3:12). Beləcə də bütün dövrlərdə qanunsuzlar onlardan yaxşı olanlara nifrət etmişlər. Habilin itaət və möhkəm imanla dolu olan həyatı Qabil üçün əbədi irad idi. “Hər pislik edən, nura nifrət edər və əməlləri aşkara çıxmasın deyə nura doğru getməz” (Yəhya 3:20). Allahın sadiq qullarında əks olunan səmavi işıq nə qədər parlaq nur saçırsa, yolunu azanların günahları bir o qədər aydın görsənir və onlar öz rahatlıqlarını pozanları bir o qədər qətiyyətlə məhv etməyə çalışırlar.AP 48.1

    Habilin öldürülməsində Allahın dediyi düşmənçilik birinci dəfə özünü göstərdi; Allah demişdi ki, bu düşmənçilik ilanla qadının toxumu arasında, şeytan və onunla əlbir olanlarla Məsih və Onun ardıcılları arasında mövcud olacaqdır. İnsanın günaha batması insanları şeytanın hakimiyyətinə verdi, lakin onlar Məsihdə olanda şeytanın əsarətini devirmək qüdrətinə malik olacaqlar. Hər dəfə qəlb Allah Quzusuna imanla günaha xidməti tərgidəndə, şeytanın qəzəbi alovlanır. Habilin müqəddəs həyatı insanın Allah Qanununa riayət edə bilməsinin qeyri-mümkünlüyü haqqında şeytanın təsdiqləmələrini inkar etdi. İblis tərəfındən təhrik edilən Qabil görəndə ki, Habil artıq ondan asılı deyildir, o elə qəzəbləndi ki, qardaşını həyatdan məhrum etdi. Allah Qanunun ədalətliliyinə şəhadət edənlər harada olsalar da, onlara qarşı həmin ruh mübarizəyə qalxır. Bu ruh bütün əsrlər boyunca Məsihin ardıcıllarının yandıqları tonqalları qızışdırır. Şeytan və onun mələkləri İsanın davamçılarını amansın təqiblərə məruz qoyurlar, çünki o onları özünə tabe edə bilmir. Bu artıq məğlub edilmiş düşmənin qəzəbidir. İsanın bütün əzabkeşləri qalib olaraq ölmüşlər. Peyğəmbərin sözlərin görə, “iblis və şeytan adlanan böyük əjdaha... onlar ona Quzunun qanı vasitəsilə və şəhadət etdikləri təbliğ ilə qalib gəldilər və öz canlarını elə sevmədilər ki, ölümdən çəkinsinlər” (Vəhy 12:9-11).AP 48.2

    Qatil Qabil tezliklə öz cinayəti üçün cavab verməli oldu. “Rəbb Qabildən soruşdu: “Qardaşın Habil haradadır? O dedi: “Bilmirəm, məgər mən qardaşımın keşikçisiyəm?” Qabil günaha o qədər batmışdı ki, Allahın daimi hüzurunu, Onun əzəmətini və hər şeyi görməsini hiss etmək qabiliyyəti itirmişdi, yalana əl atdı ki, öz cinayətini gizlətsin.AP 48.3

    Rəbb yenidən Qabilə dedi: “Sən nə etdin? Qardaşının qanının səsi torpaqdan Mənə fəryad edir”. Allah ona öz günahını etiraf etmək imkanı vermişdi. Qabilin cavab üçün kifayət qədər vaxtı var idi. O etdiyi bəd əməlin və onu gizlətmək üçün əl atdığı yalanın iyrəncliyini dark edirdi, lakin bütün bunlara baxmayaraq o inad göstərməkdə davam edirdi və tezliklə hökm çıxanldı. Əvvəlcə xahiş edən və nəsihət verən İlahi səs qəzəbli sözləri dedi: “Buna görə də bu torpaqda lənət olmusan; o torpaq ki sənin əlində tökülən qardaş qanını udmaq üçün ağzını açdı. Torpağı becərdiyin zaman o daha gücünü sənə verməyəcək. Yer üzündə qaçaq və sərgərdən olacaqsan”.AP 49.1

    Baxmayaraq ki, Qabil etdiyi cinayət üçün ölümə layiq idi, canıyanan Yaradan ona rəhm etdi və ona peşman olmaq imkanı verdi. Lakin Qabil öz qəlbini yalnız daha da qəddarlaşdırdı, İlahi hakimiyyətə qarşı üsyana təhrik etməklə o, dikbaşların və düşkün günahkarların əcdadı oldu. Şeytan tərəfındən idarə olunan bu dönük başqalarını da yoldan çıxarırdı. Onun nümunəsi və təsiri o qədər güclü pozucu fəaliyyət göstərirdi ki, yer zorakılıq altında qərq olaraq məhv haqqında fəryad edirdi.AP 49.2

    Birinci qatilin həyatını saxlamaqla Allah bütün Kainata böyük mübarizə haqqında dərs verdi. Qabilin və onun törəmələrinin qaranlıq tarixi - günahkarın əbədi yaşamasına və Allaha qarşı öz qiyamçı niyyətini həyata keçirməsinə icazə verilməsinin nə ilə nəticələnəciyinin əyani nümunəsi oldu. Allahın çoxsəbirliliyi şərəfsizlərin dikbaşlığına və azğınlığına yalnız şərait yaradırdı. Qabil haqqında çıxarılan hökmdən on beş əsr sonra cinayətlər və murdarçılıq yeri bürüdü: bütün Kainata aydın oldu ki, bu onun əməlinin məhvedici təsirinin nəticəsidir. Onda tam aydın oldu ki, Allah tərəfındən Onun qanununun pozulması üçün günahkara çıxarılan ölüm hökmü ədalətli və mərhəmətli olmuşdur. İnsanlar günah içərisində nə qədər çox yaşayırdılarsa, bir o qədər də əxlaqsız olurdular. Qanunsuzluğun pozğunluğundan saxlayan və dünyanı usyanda qəddarlaşanların məhvedici təsindən azad edən İlahi hökm tezliklə lənət deyil, xe.yir-dua oldu.AP 49.3

    Şeytan daim və yorulmaz enerji ilə Rəbbin mahiyyətini və Onun idarə prinsiplərini təhrif edir. Qeyri-adi çevikliklə, hər bir addımı dəqiqliklə götür-qoy edə-edə o, bütün dünyanı yalan içərisində saxlamağa çalışır. Əbədi və hər şeyi görən Allah sonu əvvəldən görür və Onun şərə qarşı planı uzaqgörən və hərtərəflidir. Onun məqsədi yalnız üsyana son qoymaq deyil, həm də şeytanın mahiyyətini bütün Kainata göstərməkdir. Allahın ədabtliliyini və mərhəmətini görməklə, həm də Onun şərə münasibətdə müdrikliyinə və salehliyinə tam haqq qazandırmaqla Allah planı açıldı.AP 49.4

    Başqa dünyaların günaha batmayan sakinləri Yerdə baş verən bütün şeyləri dərin maraqla müşahidə edirdilər. Böyük daşqına qədərki dünyanın halı Lüsiferin idarəsinin nəticələrinə şəhadət edirdi, Məsihin hakimiyyətini devirməklə və Allah Qanununu kənarlaşdırmaqla o bu idarəni Səmada qurmaq niyyətində idi. Böyük daşqına qədərki dünyanın özbaşına günahkarlarında onlar şeytan hakimiyyətinin təbəəbrini görürdülər. “Rəbb gördü ki, yer üzündəki insanların şər əməlləri çoxdur və hər zaman onların ürəyindəki fikirlər və niyyətlər pisliyə doğru yönəlmişdir” (Yaradılış 6:5). İnsanın bütün hissbri, istəkləri və təsəvvürləri İlahi müqəddəslik, sülh və Məhəbbət prinsipbrinə qarşı düşmən kəsilmişdi. Bu, şeytanın Allah məxluqunu Onun müqəddəs qanununun tələbbrindən azad etmək cəhdinin gətirdiyi dəhşətli pozğunluğun nümunəsi idi.AP 50.1

    Böyük mübarizənin gedişində açılan faktlar vasitəsi ilə Allah Öz idarəsinin prinsiplərini nümayiş etdirir, bu prinsiplər şeytan və onun bütün yoldan çıxartdıqları tərəfındən saxtalaşdırılmışdı. Ən nəhayət Allahın ədabtliliyi bütün dünya tərəfındən tanmacaqdır, lakin üsyan edənləri xilas etmək üçün bu tanıma çox gec baş verəcəkdir. Bütün Kainatın razılıq duyğusu ilə Allah Öz böyük planını addım-addım tam sona - üsyanın kökündən tam məhv edilməsinə yaxınlaşdınr. Onda açılacaqdır ki, İlahi göstərişbrə əməl etməyənlərin hamısı Məsihə qarşı mübarizədə şeytanın tərəfinə keçmişlər. Bu dünyanın rəisi məhkum olunanda və bütün ona qoşulanlar onun qismətinə şərik olanda, bütün səma sakinləri hökmün şahidləri kimi elan edəcəklər: “Ey milbtbrin Hökmdarı, Sənin yolların doğru və həqiqətdir!” (Vəhy 15:3).AP 50.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents