Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Ağsaqqallar və Peyğəmbərlər

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    50-ci fəsil
    ONDA BİR VƏ TÖHFƏLƏR

    İsrail iqtisadiyyatında xalqın gəlirinin onda bir hissəsi Allaha ictimai ibadətin təmin olunması üçün nəzərdə tutulurdu. Musa İsrailə elan etmişdi: “Torpağın məhsulundan, onun verdiyi taxıldan və ağacların meyvəsindən onda bir hissəsi Rəbbə məxsusdur və Onun üçün təqdis edilib”. “Bütün mal-qaradan, qoyun-keçidən onda biri, sayda çoban dəyənəyinin altından keçən hər onuncu heyvan Rəbb üçün təqdis edilmiş sayılsın” (Levililər 27:30,32).AP 468.1

    Lakin onda bir sistemi öz başlanğıcını ibranilərdən götürmür. Ən qədim dövrlərdən Allah insanlardan Ona məxsus olan onda bir hissəni tələb edirdi və bu tələb Onun övladları tərəfindən tanınırdı və müqəddəs tutulurdu. İbrahim Ən Uca Allahın kahini Melkisedeqə onda bir pay ödəyirdi (bax Yaradılış 14:20). Yaqub qaçqın və didərgin olarkən Allah Bet-Eldə vəd etmişdi: “Ay Allah, mənə verəcəyin hər şeyin onda birini Sənə verəcəyəm” (Yaradılış 28:22). Onda bir pay qanun, İsrail xalqının rifahının asılı olduğu İlahi qərarlardan biri kimi, İsraillilərin bir millət kimi təsdiq olunmalı olduğu vaxt yenidən yaradıldı.AP 468.2

    Onda bir pay və töhfələr sisteminin yaradılması insanlann şüurunda bu böyük həqiqəti həkk edirdi ki, Allah öz məxluqları üçün bütün xeyir dualann mənbəyidir və Onun qabaqgörənliyinin bütün xoş töhfələri üçün insanın təşəkkürü Ona məxsusdur.AP 468.3

    Allah “həyat, nəfəs və hər şeyi verir” (Həvarilərin işləri 17:25). Rəbb deyir: “Çünki Mənimdir bütün meşələrdə olan heyvanlar, minlərlə dağda otlayan mal-qaralar” (Məzmur 50:10). “Bütün qızıl-gümüş Mənimdir” (Haqqay 2:8). Çünki Rəbb “sərvəti qazanmaq qabiliyyətini sizə verən Allahınız Rəbdir” (Qanunun təkrarı 8:18). Hər yeri Onun yaratdığının etiraf əlaməti olaraq Allah qərar vermişdir ki, Onun səxavətinin bir hissəsi töhfələrlə və Allaha ibadəti təmin etmək üçün nəzirlərlə Ona qayıtsın.AP 468.4

    “Rəbbin... onda bir payı”. Burada şənbə haqqında qanunda olduğu kimi ifadə forması işlədilmişdir. “Yeddinci gün - Allahın Rəbbin Şənbə günüdür” (Çıxış 20:10). Allah insanın vaxtının və vəsaitinin müəyyən hissəsini Özü üçün ayırmışdır və heç kim cəzasız olaraq bundan öz şəxsi maraqları üçün istifadə edə bilməz.AP 469.1

    Onda bir paydan yalnız levililər istifadə edə bilərdilər, bu soy səyyar məbəddə xidmət üçün ayrılmışdı. Lakin dini ehtiyaclar üçün vergilər bununla məhdudlaşmırdı. Səyyar məbəd, sonralar tikilən məbəd də, bütünlüklə könüllü töhfələr hesabına tikilirdi; bundan başqa, Musa qərar vermişdi ki, zəruri təmir işlərinin aparılması və başqa xərclər üçün hər dəfə xalqın hesablanması zamanı hər kəs “səyyar məbəddə xidmət” üçün yarım şekel verməlidir. Nehemyanın zamanında da buna illik vergi verilirdi (bax Çıxış 30:12-16;2 Padşahlar 12:4,5;2 Salnamələr 24: 4-13; Nehemya 10:32,33). Zaman-zaman Allaha günah və təşəkkür qurbanlan gətirilirdi. İllik bayramlar zamanı bu töhfələr xüsusilə bol olurdu. Ən səxavətli töhfələr yoxsullar üçün toplanırdı.AP 469.2

    İnsan onda bar payı ayırmazdan əvvəl Allahın tələblərini tanımalı idi. Yerin bütün nübarları Ona həsr olunmalı idi. Qoyunlardan qırxılan ilk yun dəstəsi, döyülən sünbülün ilk buğdaları, ilk yağ və şərab heyvanların ilki kimi Allaha məxsus idi, ilk doğulan oğul üçün isə haqq ödənilirdi. İlk məhsullar kahinlərin ehtiyacları üçün məbədə Allah qarşısına gətirilirdi.AP 469.3

    Bunun sayəsində xalq daim xatırlayırdı ki, Allah onların tarlalarmm, iri və xırda buynuzlu heyvanlannm əsl sahibidir; əkin və məhsulun yığımı zamanı günəşi və yağışı O göndərir; onların sahib olduqları hər şeyi O yaratmışdır və O, onları yalnız Öz idarəçiləri etmişdir.AP 469.4

    Tarlaların, bağların, üzümlükbrin nübarları ilə yüklənən İsrail ərləri səyyar məbədin həyətində toplaşanda, bununla Allahın xeyirxahlığını tanıdıqlarma hamılıqla şahidlik edirdilər. Kahinlər töhfəni qəbul edəndə Rəbbin hüzurunda onu gətirən bu sözləri söyləyirdi: “Atam köçəri Aramlı idi” və Misirə səyahəti, Allahın “qüvvətli əli, uzanan qolu, böyük zəhmi, əlamət və möcüzələri ilə” israili xilas etməsini təsvir edirdi. Sonra isə deyirdi: “O bizi bu yerə gətirərək süd və bal axan bu torpağı bizə verdi. İndi, ya Rəbb, mənə verdiyin torpağın məhsulunun nübarını Sənə gətirmişəm” (Qanunun təkrarı 26:5,8-10).AP 469.5

    İbranilərin dini və xeyriyyəçilik məqsədlərilə verdikləri vergilər ümumiyyətlə onların gəlirlərinin dörddə birini təşkil edirdi. Gözləmək olardı ki, belə böyük vergidən xalq yoxsullaşar, lakin əksinə, bu vəzifələrə düzgün riayət edilməsi onların xoş güzəranının şərtlərindən biri idi. “Çəyirtkələri əkinlərinizi yeməyə qoymayacağam, tarlada meynəniz məhsulsuz qalmayacaq” deyir Ordular Rəbbi. “Bütün millətlər sizi bəxtiyar sayacaq. Çünki ölkəniz gözəl bir yer olacaq” deyir Ordular Rəbbi” (Malaki 3:11,12).AP 470.1

    Haqqay peyğəmbərin kitabında insanların Allah naminə könüllü qurbanlar gətirməkdən imtina etmələrinin nəticələri ifadəli şəkildə göstərilmişdir. Babil əsarətindən qayıtdıqdan sonra yəhudilər Allah məbədini bərpa etməyə girişdilər, lakin öz düşmənləri tərəfindən qəti müqavimətlə rastlaşaraq işi dayandırdılar və bundan sonra başlanan quraqlıq onları o qədər yoxsullaşdırdı ki, onlar məbədin tikintisini başa çatdırmaq fikrindən imtina etdilər. “Hələ vaxt çatmamışdır, - onlar deyirdilər, - Rəbb evi tikməyin vaxtı deyil”. Lakin Rəbb peyğəmbər göndərdi ki, onlara desin: “Bu məbəd xaraba qaldığı halda sizin üçün damı yaraşıqlı evlərinizdə oturmaq vaxtıdırmı? İndi isə Ordular Rəbb belə deyir: “Həyat yollarınız haqqında yaxşı düşünün. Çox əkdiniz, amma az götürdünüz. Yeyrsiniz, amma doymursunuz. İçirsiniz, amma susuzluğunuz yatmır. Geyinirsiniz, amma geyiminiz sizi isitmir. Məvacibiniz cırıq kisəyə qoyulur” (Haqqay 1:2-6). Sonra isə bütün bunlann səbəbi göstərilir: “Çox şey gözlədiniz, budur az oldu. Az olanı da evə gətirəndə onları sovurdum. Nə üçün? Xaraba qalan məbədimə görə. Amma siz öz evləriniz üçün əlləşirsiniz. Sizdən ötrü buna görə göylər şehini, yer də məhsulunu kəsdi. Yerə, dağlara, taxıla, təzə şəraba, zeytun yağına, torpağın yetirdiyi nemətlərə, eləcə də insana, heyvana və əllərinizin bütün zəhmətinə Mən quraqlıq elən etdim” (Haqqay 1:9-11). “O zaman hər kim iyirmi kisə məhsul gözləyirdisə, on kisə olurdu. Şərab çənindən kim əlli qab şərab çəkmək istəyirdisə, iyirmi qablıq şərab tapırdı”. Rəbb belə bəyan edir: “Özünüzü və əllərinizin bütün zəhmətini səmum küləyi, kif və dolu ilə vurdum. Yenə mənə sari dönmədiniz” (Haqqay 2:16-17).AP 470.2

    Bu xəbərdarlıqlardan qorxan insanlar Allah evinin tikintisinə başladılar. Onda onlara Rəbb Sözü gəldi. “Bu gün, doqquzuncu ayın iyirmi dördündən - Rəbbin məbədininin təməli qoyulan gündən sonra nə baş verəcəyi barədə yaxşı düşünün... Bu gündən etibarət sizə bərəkət verəcəyəm!” (Haqqay 2:18-19).AP 471.1

    Müdrik deyir: “Əliaçıq adamın bərəkəti artar, başqasının qazancını yeyən ehtiyaca düşər” (Məsəllərl 1:24). Həvari Pavel tərəfindən yazılan buna bənzər sözləri Yeni Əhddə də tapırıq: “Az əkən, az da biçəcək; çox əkən isə, çox da biçər”. “Allah sizə hər cür neməti bol həcmdə verməyə qadirdir. Elə ki, hər zaman, hər cəhətcə, hər şeyə kafi ölçüdə sahib olaraq hər yaxşı iş üçün bol imkanınız olsun” (2 Korinflilərə 9:6,8).AP 471.2

    Allah İsrail xalqını yer üzünün bütün sakinləri üçün işıq daşıyıcıları etmək niyyətində idi. Rəbbə xidməti öz töhfələri ilə dəstəkləməklə onlar canlı Allahın varlığına və ali hakimiyyətinə şahidlik etməli idilər. Bu xidmət Allaha olan sədaqət və məhəbbətlərini ifadə etməkdən ötrü onlara verilmiş gözəl üstünlük idi. Allah istəyirdi ki, bu işığın və həqiqətin yayılması səmavi ənama şərik olanların səylərindən və töhfələrindən asılı olsun. O, mələkləri həqiqət elçiləri edə bilərdi; O Öz iradəsini öz səsi ilə, qanunu Sina dağında bəyan etdiyi kimi bildirə bilərdi; lakin Öz hədsiz Məhəbbəti və müdrikliyi ilə insanları bu iş üçün seçərək, O, onları Onun əməkdaşları olmağa çağırdı.AP 471.3

    İsrailin günlərində onda bir pay və könüllü bəxşlər Rəbbə xidmət üçün zəruri idi. Məgər bizim dövrümüzdə Allah xalqı azmı qürban etməlidir? Məsih tərəfindən təsdiqlənən prinsipdə deyilir ki, biz aldığımız işığa və üstünlüklərə uyğun olaraq Allaha töhfələr gətirək. “Kimə çox verilmişsə, ondan çox tələb olunacaqdır” (Luka 12:48). Xilaskar Öz şagirdlərini göndərərkən onlara demişdi: “Müftə aldınız, müftə verin” (Matta 10:8). Necə ki aldığımız xeyir-dualar və üstünlüklər artır, -üstəlik də biz öz qarşımızda izzətli Allah Oğlunun əvəzsiz qurbanına malikik, - xilas müjdəsinin başqalarına çatması üçün biz öz minnətdarlığımızı daha səxavətli töhfələrlə ifadə etməməliyikmi? Xoş Müjdənin təsiri genişləndiyi üçün qədim zamanlarda olduğundan daha çox vəsait tələb olunur və bu, onda bir pay və qurbanlar haqqında qanunu indi qədim İsraildə olduğundan daha zəruri edir. Əgər Allah xalqı, qeyri-məsihçi və qeyri-saleh üsullarla öz sərvətlərini artırmaq əvəzinə Onun işini könüllü töhfələrlə səxavətlə dəstəkləsəydilər, Allah izzətlənərdi və çox canlar Məsih üçün əldə edilərdi.AP 471.4

    Məbədin tikilməsi üçün Musanın vəsait yığımı planı böyük uğur qazanmışdı. Heç bir məcburi üsullara ehtiyac yox idi. O, bizim günlərimizdə məbədlərin tez-tez istifadə etdikləri üsulların heç birinə əl atmırdı. O, dəbdəbəli məclis düzəltmirdi, insanları rəqslər və digər əyləncələr üçün şənləndirici yerlərə dəvət etmirdi. O, lotereyalar keçirmirdi, Allah məbədinin tikintisinə pul yığmaq üçün heç bir başqa şübhəli vasitələrə əl atmırdı. Rəbb Musaya əmr etmişdi ki, İsrail övladlarını öz töhfələrini gətirməyə dəvət etsin. O, töhfələri yalnız o adamlardan qəbul etməli idi ki, onlar bunu könüllü, səmimi qəlbdən edirlər və töhfələr o qədər çox olurdu ki, Musa xalqa onları gətirməyi dayandırmağı əmr etməyə məcbur oldu, çünki artıq tələb olunduğundan çox yığılmışdı.AP 472.1

    Allah insanları Öz idarəçiləri etmişdir. Onun verdiyi vəsaitlər o vəsaitlərdir ki, O, onları Xoş Müjdənin yayılması üçün təyin etmişdir. İşdə özlərini sadiq idarəçilər kimi göstərənlərə O, daha böyük üstünlüklər etibar edəcəkdir. Rəbb deyir: “Mənə hörmət edənləri hörmətə çatdıracağam” (l Şamuel 2:30). “Allah gülər üzlə verəni sevir”. Onun xalqı minnətdar qəlblə öz töhfə və qurbanlarını “kədərsiz və qeyri-məcburi şəkildə” (2 Korinflilərə 9:7). Ona gətirəndə Onun xeyir-duaları onları müşayiət edəcəkdir, çünki O vəd etmişdir: “Bütün ondabirlərinizi ambara gətirin ki, məbədimdə ərzaq olsun. Ordular Rəbbi deyir: “Siz bununla Məni sınayın. Görəcəksiniz ki, göylərin pəncərələrini sizə açacağam, üzərinizə ehtiyaclarınızdan da çox bərəkət yağdıracağam” (Malaki 3:10).AP 472.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents