Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Ağsaqqallar və Peyğəmbərlər

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    61-ci fəsil
    ŞAULUN RƏDD EDİLMƏSİ

    (Bu fəsil Şamuelin Birinci Kitabının 15-ci fəslinə əsaslanır)

    Şaul Qilqaldakı çətin vəziyyət anında sınaqdan imanla çıxa bilmədi və Allah ibadətini ləyaqətsiz etdi, lakin onun günahı hələ də düzələ bilərdi və Rəbb Şaula Allahın sözünə sarsılmaz imanını və Onun əmrlərinə itaətini göstərmək üçün başqa imkan verdi.AP 566.1

    Peyğəmbər Gilgalda onu ifşa edəndə, Şaul öz günahını xırda bir şey hesab etdi. O qərara gəldi ki, onunla ədalətsiz rəftar etmişlər və öz hərəkətlərinə haqq qazandırmağa, səhvlərini ört-basdır etməyə çalışdı. O vaxtdan o, peyğəmbərlə az-az görüşdü. Şamuel Şaulu oğlu kimi sevirdi, cəsarətli və coşqun Şaul isə öz növbəsində peyğəmbərə çox hörmət edirdi; lakin o, Şamuelin ifşalarını qazanmadığını düşünərək, o vaxtdan onunla görüşdən mümkün qədər qaçırdı.AP 566.2

    Lakin Rəbb Öz xidmətçisini başqa bir xəbərlə Şaulun yanına göndərdi. Öz itaəti ilə o, Allaha sədaqətini hələ sübut edə bilər və İsrailin etibarını doğrulda bilərdi. Şamuel padşahın yanına gəldi və Allahın sözlərini ona çatdırdı. Monarxın bu sözlərə itaət etməyin necə vacib olduğunu başa düşməsi üçün Şamuel xüsusi olaraq qeyd etdi ki, Allahın əmri ilə onu taxt-taca qoyanın adından danışır. Peyğəmbər dedi: “Rəbb Allah belə deyir: İsraillilər Misirdən çıxan zaman yolda Amaleqlilər onlara qarşı müqavimət göstərdilər. Ona görə də onları cəzalandıracağam. İndi get, Amaleqliləri qır, hər şeybrini tamamilədarmadağın et və onlara heyfın gəlməsin. Kişidən qadınadək, yeniyetmədən südəmər körpəyədək, öküzdən qoyunadək, dəvədən eşşəyədək hamısını qır”. Amaleqlilər səhrada İsraillə birinci müharibəyə girmişdilər və bu günaha görə, həm də Allahı rədd etdiklərinə və bütpərəstliyə yuvarlandıqlarına görə Rəbb Musa vasitəsilə onlara hökm çıxarmışdı. İlahi əmrə əsasən onların İsraillə qəddar rəftarının tarixi bu göstərişlə yazılmışdı: “Amaleqin xatirəsini yer üzündən sil; unutma” (Qanunun təkrarı 25:19). Bu hökmün yerinə yetirilməsi dörd yüz il təxirə salınmışdı, lakin Amaleqlilər öz günahlarından əl çəkməmişdilər. Rəbb bilirdi ki, bu allahsız xalq, əgər bacarsaydı, israilliləri və onların dinini yer üzündən silərdi. İndi nəhayət uzun müddət təxirə salınmış hökmü yerinə yetirmək olardı.AP 566.3

    Allahın çoxsəbirliliyi bu allahsız xalqı öz azğınlıqlarında daha təkəbbürlü etmişdi və zaman çıxarılan hökmü yumşaltmadı. ” Çünki Rəbb Perasim dağmda etdiyi kimi qalxacaq, Giveon vadisindəki kimi qəzəblənəcək” (Yeşaya 28:21). Bizim mərhəmətli Allahımız üçün cəza Ona xas olmayan nəsə yad bir şeydir. “Onlara de: Varlığıma and olsun ki, pis adamın ölümündən yox,onun öz yolundan dönüb yaşamasından zövq alıram” (Yezekel 33:11). “Allah insansevər və rəhmdildir, çoxsəbirli, çoxmərhəmətli və həqiqidir... günahı, təqsiri və cinayəti bağışlayandır”. Lakin O “cəzasız qoymur” (Çıxış 34:6,7). O, qisasdan həzz almasa da, Onun qanununu pozanları cəzalandıracaqdır. O belə etməlidir ki, yerin sakinlərini tam pozğunluqdan və ölümdən qorusun. Bir çoxlarını xilas etmək üçün, günahda qəddarlaşanları O məhv etmək məcburiyyətindədir. “Rəbb çoxsəbirli və böyük qüdrətlidir və cəzasız qoymur” (Nahum 1:3). Dəhşətli Haqq məhkəməsi ilə Öz qanununun tapdanmış nüfuzunu O bərpa edəcəkdir. Onun Haqq məhkəməsini qurtarmağa ləngiməsi bu cəzanı doğuran günahlann dərinliyinə və günahkarı gözləyən qisasın sərtliyinə şəhadət edir.AP 567.1

    Lakin cəza verən Allah mərhəməti də unutmadı. Amaleqlilər cəza çəkməli idilər, onların arasında yaşayan Qeyinlilərə isə rəhm etdilər. Bu xalq bütpərəstlikdən tamamilə azad olmasa da, Allaha xidmət edirdi və İsrailə dostcasına münasibət göstərirdi. Musanın qaynı Xovav da bu qəbiləyə məxsus idi, israillilərin səhrada sərgərdanlığı zamanı o, onlan müşayiət edirdi və onun ölkəni tanıması onlara çox qiymətli köməklik göstərdi.AP 567.2

    Filiştlilərin Mikmaşdakı məğlubiyyətindən sonra Şaul Moavla, Əmmonla, Edomla, Amaleqlilərlə və Filiştlilərlə müharibə etmişdi və həmişə qələbə qazanmışdı. Amaleqlilərə qarşı hücum etmək əmrini alan kimi Şaul dərhal müharibə elan etdi. Onun peyğəmbərin sözləri ilə möhkəmlənən sözləri bütün ölkəyə elan edildi və döyüşməyə qadir bütün adamlar gələcək fəaliyyət üçün toplaşdı. Bu yürüş varlanmaq məqsədilə edilmirdi. Bu müharibədə israillilərə nə qələbə şöhrəti, nə də şikar məxsus olmalı idi. Onlar müharibəyə yalnız ona görə gedirlər ki, Allaha itaət etsinbr və Amaleqliləri Onun cəzasına düçar etsinlər. Allah istəyirdi ki, bütün xalqlar görsünlər ki, Onun ali hakimiyyətinə müqavimət göstərən xalqın müqəddəratı necə oldu; O, həm də göstərmək istəyirdi ki, onları nifrət etdikləri həmin xalq qırır.AP 568.1

    “Şaul Xaviladan Misirin şərqindəki Şura çatana qədər Amaleqliləri qırdı. Amaleq padşahı Aqaqı sağ tutdu, bütün xalqı isə tamamilə qılıncdan keçirdi. Amma Şaul xalqı ilə birlikdə Aqaqa və Amaleqlilərin ən yaxşı qoyunlarına,öküzlərinə, kökəldilmiş heyvanlarına, quzularına və yaxşı şeybrin hamısına heyfi gəlib tamamilə məhv etmək istəmədi, bütün gərəksiz və yararsız şeyləri isə tamamilə yox etdi “.AP 568.2

    Amaleqlilər üzərində bu qələbə Şaulun nə vaxtsa qazandığı qəbbələr arasında ən parlağı idi və onun qüruru qəlbində yenidən alovlandı ki, bu da ən böyük təhlükə idi. Allah düşmənlərini tamamilə qırmaq haqda Allah əmri yalnız qismən yerinə yetirildi. Öz qalib qayıdışının şöhrətini artırmağa çalışaraq Şaul ətrafdakı bütpərəst xalqların adətlərini təqlid edib amaleqlilərin kinli, döyüşkən padşahı Aqaqın həyatına rəhm etdi. Xalq isə ən yaxşı öküzləri, qoyunları və yük heyvanlarını özünə saxladı və öz günahına onunla haqq qazandırdı ki, onları Allaha qurban gətirəcəkdir. Heyvanları öz heyvanlarının əvəzinə istifadə etməklə onlar öz heyvanlarını saxlamaq niyyətində idilər.AP 568.3

    Şaul sonuncu smağa məruz qaldı. Onun Allah iradəsinə özünə arxayın etinasızlığı göstərirdi ki, o, müstəqil monarx kimi hərəkət etmək niyyətindədir və bununla sübut edirdi ki, o, Allahın canişini olmağa layiq deyildir. Qəbbədən məst olmuş Şaul və onun adamları evlərinə qayıtdıqları zaman, Şamuel peyğəmbərin evində dərin kədər hökm sürürdü. O, Allahdan padşahın hərəkətlərini ittiham edən xəbər almışdı. “Şaulu padşah etdiyimə peşman oldum. Çünki o dönüb Mənim ardımca getməyərək sözbrimi yerinə yetirməyib”. Peyğəmbər üsyankar padşahın hərəkətindən çox sarsılmışdı və dəhşətli hökmün dəyişdirilməsi üçün bütün gecə ağlayaraq dua etmişdi.AP 568.4

    Allahın peşmançılığı insanın peşmançılığına bənzəmir. “... İsrailin Sadiqi peşman olmur; çünki O, insan deyildir ki, peşman olsun”. İnsanın peşmançılığı şüurun dəyişməsini göstərir. Allahın peşmançılığı isə şəraiti və münasibətini dəyişə bilər. Şərtlərə tabe olaraq və onları qəbul edərək insan Allahın lütfündə olacaqdır; ya da öz hərəkətlərinin nəticəsi olaraq, o, Allahın lütfünə uyğun şərtlərdən kənarda qalacaqdır; lakin Rəbb “dünən, bu gün və əbədiyyən” həmin olaraq qalır (İbranilərə 13:8).Şaulun itaətsizliyi onun Allaha münasibətini dəyişdirdi; lakin onun Allah tərəfindən qəbul edilməsi şərtləri dəyişilməz olaraq qaldı - Allahın tələbləri əvvəllər olduğu kimi idi, çünki Onda “nə dəyişiklik, nə də dəyişikliyin kölgəsi yoxdur” (Yaqub 1:17).AP 569.1

    Səhərisi peyğəmbər qəlb ağrısı ilə günahkar padşahı qarşılamağa çıxdı. Şamuel ürəyində ümid bəsləyirdi ki, Şaul fikirbşərək öz günahını etiraf edər, peşman olar, itaət edər və yenidən Allahın mərhəmətini qazanar. Lakin qanunsuzluq yolunda ilk addım atılanda, qalanları artıq o qədər də çətin deyildir. İtaətsizlikdən pozulmuş Şaul dilində yalanla Şamueli qarşılamağa çıxdı. O nida etdi: “Qoy Rəbb sənə xeyir-dua versin, mən Rəbbin sözünə əməl etdim”.AP 569.2

    Peyğəmbərin qulağına çatan səslər itaətsiz padşahı ifşa etdi. O soruşanda: “Elə isə qulaqlarıma gələn bu qoyun mələməsi və eşitdiyim bu öküz böyürtüsü nədir?” - Şaul cavab verdi: “Onları Amaleqlilərdən gətiriblər. Çünki xalq sənin Allahın Rəbbə qurban etmək üçün qoyunlarla öküzlərin ən yaxşılarını saxlayıb, qalanlarını isə tamamilə yox etdi”. Xalq Şaulun əmrinə itaət edirdi, lakin özünə haqq qazandırmaq üçün o, özünün bütün günahını xalqın üstünə yıxmağa hazır idi.AP 569.3

    Şaulun rədd edilməsi xəbəri Şamueldə ifadə edilməz kədər doğurdu. Bu haqda bütün İsrail ordusu bilməli idi, onlar qazanılan qələbədən sonra məğrurluq və şanlı qələbə hissinə qapılaraq, bu qələbəni bütünlüklə padşahın dahiliyi və şücaəti ilə izah edirdilər. Lakin Şaul da İsrailin bu döyüşdəki müvəffəqiyyətini Allaha aid etmirdi. Şaulun itaətsizliyinə əmin olaraq peyğəmbər qəzəb hiss etdi - axı, Allahın belə yüksək fərqləndirdiyi adam Göylərin əmrini pozmuşdu və İsraili günaha aparmışdı. Padşahın sözləri Şamueli aldatmadı. Kədər və qəzəb qarışıq hisslə o dedi: “Dayan, bu gecə Rəbbin mənə söylədiklərini sənə deyəjəyəm. ...Sən öz gözündə kiçik olduğun halda İsrail qəbilələrinin başçısı olmadınmı? Rəbb səni İsrail üzərinə padşah olaraq məsh etməyibmi?” O, Allahın Amaleq haqqındakı əmrini təkrar etdi və Şauldan izahat tələb etdi.AP 569.4

    Şaul sözünə haqq qazandırmağa çalışdı: “Mən Rəbbin sözünə itaət etdim. Rəbbin məni göndərdiyi yürüşə getdim. Amaleq padşahı Aqaqı bura gətirdim, amaleqliləri isə tamamilə məhv etdim. Lakin xalq talan malından qoyunları və öküzləri, məhv edilməyə həsr olunanlardan ən yaxşısını götürdü ki, Qilqalda Allahın Rəbbə qurban versin”.AP 570.1

    Peyğəmbər Şaulun canını qurtarmaq üçün söylədiyi yalanı sərt və təntənəli surətdə rədd etdi və ona dəyişməz hökmü elan etdi: “Rəbb Öz sözünə itaət edilməsindən xoşu gəldiyi qədər yandırma qurbanı və başqa qurbanlardan xoşu gələrmi? Bax itaət etmək qurbandan, qulaq asmaq qoçların iç piyindən daha yaxşıdır. Çünki asilik falçılığa bərabər günahdır, inadkarlıq isə özbaşnalıq və bütpərəstliyə bərabərdir. İndi ki sən Rəbbin sözünü rədd etdin, O da səni padşahlıqdan rədd etdi”.AP 570.2

    Padşah bu dəhşətli hökmü eşidəndə qışqırdı: “Günah etdim, çünki Rəbbin əmrini və sənin sözlərini pozdum və xalqdan qorxub onların sözünə qulaq asdım”. Peyğəmbərin ittihamından qorxaraq, Şaul indiyə kimi inadla inkar etdiyi günahını etiraf etdi, lakin əvvəlki kimi bu günahı xalqın üzərinə yıxmaqda davam etdi və xalqdan qorxduğu üçün günah etdiyini söylədi.AP 570.3

    Şaul Şamuelə bu yalvarışları edəndə ona rəhbərlik edən günahdan kədərlənməsi deyil, cəzadan qorxması idi: “Rica edirəm,günahımı bağışla və indi mənimlə bərabər geri qayıt ki, Rəbbə səcdə qılım”. Əgər Şaul səmimi tövbə etsəydi, o, öz günahını bütün xalq qarşısında etiraf edərdi, lakin onu yalnız öz nüfuzunun və xalqın sədaqətinin saxlanması narahat edirdi. O, Şamueli saxlamağı ona görə belə hərarətlə istəyirdi ki, xalqa nüfuzlu təsirini itirməkdən qorxurdu.AP 570.4

    Peyğəmbər Şaula cavab verdi: “Mən səninlə geri qayıtmayacağam, çünki sən Rəbbin sözünü rədd etdin. Ona görə də Rəbb İsraildə padşah olmayasan deyə səni rədd etdi”. Şamuel getmək üçün dönəndə dəhşətə bürünmüş padşah onun paltarından yapışdı, lakin paltar cırıldı. Buna cavab olaraq peyğəmbər dedi: “Bu gün Rəbb də səndən İsrail padşahlığını bu cür qoparıb səndən də yaxşı olan yaxınına verdi”.AP 570.5

    Şaulu Allahın narazılığından çox, Şamuelin yadlaşması narahat edirdi. O bilirdi ki, xalq peyğəmbərə ondan çox etibar bəsləyir. Şaul hiss edirdi ki, başqa adamın padşahlığa məsh ediləcəyini xalqa xəbər versələr, o, xalqı hakimiyyəti altında saxlaya bilməyəcəkdir. Əgər Şamuel onu indi tərk edərsə, üsyan alovlanacağından ehtiyat edərək, o, peyğəmbərə yalvardı ki, ağsaqqalların və xalqın önündə onu hörmətdən salmasın, onunla birlikdə dini ibadətdə iştirak etsin. İlahi göstərişə itaət edərək Şamuel padşahın xahişinə güzəştə getdi ki, üsyana əsas verməsin. Lakin o, keçirilən ibadətdə yalnız səssiz şahid kimi iştirak etdi.AP 571.1

    Lakin bütün xalqın önündə edilməli olan daha bir sərt və ədalətli iş qalırdı. Şamuel bütün xalq qarşısında Allahın şərəfini qorumalı və Şaulun hərəkətbrini ifşa etməli idi. O, Amaleq padşahını onun yanına gətirməyi əmr etdi. İsraillilərin qılınclarından həlak olanların hamısından daha çox qəddar Aqaq günahkar idi; o, Allah xalqına nifrət edirdi, onu məhv etmək istəyirdi və bütpərəstliyin xeyli yayılmasına səbəb olmuşdu. Aqaq peyğəmbərin əmri ilə gəldi, o fikirbşirdi ki, ölüm təhlükəsi keçmişdir. Şamuel dedi: “”Sənin qılıncın qadınları necə övladsız qoyurdusa, sənin anan da qadınlar arasında bebcə övladsız qalacaq”. Şamuel Qilqalda- Rəbb önündə Aqaqı doğradı”. Bunu edərək o, Ramadakı öz evinə qayıtdı, Şaul isə Giveaya, öz evinə getdi. Bundan sonra peyğəmbər və padşah yalnız bircə dəfə bir-birlərini gördülər.AP 571.2

    Şaul yenicə padşah olanda o, öz qabiliyyətləri haqda yüksək fıkirdə deyildi və məsləhətlərə həvəslə qulaq asırdı. Onun biliyi, təcrübəsi çatmırdı və onun xasiyyətində ciddi qüsurları var idi. Lakin Rəbb ona tövsiyyəçi və köməkçi olaraq Müqəddəs Ruh bəxş etmişdi və ona İsrail padşahına zəruri olan keyfıyyətləri inkişaf etdirə bilməsi üçün şərait yaratmışdı. Əgər o, təvazökar qalsaydı və həmişə İlahi müdrikliyin ona rəhbərlik etməsinə çalışsaydı, onda öz yüksək vəzifəsini uğur və şərəflə yerinə yetirərdi. İlahi mərhəmətin təsiri altında hər bir yaxşı keyfiyyət o vaxt güclənir ki, pis meylbr zəifləyir. Özünü Allaha həsr edənlərin hamısı üçün Onun yerinə yetirdiyi həmin iş eb budur. Yalnız itaətkar və tövsiyələri qəbul edən olduqlarına görə Allahın Öz işi üçün seçdiyi adamlar çoxdurlar. Öz uzaqgörənliyi ilə O, eb vəziyyətlər yaradır ki, insanlar Ondan öyrənə bilsinlər. O, onlara özlərinin qüsurlarını açır və Onun köməyini axtaranlara səhvləri düzəltmək qüvvəsi verir.AP 571.3

    Lakin Şaul özünə həddən artıq güvənirdi və imansızlığı, itaətsizliyi ilə Allaha şərəfsizlik etdi. Öz padşahlığının başlanğıcında o, təvazökar və özünə şübhə ilə yanaşan adam olsa da, uğurlar onu özünə arxayın etdi. Hakimiyyətinin başlanğıcında əldə edilən qələbə onda onun üçün ən böyük təhlükə olan məğrurluq alovlandırdı. Şaulun hərbi məharəti, Gilead Yaveşi uğrundakı döyüş zamanı zirəkliyi xalqı heyran etdi. İnsanlar padşahı alqışladılar, onlar unudurdular ki, o, Allahın əlində yalnız alətdir; Şaul əvvəlcə bütün şöhrəti Allaha aid etsə də, sonradan onu öz adına çıxdı. O, özünün Allahdan asılı olduğunu unutdu və onun qəlbi Allahdan uzaqlaşdı. Qilqaldakı özünə arxayın və kafir əməli üçün yol beləcə hazırlandı. Elə həmin kor özünə arxayınlıq onu Şamuelin ifşalarını rədd etməyə təhrik etdi. Şaul Şamueli Allah tərəfindən göndərilən peyğəmbər kimi tanıyırdı, buna görə də, özünü təqsirkar hesab etməsə də, onun ifşalarını eşitməli idi. Əgər o, öz səhvini dərk etmək və etiraf etmək istəsəydi, bu acı təcrübə gələcəkdə onun üçün müdafiə ola bilərdi.AP 572.1

    Əgər Rəbb Şaulu tamam tərk etsəydi, O, yenidən peyğəmbər vasitəsilə ona müraciət etməzdi və keçmişin səhvlərini düzəltmək üçün müəyyən işi yerinə yetirməyi tapşırmazdı. Özünü Allah övladı adlandıranlardan kimsə Onun iradəsinə etinasız münasibət göstərəndə və başqalarına pis nümunə göstərərək onları da Allahın göstərişlərinə qarşı hörmətsiz və düşüncəsiz edəndə, əgər ifşaları səmimi qəlbdən qəbul edərsə və imanla, itaətlə Allaha qayıdarsa, o, hələ günaha qalib gələ bilər. Məğlubiyyət zamanı hiss etdiyimiz alçalma çox vaxt xeyir-duaya çevrilir, çünki Allah idarəsini Onun köməyi olmadan yerinə yetirməkdə aciz olduğumuzu göstərir.AP 572.2

    Şaul Allah Ruhu vasitəsilə ona göndərilən ifşanı rədd edəndə və özünə haqq qazandırmağa inadla davam edəndə, o, köməyi ilə Allahın onun özünü özündən xilas edə biləcəyi yeganə vasitəsini rədd etdi. O, özbaşına olaraq Allahdan uzaqlaşdı və daha İlahi köməkdən və ya rəhbərlikdən istifadə edə bilmədi, o vaxta qədər ki, öz günahını etiraf edib Allaha qayıtmalı idi.AP 572.3

    Qilqalda Şaul özünü elə göstərmişdi ki, guya böyük saf vicdanlılıqla İsrail ordusu önündə Allaha qurban gətirir. Lakin onun möminliyi həqiqi deyildi. Allahın idarəsinə birbaşa zidd olaraq yerinə yetirdiyi dini ibadət Şaulun əllərini yalnız zəiflətdi, Allahın vermək istədiyi köməkdən onu məhrum etdi.AP 572.4

    Amaleqə qarşı vuruşaraq Şaul fikirləşdi ki, Allahın ona əmr etdiyi hər şeyi etmişdir, lakin Rəbb qismən itaətlə razı deyildi. Hətta guya xeyirxah məramla etinasızlıq göstərilən bir sözündən O, yan keçə bilməzdi. Allah insanlara Onun tələblərindən dönmək azadlığı verməmişdir. Allah İsrailə demişdir: “Hər kəs öz nəzərində nəyi düz sayırsa... onu etməyin”, “Sizə çatdırdığım bütün bu əmrlərə düzgün əməl edin. Allahınız Rəbbin gözündə yaxşı və doğru işlər gördüyünüz üçün sizin və sizdən sonra gələn övladlarınızın həmişə xoş güzaranı olar” (Qanunun təkrarıl2:8,28). Hər hansı bir qərar qəbul edərkən, biz onun bizə zərər vurub-vurmayacağı haqda deyil, onun Allah iradəsinə uyğun olması haqda düşünməliyik. “Elə yollar vardır ki, insana düz görünür; lakin onların sonu ölümə aparır” (Məsəllər 14:12).AP 573.1

    “İtaət qurbandan yaxşıdır”. Qurban gətirmələrin öz-özlüyündə Allahın gözlərində heç bir qiyməti yoxdur. Onları gətirməklə insan günaha tövbə etməsini, Məsihə imanını və Allah qanununa sonrakı itaətini ifadə edir. Lakin tövbəsiz, imansız və qəlbən itaətsiz bu qurbanların heç bir mənası yoxdur. Allahın məhvə məhkum etdiyi şeyi qurban gətirmək istəməklə, Şaul Allah əmrini kobudcasına pozdu, o, İlahi hakimiyyətə açıqcasına ikrah nümayiş etdirdi. Bu ibadət Göylər üçün təhqir olardı. Şaulun günahı və onun nəticələri haqda bilərək, çoxları beləcə də hərəkət edirlər! Allahın bəzi tələblərinə inanmaqdan və onlara itaət etməkdən imtina edərək, onlar Onun önündə formal dini mərasimləri yerinə yetirməkdə inadla davam edirlər. Allah Ruhu belə ibadətə cavab vermir. İnsanlar dini mərasimləri necə dəqiqliklə yerinə yetirsələr də, əgər onlar Onun hökmlərindən birini pozmaqda davam edirlərsə, Rəbb onları qəbul edə bilməz.AP 573.2

    “İtaətsizlik sehrbazlıq kimi və zidd getmək bütpərəstlik kimi bir günahdır”. İtaətsizlik öz başlanğıcını şeytandan götürür və Allaha qarşı hər bir etiraz ondan doğur. Allahın idarəsinə qarşı üsyan edən böyük dönüklə ittifaqa girir və o, hissləri kölələşdirmək və şüuru tutqunlaşdırmaq üçün bütün gücündən və hiyləsindən istifadə edir. O, hər şeyi yanlış işıqda təqdim edir, belə ki bunun təsiri altında bizim əcdadlarımız qanunun pozulmasından sonra böyük mənfəət alacaqlarını zənn edirdilər.AP 573.3

    Şeytanın sehrkar gücünə bundan güclü sübut yoxdur ki, onun tərəfindən yoldan çıxarılanların çoxusu belə əqidə ilə aldanırlar ki, guya Allaha xidmət edirlər. Qorəx, Dotan və Əviram Musanın nüfuzuna qarşı üsyan edəndə onlar düşünürdülər ki, özləri kimi insan rəhbərə qarşı birləşmişlər və inanırdılar ki, bununla Allaha xidmət edirlər. Lakin Allahın seçdiyini rədd etməklə, onlar Məsihi rədd etdilər; onlar Allah Ruhunu təhqir etdilər. Məsihin günlərində də yəhudi kitabçıları və ağsaqqalları Allah haqda böyük qısqanclığı gözə göstərərək, beləcə Onun Oğlunu çarmıxa çəkdilər. Allah idarəsinə zidd olaraq öz iradəsi ilə hərəkət edənlərin qəlblərində indi də bu cür ruh yaşayır.AP 574.1

    Şamuelə Allah Ruhunun rəhbərlik etməsi haqda Şaul gözəl sübutlar almışdı. Onun peyğəmbər tərəfindən verilən Allah əmrini pozması sağlam düşüncəyə zidd idi. Onun məşum özünə arxayınlığını şeytanın sehrbazlığına aid etmək olar. Şaul bütpərəstliyi və sehrbazlığı səylə qadağan edirdi, lakin İlahi əmrə qulaq asmayaraq, o, Allaha zidd olan həmin ruhun təsiri altında hərəkət etdi və sehrbazlıqla məşğul olan adamlar kimi şeytan tərəfindən eləcə də yoldan çıxarıldı; onu ifşa edəndə isə onun itaətsizliyinə inadkarlıq da əlavə olundu. O, bütpərəstlərlə açıqca birləşərək Allah Ruhuna böyük təhqir gətirə bilməzdi.AP 574.2

    Allah Sözünün və ya Onun Ruhunun ifşalarına və xəbərdarlıqlarına etinasız münasibət göstərmək çox təhlükəlidir. Çoxları Şaul kimi o qədər şirniklənirlər ki, nəhayət günah tərəfindən gözləri tutularaq günahın mahiyyətini görmürlər. Onlar özlərinə bununla haqq qazandırırlar ki, xoş məramla hərəkət etmişlər və İlahi tələblərə zidd heç bir şey etməmişlər. Beləcə, Ruhun lütfünə zidd hərəkət etməklə, onlar nəhayət daha Onun səsini eşitmirlər və özləri seçdikləri tamah toruna düşürlər.AP 574.3

    Allah İsrailə onların ürəyi istədiyi padşahı, Şaulu verdi, Şamuel Qilqalda onu padşah təyin edəndə demişdi: “Sizin seçdiyiniz, sizin tələb etdiyiniz padşah budur” (lŞamuel 12-13-qeyd müəllifindir). Xoş görkəmli, nəcib və şahanə boy-buxunlu Şaul öz zahiri görünüşü ilə onların padşah ləyaqəti haqqındakı təsəvvürlərinə cavab verirdi, onun cəsarəti və orduya komandanlıq etmək bacarığı sayəsində isə onlar xalqlar arasında hörmət və şöhrət qazanmaq istəyirdilər. Padşahlarının onu ədalətlə və qərəzsiz idarə etməyə qadir edən xeyirxah meyllərə malik olub-olmaması onları az narahat edirdi. Onlar həqiqi nəcib xarakterə malik olan, Allahı sevən və ondan qorxan padşah istəmirdilər. Onlar Allahdan məsləhət istəmirdilər ki, İsrailin Onun seçilmiş xalqı kimi öz xüsusi, müqəddəs xarakterini qoruması üçün padşah hansı keyfiyyətlərə malik olmalıdır. Onlar Allah yolunu deyil, öz yollarını axtarırdılar. Buna görə də Allah onlara öz istədikləri kimi, xarakteri onların öz xarakterlərini əks etdilən padşah verdi. Onların qəlbləri Allaha tabe deyildi və onların padşahı da İlahi lütfə tabe deyildi. Bu cür padşahın rəhbərliyi altında onlar səhvlərini dark edərək, gözləri açılmalı və Allaha qayıtmalı idilər.AP 574.4

    Lakin Rəbb Şaulun üzərinə padşahlıq etmək məsuliyyəti qoyaraq, onu taleyin ixtiyarına buraxmadı. O, ona Müqəddəs Ruh verdi ki, O, onda olsun və onun zəifliklərini ona açsın, İlahi lütfə ehtiyacı olduğunu ona göstərsin; əgər Şaul Allaha güvənsə idi, Rəbb onunla olardı. Nə qədər ki onun iradəsi Allahın iradəsinə tabe idi və o Onun Ruhuna itaət edirdi, Allah hər şeydə ona uğur göndərirdi. Lakin Şaul Allahdan asılı olmadan fəaliyyət göstərməyi qərara alanda, Rəbb daha ona rəhbərlik edə bilmədi və şıltağı kənarlaşdırmağa məcbur oldu. Sonra O, taxt-taca “Öz könlüncə ər” təyin etdi (lŞamuel 13:14), o da qüsurlardan azad deyildi, lakin özünə deyil, Allaha güvənirdi və Onun Ruhu ib hərəkət edirdi; günah edəndə ifşanı itaətlə qəbul edirdi və özünü düzəldirdi.AP 575.1

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents