Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Ağsaqqallar və Peyğəmbərlər

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    30-cu fəsil
    SƏYYAR MƏBƏD VƏ ONDA İBADƏT

    (Bu fəsil Çıxış Kitabının 25-40-cı və Levit Kitabının 4-cü, 16-cı fəsillərinə əsaslanır)

    Musa dağda olduğu vaxt ona əmr verildi: “Mənim üçün müqəddəs məskən düzəltsinlər ki, aralarında məskunlaşım”; həm də ona məbədin qurulması haqda ətraflı göstərişlər verildi. Allahdan dönməklə İsrail Allahın hüzurunun xeyir-duasını itirdi və məbədin qurulması bir müddət qeyri-mümkün oldu. Lakin israillilər yenidən Səmanın lütfünü əldə edəndən sonra İsrail xalqının böyük rəhbəri İlahi əmri yerinə yetirməyə başladı.AP 295.1

    Müqəddəs binanın tikilməsi üçün seçilmiş adamlara Allah qeyri-adi bacarıq və müdriklik bəxş etdi. Tikintinin dəqiq planını və formasını istifadə olunan material və şərait üçün zəruri olan əşyalar haqda göstərişbrlə Allah Özü Musaya verdi. İnsan əlləri ilə qurulan məbəd “həqiqi olanın nümunəsi”, “əsli göylərdə olanın nümunəsi” (İbranilərə 9:23,24) - Məsihin, Böyük Kahinimizin, Özünü qurban gətirdikdən sonra günahkarın xeyri üçün xidmət etməli olacağı səmavi məbədin kiçik surəti idi. Dağda Allah Musaya səmavi məbədi göstərdi və hər şeyi göstərilən nümunəyə uyğun surətdə düzəltməyi əmr etdi. Musa bu göstərişləri dəqiq yazdı və xalqın rəhbərlərinə verdi.AP 295.2

    Məbədin tikilməsi üçün böyük hazırlıq işi görmək zəruri idi, çoxlu qiymətli daşlar, bahalı materiallar tələb olunurdu, lakin Rəbb yalnız könüllü töhfələri qəbul edə bilərdi. “Könlü istəyən hər bir adamdan ianəni qəbul edin”, - Musanın bütün yığıncağa çatdırdığı İlahi əmrdə deyilirdi. Allaha sədaqət və qurbanlıq ruhu - Uca Tanrının məskəni üçün hazırlanan qurğuda hər şeydən əvvəl bu tələb olunurdu.AP 295.3

    Bütün xalq bir nəfər kimi hay verdi. “Ürəyinə toxunan və könlü istəyən hər adam gəlib Hüzur çadırı, onun inşası və müqəddəs geyimlər üçün Rəbbə ianə gətirdi. Kişilər və qadınlar - könlü istəyənbrin hamısı bəzəkli sancaqlar, sırğalar, üzüklər, bibrzikbr kimi bütün qızıl əşyalarını gətirdilər. Hər kəs qızılı yelbtmə təqdimi kimi Rəbbə təqdim etdi”.AP 296.1

    “Kimdə bənövşəyi, tünd qırmızı və al rəngli iplik, incə kətan, keçi yunu, qırmızı boyanmış qoç dəribri və suiti dəriləri var idisə, bunları təqdim etdi. Gümüş və tunc gətirən hər kəs də onu Rəbbə ianə olaraq təqdim etdi. Kimdə ərbişim ağacı var idi, onu bütün inşa işi üçün təqdim etdi”. “Ürəyi hikmətlə dolu bütün qadınlar öz əlləri ib əyirdiyi bənövşəyi, tünd qırmızı və al rəngli iplik və incə kətan ipliyi təqdim etdilər; bu işi ürəkdən görmək istəyən bacarıqlı qadınlar keçi yunu əyirdibr”.AP 296.2

    “Xalqın başçıları bunları təqdim etdibr: efodla döşlüyün üstünə taxılan damarlı əqiq və sağanaq daşlarmı, çıraq, məsh yağı, ətirli buxur üçün ətriyyatı və zeytun yağını” (Çıxış 35:23-28).AP 296.3

    Məbədin tikintisi irəli getdikcə bütün xalq - qocalar və cavanlar, kişilər, qadınlar və uşaqlar - öz töhfəbrini gətirməkdə davam etdilər, ta ki, bu işə təyin edilmiş adamlar gördübr ki, gətirilənlər artıqlaması ib bəsdir. Onda Musa bütün düşərgəyə elan etməyə məcbur oldu ki, “nə kişi, nə də qadın müqəddəs yer üçün daha ianə gətirməsin”. İsrail xalqının gileyi və günahları üçün məruz qaldıqları həmin Allah cəzaları bütün gələcək nəsillərə xəbərdarlıq kimi yazılmışdır. Lakin israillilərin sədaqəti, səyləri, səxavəti təqlid olunmağa layiq nümunələrdir. Allaha məhəbbətb səcdə edənlərin və Onun müqəddəs hüzurunun xeyir-duasını əziz tutanların hamısı Allahın onlarla görüşəcəyi evin qurulmasında bu cür qurbanlıq ruhu göstərəcəklər. Onlar malik olduqlan ən yaxşı töhfəbri Rəbbə gətirməyi arzu edəcəklər. Rəbb üçün tikibn ev borclu qalmamalıdır, çünki bu, Allahın adına qarşı şərəfsizlik olar. Allah evində işləməkçün zəruri olan hər şeyi könüllü gətirmək lazımdır ki, fəhlələr məbədin inşaatçıları kimi deyə bilsinlər: “Daha töhfə gətirməyin”.AP 296.4

    Səyyar məbəd elə qurulmuşdu ki, səyahət zamanı onu sökmək və aparmaq mümkün olsun, buna görə də onun uzunluğunu əlli beş futdan, enini və hündürlüyünü isə on səkkiz futdan artıq etmək lazım deyildi. Lakin bu gözəl qurğu idi. Səyyar məbədin qurulması və onun üçün zəruri olan əşyaların düzəldilməsi üçün Sinada bitən ağaclar arasında möhkəmliyi ilə fərqlənən akasiya ağacındın istifadə edildi. Səyyar məbədin divarlan gümüş yuvalara taxılmış və halqalarla dirəkbrb bərkidilmiş şaqum taxtalardan ibarət idi. Bütün bunlar qızıla örtülmüşdü və elə təəssürat yaranırdı ki, bina tökmə qızıldan düzəlmişdir. Səyyar məbədin çardağı dörd əlvan qatdan ibarət idi, aşağı qat üzərində məharətlə mələkbrin surəti işlənmiş “örtükləri nəfis toxunmuş incə kətandan, bənövşəyi, tünd qırmızı və al-qırmızı parçadan” ibarət idi, daha sonra göstərilən qaydada daha üç qatdan ibarət idi: keçi yunundan, qırmızı qoyun dərisindən və göy dəridən ibarət idi, - onlar elə düzülmüşdülər ki, suyu tamamilə keçirmirdilər. Səyyar məbəd gözəl pərdə ilə iki yerə bölünmüşdü, bu pərdə qızılla örtülmüş dirəkdən asılmışdı, bu cür pərdə birinci bölmənin girişini də örtürdü. Bu pərdələr tavanın örtüyü kimi gözəl rəngli yunlardan -mavi, al-qırmızı və qızılı yunlardan gözəl ardıcıllıqla düzəldilmişdi, onların üzərində isə qızılı və gümüşü saplarla mələk surətləri tikilmişdi, bunlar səmavi məbəddə xidmət edən və yerdə Allah xalqının xidmət ruhları olan mələklər dəstəsini təsvir edirdilər.AP 297.1

    Müqəddəs çadır həyət adlanan açıq yerdə yerbşirdi, bu həyət burma kətandan tikilmiş və mis dirəklərə bərkidilmiş örtükbrb əhatə olunmuşdu. Həyətə giriş şərq tərəfdə yerbşirdi, o, başqa gözəl işbnmiş materialdan olan örtüklə örtülmüşdü, lakin məbədin pərdələri qədər də gözəl deyildibr. Həyətin örtükbrinin hündürlüyü məbədin divarlarının yarasından idi, buna görə də məbəd çöldən yaxşı görünürdü. Həyətdə girişin yanında qurban yandırılan mis qurbangah dururdu. Onda Rəbbə gətirilən bütün qurbanlar yandırılırdı və onun buynuzuna əfv qanı çibnirdi. Qurbangahla məbədin girişi arasında əl-üzyuyan yerbşirdi, bu, israil qadınlarının könüllü olaraq qurban etdikləri mis güzgülərdən düzəldilmişdi. Burada kahinbr hər dəfə məbədə girəndə, yaxud qurbangaha yaxınlaşıb Rəbbə qurban yandıranda əlbrini və ayaqlarını yumalı idilər.AP 297.2

    Birinci bölmədə, yaxud Müqəddəs Yerdə çörək qurbanı üçün masa, çıraq və büxurdan yerləşirdi. Çörək qurbanı üçün masa məbədin şimal tərəfındə dururdu. Özünün kaşı tacə ilə birlikdə tamamilə təmiz qızılla örtülmüşdü. Hər şənbə kahinlər bu stola on iki çörək düzürdülər və onlara büxur çiləyirdilər. Oradan götürülən çörək müqəddəs sayılırdı və onu yalnız kahinlər yeməli idi. Cənub tərəfdə yeddişamlı şamdan yerləşirdi. Onu zanbaqvari incə işlənmiş güllər bəzəyirdi. Bütün şamdan təmiz qızıldan hazırlanmışdı. Məbəddə pəncərələr olmadığı üçün, çıraqlar gecə-gündüz işıq saçırdı. Müqəddəs Məskəni Allahın vasitəsiz hüzurunun olduğu Ən Müqəddəs yerdən ayıran pərdə önündə qızıl büxurdan dururdu. Kahin səhər və axşam onda büxur yandırmalı idi; qurbangahın buynuzlarına günah üçün gətirilən qurbanın qanını yaxırdılar, böyük əfv günü isə ona qan çilənirdi. Qurbangahdakı od Allahın Özü tərəfindən yandırılmışdı və müqəddəslikb qorunurdu. Müqəddəs büxurun ətri gecəz-gündüz bütün məbədə və onun ətrafına yayılırdı.AP 298.1

    Daxili pərdənin arxasında Ən Müqəddəs yer- Səma ilə yeri birləşdirən halqanı təşkil edən barışma və xahiş ibadətinin obrazlı yeri yerbşirdi. Bu bölmədə akasiya ağacından düzəldilmiş, çöldən və içəridən qızılla örtülmüş və üzərində qızıl tac olan əhd mücrüsü yerləşirdi. Burada üzərində Allahın Özünün On Qanunu həkk etdiyi daş lövhələr saxlanılırdı. Buna görə də o, Allah vəhyinin mücrüsü, yaxud əhd mücrüsü adlanırdı, çünki On Qanun Allahla İsrail arasında bağlanan əhdin əsası olmuşdu.AP 298.2

    Müqəddəs əhd mücrüsünün qapağı lütf taxtı adlanırdı. O, təmiz tökmə qızıldan düzəlmişdi və qapağın müxtəlif uclarında yerləşən iki qızıl mələk onun üzərinə kölgə salırdı. Pərəstiş və təvazökarlıq əlaməti olaraq mələklərin bir qanadı уuхаrı qalxmışdı, o biri qanadı isə bədənini örtmüşdü (bax Yezekel 1:11). Üzləri bir-birinə tərəf olan və baxışları pərəstişlə mücrünün qapağına dikilən mələklərin duruşları səma ordusunun Allah Qanununa pərəstişkar münasibətini və onların xilas planına iştirakını simvolizə edirdi.AP 298.3

    Lütf taxtı üzərində İlahi hüzurun əlaməti Şekina yerbşirdi və iki mələk arasında Allah Öz iradəsini açırdı. Hərdən İlahi iradə baş kahinə buluddan gələn səslə xəbər verilirdi. Sağ tərəfdəki mələyin üzərinə işıq düşəndə bu, razılığı, qəbul edilməni bildirirdi, kölgə, yaxud bulud soldakı mələyi örtəndə bu, narazılığı, yaxud rəddi bildirirdi.AP 298.4

    Mücrüdə saxlanan Allah Qanunu salehliyin və ədalətin böyük meyarı idi. Bu qanun günahkara ölüm elan edirdi, lakin qanunun üzərində lütf taxtı yerləşirdi, ondan yuxarıda isə Allah hüzuru açılırdı və oradan, tövbə sayəsində günahkara əfv bəxş edilirdi. Simvolik olaraq məbədin ibadətində təsvir edilən, Məsihin bizim bağışlanmamız naminə ibadətində “məhəbbətlə həqiqət bir-birinə qovuşur, salehliklə əmin - amanlıq bir-biri ilə öpüşür” (bax Məzmur 85:10).AP 299.1

    Məbədin daxili quruluşunun gözəlliyini təsvir etməyə heç bir söz qadir deyildir; qızılla örtülmüş divarlar qızıl çırağın işığını əks etdirirdilər, üzərində parlaq mələklər tikilmiş dəbdəbəli pərdələr, qızılla bərq vuran stol və büxurdan; ikinci bölmədə müqəddəs sandıq sirli mələkləri ilə birlikdə, onun üzərində isə Tann hüzurunun görünən şöhrəti olan müqəddəs Şekina, - bütün bunlar Allahın göydəki şöhrətli məbədinin, insanın xilas işinin böyük mərkəzinin ancaq zəif əksi idi.AP 299.2

    Məbədin qurulması üçün yarım il keçdi. O hazır olanda Musa inşaatçılann bütün işini ona dağda göstərilən nümunə ilə müqayisə etdi və Allahdan alınan göstərişlərlə yoxladı. “Rəbbin əmr etdiyi kimi əməl etmişdilər”. Müqəddəs qurğunu görmək üçün israillilər böyük maraqla ətrafda toplaşmışdılar. Onlar pərəstişkar razılıqla bu səhnəyə tamaşa edəndə bulud sütunu məbədin üzərinə endi və onu bürüdü. “Və Rəbbin izzəti məskəni doldurdu”. Orada İlahi əzəmət var idi və bir müddət hətta Musa da ora girə bilmədi. Onun işinin qəbul olunduğunu göstərən əlamətə xalq güclü həyəcanla baxırdı. O öz sevincini heç bir nida ilə ifadə etmədi. Təntənəli pərəstiş hamını bürüdü. İnsanların qəlbinə dolan hiss sevinc yaşları və Öz gəlişi ilə Allahın onları böyük şərəfə layiq görməsi haqda səmimi şükranlıq sözləri ilə ifadə edildi.AP 299.3

    İlahi əmrə əsasən Levi qolu məbəddə xidmət etmək üçün seçildi. Daha qədim zamanlarda hər bir kişi öz ailəsinin kahini idi. İbrahimin günlərində kahinliyə böyük oğulun ilkinlik hüququ kimi baxırdılar. İndi İsrailin bütün ilkinlərinin əvəzinə məbəddə xidmət etmək üçün Rəbb Levi qolunu qəbul etdi. Onlara bu şərəfı göstərməklə O onların xidmətə və İsrailin qızıl buzova səcdə edərək dönüklük etdiyi vaxt Onun cəzasını yerinə yetirməkdə sədaqətinə şəhadət etdi. Eyni zamanda kahinlik hüququ Harunun ailəsi ilə məhdudlaşdırıldı. Rəbbin önündə xidmət etmək hüququna yalnız Harun və onun oğulları malik idilər; bu qoldan olan başqalarının üzərinə isə məbəddə işləməyi və onda olan əşyaların qayğısına qalmağı qoydular. Onlar həm də kahinlərə xidmət zamanı kömək etməli idilər, lakin artıq qurban gətirmək, büxur yandırmaq, yaxud örtülməmiş müqəddəs əşyalara baxmaq hüquqları yox idi.AP 299.4

    Kahinlərin onların xidmətlərinə uyğun olaraq xüsusi paltarlan var idi. “Qardaşın Haruna izzət və gözəllik üçün məqəddəs geyimlər hazırla”, -İlahi əmrdə deyilirdi. Adi kahinin paltan ağ parçadan ibarət bütöv bir hissədən tikilirdi. Paltar topuğa qədər uzun olmalı idi, belində qızıldan, bənövşəyi, tünd qırmızı və al rəngli saplarla toxunmuş ağ kəmər olmalı idi. Kətan çalma, yaxud kidar üst geyimini tamamlayırdı. Yanan kolun yanında Musaya ayaqqabılarını çıxartmaq əmr edilmişdi, çünki onun üzərində durduğu yer müqəddəs idi. Kahinlər də məbədə ayaqqabılı girə bilməzdilər, axı ayaqqabıya yapışan toz müqəddəs yeri murdarlayardı. Onlar məbədə girməzdən əvvəl ayaqqabılarını çıxarıb həyətə qoymalı idilər, həm də məbəddə və qurbangah yanında ibadətdən əvvəl əl-ayaqlarını yumalı idilər. Bu daim onu xatırladırdı ki, Allahın önündə olmaq istəyənlərin hamısından natəmizlik təmizlənməlidir.AP 300.1

    Baş kahinin paltarı onun yüksək mövqeyini göstərən məharətlə işlənmiş bahalı materialdan hazırlanırdı. Adi kahinin kətan paltarından başqa o, mavi paltar da geyinirdi, bu paltar da bütöv parçadan hörülürdü, kənarları qızıl zınqırov və mavi, tünd qırmızı və al saplardan olan narlarla bəzədilirdi. Bunun üstündən efod geyilirdi, bu, qızıl, mavi, tünd qırmızı və ağ saplardan hörülmüş gödək xirqə idi. Efodun həmin rənglərlə işlənmiş, nəfıs toxunmuş incə kətandan kəməri vardı. Efod qolsuz idi və onun qızılla tikilmiş çiyinlərini iki əqiq bəzəyirdi, bunların üzərində israilin on iki qolunun adı həkk edilmişdi. Efodun üstündən baş kahinin geyiminin ən müqəddəs hissəsi olan döşlük geyilirdi. Döşlüyü də efod kimi incə kətandan hazırlanırdı, eni və uzunu dirsək uzunluğunda olan dördbucağa bənzəyirdi, qızıl halqalara taxılmış mavi bağlarla çiyinlərə bərkidilirdi. Döşlüyün üzərində müxtəlif qiymətli daş-qaşlar var idi, bu daşlar həm də Allah şəhərinin on iki əsasını təşkil edir. Döşlükdə qızıl yuvaya taxılmış on iki qiymətli daş var idi, onlar dörd cərgə düzülmüşdü və onların üzərində çiyindəki daşlardakı kimi on iki qolun adlan həkk edilmişdi. Allah əmrində deyilirdi: “Harun Müqəddəs yerə daxil olduğu zaman Rəbbin önündə daima xatirə olaraq İsrailin oğullarının adlarını qanun döşlüyündə, ürəyinin üstündə daşıyacaq” (Çıxış 28:29). Günahkarlar üçün xahiş edərək Öz qanını Ata önündə təqdim edən Böyük Baş Kahin Məsih də Öz ürəyində hər bir tövbə edən imanlı canın adını daşıyır. Zəbur oxuyan deyir: “Bir məzlum, bir fəqirəm, lakin Xudavənd qayğıma qalır” (Məzmur 40:17).AP 300.2

    Döşlüyün sağ və sol tərəflərində iki böyük parlaq daş yerləşirdi. Onlar Urim və Tummim kimi məşhurdurlar. Bu daşların köməyi ilə baş kahin Allahın iradəsini bilirdi. Allah məhkəməsində müxtəlif məsələlər həll olunanda sağdakı qiymətli daşın ətrafındakı işıq haləsi İlahi razılığın əlaməti idi, soldakı daşı kölgələndirən bulud isə rəddi, yaxud narazılığı sübut edirdi.AP 301.1

    Baş kahinin ağ kətan çalmasına bənövşəyi qaytanla qızıl lövhəcik bərkidilmişdi, onun üzərində “Rəbə həsr edilmiş” yazılmışdı. Kahinlər özlərinin bütün xarici görkəmləri ilə və davranışlan ilə insanlara Allahın müqəddəsliyini, Onun önünə gələn hər bir kəsdən tələb olunan Ona ibadətin müqəddəsliyini və paklığını təlqin etməli idilər.AP 301.2

    Yalnız məbəd deyil, kahinlərin ibadəti də “səmavi həqiqətbrin inikası və kölgəsinə xidmət edirlər” (İbranilərə 8:5). Bu çox vacib idi və Rəbb Musa vasitəsib simvolik ibadətin hər bir hissəsinə dair ən ərtaflı və dəqiq göstərişlər verdi. Məbəddəki ibadət gündəliyə və illiyə bölünürdü. Gündəlik ibadət qurbangahda, məbədin həyətində və Müqəddəs yerdə icra olunurdu, illik ibadət isə müqəddəsbr Müqəddəsində icra olunurdu.AP 301.3

    Baş kahindən başqa heç bir fani məbədin daxili bölməsini görməməli idi. Yalnız ildə bir dəfə baş kahin ora daxil ola bibrdi və o da yalnız ən diqqətli və təntənəli hazırlıqdan sonra. O, həyəcanla Allahın önünə gəlirdi, xalq bu zaman İlahi xeyir-dua haqda qəlbdən dua edərək pərəstişkar sükutla onun qayıtmasını gözbyirdi. Lütf taxtı önündə baş kahin İsrail üçün barışma ibadətini icra edirdi. Allah şöhrət buludunda onunla görüşürdü. Əgər baş kahin orada adi vaxtdakından çox bngiyirdisə, xalq qorxmağa başlayırdı ki, onların, yaxud da öz günahı üzündən Rəbbin şöhrəti onu öldürüb.AP 301.4

    Gündəlik ibadət səhər və axşam qurbangətirmələrindən, qızıl qurbangahda büxur yandırmaqdan və şəxsi günahları üçün xüsusi qurbanlardan ibarət idi. Həm də şənbə qurbanları, yeni ay qurbanları və başqa bayram qurbanları gətirilirdi.AP 301.5

    Hər səhər və axşam qurbangahda bir yaşlı quzu yandırılırdı, uyğun çörək qurbanı ilə birlikdə, bu, xalqın Rəbbə gündəlik həsr olunmasını və onların Məsihin əfvedici qanından daimi asılılığını simvolizə edirdi. Allah xüsusilə qeyd etdi ki, məbəddə ibadət üçün gətirilən hər bir qurban “qüsursuz” olmalıdır (Çıxış 12:5). Kahinlər qurban gətirilən hər bir heyvanı yoxlamalı və qüsuru olanların hər birini geri qaytarmalı idi. Yalnız “qüsursuz” qurban Özünü “qüsursuz və ləkəsiz quzu” kimi təqdim edən Məsihin kamil saflığını simvolizə edə bilirdi (1 Peter 1:19). Həvari Pavel göstərir ki, bu qurbanlar Məsihin əsl davamçılarını təcəssüm etdirirlər. O deyir: “Beləliklə ey qardaşlar, Allahın mərhəməti naminə sizə yalvarıram ki, bədənlərinizi diri, müqəddəs, Allaha məqbul qurban kimi təqdim edin; mənəvi ibadətiniz budur” (Romalılara 12:1). Bizim özümüzü Allaha xidmətə verməyimiz və qurbanımızın mümkün qədər kamil olmasına çalışmağımız zəruridir. Rəbbə ən yaxşısı qurban edilməlidir - O yalnız bu cür qurbanı qəbul edər. Onu bütün qəlbi ilə sevənlər öz həyatlarındakı ən yaxşı şeyləri Ona xidmətə həsr etmək istəyirlər və onlara Onun iradəsini yerinə yetirməkdə kömək edən Allah qanunlan ilə mükəmməl harmoniyaya çatmaq üçün həmişə hər şeyi edəcəklər.AP 302.1

    Xoş ətir qurbanını icra edərkən kahin Allahla daha yaxın təmasda olurdu, nəinki başqa gündəlik ibadət aktlarını yerinə yetirəndə. Məbədin daxili pərdəsi lap yuxarıya qədər qalxmadığına görə lütf taxtı üzərində olan Allah izzəti birinci bölmədən qismən görünürdü. Kahin Rəbbin önündə büxur yandıranda o öz baxışlarını mücrüyə yönəldirdi və ətirli bulud qalxanda İlahi izzət lütf taxtına enirdi və Ən Müqəddəs yeri doldururdu. Çox vaxt elə olurdu ki, o, hər iki bölməni elə doldururdu ki, kahin məbədin qapısına tərəf çəkilməli olurdu. Simvolik ibadət zamanı kahin görə bilmədiyi lütf taxtına imanla baxdığı kimi Allah xalqı da indi öz dualarını insan baxışı üçün görünməz qalan, onlar üçün uca məbəddə xahiş edən Böyük Baş Kahin Məsihə yönəltməlidirlər.AP 302.2

    İsrailin duaları ilə qalxan büxur Məsihin xidmətlərini və vasitəçiliyini, iman vasitəsilə Onun xalqına keçən və yalnız onun vasitəsilə insanların ibadətinin Allah tərəfındən qəbul edilən Onun mükəmməl salehliyini simvolizə edirdi. Ən Müqəddəs yerin pərdəsi önündə əbədi xahiş qurbangahı yerləşirdi, Müqəddəs yerin önündə isə daimi əfv qurbangahı yerləşirdi. Qan və ətir xalqı Allaha yaxınlaşdırırdı. Bu simvollar böyük Vəsatətçiyə işarə edirdi, Onun vasitəsilə günahkarlar Ordular Rəbbinə yaxınlaşa bilərdilər və tövbə edən, imanlı qəlbə Onun vasitəsilə mərhəmət və xilas üçün zəmanət verilirdi.AP 302.3

    Kahinlər səhər və axşam büxur yandırmaq üçün Müqəddəs yerə daxil olanda çöldə qurbangahda gündəlik qurban gətirmək üçün qurban hazırlanırdı. Məbəd yanmda toplaşan duaçılar üçün bu, xüsusi vaxt idi. Kahinin ibadəti vasitəsilə Allah önündə durmazdan əvvəl onlar öz qəlblərini diqqətlə yoxlamalı və öz günahlarını etiraf etməli idilər. Müqəddəs yerə yönələn üzlə onlar səssiz dualarda birləşirdilər. Beləliklə onların imanı simvolik olaraq əfv qurbanı ilə göstərilən əhd edilmiş Xilaskarın xidmətlərində olanda onların duaları büxur buludu ilə yüksəklərə qalxırdı. Səhər və axşam ibadəti üçün nəzərdə tutulan saatlar müqəddəs sayılırdı və bütün yəhudi xalqı onlara ibadət üçün aynlmış vaxt kimi riayət edirdi. Sonrakı illərdə də yəhudilər əsir olaraq uzaq torpaqlara səpələndikləri zaman müəyyən vaxtlarda üzlərini yenə də Yerusəlimə tuturdular və öz dualarını İsrailin Allahına yüksəldirdilər. Bu adətdə məsihçilər səhər və axşam dualarırın nümunəsini görürlər. Dua ruhundan məhrum olan mərasimləri Allah mühakimə edir, lakin Onu sevərək səhər və axşam Onun önündə səcdə edib etdikləri günahlar üçün əfv və zəruri xeyir-dualar xahiş edənlərə O, böyük sevinclə baxır.AP 303.1

    Təklif çörəkləri daimi qurban kimi gündəlik ibadətin bir hissəsini təşkil edərək həmişə Rəbbin önündə dururdular.Beləliklə, onlar gündəlik ibadətin bir hissəsi idi. Bu qurbanlar “təqdis çörəkləri”, yaxud “hüzur çörəkləri” adlanırdılar, çünki onlar həmişə Rəbbin önündə olurdular və insanm həm maddi, həm də yalnız Məsihin vasitəsilə almaq mümkün olan ruhi qida üçün Allahdan asılılığının etirafını göstərirdilər. Allah səhrada İsraili səma çörəyi ilə qidalandırırdı və onlar hələ də həm maddi qida üçün, həm də ruhani xeyir-dualar üçün Onun səxavətindən asılı idilər. Manna kimi təklif çörəyi də bizim üçün həmişə Allah önündə olan Məsihə, Canlı Çörəyə, işarə edirdi. O Özü demişdir: “Mən göydən enmiş olan, həyat bəxş edən çörəyəm” (Yəhya 6:51). Bu çörəklərin üzərinə büxur qoyurdular. Hər şənbə təzəsi ilə dəyişmək üçün boyat çörəkləri götürəndə büxur qurbangahda Allah önündə xatirə kimi yandırılırdı.AP 303.2

    Gündəlik ibadətin ən vacib hissəsi ayrı-ayrı insanlara görə icra olunan ibadət idi. Tövbə edən günahkar heyvanı məbədin qapısına gətirirdi və əlini qurbanın başına qoyaraq öz günahlarını etiraf edirdi, bununla simvolik olaraq öz günahlarını məsum qurbanın üzərinə qoyurdu. Sonra o öz əlilə heyvanı öldürürdü, qan kahin tərəfindən Müqəddəs yerə gətirilirdi və o, günahkar tərəfındən pozulan qanunun saxlandığı mücrünün durduğu yerin önündəki pərdənin qarşısına bu qandan çiləyirdi. Bu mərasim günahın məbədə qan vasitəsilə köçürülməsini simvolizə edirdi. Bəzi hallarda qan Müqəddəs yerə apanlmırdı, əti isə kahinlər yeməli idilər, necə ki, Musa Harunun oğullarına əmr etmişdi: “Bu sizə verilib ki, icmanı kəffarə edəsiniz” (Levililər 10:17). Hər iki mərasim tövbə edən günahkarın günahının məbədə köçürülməsini simvolizə edirdi.AP 304.1

    Bütün il ərzində gündən-günə bu cür ibadət keçirilirdi. Beləliklə, İsrailin məbədə köçürülən günahlan onu murdarlayırdılar və məbədin günahdan təmizlənməsi üçün xüsusi mərasim tələb olunurdu. Allah əmr etdi ki, hər bir müqəddəs bölmədə və qurbangah üzərində kəffarə icra olunsun, “beləcə onu İsrail övladlarının murdarlığından pak edib təqdis etsinlər” (Levilibr 16:19).AP 304.2

    Məbədi təmizləmək üçün baş kahin ildə bir dəfə böyük Kəffarə Günü müqəddəslər Müqəddəsinə daxil olurdu. Bu mərasimin icra olunması ib illik ibadət başa çatırdı.AP 304.3

    Kəffarə Günü məbədin qapısına iki keçi gətirirdilər və onlara püşk atırdılar: “təkəbrdən birini Rəbb üçün, o birisini Azalel üçün püşkb seçsin”. Üzərinə birinci püşk düşən keçini xalqın günahı üçün gətirilən qurban kimi bıçaqlayırdılar. Baş kahin onun qanını daxili pərdənin arxasına aparmalı idi və onunla lütf taxtını çiləməli idi. “Bununla Harun İsrail övladlarının murdarlığına, asiliyinə və bütün günahlarına görə Müqəddəs yer üçün kəffarə etsin; murdar xalqın arasında yerbşdiyinə görə Hüzur çadırı üçün beb etsin”.AP 304.4

    “Və iki əlini o təkənin başına qoyub İsraillilərin bütün asiliyindən və günahlarında ötrü qazandığı cəzanın hamısını onun üzərində etiraf etsin və təkənin başına ötürsün. Təkə onların bütün cəzasını öz üzərində izsiz torpağa apararaq çölə göndərilsin”. Yalnız keçi aparılanda xalq özünü günahın yükündən azad hesab edirdi. Nə qədər ki, barışıq ibadəti icra olunurdu, hər bir insan öz canını tabe etməli idi. Hər bir məşğuliyyət təxirə salınırdı və bütün İsrail xalqı bu günü Allah önündə təntənəli itaət, dua, oruc və qəlbini dərindən yoxlamaqla keçirirdi.AP 304.5

    Bu illik ibadətin köməyi ilə xalqa barışmanın və paklaşmanın böyük həqiqətləri öyrədilirdi. İ1 ərzində günah üçün gətirilən qurbanlar günahkann əvəzinə qəbul edilirdi, lakin heyvanların qanı onlan günahdan mükəmməl təmizləyə bilməzdi. O yalnız günahın məbədə köçürülməsi vasitəsini təmin edirdi. Qan gətirməklə günahkar qanunun nüfuzunu tanıyırdı, öz günahlarını etiraf edirdi və bütün dünyanın günahlarını Öz üzərinə götürməli olan Şəxsə imanını ifadə edirdi, lakin bu onu qanunun ittihamından tamamilə azad etmirdi. Barışma Günü baş kahin bütün yığıncaq üçün qurban gətirərək qanla Ən Müqəddəs yerə daxil olurdu və onu qanun lövhələrinin üstündəki lütf taxtına çiləyirdi. Günahkarın həyatını tələb edən qanunun hökmü belə təmin olunurdu. Sonra baş kahin vasitəçi kimi günahları öz üzərinə götürürdü və məbədi tərk edərək bütün İsrailin günah yükünü çıxarırdı. Məbədin qapısı yanında o, əllərini buraxılacaq keçinin başına qoyurdu və “İsraillilərin bütün asiliyindən və günahlanndan ötrü qazandığı cəzanın hamısını” onun üzərində etiraf edərək onları keçinin başına qoyurdu. Keçi bu günahlan özü ilə apardığına görə hesab edilirdi ki, xalq həmişəlik onlardan təmizlənmişdir. “Səmavi həqiqətlərin inikası və kölgəsinə xidmət edirlər” (İbranilərə 8:5).AP 305.1

    Yuxarıda deyildiyi kimi, Musa yerdəki məbədi ona dağda göstərilən nümunəyə əsasən tikdi. O, “həmin dövr üçün simvolik xarakter daşıyırdı, orada hədiyyə və qurbanlar təqdim edilirdi. Bu iki müqəddəs bölmə “əsli göylərdə olanların nümunələri” idi. Məsih - bizim Böyük Baş Kahinimiz - “müqəddəs yerdə və həqiqi Çadırda - insanın deyil, Rəbbin qurduğu Çadıra xidmət edir” (İbranilərə 9:9,23; 8:2). Həvari Yəhyaya röyada Səmadakı Allah məbədi göstəriləndə o, “yanan yeddi məşəl” gördü. O, mələk gördü, “qızıl buxurdan vardı və ona çoxlu buxur verilmişdi ki, taxtın önündə olan qızıl qurbangah üzərində bütün müqəddəslərin dualarına qatsın” (Vəhy 4:5; 8:3). Peyğəmbərə göydəki məbədin birinci bölməsini görməyə icazə verilmişdi və o orada yerdəki məbədin qızıl çırağı və büxur qurbangahı ilə təsvir edilən “yanan yeddi məşəl” və “qızıl qurbangah” görmüşdü. Yenidən “Allahın göydə olan məbədi açıldı” (Vəhy 11:19) və o, Ən Müqəddəs yeri gizlədən daxili pərdənin arxasına baxdı. Orada “Onun əhdinin sandığı” yerləşirdi (Vəhy 11:19), bu mücrü Allah Qanununu saxlamaq üçün Musa tərəfındən düzəldilən müqəddəs mücrüdə təsvir olunmuşdu. Musa yerdəki məbədi “onun gördüyü nümunəyə görə” tikmişdi. Pavel deyir ki, “çadır və bütün ibadət qabları” “Səhrada əcdadımızın şəhadət çadın var idi. Bu Musaya söyləmiş Olanın əmr etdiyi kimi, onun gördüyü nümunəyə görə tikilmişdi” (Həvarilərin işləri 7:44), “Çadır və bütün ibadət qablarının üstünə də eyni cür qan çilədi... Buna görə əsli göylərdə olan nümunələri bu qurbanlarla, amma göydə olan əslləri bunlardan daha yaxşı qurbanlarla təmizləmək zəruridir” (İbranilərə 9:21,23). Yəhya deyir ki, o, göydəki məbədi görmüşdür. İçərisində İsanın bizim üçün xahiş etdiyi məbəd surəti Musanın tikdiyi məbədin gözəl originaldır.AP 305.2

    Səmavi məbəd padşahlar Padşahının olduğu yerdir, burada “minlərlə nəfər Ona xidmət edir, on minlərlə nəfər Onun hüzurunda durmuşdu” (Daniel 7:10), bura əbədi taxtın şöhrəti ilə doludur, burada baş mələklər və Onun parlaq keşikçiləri öz üzlərini pərəstişlə gizlədirlər. Bu, məbədin genişliyini və gözəlliyini heç bir dünyəvi tikinti təkrar edə bilməz. Lakin səmavi məbəd haqqında və orada insanın əfv edilməsi naminə yerinə yetirilən böyük iş haqqında mühüm həqiqətlər yerdəki məbəd və onun xidmətçiləri tərəfındən təsvir olunmalı idilər.AP 306.1

    Göyə qalxdıqdan sonra Xilaskar Öz işinə bizim Baş Kahinimiz kimi başlamalı idi. Pavel deyir: “Zira Məsih, insan əli ilə tikilmiş Müqəddəs Yerə girmədi - bu, həqiqi Müqəddəs Yerin ancaq nümunəsi idi - fəqət göyün özünə girdi ki, indi uğrumuzda Allahın hüzurunda zühür etsin” (İbranilərə 9:24). Məsihin xidməti iki böyük hissəyə ayrılırdı, hər bir xidmət müəyyən zaman müddətində həyata keçirilirdi və səmavi məbəddə xüsusi yerə malik idi, beləcə obrazlı xidmət də iki yerə aynlırdı - gündəlik və illik xidmətlər; onların hər biri üçün məbəddə xüsusi yer ayrılmışdı.AP 306.2

    Məsih Öz qanını tövbə edən günahkarlar üçün qurban edərək göyə qalxdıqdan sonra Allahın önündə durduğu kimi, kahin də günahkarın əvəzindən xahiş edərək gündəlik ibadət zamanı qurbanlıq heyvanın qanım Müqəddəs yerə çiləyirdi.AP 306.3

    Məsihin qam tövbə edən günahkarı qanunun ittihamından azad etsə də, günahı məhv etmir; o tam təmizlənənə qədər məbəddə səmavi kitablarda qalmalıdır. Obrazlı ibadətdə də günah üçün qurbanın qanı tövbə edənin üzərindən günahı beləcə götürürdü, lakin bu günah banşma Gününə qədər məbəddə qalırdı.AP 307.1

    Böyük son məhkəmə günündə ölülər “kitablarda yazılanlara əsasən, hər kəs öz əməllərinə görə mühakimə olundu” (Vəhy 20:12). Sonra Məsihin əfvedici qanı sayəsində bütün səmimi peşman olan günahkarların günahları səmavi kitablardan silinəcəklər. Beləliklə məbəd günah yazılarından azad olacaq və yaxud təmizlənəcəkdir. Obrazlı ibadətdə günahların bu böyük məhvetmə, yaxud təmizlənmə işi Barışma Günündə, yerinə yetirilən ibadətlə təsvir edilmişdir, yəni məbədi murdarlayan günahların kənarlaşdırılmasından ibarət olan yerdəki məbədin təmizlənməsi ibadəti ilə. Bu, günah üçün qurbanın qanı ilə həyata keçirilirdi.AP 307.2

    Tam təmizlənmədə səmimi peşman olanların günahları səmavi kitablardan bir daha yada düşməyəcək şəkildə silinəcəkləri kimi, obrazlı ibadətdə də onları səhraya göndərirdilər və xalq onlardan həmişəlik azad olurdu.AP 307.3

    Günah Allah Oğlunun ölümünə səbəb olan, hər cür qanunsuzluqlara təhrik edən şeytanın törəməsi olduğu üçün ədalət tələb edir ki, o nəhayət cəzasına çatsın. Məsihin insanların əfvi naminə fəaliyyəti və Kainatın günahdan təmizlənməsi, günahın səmavi məbəddən kənarlaşdırılması və onun son cəzaya çatacaq şeytanın üzərinə qoyulması ilə başa çatacaqdır. Obrazlı ibadətdə də illik ibadət məbədin təmizlənməsi və günahların buraxılan keçinin başı üzərində etiraf edilməsi ilə qurtarırdı.AP 307.4

    Beləliklə məbəddə ibadət insanlara hər gün Məsihin ölümü ilə və Onun ibadəti ilə bağlı olan böyük həqiqətləri öyrədirdi və ildə bir dəfə onlar xəyalən Məsihlə şeytan arasındakı böyük mübarizənin son hadisələrində və Kainatın günahdan və günahkarlardan tam təmizlənməsində iştirak edirdilər.AP 307.5

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents