Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Ağsaqqallar və Peyğəmbərlər

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    64-cü fəsil
    DİDƏRGİN DAVUD

    (Bu fəsil Şamuelin Birinci Kitabının 18-22-ci fəsillərinə əsaslanır)

    Davud Qolyata qalib gələndən sonra, Şaul onu öz yanına götürərək atasının evinə qayıtmağa icazə vermədi. Elə oldu ki, “Yonatanın qəlbi Davudun qəlbinə bağlandı və Yonatan onu öz canı kimi sevdi”. Yonatan və Davud öz aralarında qardaş əhdi bağladılar və padşah oğlu “cübbəsini əynindən çıxarıb qılınc, ox-kaman və kəməri ilə birlikdə zirehini Davuda verdi”. Davudun üzərində ciddi məsuliyyət var idi, lakin o, öz təvazökarlığını saxladı və xalqın da, padşah ailəsinin də məhəbbətini qazandı.AP 586.1

    “Şaul Davudu hansı işə göndərirdisə, o uğur qazanırdı. Ona görə də Şaul Davudu döyüşçülərinin başçısı etdi”. Davud diqqətliliyi və sadiqliyi ilə seçilirdi və aydm görünürdü ki, Allahın xeyir-duası onu müşayiət edir. Zaman-zaman Şaul özünün İsraili idarə etməyi bacarmadığını dərk edirdi və hiss edirdi ki, onun padşahlığının təhlükəsizliyini möhkəmlətmək üçün Allahın iradəsini rəhbər tutanların dəstəyini almaq lazımdır. Şaul ümid edirdi ki, Davudla qarşılıqlı münasibət onun üçün xilasedici olacaqdır. Davud Allahın mərhəməti və himayəsi altında olduğu üçün, müharibəyə yola düşəndə onun hüzuru Şaul üçün müdafıə ola bilərdi.AP 586.2

    Davudun Şaulla ünsiyyət etməsi Allahın uzaqgörənliyi idi. Davudun saraydakı vəziyyəti ona işlərlə tanış olmaq və bununla gələcək dahiliyinə hazırlaşmaq, həm də xalqın etibarını qazanmaq imkanı verirdi. Şaulun düşmənçiliyi üzündən onun rastlaşdığı çətinliklər və qayğılar ona özünün Allahdan asılılığını hiss etməyi öyrədirdi. O, tamamilə Allaha güvənməyi öyrənməli idi. Yonatanın Davuda İlahi uzaqgörənliklə nəzərdə tutulan dost münasibəti İsrailin gələcək padşahının həyatını qorumalı idi. Beləliklə, Allah həm Davud, həm də İsrail xalqı haqda Öz xoş niyyətlərini həyata keçirirdi.AP 586.3

    Lakin Şaulun Davuda xoş münasibəti uzun sürmədi. Şaul və Davud Filiştlilər üzərində qələbədən sonra döyüş meydanından qayıdanda, “İsrailin bütün şəhərlərindən qadınlar dəflərlə, üçsimli alətlərlə şənlik mahnısı oxuyaraq və rəqs edərək padşah Şaulu qarşılamaq üçün çıxırdılar”. Onların bir hissəsi oxuyurdu: “Şaul qırdı minləri”, o biriləri isə həmin melodiya ilə cavab verirdilər: “Davudsa on minləri!” Qısqanclıq iblisi padşahın qəlbinə girdi. O qəzəblənirdi ki, İsrail qadınları öz nəğmələrində Davudu ondan yüksəyə qaldırırlar. Bu alçaq hissi özündə boğmaq əvəzinə, o, zəiflik göstərib qışqırdı: “Davud üçün on minləri, mənim üçünsə ancaq minləri deyirlər. Təkcə padşahlıq qaldı, bundan başqa nə var ki, ona verilsin”.AP 587.1

    Şaulun böyük çatışmamazlığı var idi: o sevirdi ki, onu tərifləsinlər. Bu xüsusiyyət onda güclü idi. O hər nə edirdisə, hər şeydə onun tərif və özünü yüksəltmək yanğısı görünürdü. O, ədalət və ədalətsizlik haqda mühakimə edərkən alçaq əlaməti - xalqın razılığını rəhbər tuturdu. Hər şeydən əvvəl Allahın razılığını axtarmadan, insanları razı salmağa çalışan heç kim təhlükəsizlikdə ola bilməz. Şaul xalqın gözündə həmişə birinci olmağa çalışırdı və qadınlar bu tərif nəğməsini oxuyanda, padşah möhkəm əmin oldu ki, Davud xalqın qəlbini fəth edəcəkdir və onun yerinə padşahlıq edəcəkdir.AP 587.2

    Şaul ürəyini onun qəlbini zəhərləyən qısqanclıq ruhuna açmışdı. Peyğəmbər Şamuel tərəfindən ona deyilmişdisə də ki, Allah nəzərdə tutduğunu yerinə yetirəcəkdir və heç kim buna mane ola bilməyəcəkdir, padşah sübut etdi ki, Allahın planları və gücü haqqında həqiqi biliyə malik deyildir. İsrail padşahının iradəsi İlahi iradəyə müqavimət göstərirdi. İsrail padşahlığını idarə edə-edə, Şaul özünü idarə etməyi öyrənməmişdi. O, imkan vermişdi ki, hissləri onun şüurunu idarə etsin, nəhayət vəhşi qızğınlıq ona hakim olmuşdu. Belə ağılsızlıq tutmalarından sonra, o, özünə nifrət edərək və vicdan əzabı çəkərək qəlb iztirabına qərq olardı.AP 587.3

    Şaul Davudun arfada çalğısını dinləməyi sevirdi, sanki belə dəqiqələrdə şər ruh onu tərk edirdi. Lakin bir dəfə gənc onun önündə arfanın şirin sədaları altında Allahı vəsf edən tərif himnləri oxuyarkən, Şaul onu öldürmək məqsədilə qəfildən nizəsini arfa çalan Davuda atdı. Rəbb Davudu xilas etdi və o, ağlını itirmiş padşahın qəzəbindən sağ-salamat qaçdı.AP 588.1

    Şaulun Davuda olan nifrəti artdıqca, o onu öldürməyə daha çox çalışırdı, lakin Allahın məsh etdiyinə qarşı heç bir cinayətkar niyyət uğur qazanmadı. Şaul bütünlüklə özünü şər ruhun hakimiyyətinə vermişdi və o, ona sahib olmuşdu, Davud isə qüdrətli Məsləhətçiyə və güclü Xilaskara güvənirdi. “Müdrikliyin başlanğıcı Allah qorxusudur” (Məsəllər 9:10) və Davud həmişə Allaha yalvarırdı ki, Allah Onun önündə qüsursuz gəzməkdə ona kömək etsin.AP 588.2

    Rəqibdən canını qurtarmaq üçün padşah “onu öz yanından uzaqlaşdırıb minbaşı etdi... bütün İsrail və Yahuda xalqı isə Davudu çox sevirdi”. Xalq tezliklə başa düşdü ki, Davud bilikli adamdır və ona etibar edilən işləri ağılla və bacarıqla həll edir. Gəncin məsləhətləri şəhadət edirdi ki, o, müdrik və uzaqgörən adamdır, ona etibar etmək olar. Şaulun fikirlərini isə həmişə rəhbər tutmaq olmazdı, onun qərarları müdrik olmurdu.AP 588.3

    Şaul Davudu öldürmək üçün həmişə fursət axtarırdısa da, lakin o, əmin olanda ki, Allah Davudladır, ondan qorxdu. Davudun həyatının özü, onun hüzurunun özü ona irad tuturdu, çünki onların aralarında mövcud olan fərqlər Şaulun xeyrinə deyildi. Paxıllıq Şaulu bədbəxt etdi və onun itaətkar xidmətçisini risqə məruz qoydu. Xarakterin bu murdar cəhəti dünyaya necə də təsvir edilməz zərər vurur! Qabili öz qardaşı Habili öldürməyə təhrik edən həmin düşmənçilik Şaulun da qəlbində yaşayırdı, çünki Habilin işləri saleh idi və Allah ona xeyir-dua verməyə bilməzdi. Paxıllıq - məğrurluğun bəhrəsidir, o, insan qəlbində yetişərək nifrətə gətirib çıxarır, nəticədə isə qisas və qətlə gətirir. Şaulda ona heç vaxt bir pislik etməyən şəxsə qarşı qəzəb oyatmaqla, şeytan öz mahiyyətini göstərdi.AP 588.4

    Padşah Davudu diqqətlə izləyirdi, mərhəmətsizliyə bəhanə olsun deyə, onda hər hansı bir düşünülməmiş hərəkət üzə çıxarmağa ümid edirdi. Şaul hiss edirdi ki, gənci həyatdan məhrum etməyincə rahatlaşmayacaqdır, lakin öz qəddarlığına görə xalqın önündə haqq qazanmaq imkanı əldə etmək istəyirdi. O, Davudun önündə tor quraraq, onu Filiştlilərlə müharibəyə getməyə məcbur edirdi və igidliyinə görə mükafat olaraq öz böyük qızını ona ərə verməyi vəd edirdi. Davud bu təklifə təvazökarlıqla cavab verdi: “Axı mən kiməm ki? Atam kimdir, İsraildə atamın nəsli kimdir ki, padşaha kürəkən olum?” Şaul şahzadə qızını başqasına ərə verməklə, öz sözlərinin qeyri-səmimiliyini sübut etdi.AP 588.5

    Şaulun kiçik qızı Mexolanın Davuda xoş münasibəti Şaula öz rəqibinə qarşı başqa qəsd hazırlamağa imkan verdi. Əgər onların ümumi düşmənlərindən müəyyən qədər öldürərsə, gənc oğlana Mexolan ona ərə vermək vəd edildi. “Şaul Davudu Filiştlilərin əli ilə məhv etməyi fikirləşirdi”, lakin Rəbb Davudu qoruyurdu və o, qələbə ilə qayıdaraq padşahın kürəkəni oldu. “Şaulun qızı Mexola Davudu sevirdi” və quduzlaşmış monarx görürdü ki, onun bütün məkrli niyyətləri öldürməyi arzu etdiyi adamın yüksəlməsinə necə gətirib çıxarır. O, günbəgün əmin olurdu ki, məhz Davud Rəbbin dediyi həmin adamdır; Rəbb onun haqqında demişdi ki, o, Şauldan yaxşıdır və onun əvəzinə İsrail üzərində padşahlıq edəcəkdir. Nəhayət maskasını ataraq o, Yonatana və öz sarayının xidmətçilərinə əmr etdi ki, nifrət etdiyi o adamı öldürsünlər.AP 589.1

    Yonatan padşahın niyyətini Davuda açdı və atasının İsrailin xilaskarına rəhm etməsinə nail olana qədər ona gizlənməyi əmr etdi. O, padşaha bütün millətin şərəf və həyatını xilas edən Davudun etdiklərinin hamısını təsvir etdi və inandırdı ki, Allah tərəfindən onların düşmənlərini dağıtmağa təyin edilən adamın qatilinin üzərinə dəhşətli günah düşəcəkdir. Padşahın vicdanı dilə gəldi və onun qəlbi yumşaldı. “Şaul and içdi:“var olan Rəbb haqqı, onu öldürməyəcəyəm””. Davud yenidən Şaulun yanına gətirildi və əvvəlki kimi ona xidmət etdi. İsraillilərlə Filiştlilər arasında yenidən müharibə başladı və Davud öz döyüşçülərini düşmənin üzərinə apardı. İbranilər parlaq qələbə qazandılar və xalq Davudun müdrikliyini və qəhrəmanlığını tərif etdi. Bu, Şaulda əvvəlki nifrətini oyatdı. Bir dəfə cavan oğlan padşahın önündə arfa çalanda və arfanın musiqi sədaları padşah sarayını dolduranda, Şaula güclü qəzəb hakim oldu, o, nizəni götürdü və musiqiçini divara mıxlamaq məqsədi ilə onu Davuda atdı, lakin Rəbbin mələyi ölüm gətirən silahı dəf etdi. Davud xilas oldu və öz evinə qaçdı. Şaul keşikçilər göndərdi ki, səhər o çıxanda, onu tutsunlar və öldürsünlər.AP 589.2

    Mexola Davuda atasının niyyəti haqda xəbər verdi. O, Davuda yalvardı ki, gizlənsin və pəncərədən düşməkdə ona kömək edərək imkan verdi ki, qaçsın. Davud Şamuelin yanına, Ramaya gəldi və peyğəmbər padşahın qəzəbindən ehtiyat etməyərək, qaçqına öz yanında yer verdi. Padşah sarayı ilə müqayisədə Şamuelin evi necə da rahat məskən idi! Burada, təpələr arasında, Allahın bu hörmətli xidmətçisi öz xidmətini davam etdirirdi. Allahın iradəsini dərk edən və Şamuelin dilindən öyüd sözlərini pərəstişlə dinləyən peyğəmbərlər də onunla yaşayırdılar. Davud İsrail xalqının müəllimindən necə də qiymətli dərslər aldı! Davud güman edirdi ki, Şaulun dəstələri bu müqəddəs yerə soxulmayacaqlar, lakin məlum oldu ki, düşüncəsi bulanıqlaşmış, ümidsizləşmiş padşah üçün heç nə müqəddəs deyildir. Davudun Şamuellə ünsiyyəti padşahın qısqanclığını oyatdı - axı bütün İsrailin Allah peyğəmbəri kimi hörmət etdiyi adam öz nüfuzu sayəsində padşahın rəqibinin irəliləməsinə səbəb olurdu. Padşah Davudun harada olduğunu bibndə oraya öz xidmətçilərini göndərdi ki, onlar gənci tutsunlar və onun öz şər niyyətini həyata keçirmək istədiyi yerə, Qiveaya gətirsinlər.AP 590.1

    Göndərilən adamlar Davudu öldürməyə hazırlaşaraq yola düşdülər, lakin onlara Şauldan güclü Kimsə rəhbərlik edirdi. İsraili lənətləmək üçün gedəndə Balamla olduğu kimi, yolda onları gözəgörünməz mələklər qarşıladılar. Şaulun göndərdiyi adamlar gələcəkdən xəbər verərək və Tanrının əzəmət və şöhrətini vəsf edərək, peyğəmbərlik etməyə başladılar. İnsanları şərdən saxlamaqla və eyni zamanda Öz xidmətçisini mələklərin keşiyi ib əhatə etməklə Allah insanın qəzəbini dəf etdi və Öz hakimiyyətini göstərdi.AP 590.2

    Öz niyyətini həyata keçirmək üçün səbirsizliklə Davudu gözləyəndə, bu haqda xəbərbr Şaula çatdı; lakin Allahın iradını hiss etmək əvəzinə o, daha da qızışdı və başqa xidmətçiləri göndərdi. Onlar da Allah Ruhu tərəfindən fəth olundular və peyğəmbərlik edərək əvvəlkiklərə qoşuldular. Şaul üçüncü dəfə adamlar göndərdi, lakin onlar peyğəmbərlərin yanına gəbndə İlahi qüvvə onları ziyalandırdı və onlar peyğəmbərlik etməyə başladılar. Onda Şaul özü getməyi niyyət etdi, çünki onu qızğın, qarşısıalınmaz düşmənçilik bürümüşdü. O, daha başqa fürsətləri axtarmamağı və heç bir nəticə haqda düşünməyərək ilk fürsətdəcə Davudu öldürməyi qərara aldı.AP 590.3

    Lakin yolda onu Allah mələyi qarşıladı və ona təsir etməyə başladı. Allah Ruhu Şaulu Öz hakimiyyəti altında saxladı və o, Allaha dualar edə-eda, peyğəmbərlik edə-edə və müqəddəs himnlər oxuya-oxuya getdi. O, dünyanın Zəmanətçisi kimi gələcək Məsih haqda peyğəmbərlik etdi. Ramaya peyğəmbərin yanına gələrək, o, öz padşahlıq əzəmətinin əlaməti olan üst paltarını çıxartdı və İlahi Ruhun təsiri altında olaraq bütün günü Şamuelin və onun şagirdlərinin qarşısında uzandı. Padşahda baş verən ağlagəlməz dəyişikliyi öz gözləri ilə görmək üçün xalq axışıb gəldi. Bu haqda xəbər hər yerə yayıldı. Buna görə də Şaulun padşahlığının lap sonuna yaxın İsraildə məsəl yarandı ki, Şaul da peyğəmbərdir.AP 591.1

    Təqibçi yenidən məğlubiyyətə uğradı. O, Davudu ona qarşı xoş münasibətdə olduğuna əmin etdi, lakin Davud padşahın peşmançılığına az inanırdı və hökmdarın əhvalı yenidən dəyişməmiş bu fürsətdən istifadə edərək gizləndi. Davudun qəlbi sızlayırdı, o, öz dostu Yonatanı bir daha görməyin həsrətini çəkirdi. Öz günahsızlığına əmin olaraq, o, padşah oğlunu tapdı və ona riqqətli yalvarış sözləri ilə müraciət etdi: “Axı nə etmişəm? Təqsirim nədir? Atana qarşı nə günahım var ki, canımın qəsdinə durub?” Yonatan inanmışdı ki, atası Davuda öz münasibətini dəyişmişdir, daha onun ölümünü istəmir və cavab verdi: “Əsla, sən ölməyəcəksən. Bax böyük olsun, kiçik olsun, atam шәnә deməmiş heç bir iş görməz. Axı niyə atam məndən bu işi gizlətsin? Belə şey ola bilməz!”. Allah gücünün bu cür möcüzəli təzahüründən sonra Yonatan inana bilmirdi ki, onun atası hələ də Davuda pislik etmək istəyir; çünki belə halda bu, Allaha qarşı qəzəb sayılardı. Lakin Davud öz təhlükəsizliyina əmin deyildi. O, Yonatana qeyri-adi ciddiliklə dedi: “Lakin var olan Rəbbə və canına and olsun, mənimlə ölüm arasında, haqiqətən, ancaq bir addım var”.AP 591.2

    Hər təzə ay doğanda İsraildə müqəddəs bayram keçirilirdi. Davudla Yonatanm söhbətindən sonra elə sabahısı gün bu bayram başlayırdı, bu bayramda har iki gənc padşahın süfrəsinə gəlməli idilər; lakin Davud getməyə qorxurdu və dostlar şərtləşdilər ki, o, Beyt-Lexemdəki qardaşlarının yanına getsin. Oradan qayıtdıqdan sonra qonaqlıqda olanların yaxınlığında, çöldə gizlənsin və üç gün ərzində padşahın gözünə görünməsin, Yonatan isə müşahidə etməlidir ki, bu, Şaula necə təsir edəcəkdir. Əgər padşah sözarası Yesseyin oğlu haqda soruşsa, onda Yonatan deyəcəkdir ki, o, atasının ailəsinin keçirdiyi qurban gətirmə mərasiminə getmişdir. Əgər bu, padşahda qəzəb doğurmasa və o, “yaxşı” desə, onda Davud qorxmadan saraya qayıtsın. Lakin əgər Şaul onun olmamasma qəzəbbnsə, onda Davud gizbnməlidir.AP 591.3

    Məclisin birinci günü padşah Davud haqda heç bir şey soruşmadı, lakin ikinci gün də o, yerində olmadıqda padşah maraqlandı: “Nə üçün Yesseyin oğlu nə dünən, nə də bu gün nahara gəlməmişdir?” Yonatan cavab verdi: “Davud Bet-Lexemə getmək üçün təkidlə məndən izin istədi. Mənə dedi: “Rica edirəm, izin ver gedim, çünki şəhərdə ailəmizin qurbanı var. Orada olmağımı böyük qardaşım mənə əmr etmişdi. Əgər indi gözündə lütf tapmışamsa, rica edirəm, məni burax, gedim qardaşımla görüşüm”. Buna görə də padşahın süfrəsinə gələ bilməyib”. Şaul bu sözləri eşidəndə onu hədsiz qəzəb bürüdü və o bildirdi ki, nə qədər ki Davud sağdır, Yonatan heç vaxt İsrailin padşahı olmayacaqdır və Davudu öldürmək üçün elə həmin saat adamlar göndərilməlidir. Yonatan yenə də öz dostunu müdafiə edərək yalvardı: “Nə üçün o öldürülsün? O nə etmişdir?” Bu sözlər Şauldakı iblisanə qəzəb odunu daha da qızışdırdı və Davudu öldürmək istədiyi nizəni bu dəfə öz oğluna atdı.AP 592.1

    Padşah oğlu dərindən kədərləndi və bütün bunlardan hiddətbnərək stolun arxasından qalxdı və bir daha nahara gəlmədi. O, sarsılmış qəlblə, Davudun onu gözlədiyi təyin olunmuş yerə yola düşdü. Onlar bir-birlərini qucaqladılar və acı-acı ağladılar. Padşahın dəhşətli qəzəbi bu gənclərin həyatını tutqunlaşdırırdı, onların kədəri təsviredilməz idi. Hərəsi öz yolu ib getmək üçün onlar ayrılanda, Yonatan Davuda sonuncu sözləri dedi: “Sağ-salamat get, çünki “səninlə mənim aramda və sənin övladlarınla mənim övladlarım arasında əbədilik Rəbb olacaq” deyərək ikimiz də Rəbbin isminə and içmişik”.AP 592.2

    Padşah oğlu Qiveaya qayıtdı, Davud isə Nova getməyə tələsdi, bu şəhər həmin yerdən bir neçə mil məsafədə yerbşirdi və o da Binyamin soyuna məxsus idi. Səyyar məbədi Şilodan bura gətirmişdilər və baş kahin Aximelek orada xidmət edirdi. Davud bilmirdi ki, Allah qulunun yanından başqa harada sığınacaq axtarsın. O, tələsik, həyəcanlı, kədərli və tam tənha halda kahinin yanına gələndə, o, Davuda heyrətlə baxdı. Aximelek soruşdu ki, onu bura nə gətirmişdir. Daim tutulmaq qorxusu hiss edən cavan adam yalan danışdı. Davud dedi ki, padşah tərəfindən dərhal yerinə yetirilməli olan gizli tapşırıqla göndərilmişdir. Bununla o, Allaha inamsızlıq göstərdi və bu günah baş kahinin ölümünə səbəb oldu. Əgər Davud ona bütün həqiqəti danışsaydı, onda Aximelek bilərdi ki, onun həyatını xilas etmək üçün nə etsin. Allah tələb edir ki, hətta böyük təhlükə önündə də düzgünlük Onun xalqının seçibn xüsusiyyəti olsun. Davud kahindən beş mayasız çörək istədi. Allah adamında bu müqəddəs çörəklərdən başqa heç nə yox idi, lakin Davuda onun şübhələrini dağıtmaq və aclığını təmin etmək üçün çörək almaq müyəssər oldu.AP 592.3

    İndi başqa təhlükə yarandı. Şaulun çobanlarının rəisi, ibranilərin dininə iman edən Doeq həmin gün nəzir gətirmək üçün səcdəgaha gəlmişdi. Bu adamı görərək Davud dərhal başqa yerə qaçmaq qərarına gəldi, lakin əvvəlcə hər ehtimala qarşı hər hansı bir silah əldə etmək lazım idi. O, Aximelekdən qılınc istədi, lakin o dedi ki, onda yalnız Qolyatın qılıncı var və bu qılınc səyyar məbəddə əmanət kimi saxlanılır. Davud cavab verdi: “Onun əvəzi yoxdur; onu mənə ver”. Filiştli nəhəngi vurduğu qılıncı əlində görünən kimi, cəsarət ona qayıtdı.AP 593.1

    Davud Qat padşahı Akişin yanına qaçdı. O dark edirdi ki, onun üçün Şaulun padşahlığı hüdudlarında qalmaqdan öz xalqının düşmənləri arasında yaşamaq təhlükəsizdir. Lakin Akişə dedilər ki, Davud bir neçə il əvvəl fıliştli nəhəngi öldürən həmin adamdır və indi İsrail xalqının düşmənləri arasında sığınacaq axtaran böyük təhlükəyə məruz qalmışdır. Lakin özünü ağılsızlığa vuraraq o, düşmənlərini aldatdı və bebliklə xilas oldu.AP 593.2

    Davudun birinci səhvi ondan ibarət idi ki, o, Novda Allaha inamsızlıq göstərmişdi, ikinci ondan ibarət idi ki, o, Akişi aldatmışdı. Davud nəcib xarakter xüsusiyyətlərinə malik idi və onun mənəvi byaqətləri xalqın etimadını qazanmışdı, lakin sınaqlarla qarşılaşdıqda onun imanı sarsıldı və o, insani zəiflik göstərdi. O, hər bir adamda cəsus və satqın görürdü. Böhran anında Davud sarsılmaz imanla Allaha baxanda, filişlti nəhəngə qalib gəlmişdi. O, Allaha inanırdı və təqib olunanda hirs və ümidsizlik Səmavi Atanı, demək olar ki, onun gözlərindən gizləmişdi.AP 593.3

    Lakin bu sınaq Davuda müdriklik öyrətdi. O, öz gücsüzlüyünü və Allahdan daimi asılılığının zəruriliyini dark etdi. Əzab çəkmiş, ümidsiz qəlbə Allah Ruhunun şirin təsiri necə də qiymətlidir; O, zəifləmiş qəlbi ruhlandırır, gücsüzü möhkəmləndirir və sınanmış Allah qullarına cəsarət və gömək verir. Gör biz necə bir Allaha malikik, - O, azanlara mərhəmət göstərir, bədbəxtlik və böyük kədər zamanı səbir və qayğı ilə yanaşır!AP 594.1

    Allah övladlarının məruz qaldıqları hər bir uğursuzluq imanın çatışmaması üzündən baş verir. Bizim qəlbimiz ətrafında qaranlıq qatılaşanda, biz işıq və müdafiə həsrətində olanda, yuxarıya baxmalıyıq, çünki orada qaranlığın üzərində işıq hökm sürür. Davud bir an da Allaha şübhə etməməli idi. Onun Allaha güvənməyə əsası var idi. O, Allahın məsihi idi. Böyük işləri yerinə yetirmək üçün kifayət qədər cəsarətli olan Davud öz ağır vəziyyətindən yüksəyə qalxa bilsəydi və Allahın böyük qüvvəsinə güvənsəydi, hətta ölüm kölgəsi altında da rahatlıq əldə edərdi. Onda o, Allahın bu əhd sözlərini inamla təkrar edə bilərdi: “Dağlar yerini dəyişsə də, təpələr sarsılsa da, sənə olan məhəbbətim dəyişməz, sülh əhdim sarsılmaz. Bunu sənə rəhm edən Rəbb deyir” (Yeşaya 54:10).AP 594.2

    Yahudeya dağları arasında Davud Şaulun təqiblərindən sığmacaq tapmışdı. O, Adullam mağarasında gizlənmişdi, bu mağara kiçik dəstəyə gizlənməyə imkan verirdi və çoxsaylı ordudan müdafıə üçün gözəl yer idi. “Onun qardaşları və onun atasının bütün evi onu eşitdilər və onun yanına oraya gəldilər”. Davudun qohumları özlərini təhlükəsizlikdə hiss edə bilmirdilər, onlar unutmurdular ki, Davudla qohumluqları üzündən, Şaulun əsassız şübhələri istənilən vaxt onlara qarşı çevrilə bilər. İndi onlar dərk edirdilər ki, bütün İsrail məhz bunu bilməlidir: Allah Davudu Öz xalqı üzərində gələcək padşah kimi seçmişdir; onlar inanırdılar ki, onunla, tənha mağarada gizlənmiş qaçqınla onlar daha təhlükəsizlikdə olacaqlar, nəinki ağılsız, qısqanc padşahın hakimiyyəti altında qalsalar.AP 594.3

    Adullam mağarasında ailənin bütün üzvləri arasında anlaşılma və məhəbbət hökm sürürdü. Yesseyin oğlu arfa tellərinin sədaları altında sərbəst oxuya bilirdi: “Nə yaxşıdır, nə xoşdur, qardaş olub bir yaşamaq!” (Məzmur 132:1). Öz qardaşlannın ona etibarsızlığının əvəzinə indi hökm sürən razılıq qəribin qəlbini sevindirirdi. Davud orada 56- cı məzmuru yazmışdı.AP 594.4

    Bir qədər vaxt keçdi və qəddar padşahdan qaçan adamlar da Davuda qoşuldular. İsrail padşahına inamını itirənlər çox idi, onlar görürdülər ki, Allah Ruhu artıq ona rəhbərlik etmir. “Vəziyyəti ağır olanlar, borcu olanların, narazıların hamısı yanına yığıldı və Davud onlann başçısı oldu. Onun yanında dörd yüz nəfərə qədər adam var idi”. Beləliklə, Davudun sülh və qayda-qanun hökm sürən kiçik padşahlığı yarandı. Lakin hətta orada, dağlar arasında da o, tam təhlükəsizlikdə deyildi, çünki daim məlumat gəlirdi ki, padşah öz qanlı niyyətindən əl çəkməmişdir.AP 595.1

    öz valideynləri üçün Moav padşahının yanında sığınacaq taparaq, Davud Xeret meşəsindəki gizli yerdə gizlənmək haqda peyğəmbər vasitəsilə Allahdan xəbərdarlıq aldı. Davudun yaşantıları onun üçün faydasız, bəhrəsiz qalmadı. Onu həyat intizamının sərt məktəbindən keçirməklə Allah istəyirdi ki, o, nəticədə müdrik sərkərdə və mərhəmətli padşah olsun. öz cinayətkar ehtirası, ağılsızlığı və uzaq görməzliyi üzündən Şaulun idarə etməyə tamamilə qadir olmadığı dövlətin idarəçilik məsuliyyətini Davud digər qaçqınlarla birlikdə öz üzərinə götürməyə hazırlaşırdı. İnsanlar Allahın məsləhətlərinə etinasızlıq göstərməklə rahat və ağıllı qala bilməzlər, çünki yalnız Allah insana ədalətli və düşüncəli hərəkət etmək qabiliyyəti verə bilər. Allahın müdrikliyini rəhbər tutmaq əvəzinə insan müdrikliyi ilə hərəkət etməkdən daha dəhşətli və ziyasız ağılsızlıq yoxdur.AP 595.2

    Şaul Davudu Adullam mağarasında tutmaq istəyirdi, lakin məlum olanda ki, o, orada yoxdur, çox qəzəbləndi. Davudun qaçması Şaul üçün sirr qaldı. O, bunu yalnız Yesseyin oğluna padşahın yaxınlaşmasını xəbər verən öz adamlarından hər hansı birinin xəyanəti kimi izah edə bilərdi.AP 595.3

    O, yəqin edirdi ki, ona qarşı qəsd təşkil edilmişdir və onun yaxın adamlarının Davudla dost münasibətlərindən xəbər verən adama zəngin hədiyyələr və fəxri yerlər vəd edirdi. Satqın Edomlu Doeq oldu. Şöhrətpərəstlik, mənfəətpərəstlik və onun günahlarına irad tutan kahinə qarşı nifrətlə idarə olunan Doeq Şaula Davudun baş kahin Aximelakın yanına gəlməsi haqda xəbər verdi və işi elə təsvir etdi ki, Allah adamına qarşı padşahda qəzəb oyatsın. Bu allahsızın sözləri ocağa yağ tökdü və Şaulun qəlbində ən alçaq ehtiraslar oyatdı. Qəzəbdən ağlını itirərək o, elan etdi ki, kahinin bütün ailəsi ölməlidir. Dəhşətli hökm yerinə yetirildi. Yalnız Aximelek deyil, onun atasının ailə üzvləri də, “kətan efod geyən səksən beş kişi” padşah əmrinə əsasən Doeqin cinayətkar əli ilə öldürüldülər.AP 595.4

    “Kahinlər şəhəri olan Novu da qılıncdan keçirdi. Kişi, qadın, gənc, körpə bilmədən bütün adamları, eləcə də öküzləri, eşşəkləri və qoyunları qılıncdan keçirdi”. Şeytanın hakimiyyəti altında olan padşah gör nəyə qadirdir. Allah deyəndə ki, amaleqlilərin azğınlıq kasası dolmuşdur və Şaula onları tamamilə qırmağı əmr edəndə, o, bu hökmü yerinə yetirmək üçün özünü həddən artıq mərhəmətli hesab etdi və məhvə məhkum olana rəhm etdi. Lakin indi, Allahın əmri olmadan, şeytan tərəfındən yönələn o, Allah peyğəmbərlərini öldürməyə və bütün Nova sakinlərini məhv etməyə qadir oldu. Allah rəhbərliyindən imtina edən insan qəlbinin eybəcərləşməsi belədir.AP 596.1

    Bu insaniyyətsizlik bütün İsraili dəhşətə gətirdi. Onların seçdikləri padşah cinayət etmişdi və o, Allahdan qorxmayan başqa xalqların padşahlarının adəti üzrə belə etmişdi. Əhd mücrüsü onlarda idi, lakin onun yanında xidmət edən, onların məsləhət üçün və müxtəlif suallarla müraciət etdikləri kahinlər öldürülmüşdülər. Daha nə gözləmək olardı?AP 596.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents