Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Ağsaqqallar və Peyğəmbərlər

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    21-ci fəsil
    YUSİF VƏ ONUN QARDAŞLARI

    (Bu fəsil Yaradılış Kitabının 41:54-56; 42-50-ci fəsillərinə əsaslanır)

    Məhsuldar illərin başlanğıcından yaxınlaşan aclığa hazırlıqlar başlandı. Yusifın rəhbərliyi altında Misirin bütün əsas şəhərlərində nəhəng anbarlar yaratdılar, bol məhsulun qorunması üçün bütün tədbirləri gördülər. Bütün yeddi bolluq ili ərzində bu cür hərəkət etməkdə davam etdilər, ta ki, anbarlara o qədər buğda yığdılar ki, hesabı itirdilər.AP 187.1

    Sonra isə Yusifın xəbərdar etdiyi kimi yedd qıtlıq ili başlandı. “Misir torpağında yeddi il bolluq qurtardı. Yusifın söylədiyi kimi yeddi il aclıq başladı. Bütün ölkələrdə aclıq oldu, lakin Misir torpağının hər yerində ərzaq var idi. Bütün Misir əhalisi aclıq çəkəndə çörək üçün fırona fəryad etdi. Firon bütün Misirlilərə dedi: “Yusifın yanına gedin, onun dediyini edin”. Bütün yer üzündə aclıq oldu. Yusif məhsul olan bütün anbarları açıb, Misirlilərə taxıl satırdı. Misir torpağında aclıq gücləndi. Bütün ölkələrin adamları taxıl almaq üçün Misirə, Yusifın yanına gəlirdilər”.AP 187.2

    Açlıq Kənan torpağına qədər yayıldı və diyarın Yaqub yaşayan hissəsində xüsusilə kəskin hiss olunurdu. Misir padşahının yığdığı bol ehtiyat haqqında eşidərək Yaqubun on oğlu buğda almaq ümidi ilə оrауа yola düşdülər. Misirə gələndə onlan başqaları ilə bərabər padşah müdirinin yanına göndərdilər. “Yusif ölkənin başçısı idi və ölkənin bütün əhalisinə də taxılı özü satırdı. Yusifın qardaşlan gəlib onun önündə üzlərini yerə qoyub səcdə etdilər”. “Yusif qardaşlarını tanıdı, amma onlar Yusifı tanımadılar”. Onun ibrani adı padşah tərəfındən başqası ilə əvəz olunmuşdu və Misirin indiki rəisi ilə onların İzmaillilərə satdıqları yeniyetmə arasında heç bir oxşarlıq yox idi. Yusif onun qarşısında alçalaraq baş əyən qardaşlarını görəndə öz yuxularını xatırladı, və keçmişin səhnələri onun gözləri önündə canlandı. Xahişçilərə diqqətlə nəzər salaraq o gördü ki, Binyamin onlanrın arasında deyildir. O da bu kobud insanların imansız qəddarlıqlarının qurbanı olmamışdır ki? O, həqiqəti öyrənməyi qərara aldı. O onlara sərt dedi: “Siz casussunuz, ölkənin zəif yerlərini öyrənmək üçün gəlmisiniz”.AP 187.3

    Onlar isə cavab verdilər: “Xeyr, ey ağamız, qulların yalnız ərzaq almaq üçün gəliblər. Biz hamımız bir adamın oğullarıyıq. Biz təmiz adamlarıq, qulların casus deyil”. O çox istəyirdi başa düşsün ki, onlar əvvəlki kimi təkəbbürlüdürlərmi, həm də evləri haqqında bir şey öyrəkmək istəyirdi. Lakin o gözəl başa düşürdü ki, onlar ona bütün həqiqəti deməyə də bilərlər. O öz ittihamını təkrar etdi və onlar cavab verdilər: “Biz qulların on iki qardaşıq və Kənan torpağında bir adamın oğullarıyıq. Kiçik qardaşımız indi atamızın yanındadır, bir qardaşımız isə yoxa çıxıb”.AP 188.1

    Rəis özünü elə göstərdi ki, onların sözlərinin həqiqiliyinə hələ də şübhə edir və elan etdi ki, onlann cəsus olduğundan şübhələndiyi üçün hamısını Misirdə saxlayır, onlardan biri isə qoy gedib kiçik qardaşı bura gətirsin. Əgər onlar bu şərti yerinə yetirməsələr, onlarla cəsus kimi rəftar edəcəklər. Lakin Yaqubun oğulları bununla razılaşa bilmədilər - belə səyahətə çox vaxt tələb olunacaqdır, onların ailəsi isə ac qalacaqdır, ikincisi isə, öz qardaşlarını zindanda qoyaraq onlardan kim tək yola çıxmağa qərar verər? O, atasına nə deyər? Aydın olurdu ki, yəqin onları öldürəcəklər, ya da qul edəcəklər, əgər Binyamin bura gəlsə, onda onların qismətinə şərik olacaqdır. Onlar qalıb bir yerdə iztirab çəkməyi üstün tutdular, nəinki atanı qalan bircə oğlundan məhrum edərək onu yenidən kədərləndirməyi. Onlar, əlbəttə ki, zindana atıldılar və orada üç gün qaldılar.AP 188.2

    Yusif qardaşlarından uzaqda, Misirdə yaşadığı vaxt ərzində onlar çox dəyişmişdilər. Əvvəl paxıl, itaətsiz, yalançı, qəddar, qisasçı idilər, indi, bədbəxtliyə rast gələndə isə, onlar fədakarlıq, bir-birinə sadiqlik, atalanna sədaqət göstərdilər və artıq özləri böyük kimi olduqları halda onun nüfuzuna tabe oldular.AP 188.3

    Misir zindanında keçirilən üç gün qardaşlar üçün keçmiş günahlarına görə acı sarsılma günləri idi. Əgər Binyamin gətirilməsə, onları cəsusluqda təqsirləndirəcəklər, onlar isə ümid etmirdilər ki, Binyamini buraxmaq üçün atalarını dilə tuta bilsinlər. Üçüncü gün Yusif qardaşlan öz yanına gətirtdi. O onları daha ləngitmək istəmirdi. Onun atası və evdəkilər yəqin ki onsuz da aclıqdan iztirab çəkirlər. O dedi: “Dediyimə əməl edib canınızı qurtarın, çünki mən Allahdan qorxuram. Əgər siz təmiz adamsınızsa, qoy qardaşlarınızdan biri həbs olunduğunuz yerdə qalsın, siz isə gedib ailələrinizi aclıqdan qurtarmaq üçün taxıl aparın. Sonra kiçik qardaşımzı mənim yanıma gətirin. Beləcə düz dediyinizi biləcəyəm və canımzı qurtaracaqsınız”. Qardaşlar bu təklifı qəbul etdilər, lakin atalarının Binyamini onlarla buraxacığına az ümid edirdilər. Yusif onlarla tərcüməçi vasitəsilə damşırdı və onlar rəisin onları başa düşməsindən heç şübhələnməyərək onun yanında öz aralarında sərbəst danışırdılar. Onlar özlərini Yusiflə qəddar rəftar etməkdə ittiham edirdilər: “Doğrudan da, biz qardaşımızın qarşısında təqsirkarıq. O bizə yalvardığı vaxt çəkdiyi əziyyəti gördük, ancaq ona qulaq asmadıq. Buna görə də başımıza bu bəla gəldi”. Onu Dotanda azad etmək istəyən Ruven onlara belə cavab verdi: “Mən demədimmi uşağa pislik etməyin, lakin siz mənə qulaq asmadınız. İndi isə onun qanına görə cəza çəkirik”. Yusif bu danışıqları eşidərək göz yaşını saxlaya bilmirdi. Sonra o, Şimeonı bağlayıb zindana aparmağı əmr etdi. Yusifə qarşı qəddar rəftarın əsas səbəbkarı olduğu üçün Şimeon seçildi.AP 189.1

    Yusif göstəriş verdi ki, qardaşları buğda ilə təmin etsinlər və hər birinin pulunu gizlicə qaytarsınlar. Yusifın əmri ilə onlara həm də heyvanları üçün yem verdilər. Yolda onlardan biri çuvalını açdı və içərisində gümüş dolu bağlamasını tapıb təəccübləndi. O bu haqda qardaşlarına danışanda onlar hamısı həyəcanlandılar və təəccüblə bir-birlərinə dedilər: “Allah bizim başımıza nə iş gətirdi?” Bu, Allah mərhəmətinin əlaməti idi, yoxsa Rəbb beləliklə onları daha böyük bədbəxtliyə düçar etmək istəyir ki, günahları üçün cəzalandırsın? Onlar bildilər ki, Allah onlann bütün günahlarını görmüşdür və indi onlar üçün cəzalandırır. Yaqub öz oğullarının qayıtmasını narahatçılıqla gözləyirdi və onlar gələndə bütün düşərgə onların ətrafına yığışıb hərisliklə onların hekayətlərini dinləyirdilər. Hər bir qəlbi həyəcan bürüyürdü. Misir rəisinin hərəkətləri arxasında sanki nəsə bəd niyyət gizlənirdi və qardaşlar öz çuvallarına atılmış pulları tapanda onların ehtiyatlanması özünü doğrultdu. Qocalmış ata ümidsizliklə nida etdi: “Siz məni övladsız qoydunuz. Yusif yox, Şimeon yox, Binyamini də aparacaqsınız. Bütün bunlan mənim başıma gətirmək istəyirsiniz”. Ruven öz atasına cavab verdi: “Əgər onu sənin yanına gətirməsəm, iki oğlumu öldürərsən. Onu mənim ixtiyanma ver, mən də onu qaytarıb yanına gətirəcəyəm”. Lakin bu mühakiməsiz sözlər Yaqubu sakitləşdirmədi; çünki onun qardaşı ölmüşdür və o, tək qalmışdır. Onun cavabı bu oldu: “Oğlum sizinlə getməyəcək, çünki onun qardaşı ölüb və tək qalıb. Əgər getdiyiniz yolda onun başına bir iş gəlsə, mənim ağ saçlı başımı kədər içində ölülər diyarına endirəcəksiniz”.AP 189.2

    Lakin qıtlıq gücbnirdi və Misirdən gətirilən buğda ehtiyatı getdikcə tükənirdi. Yaqubun oğulları bilirdilər ki, Binyaminsiz getmək olmaz. Onlar az ümid edirdilər ki, ataları öz qərarını dəyişəcəkdir və sakitcə düyünün açılmasını gözləyirdilər. Yaxınlaşan aclığın kölgələri getdikcə daha da qatılaşırdı; öz yaxınlarının üzlərindən qoca onların ehtiyaclarını oxudu və nəhayət dedi: “Yenə gedib, bizə bir az ərzaq alın”.AP 190.1

    Yəhuda cavab verdi: “O adam bizə ciddi xəbərdarlıq edib dedi ki, əgər qardışınız sizinlə gəlməsə, gözümə görünməyin. Əgər sən qardaşımızı bizimlə göndərsən, gedib ərzaq alarıq. Ancaq onu göndərməsən, getməyəcəyik, çünki o Adam bizə dedi ki, qardaşınız sizinlə gəlməsə, gözümə görünməyin”. Atasının tərəddüd etdiyini görüb o davam etdi: “Uşağı mənimlı göndər ki, qalxıb gedək. Sən də, biz də, uşaqlarımız da ölməyib sağ qalarıq”. O, qardaşı üçün bütün məsuliyyəti öz üzərinə götürməyi və Binyamini qaytara bilməsə təqsiri öz üzərinə qəbul etməyi təklif etdi.AP 190.2

    Yaqub daha inad edə bilmədi və oğullanna yola hazırlaşmağı əmr etdi. O həm də həmin ölkənin rəisinə quraqlıq şəraitində əldə edibn töhfələri aparmağı əmr etdi: “bir qədər balzam, bal, ədviyyat ətriyyat, püstə və badam götürün”, həm də ikiqat miqdarda pul. “Qardaşlarınızı götürüb gedin və o adamın yanına qayıdın”. Yaqubun oğulları bu təhlükəli səyahətə çıxmağa hazır olanda qoca ata qalxdı, əllərini göyə qaldırıb dua etdi: “Külli-İxtiyar Allah o adamda sizə qarşı mərhəmət oyandırsın, o da digər qardaşınızı və Binyamini sizə təhvi versin. Mən uşaqlarımdan məhrum olacağamsa, qoy olum”.AP 190.3

    Qardaşlar yenidən Misirə gəldilər və Yusifın hüzurunda durdular. Binyamini, öz anasının oğlunu görəndə onu dərin həyəcan bürüdü. Öz hisslərini gizlədərək, onları öz evinə nahara dəvət etməyi əmr etdi. Qardaşlar rəisin sarayına gələndə çox qorxurdular ki, xurcunlarından tapılan pullar üçün onlan sorğuya çəkərlər. Onlar güman edirdilər ki, pullar ona görə atılıbdır ki, onları qula çevirmək üçün bəhanə olsun. Onlar ümidsizliklə Yusifın ev nəzarətçisi ilə məsləhətləşdilər, ona Misirə gəlmələri ilə əlaqədar olan öz vəziyyətləri haqqında xəbər verdilər və öz günahsızlıqlarının sübutu olaraq dedilər ki, çuvallarında tapılan pulu geri gətirmişlər, həm də buğda almaq üçün də özləri ilə pul gətirmişlər, bununla bərabər əlavə etdilər: “O pulu isə çuvallarımıza kimin qoyduğunu bilmirik”. Həmin adam onlara cavab verdi: “Narahat olmayın, qorxmayın. Özünüzün və atanızın Allahı sizə çuvallarınızda xəzinə verdi. Pulunuz mənə gəlib çatdı”. Onların narahatlığı aradan qalxdı və zindandan azadlığa buraxılan Şimeon da onlara qoşulanda onlar Allahın mərhəmətinin həqiqətən də onların üzərində olduğunu hiss etdilər.AP 191.1

    Başçı ilə yenidən görüşən zaman onlar öz hədiyyələrini təqdim etdilər və “onun önündə yerə qədər əyilib səcdə etdilər”. O, yenə də öz yuxulannı xatırladı və salamlardan sonra tezcə soruşdu: “O dediyiniz qoca atanız salamatdırmı? Hələ də yaşayırmı?” “Sənin qulun atamız salamatdır, hələ də yaşayır” - cavab verərək onlar yenidən ona baş əydilər. Onun nəzəri Binyaminin üzərində dayananda o soruşdu: “Mənə söylədiyiniz kiçik qardaşınız budurmu?... Ey oğlum, Allah sənə lütf etsin”. İncə duyğularına üstün gələ bilməyərək o daha heç nə deyə bilmədi, “otağa girib, orada ağladı”.AP 191.2

    Yusif özünü ələ alaraq qayıtdı və hamı süfrə ancasında əyləşdi. Kastalar qanuna görə, misirlilərə yadellilərlə bir yerdə yemək yeməyə icazə verilmirdi. Buna görə də Yaqubun oğullarını ayrı stolun arxasında oturtmuşdular. Yusif öz yüksək mövqeyinə uyğun olaraq аупса yeyirdi, qalan misirlilərin də ayrıca stolları var idi. Hamı oturanda qardaşlar onlara yeməyin yaşda böyüklüyə əsasən verildiyini görüb çaşdılar. Yusif “önündəki yeməklərdən onlara pay ayırdı”, lakin Binyaminin payı onların hər birinin payından beş qat artıq idi. Binyaminə xüsusi üstünlük verməklə Yusif bilmək istəyirdi ki, onlar kiçik qardaşa da bir vaxtlar ona göstərdikləri paxıllıq və nifrətlə yanaşırlarmı? Yusifin onların dilini başa düşdüyünü hələ də bilməyərək qardaşlar öz aralarında sərbəst danışırdılar. Beləliklə onun onların əsl hissləri haqqında bilmək imkanı var idi. O onları yenə də sınamaq istəyirdi və onları yola salmazdan əvvəl öz gümüş badəsini kiçik qardaşın çuvalına qoymağı əmr etdi.AP 191.3

    Qardaşlar sevinclə geriyə yola düşdülər. Şimeon və Binyamin onlarla idi. Heyvanlar buğda ilə yüklənmişdilər və hamı hiss edirdi ki, sanki onları əhatə edən təhlükələrdən müvəffəqiyyətlə yaxa qurtarmışlar. Lakin onlar şəhərin kənarına çatan kimi Yusifın ev nəzarətçisi onları haqladı və sərt soruşdu: “Nə üçün yaxşılığa pisliklə cavab verdiniz? Bu kasa ağamın içdiyi və onunla baxıcılıq etdiyi kasa deyilmi? Siz çox pis iş tutdunuz?”. Güman edilirdi ki, bu kasa istənilən zəhəri üzə çıxartmaq xüsusiyyətinə malikdir. O vaxtlar bu cür qablar ölümcül zəhərlənmələrdən yaxa qurtarmaq vasitəsi kimi yüksək qiymətləndirilirdilər.AP 192.1

    Səyahətçilər ev nəzarətçisinin ittihamına etiraz etdilər: “Nə üçün ağam belə sözlər söyləyir? Bu iş qullarından uzaq olsun. Biz çuvalımızın içində tapdığımız pulu Kənan torpağından sənə geri qaytardıq. Ağanın evindən necə qızıl, yaxud gümüş oğurlaya bilərik? Qoy bu şey qullarından kimdə tapılsa, o adam öldürülsün və biz də ağamıza qul olaq”.AP 192.2

    “Yaxşı, qoy siz deyən kimi olsun; bu kimin yanında tapılsa, o mənə qul olsun, qalanlarınız isə təqsirkar olmayacaqsımz”.AP 192.3

    O saat da axtaraşı başladı. “Onların hər biri tələsik çüvalım yerə endirdi və çuvalının ağzını açdı”, ev nəzarətçisi Ruvenin çuvalından başlayaraq ən kiçiyin çuvalına qədər hər birini axtardı. Piyalə Binyaminin çuvalında tapıldı.AP 192.4

    Qardaşlar ümidsizlik içərisində öz paltarlarını çırdılar və məyus halda şəhərə qayıtdılar. Onların öz vədlərinə əsasən Binyamin qul olmağa məhkum idi. Onlar nəzarətçinin arxasmca saraya getdilər və rəisi orada görüb, onun qarşısında üzü üstə yerə döşəndilər. “Bu nə işdir, görmüsünüz?” - o dedi. “Güman etmədiniz ki, mənim kimi bir adam baxıcılıq edə bilər?” Yusif bu sözlərlə onlara günahlarını etiraf etdirmək istəyirdi. O heç vaxt İlahi qüvvəyə malik olmaq iddiasında deyildi, lakin istəyirdi ki, onlar inansınlar ki, guya o onların həyatlarının gizli sirlərini oxuya bilir.AP 192.5

    Yəhuda cavab verdi: “Ağama nə deyim, nə söyləyim? Özümüzü necə təmizə çıxara bilərik? Allah öz qullarında təqsir gördü.İndi biz də, yanında kasa tapılan adam da ağamızın quluyuq”.AP 193.1

    “Yox, mən belə etməyəcəyəm” - cavab verildi. “Yalnız yanında kasa tapılan adam mənə qul olacaq, siz isə sağsalamat atanızın yanına gedin”.AP 193.2

    Yəhuda dərin ümidsizliklə rəisə yaxınlaşdı və nida etdi: “Ey ağam, xahiş edirəm ki, qulunun dediyi sözlərə qulaq as və quluna qarşı qəzəbin alovlanmasm, çünki sən fıron kimi bir adamsan”. Riqqətli sözlərlə o, Yusifı itirən atasının dərdini və onun Binyamini Misirə buraxmaq istəməməsini təsvir etdi, çünki o, Yaqubun çox sevdiyi Rəhildən qalan yeganə oğlu idi. “İndi sənin qulun atamın yanına qayıtdığım zaman uşaq bizimlə olmasa, və ürəyi bütün sevgisi ilə uşağa bağlanan atamız onu görməsə, ölə bilər. Onda biz qulların, qulun atamızın ağ saçlı başını kədər içində ölülər diyarına endirərik. Mən qulun, atama uşaq üçün zamin dumb dedim: “Əgər onu sənin yanına gətirməsəm, atamın önündə ömrüm boyu təqsirkar olacağam”. İndi xahiş edirəm, qoy uşağın əvəzinə mən ağama qul olmaq üçün qalım, uşaq isə qardaşlarımla birgə getsin. Çünki o mənimlə olmasa, necə atamın yanına gedə bilərəm? Onda mən atamın başına fəlakət gəldiyini görərəm”.AP 193.3

    Yusif razı qaldı. O öz qardaşlarında əsl peşmançılığın bəhrəsini gördü. Yəhudanın alicənab təklifini dinləyərək o əmr etdi ki, onlardan başqa hamı çıxsın və onda özünü saxlaya bilməyərək hönkürtü ilə qışqırdı: “Mən Yusifəm. Atam hələ sağdırmı?”.AP 193.4

    Qardaşlan qorxu və heyrətdən yerbrində donub qalmışdılar. Misirin başçısı - bir vaxtlar onların paxıllıq etdikbri, öldürmək istədikləri, nəhayət qul kimi satdıqlan qardaşları Yusif idi! Ona göstərdikləri pis münasibət gözbrinin önünə gəldi. Onun yuxularını necə nifrətlə qarşıladıqlarını və bu yuxuların gerçəkləşməsinin qarşısını almağa çalışdıqlarını xatırladılar. Bununla beb onlar bu yuxuların gerçək olmasında öz üzərbrinə düşən işi görmüşdübr; indii isə tamamilə onun hakimiyyəti altında idilər və heç şübhəsiz, Yusif çəkdiyi əziyyətlərin qisasını alacaqdı.AP 193.5

    Onların heyrətini görüb, o mehribanlıqla dedi: “Mənə yaxın gəlin”. Onlar yaxınlaşanda isə davam etdi: “Misirə satdığınız qardaşınız Yusif mənəm. İndi məni buraya satdığınız üçün kədərlənməyin və təəssüflənməyin, çünki Allah həyatınızı qorumaq üçün məni sizdən qabaq buraya göndərdi”. Qardaşlarının onunla amansız davrandıqları üçün artıq kifayət qədər əziyyət çəkdiklərini hiss edən Yusif onların qorxusunu aradan qaldırmaq və özlərini günahlandırmaq acısını azaltmaq istəyirdi.AP 194.1

    “Artıq iki ildir ki, ölkədə qıtlıqdır; hələ beş il də əkin-biçin olmayacaq”, o, davam etdi, “Allah məni sizdən qabaq buraya göndərdi ki, sizi yer üzündə saxlasın və böyük bir qurtuluşla həyatınızı qorusun. Ona görə də məni buraya göndərən siz deyilsiniz, Allahdır. O məni fırona ata, onun bütün saray adamlarına ağa, bütün Misir ölkəsinə isə başçı etdi. Tez atamın yanına gedib ona söyləyin ki, oğlun Yusif belə deyir: “Allah məni bütün Misir ölkəsinə ağa etdi. Daha durma, yanıma gəl. Qoşen vilayətində yaşayarsan. Özün, oğulların, nəvələrin, qoyun-keçin, mal-qaran - sənin hər şeyin mənə yaxın olar. Orada sənin qayğina qalaram, çünki daha beş il qıtlıq olacaq. Yoxsa özün, ailən və bütün yaxın adamların yoxsulluq çəkəcək. İndi sizin və qardaşım Binyaminin gözləri görür ki, bu sözbri dilimb sizə deyirəm”. Yusif qardaşı Binyaminin boynuna sarılıb ağladı; Binyamin də onun boynuna sarılıb ağladı. Yusif bütün qardaşlarını öpdü və onların boynuna sarılıb ağladı. Bundan sonra qardaşları onunla söhbət etdibr”. Onlar itaətlə öz günahlarını etiraf etdibr və bağışlanmaları üçün ona yalvardılar. Onlar peşman olaraq uzun müddət vicdan əzabı çəkmişdilər və indi sevinirdibr ki, qardaşları sağdır.AP 194.2

    Baş verən hadisələr haqqında xəbər tezcə padşaha çatdı, o, Yusifə öz minnətdarlığmı ifadə etməyi çox istəyərək onun dəvətini təkrar etdi: “Sizə Misir ölkəsində ən yaxşı torpağı verəcəyəm”. Qardaşlar çoxlu araba və aibbrini, xidmətçilərini gətirmək üçün vacib olan hər şeyi aldılar. Yusif Binyaminə hamıdan çox qiymətli hədiyyəbr bəxş etdi. Evə getdikbri yolda onların mübahisələri düşəcəyindən ehtiyat edərək onlara tapşırdı: “Yolda dava etməyin”.AP 194.3

    Yaqubun oğulları öz atalarının yanına xoş xəbərlə qayıtdılar: “Yusif sağ-salamatdır, özü də bütün Misir ölkəsinə başçılıq edir”. Əvvəlcə bu xəbər qoca adamı bərk heyrətə saldı; o, eşitdiyinə inana bilmirdi; lakin heyvanlara bağlanan böyük yükləri görəndə, Binyamini öz yanında görəndə qeyri-adi sevincdən coşaraq nida etdi: “İndi inandım ki, oğlum Yusif sağ-salamatdır. Qoy ölməmişdən qabaq gedib onu görüm”.AP 194.4

    On qardaş hələ başqa bir alçalmaya da məruz qalmalı idilər. İndi onlar neçə illər həm atalarının, həm də özlərinin həyatlarını zəhərləyən həmin yalan və qəddarlıqlarını ataları önündə etiraf etdilər. Yaqub onların belə alçaq cinayətbrindən şübhəbnmirdi, lakin o gördü ki, hər şey xeyirlə nəticələnmişdir, öz günah etmiş övladlarını bağışladı və onlara xeyir-dua verdi.AP 195.1

    Tezliklə ata və onun oğulları öz ailələri, heyvan sürüləri və çoxlu xidmətçiləri ilə birlikdə Misirə yola düşdülər. Onlar şad könüllə öz səyahətlərini davam etdirirdilər və Beer-Şevaya çatanda ulu ata şükranlıq qurbanı gətirdi və Rəbbə dua etdi ki, Onun onları müşayiət edəcəyi haqda ona yəqinlik göndərsin. Gecə yuxuda o, İlahi səs eşitdi: “Misirə getməkdən qorxma, çünki orada səndən böyük bir millət törədəcəyəm. Mən də Səninlə birgə Misirə gedəcəyəm. Səni yenə oradan çıxaracağam”.AP 195.2

    “Misirə getməkdən qorxma, çünki orada səndən böyük bir milbt törədəcəyəm” əhdinin çox böyük mənası var idi. İbrahimə vəd edilmişdi ki, onun törəməbri göydəki ulduzlar qədər saysız-hesabsız olacaqlar, lakin seçilmiş xalq həb az artırdı. Kənan torpağında qabaqcadan deyilmiş kimi çoxlu insanlar üçün o vaxt yer yox idi. Orada güclü bütpərəst qəbilələr yaşayırdılar, onlar oradan “dördüncü nəslə qədər” qovulmamalı idibr. Əgər İsrailin törəmələri burada beb çoxsaylı xalq olmalı olsaydılar, onlar ya onun sakinlərini qovmalı idibr, ya da onların arasında yayılmalı idibr. İlahi müəyyənetməyə görə onlar bütpərəstliyə uymaq təhlükəsi ib üzləşərdilər. İlahi niyyətin yerinə yetməsi üçün Misir ən əlverişli yer idi. Onlara verilən, ölkənin məhsuldar, bol sulu hissəsi əhalinin tez artması üçün gözəl imkanlar yaradırdı. Misirlibrin onların məşğuliyyətlərinə ikrah etməsi - çünki hər bir çoban onlar üçün alçaq bir şey idi - onlara ayrıca xalq kimi qalmağa imkan verirdi ki, bu onların Misirin bütpərəst mərasimbrinə cəlb olunmasının qarşısının alırdı.AP 195.3

    Səyahətçibr Misirin sərhədbrinə çatanda birbaşa Qoşen torpağına yola düşdülər. Yusif də arabada padşah adamları ilə birlikdə ога gəldi. Sanki o hər şeyi unutmuşdu: onu əhatə edən dəbdəbəni də, yüksək rütbəni də; yalnız bir fikir onun bütün varlığına hakim idi, yalnız bir odlu istəklə dolu idi onun qəlbi. O, yaxınlaşan yolçuları görəndə bu qədər vaxt saxladığı məhəbbəti daha cilovlaya bilmədi. Arabadan sıçrayıb tez atasının qarşısına qaçdı.AP 195.4

    “Özünü atasına tanıtdırıb onun boynuna sarıldı və uzun müddət onu qucaqlayıb ağladı. İsrail Yusifə dedi: “İndi ölə bilərəm, çünki üzünü gördüm”. Sən sağ-salamatsanmış”.AP 196.1

    Yusif beş qardaşını özü ilə götürdü ki, onlan fırona təqdim etsin və Qoşen torpağında məskən salmaları üçün icazə alsın. Öz rəisinə minnətdarlıq hissi padşahda onun qardaşlarını dövlət vəzifələrinə layiq görmək hissi doğura bilərdi. Lakin Allahın sadiq xidmətçisi Yusif qardaşlannı bütpərəstbrin arasında məruz qalacaqları tamahlardan xilas etmək istəyərək onlara məsləhət verdi ki, padşahın suallarına necə cavab vermək lazımdır, həm də tapşırdı ki, öz məşğuliyyətləri haqqında açıq danışsınlar. Yaqubun oğulları onun məsləhəti ilə hərəkət etdilər, həm də deməyi yaddan çıxartmadılar ki, onlar bu torpağa yalnız müvəqqəti gəlmişlər və burada həmişəlik qalmaq istəmirlər, beblikb özləri üçün buradan istənilən vaxt getmək hüququnu saxlayırdılar. Padşah onların məskən salmalan üçün, təklif etdiyi kimi, “Misir ölkəsində ən yaxşı torpağı” - Qoşen diyarını verdi.AP 196.2

    Onların Misirə gəlməsindən az sonra Yusif öz atasını da fırona təqdim etdi. Ulu ata özünü padşah sarayında qeyri-münasib hiss edirdi; lakin əzəmətli təbiətin arasında o, dahi Qüdrətli Hökmdarla ünsiyyət edirdi və indi öz üstünlüyünü dərk edərək əlini qaldırdı və firona xeyir-dua verdi.AP 196.3

    Yusiflə birinci görüşü zamanı Yaqub eb danışırdı ki, eb bil bu saat, həyəcanları və kədərləri bitən kimi, ölməyə hazırlaşırdı, lakin hələ o, Qoşendə sülh içərisində ayrıca on yeddi il də yaşadı. Bu ilbr əvvəlkilərin əksinə olaraq xoşbəxt idi. O öz oğullarında əsl peşmançılıq görürdü. O görürdü ki, onun qəbiləsi qüdrətli milbt olacağına kömək edən şəraitə düşmüşdür və imanla onların gəbcəkdə Kənanda məskən salacaqları əhdinə arxalanırdı. Onun özü elə məhəbbət və qayğı ilə əhatə olunmuşdu ki, bunu yalnız Misirin rəisi ona göstərə bibrdi və öz itirilmiş və yenidən tapılmış oğlu ilə ünsiyyətdən həzz alaraq rahat qəbrə getdi.AP 196.4

    Ölümün yaxınlaşdığını hiss edərək o, Yusifı yanına çağırtdırdı. Kənan torpağında məskən salacaqları haqqında Allah əhdindən bərk yapışaraq o dedi: “Əgər gözlərində lütf tapmışamsa, xeyirxahlıq və sədaqət göstərib, məni Misirdə basdırmayacaqsan, atalarınla birgə uyumaq üçün öləndə məni Misirdən aparıb, onların məqbərəsində basdıracaqsan”. Yusif elə də edəcəyini ona vəd etdi, lakin Yaqub bununla kifayətlənmədi. O tələb etdi ki, oğlu onu əcdadlarınm qəbri Maxpela mağarasında dəfn edəcəyinə təntənəli and içsin.AP 197.1

    Daha bir vacib iş də diqqət tələb edirdi. Yusifın oğlulları rəsmi surətdə Yaqubun oğullan sırasına daxil olmalı idilər. Axırıncı dəfə atasının yanına gələndə Yusif özü ilə oğulları Efrayim və Menaşşe da gətirmişdi. Bu oğlanlar ana tərəfdən Misir kahinlərinin ən yüksək təbəqəsinə mənsub idilər, atalarının mövqeyi isə, əgər onlar Misirdə qalmaq istəsəydilər, onlara sərvətə və şöhrətə yol açırdı. Lakin Yusif istəyirdi ki, onlar onun xalqına birləşsinlər. O, əhdin yerinə yetəcəyinə inanırdı və çalışırdı ki, onun oğullan Allah vəhylərinin etibar edildiyi miskin çoban qəbilələri arasındakı həyatı Misir sarayının dəbdəbələrindən üstün tutsunlar.AP 197.2

    Yaqub dedi: “İndi sənin yanına, Misirə gəlməzdən əwəl Misir torpağında doğulan iki oğlun da mənimdir; Efrayim və Menaşşe Ruvenlə Şimeon kimi mənimki olacaq”. Onlar onun xüsusi övladları kimi oğulluğa layiq idilər. Bebliklə, Ruvenin etinasızlıq göstərdiyi ilkinlik üstünlükləri İsraildə ikiqat hissə ib Yüsifə keçməli idi. Yaqubun qocalıqdan gözləri tutulmuşdu və bu oğlanları görmürdü, lakin nəhayət onların cizgibrini tutqun şəkildə görəndə soruşdu: “Bunlar kimdir? Onlan yanıma gətir, xeyir-dua verim”. Onlar ona yaxınlaşanda ulu ata oğlanlan qucaqladı və öpdü. Sonra xeyir-dua vermək üçün əlini təntənəli surətdə onlann başına qoydu və dua etdi: “Atalarım İbrahimin, İshaqın xidmət etdiyi Allah, bu günə qədər mənim qayğıma qalan Allah, məni bütün pisliklərdən xilas edən Mələk qoy bu uşaqlara da xeyir-dua versin!”. Onda artıq insan müdrikliyinə və hiyləgərliyinə inam və yaxud özünəarxayıncılıq yox idi. Allah onun Qoruyucusu və Dayağı idi. O, keçmiş çətinlikbrindən şikayətbnmirdi. O daha hesab etmirdi ki, sınaqlar və qəmlər iztirab mənbəbri idibr. O, bütün sərgərdan həyatı ərzində onu müşayiət edən Rəbbin yalnız mərhəmətini və zərif xeyirxahlığını xatırlayırdı.AP 197.3

    Yaqub xeyir-dualarından sonra öz oğluna əhd etdi, bu əhd öz imanının sübutu kimi uzun qulluq və kədər illəri boyunca yaşayacaq nəsillər üçün qaldı. “Artıq mən ölürəm, amma Allah sizinlə olacaq, sizi atalannızın torpağına qaytaracaq”.AP 198.1

    Axır ki, Yaqubun bütün oğulları onun ölüm yatağının yanına yığışmışdılar, o dedi: “Yanıma toplaşın, gələcəkdə başınıza gələnləri sizə söybyim: ey Yaqub oğulları, yığılıb, eşidin, atanız İsraib qulaq asın”. Müxtəlif qolların gələcək tarixini özü üçün təsəvvür etməyə çalışaraq o tez-tez həyacanla öz övladlarının gələcəyi haqda düşünürdü. İndi, onun övladları Yaqubun sonuncu xeyir-dualarını gözləyəndə gələcək peyğəmbərcəsinə ona açılırdı. O hər birinin xarekterini təsvir edərək öz oğullarının adını bir-bir sadaladı və hər qolun gələcəyi haqqında qısaca xəbər verdi.AP 198.2

    “Ey Ruven, ilk oğlum, gücümün və qüdrətimin mənbəyi sənsən. Ləyaqətin hamıdan üstündür, qüvvətin hamıdan çoxdur”.AP 198.3

    Bu cür sözbrb ata Ruven ilkin oğul kimi tuta biləcəyi mövqeyi təsvir edirdi; lakin onun Ederdə etdiyi ağır günah onu ilkinlik xeyir-dualarından məhrum etdi. Yaqub davam etdi:AP 198.4

    “Amma sən su kimi oynaqsan, artıq üstün olmayacaqsan”.AP 198.5

    Kahinlik Levi üçün nəzərdə tutuldu, padşahlıq və gələcək Məsih haqqındakı əhd isə Yəhuda üçün; mirasın ikiqat hissəsi Yusif üçün. Ruvenin soy qulu İsraildə heç vaxt yüksək mövqe tutmadı, Yəhuda, Yusif və ya Dan kimi çoxsaylı olmadı və birinci olaraq əsir oldular. Yaşa görə Ruvendən sonra Şimeon və Levi gəlirdi. Onlar ikilikdə Şekem sakinbrindən qəddarcasına qisas almışdılar, həm də Yusifin satılmasında başqalarında çox təqsirkar olmuşdular. Onlar haqqında deyilmişdir:AP 198.6

    “Onları, Yaqubdan ayıracağam İsraildə səpəcəyəm”.AP 198.7

    Kənana çıxan zaman İsrail hesablananda Şimeon soy qolu ən azsaylı idi. Musa öz sonuncu xeyir-duasında Şimeonun heç adını da çəkmir. Kənanda məskən salanda bu soy qolu Yəhuda bölməsində yalnız kiçik bir yer almışdı, sonralar gücbnən aibbr isə ayrı-ayrı kolonnalarda qruplaşdılar və əhd edilmiş yerin hüdudlarından kənarda məskunlaşdılar. Yerin müxtəlif tərəflərinə səpəbnmiş qırx səkkiz şəhərdən başqa Levi də heç bir miras almadı. Lakin başqa qollar Allahdan dönəndə onların Tanrıya sədaqəti məbəddə müqəddəs xidmətə təyin olunmasına səbəb oldu və bebliklə də lənət xeyir-duaya çevrildi.AP 198.8

    İlkinlik xeyir-duaları çələngi Yəhudaya keçdi. Bu adın mənası - “alqış” - bu nəslin peyğəmbərcəsinə söylənilən gələcəyində açılır.AP 199.1

    “Yəhuda, qardaşların səni mədh edəcək, düşmənbrin boynu əlində olacaq, atanın oğulları önündə səcdə edəcək. Yəhuda bir aslan balasıdır, ey oğlum, sən şikara çıxanda bir şir kimi yerə əyilirsən,dişi Aslan kimi torpağa yatırsan. Kim səni yerindən qaldıra bibr? Padşahlıq əsası Yəhudanın əlindən getməyəcək, hökmdarlıq əsası onun nəslindən itməyəcək. O vaxt qədər ki əsanın Sahibi gələcək, onda xalqlar ona itaət edəcək”.AP 199.2

    Aslan, meşəbrin şahı - bu qola yaraşan simvoldur, bu qoldan Davud və Davud oğlu - Barışdırıcı, əsl “Yəhuda qolunun Aslanı” çıxmışdır, bütün qüvvələr ən nəhayət ona səcdə edəcəkbr və bütün xalqlar onu şöhrətləndirəcəkbr.AP 199.3

    Yaqub öz övladlarının əksəriyyətinə xoşbəxt gələcək söylədi. Nəhayət o, Yusifə çatdı və “qardaşlar arasında başçı olanın üstündə olsun” xeyir-dualar yağdıranda atanın qəlbi izharedilməz hisslə doldu.AP 199.4

    “Yusif barlı bir ağac, çeşmə kənarında meyvəli bir ağac, budaqları divann üstündən aşar. Oxçular ona güclü hücum etdilər, düşmənçilik edib üstünə ox yağdırdılar. Amma Yaqubun qüdrətli Allahı - İsrailin Daşı və Çobanı olan Allahın sayəsində Onun kamanı möhkəm, qolları qüvvətli oldu. Sənə kömək edən Atanın Allahıdır, sənə xeyir-dua verən Külli-İxtiyardır. Yuxarıda göylərin bərəkəti ilə, dərinlikdə olan su mənbəbrinin bərəkəti ib, döşlərin və bətnlərin bərəkəti ib sənə xeyir-dua verəcək. Atanın xeyir-duası Atalarımın xeyir-duasından daha ucadır; əbədi qalan təpələrin Zirvəsinə çatar. Qoy xeyir-dualarım Yusifın - qardaşlar arasında başçı olanın üstündə olsun”.AP 199.5

    Yaqub qəlbi həmişə hərarətli və dərin məhəbbətlə dolu olan insan idi. O öz oğullarmı güclü və incə məhəbbətlə sevirdi və onun ölümqabağı şəhadəti qərəz və inciklik ifadəsi deyildi. O hamısını bağışlamışdı və ömrünün axırına kimi onları sevdi. Onun ata zərifliyi yalnız ruhlandıncı və ümid sözlərində ifadə edib bilərdi, lakin Allah qüwəsi onda bərqərar olmuşdu və Onun təsiri altında o, həqiqəti, bəzən də acı həqiqəti söyləməyə məcbur oldu.AP 199.6

    Yaqub sonuncu xeyir-dua sözlərini qurtarandan sonra özünün dəfn ediləcəyi yer haqqındakı tapşırığını təkrar etdi. “Mən ölüb əcdadlarıma qoşulacağam. Məni atalarımın yanında... mağarada basdırın; ... Məmre qarşısındakı Maxpela tarlasındadır”. “İbrahimlə arvadı Sara və İshaqla arvadı Rivqa orada basdınlmışdı. Mən Leanı da orada basdırdım”. Beləliklə, sonuncu arzu İlahi əhdə iman haqqında şəhadət edirdi.AP 200.1

    Yaqubun sonuncu illəri həyacanlı üzücü gündən sonra gələn sakit axşama bənzəyirdi. Qara buludlar onun həyat cığırı üzərində sıxlaşırdılar, lakin batan şəfəq aydın idi və səmavi şüalar onun ölümqabağı saatlarını nurlandırırdı. Müqəddəs Yazıda deyilir: “Axşam vaxtı işıqlı olacaq” (Zəkəriyyə 14:7). Kamil Adama bax, əməlisaleh insana nəzər yetir, gələcək sülh sevən Adama bəxş ediləcək” (Məzmur 37:37).AP 200.2

    Yaqub günah etmişdi və bunun üçün ağır iztirab çəkmişdi. Böyük günah edərək ata çadırlarından qaçmağa məcbur olduğu gündən üzücü zəhmət, qayğılar və kədərlə dolu uzun illər onun qisməti olmuşdu. Bir daha görmədiyi anasından ayrılan evsiz sərgərdan öz sevdiyi qız üçün yeddi il xidmət etdi, yalnız ona görə ki, qəddarcasına aldanmış olsun; iyirmi il ərzində o, xəsis və tamahkar qohumunun yanında işlədi; öz sərvətinin necə artdığını, övladlarının böyüyüb onu əhatə etməsini görürdü, lakin evindəki mübahisə və parçalanma sevincinə mane olurdu. Qızının başına gələn fəlakətdən, qardaşların qisasından, Rəhibnin ölümündən, Ruvenin dəhşətli cinayətindən, Yəhudanın günahından, amansız yalandan və Yusifın başına gətirilən pislikdən əzab çəkirdi - onun gözü önündə bədbəxtliklərin nə qədər uzun və qaranlıq siyahısı açılırdı! O, yenə də öz birinci yanlış əməlinin bəhrəsini biçirdi! Özünün təqsirkar olduğu günahın oğulları arasında təkrarlanmasmı yenidən görürdü. Bu qanun nə qədər acı olsa da öz işini gördü. Nə qədər əzabverici olsa da, təmizlənmə “salehliyin dinclik səmərəsini hasil edir” (İbranilərə 12:11).AP 200.3

    Müqəddəs Yazı Allahın lütfü ilə dolu yaxşı insanların səhvləri haqqında dəqiq xəbər verir; həqiqətən bu səhvlərdən daha çox danışılır, nəinki onların şücaətindən. Bu vəziyyət çoxlarını heyrətə salır və imansız insanlara Müqəddəs Kitaba istehza etməyə əsas verir. Lakin bu, Müqəddəs Yazının həqiqiliyinə inandırıcı sübutlardan biridir, Müqəddəs Yazı faktlar barədə susmur və onun qəhrəmanlarının məruz qaldıqları günahları gizlətmir. İnsanların şüuru yanlış fikirlərə o qədər uymuşdur ki, onların söybdikləri fıkirbrin tam obyektiv olması qeyri-mümkündür. Əgər Müqəddəs Kitab Allahdan ilhamlanmayan insanlar tərəfındən yazılma idi, onda, əlbəttə, heç bir şübhəsiz, onlar Müqəddəs Kitabın qəhrəmanlarını daha sərfəli boyalarla təsvir edərdilər. Lakin İncil, olduğu kimi, qəhrəmanlarının yaşantıları haqqında bizə düzgün təsəvvür verir.AP 200.4

    Allahın lütfündən istifadə edən və Rəbbin üzərlərinə böyük məsuliyyət qoyduğu ərlər bəzən yollarını azıb günah edirdibr. Eyni ib biz indi mübarizə etdiyimiz, büdrədiyimiz və səhvlər etdiyimiz kimi. Onların həyatı bütün səhvbri və yanlış davranışları ib qarşımızda açılır ki, bizim üçün həm təsəlli, həm də xəbərdarlıq olsun. Əgər onlar səhvsiz insanlar kimi təqdim edilsəydibr, onda biz öz günahkar təbiətimiz ilə öz səhvlərimizin və uğursuzluqlarımızın təsiri altında məyuslaşardıq. Lakin başqalarının da bizim kimi mübarizə edərək məyusluq keçirdiy-ini, onların necə tamaha uyduqlarını və günah etdiklərini, lakin özbrini ələ alaraq Allahın mərhəməti sayəsində qalib gəldiklərini görəndə biz salehlik uğrunda mübarizəyə rühlanırıq. Onlar kimi bəzən məğlubiyyətə məruz qalaraq, lakin yenidən mübarizə üçün güc əldə edərək və Allahdan xeyir-dua alaraq biz də Məsihin qüvvəsilə əhatə olunub qalib ola bibrik. Digər tərəfdən, onların həyatının tarixi bizim üçün xəbərdalıq ola bibr. O sübut edir ki, Allah günaha heç bir halda göz yummayacaqdır. O, xüsusi iltifat göstərdiyi insanların günahlannı görür və hətta onların günahına biliyi az olan və az məsuliyyət daşıyanların günahına nisbətən daha sərt münasibət göstərir.AP 201.1

    Yaqub dəfn edildikdən sonra Yusifın qardaşlarını qorxü yenidən bürüdü. Onun mehribanlığına baxmayaraq günahkarlıq hissi onların qəlbinə etibarsızlıq və şübhə salmışdı. Onlar fıkirbşirdibr ki, bəlkə o, atasına hörmət üzündən öz qisasını təxirə salmışdır, indi isə o öləndən sonra özünün bütün niyyətlərini yerinə yetirəcəkdir. Onlar onun yanına getməyə cürət etmədilər və bu sözləri ona çatdıqmaq üçün adam göndərdilər: “Atan ölümündən qabaq bizə vəsiyyət etdi ki, gedin Yusifə beb deyin: “Bax səndən ricam budur ki, qardaşlarının bütün günahını və təqsirini bağışlayasan. Axı onlar sənə pislik edibbr”. “Xahiş edirik, sən atanın Allahının qulları olan biz qardaşlarının günahını bağışla”. Bu sözlərdən riqqətə gələn Yusifın gözləri yaşla doldu və bundan ruhlanan qardaşları onun yanına gəlib ayaqlarına döşənərək dedilər: “Biz sənin qullarınıq”. Yusif öz qardaşlarırı dərin və təmənnasız sevirdi və onların onun qisasından ehtiyat etmələri haqqında fıkir onun qəlbini ağır yaraladı. “Məgər mən Allaham ki, məndən qorxursunuz? Baxın siz mənə qarşı pis fıkrə düşdünüz, lakin Allah onu yaxşı işə çevirdi ki, bu gün gördüyünüzü etsin və çoxlu adamın həyatını qorusun. Daha qorxmayın; man həm sizi, həm də övladlarınızı saxlayacağam”.AP 201.2

    Yusifın həyatı Məsihin həyatını simvolizə edir. Paxıllıq Yusifin qardaşlannı onu qul kimi satmağa təhrik etdi; bu cür onlar onun yüksəlməsinə mane olmağa ümid edirdilər. O, Misirə apanlanda isə onlar belə ümid edirdilər ki, onun yuxuları onları daha narahat etməyəcəkdir, onlar bu yuxuların hər bir yerinə yetmək imkanını aradan qaldırmışlır. Lakin Rəbb onların taleyinə elə bir istiqamət verdi ki, onlar bu qədər mane olmaq istədikləri şeyi özləri həyata keçirdilər. Xatırlayın ki, yəhudi kahinləri və başçıları Məsihə paxıllıq edirdilər və çox qorxurdular ki, xalqın bütün diqqəti Onda cəmləşər. Onlar Onu öldürtdülər ki, Onun Padşah olmağına mane olsunlar, lakin məhz bununla da onlar mane olmaq istədikləri şeyin özünün yerinə yetməsinə kömək etdilər.AP 202.1

    Misirdə qul olan Yusif öz atasının ailəsinin xilaskarı oldu; lakin bu onun qardaşlarının günahını yumurdu. Düşmənlər Məsihi çarmıxa çəkərək Onu bəşəriyyətin Zəmanətçisi, günaha batmış nəslin Xilaskarı, bütün dünyanın Hökmdarı etsələr də, Allahın qabaqgörənliyi hadisələri Rəbbin şanına və bəşəriyyətin xeyrinə olaraq idarə etsə də, lakin Onun qatillərinin cinayəti dəhşətli olaraq qalır. Öz qardaşları Yusifı bütpərəstlərə satdıqları kimi, Məsih də qəddar düşmənbrinə Öz şagirdbrindən birinin əli ib satıldı. Yusifı yalandan ittiham edib zindana ona görə saldılar ki, o, xeyirxah idi; Məsihə də ona görə nifrət etdilər və rədd etdikbr ki, O, saleh idi və Onun fədakar həyatı onların günahını ifşa edirdi; Onun heç bir təqsiri olmasa da, lakin yalançı şahidlikb onu ittiham etdilər. Yusiflə ədalətsiz və qəddarcasına rəftar etdikləri zaman onun səbri və həlimliyi, onun mərhəmətlə bağışlaması və öz qəddar qardaşlarına alicənab münasibət Xilaskarı simvolizə edir, Xilaskar qanunsuzların bütün əzablarına və təhqirlərinə sakitcə dözdü və yalnız Öz qatillərini deyil, Onun yanına gəlib öz günahlarını etiraf edən və Ondan əfv diləyən hər kəsi bağışladı. Yusif öz atasından sonra əlli dörd il yaşadı. “Yusif yüz on il ömür sürdü. O, Efrayimin üç nəsil övladlarını gördü. Menaşşenin oğlu Makirin övladları da Yusifm yanında doğuldular”. O öz xalqının necə artdığını və fıravanlığa çatdığını gördü, bütün həyatı boyu tərəddüd etmədən inandı ki, Allah əhd etdiyi torpağa İsraili qaytaracaqdır.AP 202.2

    Sonunun yaxmlaşdığını hiss edərək o, qohumlarını ətrafına topladı. Fironun torpağında yüksək mövqeyinə baxmayaraq Misir onun üçün yalnız qərib yer olaraq qalırdı. Onun sonuncü istəyi öz taleyini İsraillə bağlamasının sübutu idi. Onun axırıncı sözləri bu oldu: “Allah mütləq sizə nəzər salacaq. O sizi bu ölkədən İbrahimə, İshaqa və Yaquba and içdiyi torpağa aparacaq”. O, İsrail oğullarına təntənəli and içdirdi ki, onlar sümüklərini Kənan torpağına aparacaqlar. “Yusif yüz on yaşında öldü: Onu Misirdə mumiyalayıb, bir tabuta qoydular”. Sonrakı bütün məşəqqətli yüzilliklərdə bu qəbir Yusifm ölümqabağı sözlərinin abidəsi kimi həmişə İsrail xalqına onu xatırladırdı ki, onlar Misir torpağında yalnız qəribdirlər və onların ümid dolu baxışlarını əhd edilən yerə yönəldərək azadlıq vaxtının mütləq gələcəyinə inam təlqin edirdi.AP 203.1

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents