Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Ağsaqqallar və Peyğəmbərlər

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    34-cü fəsil
    ON İKİ CASUS

    (Bu fəsil Saylar Kitabının 13 və 14-cü fəsillərinə əsaslanır)

    İbranilər Xorev dağını tərk etdikdən on bir gün sonra Kadesdə Faran səhrasında, əhd edilən torpağın yaxınlığında düşərgə saldılar. Oraya yerə baxmaq üçün adamlar göndərmək təklif olundu. Musa bunu Allaha bildirdi və hər soydan bir başçı göndərmək göstərişi ilə icazə aldı. İnsanlar seçildilər və Musa onlara əmr etdi ki, gedib torpağa baxsınlar və onun mövqeyini, təbii xüsusiyyətlərini, orada necə güclü, yaxud zəif xalqın yaşadığını, oranın torpağının necə olduğunu, məhsuldarlığını öyrənsinlər.AP 337.1

    Göndərilən adamlar bütün torpağı cənub sərhədlərindən ucqar şimalına qədər nəzərdən keçirdibr. Onlar qırx gündən sonra qayıtdılar. İsrail xalqı qəlbində xoş ümidbr bəsbyirdi və öz göndərdiklərini xüsusi səbirsizlikb gözbyirdi. Onların qayıtmaq xəbəri soydan soya yayıldı və hər yerdə sevinc doğurdu. İnsanlar öz elçibrini qarşılamağa çıxdılar, onlar təhlükəli tədbirdən müvəffəqiyyətlə qayıtmışdılar və həmin yerin torpağın məhsuldarlığına şəhadət edən bəhrələrindən gətirmişdibr. Bu vaxt üzüm yığımı vaxtı idi və onlar elə dəbdəbəli salxım götürmüşdübr ki, onu ikilikdə aparmaq lazım idi. Onlar həm də orada bol yetişən əncir, nar götürmüşdübr.AP 337.2

    Xalq şadlıq edirdi ki, tezliklə beb gözəl ölkənin sahibi olacaqdır. Diqqətlə, bir sözü də buraxmamağa çalışaraq onlar qayıdan insanlann Musaya dedikbrini dinbyirdibr. Casuslar başladılar: “Bizi göndərdiyin yerə getdik, orada həqiqətən süd və bal axır və budur onun bəhrələri”. Bu sözlərdən təsvirəgəlməz heyrətə gələn xalq həmin torpağı ələ keçirmək üçün Allahın sözünə itaət edərək artıq həmin saat ora getməyə hazır idi. Lakin göndərilənlər onun gözəlliyini və məhsuldarlığını təsvir edəndən sonra, iki nəfərdən başqa hamısı Kənanın fəthi zamanı İsrail xalqının toqquşmalı olacağı çətinliklərdən və təhlükələrdən danışmağa başladılar. Onlar torpağın müxtəlif guşələrində məskən salan bütün qüdrətli qəbilələri sadaladılar və danışdılar ki, orada şəhərlər böyükdürlər və divarlarla əhatə olunmuşlar, onlarda yaşayan xalqlar isə güclüdürlər və onlara qalib gəlmək heç cür mümkün olmayacaqdır. Onlar yenə söylədilər ki, nəhəng insanları, Anaqlıları görmüşlər və o torpağa sahib olmaq haqda fıkirləşmək belə faydasızdır.AP 337.3

    Bu sözlərdən sonra əhval dəyişdi. Göndərilənlər onlara şeytan tərəfindən təlqin olunan məyusluqla dolu qəlblərində məskən salan inamsızlığı izhar edəndə, xalqın ümid və igidliyi yerini miskin ümidsizliyə verdi. İnamsızlıq bütün yığıncağın üzərinə tutqun kölgə saldı və seçilmiş xalqın xeyrinə belə tez-tez təzahür edən Allahın qüdrətli gücü unudulmuş oldu. İnsanlar gördükləri və yaşadıqları bütün şeylər üzərində dərindən düşünmək üçün dayanmadılar; onlar o barədə fıkirləşmədilər ki, onları indiyə kimi aparan Allah, şübhəsiz, onları bu xoş torpağa aparacaqdır. Onlar onu xatırlamadılar ki, dənizin ortasından yol açaraq və onları təqib edən fironun ordusunu məhv edərək, Rəbb onları zülmkarlardan möcüzəli surətdə necə qurtarmışdır. Onlar Allahdan uzaqlaşdılar və elə hərəkət etdilər ki, guya hər şey onların öz səylərindən asılıdır.AP 338.1

    Öz imansızlıqlan ilə onlar Allahın gücünü kiçildirdilər və indiyə qədər onlan təhlükəsiz aparanın etibarlı rəhbərliyinə şübhə edirdilər. Onlar keçən dəfəki kimi yenə Musaya və Haruna qarşı şikayət etdilər. Onlar deyirdilər ki, budur, bizim bütün xoş ümidlərimizin sonu çatdı, biz yalnız bu səhraya sahib olmaq üçün Misirdən bura ağır yol keçmişik. Onlar öz rəhbərlərini ittiham edirdilər ki, onlar xalqı aldatmışlar və İsrailə bu qədər bədbəxtliklər gətirmişlər.AP 338.2

    Xalq məyusluqdan ümidsizliyə qapıldı, əzabverici fəryadlar anlaşılmaz səs-küyə qarışdı. Kalev vəziyyəti dark etdi və Allahın müdafıəsinə qalxmağa cəsarət etdi, gücü çatan hər şeyi etdi ki, öz dar qəlbli yoldaşlarının məhvedici təsirini saxlasın. Onun əhd olunmuş torpaq haqqında ruhlandırıcı və ümidverici sözlərini dinləyərək xalq bir müddət sakitləşdi. O inkar etmirdi ki, bu ölkənin şəhərləri hündür divarlarla möhkəmlənmişdir, insanları isə güclü və döyüşkəndir, lakin Allah bu torpağı İsrailə vəd etmişdir. “Gedək və onu ələ keçirək - Kalev inadla davam edirdi - çünki biz onu fəth edə bilərik”.AP 338.3

    Lakin onunla gedən qalan on yoldaşı onun sözünü kəsdilər və bütün qarşıdakı çətinlikbri daha tutqun rənglərlə təsvir etməyə başladılar. “Biz o xalqa qarşı gedə bilmərik, - dedilər, - çünki o, bizdən güclüdür... Bizim gördüyümüz xalq hamısı ucaboylu adamlardır. Biz orada nəhəng adamları, nəhəngbr nəslindən olan Enakın oğullarını, gördük; biz onların önündə öz gözlərimizdə çəyirtkə kimi idik, onların gözlərində də belə idik”.AP 339.1

    Bu insanlar düzgün olmayan yol seçərək, Kalevə, Yeşuaya, Musaya və Allaha inadla müqavimət göstərirdilər. İrəli atılan hər bir addım onları daha dönməz edirdi. Onlar Kənanı ələ keçirmək üçün bütün cəhdləri tam dayandırmaq qərannda idilər. Öz həmqəbilələrini qorxutmağa çalışaraq onlar həqiqəti təhrif edirdilər. Bu “torpaq öz əhalisinin başını yeyən torpaqdır” deyirdilər. Bu, sadəcə təhrif deyildi; bu, bir yalan idi. Onlar öz dediklərinə zidd çıxırdılar. Casuslar o torpağı bol məhsullu və çiçəklənən torpaq kimi, adamlarını da nəhəng adamlar kimi təsvir etmişdilər. Əgər orada torpağa “öz əhalisinin başını yeyən” deyiləcək qədər təhlükəli iqlim var idisə, bütün bu söylənilənlərin mövcudluğu qeyri-mümkün olardı. Öz qəlblərini imansızlığa tabe edərək, insanlar şeytanın əsarətinə düşdülər və heç kim deyə bilməz ki, o, onları nə qədər uzağa aparacaqdı.AP 339.2

    “Bütün icma fəryad qopardı və xalq bütün həmin gecə ağladı”. O saat da üsyan və qiyam başladı, çünki şeytan insanları tam ələ almışdı və onlar, sanki, ağıllarmı itirmişdilər. Allahın onların allahsız nitqlərini eşitdiyini və Onun bulud sütununa bürünmüş hüzur Mələyinin onların coşqunluğunun dəhşətli tutmalarına şahid olduğunu unudaraq onlar Musanı və Harunu lənətləyirdilər. Onlar kədərlə qışqırırdılar: “Ah, təki biz Misir torpağında, ya da bu səhrada öləydik!” Sonra onların bütün hissləri Allaha qarşı qalxdı: “Nə üçün Rəbb bizi bu torpağa aparır, bizim qılıncla ölməyimiz üçünmü? Arvadlarımız və uşaqlarımız düşmənlərə şikar olacaqlar. Misirə qayıtsaq yaxşı olmazmı? Bir-birlərinə deyirdilər: “Özümüzə başçı qoyaq və Misirə qayıdaq””. Bebliklə onlar yalnız Musanı deyil, Allahın özünü də bunda ittiham edirdilər ki, onlara indi girə bilmədikləri torpaq vəd edilmişdir. Onlar hətta dikbaşlıqla öz aralarından başçı da seçmək istədilər, Qadir Allahın qüdrətli əlilə çıxanldıqları iztirab və köləlik torpağına onun başçılığı ilə qayıtmağı qərara aldılar.AP 339.3

    İtaət və ümidsizliklə “Musa və Harun İsrail oğullarının icmasının bütün yığıncağı önündə üzü üstə döşəndilər”, onları bu qədər düşünülməmiş, ağılsız addımdan saxlamaq üçün bilmirdilər ki, nə etsinlər. Kalev və Yeşua isə qalxan üsyanı sakitləşdirməyə çalışırdılar. Onlar kədər və qəzəb əlaməti olaraq cırılmış paltarlarla xalqın arasına atıldılar və ağı tufanı və hiddətli qışqırıqlar üzərində onların cingiltili səsləri eşidildi: “Bizim baxmaq üçün keçdiyimiz torpaq çox, çox yaxşıdır. Əgər Rəbb bizə mərhəmətlidirsə, onda bizi bu torpağa aparacaq və süd və bal axan bu torpağı bizə verəcəkdir. Ancaq Rəbbə qarşı üsyan etməyin və o torpağın xalqından qorxmayın, çünki o, bizim yemimiz olacaqdır: onların müdafıəsi qalmamışdır; bizimlə isə Rəbdir, onlardan qorxmayın”.AP 340.1

    Kənanlıların günahları o qədər böyük idi ki, Rəbb daha onlara dözmək istəmirdi. O, onları Öz müdafıəsindən məhrum etmiş olsa idi, onlar asan şikar ola bilərdilər. Allahın əhdinə görə bu torpaq İsrailə vəd edilmişdi. Lakin imansız casusların yalançı hekayətləri bütün icmanı çaşdırmışdı. Satqınlar öz işlərini görmüşdülər. Lakin əgər yalnız ikisi düzgün olmayan hesabat versəydi, onu isə Rəbb naminə bu torpağı ələ keçirməyə təhrik etsəydi, allahsız imansızlığa batmış xalq on nəfərin məsləhətini qəbul edərdi. Burada isə yalnız iki nəfər həqiqəti müdafiə edirdibr, on nəfəri isə üsyana təhrik edirdibr.AP 340.2

    Kalev və Yeşua imansız casusları ucadan ifşa edirdibr, lakin hamı qışqırmağa başladı ki, onların özbrini daşlarla vurmaq lazımdır. Ağılsız kütb daşlan götürdü ki, bu sadiq insanlan vursun. Onlar dəli kimi uca fəryadla irəli cumdular, lakin birdən daşlar onların əllərindən düşdü, onlar susdular və qorxudan titrədilər. Qan tökülməsinin qarşısını almaq üçün Allah mane oldu. Onun hüzurunun şöhrəti ani parlaq işıq kimi məbədə daxil oldu. Bütün xalq Rəbbin əlamətinə baxırdı. Onlardan daha qüdrətlisi Özünü göstərdi və indi heç kim qəzəblənməyə cürət etmədi. Yalançı casuslar dəhşətdən sarsılaraq, nəfəslərini içlərinə çəkərək öz, çadırlarına qaçdılar.AP 340.3

    Onda Musa qalxdı və məbədə daxil oldu. Rəbb ona dedi: “Onlan bəla ilə məhv edəcəyəm və qıracağam və səndən çoxsaylı və onlardan güclü xalq törədəcəyəm”. Lakin Musa yenidən Rəbbə yalvarmağa başladı ki, xalqa rəhm etsin. O, razılaşa bilmirdi ki, onlar məhv olsunlar, ondan isə çoxsaylı xalq törənsin. Allahın mərhəmətini çağıraraq o, nida etdi: “Beləliklə, Rəbbin gücü uca olsun, necə ki demisən: “Rəbb çoxsəbirli və çoxrəhmlidir, qanunsuzluqları və cinayətləri bağışlayandır...Sən bu xalqı Misirdən bura qədər bağışladığın kimi, böyük mərhəmətinlə xalqın bu günahını da bağışla”.AP 341.1

    Rəbb Musaya İsrailə rəhm etməyi və onu məhv olmağa düçar etməməyi vəd etdi, lakin onların imansızlığı və darqəlbliliyi üzündən O, daha qüdrətini göstərə və onların düşmənlərini fəth edə bilmədi. Buna görə də Öz mərhəməti sayəsində O, onlara yeganə təhlükəsiz yolu seçməyi və geriyə Qırmızı dənizə dönməyi əmr etdi.AP 341.2

    Üsyan edərkən xalq nida etmişdi: “Ah, təki biz... bu səhrada öləydik!” İndi bu istək təmin edilə bilərdi. Rəbb dedi: “Siz ucadan Mənə dediyiniz kimi də sizə edəcəyəm. Bu səhrada sizin bədənləriniz məhv olacaq və Məndən şikayət edən iyirmi yaşdan yuxarı sizin hamınız vəd etdiyi diyara getməyəcəksiniz... fəqət, sizin uşaqlarınızı, onların haqqında deyirdiniz ki, onlar düşmənlərə şikar olacaqlar, Mən oraya aparacağam və onlar sizin həqarətlə baxdığınız torpağı tanıyacaqlar...” Kalev haqda isə O dedi: “Lakin Mənim qulum Kalevi isə onda başqa ruh olduğuna və o, Mənə tamamib itaət etdiyinə görə o gəzdiyi torpağa aparacağam və onun törəmələri onu miras alacaqlar”. Casuslar qırx gün ərzində səyahət etdikləri kimi, İsrail dəstəsi də qırx il ərzində səhrada dolaşmalı idi.AP 341.3

    Musa israillilərə İlahi qəran xəbər verəndə onların hiddəti kədərə çevrildi. Onlar dərk edirdibr ki, çıxanlan hökm ədabtlidir. Bəlaya düçar olmuş on yalançı casus bütün İsrailin gözləri önündə həlak oldular və onların bu qismətində xalq öz taleyini görürdü.AP 341.4

    Elə bil ki, onlar öz günahkar davranışlarından səmimi qəlbdən peşiman olmuşdular, lakin əslində isə onlar daha çox öz bədbəxtliklərinin nəticələrindən kədərlənirdilər, nəinki öz naşükürlüklərindən və itaətsizliklərindən. Onlar görəndə ki, Rəbb hökmü dəyişməyəcəkdir, inadkarlıq yenidən onlarda baş qaldırdı və onlar elan etdilər ki, geriyə səhraya qayıtmayacaqlar. Onlara düşmənlərin torpağından çəkilməyi əmr etməklə, Allah onların ötəri itaətkarlıqlarını sınadı və sübut etdi ki, əslində onlarda bu yoxdur. Onlar bilirdibr ki, pis hissbrin onlara hakim olmasına icazə verməklə və inadla onların Allaha itaət etməsi üçün yalvaran casusları daşla vurmaq istəməklə, ağır günah etmişlər, lakin həqiqətdə isə onlar üçün faciəvi olan nəticələrdən dəhşətlə qorxurdular. Onların qəlbləri dəyişməmişdi, onlara lazım olan bircə şey var idi - az qala baş verəcək hadisəni təsadüfi qələmə vermək. Musa Allahın adından onlara səhraya qayıtmağı əmr edəndə, bu üzə çıxdı.AP 341.5

    İsrailin qırx il ərzində Kənana girməyəcəyi haqda İlahi qərar Musanı, Harunu, Kalevi və Yeşuanı acı məyusluğa düçar etdi. Buna baxmayaraq, onlar bu qərara şikayətsiz tabe oldular. Lakin Allahın fəaliyyətindən narazı olanlar və Misirə qayıtmaq qərarını elan edənlər acı-acı ağlayırdılar və özlərinin rədd etdikləri xeyir-duaları itirdikləri üçün kədərlənirdilər. Əvvəllər onlar boş şeybr üçün şikayətlənirdilər, indi isə Allahın iradəsilə onlarda hönkürmək üçün əsl səbəb var idi. Əgər onlar günahları onlara düzgün izah ediləndə öz günahlanna görə sarsılsaydılar, onda Allah bu cür hökm çıxarmazdı, lakin onlar üzərlərində icra olunan məhkəmə üçün kədərlənirdilər, onların kədəri peşmançılıq deyildi və buna görə də hökmdən xilas edə bilməzdi.AP 342.1

    Gecə ağlaşma ib keçdi. Lakin səhər onların qəlbində yenidən ümid dirildi. Onlar öz ürəksizliklərinin əvəzini çıxmağı qərara aldılar. Rəbb onlara gedib torpağı ələ keçirməyi əmr edəndə onlar etiraz etmişdibr, indi isə O, onlara geri qayıtmağı əmr edəndə onlar həminki üsyankarlar olaraq qalırdılar. Onlar özbri gedib torpağı ələ keçirməyi qərara almışdılar. Onlar düşünürdübr ki, bəlkə Rəbb onların cəsarətindən razı qalacaqdır və Öz hökmünü dəyişəcəkdir.AP 342.2

    Təyin olunan vaxtda Allah onlara üstünlük vermişdi və hətta bu torpağa girməyi vəzifəyə daxil etmişdi, lakin onların özbaşına etinasızlıqları üzündən bu hüquq onlardan alındı. Şeytan onları Kənana girməyə qoymayaraq məqsədinə çatdı. İndi isə təlqin edirdi ki, onlar Allahın qadağasımn əksinə olaraq, Onun tələb etdiyindən imtina etsinbr. Beblikb onları ikinci dəfə üsyana itələyərək böyük yalançı yenidən qəbbə qazandı. Əvvəlcə onlar torpağı əb keçirməyə onlara kömək edəcək Allah gücünə şübhə edirdilər, indi isə, İlahi köməkdən asılı olmayaraq, buna öz şəxsi səyləri ilə nail olmaq ümidində idibr. “Rəbbə qarşı günah etdik, - onlar qışqırırdılar, - Allahımız Rəbbin bizə etdiyi əmrə əsasən çıxıb döyüşəcəyik” (Qanunun təkrarı 1: 41). Günah onlan necə amansızcasına kor etmişdi! Rəbb heç vaxt onlara “getməyi və döyüşməyi” tapşırmamışdı. Onun niyyətinə tamamilə daxil deyildi ki, onlar əhd olunan torpağı müharibə ilə ələ keçirsinbr. Onlar Onun əmrlərinə tamamilə itaət etməklə ona sahib olmalı idibr.AP 342.3

    Onların qəlbləri dəyişməsə də, yenə də onlar öz günahlarını və elçilərin xəbərindən sonra öz üsyanlarının ağılsızlığını etiraf etməyə məcbur idibr. İndi onlar belə çılğınlıqla rədd etdikləri xeyir - duaları qiymətləndirmişdilər. Onlar etiraf etdilər ki, yalnız öz imansızlıqları üzündən Kənana girmədibr. Səhvi Allahın deyil, özbrinin etdiklərini etiraf edərək: “Günah etmişik” - deyirdibr, çünki onlar Allahı Öz əhdlərini yerinə yetirməkdə acizlikdə vicdansızcasına ittiham edirdibr. Onların etiraflan həqiqi peşmançılığın nəticəsi olmasa da, o, Allahın öz xalqı ilə münasibətində İlahi ədalətin təsdiqlənməsinə xidmət edirdi.AP 343.1

    Bu qayda ib Rəbb indi də fəaliyyət göstərir, Öz adını onunla izzətləndirir ki, insanları Öz ədalətinin efirafına gətirir. Allaha məhəbbətdən danışanlar Onun qabaqgörənliyindən narazı qalanda Onun əhdlərini rədd edirbr, tamaha uymaqla şər mələkləri ilə birbşirbr ki, Allahın planlarını dağıtsınlar; onda Rəbb hadisələri eb idarə edir ki, bu insanlar səmimi peşman olmasalar da, əvvəl - axır öz günahlarını, öz davramşlarının ləyaqətsizliyini və Allahın onlarla münasibətinin ədabtliliyini və rəhmliliyini etiraf etməyə məcbur olurlar. Allah bax bu cür çalışır ki, zülmət qüvvələrinin fəaliyyətini ifşa etsin. Günah edənləri şərə təhrik edən həmin ruh kökündən dəyişməsə də, yenə də edibn etiraf Allahın şərəfini qoruyur və günahı düzgün olaraq töhmət edənlərə və buna görə də müqavimətə və təhqirlərə məruz qalanlara haqq qazandınr. Allahın qəzəbi yeri tamamilə qərq edəndə beb olacaqdır. Rəbb “Özünün on minlərləcə müqəddəsləri ib insanlara hökm etməyə” gələndə, O, həm də “aralarındakı allahsızların hamısını gördükləri bütün allahsız işlər üçün ifşa edəcək” (Yəhuda 14:15). Hər bir günahkar öz ittiham olunmasının ədalətliliyini etiraf etməyə məcbur olacaqdır.AP 343.2

    İlahi qərara baxmayaraq israillilər Kənanı fəth etməyə hazırlaşırdılar. Onlar silahlanaraq, öz fikirlərinə görə, döyüşə tam hazır idilər, lakin Allahın və Onun kədərli qullarının gözlərində ağılsız görünürdülər. Təxminən qırx il sonra, Rəbb İsrailə gedib İerixonu ələ keçirməyi əmr edəndə, O vəd, etdi ki, onlarla gedəcəkdir. Onun qanununu saxlayan mücrünü ordunun önündə aparırdılar. Onun təyin etdiyi rəhbərlər İlahi göstərişlərə əməl etməli idilər. Bu cür rəhbərliklə onlara heç bir pis şey ola bilməzdi. Lakin indi, onlar düşmənlərlə döyüşə İlahi əmrin və öz rəhbərlərinin təntənəli qadağanının əksinə olaraq, mücrüsüz və Musasız yollandılar.AP 343.3

    Borular həyəcanla səsləndilər və Musa onları xəbərdar etməyə tələsdi: “Nə üçün Rəbbin əmrini pozursunuz? Bu, uğursuz olacaqdır. Getməyin, çünki Rəbb sizin aranızda deyildir; yoxsa düşmənbriniz sizi məhv edər. Çünki amalikitlər və kənanlılar orada sizin qarşınızdadırlar və siz qılıncla məhv olacaqsınız”.AP 344.1

    Kənanlılar bu xalqı qoruyan sirli qüvvə və onların naminə baş verən möcüzələr haqqında artıq eşitmişdilər və indi işğalçının zərbəsini dəf etmək üçün güclü ordu toplamışdılar. Hücum edənlərin isə rəhbəri yox idi. Onlara qələbə bəxş etmək üçün Rəbbə heç bir dua edilmədi. Ya onlar üçün hazırlanan qisməti dəyişmək, ya da döyüşdə ölmək üçün ümidsiz qətiyyətlə döyüşə atıldılar.AP 344.2

    Böyük hərbi təcrübələri olmasa da, onların yenə də çoxlu sayda silahlı kişiləri var idi və qəfil sürətli hücumla düşmənin müqavimətini qırmağa ümid bəsləyirdilər. Onlar özlərinə arxayın şəkildə düşmənlə müharibəyə girişdilər, düşmən isə öz növbəsində onlara hücum etməyə cəsarət etmirdi.AP 344.3

    Kənanlılar qayalıq yaylada yerləşmişdilər, ora yalnız dolayı və çətin keçilən cığırlarla çatmaq olardı. Buna görə də israillilərin çoxsaylı ordusu yalnız öz məğlubiyyətlərini daha dəhşətli edə bilərdilər. Onlar özlərini zirvədəki düşmənin öldürücü zərbələri altında qoyaraq dağ cığırları ilə yavaş-yavaş irəliləyirdilər. Yuxarıdan nəhəng daşlar qulaqbatırıcı səs-küyb onların üstünə uçurdu və sürətlə aşağı yuvarlanaraq öz yollarını öbnbrin qanı ilə boyayırdılar. Zirvəyə çatan və ağır yoxuşdan möhkəm yorulanlar isə düşmənin sərt zərbəsi ib geri atılırdılar. Qurbanlann sayı böyük idi. Meyidbr döyüş meydanına səpəbnmişdilər. İsrail ordusu tamamib dağıdılmışdı. Məhv olma və ölüm üsyan təcrübəsi buna gətirib çıxartmışdı.AP 344.4

    Nəhayət geri çəkilməyə məcbur olan sağ qalanlar “qayıdıb Rəbbin hüzurunda ağladılar; lakin Rəbb səslərini eşitmədi” (Qanunun təkran 1:45). Düşmənlərin İsrail üzərində bu görkəmli qələbəsi sonrakı müqavimət üçün onlara daha möhkəm qətiyyət verdi, halbuki əvvəl kənanlılar onlann yaxınlaşdığını görəndə titrəyirdilər. Allahın Öz xalqı üçün etdiyi bütün möcüzələr haqda əvvəllər eşitdiklərinin hamısını onlar indi yalan hesab edirdilər və hiss edirdilər ki, ibranilərdən nahaq yerə qorxurlarmış. Kənanlılara bu qədər cəsarət və qətiyyət verən israilin birinci məğlubiyyəti onların ölkəsinin sonrakı fəthini çox mürəkkəbləşdirdi. Qalib düşməni tərk etməkdən və səhraya çəkilməkdən başqa israillilərin heç bir əlacı qalmamışdı, onlar bilirdilər ki, səhra bütöv bir nəsil üçün məzar olacaqdır.AP 344.5

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents