Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Ağsaqqallar və Peyğəmbərlər

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    73-cü fəsil
    DAVUDUN HƏYATININ SON İLLƏRİ

    (Bu fəsil Şamuelin İkinci Kitabının 24-cü fəslinə; Birinci Padşahlar Kitabının 1-ci fəslinə; Birinci Salnamələr Kitabının 21;28 və 29-cu fəsillərinə əsaslanır)

    Avşalomun məğlubiyyəti ölkədə sülhü həmin saat bərpa etmədi. Üsyanda o qədər xalq iştirak etmişdi ki, Davud öz paytaxtına qayıtmaq və bütün soyların buna razılığı olmadan yenidən padşahlıq ixtiyarını öz üzərinə götürmək qərarına gələ bilmirdi. Avşalomun məğlubiyyətindən doğan ümumi qarışıqlıq içərisində soylardan heç biri Davudun padşahlıq ixtiyarlarını dərhal və qətiyyətlə bərpa etmək niyyətini göstərmədi, nəhayət Yahuda soyu padşahı qaytarmağı qərara alanda bu, başqa soylarda paxıllıq doğurdu, ölkədə qarışıqlıq başladı. Lakin tezliklə onunla bacarmaq mümkün oldu və İsraildə sülh bərqərar oldu. Davudun tarixi zənginliyin, hakimiyyətin və dünyəvi şöhrətin, yəni insanların bu qədər can atdıqları məhz həmin şeylərin, özlərində gizlətdikləri təhlükələrin ən təəssüratlı nümunələrindən biridir. Bu cür sınaqlardan çıxmağa imkan verən təcrübəyə yalnız bəziləri malikdirlər. Davudun həyatının ilkin çağlarında onu itaətə, səbirli zəhmətə və heyvanlara qayğıkeşliyi öyrədən çobanlıq; təpələr arasında tənhalıqda təbiətlə ünsiyyət; onun düşüncələrini Yaradana yönəldən musiqi və poetik istedadların inkişafı; cəsarət, təmkin, dözüm və Allaha iman tələb edən səhradakı sərt həyat, - bütün bunlar Davudu İsrail taxt-tacına hazırlamaq üçün Rəbb tərəfindən qabaqcadan müəyyən edilmişdi. O, Allahın Məhəbbətini dark etdiyi qiymətli təcrübələrinə sevinirdi və Müqəddəs Ruh bütün tamlığı ilə onunla olurdu. O, Şaulun tarixində insan müdrikliyinin əbəsliyini görürdü. Lakin dünyəvi şöhrət və müvəffəqiyyətlər çox şeydə Davudun xasiyyətini zəiflətdilər: o, birinci dəfə deyildi ki, şirnikləndiricinin asan şikarı olurdu.AP 676.1

    Bütpərəst xalqlarla qarşılıqlı münasibətlər onların milli adətləri ilə getmək istəyi doğurdu, onda dünyəvi əzəmətə çatmağa şöhrətpərəst istək alovlandı. İsrail Allah xalqı kimi şöhrətlənməli idi, lakin məğrurluq və özünə arxayınlıq israillilərə üstün gələndə, onlar artıq bu üstünlüklə kifayətlənmədilər. Hər şeydən çox onlar bunu istəyirdilər ki, başqa xalqlardan yüksəyə qalxsınlar. Bu, tamah doğurmaya bilməzdi. Başqa torpaqları fəth etməyə can ataraq, Davud öz ordusunu artırmaq qərarına gəldi, lazımi yaş həddinə çatanların hamısını hərbi xidmətə çağırmaq istədi. Bunun üçün əhalini siyahıya almaq lazım idi. Bu cür hərəkətə padşahı məğrurluq və şöhrətpərəstlik təhrik etdi. Əhalinin siyahıya alınması göstərməli idi ki, Davudun hakimiyyətə gəlməsindən əvvəl padşahlığın zəifliyi ilə, onun hökmranlığının nəticəsi olan güc və inkişaf arasındakı fərq nə qədər böyükdür, bu isə padşahın və xalqın özünə arxayınlığını yalnız gücləndirərdi. Müqəddəs Yazı deyir: “Şeytan İsraillilərə qarşı qalxdı və Davudu İsrailliləri siyahıya almağa təhrik etdi” (l Salnamələr 21:1). İsrailin inkişafının Davudun hökmranlığı altında artması padşahın bacanğı və ya onun ordusunun gücü sayəsində deyil, hər şeydən əvvəl Allahın xeyir-duası sayəsində olmuşdu. Ölkənin hərbi gücünün artması ətraf xalqlarda belə təsəvvür yaradardı ki, İsrail Tanrının gücündən çox öz ordusuna güvənir.AP 677.1

    İsraillilər öz milli gücləri ilə fərx etsələr də, Davudun ordunu çox artırmaq niyyəti lazımi anlaşılma ilə qarşılanmadı. Nəzərdə tutulan səfərbərlik çox narazılıq doğurdu, nəticədə əvvəllər bu işlə məşğul olan kahinlərin və başqa şəxslərin əvəzinə bunun üçün hərbi rəislərdən istifadə etməyi lazım bildilər. Bu tədbirin məqsədi İlahi hakimiyyət vəziyyətinə kökündən zidd idi. Hətta Yoav da etiraz edərək dedi:AP 677.2

    “Xalqım nə qədərdisə, qoy Allahım Rəbb onu yüz qat artıq etsin və ağam padşah bunu gözləri ilə görsün. Axı niyə belə şeylər ağam padşahın xoşuna gəlir?” Lakin padşahın sözü Yoava və onun ordu başçılarına üstün gəldi. Yoavla ordu başçıları İsrail xalqını siyahıya almaq üçün padşahın hüzurundan çıxdı... və doqquz ay iyirmi gün keçəndən sonra Yerusəlimə qayıtdılar”. Siyahıya alma hələ qurtarmamışdı, Davud isə artıq öz səhvini başa düşmüşdü. özünü danlayaraq o dedi: “Bu işi görməklə böyük günah etdim. İndi isə, Ya Rəbb, yalvanram, qulunun bu təqsirindən keç, çünki mən çox ağılsızlıq etmişəm”. O biri gün səhər peyğəmbər Qad vasitəsilə Davuda xəbər göndərildi: “Rəbb belə deyir: “Sənin qarşma üç şey qoyuram, özün üçün bunlann birini seç ki, sənə edim...Sənin ölkəndə yeddi il aclıq olsun, yoxsa səni təqib edən düşmənlərin önündə üç ay qaçasan, yaxud da ölkəndə üç gün vəba olsun? İndi yaxşı fikirləş və qərar ver, məni göndərənə man nə cavab verim?”.AP 677.3

    Padşah buna beb cavab verdi: “Mənim üçün çox çətindir. İnsan əlinə düşməkdənsə qoy Rəbbin əlinə düşək, çünki Onun rəhmi çoxdur”.AP 678.1

    Torpaq azara tutuldu, bütün İsraildə yetmiş min insan həlak oldu. Bu bəla paytaxta hələ çatmamışdı, “Davud gözbrini qaldırdı və yer ib göy arasında duran, əlindəki siyrilmiş qılıncı Yerusəlimin üzərinə qaldıran Rəbb Mələyini gördü; cırıq paltara bürünmüş Davud və ağsaqqallar üzü üstə yıxıldılar”. Padşah Rəbbə yalvardı ki, İsraib rəhm etsin: “Budur, günah edən manam, man təqsirkaram. Bəs bu yazıq xalq nə edib? Qoy Sənin əlin mənim və ata nəslimin əleyhinə qalxsın”.AP 678.2

    Siyahıya alma xalqda narazılıq doğurmuşdu, lakin adamlar da Davudun rəhbər tutduğu həmin hissləri bəsləyirdilər. Rəbb Avşalomun vasitəsilə Davudu cəzalandırığı kimi, indi də eləcə Davudun səhvi vasitəsib O, İsrailin də günahını cəzalandırırdı.AP 678.3

    Məhv edən Məbk öz dəhşətli işini Yerusəlimin qapıları yanında dayandırdı. “Yevuslu Aravnanın xırmanının yanına” çatdı. Peyğəmbərin göstərişi ilə Davud yola düşdü, orada Rəbbə qurbangah tikdi və “yandırma qurbanları və ünsiyyət qurbanları təqdim etdi”. “Rəbb ölkə üçün edibn duaları qəbul etdi və İsrailin üzərinə gələn vəbanı dayandırdı”.AP 678.4

    Qurbangahın tikildiyi yer həmin vaxtdan müqəddəs sayıldı və Aravna onu padşaha töhfə kimi təklif etdi, lakin Davud bu təklifdən yayındı. “”Beb yox, amma səndən bunu mütbq qiymət qoyub satın alacağam. Çünki mən havayı malı Allahım Rəbbə yandırma qurbanı vermərəm”. Beləliklə, Davud xırmanı və öküzləri əlli şekel gümüşə satın aldı”. İbrahimin öz oğlunu qurban gətirmək üçün qurbangah tikdiyi və sonra bu cür böyük qurtuluşla nurlanan bu tarixi yer, nəticədə, Süleyman tərəfindən məbəd tikmək üçün seçildi.AP 678.5

    Davud həyatının son illərində onun başı üzərini daha bir qara bulud aldı. Onun artıq yetmiş yaşı var idi. Gəncliyin məhrumiyyət və həyəcanları, çoxsaylı müharibələr, son illərdə çəkdiyi qayğılar və qəmlər onun sağlamlığını pozmuşdu. Onun şüuru əvvəlki kimi aydın və nüfuzedici qalsa da, lakin vaxt öz payını götürmüşdü. O, tənhalıq axtarırdı və onun padşahlığının həyəcanlı keçmişi getdikcə öz kəskinliyini itirmişdi. Lakin budur, padşah taxt-tacı uğurunda mübarizə yenidən alovlandı. Davudun ata güzəştlərinin bəhrələri yenidən üzə çıxdı. Bu dəfə padşah olmaq istəyən Adoniya idi. Atası onu heç vaxt heç nədə məhdudlaşdırmamışdı. “Atası Davud heç vaxt ona “Niyə belə etdin?” deməmişdi”. (1 Padşahlar 1:6). İndi o, Süleymanı padşah olmağa təyin edən Rəbbin hakimiyyətinə qarşı çıxdı. Həm təbii istedadları ilə, həm dini hissinin gücü ilə Süleyman öz böyük qardaşından çox üstün idi və padşahlıq taxt-tacına Adoniyadan daha çox layiq idi. Lakin Allahın birbaşa göstərişinə baxmayaraq, Adoniya taxt-tacı ələ keçirməyə can atırdı və əlbəttə ki, canıyananlarsız qalmadı. Çoxlu cinayətlərlə ləkələnmiş Yoav Süleymana qarşı qəsdə qoşuldu, kahin Evyatar da beləcə hərəkət etdi.AP 679.1

    Üsyan tam hazır olanda, qəsdçilər şəhərin kənarındakı böyük bayramda görüşdülər ki, Adoniyanı padşah elan etsinlər, lakin onların planları Davuda sadiq bir neçə şəxs tərəfindən pozuldu. Hər kəsdən əvvəl bunlar kahin Sadoq, peyğəmbər Natan və Süleymanın anası Bat-Şeva idi. Onlar hər şey barədə padşaha danışaraq xatırlatdılar ki, İlahi əmrə əsasən padşah Süleyman olmalıdır. Davud tezcə öz taxt-tacım padşahlığa məsh və elan edibn Süleymana verdi. Qəsd baş tutmadı. Onun əsas törədiciləri layiqli ölüm cəzalarına çatdılar. Evyatar ruhani vəzifəsinə və Davuda əvvəlki sədaqətinə görə əfv edildi, lakin baş kahin vəzifəsindən məhrum oldu, bu vəzifəni Sadoq tutdu. Yoavı və Adoniyanı da o zaman əfv etdilər, lakin Davudun ölümündən sonra onlar öz cinayətlərinin cəzasmı çəkdibr. Adoniya üzərində hökmün yerinə yetməsi ilə dördqat cəza sona çatdı, bu cəza onun atası Davud tərəfındən edilən günaha Rəbbin ikrahı haqda şəhadət edirdi.AP 679.2

    Öz padşahlığının lap əvvəlindən Davud Rəbbə məbəd tikməyi çox arzu edirdi. Bu arzu yerinə yetməsə də, lakin onun həyata keçməsi üçün o, çox səmimi qəlbdən səylər göstərmiş və çalışmışdı. O, bol olaraq ən qiymətli materiallar: qızıl, gümüş, oniks və başqa qiymətli daş-qaşlar, mərmər və çoxlu qiymətli ağaclar hazırlamışdı. İndi isə topladığı xəzinəni varislərinə verməli idi, çünki əhd mücrüsü - Allah hüzurunun simvolu üçün məbədi başqa əllər tikəcəkdilər.AP 680.1

    Ölümün yaxınlaşdığını hiss edərək padşah öz padşahlığının bütün hissələrindən İsrail rəislərini topladı ki, bu mirası onlara təqdim etsin. O onlara ölümqabağı göstərişlər vermək, onların sözlərinə və zəruri işi yerinə yetirmək üçün dəstəklərinə əmin olmaq istəyirdi. Padşahın ağır xəstə olduğunu bilərək, onlar ümid etmirdilər ki, öz son iradəsini o özü izhar edə biləcəkdir, lakin ucalıqdan gələn Qüvvə onu möhkəmlətdi və ona xas olan enerji və canlılıqla o, sonuncu dəfə öz xalqına müraciət etdi. O özünün məbəd tikmək istəyi və bu işi oğlu Süleymana həvalə etmək barədə Allahın əmri haqda danışdı. “Rəbb mənə dedi:“Oğlun Süleyman həmin adamdır ki, Mənim məbədimi və həyətlərimi tikəcək, çünki onu Özümə oğul seçdim və Mən ona ata olacağam. Əgər bu gün olduğu kimi əmrlərimə və hökmlərimə əməl etməkdə sadiq olsa, onun padşahlığını əbədi olaraq möhkəmləndirəcəyəm”. İndi isə bütün İsraillilərin, Rəbbin camaatının gözü önündə və Allahımız eşidərkən belə tapşırıram: “Allahımız Rəbbin bütün əmrlərinə əməl edin və onları öyrənin ki, bu nemətli torpaqda qalasınız və sizdən sonra övladlarınıza onu əbədi miras verəsiniz”.” (1 Salnamələr 28:6-8).AP 680.2

    Davud öz təcrübəsindən öyrənmişdi ki, Allahdan uzaqlaşanın yolu necə çətindir. Qanun pozucusunun olunacağı ittihamı o öz üzərində hiss etmişdi. O öz qanunsuzluğunun bəhrəsini biçmişdi və onun bütün qəlbi İsrail xalqının rəhbərləri üçün həyəcanla dolu idi: onlar Allaha sadiq qalacaqlarmı? Atasının nüfuzunu qıran, onun həyatını zəhərləyən və Allaha şərəfsizlik gətirən günahlardan ehtiyat edərək Süleyman Allah Qanununa itaət edəcəkdirmi? Davud bilirdi: Süleymanın öz yüksək mövqeyində uğurla tamaha qarşı dura bilməsi üçün ona itaət, Allaha sarsılmaz iman və öz əməllərinə hədsiz ayıq diqqət zəruridir, çünki yüksək mövqeli insanlar həmişə şeytanın diqqətinin və məkrli tələlərinin xüsusi obyektinə çevrilirlər. Artıq taxt- tacın tanınmış varisi olan oğluna müraciət edərək o dedi: “Sən də, oğlum Süleyman, atanın Allahını tanı, səmimi qəlbdən və həvəslə Ona qulluq et, çünki Rəbb bütün ürəkləri sınayır və ağılların bütün istəklərini bilir. Əgər Onu axtarsan, sən Onu tapacaqsan. Əgər Onu tərk etsən, O da səni əbədi olaraq atacaq. İndi bax Rəbb səni müqəddəs məkan olan bir ev tikmək üçün seçmişdir, sən də cəsarətli ol və bu işi gör”.AP 680.3

    Davud məbəd tikmək haqda Süleymana ətraflı göstərişlər verdi, həm də onun hər bir hissəsinin nümunəsini və ibadət üçün bütün ləvazimatları təqdim etdi, - bütün bunlar ona Allah Ruhu tərəfindən açılmışdı. Süleyman hələ gənc idi və məbədin tikintisi ilə, Allah xalqınm idarəsi ilə onun üzərinə düşən böyük məsuliyyətdən qorxurdu. Davud öz oğluna dedi: “Cəsarətli və möhkəm ol, bu işi gör, qorxma və ruhdan düşmə, çünki Rəbb Allah, mənim Allahım səninlədir. O, Rəbbin məbədinin bütün xidmət işi ona çatmamış səni atmaz və tərk etməz”.AP 681.1

    Davud yenidən yığıncağa müraciət etdi: “Allahın yeganə seçdiyi oğlum Süleyman cavan və təcrübəsizdir, bu iş isə böyükdür, çünki bu bina insan üçün deyil, Rəbb Allah üçün olacaq”. Sonra o davam etdi: “Allahımın məbədini tikməyə həvəsim naminə müqəddəs məbəd üçün hazırladığım hər şeydən əlavə nə qədər qızıl-gümüş xəzinəm varsa, onu da Allahım Rəbbin məbədi üçün verirəm: Ofir qızılından üç min talant qızılı, yeddi min talant xalis gümüşü evlərin davarını örtmək üçün,...” Bütün toplaşanlara müraciət edərək o soruşdu: “Kim bu gün Rəbbə könüllü nəzir təqdim etmək istəyir?”AP 681.2

    Davudun sualına dərhal cavab verildi: “Nəsil başçıları, İsrail qəbilələrinin başçıları, minbaşılar, yüzbaşılar və padşahın işləri üzərində olan rəislər könüllü gəlib Allah məbədinin xidməti üçün beş min talant və on min darik qızıl, on min talant gümüş, on səkkiz min talant tunc və yüz min talant dəmir verdilər. Kimdə qiymətli daşlar var idisə, onları Gerşon nəslindən olan Yexielin nəzarəti altında olan Rəbbin məbədinin xəzinəsinə verirdi. Xalq onların könüllü nəzir verməsinə sevindi, çünki bütün qəlbləri ilə Rəbbə nəzir təqdim etmişdilər. Padşah Davud da çox sevindi”.AP 681.3

    “Davud bütün camaatın gözü önündə Rəbbə alqış edib dedi: “Ey atamız İsrailin Allahı Rəbb, əzəldən sonsuza qədər Sənə alqış olsun! Ya Rəbb, əzəmət, qüdrət, cəlal, zəfər və şöhrət Sənə məxsusdur, çünki göydə və yerdə olan hər şey Sənindir. Ya Rəbb, padşahlıq Sənindir və hökmdar olaraq hər şeydən ucasan. Var dövlətlə şöhrət Səndən gəlir və Sən hər şeyə hökmranlıq edirsən. Hər kəsi yüksəltmək və gücləndirmək üçün qüdrət və güc Sənin əlindədir. İndi, ey Allahımız, biz Sənə şükr edirik və izzətli adına həmd edirik.AP 681.4

    Ancaq mən kiməm və xalqım nədir ki, bu cür könüllü nəzirlər verə bilək? Çünki hər şey Səndəndir və əlindən aldığımızı Sənə verdik. Biz bütün atalarımız kimi Sənin önündə bir qərib və qonağıq. Günlərimiz yer üzündə kölgə kimidir və heç nəyə ümidimiz yoxdur. Ya Rəbb Allahımız, Sənin müqəddəs adına məbəd tikmək üçün hazırladığımız bütün bu var-dövlət Sənin əlinlə verilib və bunların hamısı Sənindir. Bilirəm ki, ey Allahım, Sən ürəyi sınayırsan və düzlüyü sevirsən. Mən bütün bu şeyləri ürəyimin düzlüyü ilə könüllü olaraq təqdim etdim və indi burada olan xalqının Sənə könüllü nəzir verdiyini sevinclə gördüm. Ya Rəbb, atalarımız İbrahimin, İshaqın və İsrailin Allahı! Xalqının ürəyindəki istəklərində bunu əbədi olaraq qoruyub saxla və onların ürəyini Özünə tərəf yönəlt. Oğlum Süleymana sadiq bir ürək ver ki, Sənin əmrlərinə, fərmanlarına və qanunlarına əməl etsin, bütün bu işləri görsün və tikilişinə hazırlıq gördüyüm bu binanı tiksin”.AP 682.1

    Davud bütün camaata dedi: “İndi Allahınız Rəbbə həmd edin”. Bütün camaat atalarının Allahı Rəbbə həmd etdi. Onlar əyilib Rəbbə səcdə, padşaha isə təzim etdilər”.AP 682.2

    Məbədin tikilməsi və bəzədilməsi üçün qiymətli materiallan padşah böyük qayğıkeşliklə toplamışdı. O, bu məbədin kümbəzləri altında səslənməli olan gözəl himnlər yazmışdı. İndi onun qəlbi Rəbbdə sevinirdi ki, İsrailin nəsil başçıları və rəisləri onun çağınşına belə ürəkdən cavab verdilər və özlərini onları gözləyən vacib işə həsr etdilər. İndi onlar daha böyük qurbanlar gətirməyə hazir idibr. Onlar öz malikanələrindən Allah xəzinəsinə göndərilən töhfələrini artırdılar. Davud Allah məbədinin ucaldılması üçün bütün zəruri olanları təmin etməkdə öz gücsüzlüyünü dərindən hiss edirdi və indi onun müraciətinə dərhal cavab verən və səmimi qəlbdən Allaha öz töhfələrini gətirən, həm də özlərini də bü işə həsr edən onun padşahlığının alicənab ərlərinin səmimi sədaqəti onun qəlbini sevincb doldurdu. Lakin insanların qəlbi üzərində yalnız Allah hakimdir. Onu izzətləndirmək lazımdır, insanı yox. İnsanlara dünyəvi nemətləri bəxş edən Odur və məbəd üçün qiymətli töhfələr bəxş etməyə sövq edən Onun Ruhudur. Mövcud olan hər şey Ona məxsusdur. Əgər Onun Məhəbbəti xalqın qəlbini riqqətə gətirməsəydi, padşahın səyləri əbəs olardı və məbəd heç vaxt tikilməzdi.AP 682.3

    İnsanın Allahın nemətlərindən aldığı hər şey Allahdan gəlir. Dünyanın qiymətli və gözəl bəxşləri insanlara Allah tərəfindən göndərilmişdir ki, onları sınasın, onların Ona məhəbbətinin dərinliyini və Onun mərhəmətinin dərk edilməsinin tamlığını yoxlasın. Bu sərvətləri -maddi və ya mənəvi - İsanın ayaqları altına qoymaq lazımdır ki, onları gətirən Davudla birlikdə deyə bilsin: “Hər şey Səndəndir və biz Səndən aldığımızı Sənə verdik”.AP 683.1

    Davud ölümün yaxınlaşdığını hiss edəndə onun qəlbi əvvəlki kimi Süleyman haqda və xeyir-duası xeyli dərəcədə padşahın sədaqetindən asılı olan İsrail padşahlığı haqda qayğılarla ağırlaşdı. “Davudun ölüm günü yaxınlaşanda oğlu Süleymana vəsiyyət edərək dedi: “Bu yaxınlarda mən də hamı kimi dünyadan köçəcəyəm. Sən möhkəm və igid ol. Allahın Rəbbin verdiyi buyruğu yerinə yetirib Onun yolu ilə get və Musanın Qanununda yazıldığı kimi Allahın qaydalarına, əmrlərinə, hökmlərinə və fərmanlarına əməl et ki, elədiyin hər işdə və getdiyin hər yerdə uğur qazanasan. Onda Rəbb mənə verdiyi sözü yerinə yetirəcək: “Əgər övladların öz yollarına diqqət etsələr, bütün ürəkləri və canları ilə Mənə sadiq qalsalar, İsrail taxtında sənin nəslindən bir kişi əskik olmayacaq”. (1 Padşahlar 2:1-4).AP 683.2

    Davudun sonuncu sözləri nəğmədir, ümid, yüksək məqsəd və ölməz iman nəğməsi:AP 683.3

    “Yessey oğlu Davud deyir,
    Allahın ucaltdığı adam ,
    Yaqubun Allahının məsh etdiyi,
    İsrailin sevimli məzmur şairi belə söyləyir:
    Rəbbin Ruhu mənim vasitəmlə söylədi...
    İnsanlar üstündə doğruluqla hökm edən,
    Allahın qorxusu ib səltənət sürən şəxs
    Buludsuz bir səmada gün doğarkən sübh şəfəqi kimidir, Şüası yağışdan sonra yerdən təzə ot bitirir.
    Həqiqətən, mənim evim Allahla belə deyilmi?
    Çünki O mənimlə əbədi əhd bağladı,
    Kamil və tam təminatlı əhd bağladı,
    Qurtuluşumu və arzumu tam həyata keçirməzmi?”
    AP 683.4

    (2 Şamuel 23:1-5).

    Davudun günaha batması dərin idi, lakin peşmançılığı da böyük oldu, onun məhəbbəti alovlu, imanı isə güclü idi. Ona çox şey bağışlandı, çünki o çox sevirdi (bax Luka 7:48).AP 684.1

    Davudun məzmurlarında onun yaşantıları bütün rəngarəngliyi ilə ifadə olunmuşdur - günahlar vicdanın əzablarından və özünümühakimədən yüksək imana və Allahla ən six ünsiyyətə qədər. Onun həyatının tarixi göstərir ki, günah yalnız biabırçılıq gətirir, lakin Allah mərhəməti və məhəbbəti hədsizdir, iman tövbə edən cana oğulluq haqqı, Allahın oğlu olmaq haqqı verir. Onun Sözündə olan bütün şəhadətlər içərisində Davudun həyat tarixi Allah sədaqətinin, ədalətinin və Onun mərhəmət əhdinin ən güclü sübutlarından biridir. İnsan “Çiçək kimi açar, solar, kölgə kimi keçib-gedər”, “Allahımızın sözü əbədi qalar”. “Rəbbin isə Ondan qorxanlara olan məhəbbəti, onların övladlarına olan salehliyi əzəldən var, bu əbədi qalacaq. Onun əhdinə vəfa edənlərə bunları göstərir, qayda-qanunlarını yerinə yetirənləri unutmur”. (Əyyub 14:2; Yeşaya 40:8; Məzmur 102:17,18). “Bunu bilirəm ki, Allahın etdiyi hər iş daim qalır...” (Vaiz 3:14).AP 684.2

    Davuda və onun evinə gözəl əhdlər verilmişdi, bu əhdlər əbədidir və özlərinin tam həyata keçmələrini Məsihdə tapacaqlar. Rəbb demişdir: “Qulum Davud üçün belə and içmişəm... Əlim daim onu möhkəmləndirəcək, qolum ona qüvvət verəcək!... Yanında sədaqətim, məhəbbətim olacaq, gücü ismimlə artacaq. Dənizlərə əlini, çaylara sağ əlini çatdıracağam. Məni çağırıb deyəcək: “Atamsan, Allahımsan, məni xilas edən Qaya Sənsən!” Mən də ilk oğul haqqını ona verəcəyəm, onu yer üzünün ən uca padşahı edəcəyəm. Ona daim məhəbbətimi göstərəcəyəm, sadiq qalıb əhdimi pozmayacağam” (Məzmur 89: 3,21,24-28).AP 684.3

    “Onun nəslini əbədi yaşadacağam,
    Göylər durduqca taxtını saxlayacağam”.
    AP 685.1

    (Məzmur 89:29).

    “Padşah məzlum xalqın haqqını versin,
    Fəqirləri xilas etsin,
    Zalımları əzsin.
    Nə qədər günəş və ay varsa,
    Hər gələn nəsil qoy Səndən qorxsun...
    Bu padşahın ömrü boyu qoy salehlər çiçək açsın,
    Göydə ay durduqca qoy firavanlıq artsın.
    Dənizdən-dənizə qədər,
    Fəratdan yerin ucqarlarına qədər
    səltənət sürsün”.
    “Qoy padşahın adı əbədi qalsın,
    Günəşin ömrü tək adı var olsun.
    Onun vasitəsi ilə insanlar xeyir-dua alsın,
    Onu bütün millətlər bəxtiyar adlandırsın!”
    AP 685.2

    (Məzmur 72:4-8,17).

    “Çünki bizim üçün körpə doğuldu, bizə oğul verildi, hakimiyyət onun çiyinləri üzərində olacaq, Onun adı Ecazkar, Məsləhətçi, Qüdrətli Allah, Əbədi Ata, Əmin-amanlıq Hökmdarı olacaq”. “O, böyük olacaq, Haqq-Təala Allahın Oğlu adlanacaqdır və Rəbb Allah Ona atası Davudun taxtını verəcəkdir. Əbədi olaraq Yaqubun evi üzərində padşahlıq edəcək və Onun Padşahlığının sonu olmayacaqdır” (Yeşaya 9:6; Luka 1:32,33).AP 685.3

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents