Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Ağsaqqallar və Peyğəmbərlər

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    70-ci fəsil
    DAVUDUN PADŞAHLIGI

    (Bu fəsil Şamuelin İkinci Kitabının 5: 6-25; 6; 7; 9 və 10-cu fəsillərinə əsaslanır)

    Davud İsrail taxt-tacına məsh edilən kimi, öz padşahlığının paytaxtı üçün daha müvafıq yer axtarmağa başladı. Ən rahat yer Xevronun iyirmi milliyində olan məskən idi. Yəşua ben Nunun İordandan keçməsindən əvvəl o, Səlim adlanırdı. İbrahim onun yanında özünün Allaha sadiqliyinə şəhadət etmişdi. Davudun məsh olunmasından səkkiz yüz il əvvəl burada Uca Tanrının kahini Məlkisedeq yaşayırdı. Səlim ölkənin mərkəzindəki yüksəklikdə yerləşirdi və hər tərəfdən təpələrlə əhatə olunmuşdu. Binyamin və Yəhuda soylarının sərhədləri arasında, eyni zamanda Efrəyim yaxınlığında yerləşən bu yerdən bütün qalan soylara rahat yol gedirdi.AP 635.1

    Səlimi ələ keçirmək üçün İbranilər Sion və Moriya dağlarındakı qalalarda yaşayan qalan Kənanlıları qovmalı idibr. Bu qala Yevus adlanırdı, onun sakinbri isə Yevuslular adı ilə məşhur idilər. Bütöv əsrlər ərzində Yevus fəthedilməz sayılırdı, lakin Yoavın başçılıq etdiyi ibranilər onu ələ keçirə bildibr. Göstərilən igidlik və bacarığın mükafatı olaraq Yoav bütün İsrail ordusunun rəisi təyin edildi. Yevus İsrailin paytaxtı oldu, özünün bütpərəst adının əvəzinə isə yeni ad aldı - Yerusəlim.AP 635.2

    Aralıq dənizinin sahilində yerləşən zəngin Sur şəhərinin hökmdarı Xiram İsrail padşahı ilə ittifaq axtarırdı və Yerusəlimdə saray ucaltmaq üçün Davuda tikinti materiallan göndərdi. Memarlarla, fəhlələrlə birlikdə Surdan elçilər göndərildi və qiymətli ağaclar, sidr ağaclan və başqa qiymətli materiallarla dolu karvan yola düşdü.AP 635.3

    Davudun hökmranlığı altında İsrail dövlətinin möhkəmlənməsi, Yevusun fəth edilməsi, Sur hökmdarı Xiramla ittifaq - bütün bunlar Filiştlilərin düşmənçiliyinə səbəb oldu və onlar böyük ordu ilə İsrail torpağına soxuldular və Yerusəlim yaxınlığındakı Refaim vadisində möhkəmləndilər. Davud öz adamları ilə birlikdə Siondakı qalaya getdi və orada İlahi göstərişləri gözlədi. “”Davud Rəbbdən soruşdu: “Mən Filiştlilər qarşısına çıxımmı? Onları mənə təslim edəcəksənmi?” Rəbb Davuda cavab verdi: “Çıx, mütləq Filiştliləri sənə təslim edəcəyəm””. Davud dərhal döyüşə girdi, düşmənləri qırıb məhv etdi və onlann qələbə təmin etmək üçün özləri ilə götürdükləri allahcıqlarım ələ keçirdi. Öz məğlubiyyətlərindən alçalmış Filiştlilər daha böyük ordu topladılar və döyüşmək üçün qayıtdılar. Onlar yenidən Refaim vadisində möhkəmləndilər. Davud yenidən Allaha müraciət etdi və böyük Mən Varam israillilərin ordusunun önündə getdi.AP 636.1

    Allah Davuda tövsiyə edərək dedi: “Birbaşa onların qarşısına çıxma, arxalarından dolanıb balzam ağaclarının qabağında bu düşmənlərin üstünə gəl. Balzam ağaclarının başından addım səslərini eşidəndə cəld hərəkətə keç, çünki o zaman Rəbb sənin qarşınca Filiştlilərin ordusunu məğlub etmək üçün çıxacaq”. Əgər Davud Şaul kimi öz yolu ilə getsəydi, onda müvəffəqiyyətə çatmazdı, lakin o, Rəbbin ona dediyi kimi etdi və “onlar Giveondan Gezerə qədər Filiştlilərin ordusunu qırdılar. Davudun şöhrəti bütün ölkələrə yayıldı və Rəbb onun qorxusunu bütün millətlərin ürəyinə saldı” (1 Salnamələr 14:16,17). İndi Davud öz hakimiyyətini möhkəmlətdi, düşmənlər bir daha onun torpağına hücum etməyə cəsarət etmədilər. Onda o, öz böyük arzusunu - Allahın əhd mücrüsünü Yerusəlimə gətirməyi - həyata keçirməyi qərara aldı. Uzun illər ərzində əhd mücrüsü Baledə, doqquz mil uzaqda idi, lakin paytaxtın İlahi hüzurun bu əlaməti ilə izzətlənməsi zəruri idi.AP 636.2

    Davud İsrailin ən yaxşı adamlarından otuz min nəfər seçdi, çünki təntənəli və gözəl mərasim keçirmək istəyirdi. Xalq sevinclə dəvətə cavab verdi. Baş kahin öz müqəddəs xidmət qardaşları ilə, soyların rəisləri və başçıları - hamı Baledə toplaşdı. Davudda müqəddəs coşqunluq var idi. Əhd mücrüsünü Avinadavın evindən çıxartdılar və öküzə qoşulmuş təzə arabaya yerləşdirdilər, Avinadavın iki oğlu isə onu müşayiət edirdi.AP 636.3

    İsrail ərləri əhd mücrüsünü şən səslər və nəğmələrlə müşayiət edirdilər, çoxlu səs musiqi sədalarına qovuşurdu; “Davudla bütün İsrail nəsli Rəbbin hüzurunda... liralarla, cənglərlə, dəflərlə, şaxşaxlarla və sinclərlə çalıb oynayırdılar”. Necə də çoxdan İsrail bu cür təntənəli şadlığın şahidi olmamışdı! Böyük nümayiş şənlik edərək təpələr və dərələrlə Müqəddəs şəhərə gedirdi.AP 637.1

    Lakin “Nakonun xırman yerindən keçəndə öküzlər büdrədi. Buna görə də Uzza əl uzadıb Allahın sandığından tutdu. Uzzaya qarşı Rəbbin qəzəbi alovlandı və Allah onu hörmətsizlik etdiyinə görə oradaca vurdu. Uzza yerindəcə - Allahın sandığı yanında öldü”. Hamını qəfıl qorxu bürüdü. Davud baş verən hadisədən sarsıldı, o, çox həyəcanlandı və qəlbinin dərinliklərində Allahın ədalətinə şübhə etdi. O, İlahi hüzurun simvoluna lazımi surətdə hörmət göstərmək istəyirdi. O fikirləşirdi ki, nə üçün baş verən dəhşətli cəza ümumi şənliyi qəmə və kədərə çevirdi? Əhd mücrüsünü öz yanında saxlamağın təhlükəsiz olmayacağını hiss edərək, Davud onu olduğu yerdə saxlamağı qərara aldı. Tezliklə bu məqsədlə yaxınlıqda Qatlı Oved-Edomun evini axtanb tapdılar.AP 637.2

    Uzza çox ciddi əmri pozduğuna görə cəzalandırılmışdı . Əhd mücrüsünü bir yerdən başqa yerə aparmaq haqda Rəbb Musa vasitəsilə xüsusi göstərişlər vermişdi. Harunun törəmələrindən, kahinlərdən başqa heç kim ona toxunmamalı və ya hətta onun üstü örtülü olmadıqda ona baxmamalı idi. İlahi əmrdə deyilirdi: “...Qohatlılar onu daşımağa gəlsinlər. Amma müqəddəs şeylərə toxunmamalıdırlar ki, ölməsinlər” (Saylar 4:15). Kahinlər onun üstünü örtməli idilər, qohatlılar isə hər tərəfdən halqalara keçirilmiş və heç vaxt çıxarılmayan dirəklərdən tutmalı idilər. Vəzifələri səyyar məbədin örtüklərinin, taxtalarının və dirəklərinin qayğısına qalmaq olan Gerşon və Merari oğullanna tapşırılan şeyləri daşımaq üçün Musa onlara arabalar və öküzlər vermişdi. “Lakin Qohatlılara bir şey vermədi, çünki onların vəzifəsi müqəddəs əşyalan çiyinlərində daşımaqdır” (Saylar 7:9 - qeyd müəllifindir). Beləliklə, əhd mücrüsünü Baledən apararkən Allah əmrləri açıq və bağışlanmaz şəkildə pozulmuşdu.AP 637.3

    Davud və xalq toplaşmışdılar ki, müqəddəs xidməti yerinə yetirsinlər və onlar bunu sevinc dolu qəlblə edirdilər, lakin Rəbb bu xidməti qəbul edə bilməzdi, çünki bu xidmət Onun əmrlərinə uyğun icra edilmirdi. Allah Qanununu bilməyən Filiştlilər əhd mücrüsünü İsrail xalqına qaytaranda onu arabaya qoymuşdular və Rəbb buna mane olmamışdı. Lakin israillilər bu məsələ barədə Allah iradəsini çox gözəl bilirdilər və bu cür əmrlərə onların etinasızlığı Allaha hörmətsizlik idi. Uzzanın üzərinə özünə arxayınçılıq kimi böyük günah düşmüşdü. Allah Qanununun pozulması onun şüurunda bu qanunun müqəddəsliyi hissini kütləşdirdi. İlahi qadağanın əksinə olaraq, o, peşman olmadan Rəbbin hüzurunun simvoluna toxunmağa cəsarət etmişdi. Allah qismən itaəti və ya Öz Hökmlərinə etinasız münasibəti qəbul edə bilməz. Uzzanın düçar olduğu cəza ilə O, bütün İsrailə Öz tələblərinə olduğu kimi riayət etməyin zəruriliyini göstərmək istəmişdi. Beləliklə, bir nəfərin ölümü xalqı tövbəyə gətirər və minlərlə adamın həlakının qarşısını ala bilərdi.AP 637.4

    Davud özünün Allah qarşısında tam haqlı olmadığım hiss edərək, Uzanın düçar olduğu cəzanı görərək ehtiyat etdi ki, hər hansı günah üzündən o da həmin cəzaya düçar olmasın. Lakin Oved-Edom, titrək qəlblə də olsa, müqəddəs simvolu bütün itaətkarlara Allah lütfünün zəmanəti kimi qəbul etdi. Bütün İsrailin diqqəti Qatlıya və onun evinə yönəlmişdi. Hamı onunla nə olacağını görmək istəyirdi. “Rəbb Oved-Edoma və onun bütün külfətinə bərəkət verdi”.AP 638.1

    Davud Allahın ifşasını dərindən dərk etdi. O, heç vaxt olmadığı kimi, Allah Qanununun müqəddəsliyini və ciddi itaət etməyin zəruriliyini başa düşdü. Oved-Edomun evinə göstərilən mərhəmət Davudda ümid yaratdı ki, əhd mücrüsü həm ona, həm də xalqına xeyir -dua gətirəcəkdir.AP 638.2

    Üç aydan sonra o, əhd mücrüsünü gətirməyi qərara aldı, lakin indi İlahi əmrlərin hər bir göstərişlərinə diqqət yetirdi. Yenidən xalqın rəisləri çağırıldı və Qatlmın yaşadığı yerin yaxınlığına xeyli xalq toplaşdı. Əhd mücrüsünü pərəstişb Allahın bu iş üçün ayırdığı kişilərin çiyinlərinə qoydular və həyacanlı adamların uzun nümayişi irəlilədi. Altı addım getdilər və boru səsləri hamıya dayanmağı əmr etdi. Davudun əmri ilə hər altı addımdan bir “dana və toğlu” qurban gətirmək lazım idi. Qorxu və dəhşət öz yerini sevincə, şənliyə vermişdi. Padşah özünün padşahlıq libasını çıxartdı və kahinbrin geyindikbri adi kətan efod geyindi. O, bununla tamamilə göstərmək istəmirdi ki, kahinlərin hüquqlarına təcavüz edir, çünki efodu hərdən başqaları da geyirdilər. Lakin o, bu müqəddəs ibadətdə Allah önündə öz təbələri ilə bərabər hüquqlu kimi iştirak etmək istəyirdi. Tanrını izzətləndirmək lazım olan gün O, yeganə səcdə obyekti olmalıdır.AP 638.3

    Bütün nümayiş yenidən yola düşdü. Musiqi alətlərinin səsi çoxsaylı oxuyanların səslərinə qanşdı. Mahnının sədaları altında sevinclə rəqs edərək “Davud Rəbbin önündə var-qüvvəsi ilə atılıb-düşürdü”.AP 639.1

    Rəbbin önündə pərəstişkar sevinclə yerinə yetirilən Davudun rəqsini bir çox ləzzət həvəskarlarının çoxadamlı müasir rəqs yığıncaqlarına haqq qazandırmaq üçün misal gətirməsinə əsas yoxdur. Bizim günlərimizdə rəqslər ağılsızlıq və gecə məclisləri ilə bağlıdır. Sağlamlıq və mənəviyyat ləzzətlərə qurban edilir. Rəqs salonlarına gələnlər Allah haqda düşünmürlər və Onun önündə pərəstiş etmirlər. Duaların və ya ilahilərin oxunması bu cür yığıncaqlarla bir yerə sığışmır. Bu sınağa qarşı mətinlik göstərmək lazımdır. Məsihçilər bütün müqəddəs olanlara bizim məhəbbətimizi zəiflədən və Allaha ibadət sevincimizi kiçildən ləzzətlərə uymamalıdırlar. Əhd mücrüsünün bir yerdən başqa yerə aparılması zamanı Allahı sevinclə vəsf edən musiqi və rəqslərin yüngül əyləncə olan müasir rəqslərlə heç bir oxşarlığı yoxdur. Birincilər Allah haqda xatirələrə və Onun müqəddəs adının izzətlənməsinə xidmət edirdilər, ikincilər isə insanı Allaha hörmətsizliyə itələyən şeytanın tələləridir.AP 639.2

    Təntənəli nümayiş öz gözəgörünməz Padşahının müqəddəs simvolunun arxasınca paytaxta yaxınlaşdı. Sonra nəğmə - divarlar üstündə duran keşikçilərə müqəddəs şəhərin qapılarını açmaq əmri gurladı:AP 639.3

    “Ey darvazalar, başlarınızı qaldırın,
    Ey qədim qapılar, açılın,
    Əzəmətli Padşah içəri daxil olsun!”
    AP 639.4

    Bir dəstə müğənni və musiqiçilər soruşurdular:AP 639.5

    “Bu əzəmətli Padşah kimdir?”AP 639.6

    Başqaları cavab verirdilər:AP 640.1

    “Odur, güclü-qüdrətli Rəbb,
    Döyüşdə qüvvətli Rəbb”.
    AP 640.2

    Yüzlərlə səs qalibanə nəğmə ilə səslənirdilər:AP 640.3

    “Ey darvazalar, başlarınızı qaldırın,
    Ey qədim qapılar, açılın,
    Əzəmətli Padşah içəri daxil olsun!”
    AP 640.4

    Yenidən təntənəli sorğular səslənirdi:AP 640.5

    “Bu əzəmətli Padşah kimdir?”AP 640.6

    Çoxlu adamların səsi “coşqun suların səsi” kimi təntənəli cavabda birləşirdi:AP 640.7

    “Ordulann Rəbbi,
    Odur əzəmətli Padşah!”
    AP 640.8

    (Məzmur 24: 7-10).

    Qapılar açılanda nümayiş irəlilədi və əhd mücrüsü pərəstişkar qorxu ilə xüsusi hazırlanmış çadırda yerləşdirildi. Toxunulmaz arakəsmənin önündə qurbangətirmələr üçün qurbangahlar ucaltdılar; yandırılan qurbanların tüstüsü və büxur ətri vəsf sədaları və bütün İsrailin duaları ilə birlikdə göyə ucaldı. İbadət başa çatdı, padşah özü xalqa xeyir-dua verdi. Sonra padşahlıq səxavəti ilə o, hamıya möhkəmlənmək üçün yemək-içmək payladı.AP 640.9

    Bütün soylar bu mərasimdə, Davudun padşahlığını qeyd edən ən müqəddəs hadisənin bayram edilməsində iştirak edirdilər. Allah Ruhu padşahda qərar tutmuşdu və indi, batan günəşin son şüaları səyyar məbədi işıqlandıranda onun qəlbi Allahın hüzurunun mübarək simvolunun indi İsrail taxt-tacına bu qədər yaxın olması üçün Allaha dərin minnətdarlıq edirdi.AP 640.10

    Düşüncələrə dalmış Davud “öz evinə xeyir-dua vermək üçün” saraya qayıdırdı. Lakin orada sevinc səhnəsini Davudun qəlbini riqqətə gətirən hisslərdən fərqli olaraq tamamilə başqa hissbrb müşahidə edən birisi var idi. “Rəbbin sandığı Davudun şəhərinə gətiriləndə Şaulun qızı Mikal pəncərədən baxıb padşah Davudu Rəbbin önündə atılıb rəqs edərkən gördü və ürəyində ona kinayə etdi”. Qəzəblənmiş halda hətta Davudun saraya qayıtmasını da gözləməyərək, onun qarşısına çıxdı və onun mehriban salamına cavab olaraq onun üzərinə zəhərli sözlər yağdırdı. Bu sözbrdə necə də tikanlı kinayə və sərtlik səslənirdi:AP 640.11

    “Gör bu gün İsrailin padşahı necə də şərəf qazanıb! Adi bir təlxək kimi utanmadan bu gün əyanlarını və qaravaşlarının qarşısında soyundu!”AP 641.1

    Davud hiss etdi ki, Mikal Allaha ibadətə nifrətini izhar etdi və buna görə də ona sərt cavab verdi: ” Man bunu atanın və onun bütün nəslinin yerinə məni seçib Öz xalqı İsraillilərə hökmdar qoyan Rəbbin qarşısında etmişəm. Bəli, Rəbbin hüzurunda şənlik edəjəyəm. Bundan sonra bundan betər alçalıb öz mənliyimi heç edəcəyəm, yalnız sən dediyin qaravaşların qarşısında şərəflənəcəyəm”. Davudun ifşasına Rəbb də Öz cəzasını əlavə etdi. Məğrurluğuna və dikbaşlığına görə “Mikalın ölənə qədər övladı olmadı”.AP 641.2

    Əhd mücrüsünün yerini dəyişməsini müşayiət edən təntənəli nümayiş İsraillilərdə dərin təəssürat yaratdı, onlarda müqəddəs ibadətə həqiqi maraq oyatdı və Tanrıya məhəbbəti yeni qüvvə ilə hiss etməyə məcbur etdi. Davud onun ixtiyarında olan bütün vasitələrlə bu hissləri dərinbşdirməyə çalışdı. Məzmurların oxunması dini ibadətin bir hissəsini təşkil edirdi və Davud yalnız məbəddə ibadət zamanı oxuyan kahinbr üçün deyil, həm də sadə adamlar üçün də məzmurlar qoşurdu ki, onlar hər il keçirilən bayramlar zamanı İsrailin qurbangahına nəğməbrlə getsinbr. Bu, insanlara güclü təsir göstərdi və ona gətirib çıxartdı ki, onlar bütpərəstlikdən əl çəkdibr. Ətrafdakı bir çox xalqlar israillilərin inkişaf etməsini müşahidə edərək, Öz xalqı üçün bu qədər böyük işlər görən Allah haqda getdikcə daha çox düşünürdülər.AP 641.3

    Musa tərəfindən inşa edilən səyyar məbəd, əhd mücrüsündən başqa bütün bvazimatları ilə birlikdə hələ də Giveada idi. Davud Yerusəlimi ümumxalq dini mərkəzi etmək niyyətində idi. O, özü üçün saray tikdirmişdi və hiss edirdi ki, Allahın əhd mücrüsünə çadırda qalmaq layiq deyildir. O, onun üçün elə bir məbəd ucaltmağı qərara aldı ki, onun əzəməti israillilərin öz Padşahları Tanrının daimi hüzuru ilə onlara göstərdiyi şərəfı necə əziz tutduqlanna şəhadət etsin. Öz düşüncələri ilə peyğəmbər Natanla bölüşərkən o, ruhlandırıcı cavab aldı: “Get, ürəyindəki niyyətini həyata keçir, çünki Rəbb səninlədir” (2 Şamuel 7:3).AP 641.4

    Lakin elə həmin gecə Rəbb padşaha Öz əmrini Natan vasitəsi ilə xəbər verdi. Davud məbəd tikmək üstünlüyündən məhrum olurdu, lakin ona, onun nəslinə və İsrail padşahlığına Allahın mərhəməti vəd olundu: “Ordular Rəbbi belə deyir: “Mən səni otlaqlardan qoyun otaranda götürüb xalqım İsrailə hökmdar etdim. Getdiyin hər yerdə səninlə oldum və qarşından bütün düşmənlərini qırıb atdım. İndi isə adını dünyadakı böyüklərin adı kimi məşhur edəcəyəm.. Xalqım İsrail üçün bir yer təyin edib onları oraya sakin edəcəyəm ki,öz yurdlarında yaşasınlar və bir daha sarsılmasınlar. Şər adamlar əvvəllər xalqım İsraillilərə hakimlər təyin etdiyim günlərdən bəri etdikləri kimi yenə də onlara zülm etməsinlər””.AP 642.1

    Davud Allaha ev tikmək istədiyi üçün ona vəd edildi: “Rəbb sənə bildirir ki, Rəbb Özü sənə ev tikəcəkdir. ...sənin toxumundan -belindən gələn övladını çıxaracağam... O Mənim ismimə ev tikəcək və onun şahlıq taxtını əbədi möhkəm edəcəyəm”.AP 642.2

    Həm də izah edildi ki, nə üçün Davud məbəd tikməməlidir. “Sən çoxlu qan tökdün və böyük müharibələr etdin. Sən Mənim adıma məbəd tikməyəcəksən,... Sənin bir oğlun olacaq. O yaşayacaq, onu ətrafındakı bütün düşmənlərindən qoruyacağam. Onun adı Süleyman olacaq. Onun dövründə İsrailə sülh və əmin-amanlıq verəcəyəm.O,Mənim adıma məbəd tikəcək” (lSalnamələr 22:8-10). Davudun qəlbinin ən yüksək arzusu yerinə yetməsə də, o, bu xəbəri minnətdarlıqla qəbul etdi. O nida etdi: “Ya Xudavənd Rəbb, mən kiməm və nəslim kimdir ki, Sən məni bu yerə çıxardın? Ya Xudavənd Rəbb, Sənin gözündə bu da kiçik göründü, hələ bu qulunun nəslinin gələcəyi haqqında xəbər verdin” - və o, Allahla yenidən əhd bağladı. Davud bilirdi ki, məbədin ucaldılması onun adını və padşahlığını şöhrətləndirərdi, lakin Allah iradəsinə itaət etməyə hazır idi. Bu cür minnətdarlığa və itaətkarlığa məsihçibr arasında da nadir rast gəlinir. Necə də tez-tez artıq gənc olmayan insanlar həyata keçirməyə qadir olmadıqlan böyük bir işi yerinə yetirməyi arzulayırlar! Davudla olduğu kimi, Allahın qabaqgörənliyi ilə onlara başa salınır ki, onların yerinə yetirmək istədikləri iş onlara tapşırılmır. Ola bilsin ki, onlar başqasının gedəcəyi yolu yalnız hazırlamalıdırlar. Lakin İlahi əmrə minnətdarlıqla itaət etmək əvəzinə, çoxlan özlərini rədd edilmiş və-lazımsız hiss edərək ruhdan düşür və belə düşünürlər: əgər arzu edilən işi yerinə yetirmək olmazsa, deməli, heç nə etməyəcəyik. Başqaları isə yerinə yetirməyə qadir olmadıqları işlərdən tərs bir qətiyyətlə yapışırlar, qadir olmadıqları işləri yerinə yetirməyə əbəs yerə çalışırlar və edə biləcəkləri işə etinasızlıq göstərirbr. Bu itaətsizlik üzündən daha əhəmiyyətli iş maneələrlə rastlaşır və ya əbəs olur.AP 642.3

    Davud Yonatanla ittifaq bağlayarkən and içmişdi ki, düşmənləri təhlükəsizləşdirəndə Şaulun evinə mərhəmət göstərəcəkdir. Əmniyyət içərisində olarkən öz vədini xatırlayan padşah soruşdu: “Şaul nəslindən sağ qalan kimsə varmı? Yonatanın xatirinə ona yaxşılıq edim”. Ona Yonatanın oğlu və uşaqlıqdan çolaq olan Mefiboşet haqda danışdılar. İzreel vadisində Şaul Filiştlilər tərəfindən məğlub edilən zaman, dayə uşağı gizbtməyə çalışanda təsadüfən onu əlindən salmışdı və o, ömürlük şikəst qalmışdı. Davud gənc oğlanı öz yanına, saraya dəvət etdi və onu xoş qəbul etdi. Evini saxlamaq üçün Yonatanın oğluna Şaulun malikanələri qaytarıldı və ona padşahın daimi qonağı olmaq, hər gün padşah süfrəsi arxasında nahar etmək hüququ verildi. Davudun düşmənlərini dinləmiş Mefiboşet ona qəddar adam kimi baxırdı, lakin padşahın göstərdiyi xoş qəbul və onun dəyişməz mehribanlığı gəncin qəlbini foth etdi, o, Davuda çox bağlandı və öz atası Yonatan kimi hiss etdi ki, bütün həyatı Allahın İsrailin padşahı olmaq üçün seçdiyi adama məxsusdur.AP 643.1

    Davudun padşah olmasından sonra xalq uzun müddət sülhdən həzz aldı. Ətrafdakı qəbilələr İsrail dövlətinin gücünü və mütəşəkkilliyini görərək açıq düşmənçilikdən özbrini saxlamağı məqsədəuyğun hesab edirdilər və Davud öz padşahlığında qayda-qanun və şərait yaratmaqla məşğul olaraq hərbi fəaliyyətlərdən istirahət edirdi. Lakin nəhayət o, İsrail xalqının əvvəlki düşmənləri Filiştlilərlə və Moavlılarla müharibəyə başladı, onların üzərində qəbbə qazanaraq onları özünün bacverənləri etdi.AP 643.2

    Sonra İsrail padşahlığına qarşı ətrafdakı xalqların güclü ittifaqı yarandı ki, bu da böyük müharibələrə və Davudun qələbələrinə səbəb oldu, onun qüdrətini möhkəmlətdi. Davud öz rəqiblərinə ona qarşı bu cür qəti hücum etməyə heç bir əsas verməmişdi. Lakin onlar bunu onun artan qüdrətinə paxıllıqdan etdilər. Buna aşağıdakı vəziyyətlər şərait yaratdı.AP 644.1

    Yerusəlimə Ammonluların padşahı Naxaşm ölümü haqda xəbər çatdı. O, Davud Şaulun qəzəbindən xilas olaraq qaçanda, ona mərhəmət göstərmişdi. Onun üçün ağır olan zamanda göstərilən xeyirxahlığa görə öz minnətdarlığını izhar etmək istəyərək, Davud Ammonluların padşahının oğlu və varisi Xanuna başsağlığı vermək üçün elçilər göndərdi. “Davud dedi: Atası mənə yaxşılıq etdiyinə görə mən də Naxaşın oğlu Xanuna yaxşılıq edəcəyəm”.AP 644.2

    Lakin onun xoş niyyəti yanlış izah edildi. Ammonlular həqiqi Allaha nifrət edirdilər və İsrailin qəddar düşmənləri idilər. Naxaşm Davuda zahiri xeyirxahlığı yalnız İsrail padşahı Şaula nifrətdən irəli gəlirdi. Davudun başsağlığı Xanunun ətrafındakılar tərəfindən yanlış izah edildi. Onlar öz ağalan Xanuna dedilər: “Sən elə bilirsən ki, Davud bu başsağlığı verən adamları sənin atana hörməti olduğuna göndərib?” Yarım əsr əvvəl Yaveş-Gileadın sakinləri Ammonlular tərəfindən mühasirə ediləndə sülh istəmişdilər, onda Naxaş öz ətrafındakıların məsləhəti ilə onlara qeyri-insani şərt təqdim etmişdi. Naxaş tələb etmişdi ki, onların hər birinin sağ gözünü çıxartsınlar. Ammonlular hələ də canlı olaraq xatırlayırdılar ki, İsrail padşahı onların qəddar niyyətini necə pozmuşdur və onların kölə və şikəst etmək istədikləri xalqı necə xilas etmişdir. İsrailə nifrət onların qəlblərində yaşamaqda davam edirdi. Onlar Davudda mərhəmət oyadan mərdlik ruhu haqqında təsəvvürə malik deyildilər. Şejrtan insanların düşüncələrinə hakim olanda, o, onlarda paxıllıq və şübhə oyadır, onlar bunları rəhbər tutaraq ən yaxşı niyyətləri də yanlış izah edirlər. Öz məsləhətçilərinə qulaq asaraq Xanun Davudun elçilərini casus hesab etdi, onları ələ saldı və təhqir etdi.AP 644.3

    Rəbb imkan verdi ki, Ammonlular öz qəlblərinin bədniyyətliliyini tam göstərsinlər, Davud da onların əsl mahiyyətini görsün. Allahın iradəsi ondan ibarət idi ki, bu kafir bütpərəst xalqla İsrail ittifaqa girməsin. Qədim zamanlarda, elə indiki kimi, elçilərin missiyası müqəddəs sayılırdı. Xalqlar arasındakı ümumi qanunların təbbinə görə elçiyə zorakılıqdan və təhqirdən müdafıə təmin olunurdu. Elçi öz dövlətinin nümayəndəsidir və ona edilən hər bir təhqir lazımi qisas tələb edirdi. Ammonlular bilirdilər ki, edilən təhqir mütləq qisasla nəticəbnəcəkdir və müharibəyə hazırlaşdılar. “Xanun və Ammonlular Davudun yanında nifrət qazandıqlarını görəndə Aram-Naharayimdən, Aram-Maakadan, Sovadan özlərinə muzdla döyüş arabaları və atlılar tutmaq üçün min talant gümüş göndərdibr.Özləri üçün otuz iki min araba, Maaka padşahını və onun qoşunlarını muzdla tutdular,... Ammonlular öz şəhərlərindən yığılıb döyüşə gəldibr” (l Salnamələr l9: 6,7).AP 644.4

    Bu, həqiqətən də qüdrətli ittifaq idi. Fərat çayı ilə Aralıq dənizi arasında yaşayan insanlar Ammonlularla ittifaq bağladılar. Kənan şimaldan və şərqdən İsrail padşahlığını məhv etmək üçün birləşən silahlı düşmənlərb mühasirə edilmişdi.AP 645.1

    İbranilər rəqibin onların torpağına təcavüz etməsini gözləmədilər. İsrail ordusu Yoavın başçılığı ilə İordan çayını keçdilər və ammonlulann paytaxtına tərəf hərəkət etdilər. Sərkərdə döyüşçüləri döyüş meydanına apararkən onları ruhlandıraraq deyirdi: “Cəsarətli ol. Gəl xalqımız naminə və Allahımızın şəhərləri naminə igidlik göstərək. Qoy Rəbb gözündə xoş olanı etsin” (1 Salnamələrl9:13). Rəqibin birləşmiş qüvvələri birinci döyüşdə darmadağm edildi. Sonrakı il qələbə qazanmaq ümidi ilə düşmənbr yenidən müharibəyə başladılar. Suriya padşahı İsraili çoxsaylı ordu ilə hədəbyərək, öz ordusunu topladı. Davud bu müharibənin nəticəsindən çox şeyin asılı olduğunu başa düşərək özü döyüşə rəhbərlik etdi və Allahın köməyi sayəsində düşməni tamam darmadağın etdi, Livandan Fərata qədər Suriyalılar nəinki müharibəni uduzdular, hətta İsrailin bacverənləri oldular. Davud Ammonlularla müvəffəqiyyətlə müharibə etdi, nəhayət düşmənlərin qalalar təslim oldu və bütün torpaq İsrailin əlinə keçdi. Bütün milləti məhv olmaqla hədələyən təhlükə Allahın uzaq görənliyi sayəsində elə bir vasitə oldu ki, onun köməyi ib İsrail padşahlığı görünməmiş qüdrətə çatdı. Bu böyük qurtuluş haqda Davud oxuyurdu:AP 645.2

    “O Allahdır, mənə görə qisas alır,
    Xalqları mənə tabe etdirir.
    O məni düşmənlərimin arasından xilas edir,
    Bəli,məni yağılar üstündə ucaldır,
    Məni zalımların əlindən qurtarır.
    Ya Rəbb, buna görə Sənə şükür eləyirəm,
    Millətlər arasında isminə tərənnüm söyləyirəm!
    Rəbb padşahına böyük zəfərlər verər,
    Məsh etdiyi Davuda və onun nəslinə əbədi
    məhəbbət göstərər”.
    AP 646.1

    (Məzmur 18:47-50).

    Davudun bütün məzmurlarında Tanrının xalqın dayağı və Xilaskarı olması yəqinliyi vardır. Bu fikir israillilərin şüurunda həkk olunmuşdur:AP 646.2

    “Qoşunun çoxluğu ilə heç bir padşah qurtulmaz,
    Qolunun gücü ilə heç bir cəngavər zəfər çalmaz.
    Qələbə üçün at boş şeydir,
    Qüvvətinin çoxluğu ilə bir kimsə xilas olmaz”.
    AP 646.3

    (Məzmur 33:16,17).

    “Ey mənim Allahım, Sənsən Padşahım,
    Əmr et, Yaqub nəsli qələbə çalsın.
    Köməyinlə düşmənlərimizi devirək,
    İsminlə əleyhdarlarımızı əzək.
    Ox-kamanıma güvənmərəm,
    Qılıncım məni qurtarmaz.
    Yalnız Sən bizi düşmənlərimizdən xilas etdin,
    Bizə nifrət edənləri rüsvay etdin!”
    AP 646.4

    (Məzmur 44:4-7).

    “Bəziləri döyüş arabaları,
    bəzələri atları ilə öyünür,
    Biz isə Allahımız Rəbbin
    adı ilə öyünürük”.
    AP 647.1

    (Məzmur 20:7).

    İndi İsrail padşahlığı üçün, İbrahimə verilən və nəticədə Musaya təkrar edilən əhd yerinə yetdi. “Misir çayından böyük Fərat çayına qədər bu torpaqları - Mən sənin nəslinə verirəm” (Yaradılış l5:18). İsrail bütün ətraf qəbilələrin qorxduqları və hörmət etdikləri qüdrətli xalq oldu. Davud öz təbəələrinə güclü təsir göstərirdi. Padşahlığı idarə edərək, o, öz xalqının məhəbbətini və sədaqətini qazanırdı ki, buna da çox az hökmdarlar layiq olurlar. O, Allahı izzətləndirmişdi, indi də Allah onu izzətləndirirdi.AP 647.2

    Lakin müvəffəqiyyətin həmişə gizli bir qorxusu var. Ən yüksək qələbə təntənəsi anında Davud ən böyük təhlükəyə məruz qaldı və ən alçaldıcı məğlubiyyətə uğradı.AP 647.3

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents