Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Ağsaqqallar və Peyğəmbərlər

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    55-ci fəsil
    YENİYETMƏ ŞAMUEL

    (Bu fəsil Şamuelin Birinci Kitabının 1; 2:l-ll-ci fəsillərinə əsaslanır)

    Elqana, Efrayim dağından olan levili, Rəbbi sevən və Ondan qorxan zəngin, hörmətli adam idi. Onun arvadı Xanna da həqiqi mömin qadın idi. Həlim və iddiasız olan bu qadın dərin səmimiyyəti və yüksək imanı ilə seçilirdi.AP 510.1

    Bu mömin cüt hər bir ibrani ailəsinin çox hərarətlə arzuladığı xeyir-duadan məhrum idi. Onlara uşaq qığıltısına sevinmək bəxş edilməmişdi və öz nəslini qorumaq istəyi Elqanada, bir çox başqalarında olduğu kimi, ikinci arvad almaq istəyi yaratdı. Lakin Allaha imanın çatışmamazlığından atılan bu addım xoşbəxtlik gətirmədi. Ailədə oğullar və qızlar peyda oldular, lakin Allah tərəfindən bağlanan müqəddəs ittifaqın sevinci və gözəlliyi itirildi və ailənin rahatlığı pozuldu. Elqananın yeni arvadı Peninna qısqanc və məhdud qadın çıxdı, özünü iddialı və dikbaş apardı. Xannanın həyatı əzabverici yükə çevrildi, ona elə gəldi ki, heç bir ümid qalmamışdı, lakin buna baxmayaraq o, sınağa şikayətsiz itaətlə dözürdü.AP 510.2

    Elqana bütün Allah göstərişlərini sədaqətlə yerinə yetirirdi. İbadət əvvəlki kimi Şiloda keçirdi, lakin ibadətlərin müntəzəm keçməməsi üzündən onun levi kimi xidmət etməli olduğu məbəddə onun köməyi tələb olunmurdu. Lakin buna baxmayaraq Allaha səcdə etmək və qurban gətirmək üçün təyin olunan yığıncaqlara o, bütün ailəsi ilə birlikdə gedirdi.AP 510.3

    Bu ailəyə əzab verən şər ruh hətta Allaha ibadətlə bağlı müqəddəs bayramlar zamanı da özünü bildirirdi. Şükran qurbanlarının gətirilməsindən sonra bütün ailə, qoyulmuş adətə görə, təntənəli, lakin şən məclisə toplaşırdılar. Belə hallarda Elqana uşaqlarının anasına onun üçün və onun hər bir oğlu və qızı üçün yeməyin xüsusi bir hissəsini verirdi, Xannaya isə xüsusi hörmət əlaməti olaraq ikiqat hissə verildi, bununla göstərirdi ki, onu oğlu olacağı halda olduğu kimi sevir. Onda qısqanclıq bürüyən ikinci arvadı tələb edirdi ki, Allahın mərhəmətinə xüsusi layiq görülən qadın kimi birincilik onun olsun. O, Xannaya, onun sonsuzluğuna rişxənd edərək Allahın ona qarşı lütfkar olmadığını sübut etməyə çalışırdı. Bu səhnələr ilbəil təkrar olunurdu, nəhayət Xanna artıq bütün bunlara dözə bilmədi. Öz dərdini gizləyə bilməyərək yanıqlı-yanıqlı hönkürüb məclisdəkiləri tərk etdi. Əri əbəs yerə ona təsəlli verməyə çalışdı. Bir gün əri Elqana ona dedi: “Xanna, niyə ağlayırsan? Niyə yemək yemirsən? Axı niyə kədərlisən? Mən sənə on oğuldan da artıq deyiləmmi?” (lŞamuel 1:8). Xanna heç bir irad sözü söyləmədi. Yer üzündə heç bir dostla bölə bilmədiyi yükü o, Allaha etibar etdi. O, səmimi qəlbdən dua etdi ki, O, bu qarğışı onun üzərindən götürsün və ona qiymətli bir töhfə - Onun üçün tərbiyə edəcəyi oğul bəxş etsin. O, təntənəli surətdə əhd etdi ki, əgər Allah onun duasını eşitsə, o, doğulan andan körpəni Ona həsr edəcəkdir. Xanna səyyar məbədə yaxın gəldi və kədərli qəlblə “dua etdi və acı-acı ağladı”. Bircə səs də çıxartmadan o, ürəyində Allaha dua edirdi. Həmin xoş olmayan dövrdə bu cür qəlb duasını müşahidə etmək hər zaman mümkün olmurdu. Ləyaqətsiz kef məclisləri və sərxoşluq hətta dini bayramlar zamanı da adi hal idi. Baş kahin Eli Xannanı görərək eb bildi ki, o sərxoşdur. Ona haqlı olaraq söyləndiyini zənn edərək sərtliklə dedi: “Nə vaxta qədər sərxoşluq edəcəksən? Bəsdir, at bu şərabı”.AP 511.1

    Əzab çəkən və qorxmuş Xanna həmimliklə cavab verdi: “Xeyir, ağam, mən nə şərab içmişəm, nə də başqa içkibr. Könülü qəm-qüssəli bir qadınam ki, sadəcə Rəbbin hüzurunda ürəyimi boşaldıram. Kənizini pis qadın sanma. Bu yalvarışım indiyədək çəkdiyim böyük qayğı və əziyyətə görədir”.AP 511.2

    Xannanı sözləri baş kahini dərindən riqqətə gətirdi, çünki o, Allah ərəni idi və iradlar əvəzinə ona xeyir-dua verdi: “Sülhlə get və İsrail Allahından ən xahiş etmisənsə, xahişini yerinə yetirsin”.AP 512.1

    Xannanın duası eşidildi. O, qəlb duaları ilə istədiyi bəxşi aldı. O öz oğlunu “Şamuel” - “Onu Rəbdən dilədim” deyərək adlandırdı. Oğlan böyüyən və anasından ayırmaq mümkün olan kimi Xanna öz əhdini yerinə yetirdi. O öz uşağını ana qəlbinin bütün hərarəti ilə sevirdi. Oğlunun inkişafını müşahidə edərək və onun uşaq ləhcəsini dinləyərək, o, günbəgün ona daha çox bağlanırdı. O, onun yeganə oğlu idi, Səmanın xüsusi töhfəsi idi, lakin o, onu Allaha həsr olunan xəzinə kimi almışdı və Bəxş Edəndən Ona məxsus olanı əsirgəməyi özünə rəva bilmirdi.AP 512.2

    Öz qiymətli töhfəsini Allah naminə baş kahinə vermək üçün Xanna əri ilə birlikdə Şiloya bir daha gedərək dedi: “Yalvarışım bu uşaq üçün idi, Rəbb muradımı yerinə yetirdi. Mən onu Rəbə əhd etmişdim və ömrü boyu Rəbə həsr olunmalıdır”. Eli bu israilli qadının imanından dərin riqqətə gəldi. Özü həddindən artıq yumşaq ata olduğuna görə, o öz yeganə uşağını Allaha həsr etmək üçün ondan ayrılan ananın böyük qurbanından sarsıldı və heyrətə gəldi. O, bunda öz eqoist məhəbbətinə irad hiss etdi və itaətlə, pərəstişlə Allah önündə diz çökdü və Ona səcdə etdi.AP 512.3

    Ananın qəlbi sevinc və fərəhlə doldu və o öz minnətdarlığını Allaha bildirmək istəyi ilə alışdı. Peyğəmbərlik ruhu onda qərar tutdu və Xanna dua edərək dedi:AP 512.4

    “Rəbdə tapdığım sevincdən Ürəyim cuşa gəlir,
    Rəbb mənə böyük güc verir,
    Düşmənlərimin önündə öyünürəm,
    Çünki Sən məni qurtardığına görə sevinirəm. Rəbbə oxşar ikinci müqəddəs yoxdur,
    Ey Rəbb, yeganəsən Sən!
    Allahımız kimi sığınacaq qaya yoxdur! Artıq qürurla danışmayın,
    Dilinizdən təkəbbürlü sözlər çıxmasın.
    Çünki Rəbb hər şeyi bilən Allahdır,
    Hər iş Onun tərəfindən ölçülür...
    Rəbb insanı həm öldürür, həm dirildir.
    Ölülər diyarına həm endirir, həm çıxarır.
    Rəbb yoxsulluq və var-dövlət göndərir,
    Alçaldır və yüksəldir.
    O, yoxsulları toz-torpağın içindən götürür,
    Fəqirləri küllükdən çıxarır.
    Onları hökmdarların yanında əyləşdirir,
    Onlara irs olaraq şərəf taxtını verir.
    Çünki Rəbb yerin təməlini qoydu,
    Onun üzərində dünyanı qoruyur,
    Pisləri isə zülmətdə susdurur.
    Çünki insan öz qüvvəsi ilə zəfər çalmır.
    Rəbbə qarşı duranlar parça-parça olacaq,
    Haqq-Taala onların üzərində göyləri gurladacaq.
    Rəbb bütün dünyada hakimlik edir,
    Öz padşahına qüvvət verəcək,
    Məsh etdiyinə böyük güc verəcək!”
    AP 512.5

    Xannanın peyğəmbərcəsinə söylədiyi sözləri həm İsrail padşahı Davuda, həm də Allahın məsh etdiyi Məsihə aid idi. Onun hər şeydən əvvəl təkəbbürlü, dikbaş, xain qadına yönələn nəğməsinin sözləri Allah düşmənlərinin məhvini və Onun əfv olunmuş xalqının yekun təntənəsini göstərir.AP 513.1

    Xanna sülhlə Şilodan özünün Ramadakı evinə qayıtdı, körpə Şamueli isə səyyar məbəddə qoydu. O burada baş kahinin rəhbərliyi altında Allah evində xidmət etməyi öyrənməli idi. Şüurlu həyatının ilk addımlarından o, oğluna Allahı sevməyi və ona hörmət etməyi, özünü Ona məxsusolan hesab etməyi öyrədirdi. Bütün əhatə edən şeylərin köməyi ilə o, onun düşüncələrini Yaradana yönəltməyə çalışırdı. Oğlundan ayrılsa da vəfalı ana oğlunun qayğısına qalmaqda davam edirdi. O, hər gün onun üçün dua edirdi. O, hər il xidmət üçün ona öz əlləri ilə paltar toxuyurdu və əri ilə birlikdə Şiloya səcdəyə gələrkən onu öz məhəbbətinin xatirəsi kimi oğluna gətirirdi. Onun saf, alicənab və imanlı olması üçün bu kiçik paltarın hər bir sapı dua ilə toxunurdu. O, öz oğlu üçün dünyəvi əzəmət istəmirdi, lakin qəlbdən dua edirdi ki, o, Səmanın nəzərində qiymətli olan əzəmətə çatsın, Allahı uca tutsun və öz doğmaları üçün xeyir-dua olsun.AP 513.2

    Xanna necə də gözəl surətdə mükafatlandınldı! Onun əməlində imanının necə də böyüməsi duyulur! Hər bir anaya ölçüyəgəlməz imkanlar və üstünlüklər verilmişdir. Qadının yorucu yük hesab elədiyi adi vəzifələr dairəsinə nəcib və böyük əmək kimi baxılmalıdır. Ana öz təsiri ilə dünyaya xeyir-dua verə bilər və bunu edərkən o, öz qəlbinə də böyük sevinc gətirir. O, öz övladları üçün işıq və zülmət üzərindən şanlı zirvələrə birbaşa həyat yolu çəkə bilər. Lakin yalnız özü Məsihin təliminə riayət etməyə çalışarsa, o öz övladlarını İlahi nümunə ilə tərbiyə edə bilər. Dünya düşkünlük təsiri ilə zəhərlənmişdir. Moda və digər illüziyalı adətlər gənclər üzərində nəhəng hakimiyyət qazanmışdır. Əgər ana tövsiyə edərək, istiqamət verərək və qoruyaraq öz borcunu yerinə yetirməzsə, onda onlar, təbii ki, hər pis şeyə öyrənərlər və saleh yoldan uzaqlaşarlar. Qoy hər bir ana Xilaskarın yanına bu sözlərlə tez-tez gəlsin: “Bu uşaqla necə rəftar etməyi və onunla nə etməyi bizə öyrət”. Qoy hər bir ana Allah Sözündəki tövsiyələrə ciddi diqqət yetirsin və lazımi vaxtda ona yüksəkliklərdən müdriklik bəxş ediləcəkdir.AP 514.1

    “Kiçik Şamuel isə getdikcə böyüyür, Rəbbin və insanların gözündə hörmət qazanırdı” (l Şamuel 2:26). Şamuelin Allaha xidmətə həsr olunan gəncliyi səyyar məbəddə keçsə də, o, orada pis təsir və nümunələrdən qurtulmadı. Elinin oğulları Allahdan qorxmurdular və öz atalarına hörmət etmirdilər, lakin Şamuel onlarla yaxınlıq axtarmırdı və onlar kimi hərəkət etmirdi. O, daim Allah onu necə görmək istəyirdisə, o cür olmağa səy göstərirdi. Bu, hər bir gənc qəlbin üstünlüyüdür. Hətta kiçik uşaqlar da özlərini Allaha xidmətə həsr edəndə, bu, Ona xoşdur.AP 514.2

    Şamuel Elinin himayəsinə verilmişdi və oğlanın gözəl xasiyyəti qoca baş kahində dərin rəğbət doğurmuşdu. Şamuel mehriban, geniş qəlbli, itaətkar və hörmətcil idi. öz oğullarının xudbinliyindən kədərlənən Eli öz yetirməsi ilə birlikdə olanda rahatlıq, təsəlli və xeyir-dua tapırdı. Şamuel öz rəftarında xidmətcil və mehriban idi və heç vaxt, heç bir ata öz uşağını Eli bu oğlanı sevdiyi kimi güclü sevməmişdir. Yüksək mövqeli xalq hakimi ilə sadə oğlan arasında mövcud olan bu cür hərarətli məhəbbətdə nə isə qeyri-adi bir şey var idi. Qocalıq öz naxoşluqlan ilə gələndə və öz oğlanlarının düşkünlüyü üzündən qəlbi həyəcandan və vicdan əzabından sızlayanda, Eli yalnız Şamueldə təsəlli tapırdı.AP 514.3

    Levililərin iyirmi beş yaşa çatmadan xidmətə başlamaları qəbul edilməmişdi, lakin Şamuel bu qaydada istisna oldu. İldən-ilə ona daha məsuliyyətli xidmət etibar edirdilər və hələ uşaq ikən o artıq məbəddə xidmətə həsr olunmaya işarə olaraq kətan efod geyinirdi. Hələ onu səyyar məbədə gətirdikləri həmin uşaq yaşlarında artıq Şamuelə bacarığına uyğun olaraq Allaha xidmətdə bəzi vəzifələri tapşırırdılar. Bu vəzifələr başlanğıcda çox adi idi və bəzən də xoş deyildi, lakin o, bu işləri bacardığı qədər yaxşı və bütün qəlbi ilə yerinə yetirirdi. Onun imanı hər bir məişət vəzifəsinə nüfuz edirdi. O özünü Allah qulu, işini də Allah işi hesab edirdi. Onun səyləri qəbul edilirdi, çunki onlara Allah məhəbbəti və Onun iradəsini səmimi qəlbdən yerinə yetirmək istəyi hərəkət verirdi. Bax buna görə Şamuel yerin və göyün Rəbbinin həmkarı oldu. Allah İsraildən ötrü böyük işin yerinə yetirilməsi üçün onu layiq gördü.AP 515.1

    Əgər uşaqlara özlərinin gündəlik vəzifələrinin adi idarəsinə Allah tərəfindən təyin olunmuş vasitə kimi, onların sədaqətlə və uğurla çalışmağı öyrənməli olduqları məktəb kimi baxmağı öyrətsəydilər, onların işləri onlara nə qədər xoş və şərəfli görünərdi. Əgər hər bir vəzifə Rəbbə görə yerinə yetirilirsə, onda bu, ən adi məşğuliyyətlərə də xüsusi gözəllik verir və yerin zəhmətkeşlərini Səmada Allahın iradəsini yerinə yetirən müqəddəs varlıqlarla birləşdirir.AP 515.2

    Bu həyatdakı müvəffəqiyyət və əbədi həyata nail olmağın uğuru kiçik işlərə sədaqətli, vicdanlı münasibətdən asılıdır. Allahın ən kiçik işlərində də ən böyük işlərindəki qədər kamillik görünür. Dünyaları Kainatda yerləşdirən Ә1 çöl lalələrini də nəfıs ustalıqla yaratmışdır. Allah Öz fəaliyyətində kamil olduğu kimi biz də öz fəaliyyətimizdə kamil olmalıyıq. Harmonik, güclü, alicənab xarakter şəxsi vəzifələrin yerinə yetirilməsi sayəsində təşəkkül tapir. Bizim həyatımız həm ən kiçik işdə, həm də ən böyük işdə sədaqətlə fərqlənməlidir. Kiçik işlərə vicdanlı münasibət, az şeydə sədaqət və xeyirxahlıq həyat yolunu sevinclə nurlandırar və yer üzündəki işimiz başa çatan zaman görəcəyik ki, sədaqətlə yerinə yetirilən hər bir kiçik həyat vəzifəsi heç bir zaman silinməyəcək xeyirxah təsir izi buraxmışdır.AP 515.3

    Müasir gənclər də Allahın nəzərində Şamuel kimi əziz ola bilərlər. Özlərinin məsihçi borclarına sədaqətləri ilə onlar yeniləşmə işində güclü təsir göstərməyə qadirdilər. Bizim zəmanəmizdə belə adamlar lazımdır. Allahın onların hər biri üçün işi vardır. Bizim günlərimizdə Allahın onlara etibar etdiklərinə sadiq qalanların sayəsində Allah və bəşəriyyət naminə əvvəllər ağlagəlməz olan nailiyyətlərə çatmaq olar.AP 516.1

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents