Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Ağsaqqallar və Peyğəmbərlər

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    45-ci fəsil
    YERİXONUN MƏĞLUBİYYƏTİ

    (Bu fəsil Yeşua Kitabının 5:13-15; 6 və 7-ci fəsillərinə əsaslanır)

    İbranilər Kənana daxil oldular, lakin bu, o demək deyildi ki, onlar onu fəth etmişllər. İnsani nöqteyi-nəzərdən bu torpağı ələ keçirmək uğrunda mübarizə uzun və ağır olmağı vəd edirdi. Kənanda öz ərazilərini istənilən anda qorumağa hazır olan güclü qəbilələr məskunlaşmışdılar. Ümumi təhlükə önündə qorxu müxtəlif tayfaları daha sıx birləşdirmişdi. Onların atları, dəmir hərbi furqonları, yerli şəraiti bilmələri, hərbi vərdişləri onlara böyük üstünlük verirdi. Bundan başqa ölkə qalalarla - “divarları göylərə yüksələn böyük şəhərlərlə” (Qanunun təkrarı 9:1) qorunurdu. İsraillilər yalnız göylərin qüvvəsinə güvənməklə mübarizənin müvəffəqiyyətli nəticəsinə ümid edə bilərdilər.AP 432.1

    Düz onların önündə, onların dayandığı Qilqaldan azca aralıda ölkənin ən qüdrətli qalalarından biri - böyük və zəngin Yerixon şəhəri yerləşirdi. Məhsuldar vadinin sərhədində ucalaraq, dəbdəbəli və müxtəlif cənub bitkiləri ilə bol olan, güclü dişli divarlarla əhatə olunan bu şəhər öz sarayları və dəbdəbə, günah hökm sürən məbədləri ilə, sanki, İsrail Allahına meydan oxuyurdu. Yerixon - bütpərəst ibadətinin əsas mərkəzi - ay ilahəsi Astarteyə həsr edilmişdi. Burada kənanlıların dininin bütün alçaqlıqları və mənəviyyatsızlıqları cəmləşmişdi. Özünün Baal-Peordakı günahlarının dəhşətli nəticələri haqqındakı xatirələri yaddaşında hələ təzə olan İsrail xalqı indi bu bütpərəst şəhərə ikrah və dəhşət hissi ilə baxırdı.AP 432.2

    Yeşua dark edirdi ki, Yerixonun alınması Kənanın fəth edilməsində birinci addımdır. Lakin hər şeydən əvvəl o, İlahi yönəldiciliyə yəqinlik axtarırdı və bu ona verildi. Tənhalıqda düşüncələrə dalmaq və İsrailin Allahının Öz xalqını irəli aparması üçün Ona dua etmək arzusu ilə düşərgəni tərk edəndə Nun oğlu Yeşua əzəmətli görünüşlü, amiranə baxışlı və siyirmə qılınc, silahlı döyüşcü gördü. Yeşua: “Sən bizim tərəfdəsən, yoxsa düşmənlərimiz tərəfdən?” deyə soruşdu. O dedi: “Xeyr, mən Rəbbin ordusunun başçısıyam, indi gəlmişəm” (Yeşua 5:13,14). Nə vaxtsa Musaya Xorevdə verilən həmin əmr: “Çarığını ayağından çıxart, çünki üstündə durduğun yer müqəddəsdir”, sirli naməlum şəxsin əsl mahiyyətini açdı. İsrailin rəhbərinin önündə duran Məsih, səma ordularının Hökmdarı idi. Pərəstişkar qorxu ilə dolan Nun oğlu Yeşua üzü üstə düşdü və Ona səcdə etdi. Sonra o, əhd sözlərini eşitdi: “Budur, Man Yerixonu, onun padşahını və orada olan güclü insanlanrı sənin əllərinə tapşırıram” - və şəhəri ələ keçirmək haqda göstəriş aldı.AP 433.1

    İlahi əmrə itaət edərək Yeşua İsrail ordusunun önündə getməli idi. Şəhərə basqın etmək deyil, Allah mücrüsünü boru sədaları altında apararaq, şəhərin ətrafında dolanmaq lazım idi. Təntənəli nümayişə silahlı insanlar, seçmə döyüşçülər başçılıq edirdilər - onlar indi qələbəni öz hərbi məharət və şücaətləri ilə deyil, İlahi əmrlərə itaət etməklə qazanmalı idilər. Onların arxasınca borularla yeddi kahin gəlirdi. Sonra öz paltarlarına bürünmüş kahinlər İlahi əzəmətin nuru ilə əhatə olunmuş Allah mücrüsünü aparırdılar. Daha sonra İsrail ordusu hərəkət edirdi, burada hər soy öz xüsusi bayrağı altında gedirdi. Bu qayda ilə onlar məhkum olunmuş şəhərin ətrafına dolandılar. Hər şey susmuşdu - yalnız nəhəng xalq kütləsinin ayaq səsləri və təpələrdə əks-səda verərək Yerixonun küçələrinə qayıdan təntənəli boru səsləri eşidilirdi. Şəhərin ətrafında dövrə vurub qurtardıqdan sonra insanlar sükut içərisində öz çadırlarına dağılışdılar və mücrü səyyar məbəddə əvvəlki yerinə qoyuldu.AP 433.2

    Şəhərin keşikçiləri hər bir hərəkəti heyrət və həyəcanla izləyirdilər və hər şey haqda öz rəislərinə xəbər verirdilər. Onlar bütün bunların mənasını dərk etmirdilər, lakin silahlı ordunun müqəddəs mücrü ilə və kahinlərin müşayiəti ilə şəhərin ətrafında hər gün necə dolandıqlarını görəndə, baş verən hadisənin sirliliyi şəhərlilərin və kahinbrinin ürəklərini dəhşətlə doldurdu. Bu, onları şəhərin möhkəmliyini yenidən yoxlamağa təhrik etdi və onlar yenidən əmin oldular ki, ən güclü hücumu dəf edə bibrbr. Çoxları kinayə ilə bu haqda hər cür fərziyyəni rədd edirdilər ki, belə qəribə təcavüz onlara hər hansı bir zərər vura bilsin. Müqəddəs qorxuya düşmüş başqaları qeyri-adi təntənəli nümayişin şəhərin ətrafında hər gün necə hərəkət etdiyini izləyirdilər. Onlar xatırlayırdılar ki, nə vaxtsa ibranilərin önündə Qırmızı dəniz çəkilmişdir, İordandan yol onlara məhz bu cür açılmışdır. Onlar bilmirdilər ki, Allah onlar üçün sonra daha hansı möcüzələr edə bilər. Altı gün ərzində İsrail ordusu şəhərin ətrafında dolandı. Yeddinci gün çatdı və dan yeri qızaran kimi Yeşua yenidən Rəbb ordusunun başında getdi. İndi onlara əmr edilmişdi ki, Yerixonun ətrafında yeddi dəfə dolansınlar və boruların güclü sədaları altında ucadan çığırsınlar, çünki Allah şəhəri onların əlinə tapşırmışdı.AP 433.3

    Nəhəng ordu təntənəli nümayişb mehrlərini salmış divarların ətrafında hərəkət etdi. Hər şey sakit idi və ancaq hərəkət edən insanların nizamlı addımları və boruların qəfil səsi erkən səhərin sakitliyini pozurdu. Qüdrətli daş divarlar, sanki, çoxlu insanların mühasirəsinə qarşı çıxmaq istəyirdilər. Şəhərin divarlan üstündəki keşikçilər artan qorxu ib bütün baş verənləri izbyirdilər. Budur, bir dairə keçildi, onun arxasınca ikincisi, üçüncüsü, dördüncüsü, beşincisi və altıncısı. Bu sirli təntənəli nümayişlərin məqsədi nə idi? Bütün bunların arxasınca hansı böyük hadisə baş verəcəkdi? Onlar çox gözləməli olmadılar. Sonuncu dairə başa çatan kimi uzun nümayiş dayandı. Az müddətə susmuş borular indi qeyri-adi güclə səsbndilər və onların səsindən, sanki, yer özü titrədi. Onda iri daşlardan ibarət olan divarlar güclü qala və qüllələri ib birlikdə düz bünövrəsindən tərpəndi və gurultu ib uçdu. Yerixonun sakinləri dəhşətdən dondular və israilli dəstələr şəhərə daxil oldular və onu ələ keçirdibr.AP 434.1

    İsraillilər qələbəni öz qüvvələri ilə əldə etmədilər. Bu qələbə Rəbbə məxsus idi - torpağının ilk məhsulu kimi, şəhər onda olan bütün hər şeylə birlikdə Allaha həsr olunan qurban olmalı idi. Bebliklə, İsrail başa düşdü ki, Kənanın fəth edilməsində öz məqsədlərini güdməli deyil, Allah iradəsinin yerinə yetməsində silah olmalıdır, sərvət və yaxud özünə şöhrət axtarmalı deyil, Tanrıya, öz Padşahına şöhrət axtarmalıdır. Şəhərin ələ keçirilməsi ərəfəsində əmr verilmişdi: “Şəhər lənət altındadır və onda olan hər şey lənətlidir”. “Lənətlidən qorunun ki, özünün də lənətə düçar olmayasınız... İsrail oğullarının düşərgəsinə lənət gətirməməli və ona bədbəxtlik toxundurmamalı”.AP 434.2

    Şəhərin bütün sakinlərini və bütün orada yaşayanları: “ərləri də, arvadları da, qocaları da, öküzləri də, qoyunları da, eşşəkləri də” -qırdılar. Casusların vədinə görə yalnız sədaqətli Raxav öz ev əhli ilə birlikdə əfv edildi. Şəhər özü yandırıldı. Onun dəbdəbəli bəzəkli, zəngin üzlüklü və qiymətli avadanlıqlı sarayları, məbədləri, gözəl tikililəri - hər şey yandırıldı. Yana bilməyən şeylər, “gümüş və qızıl, mis və dəmir qablar” isə səyyar məbəddə istifadə üçün həsr olunmalı idi. Hətta şəhərin durduğu yeri də lənətlədilər. Yerixon qalasma mövcud olmaq daha qismət olmadı. İlahi qüvvə ilə dağıdılan divarları bərpa etməyə cürət edən hər kəsi sərt cəza gözləyirdi. Bütün İsrailin hüzurunda qəzəbli sözlər səsləndi: “Bu Yerixon şəhərini bərpa edən və tikən hər kəs Rəbbin önündə lənətlidir; onun bünövrəsini o, öz ilki üzərində və onun qapısını öz sonbeşiyi üzərində quracaqdır”.AP 435.1

    Yerixonun sakinlərinin tam qırılması nə vaxtsa Musa vasitəsilə Kənan sakinləri haqqmda verilən əmrlərin yerinə yetirilməsindən başqa bir şey deyildi. “Onları məhv edəcəksən... və onlara aman vermə”. “Bu xalqların şəhərlərində isə... bir cam da sağ qoyma” (Qanunun təkrarı 2: 7; 20:16). Çoxlarına bu əmrlər Müqəddəs Kitabın başqa yerlərində olan məhəbbət ruhuna zidd görünür, lakin bunlar həqiqətən hədsiz müdriklik və xeyirxahlıqla deyilmişdir. Allah israilləri Kənanda məskunlaşdırmaq istəyirdi və onları elə idarə formalı, elə xalq etmək istəyirdi ki, onlar Onun padşahlığının yerdəki nümunəsi olsunlar. Onlar yalnız həqiqi dinin varisləri olmalı deyil, həm də onun prinsiplərini bütün dünyaya yaymalı idilər. Kənanlılar isə ən iyrənc və pozğun bütpərəstliyə uymuşdular və yeri Allahın xeyirxah məqsədlərinin yerinə yetməsinə mane olacaq şeylərdən təmizləmək lazım idi.AP 435.2

    Kənanın sakinlərinə tövbə etmək üçün bütün imkanlar verilmişdi. Qırx il əvvəl Qırmızı dənizdən salman yol və Misir üzərində baş verən cəzalar İsrail Allahının danılmaz hakimiyyətini göstərdi. İndi isə midyanlı padşahların devrilməsi, Gileadın və Başanın fəth edilməsi onu deyirdi ki, Tanrı bütün büt allahlardan yüksəkdir. Onun müqəddəsliyi və natəmizlikdən iyrənməsi İsrailin Baal-Peordakı iyrənc mərasimlərdə iştirakına görə cəzalanmalarından göründü. Bütün bu hadisələr Yerixonun sakinlərinə yaxşı məlum idi, onların arasında Raxavın fikri ilə razılaşanlar az deyildi, lakin itaət etməkdən və Tanrmın, İsrailin Allahının “yuxarıda göydə və aşağıda yerdə Allah” olduğunu tanımaqdan imtina etdilər. Daşqından əvvəlki dünyanın sakinləri kimi kənanlılar yalnız Səmanı təhqir etmək üçün və yeri murdarlamaq üçün yaşayırdılar. Məhəbbət də, ədalət də Allaha qarşı üsyan etmiş kafirbr kimi və insanın düşmənləri kimi onların dərhal məhv edilməsini tələb edirdi.AP 435.3

    Səma ordusu Yerixonun, qalaları qırx il öncə casuslara nə qədər qorxu təlqin edən bu məğrur şəhərin divarlarını necə də asanlıqla uçurdu! İsrailin Qüdrətli Rəhbəri demişdi: “Mən Yerixonu sənin ixtiyarına verirəm” - və insan bu sözlərə qarşı gücsüz idi.AP 436.1

    “Yerixonun divarları imanla süqut etdi” (İbranilərə 11:30). Rəbb ordusunun Rəhbəri yalnız Yeşua ilə danışırdı. O, bütün camaata görünmədi və insanlar Onun sözlərinə ya inana, ya da şübhə edə bibrdilər, Allah adından veribn əmrlərə itaət etmək və ya etməmək onların öz əllərində idi. Allah Oğlunun başçılığı ilə onların arxasınca gedən mələklər ordusunu görmək onlara (qeyd müəllifindir) bəxş edilməmişdi. Onlar etiraz edə bilərdilər: “Nə mənasız yürüşlərdir, nə gülməli gündəlik tamaşadır - şəhər divarlarının ətrafında fırlanmaq, üstəlik də qoç buynuzlarına üfürmək? Bu, güclü istehkamlara onsuz da heç bir təsir göstərə bilməyəcəkdir”. Lakin bu təntənəli nümayişlər özü, divarların tam dağılması anına qədər belə uzun müddət ərzində İsrailin imanının möhkəmlənməsinə şərait yaratdı. Bu, insanların şüurunda bir fikri həkk etməli idi ki, onların gücü insani müdriklikdə və ya qüdrətdə deyil, lakin onların xilası yalnız Allahdadır. Bu yolla onlar özlərinin İlahi Nəsihətçilərinə tamamilə güvənməyi öyrənməli idilər.AP 436.2

    Allah Ona inananlar üçün çox şey etməyə hazırdır.Onda Onun xalqı nə üçün xüsusi güclə fərqlənmir? Ona görə ki, insanlar öz müdrikliklərinə həddindən çox güvənirlər və Rəbbin eb onların xeyrinə Öz qüdrətini göstərməsinə imkan vermirbr. Əgər onlar tamamilə Ona güvənirlərsə və Ona imanla itaət edirbrsə, O, Öz övladlarının istənilən tələbatını ödəməyə çalışır.AP 436.3

    Yerixonun süqutundan az sonra Yeşua İordan vadisindən bir neçə mil qərbdə olan dərələr arasındakı kiçik Ay şəhərinə hücum etməyi qərara aldı. Ora göndərilən casuslar bu xəbərlə qayıtdılar ki, oranın sakinləri çox deyil və onu ələ keçirmək çətin olmayacaq.AP 437.1

    Allahın onlara qazandırdığı parlaq qələbə israilliləri özlərinə arxayın etmişdi. Allah Kənan torpağını onlara vəd etdiyi üçün onlar özlərini təhlükəsizlikdə hiss edirdilər və dark etmirdilər ki, yalnız İlahi köməklə uğur qazana bilərlər. Hətta Nun oğlu Yeşua Ayın ələ keçirilmə planını tərtib edərkən məsləhət üçün Allaha müraciət etməmişdi.AP 437.2

    İsraillibr özlərindən məmnunluqla dolmuşdular və öz düşmənlərinə ikrahla baxırdılar. Yüngül qələbə gözləyərək onlar fikirləşirdilər ki, şəhərin ələ keçirilməsi üçün üç min adam kifayətdir. Allahın onlarla olub-olmadığına əmin olmamış onlar döyüşə başladılar. Şəhərin qapılarına yaxınlaşanda onlar ən qəti müqavimətlə rastlaşdılar. Düşmənlərin çoxluğundan dəhşətə gələrək israillilər sərt enişb aşağı tullandılar. Kənanlılar onları inadla izləyərək “qapılardan qovdular... və onları dağın enişində darmadağın etdilər”. İsraillibr az itki versələr də (yalnız 36 adam öldürülmüşdü), lakin bu məğlubiyyət bütün camaatı cəsarətdən məhrum etdi. “Xalqın qəlbi əridi və su kimi oldu”. Bu, onların kənanlılarla birbaşa döyüş meydanında görüşdükləri birinci hadisə idi və əgər onları bu kiçik şəhərin sakinləri qovmuşdularsa, böyük vuruşma başlayanda onların başına nə gələcəkdi? Nun oğlu Yeşua onların uğursuzluğuna Allah qəzəbinin nəticəsi kimi baxırdı; ümidsizliklə, dumanlı hisslər içərisində o, “öz paltarlarını cırdı və Rəbbin mücrüsü önündə üzü üstə yerə döşəndi və axşama qədər uzandı, o və İsrailin ağsaqqalları öz başlarına kül ələdilər”.AP 437.3

    “Ya Hökmdar Rəbb!” - o yalvardı. “Sən bu xalqı nə üçün İordandan keçirtdin, bizi emorluların əlinə vermək və bizi həlak etmək üçünmü?... Ya Rəbb! İsrail öz düşmənlərinə arxa çevirəndən sonra mən nə deyim? Kənanlılar və torpağın bütün sakinləri eşidərək bizi mühasirəyə alacaqlar və adımızı yer üzündən siləcəklər. Onda Sən Öz böyük adına nə edəcəksən?”AP 437.4

    Rəbb ona cavab verdi: “Qalx, nə üçün üzün üstə yıxılmısan? İsrail günah etdi və Mənim onlara verdiyim əhdi pozdular”. Ümidsizliyə qapılmaq və zarımaq deyil, dərhal və qəti fəaliyyət göstərmək vaxtı çatmışdı. Düşərgədə gizli günah işlədilmişdi, onu ifşa etmək və kənarlaşdırmaq lazım idi ki, Allahın hüzuru və xeyir-duası yenidən onların arasında ola bilsin. “Əgər öz aranızda lənətə gəlmişi məhv etməsəniz, daha sizinlə olmayacağam”.AP 437.5

    Allahın hökmünü yerinə yetirənlərdən biri Onun əmrini pozmuşdu və bu bütün xalqı lənətə düçar etmişdi. Onlar “lənətə gəlmişdən götürdülər, oğurladılar və gizlətdilər”. Yeşua cinarətkarı necə ifşa etmək və cəzalandırmaq haqda göstəriş aldı. Bunun üçün püşk atdılar. Təqsirkar birbaşa göstərilmədi, iş bir müddət qaranlıq qaldı ki, xalq öz günahları üçün məsuliyyət hiss etsin və öz qəlbinə nəzər salaraq itaətlə Allaha dönsün.AP 438.1

    Səhər tezdən Yeşua bütün xalqı soylarına görə topladı və təntənəli, təsirli istintaq başlandı. İstintaq addım-addım irəliləyirdi. Əvvəlcə soy qolu, sonra qəbilə, ailə, sonra da ailə üzvü seçildi - Yəhuda qolundan Karmi oğlu Akan, Allah tərəfindən o, İsrailin bədbəxtliyinin səbəbi kimi göstərildi.AP 438.2

    Onun günahının şübhəsizliyini sübut etmək üçün və cinayətkarı ədalətsiz mühakimə etmək haqda ittihamdan qaçmaq üçün Yeşua təntənəli surətdə ondan həqiqəti söyləməyi tələb etdi. Yaramaz adam öz cinayətini tamamilə etiraf etdi: “Həqiqətən man İsrailin Allahı Rəbbə qarşı günah edərək belə elədim: talan malından Babil mail olan gözəl bir paltar, iki yüz şekel gümüş və ağırlığı əlli şekel olan bir qızıl külçə görəndə onlara tamah salıb götürdüm. Budur, ən altda gümüş olmaqla hamısını çadırımın otrasında torpağa basdırmışam”. Dərhal göstərilən yerə adamlar göndərildi, onlar yeri qazdılar və “onları çadırın içindən götürüb Yeşuanın yanına gətirdilər və Rəbbin önündə yerə qoydular”. Cinayətkara hökm çıxanldı və hökmü dərhal icra etdilər. “Nə üçün bizi bəlaya saldın? Rəbb bu gün səni bəlaya salacaq”, - Yeşua dedi. Xalq Akanın günahı üçün məsuliyyət daşıdığına görə və bu günahın nəticələrini öz üzərlərində duyduqlarına görə onun cəzalandırılmasında onlar iştirak etməli idilər. “Bütün israillilər onu daşqalaq etdilər”.AP 438.3

    Sonra onun üzərinə böyük daş təpəsi yığdılar, bu təpə sanki bu cinayətin və cəzanın şahidi idi. “Bunun üçün bu günə qədər o yerin adına Akor dərəsi deyilir”, akor - yəni “əziyyət” deməkdir. “Salnamələr” kitabında onun haqqında yazılmışdır: “Karminin oğlu həsr olunmuş şeydə xainlik edib İsraili bəlaya salan akan idi” (l Salnamələr 2:7).AP 438.4

    Axor günah etmişdi, Allahın ən aydın və ciddi xəbərdarlığına, Onun gücünün ən qüdrətli təzahürlərinə etinasızlıq göstərmişdi. “Lənətə gəlmişdən qorunun ki, özünüz də lənətə düçar olmayasınız”, - bütün İsrailə elan edilmişdi. Bu əmr İsrailin İordandan möcüzəli surətdə keçməsindən, Allah əhdinin təsdiqi kimi, sünnət mərasiminin xalqda yerinə yetməsindən dərhal sonra səslənmişdi; Pasxanın bayram edilməsindən və Rəbb ordusunun Rəhbəri əhd Mələyinin təzahüründən sonra səslənmişdi. Bundan sonra Yerixonun fəthi olmuşdu, bu fəth Allah Qanununu pozanların bütün hamısının düçar olacaqları cəzaya şəhadət edirdi. İsraillilərin yalnız İlahi gücün sayəsində qələbə qazanması və onların öz gücləri ilə Yerixonu heç vaxt ələ keçirə bilməmələri faktı hərbi qəniməti oğurlamağı qadağan edən əmrə xüsusi çəki verirdi. Allah Öz Sözünün qüdrəti ilə bu qalanı dağıtdı; nailiyyət Onun idi və bu şəhər onda olan hər şeylə birlikdə yalnız Ona həsr olunmalı idi.AP 439.1

    Milyonlarla israillilərdən yalnız bircə nəfər həmin təntənəli qələbə və İlahi cəza saatında Allah əmrini pozmağa cəsarət etdi. Akanın tamahı zəngin Babil paltarım görəndə alovlanmışdı və hətta öz tamahı üzündən ölümlə üz-üzə duranda belə o onu “gözəl Babil paltarı” adlandırmışdı. Bir günah arxasınca başqa günahı gətirmişdi. Rəbbin xəzinəsinə həsr edilən qızılı da, gümüşü də o özünə götürmüşdü. Kənan torpağının ilk məhsullarından o, Allahdan oğurlamışdı.AP 439.2

    Akanın həlakına səbəb olan ölümcül günah tamah idi, bu günah yüngül münasibət göstərilən, ən çox yayılmış günahdır. Başqa günahları ifşa edib cəzalandırdıqları halda, onuncu hökmün pozulması nadir halda mühakimə olunur. Akanın hadisəsindən bu şərin eybəcərliyi və dəhşətli nəticələrindən dərs götürmək olar.AP 439.3

    Tamah - getdikcə inkişaf edən günahdır. Akan öz qəlbində sərvət yığmaq tamahı daşıyırdı, nəhayət, bu, onun adəti oldu və bütün varlığına hakim kəsildi. Bu şəri öz qəlbində daşıyaraq o fikirləşmirdi ki, bütün İsraili bədbəxtliyə düçar edəcəkdir, onun hissləri günahdan kütləşmişdi və o, tamahın asan şikarı oldu.AP 439.4

    Bütün ciddi və birmənalı xəbərdarlıqların əksinə olaraq bu cür günahlar indi də baş vermirmi? Akana Yerixonun qənimətini özünə götürməyi qadağan etdikləri kimi, bizə də mənfəətpərəstliyə uymağı aydınca qadağan etmişlər. Allah bu günahı bütpərəstliyə aid edir. Bizə xəbərdarlıq etmişbr: “Siz Allaha və mammona qulluq edə bilməzsiniz” (Matta 6:24); “Diqqətli olun tamahkarlıqdan özünüzü saxlayın” (Luka 12:15); “Cinsi əxlaqsızlığın və hər cür natəmizliyin, yaxud tamahın qoy aranızda adı belə çəkilməsin” (Efeslilərə 5:3). Akanın, Yəhudanın, Hananyanın, Şapiranın düçar olduğu dəhşətli qismət bizim önümüzdə durur. Daha əvvəl həmin şeyi “şəfəq oğlu” Lüsifer haqqında da bilirdik, o, daha yüksək mövqeyə iddia edirdi və göylərin parıltısını və şöhrətini əbədilik itirdi. Lakin bütün bu xəbərdarlıqlara baxmayaraq mənfəətpərəstlik çiçəklənir.AP 439.5

    Bu günahın sürüşkən cığınnm hara apardığını hər yerdə görmək olar. O, ailələrdə narazılığa və ayrılığa səbəb olur, yoxsulda zənginə qarşı paxıllıq və nifrət oyadır, zəngini yoxsulu təqib etməyə məcbur edir. Bu günah yalnız dünyada deyil, ibadətgahda da mövcuddur. Burada eqoistlik, xəsislik, yalan, xeyriyyəçilik işbrinə etinasız münasibət, “onda bir payda və töhfələrdə” Allahdan oğurluq etmək o qədər adi olmuşdur ki. “Xeyirxah” və məbədi mütəmadi olaraq ziyarət edənlərdən çoxusu - heyhat! - Akanlardır. Çoxları bir yığıncağı da buraxmırlar, Rəbb Axşamında iştirak edirlər və eyni zamanda onların mülkiyyətləri içərisində Allahın lənətlədiyi, qanunsuz olaraq götürdükləri şeylər gizbdilir. Gözəl Babil paltarı xətrinə çoxları öz vicdanlarını və əbədi xilas ümidlərini qurban verirlər. Çoxları öz düzgünlüklərini və qabiliyyətlərini pul kisəsi ilə dəyişirbr. Yazıq yoxsulların fəıyadları eşidilməz qalır, Xoş Müjdənin işığı yayılmır; məsihçi kimi görünənlərin əməlləri ətrafdakıların kinayəsinə səbəb olur, onlarda imanlılar haqqında yanlış təsəvvür yaradır, lakin yenə də buna baxmayaraq tamahkar “məsihçibr” öz sərvətlərini toplamaqda davam edirlər. “İnsan da Allahdan oğurlayarmı? Siz isə Məndən oğurlayırsınız”, - Rəbb deyir (Malaki 3:8).AP 440.1

    Akanın günahı bütün xalqın üzərinə bədbəxtlik gətirdi. Bir adamın günahına görə Allahın qəzəbi, azğınlıq ifşa edilib kökündən yox olmayana qədər Onun cəmiyyətində qalacaqdır. İmanlılar cəmiyyəti hər şeydən çox həqiqətin açıq düşmənlərindən, allahsızlardan və küfr edənlərdən deyil, Məsihin qeyri-səmimi ardıcıllarından ehtiyat etməlidir. Rəbbin İsrailə xeyir-dualar göndərməməsinin səbəbi məhz onlardır, məhz onlar Onun xalqının üstünə bədbəxtlik gətirirlər.AP 440.2

    Cəmiyyət çətinliklər keçirəndə, soyuqluq və mənəvi düşkünlük Allah düşmənlərini sevindirəndə, əllərini döyüb öz yazıq vəziyyətlərini ağlamaq əvəzinə cəmiyyət üzvləri bu sualı düşünməlidirlər - Akan kimiləri onların arasında deyildirlər ki? İtaətlə öz qəlblərinə baxaraq hər kəs İlahi hüzur üçün maneə olan gizli günahları aşkara çıxarmağa çalışmalıdır.AP 441.1

    Akan öz günahını etiraf edəndə artıq həddindən çox gec idi. O görmüşdü ki, Qay yaxınlığındakı döyüşdən sonra məğlubiyyətə uğramış israillilər məyus qayıtdılar, lakin hamının qarşısına çıxıb öz günahını etiraf etmədi. O, Yeşuanın və ağsaqqalların sözlə deyilməz kədərlə necə üzü üstə düşdüklərini görmüşdü. Əgər o, onda öz günahını etiraf etsəydi, bu, onun peşman olduğuna müəyyən dərəcədə şəhadət edərdi, lakin o, sükutunu qorumaqda davam edirdi. Baş vermiş cinayət haqda xalqa necə elan edilməsini Akan eşitmişdi, hətta onun dəqiq müəyyən edilməsini də eşitmişdi, lakin dəhşətli sükut onun dodaqlarını möhürləmişdi. O biləndə ki, onun soyu, sonra onun qəbibsi və onun aibsi göstərilmişdir, onun qəlbini necə dəhşət bürümüşdü! Lakin Rəbbin barmağı onu göstərməyincəyə qədər, o, əvvəlki kimi öz etirafını söyləmədi. İndi, günahı gizlətmək daha mümkün olmayanda, o hər şeyi olduğu kimi danışdı. Əfsus, etiraflar çox vaxt beb baş verir. Faktlar artıq sübut olunanda onları etiraf etmək - bir şeydir, yalnız Allaha və sənə məlum olan öz günahlarını etiraf etmək - tamam başqa şey. Öz cinayətinin nəticələrindən yaxa qurtarmağa ümidi olsaydı, Akan heç vaxt etiraf etməzdi. Lakin onun etirafı yalnız layiq olduğu cəzanın ədabtliliyini bir daha təsdiqbdi. O, öz günahını etiraf etdi, lakin bu etirafda edilmiş cinayət üçün nə səmimi peşmançılıq, nə şərə ikrah yox idi, bu, onun qəlbində heç bir işıqlı dəyişiklik demək deyildi.AP 441.2

    Hər kəsin ölüm - dirim məsələsi həll olunandan sonra Allah məhkəməsi önündə duranlar da bu cür etiraf edəcəklər. Bizim hər birimizi gözləyən qismət təqsirkarlan öz günahlarını etiraf etməyə məcbur edəcəkdir. Dəhşətli təqsirkarlıq hissi və cəzanın əzabverici intizarı insanları bunu etməyə məcbur edəcəkdir. Lakin bu cür etiraf günahkarı xilas edə bilməz.AP 441.3

    Çoxlan Akan kimi öz qanunsuzluqlarını yaxınlarından nə qədər mümkündür gizlədirlər, onlar özlərini təhlükəsizlikdə hiss edirlər və bu ümidlə özlərinə təsəlli verirlər ki, Allah onların qeyri-düzgünlüyünü göstərmək üçün bu qədər sərt olmayacaqdır. Çoxları həddindən gec dərk edəcəklər ki, heç bir qurban və töhfələr onları günahlardan təmizləməyəcəklər. Səmavi kitablar açılanda Hakim təqsirkara onun cinayəti haqda heç nə deməyəcəkdir - yalnız sirayətedici çoxmənalı baxış yetirəcəkdir və qanunsuz özünün hər bir əməlini aydın xatırlayacaqdır. Onda, Yeşuanın günbrində olduğu kimi, təqsirkarı qəbilədən və ailədən axtarmaq lazım olmayacaqdır, hər kəsin dodaqları onun ayıbını etiraf edəcəkdir və insanlardan gizbdilmiş cinayətlər bütün dünyaya məlum olacaq.AP 441.4

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents