Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Ağsaqqallar və Peyğəmbərlər

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    68-ci fəsil
    DAVUD ZİQLAQDA

    (Bu fəsil Şamuelin Birinci Kitabının 29,30-cu və İkinci Kitabının 1-ci fəsillərinə əsaslanır)

    Davud və onun tərəfdarları döyüş meydanına getsələr də, Şaul və Filiştlilər arasındakı döyüşdə iştirak etmirdilər. İki ordu döyüşə hazırlaşanda Yesseyin oğlu böyük çətinlik qarşısında qalmışdı. Güman edilirdi ki, o, Filiştlilərin tərəfindən vuruşacaqdır. Öz yerini tərk etmək və döyüş meydanından getmək onun üçün sadəcə qorxaqlıq göstərmək deyildi, etibarından istifadə etdiyi, ona himayədarlıq edən Akişə qarşı naşükür xəyanətkarlıq olardı. Bu cür hərəkət onun adına yalnız alçaqlıq gətirməzdi, həm də Şauldan da qorxulu düşmənlərin qəzəbinə səbəb olardı. Lakin o, İsrailə qarşı vuruşacağını bir an da ağlına gətirmirdi. Belə etsəydi, o, vətən xaini, Allahın və öz xalqının düşməni olardı. Bu, İsrail taxt-tacına yolu həmişəlik onun üzünə bağlayardı və əgər Şaul döyüş zamanı öldürülsəydi, onun ölümündə Davudu günahlandırardılar.AP 622.1

    İndi Davud öz səhv hərəkətini dark etdi. Allahın yaratdığı əzəmətli dağlar arasında gizlənmək Tanrının və Onun xalqının düşmənləri yanında sığınacaq axtarmaqdan onun üçün nə qədər yaxşı olardı. Lakin Rəbb Öz böyük mərhəməti sayəsində Öz qulunu ümidsiz və çətin vəziyyətdə qoymadı, çünki Davud İlahi köməyi qəbul etməyərək və qüsursuz düzgünlük yolundan çıxaraq günah etsə də, yenə də onun qəlbində həmişə Allaha sadiq olmaq səyi yaşayırdı. Nə qədər ki şeytan və onun tərəfdarlan Allahı unudan padşaha qarşı cəza hazırlamaqda Allahın və İsrailin düşmənlərinə kömək etməklə məşğul idilər, Rəbbin mələkləri çalışırdılar ki, Davudu düşdüyü təhlükədən xilas etsinlər. Səma elçiləri buna nail oldular ki, Filiştli rəislər Davudun və onun adamlarının döyüş meydanında olmalarına qarşı çıxdılar.AP 622.2

    “Filiştlilərin ağaları dedilər:“Bu ibranilərin burada nə işi var?” Akiş onlara belə cavab verdi: “Bu adam bu günlərdə yaxud daha doğrusu, bu illərdə yanımda olan İsrail padşahı Şaulun qulu Davud deyilmi? Mənim yanıma gələn gündən bəri onda pis bir şey görmədim””.AP 623.1

    Lakin rəislər təkidlə tələb etdilər: “Bu adamı geri qaytar, qoy o, təyin etdiyin yerə qayıtsın və bizimlə döyüşə getməsin, yoxsa döyüşdə bizə düşmənçilik edər. Çünki o ağasının rəğbətini qazanmaq üçün buradakı adamların başını kəsib ona aparmaqdan daha yaxşı yol taparmı? Rəqslərdə “Şaul qırdı minləri, Davudsa on minləri” deyə haqqında tərənnüm sözləri söylənən Davud bu deyilmi?” Şanlı Qolyatın öldürülməsi və İsrailin bu münasibətlə təntənəsi Filiştli rəislərin yaddaşında hələ də təzə idi. Onlar inanmırdılar ki, Davud öz xalqına qarşı vuruşacaqdır, hər şeydən çox döyüşün qızğın çağında o, İbranilərlə birləşəcəkdir və Filiştlilərə Şaulun ordusundan da çox zərər vuracaqdır.AP 623.2

    Beləliklə, Akiş güzəştə getməyə məcbur oldu və Davudu yanına çağırıb ona dedi: “Var olan Rəbbə and olsun, sən düz adamsan. Orduda mənimlə yürüşə çıxmağın gözümdə xoşdur, çünki yanıma gəldiyin gündən bu günə qədər səndə pis bir şey tapmadım. Lakin ağaların gözünə xoş görünmürsən. İndi sağ-salamat öz yerinə qayıt. Filiştlilərin ağalarının gözündə pis olanı etmə”.AP 623.3

    Davud əsl hisslərini büruzə verməkdən qorxaraq cavab verdi: “Axı mən nə etmişəm? Yanına gələn gündən bu günə qədər qulunda nə tapdın ki, ağam padşahın düşmənlərinə qarşı gedib vuruşmayım?”AP 623.4

    Akişin cavabı Davudun qəlbində həya və vicdan əzabı oyatmalı idi, çünki o dərk edirdi ki, Allahın quluna bu cür aldatmaq layiq deyildir. “Bilirəm ki, mənim gözümdə sən Allahın mələyi kimi yaxşısan, amma Filiştlilərin başçıları dedilər: “O bizimlə bir döyüşə çıxmasın”. İndi səninlə gələn ağanın qulları ilə birgə səhər tezdən qalxın. Sübh tezdən qalxın və dan yeri ağarar-ağarmaz buradan gedin”. Davudun düşdüyü tor beləcə parçalandı və o, yenidən azadlığa çıxdı.AP 623.5

    Üç gün yol getdikdən sonra Davud və onun altı yüz nəfərdən ibarət dəstəsi onların Filiştli torpağındakı məskəni Ziqlaqa çatdılar. Lakin onların gözləri qarşısında necə bir boşluq var idi! Amaleqlilər Davudun və onun döyüşçülərinin olmamasından istifadə edərək, onun onların ərazisinə basqın etməsinin qisasını almışdılar. Onlar müdafiəsiz şəhəri mühasirə etmiş, talamış, yandırmış və bütün qadınları, uşaqları əsir götürərək, böyük qənimətlə çıxıb getmişdilər.AP 624.1

    Dəhşətdən və heyrətdən nitqləri tutulmuş Davud və onun adamları səssizcə şəhərin qaralan və tüstülənən xarabalığına baxırdılar. Nəhayət, baş verən hadisəni başa düşəndə, döyüşlərdə bərkimiş döyüşçülər fəryad qopardılar “və taqətdən düşənə qədər ağladılar”.AP 624.2

    Davud onu Filiştli torpağına gətirən inamsızlığı üzündən beləcə yenidən cəzalandı. İndi o əmin oldu ki, Allah və Onun xalqının düşmənləri arasında olmaq necə də təhlükəlidir. Davudun adamlan bu bədbəxtliyin təqsirkarı kimi onun üstünə düşdübr. O, Amaleqlilərə basqın etməklə, onları qisas almağa təhrik etmişdi, lakin yenə də öz düşmənləri arasında çox arxayınlıqla şəhəri müdafiəsiz qoymuşdu. Onun uğursuzluq və qəzəbdən gözləri qızmış əsgərləri indi ümidsizlikdən doğan hər hansı addımı atmağa hazır idibr və hətta öz başçılarını daşa basmaqla hədəbdilər.AP 624.3

    Davudun qəlbinə ən yaxın olan şeylərin hamısı onun əlindən alınmışdı. Şaul onu doğma torpaqdan qovmuşdu, Filiştlilər onu döyüş meydanından qovmuşdular, Amaleqlibr onun şəhərini talan etmişdilər, arvadları və uşaqları əsir düşmüşdülər, yaxın dostlan isə ona qarşı üsyan edirdilər və hətta ölümb hədələyirdilər. Bu hədsiz ehtiyac saatında Davud ümidsizliyə qapılmaq əvəzinə səmimi olaraq kömək üçün Allaha müraciət etdi. O, “Rəbbə ümidb möhkəmləndi”. O özünün hadisələrlə dolu keçmişini düşündü. Məgər nə vaxtsa Rəbb onu tərk etmişdirmi? Çoxsaylı Allah lütflərinin sübutlarını xatırlayanda onun qəlbi ruhlandı. Davudun ətrafındakılar öz hiddət və səbirsizlikləri ib öz iztirablarını daha da artırırdılar, lakin hamıdan çox kədərlənməyə haqqı olan Allah adamı ruhdan düşmədi. “Mən Allaha güvənirəm, qorxmuram...”, - onun qəlbi təkrar edirdi. (Məzmur 56:4). O özü çətin vəziyyətdən çıxış yolunu bilməsə də, bunu Allah bilir və O, nə etmək lazım olduğunu göstərəcəkdir!AP 624.4

    Aximelekin oğlu Evyatarı çağıraraq, “Davud Rəbbə müraciət edərək dedi: “Bu basqınçıların arxasınca düşsəm, onlara çatarammı?” Rəbb ona dedi: “Ardlarınca düş, mütləq onlara çatacaqsan və mütləq əsirləri qurtaracaqsan” (1 Şamuel 30:8).AP 624.5

    Bu sözlərdən qəlb həyəcanı və kədər sakitləşdi. Davud və onun döyüşçüləri dərhal qaçan düşməni təqib etməyə başladılar. Onlar elə sürətlə gedirdilər ki, Qaza yaxınlığında Aralıq dənizinə tökülən Besor axınına çatanda Davudun dəstəsindəki hədsiz yorulmuş iki yüz nəfər arxada qalmalı oldular. Davud isə qalan dörd yüz döyüşçüləri ilə qorxmadan düşməni təqib etdilər.AP 625.1

    İrəliləyərkən onlar aclıqdan və susuzluqdan ölməkdə olan misirli qula rast gəldilər. Yeyib-içdikdən sonra bir qədər özünə gələrək o söylədi ki, onlann düşmənlərindən olan qəddar Amaleqli ağası onu ölmək üçün atmışdır. O, baş verən basqından və talandan danışdı və sonra onu öldürməyəcəklərinə və ağasının əlinə verməyəcəklərinə söz alaraq, Davudun dəstəsini rəqibin düşərgəsinə ötürməyə razılıq verdi.AP 625.2

    Onlar düşmənin düşərgəsinə çatanda onların önündə necə bir təntənə səhnəsi var idi! Qaliblər qələbəni bayram edirdilər. “Bu zaman basqınçılar hər yana yayılmışdılar. Onlar Filişt və Yəhuda diyarından böyük talan malı götürmüş və bundan ötrü yeyib-içərək şənlik edirdilər”. Sürətli hücuma keçərək Davud və onun döyüşçüləri qızğınlıqla rəqibin üstünə atıldılar. Qəfil hücumdan sarsılan Amaleqlilər özlərini itirdilər. Döyüş bütün gecəni və bütün səhərisi günü davam etdi, dəvələrdə qaçıb canlannı qurtaran dörd yüz kişidən başqa bütün düşmən tamamilə məhv edildi. Beləcə, Rəbbin sözü yerinə yetdi. “Davud, Amaleqlərin götürüb apardıqları hər şeyi və iki arvadını geri qaytardı. Böyükləri, kiçikləri, bütün oğul və qızları, talan edərək ələ keçirdikləri bütün şeyləri Davud geri qaytardı və onlardan heç nə əskik olmadı”.AP 625.3

    Davud Amaleqlilərin ərazisinə daxil olanda o, əlinə keçən bütün sakinbri qılıncdan keçirirdi. Yalnız Allahın qoruyucu qüwəsi sayəsində Amaleqlilər Zeqlaqda sakinlərlə bu cür rəftar etmədilər. Onlar əsirləri məhv etməməyi qərara aldılar, çünki özləri ilə sonra köbliyə satmağı niyyət etdikləri çoxlu adam gətirməklə onlar öz qayıdışlarına daha böyük qələbə təntənəsi vermək istəyirdilər. Sağ-salamat öz atalarının və ərlərinin yanına qayıda bilən əsirlərin həyatlarını qorumaqla, onlar qeyri-iradi olaraq Allahın niyyətini yerinə yetirdilər.AP 625.4

    Bütün dünyəvi hakimiyyətlər Hədsizin nəzarəti altındadır. Ən qüdrətli hökmdara, ən qəddar zülmkara O deyir: “Buraya qədər gəlib o tərəfə çıxmayacaqsan” (Əyyub 38:11). İlahi qüvvə daim şər qüvvələrlə mübarizə aparır. Аllаһ həmişə çalışır ki, insanları məhv etməsin, onları düz yola gətirsin və xilas etsin.AP 626.1

    Qaliblər böyük sevinclə geri qayıtdılar. Geridə qalanların yanına qayıdanda dörd yüz döyüşçüdən bəzi daha xudbin və itaətsizləri düşərgədə qalanlarla bölüşməməyə çağırdılar. Onlar deyirdilər ki, yaxmlarının yanlarına qayıtmaları da onlar üçün kifayətdir. Davud dedi: “Xeyr qardaşlarım! Rəbbin bizə verdiyi şeylərlə belə etməyəcəksiniz. Bizi qoruyan Rəbbdir və üstümüzə gələn basqınçıları O bizə təslim etdi. Sizin bu sözünüzü kim dinləyər? Çünki döyüşə gedənin payı nə qədərdirsə, yüklərin yanında qalanın da payı o qədər olacaq, hamıya bərabər bölünəcək”. Belə də edildi və nəticədə bu, İsrail üçün qanun oldu ki, hərbi yürüşdə iştirak edənlərin hamısı ön cəbhədə olanlarla bərabər pay alırdılar.AP 626.2

    Amaleqlilərin Zeqlaqda ələ keçirdiklərinin hamısını geri qaytarmaqdan başqa Davud və onun adamlan özləri ilə düşmənin çoxlu miqdarda xırda və iri buynuzlu heyvanlarını da gətirmişdilər. Bu qənimət “Davudunku” adlanırdı və Zeqlaqa qayıdanda Davud onun bir hissəsini öz Yəhuda soyunun ağsaqqallarına hədiyyə göndərdi. O, onlar bir yerdən başqa yerə köçməyə məcbur olduqda, ona və onun dəstəsinə dağlarda kömək edənləri də unutmadı. Təqib olunan qaçqın üçün onların çox qiymətli olan xeyirxahlığı və mərhəməti minnətdarlıqla mükafatlandırıldı.AP 626.3

    Davud və onun döyüşçülərinin Zeqlaqa qayıtmasından üç gün keçirdi. Xarabalıqlar içərisində öz evlərini bərpa edərək onlar israillilərlə Filiştlilərin döyüşməli olduqlarını bildikləri döyüş meydanından səbirsizliklə xəbər gözləjrirdilər. Qəfildən şəhərə qasid gəldi, “onun paltarı cırıq-cınq və başı toz-torpaq idi”. Onu dərhal Davudun yanına gətirdilər, o, Davuda hörmətlə baş əydi, ona xoşuna gəlmək istədiyi qüdrətli rəis kimi hörmət izhar etdi. Davud səbirsizliklə soruşdu ki, vuruşma nə ilə qurtardı. Adam Şaulun məğlubiyyəti, onun və Yonatanın ölümü haqda danışarkən faktları təhrif etdi. Görünür o fıkirləşirdi ki, Davud öz amansız təqibçisinə nifrət edir və padşahın qətli üçün mükafat almağa ümid edirdi. O, lovğalıqla Davuda bildirdi ki, döyüş zamanı necə İsrail padşahını yaralı və hər tərəfdən düşmənlərlə əhatə olunmuş tapdı və padşahın xahişi ilə onu öldürdü. Şaulun tacını və bilərziklərini o, Davuda gətirmişdi. Qasid inamla gözləyirdi ki, bu xəbər sevinclə qəbul olunacaqdır və o, səxavətli mükafat alacaqdır.AP 626.4

    Lakin “Bunu eşidən Davud dartıb paltarlarını cırdı və yanındakı bütün adamlar da belə etdilər. Onlar Şaul üçün, oğlu Yonatan üçün, Rəbbin xalqı üçün və İsrail nəsli üçün axşamacan yas qurub ağladılar və oruc tutdular”.AP 627.1

    Dəhşətli xəbərlərin birinci sarsıntısı keçdikdən sonra Davudun fikirləri bu xəbərləri gətirən adama və onun özünün dediyinə görə, onun etdiyi cinayətə qayıtdı. O, gənc adamdan soruşdu: “Haralısan?” O cavab verdi: “Mən yadelliyəm, bir Amaleqlinin oğluyam”. Onda Davud ona dedi: “Bəs niyə qorxmayaraq Rəbbin məsh olunmuş padşahını öldürmək üçün əl qaldırdın?” Şaul iki dəfə Davudun əlbrində olmuşdu və onun adamları tələb edəndə ki, o, padşahı öldürsün, o, Rəbbin əmri ib İsrail padşahlığına məsh edilənə əl qaldırmağa etiraz etmişdi. Lakin Amaleqli İsrail padşahının qətli ilə lovğalanmaqdan qorxmamışdı. O, özü-özünü ölümə layiq olan cinayətkar kimi qələmə verirdi və cəza dərhal yerinə yetirildi. Davud dedi: “Qoy qanın öz başına dönsün! Çünki sənin əleyhinə “mən Rəbbin məsh olunmuş padşahını öldürdüm” deyən ağzın şahidlik etdi”.AP 627.2

    Davudun Şaulun ölümü üçün kədəri səmimi və dərin idi, onun nəcib qəlbinin mərdliyinə şəhadət edirdi. O, düşməninin həlak olması üçün şənbnmirdi. Onun taxt-taca çıxmasına mane olan sədd aradan götürülmüşdü, lakin bu, ona sevinc gətirmədi. Şaulun ölümü onun şübhəliliyi və qəddarlığı haqdakı xatirəbri silmişdi və indi Davud yalnız onun padşahlığında olan mərdlik və padşaha layiq olan məramlar barədə düşünürdü. Şaulun adı dostluğu bu qədər səmimi və təmənnasız olan Yonatanın adı ilə bağlı idi.AP 627.3

    Davudun öz qəlbinin bütün kədərini süzdüyü nəğməsi onun milbtinin və Allah xalqının bütün gələcək əsrlərdə xəzinəsi oldu:AP 627.4

    “Ey İsrail, şərəfin öz yüksək yerlərinin
    üstündə öldürüldü!
    Necə də igidlər qırıldı!
    Filiştlilərin qızları sevinməsinlər deyə,
    Sünnətsizlərin qızları fərəhlənməsinlər deyə,
    Bunu Qatda bildirməyin,
    Aşqelon küçələrində yaymayın.
    Ey Gilboa dağları,
    Üstünə şeh, yağış düşməsin,
    Qoy zəmilərin məhsul verməsin!
    Çünki orada ləkələndi İgidlərin qalxanı,
    Şaulun yağ ilə silinməmiş qalxanı...
    Şaul ilə Yonatan necə sevimli.əziz,
    Həyatda və ölümdə ayrılmaz oldunuz siz.
    Onlar qartallardan sürətli idi,
    Aslanlardan qüwətli idi.
    Ey İsrail qızları, ağlayın Şaul üçün.
    O sizə qiymətli al qumaşlar geydirərdi,
    Geyiminizə qızıl naxışlar vurardı.
    Döyüş meydanında necə də igidlər qırıldı!
    Yonatan sənin yüksək təpələrində həlak oldu.
    Ey qardaşım Yonatan, sənin üçün ürəyim yanar.
    Sən mənə çox əziz idin.
    Sənin sevgin mənim üçün çox heyranedici idi,
    Qadın sevgisindən də üstün idi.
    İgidlər necə həlak qırıldı!
    Döyüş silahları necə də yox oldu!
    AP 628.1

    (2 Şamuel 1:19-27).

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents