Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Ağsaqqallar və Peyğəmbərlər

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    48-ci fəsil
    KƏNANIN BÖLÜNMƏSİ

    (Bu fəsil Yeşua Kitabının 10:40-43; 11 və 14-22-ci əsaslanır)

    Bet-Xoron üzərindəki qələbədən tezliklə sonra cənubi Kənan fəth edildi. “Yeşua bütün ölkəni - dağlıq yerləri, Negevi, yamaclı-düzənlikli bölgəni tutdu... Yeşua bir dəfəyə bütün padşahları və onların ölkələrini aldı, çünki İsrail üçün vuruşdu. Yeşua və onunla birgə bütün İsraillilər Qilqaldakı ordugaha qayıtdı” (Yeşua 10:40-43).AP 452.1

    Şimali Fələstindəki kənanlıların qəbilələri İsrail ordusunun uğurundan qorxaraq öz aralarında ona qarşı ittifaq bağladılar. Ona Merom gölünün qərb torpaqlarına sahib olan Xasor padşahı Yavin başçılıq edirdi. “Onlar və onların bütün orduları onlara birgə hücuma keçdilər”. Düşmənin qüvvələri israillibrin Kənanda indiyədək müharibə etdikləri orduların sayından dəfələrlə çox idi, “çoxluqda dəniz sahilindəki quma bərabər olan çoxsaylı xalq; atlar da, döyüş arabaları da olduqca çox idi. Bütün bu padşahlar toplaşdılar, gəldilər və Merom suları yanında birlikdə düşərgə saldılar ki, İsraillə vuruşsunlar”. Lakin Yeşua yenə də Rəbdən ruhlandırıcı sözbr eşitdi: “onlardan qorxma; çünki sabah bu vaxtlarda Mən onların hamısını İsrail oğullarının əlləri altına salacağam”.AP 452.2

    Merom gölü yaxınlığında Yeşua müttəfıqlərin düşərgəsinə qəfıl hücum etdi və onları tamamilə darmadağın etdi. “Rəbb onları israillilərin əllərinə təslim etdi və onlar onları məhv etdilər... onlardan biri də sağ qalmadı”. Düşmənlərin döyüş arabaları və atları - kənanlıların fəxri və şöhrəti - İsrailin xüsusi malı olmamalı idi. Allahın əmri ilə döyüş arabalarını yandırdılar, atların isə ayaq vətərini kəsdilər və beləliklə bu hərbi sursatlar hərbi məqsədlər üçün tamamilə yararsız oldular. İsraillilər döyüş arabalarına və atlara deyil, “Rəbb Allahın adına” güvənməli idilər.AP 452.3

    Şəhərlər bir-birinin ardmca zəbt edildi, müttəfiqlərin baş şəhəri Xaşor isə yandırılıb kül edildi. Yeşua bütün Kənanı fəth edənə qədər bu müharibə bir necə il çəkdi. “Torpaq müharibədən dincəldi”.AP 453.1

    Kənanlıların müqavimətini qırmaq mümkün olsa da, lakin onlar hələ tamamilə fəth edilməmişdilər. Qərbdə filiştlilər hələ də sahil boyu məhsuldar torpaqları tuturdular, şimalda isə sidonlular yaşayırdılar, Livan da onların əllərində idi. Cənubda Misir tərəfdə də İsrailin düşmənləri yaşayırdılar.AP 453.2

    Lakin Yeşua müharibəni dayandırmalı idi. Hakimiyyət əsasını İsrail üzərinə endirməzdən əvvəl böyük rəhbər başqa təyinatı yerinə yetirməli idi. Fəth edilən və fəth edilməyən bütün torpaq soy qolları arasında bölünməli idi. Hər bir qolun sonrakı vəzifəsi özünə bölünmüş yeri tamamilə fəth etmək idi. Əgər israillilər öz həyatları ilə Allaha sədaqət göstərsəydilər, O, düşmənləri qovardı - əgər onlar Onun əhdinə sadiq qalsaydılar, O onlara daha böyük məskənlər verməyi vəd etmişdi.AP 453.3

    Torpağın bölünməsi Yeşuaya, baş kahin Eleazara və soy qollarınınn başçılanna tapşırılmışdı. Hər bir soyun yaşayış yeri püşklə həll olunurdu. Fəth olunduqdan sonra bu və ya digər qəbiləyə keçəcək torpaqların sərhədlərini Musa özü göstərmişdi və həm də hər bir soya bölünmədə iştirak etməli olan rəis təyin etmişdi. Məbəd xidmətinə həsr olunan Levi soyuna bu bölgü aid deyildi, lakin ölkənin müxtəlif yerlərində levilərə miras hissəsi kimi 48 şəhər ayrılmışdı.AP 453.4

    Torpağın bölgüsü başlamazdan əwəl Kalev soy qollarının başçılarının müşayiəti ilə xüsusi tələb üçün gəldi. Yeşuadan başqa Kalev də İsraildə ən qoca ər idi. Kalev və Yeşua casuslar arasında əhd olunan torpaq haqda yegənə xoş xəbər gətirənlər idilər, onlar xalqı Allah naminə gedib onu ələ keçirməyə ruhlandrırdılar. Kalev indi Yeşuaya o vaxt ona sədaqətə görə mükafat kimi verilən vədi xatırlatdı. “Sənin ayağın dəyən torpaq sənin və övladlarının əbədi qisməti olacaqdır; çünki sən Rəbbin dediyini dəqiqliklə etdin”. Bu əsasa görə Kalev tələb etdi ki, Xevron dağını onun mülkiyyətinə versinlər. Orada uzun illər boyu İbrahim, İshaq və Yaqub yaşamışdılar, orada onları Maqqedadakı mağarasında dəfn etmişdilər. Xevron nəhəng Arbanın daimi yaşayış yeri olmuşdu, onun nəhəng görkəmli casusları dəhşətə salaraq bütün İsraili igidlikdən məhrum etmişdi. Allahın qüvvəsinə arxalanaraq, bütün başqa yerlər içərisində Kalev məhz bunu özünə miras seçdi.AP 453.5

    “İndi artıq İsraillilər səhrada gedərkən Rəbbin Musaya bu sözü dediyi vaxtdan qırx beş il keçir. Rəbb dediyi kimi mənə ömür verdi, bax mən bu gün səksən beş yaşındayam. Musanın məni göndərdiyi vaxt olduğum kimi bu gün də qüvvətliyəm. O zaman qüvvətim necə idisə, indi də girib-çıxmaq və döyüşmək üün elə qüvvətim var. Buna görə də Rəbbin o zaman dediyi bu dağlıq yeri sən indi mənə ver. Bu dağlıq yerdə Anaqlıların, böyük və qala divarlı şəhərlərin olduğunu o gün sən də eşitdin. Bəlkə Rəbb mənimlə olar və mən də Rəbbin dediyi kimi onları qovaram”. Bu xahiş Yəhuda soyüunun başçıları tərəfindən dəstəkləndi. Torpağın bölünməsində iştirak etmək üçün bu soydan təyin olunan Kalev bu adamları öz xahişini təqdim etmək üçün götürdü ki, şəxsi məqsədlərini həyata keçirmək üçün hakimiyyətdən istifadə etməsi barədə heç kimdə şübhə doğurmasın.AP 454.1

    Onun xahişini dərhal yerinə yetirdilər. Bu nəhəng qalanın fəth edilməsinin etibar edilməsi üçün daha etibarlı əl yox idi. “Yeşua ona xeyir-dua verdi və Yefunne oğlu Kalevə Xevronu qismət etdi, ... çünki o, İsrail Allahı Rəbbin əmrlərini dəqiqliklə yerinə yetirmişdi”. Kalevin imanı indi, onun şahidliyinin başqa casusların yalançı şahidliyinə zidd olduğu çox illər əvvəlki kimi qalırdı. O bu İlahi əhdə inanırdı ki, Rəbb Kənanı Öz xalqına miras verəcəkdir, buna onun heç bir şübhəsi yox idi. O öz xalqı ilə səhrada didərginliyin çətinliklərini çəkmişdi, beləcə günahın bütün məyusluqlarını və yükünü bölüşmüşdü, lakin şikayət etməmişdi, qardaşları səhrada öldüyü halda, sayəsində sağ qaldığı Allah rəhmini vəsf etmişdi. Səhrada sərgərdanlıq zaman və Kənandakı bütün müharibə illəri ərzində xalqın məruz qaldığı məhrumiyyətlər, təhlükələr və bəlalar içərisində Rəbb onu qorumuşdu və indi də, səksəndən çox yaşı olsa da, o özünü çox yaxşı hiss edirdi. O özünə ümumiyyətlə torpağın fəth olunmuş hissəsini deyil, bütün başqa casusların fəth edilməsini qeyri-mümkün hesab etdikləri məhz həmin yeri istəyirdi. Qüvvələri nə vaxtsa İsrailin imanını sarsıdan həmin nəhənglərin əlindən Allahın köməkliyi ilə bu qalanı almağa ümid edirdi. Bu istək Kalevdə şan və şöhrət hərisliyinin təsirindən doğulmamışdı. Şanlı qoca döyüşçü öz xalqına Allahı şöhrətləndirən və bütün soyları onların atalarının məğlubedilməz hesab etdikləri torpağın tamamilə almmasına ruhlandıran nümunə göstərməyi qərara almışdı.AP 454.2

    Kalev qırx il arzuldığı mirası aldı və Allahın onun alacağına inanaraq Anaqın üç oğlunu oradan qovdu. Özü və öz evi üçün mirası ələ keçirdikdən sonra onun səyi zəifləmədi; o bir yerdə durmadı ki, ancaq qazandığından həzz alsın, xalqın rifahı və Allahın şərəfi naminə sonrakı qələbəbr üçün irəlilədi.AP 455.1

    Qorxaqlar və şıltaqlar səhrada həlak oldular, həqiqi şəhadət gətirənlər isə Eşkolun üzümünü yeyirdilər. Hər kəs öz imanına görə aldı. İmansızlar gördülər ki, onların qorxduqları kimi də oldu. Allahın əhdlərinə baxmayaraq, onlar Kənanın miras alınmasının qeyri-mümkünlüyünü elan etdilər və ona sahib olmadılar. Lakin Allaha güvənərək çətinlikbrdən qorxmayanlar və Qadir Köməkçinin qüvvəsinə etibar edənlər gözəl torpağa daxil oldular. Qədimlərin qəhrəmanları “iman vasitəsilə ölkələr fəth etdibr... şiddətli atəşi söndürdülər, qılıncın ağzından qaçdılar, zəifliyə rəğmən qüvvətbndibr, döyüşdə möhkəm oldular, yadların ordularını qovdular” (İbranibrəl 1:33,34). “Bu, dünyaya qalib gələn zəfər budur: imanımız” (l Yəhya 5:4).AP 455.2

    Torpağın bölünməsi haqda daha bir tələb səsləndi, lakin bu, Kalevin xahişindən necə də kəskin fərqlənirdi! Bu, Yusifın övladları Efrayim soyu və Menaşşe soyunun yarısı tərəfindən edildi. Öz saylarının çoxluğunu söyləyərək bu soylar ikiqat pay təbb edirdilər. Püşkə görə onlara, məhsuldar Şaron vadisi də daxil olmaqla, torpağın zəngin hissəsi düşmüşdü, lakin bu diyarın əsas şəhərlərinin bir çoxu hələ də kənanlıların əlbrində idi; fəth etmənin çətinliklərindən və təhlükələrindən qaçmağa çalışaraq yuxarıda adları çəkilən soylar artıq fəth olunmuş torpaqdan əlavə hissə təbb edirdilər. Efrayim soyu ən çoxsaylılardan biri idi, Yeşua da ona məxsus idi və onun üzvləri təbii olaraq hesab edirdibr ki, xüsusi münasibətə haqları var. “İrs torpaq almaq üçün niyə bizə tək püşklə bir pay verdin? Biz böyük xalqıq və indiyə qədər Rəbb bizə bərəkət verib” - onlar deyirdilər. Lakin sarsılmaz rəhbəri ədalətdən dönməyə heç nə məcbur edə bilməzdi. Onun cavabı belə oldu: “Əgər siz böyük xalqsınızsa və Efrayimin dağlıq bölkəsi sizə darlıq edirsə, meşəliyə çıxın, orada Perizlilər və Rafalılar torpağında özünüzə yer edin”.AP 455.3

    Onun cavabı şikayətlərin əsil səbəbini açdı. Kənanlıları qovmaq üçün onların imanı və cəsarəti yox idi. “Dağ bölgəsi bizə bəs deyil, - onlar dedilər,- ancaq dərədə olan torpaqda yaşayan bütün Kənanlıların dəmir döyüş arabaları var”.AP 456.1

    İsrail Allahının qüdrəti Onun xalqının məğlubedilməzliyinin zəmini idi və əgər Efrayimlilər Kalevin cəsarətinə və imanına malik olsaydılar, heç bir düşmən onların önündə dura bilməzdi. Onların aşkarca çətinliklərdən və təhlükəbrdən qaçmaq arzusu Yeşua tərəfındən möhkəm və sarsılmaz qərarla qarşılandı: “Siz böyük xalqsınız, qüvvətiniz də böyükdür... - o dedi, - kənanlılar qüvvətli olsa da, onların dəmir döyüş arabaları olsa da, siz onları qova biləcəksiniz”. Bu yolla onların öz mülahizələri özbrinə qarşı çevrildi. Özlərinin dedikləri kimi, çoxsaylı xalq olduqları üçün qardaşlan kimi onlar da özbrinə yol aça bilərdilər. Allahın köməyi ilə onların dəmirdən olan hərbi arabalardan heç bir qorxuları olmamalı idi.AP 456.2

    Bu vaxta qədər xalqın və səyyar məbədin olacaq yeri Qilqal idi. Lakin indi səyyar məbədi Efrayimə düşən hissədəki kiçik Şiloy şəhərinə daimi yerə aparmaq lazım idi. O, ölkənin mərkəzi hissəsinin yaxınlığında yerbşirdi və buna görə də bütün soyların onu ziyarət etməsi rahat idi. Ölkənin bu hissəsi artıq fəth edilmişdi və səcdəyə gəbnləri heç kim narahat etməzdi. “Bütün İsrail övladlarının icması Şiloya yığışıb orada hüzur çadırını qurdu” (Yeşua 18:1). Səyyar məbəd Qilqaldan aparılanda hələ də düşərgədə qalan soylar onun arxasınca getdilər və silom yaxınlığında yerləşdibr. Öz paylarının alana qədər onlar burada da qaldılar.AP 456.3

    İlyas evinin qanunsuzluğu üzündən filiştlilərin əlinə keçənə qədər, şəhər özü isə dağıdılana qədər mücrü Şiloyda üç yüz il qaldı. Bundan sora artıq heç vaxt bir daha mücrü bura qayıtmadı. Nəticədə məbədin ibadəti Yerusəlimdəki məbədə göçürüldü və Şiloy öz əhəmiyyətini itirdi. Yalnız xarabalıqlar xatırladırdılar ki, nə vaxtsa burada şəhər olmuşdu. Bir çox yüzilliklər sonra, Şiloyun düçar olduğu tale Yerusəlim üçün xəbərdarlıq oldu: “İndi adımı ilk dəfə qoyduğum Şiloydakı məskənimə gedin və xalqım İsrailin pisliyinə görə ona nə etdiyimi görün... Buna görə də Şiloy ilə necə rəftar etdimsə, Mənim adımla çağrılan, güvəndiyiniz məbədlə, sizə və atalarınıza verdiyim bu yerlə də elə rəftar etdimsə, sizi də eləcə önümdən rədd edəcəyəm”, -Rəbb peyğəmbər Yeremya vasitəsilə dedi (Yeremya 7:12,14).AP 456.4

    “Sərhədbəsərhəd torpağın bölüşdürülməsini qurtardıqdan sonra” və bütün soylar paylarını aldıqdan sonra Yeşua öz tələbini bildirdi. Kalev kimi ona da pay haqda xüsusi vəd verilmişdi. Lakin o, geniş torpaqlar deyil, yalnız bir şəhər xahiş edirdi. “Onun xahiş etdiyi şəhəri ona verdilər... və o, şəhər tikdi və onda yaşadı”. Bu şəhərin adı - Timnat-Şerah (“qalıq”) - qənimət üçün öz haqqını birinci irəli sürmək əvəzinə, cəmiyyətin ən adi üzvü belə öz payını almayana qədər bunu təxirə salan fatehin alicanab xarakterinə və təmənnasız hərəkətinə şəhadət edir.AP 457.1

    İordanın hər iki tərəfindən levilər üçün ayrılan altı şəhər qatillərin intiqamdan gizlənə biləcəkləri sığınacaq şəhərbr idi. Bu şəhərlərin təyinatı haqda Musa göstəriş vermişdi: “Sığınacaq şəhərlər olaraq bəzi şəhərlər seçin ki, səhvən adam öldürən oraya qaçsın. Qisas alandan sığınacaq şəhərbriniz bunlar olsun ki, adam öldürən şəxs cammatın önündə hökm alana qədər öldürülməsin” (Saylar 35:11,12). Bu mərhəmətli ehtiyatlılıq tədbiri zəruri idi, çünki qədim qan qisası adətinə görə öldürülənin yaxın qohumu və ya varisi qatildən qisas almalı idi. Cinayət aşkar olanda isə məhkəmə prosesi lazım olmurdu. Qisasçı cinayətkan hər yerdə təqib edib və onu tutduğu yerdə öldürə bibrdi. O vaxtlar Rəbb bu adəti ləğv etməyi lazım bilmirdi, lakin qəsdən öldürməyənlər üçün ehtiyatlılıq tədbiri görmüşdü.AP 457.2

    Sığınacaq şəhərlər elə yerləşmişdilər ki, ölkənin istənilən ucqar guşəsindən onlara yarım günə çatmaq olardı. Onlara gedən yollar həmişə tam qaydada olmalı idi. Bütün bu yollar boyunca dirəklər durmalı idi, onlara üzərinə sadə və aydın xətlə “Sığınacaq” yazılmış lövhələr bərkidilirdi ki, qaçqın vaxtını hədər itirmədən yolu asan tapsın. İbrani, gəlmə və ya müvəqqəti sakin olan hər adam bu hüquqdan istifadə edə bilərdi. Bu cür ehtiyatlılıq tədbirləri əsasında təqsirsiz olan ani qisasdan qurtulurdu, əsl təqsirkar isə layiqli cəzadan qaça bilmirdi. Qaçqının işinə rəisbr təmkinlə baxırdılar və yalnız onun suçsuzluğu və qətlin qəsdən olmaması müəyyən olunurdu o, sığınacaq şəhərdə qorunurdu. Təqsirkar isə qisasçının ixtiyarına verilməli idi. Şəhərdə qalmaq hüququ alanların hamısı yalnız onun hüdudlarında olmaq şərti ilə müdəfiədən istifadə edə bilərdilər. Əgər kimsə göstərilən sərhədlərdən çıxsaydı və qisasçı ona hücum etsəydi, onda o, Allahın mərhəmətinə etinasız münasibətinə görə həyatını qurban verirdi. Bu şəhərlərdə sığınacaq tapanların hamısı baş kahinin ölümündən sonra öz evlərinə qayıda bilərdilər.AP 457.3

    Qətldə ittiham olunanı məhkəmədə yalnız bir şahidin, hətta onlar inkaredilməz görunsələr də, sözləri ilə mühakimə etmirdilər. Allahın əmrində deyilirdi: “Bir adam bir adamı öldürsə, şahidlərin ifadəsi ilə öldürülsün. Lakin heç bir qatil tək şahidin ifadəsi ilə öldürülməsin” (Saylar 35:30). Musaya İsrail üçün bu cür əmrləri Məsih vermişdi və nəticədə Öz şagirdləri ilə yerdə olarkən və günah edənlərlə necə rəftar etmək haqda onlara tövsiyə edərkən Böyük Müəllim belə etdi ki, haqq qazandırmaq və ya ittiham etmək üçün bir nəfərin şahidliyi kifayət deyildir. Bir adamın rəyləri və ya baxışlırı mübahisəli məsələləri həll etməməlidir. Bütün bu cür işlərdə bir yerdə məsuliyyət daşımalı olan iki və ya daha çox şahid zəruridir, “yanına daha bir və ya iki kişi al ki, söylənən hər şey iki və ya üç şahidin ağzı ilə təsdiq olunsun” (Matta 18:16).AP 458.1

    Əgər təqsirkar ölümə layiq idisə, onda heç bir əvəzvermə və haqqödəmə onu xilas edə bilməzdi. “Kim insan qanı töksə, onun da qanı insan əli ilə töküləcək” (Yaradılış 9:6). “ölüm cəzasına layiq qatilin canı üçün kəffarə almayın, çünki o ancaq öldürülməlidir” (Saylar 35:31). “Bir adam başqa adamı qəsdən hiylə ilə öldürsə, o adamı hətta Mənim qurbangahımdan götür ki, öldürülsün”, - Allahın əmrində deyilirdi, -“çünki qan tökmək ölkəni murdar edər və ölkədə tökülən qanın əvəzi ancaq onu tökənin qanı ib kəffarə oluna bilər” (Çıxış 21:14; Saylar 35:33). Nəslin təhlükəsizliyi və şərəfı tələb edirdi ki, qatilin günahı sərt cəzasını alsın. Yalnız Allahın bəxş edə biləcəyi insan həyatı müqəddəscəsinə qorunmalıdır.AP 458.2

    Allahın tərəfindən qədim xalq üçün nəzərdə tutulan sığınacaq şəhərlər Məsihdə hazırlanan sığınacağın simvolu idibr. Müvəqqəti sığınacaq şəhərlər nəzərdə tutan həmin Rəhmli Xilaskar Öz qanını axıdaraq, Allah Qanununu pozanlar üçün onların ikinci ölümdən təhlükəsiz gizlənə biləcəkləri etibarlı sığınacaq hazırladı. Əfv üçün Onun yanına gələnləri heç bir qüvvə Onun əllərindən qopara bilməz: “Deməli, indi Məsih İsaya aid olanlar üçün heç bir məhkumiyyət yoxdur”. “Məhkum edən kimdir? Ölmüş, daha doğrusu dirilmiş olan Məsih İsa, həm Allahın sağında oturdu, həm də bizim üçün vəsatət edir”. “Qarşımıza qoyulan ümidə bel bağlamaq üçün böyük malik olaq” (Romalılar 8:1,34; İbranilərə 6:18).AP 458.3

    Bir dəqiqə ləngimədən cani şəhərdə sığınacaq axtarmalı idi. Ailəni də, işi də tərk etmək lazım idi. Hətta sevdiklərilə vidalaşmağa da vaxt yox idi. Onun həyatı təhlükədə idi və tezliklə təhlükəsiz yerə çatmaq üçün qalan hər şeyi qurban etmək lazım idi. Yorğunluğu yaddan çıxarmaq, çətinlikləri kənara atmaq lazım idi. Nəhayət arzu olunan yerə çatana qədər o, bir dəqiqə də ləngimədən qaçmalı idi.AP 459.1

    Məsihdə sığınacaq tapmayana qədər günahkar ölümə məhkum sayılır, ləngimə və ehtiyatsızlıq qaçqına həyatı bahasına başa gələ bildiyi kimi, gecikmə və qayğısızlıq onu yeganə həyat şansından məhrum edə biləcəyi kimi. Şeytan, böyük yalançı, Allah Qanununu pozan hər kəsin yolunda dayanır və onu hədələyən təhlükəni dərk etməyən, bütün qəlbilə əbədi sığınacağa can atmayan məhvedicinin şikarı olur.AP 459.2

    Sığınacaq şəhərlərin sərhədlərini tərk edən düstaq qisasçının əlinə düşürdü. Beləliklə, insanlar Hədsiz Müdrikliyin onların təhlükəsizliyi üçün təyin etdiyi yollardan möhkəm yapışmağı öyrəndilər. Günahkarın Məsihdə günahlarının bağışlanmasını alacağına yalnız inanması kifayət deyildir, - o, iman və itaətlə Onda olmalıdır. “Çünki həqiqəti dark edib mənimsədikdən sonra qəsdən günah işləsək, günahlar üçün qurban qalmaz, lakin hökmün dəhşətli bir intizarı və Allaha qarşı duranları məhv edəcək şiddətli od qalır” (İbranilərə 10: 26, 27).AP 459.3

    İsrailin iki soy qolu - Qad və Ruven, bir də Menaşşe qolunun yarısı öz paylarını İordandan keçməzdən əvvəl almışdılar. Geniş dağlıq çöllərin və Gileadın, Başanın gözəl meşələrinin hətta Kənanın özündə də tayı - bərabəri yox idi, bunlar bir heyvandar kimi onlar üçün geniş otlaqlar idi. Yuxarıda adları çəkilən iki qol Menaşşe qolunun yarısı ilə burada məskən salmaq istəyərək and içdilər ki, başqaları ilə birlikdə İordanı keçib, qardaşları da öz paylarını alana qədər, bütün müharibələrdə iştirak etmək üçün öz soylarından lazımi qədər silahlı adam göndərsinlər. Bu vədi onlar sədaqətlə yerinə yetirdilər. On soy Kənana daxil olanda “Ruvenlilər, Qadlılar və Menaşşe qəbiləsinin yansı... döyüş üçün silahlanmış qırx minə yaxın adam Rəbbin önündə Yerixo düzənliklərinə keçdi” (Yeşua 4:12,13). Bütün illər ərzində onlar öz qardaşları ilə birlikdə böyür-böyürə şərəflə vuruşdular. İndi öz yerlərinə qayıtmaq vaxtı çatmışdı və onlar bütün döyüşlərdə öz qardaşları ilə bərabər iştirak etdikləri üçün hərbi qənimətləri də onlarla bölüşdürürdülər. Belə ki, onlar böyük sərvətlə, “çox böyük sayda heyvanla, gümüşlə, qızılla mislə və dəmirlə və çoxlu miqdarda paltarla” qayıdırdılar, bütün bunları onlar ailələri və sürüləri ilə qalanlarla bölüşdürməli idilər.AP 459.4

    Onların torpaq payı Rəbbin məbədindən uzaqda yerləşirdi və Nun oğlu Yeşua onların evlərinə qayıtmasına qəlbində həyəcanla baxırdı. O bilirdi ki, onları orada necə güclü sınaqlar gözbyir - köçəri həyatın tənhalığında onlar sərhədbrində yaşayan bütpərəst qəbilələrin adətlərini qəbul edə bibrdibr.AP 460.1

    Nun oğlu Yeşua və başqa rəislərin qəlbləri hələ də qaranlıq duyğularla sıxıldığı halda, onlara qəribə şayiələr çatdı. İordan yaxınlığında, İsrailin çayı möcüzəli yolla keçdiyi yerin yanında, iki və yarım soy qolu Şilodakı qrubangaha bənzər ayrı böyük qurbangah tikmişdibr. Allah Qanunu ölüm qorxusu altında məbəddəki ibadətdən başqa digər ibadətin yaradılmasını qadağan edirdi. Əgər qurbangah ibadət üçün tikilmişdirsə və əgər o toxunulmaz qalırsa, onda bu, xalqı həqiqi imandan uzaqlaşdırardı.AP 460.2

    Xalqın bu münasibətlə Şiloda toplaşan nümayəndələri qızğınlıqla, hiddət dumanı içərisində elə bu saat dönükbrə qarşı müharibəyə getməyi təklif etdilər. Lakin daha tədbirlilərin məsləhəti ilə qərara alındı ki, əvvəlcə ora xüsusi təyin edilmiş adamlar göndərsinlər və onlar bu iki yarım soydan hərəkətlərinə izahat tələb etsinlər. Artıq əvvəlcə Peorda özünün Allah barədə qısqanclığı ilə fərqlənən Pinxas başda olmaqla hər soydan bir nəfər olaraq on rəhbər seçildi. Əvvəlcədən izahsız bunu etməklə iki və yarım soy səhv etmişdi və bebliklə özbrinə qarşı bu cür ağır şübhələr oyatmışdılar. Göndərilənlər qardaşlarının təqsirkar olduqlarına əmin idilər və onlara sərt iradla müraciət etdilər. Onları Allaha qarşı üsyanda ittiham etdilər və İsrail Baal-Peora yapışanda onun başına nələr gəldiyini xatırlamağı əmr etdilər. Bütün İsrail adından Pinxas Qad və Ruven oğullarına dedi ki, əgər onlar bu torpaqda ümumi yandırma üçün qurbangahsız yaşamaq istəmirlərsə, onda qoy İordanın o biri tərəfındə, öz qardaşları arasında torpaq payı götürsünlər.AP 460.3

    İttham olunanlar cavabında izah etdilər ki, onların qurbangahı qurbangətirmə üçün nəzərdə tutmamışdılar, lakin onlan çay ayırsa da, Kənandakı qardaşları ilə eyni imana malik olduqlanna şəhadət kimi tikilmişdir. Onlar ehtiyat edirdilər ki, onların övladları gələcəkdə, İsraildə hissəyə malik olmayanlar kimi, məbəddən ayrılmasınlar. Bu halda Rəbbin Şilodakı qurbangahının nümunəsi əsasında ucaldılan bu qurbangah buna şəhadət etməli idi ki, onu tikənlər canlı Allaha səcdə edirlər.AP 461.1

    Elçilər böyük sevinclə bu izahatı dinlədilər və dərhal bu xəbərlə onları göndərənlərin yanına qayıtdılar. Qarşıdakı müharibənin bütün planlanı öz-özünə dağıldı və bütün xalq Allahı vəsf edərək sevincdən şənləndi.AP 461.2

    Qad və Ruven oğulları qurbangahın üzərində onun tikilməsinin məqsədi haqda yazı yazdılar: “Bu aramızda şahiddir ki, Rəbb Allahımızdır”. Bununla onlar gələcəkdə mümkün ola biləcək anlaşılmazlıqların qarşısını almağa və yoldan çıxmaya xidmət edə biləcək şeyləri aradan götürməyə çalışırdılar.AP 461.3

    Adicə anlaşılmazlıq üzündən hətta ən xeyirxah niyyətlərlə hərəkət edənlər arasında da necə də tez-tez ciddi çətinliklər törədir; əgər bu zaman səbir və nəzakət göstərilməzsə, nəticələr ən ciddi və hətta faciəli ola bilər. On soy xatırlayırdı ki, Akanın hadisəsində Allah onları, öz həmqəbiləlilərinin günahının üzə çıxarılmasında yüngüllük göstərənləri, necə cazalandırır. İndi onlar təcili və ən ciddi tədbirlər görməyi qərara aldılar, lakin başlanğıc səhvdən qaçmağa çalışaraq əks ifrata düşdülər. İşi sakitcə bütün təfərrüatı ilə öyrənmək əvəzinə, onlar irad və danlaqlarla öz qardaşlarının üzərinə düşdülər. Əgər Qad və Ruven oğulları da həmin ruhda cavab versəydilər, nəticəsi müharibə olardı. Bir tərəfdən günaha ciddi və düzgün münasibət tələb olunduğu halda, lakin digər tərəfdən tələsik nəticələr çıxartmaqdan və əsaslandırılmamış şübhələrdən ehtiyat etmək az əhəmiyyətli deyildir. Çoxlan onların davranışlarına kiçicik irada həddən artıq həssas olmalarına baxmayaraq, özlərinin şərdə günahlandırdıqları adamlarla sərt rəftar edirlər. İttiham və iradlar hələ heç kimi düzəltməmişdir, lakin çoxları bu cür münasibət zamanı həqiqi yoldan daha da uzaqlaşırlar və öz qəlblərini sərtləşdirirlər. Mehribanlıq ruhu, həssaslıq, səbir günahkarı xilas edə bilər və çox günahların üstünü örtər.AP 461.4

    Ruvenlilərin və onların qardaşlarının ağıllı hərəkətləri təqlid olunmağa layıqdir. Onlar həqiqi dini səmimi qəlbdən əbədiləşdirməyə çalışdıqları zaman onları yanlış başa düşdülər və sərt mühakimə etdilər, lakin onlar heç bir hiddət göstərmədilər. Müdafıə olunmazdan əvvəl onlar qardaşlarının ittihamlannı sakit və səbirlə dinbdilər, sonra isə hər şeyi onlara izah etdilər və özlərinin təqsirsiz olduqlarına onları inandırdılar. Beləliklə, dəhşətli nəticə ilə qurtara bilən anlaşılmazlıq dostcasına həll olundu.AP 462.1

    Haqlı olan hətta yalan ittihamlara da baxmayaraq sakit və təmkinli qala bilər. İnsanların düzgün başa düşmədiklərinin və yanlış izah etdiklərinin hamısı Allaha yaxşı məlumdur və buna görə də biz öz işimizi rahat Ona etibar edə bilərik. O, Akanın günahını üzə çıxartdığı kimi, Ona arxalananlara da mütləq haqq qazandıracaqdır. Məsih Ruhunun təsiri altında hərəkət edənlərin hamısı mehriban və çoxsəbirli olan məhəbbəti göstərə bilərlər.AP 462.2

    Allahın iradəsi ondan ibarətdir ki, Onun xalqı birlik və qardaş məhəbbəti ilə seçilsin. Çarmıxa çəkilmək ərəfəsində Məsih dua edir ki, O Öz Atası ilə vahid olduğu kimi, Onun şagirdləri də vahid olsun. Onda dünya inanacaqdır ki, O, Allah tərəfındən göndərilmişdir. Bu yüksək dərəcədə riqqətə gətirici və gözəl dua bütün əsrlər boyunca bizim günbrə qədər gəlib çıxmışdır, çünki O dua edirdi: “Yalnız onlar üçün deyil, onların sözü ilə Mənə iman edəcək olanlar üçün dua edirəm” (Yəhya 17:20). Biz həqiqətin bir prinsipini də qurban verməməliyiksə də, lakin bizim daimi məqsədimiz bu birliyə çatmaq olmalıdır. Bu sübut edir ki, biz Onun şagirdbriyik. İsa demişdir: “Əgər bir-birinizə qarşı məhəbbətiniz olsa, bundan hər kəs Mənim şagirdlərim olduğunuzu biləcək” (Yəhya (13:35). Həvari Peter məbədə bildirir: “Nəhayət, hamınız həmfıkir, başqalarının dərdlərinə şərik, qardaş sevən, şəfqətli, təvazökar olun. Pisliyə pisliklə, söyüşə də söyüşlə cavab verməyin, əksinə xeyir-dua edin, çünki xeyir-bərəkətə varis olmaq üçün dəvət olundunuz” (1 Peter 3:8,9):AP 462.3

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents