Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Ağsaqqallar və Peyğəmbərlər

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    66 cı fəsil
    ŞAULUN ÖLÜMÜ

    (Bu fəsil Şamuelin Birinci Kitabının 28;31-ci fəsillərinə əsaslanır)

    Filiştlilərlə israillilər arasında yenidən müharibə başlandı. “Filiştlilər yığılaraq gəlib Şunemdə ordugah qurdular”, bura İsrail vadisinin şərq tərəfi idi, bu zaman Şaul və onun düşərgəsi vadinin cənub tərəfində yerləşən Gilboa dağının ətəyində yerləşmişdilər. Nə vaxtsa burada Gedeon özünün üç yüz nəfərlik dəstəsi ilə midyanlılara qarşı vuruşmuşdu. Lakin nə vaxtsa İsrail xilaskarına rəhbərlik edən ruhla indi padşahın qəlbində yanan ruh arasında necə də fərq vardı. Gedeon döyüşə qüdrətli İsrail Allahına möhkəm imanla girmişdi, Şaul isə özünü tərk edilmiş və müdafıəsiz hiss edirdi, çünki Allah onu tərk etmişdi. Filiştlilərin ordusuna baxanda, o “qorxdu və ürəyi möhkəm titrədi”.AP 609.1

    Şaul bilirdi ki, Davud və onun adamları Filiştlilərin yanındadırlar və güman edirdi ki, Yesseyin oğlu bu imkandan istifadə edəcək və bütün çəkdiyi acıların qisasını ondan alacaqdır. Padşah dərin məyusluq içərisində idi. Allahın seçdiyini təqib etdiyi coşqun nifrəti üzündən bütün xalq böyük təhlükəyə məruz qalmışdı. Öz padşahlığını möhkəmlətmək qayğısına qalmaq əvəzinə o, Davudu təqib edirdi və Filiştlilər bundan istifadə edərək İsrail ərazisinin dərinliklərinə daxil olmuşdular. Beləliklə, şeytan Şaulu istənilən vasitə ilə Davudu tutmağa və onu öldürməyə şirnikləndirərək, eyni zamanda Şaulu həlak etmək və Allah xalqını məhv etmək üçün Filiştliləri bundan istifadə etməyə qızışdırırdı. Bu cür fəndlər böyük yalançı tərəfindən bizim günlərimizdə necə də tez-tez işlədilir! Nursuz qəlblər vasitəsilə o, ibadətgahda paxıllıq və çəkişmə hissi oyadır, sonra isə Allah xalqı içərisində baş verən parçalanmadan istifadə edərək onu məhvə apanr. O birisi gün Şaul Filiştlilərlə vuruşmalı idi. Tutqun faciəli qismət hissi onun qəlbinə əzab verirdi. O, kömək və dəstək həsrətində idi. Lakin əbəs yerə Allahdan məsləhət axtarırdı. “Rəbb ona nə yuxuda, nə Urim vasitəsi ilə, nə də peyğəmbərlər vasitəsilə cavab verdi”. Allah Ona səmimi və itaətlə müraciət edən candan heç vaxt üz döndərmir. Nə üçün O, Şaula cavab vermədi? Öz əməlləri ilə padşah özü-özünü Allahdan xahiş etmək imkanından məhrum etmişdi. Şaul peyğəmbər Şamuelin məsləhətini rədd etmişdi; o, Rəbbin kahinlərini öldürmüşdü. Səma tərəfindən ünsiyyət üçün təyin olunan bütün vasitələri məhv etdiyi halda, o, necə gözləyə bilərdi ki, Allah ona cavab versin? O, lütf Ruhuna qarşı günah etmişdi və Allah yuxular və Öz vəhyləri vasitəsilə ona cavab verə bilərdimi? Şaul itaət və peşmançılıqla Allaha qayıtmamışdı. O, günahları üçün əfv və ya Allahla barışıq deyil, düşmənlərdən qurtuluş axtarırdı. Öz tərsliyi və narazılığı ilə o özünü Allahdan uzaqlaşdırmışdı. Yalnız peşman olaraq, o, Allaha qayıda bilərdi, lakin iddialı monarx qorxudan çaşaraq kömək üçün başqa mənbəyə müraciət etdi.AP 609.2

    Şaul öz xidmətçilərinə dedi: “Mənim üçün bir cindar qadın tapın ki, gedib ona müraciət edim”. Şaul gözəl bilirdi ki, cadugərlik nədir. O, Allah tərəfindən ciddi qadağan olunmuşdu və bu günahı edən hər kəsi ölüm cəzası gözləyirdi. Şamuel hələ sağ olanda Şaul əmr etmişdi ki, bütün sehrkarlar və ruhlarla ünsiyyətdə olanlar öldürülsünlər. Lakin indi ümidsizlikdən o özü murdarların etdiyi kimi baxıcılara müraciət edirdi.AP 610.1

    Şaula dedilər ki, En-Dorda bir cindar qadın gizlənir. Bu qadın şeytanla bağlı idi və bütünlüklə onun hakimiyyəti altında idi, onun niyyətlərini yerinə yetirirdi; onun köməyi ilə şər padşahı sirləri açır, möcüzələr göstərirdi.AP 610.2

    Şaul paltarını gecə dəyişərək, iki müşayiətçi ib birlikdə sehrkar qadının sığınacağını axtarmağa yola düşdü. Necə də miskin səhnədir! Şeytan tərəfindən kölələşmiş İsrail padşahı o onu hara aparırsa, oraya gedir! Allah Ruhunun müqəddəs təsirinə müqavimət göstərərək öz yolunu özü seçən necə də qaranlıq yolla gedir! İnsan ən qəddar tiranlardan birinin hakimiyyətinə təslim olanda, köləlikdən dəhşətli nə ola bilər! Allaha iman və Onun iradəsinə itaət həmin yeganə şərtlər idi ki, onları yerinə yetirməklə Şaul İsrailin padşahı ola bilərdi. Əgər o, bu şərtlərə riayət etsəydi, onun padşahlığı təhlükəsizlikdə olardı. Qadir Allah onun rəhbəri və müdafiəsi olardı. Allah Şaulun hərəkətlərinə çox dözdü, itaətsizlik və tərslik onun qəlbindəki İlahi səsi, demək olar ki boğsa da, o, hələ də tövbə etmək imkanına malik idi. Lakin təhlükədə olarkən Allahı tərk edərək, məsləhət üçün şeytanın müttəfiqinə müraciət edəndə, onu Yaradanla bağlayan sonuncu teli qırdı. O, tamamilə o iblisanə qüvvəyə təslim oldu, hansı ki, uzun illər ərzində ona hakim olmuşdu və onun üzündən indi ölümün astanasında idi. Gecənin örtüyü altında Şaul və onun köməkçiləri vadini keçdilər, sakitcə Filiştlilərin düşərgəsindən yan ötdülər, alçaq dağları aşdılar və En-Dor cadugərinin tənha mənzilinə çatdılar. Orada özünün iyrənc peşəsi ilə gizlicə məşğul olan qadın gizlənirdi. Şaul paltarını dəyişmiş olsa da, onun əzəmətli görkəmi və şahanə davranışı göstərirdi ki, o, adicə əsgər deyildir. O, dərhal onu Şaula oxşatdı, onun zəngin hədiyyələri isə onun şübhələrini yalnız gücləndirdi. Şaul xahiş etdi: “”Rica edirəm, mənim falıma baxıb cindarlığmı göstər və kimi desəm, onu mənim üçün çıxar”. Qadın dedi: “Bax Şaulun bu ölkədə nə etdiyini, cindarları və ruhçağıranları necə qırdığını bilirsən. Niyə məni öldürmək üçün canıma tələ qurursan?” Şaul qadına ” var olan Rəbbə and olsun, bu işin sənə bir ziyanı olmayacaq” deyərək Rəbbə and içdi. Qadın dedi: ” Sənin üçün kimi çıxarım?” Şaul “mənə Şamueli çıxar” dedi.”AP 610.3

    Qadın sehr edərək dedi: “Yer altından çıxan allahlar kimi bir şəxs görürəm... Cübbə geyinmiş qoca bir adam çıxır”. Şaul onun Şamuel olduğunu başa düşüb üzüstə əyilib yerə sərildi”.AP 611.1

    Lakin cadugərin cadusu ilə çağırılan Allahın müqəddəs peyğəmbəri deyildi. Şər ruhların o yuvasında Şamuel yox idi. Şeytani qüvvə onun surətini göstərmişdi. Şeytan işıq mələyi simasına girərək səhrada Məsihi aldatmaq istədiyi kimi, həmin yüngüllüklə Şamuelin də görkəmini ala bilərdi.AP 611.2

    Qadın cadu edərkən Şaula dediyi birinci sözlər bu oldu: “Sən ki Şaulsan, niyə məni aldatdın?”. Beləliklə, Şamuelin görkəmini alan bu şər ruhun birinci işi bu allahsız qadını yalan haqda xəbərdar etmək oldu. Sonra guya peyğəmbər Şaula dedi: “Məni çıxararaq niyə narahat etdin?” Şaul cavab verdi: “Çox dara düşmüşəm, çünki Filiştlilər mənə qarşı müharibə edirlər. Artıq Allah da məndən üz döndərib, daha mənə peyğəmbərlər, yuxular vasitəsilə cavab vermir. Ona görə də səni çağırdım ki,nə etməliyəmsə, onu mənə bildirəsən”.AP 611.3

    Şamuelin sağlığında Şaul onun masləhətlərinə etinasızlıq göstərirdi və peyğəmbər onu ifşa edəndə inciyirdi. Lakin indi ümidsizlik və bədbəxtlik anında o hiss edirdi ki, peyğəmbərin məsləhətləri onun yeganə ümididir və səma elçisindən məsləhət soruşmaq üçün o, cəhənnəm elçisinə müraciət etdi! Şaul bütünlüklə şeytanın hakimiyyətinə təslim oldu və iztirablardan və ölümdən ləzzat alan şər, bədbəxt padşahı məhv etmək üçün var qüvvəsindən istifadə etdi. Şaulun ümidsiz yalvarışlarına cavab olaraq yalançı Şamuel cavab verdi:AP 612.1

    “Əgər Rəbb səndən üz döndəribsə, demək O sənə düşmən olmuşdur. Belə halda bunu niyə məndən soruşursan? Rəbb mənim vasitəmlə söylədiyini etdi və padşahlığı sənin əlindən qoparıb onu sənin yaxının Davuda verdi. Sən Rəbbin sözünə baxmadığın və Onun qızğın qəzəbini Amaleqlilərin üstünə gətirmədiyin üçün bu gün O səni bu hala salıb. Rəbb səninlə bərabər İsraili də Filiştlilərə təslim edəcək və sabah sən və oğulların mənimlə bərabər olacaqsınız, çünki Rəbb İsrail ordusunu da Filiştlilərə təslim edəcək”.AP 612.2

    İtaətsiz Şaul şeytan tərəfindən amansızcasına aldadılmışdı. Şirnikləndiricinin işi eb bundan ibarətdir - günahı kiçiltmək, azğınlıq yolunu rahat və cəlbedici etmək və Allahın xəbərdarlığını və hədəsini qəbul etməmək üçün ağlı korlatmaq. Şeytan öz gücündən istifadə edərək, Şamuelin ifşası və xəbərdarlığı qarşısında Şaulu özünə haqq qazandırmağa təhrik etdi. Lakin indi, Şaul bədbəxt vəziyyətdə olanda, Şeytan onun günahının bütün dərinliyini və tövbənin qeyri-mümkünlüyünü göstərərək ona hücuma keçdi ki, beblikb onu əzab çəkməyə məcbur etsin. Onda cəsarəti öldürmək, düşüncəsini qarışdırmaq və ya ümidsizliyə düçar etmək, intihara sürükləmək üçün bundan yaxşı şey fikirləşmək olmazdı.AP 612.3

    Yorğunluqdan və orucdan zəifləmiş, vicdan əzabından üzülmüş Şaul dəhşətli qisməti eşidərək tufandakı palıd kimi titrədi və yerə yıxıldı. Cindar qadın çox qorxdu. İsrailin padşahı onun önündə ölü kimi uzanmışdı. Əgər o, onun evində ölsə, onun başına nə gələcəkdir? O, Şaulu dilə tutdu ki, qalxsın və yemək yesin, çünki o, həyatı ilə risk edərək onun arzusunu yerinə yetirmişdi, indi isə qoy Şaul onun həyatını xilas edərək ona qulaq assın. Onun xidmətçiləri də bu xahişə qoşuldular, nəhayət, Şaul təslim oldu və qadın ona dana əti və tezcə hazırlanmış mayasız kökələr verdi. Necə bir səhnə! Bir az əvvəl şeytanın elçisinin hüzurunda faciəli qisməti səslənən, Allahın İsrail padşahlığına məsh etdiyi adam sehrkar qadının vəhşi mağarasında sabahkı ölüm-dirim döyüşündə möhkəm olmaq üçün süfrə arxasında oturmuşdu.AP 612.4

    Səhərə yaxın Şaul öz xidmətçiləri ilə İsrail düşərgəsinə qayıtdı ki, qarşıdakı döyüş üçün sonuncu hazırlıqlan etsin. Zülmət ruhu ilə ünsiyyətdən sonra Şaul tamamilə özünü itirmişdi. Dəhşətli ümidsizliyə qapılaraq, o, daha adamlara qələbəyə inam təlqin etməyə qadir deyildi. Güc Mənbəyindən uzaq düşərək, Şaul İsrailin diqqətini onların Köməkçisi kimi Allaha yönəldə bilmirdi. Qabaqcadan deyilmiş dəhşətli sözlər beləcə yerinə yetdi.AP 613.1

    Şunem vadisində Gilboa dağı yaxınlığında israilli və filiştli orduları ölüm-dirim çarpışmasına girdilər. En-Dor mağarasındakı dəhşətli səhnə Şaulun qəlbindəki bütün ümidləri məhv etsə də, lakin o, öz taxt-tacı və padşahlığı uğrunda dəlicəsinə qətiyyətlə vuruşurdu. Lakin hər şey əbəs idi. “İsraillilər Filiştlilərin önündən qaçdılar, qırılanlar Gilboa dağında qaldı”. Padşahın üç cəsur oğlu onun yanında həlak oldu. Atıcılar Şaulu dövrələmişdilər. O görürdü ki, onun əsgərləri onun yanında necə həlak olurlar, onun oğullan qılıncla necə məhv edildilər. Yaralı halda o, nə qaça, nə də vuruşa bilirdi. Xilas olmaq mümkün deyildi və onda Filiştlilərə təslim olmamağı qərara alaraq, o, öz silahdarına dedi: “Qılıncını çək, məni vur”. O isə Allahın məsh etdiyinə əl qaldırmağa etiraz edəndə, Şaul qılıncın üstünə yıxılaraq özünü həlak etdi.AP 613.2

    İsrailin birinci padşahı öz canını intiharla ləkələyərək beləcə həlak oldu. Onun həyatı məhv edildi və o, qəbrə şərəfsizlik və ümidsizlik içərisində girdi, çünki öz təhrif olunmuş iradəsilə o, Allahın iradəsinə qarşı çıxmışdı.AP 613.3

    Məğlubiyyət haqda xəbər hər yerə yayılaraq, bütün İsraili dəhşətə gətirirdi. Xalq şəhərlərdən qaçırdı və Filiştlilər döyüşsüz onlara daxil olurdular. Allahdan asılı olmaq istəməyən Şaulun padşahlığı, demək olar ki, Onun xalqının tam dağıdılması ilə başa çatdı.AP 614.1

    Sabahısı günü Filiştlilər döyüş meydanını nəzərdən keçirəndə, ölüləri qarət edəndə, onlar Şaulun və onun üç oğlunun cəsədlərini tapdılar. Tam qələbə üçün onlar Şaulun başını gəsdilər, onu öz qılıncına keçirtdilər və onun silahı ilə birlikdə qələbə qənimətləri kimi öz torpaqlarına göndərdilər ki, “bütlərinin məbədini və xalqı müjdələsinlər”. Silahı sonra Aştoretin evinə qoydular, başı isə Daqonun məbədinə qoydular. Beləliklə, onların qazandıqları qələbə yalançı allahlara aid edildi, Tanrının adına isə ləkə gəldi.AP 614.2

    Şaulun və oğullarının bədənləri Gilboa dağı və İordan çayı yaxınlığındakı Bet-Şean şəhərinə gətirildi. Burada onlan zəncirlərdən asaraq vəhşi quşlarınn ixtiyanna buraxdılar. Lakin Yaveş-Gileadın cəsur sakinbri Şaulun padşahlığının ilk xoşbəxt günbrində onları xilas etməsinə minnətdarlıq olaraq həmin yerə gəldibr, padşahın və oğullarmm bədənbrini götürdübr və onları hörmətb dəfn etdibr. Gecə İordandan keçərək onlar “Şaulun və oğullarının cəsədini Bet-Şeanm divanndan götürdübr. Yavişə gəlib orada cəsədləri yandırdılar. Sonra cəsədbrin sümükbrini götürüb Yaveşdə, yulğun ağacının altında basdırdılar və yeddi gün oruc tutdular”. Qırx il əwəl edilmiş nəcib hərəkətə görə həssas və mərhəmətli əllər Şaul və oğulları üçün məğlubiyyətin və şöhrətsizliyin bu tutqun saatında onlar üçün dəfn yeri hazırladılar.AP 614.3

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents