62-cü fəsil
DAVUDUN MƏSH EDİLMƏSİ
(Bu fəsil Şamuelin Birinci Kitabının 16:1-13- cü fəslinə əsaslanır)
“Böyük padşahın şəhəri” - Yerusəlimdən bir neçə mil cənubda Bet-Lexem yerləşirdi. Burada İsaya beşikdə layla çalmalarından və Şərqin müdriklərinin Ona səcdə etmələrindən min ildən artıq əvvəl Yessey oğlu Davud burada anadan oldu. Xilaskarın gəlməsindən yüzilliklər əvvəl hələ tamamilə uşaq olan Davud Bet-Lexemi əhatə edən təpəbrdə qoyun otarırdı. Sadə oğlan, çobancığaz adət etdiyi işlə məşğul olaraq özü üçün qoşduğu nəğmələri oxuyurdu, arfanın sədaları isə onun melodik, təmiz, gənc səsinə xoş ahəng verirdi. Rəbb Davudu seçmişdi və gələcək illərdə ona etibar etmək istədiyi iş üçün onu çoban həyatının tənhalığında hazırlayırdı.AP 576.1
Davud öz adi çoban işi ilə məşğul olduğu zaman, Rəb Allah peyğəmbər Şamuelə dedi: “İsrail üzərində padşah olmasın deyə, Şaulu rədd etdiyim halda sən nə vaxta qədər onun dərdini çəkəcəksən? Yağ buynuzunu yağla doldur və get. Səni Bet-Lexemli Yesseyin yanına göndərirəm. Çünki onun oğullararı arasında özüm üçün padşah təyin etmişəm... Özünlə bir düyə götürüb “Rəbbə qurban kəsmək üçün gəlmişəm” de”. Yesseyi də qurban mərasiminə dəvət et və sonra nə edəcəyini sənə bildirəcəyəm. Sənə deyəcəyim adamı Mənim üçün məsh edəcəksən”. Şamuel Rəbbin söybdiyi kimi etdi, Bet-Lexemə getdi. Şəhərin ağsaqqalları onu həyəcanla qarşıladılar və dedilər: “Bu gəlişin xeyirdirmi”? O dedi: “Bəli xeyirdir”. Ağsaqqallar ibadətə gəlmək dəvətini qəbul etdilər və Şamuel Yesseyi və onun oğullarını da çağırdı. Qurbangah qurdular və hər şey qurban gətirmək üçün hazır oldu. Ən kiçik oğlu Davuddan başqa Yesseyin bütün ailəsi burada iştirak edirdi, sürünü baxımsız qoymaq təhlükəsiz olmadığı üçün onu qoyunlara keşik çəkmək üçün saxlamışdılar.AP 576.2
Qurbangətirmə qurtardı və qurban yeməyinə başlamazdan əvvəl Şamuel peyğəmbər nəzərilə Yesseyin görkəmcə nəcib olan bütün oğullarını nəzərdən keçirdi. Böyük oğlu Eliav görkəmdə, qamətdə və gözəllikdə hamıdan çox Şaulu xatırladırdı. Onun gözəl üzü və qüsursuz boy-buxunu peyğəmbərin diqqətini cəlb etdi. Onun şahanə qamətinə baxaraq Şamuel fikirləşdi: “Doğrudan da, Rəbbin məsh etdiyi Rəbbin qarşısındadır!”, onu məsh etmək üçün Allahın icazəsini gözlədi. Lakin Tanrı üçün insanın zahiri əsas deyildir. Eliavda Allah qorxusu yox idi. Əgər o, taxt-taca çıxsa idi, məğrur və sərt padşah olardı. Rəbb Şamuelə dedi: “Onun görünüşünə və uca boyuna baxma, Mən onu rədd etmişəm. Ona görə ki Rəbb insanın gördüyü kimi görməz, çünki insan zahirə, Rəbb isə ürəyə baxar”. Zahiri gözəllik Allaha qəlb haqda heç nə demir. İnsanın əsl gözəlliyini müdriklik, həm də xarakter və davranış kamilliyi ifadə edir; Rəbb tərəfindən qəbul olunmağımızı daxili zənginlik və qəlbin kamilliyi müəyyən edir. Özümüz və başqaları haqda düşüncələrdən bu həqiqətə necə də dərindən nüfuz etməyilik. Şamuelin səhvi öyrədir ki, üzün gözəlliyinə və boy-buxunun əzəmətinə əsaslanan rəy necə də miskindir, qəlbin sirlərini və ya Allah məsləhətlərini dərk etməkdə Göylərin xüsusi ziyası olmadan insan müdrikliyi necə də uzaqgörən deyildir. Öz yaratdıqlarına münasibətdə Allahın niyyətləri və yolları bizim məhdud şüurumuzdan çox yüksəkdədir, lakin biz əmin ola bilərik ki, O, Öz övladlarını məhz onlara tapşırılan işi yerinə yetirməyə qadir olduqları yerə və onların iradəsinin Allahın iradəsinə tabe olduqlan zaman göndərəcəkdir ki, Onun xeyirxah planları insanın xudbinliyi ilə pozulmasın.AP 577.1
Beləliklə, Eliavdan yan keçildi və peyğəmbər ibadətdə iştirak edən digər altı qardaşı nəzərdən keçirdi, lakin Rəbb Öz seçkisini onların heç birinin üzərində saxlamadı. Şamuel əzabverici intizarla gənclərdən sonuncusuna baxdı. Peyğəmbər özünü itirmiş, duruxmuşdu. O, Yesseydən soruşdu: “Oğlanlarının hamısı budur?” Ata cavab verdi: “Lap kiçiyi də var, odur, qoyun otarır”. Şamuel onu gətirmələrini əmr edərək dedi: “Bir nəfər göndər, qoy o da buraya gəlsin. Çünki o buraya gəlməsə, biz süfrəyə oturmayacağıq”.AP 577.2
Tənha çoban qəfil dəvətdən çox təəccübləndi: Davudun yanına göndərilən adam Bet-Lexemdən gələn və onun arxasınca adam göndərən peyğəmbərdən danışdı. O, təəccüblə soruşurdu ki, peyğəmbər və İsrailin hakimi nə üçün onu görmək istəyir, lakin ləngimədən dəvətə itaət etdi. “O, alyanaq, gözləri gözəl, üzü göyçək idi”. Şamuel gözəl, qoçaq, təvazökar gənc çobana razılıqla baxanda Allahın səsi peyğəmbərə dedi: “Dur, onu məsh et, çünki seçilmiş budur”. Öz adi çoban işi ilə məşğul olan Davud cəsarət və sədaqət göstərmişdi və indi Allah onu Öz xalqının rəhbəri olmaq üçün seçmişdi. “Şamuel yağ buynuzunu götürüb qardaşları arasında onu məsh etdi və o gündən başlayaraq Davudun üzərinə Rəbbin Ruhu qüvvə ilə endi”. Peyğəmbər ona tapşırılan işi yerinə yetirdi və rahat qəlblə Ramaya qayıtdı.AP 578.1
Şamuel öz hərəkətinin məqsədini hətta Yesseyin ailəsinə də açmadı və buna görə də Davudun məsh edilməsi gizli oldu. Lakin peyğəmbər bununla gəncə işarə etdi ki, onu necə yüksək qismət gözləyir, çünki sonrakı illərin çətinlikləri və təhlükələri arasında, bu haqda fikir, onun ömründə həyata keçəcək Haqq vəzifəsinə sadiq qalmaqda ona kömək etməli idi.AP 578.2
Davuda göstərilən böjrük şərəf onu məğrur etmədi. Onun tutmalı olacağı yüksək mövqeyə baxmayaraq, sakitcə öz adi işi ilə məşğul olmaqda davam edirdi və Allah planlarının Onun müəyyən etdiyi vaxtda və təyin etdiyi üsulla həyata keçməsini itaətlə gözləyirdi. Məsh olunmasından əvvəl olduğu kimi həlim və təvazökar çoban oğlan öz sürüsünün yanına qayıtdı və əvvəlki mehribanlıqla onların qayğısına qaldı. Lakin o, yeni ilhamla öz nəğmələrini qoşmağa və arfa çalmağa davam etdi. Onun gözünü gözəl, zəngin mənzərələr oxşayırdı. Ağır üzüm salxımlan günəş altında bərq vururdular. Meşələrdə yaşıl yarpağa bürünmüş ağaclar sərin mehdən yellənirdilər. O, bütün səmaya nur çiləyərək, təzə bəy kimi öz gərdəyindən çıxan və meydanda dövrə vuran pəhləvan kimi coşan günəşə baxırdı. Dağların sərt zirvələri göyə ucalırdı, uzaqda isə Moavın dağ silsiləsinin çılpaq sıldırımları görünürdü; bütün bunların üzərində göylərin şəffaf örtüyü açılmışdı, daha yüksəkdə isə Allah idi. Davud Onu görə bilmirdi, lakin Onun bütün işləri şöhrətlə dolu idi. Meşələri və dağları, çəmənləri və çayları qızılı rəngə boyayan gün işığı, düşüncələri işıq Atasını, hər bir xoş və kamil töhfənin Müəllifini dərk etməyə yüksəldirdi. Yaradanın mahiyyətinin və əzəmətinin hər gün açılan vəhyləri gənc şairin qəlbini pərəstiş və heyranlıqla doldururdu. Allah və Onun işləri haqda düşüncələrdə gələcək işlər üçün Davudun əqli və mənəvi qabiliyyətləri inkişaf edirdi və möhkəmlənirdi. Onun şüuru Allahı dərk etməkdə daha dərinliklərə vanr, nəğmə və melodiyalar üçün yeni mövzularla zənginləşirdi. Onun gur, melodik səsi təpələrdə əks-səda verərək havada yayılırdı, sanki səma mələklərinin şən nəğmələrinə cavab verirdi.AP 578.3
Tənha təpələr arasında həmin zəhmət və sərgərdanlıq illərinin nəticələrini kim ölçə bilər? Təbiət və Allahla ünsiyyət, sürü qayğısı, təhlükələr və qurtuluş, adi qismətinin kədər və sevincləri Davudun yalnız xarakterini formalaşdırmalı və sonrakı həyatına təsir etməli deyildi - gözəl İsrail müğənnisinin məzmurları bütün gələcək əsrlər boyunca Allah xalqının qəlbində məhəbbət və iman alovlandırmalı idi, onların, bütün yaratdıqlarının həyatı Onda olan əbədisevər Allaha daha da yaxınlaşdırmalı idi.AP 579.1
Kişiliyin və gözəlliyin ən çiçəklənən dövründə Davud yer üzündəki nəcib insanlar arasında yüksək mövqe tutmağa hazırlandı. Onun istedadları Allahın qiymətli töhfələri kimi İlahi Töhfəçinin izzətlənməsinə xidmət etdi. Allahın şöhrəti haqda fikirləşmək və dərk etmək imkanları onu müdriklik və möminliklə zənginləşdirdi ki, bu da onu Allahın və mələklərin sevimlisi etdi. Yaradanın kamilliyi haqda düşüncələr zamanı onun qəlbində Allah haqda daha aydın təsəvvür açıldı. Anlaşılmaz suallar aydınlaşdı, çətinliklər həll olundu, pərtliklər harmoniyaya çevrildi və yeni işığın hər şüası onda yeni heyranlıq coşğunluqları doğurdu, Allahın, Əfvedicinin şöhrəti haqda daha gözəl melodiyalar yaratdı. Ona hərəkət verən məhəbbət, düşdüyü kədər, qazandığı qələbələr - hamısı fəal şüur üçün mövzu idi; ona həyatında göstərilən Allahın Məhəbbəti haqda düşünəndə onun qəlbi pərəstiş və minnətdarlıqla getdikcə daha çox dolurdu; onun səsi daha gözəl nəğmələr səsləndirirdi, arfası daha təntənəli və şən səslənirdi və çoban oğlan qüvvədən qüvvəyə, bilikdən biliyə keçirdi, çünki Allahın Ruhu onun üzərində idi.AP 579.2