Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Ağsaqqallar və Peyğəmbərlər

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    67-ci fəsil
    QƏDİM VƏ MÜASİR SPİRİTİZM

    Şaulun En-Dor sehrbaz qadının yanına getməsi haqda Müqəddəs Kitabda yazılanlar Müqəddəs Yazıları tədqiq edənlərin çoxusu üçün anlaşılmazlıq mənbəyidir. Bəziləri təsdiq edirlər ki, Şaulla danışan Şamuel olmuşdur, lakin Müqəddəs Kitabda bu cür fikrin çoxlu əsaslı təkzibləri vardır. Əgər bəzilərinin iddia etdikləri kimi, Şamuel göydə olsaydı, onda o, oradan Allahın və ya iblisin qüvvəsinin təsiri ilə enməli idi. Hətta bir anlığa da fikirləşmək olmaz ki, allahsız qadının cadusu təsdiq olunsun deyə, şeytan Allahın müqəddəs peyğəmbərini göydən endirməyə qadir gücə malikdir. Biz onu da düşünə bilmərik ki, Allah onu cadugərin mağarasına çağırmışdır, çünki Allah hələ əvvəl Şaulla yuxularda, urim vasitəsilə və peyğəmbərlər vasitəsilə ünsiyyət etməkdən imtina etmişdi (bax l Şəm.28:6). Bu ünsiyyət vasitələrini Allah Özü təyin etmişdi və O, onlara etinasızlıq göstərərək, Öz iradəsini şeytanın silahı vasitəsilə xəbər verməzdi.AP 615.1

    Bu xəbərin sözlərinin özü onların haradan gəldiyinə şəhadət edirdi. Onlar ona yönəlmişdilər ki, Şaulu tövbəyə deyil, məhvə gətirsinlər, bu isə Allahın deyil, şeytanın peşəsidir. Bundan başqa, göstərilir ki, sehrkar qadının yanında kömək axtaran Şaulun elə bu hərəkəti onun Allah tərəfindən rədd edilməsinin və həlakının səbəblərindən biri olmuşdur. “Beləcə Şaul Rəbbə qarşı xainlik etdiyi üçün öldü. O, Rəbbin sözünə əməl etməyib cindara müraciət etdi, amma Rəbbdən məsləhət istəmədi. Ona görə də Rəbb onu öldürdü və padşahlığı Yesseyin oğlu Davuda verdi” (lSalnamələr 10:13,14). Burada aydın deyilmişdir ki, Şaul Allahdan deyil, cadugərdən soruşmuşdur. O, Allahın peğəmbəri Şamuellə deyil, cadugərin köməyi ilə şeytanla danışmışdı. Şeytan həqiqi Şamueli göstərə bilməzdi, öz məkrli niyyətlərini həyata keçirmək üçün yalnız onun görkəmini almışdı. Qədim spiritizmin və cadugərliyin, demək olar ki, bütün növləri ölülərlə ünsiyyət imkanına inama əsaslanmışlar. Qara magiya ilə məşğul olanlar təsdiq edirdibr ki, gələcək haqda bilmək üçün onlar ölülərin ruhları ilə danışırlar. Ölülərlə bu ünsiyyət adəti haqda peyğəmbər Yeşaya da demişdir: “Sizə bəzi adamlar deyəndə ki, “pıçıldayıb mırıldayan cindarlarla, ruh çağıranlarla danışın”, onlara belə cavab verin: “Xalq öz Allahından məsləhət almamalıdırmı? Heç dirilər barəsində ölülərlə danışarlarmı?” (Yeşaya 8:19).AP 615.2

    Bütpərəstliyin də məhək daşı ölülərlə ünsiyyətin mümkünlüyünə inamdır. Bütpərəstbr inanırdılar ki, onların allahları ölmüş qəhrəmanların müqəddəs ruhlarıdır. Beləliklə, bütpərəstlərin dini ölülərə xidmət idi. Bu, Müqəddəs Yazıdan aydın görünür. İsrailin Peordakı Baalın günahı haqda deyilmişdir: “İsrail xalqı Şittimdə yaşayarkən kişiləri Moav qızları ilə zina etməyə başladı. Bu qadınlar allahlarına qurban kəsəndə İsrail xalqını da dəvət edirdilər. İsrail xalqı qurban ətindən yedi və onların allahlarına səcdə etdi. İsrail övladlan Peordakı Baal bütünə səcdə edənlərə qoşuldular və Rəbbin qəzəbi İsraillilərə qarşı alovlandı” (Saylar 25:1-3). Məzmur oxuyan bu qurbanların hansı allahlara gətirildiyini söybyir. İsrailin həmin dönüklüyünü təsvir edərək o deyir: “Onlar Peordakı Baala səcdə etməyə gəldibr, ölü bütə verilən qurban ətindən yedilər” (Məzmur 106:28); bu o deməkdir ki, onlar ölülərə qurbanlar gətirirdibr.AP 616.1

    Ölülərin ilahibşdirilməsi, demək olar ki, hər bir bütpərəst dində mühüm yer tutur, ölübrb ünsiyyət təcrübə də edilir. İnsanlar inanırdılar ki, allahlar onlara öz iradələrini xəbər verirlər və onlardan məsbhət istəyəndə, onlar məsbhət verirlər. Həmin şeyləri Yunanıstanın və Romanın məşhur falçıları haqda da demək olar. AP 616.2

    Ölülərlə ünsiyyətə inam hətta məsihçi adlanan ölkələrdə beb hələ də mövcuddur. Özlərini ölülərin ruhları adlandıran varlıqlarla ünsiyyət hesab edibn spiritizm geniş yayılmışdır. Spiritizm əsasən öz yaxınlarını itirənləri cəlb edir. Bu varlıqlar bəzən insanlara onların ölmüş dostlarının surətlərində görünürlər və onların həyatlarındakı hadisələrdən danışırlar və ya sağlıqlarında etdikləri hərəkətləri edirbr, beləliklə, insanları inanmağa məcbur edirlər ki, ölmüş dostları yaxınlıqda uçan və onlarla ünsiyyət edən məbklərə çevrilmişlər. Onlan ilahiləşdirməyə başlayırlar və bəziləri onların sözlərini Allahın Sözündən üstün tuturlar.AP 616.3

    Lakin çoxları spiritizmi sadəcə fınldaq sayırlar. Onun tərəfdarlarının fövqəladə hesab etdikləri halları onlar medium tərəfindən yalan kimi qiymətləndirirlər. Lakin bu yalan nə qədər təbii görkəm alsa da, fövqəladə qüvvənin izləri duyulur. Spiritizmi yalnız insan məharətinin və ya hiyləgərliyinin nümayişi hesab edənlərin çoxusu heç nə ilə izah edə bilmədikləri hallarla qarşılaşdıqda, onu təsdiq etməyə məcbur olurlar.AP 617.1

    Müasir spiritizm, qədim cadugərlik, əsasında ölülərlə ünsiyyət duran bütpərəstlik səcdəsi başlanğıclarını şeytanın Həvvanı Ədəmdə aldatdığı birinci yalandan götürürlər: “Yox, əsla ölməzsiniz. Əksinə, Allah bilir ki, o meyvələrdən yediyiniz gün... Allah kimi olacaqsınız” (Yaradılış 3:4,5). Yalana əsaslanaraq və onunla əbədiləşərək, onlar yalanın atasından gəlirlər.AP 617.2

    İbranilərə, hər hansı formada olur-olsun, ölülərə müraciət etmək ciddi qadağan olunmuşdu. Allah bu qapını qətiyyətlə bağlayıb demişdi: “... ölülər heç nə bilmir... səma altında görülən işlərdə daha payları olmayacaq” (Vaiz 9:5,6). “Onlar canı çıxan kimi torpağa düşər, niyyətləri bircə anda yox olar”(Məzmur 146:4). Rəbb İsrailə demişdir:“Mənə xəyanət edərək cindarlara və ruh çağıranlara tərəf dönən hər kəsdən üz döndərib xalqın arasından qovacağam”(Levilibr 20:6).AP 617.3

    “Gələcəyi xəbər verən ruhlar” ölülərin ruhları deyil, şeytanın elçiləri olan şər məbkləri idi. Müqəddəs Kitab deyir ki, özünə, gördüyümüz kimi, ölülərə səcdəni və onlarla ünsiyyəti daxil edən qədim bütpərəstlik iblislərə xidmətdir. Həvari Pavel öz qardaşlarını bütpərəstliyin hər bir formasından çəkindirərək deyirdi: “Bütpərəstlər qurban gətirəndə Allah deyil, cinlərə gətirirlər; lakin mən istəmirəm ki, siz cinlərlə ünsiyyətdə olasımz” (1 Korinflilərə 10:20). Zəbur oxuyan İsrail haqda deyir ki, onlar “öz oğullarını və qızlarını cinlərə qurban gətirirdilər” və sonrakı ayədə izah edir ki, onlar onları “Kənan bütlərinə” qurban edirdilər (Məzmur 106:37,38). Ölülərə səcdə etdiklərini fikirləşərək, onlar əslində iblislərə səcdə edirdilər.AP 617.4

    Həmin prinsiplərə əsaslanan müasir spiritizm Allah tərəfindən ittiham və qadağan olunan qədim cadugərliyin və cinlərə ibadətin yeni formada dirçəldilməsidir. Müqəddəs Yazı peyğəmbərcəsinə deyir ki, “son dövrlərdə yoldan çıxaran ruhlara və iblisanə təlimlərə uyaraq bəziləri imandan dönəcəklər” (1 Timoteyə4:1). Pavel özünün Saloniklilərə ikinci məktubunda diqqəti şeytanın spiritizmdən Məsihin İkinci gəlişindən əvvəlki hadisə kimi istifadə edəcəyinə yönəldir. Məsihin İkinci gəlişi haqda damşaraq o bildirir ki, şeytanın işi “bütün gücü, əlamətləri və yalançı möcüzələrilə” keçiriləcəkdir (2 Saloniklilərə 2:9). Son günlərdə imanlılar cəmiyyətinin hansı təhlükələrə məruz qalacağını təsvir edərək Peter deyir ki, keçmişdə İsraili günaha aparan yalançı peyğəmbərlər olduğu kimi, o vaxt da “aranızda yalançı müəllimlər olacaqlar. Bir çoxları da onlann şəhvətpərəstliyinin ardınca gedəcəklər” (2Peter 2:1,2) Həvari burada spiritualist müəllimlərin fərqləndirici əlamətlərindən birini göstərir. Onlar Məsihi Allahın Oğlu hesab etmirlər. Bu cür müəllimlər haqda İsanın sevimli şagirdi Yəhya deyir: “İsanın Məsih olduğunu inkar edən yalançı deyilsə, bəs kimdir? Bu adam Məsihin əleyhdandır. O, Atanı və Oğulu inkar edir. Oğulu tamdığım inkar edən hər kəs Atadan da məhrumdur” (1 Yəhya 2:22,23). Spiritizm Məsihi inkar edərkən, bu halda Atanı da, Oğulu da inkar edir və Müqəddəs Kitab bunu Məsihin əleyhdannın fəaliyyəti adlandırır.AP 618.1

    Şaulun qismətini En-Dor qadını vasitəsilə söyləməklə şeytan bütün İsraili azdırmaq istəyirdi. O ümid edirdi ki, ibranilər cadugərə etibar edərək məsləhətlər üçün onun yanına gələcəklər və beləliklə, Allahı öz Məsləhətçiləri kimi tərk edəcəklər və şeytanın hakimiyyətinə təslim olacaqlar. Gələcəyi görməyin və Allahın insanlardan gizlətdiyini açmağın mümkünlüyünü bildirməklə, spiritizm özünə çoxlu tərəfdarlar cəlb edir. Allah öz Sözündə gələcəyin böyük hadisələrini, bilməyimiz üçün zəruri olan bütün mühüm şeyləri təsvir etmişdir; O, təhlükələr arasında bizə sədaqətli bələdçi vermişdir, lakin şeytan var gücü ilə çalışır ki, insanların Allaha etibarını dağıtsın, onlarda həyatdan narazılıq oyatsın, Allahın öz müdrikliyi ilə onlardan gizlətdiyini açmağa və Onun öz müqəddəs Sözündə açdıqlarına nifrət etməyə məcbur etsin.AP 618.2

    Fəaliyyətlərinin nə ilə qurtaracağını dəqiq bilmədikdə, çoxları bərk narahatçılıq keçirirlər. Onlar qeyri-müəyyənliyə dözmürlər və öz səbirsizlikləri ilə Allahın xilasını görmək üçün gözləməkdən imtina edirlər. Baş verə biləcək bədbəxtlik haqda düşünərək, onlar rahatlıqlarını itirirlər. Onlar üsyankar hisslərinə azadlıq verirlər və Allahın onlara açmadığını bilmək üçün dərd içində ora-bura vurnuxurlar. Əgər onlar Allaha etibar etsəydilər, ruhlansaydılar və dua etsəydilər, onlar İlahi təsəlli tapardılar və ruh Allahla ünsiyyətdən rahatlıq əldə edərdi. Onlar Məsihə müraciət etsəydilər, onların üzülmüş və ağırlaşmış canları sülh və rahatlıq tapardı, lakin onlar Rəbbin onların təsəllisi üçün təyin etdiyi vasitələrə etinasızlıq göstərəndə və Allahın onlardan nə gizlədiyini bilmək ümidi ilə başqa mənbəələrə əl atanda, Şaulun səhvini təkrar edirlər və pis şeydən başqa heç nə öyrənmirlər.AP 618.3

    Bu, Allahın xoşuna gəlmir və O, bu haqda çox aydın demişdir. Gələcəyi bizdən gizlədən pərdəni bu cür səbirsiz cırmaq arzusu Allaha imanın olmadığını göstərir və cam şeytanın pıçıltılarına qarşı müdafiəsiz qoyur. Böyük yalançı insanları baxıcılara müraciət etməyə təhrik edir və keçmişin hadisələrini açmaqla təlqin edir ki, gələcəyi də xəbər verməyə qadirdir. Çoxəsrlik təcrübəyə malik olaraq, o, hər cür hərəkətlərin nəticələrini bilir və çox vaxt insana onun gələcəyini dəqiq söyləyir. Beləcə o, yazıq canları aldadır, onlann üzərində hakimiyyət qazanır və onlan öz iradəsinin əsiri edir.AP 619.1

    Allah peyğəmbər vasitəsilə bizi xəbərdar edir: “Sizə bəzi adamlar deyəndə ki, “pıçıldayıb mırıldayan cindarlarla, ruhçağıranlarla danışın”, onlara belə cavab verin: “Xalq öz Allahından məsbhət almamalıdırmı?Heç dirilər barəsində ölülərlə danışarlarmı? Allahın təliminə, şəhadətinə sarı dönün! Əgər onlar Allahın kəlamı ilə danışmasa, onlar üçün nur şəfəqi saçmayacaq” (Yeşaya 8:19,20). Məgər müqəddəs, müdriklik və gücdə Hədsizə can atanlar Allahın düşməni ib ünsiyyətə girən baxıcılara müraciət edə bilərlərmi? Öz xalqı üçün Allah Özü İşıqdır. O, Öz xalqına insan gözlərindən gizbdilmiş şöhrətə baxmağı əmr edir. Həqiqət Günəşi onların qəlblərinə parlaq şüalar göndərir. Onlar səma taxt-tacından işıq alırlar və İşıq Mənbəyini tərk edib şeytanm elçilərinə müraciət etməyə heç bir istək duymurlar.AP 619.2

    Şaulla danışan şər ruh günahı ittiham etsə də və ona görə cəzalanacağını desə də, Şaulu dəyişdirmək istəmirdi, onu ümidsizliyə və həlaka sürükləmək istəyirdi. Lakin şeytan çox vaxt insanları şimikləndirərək məhv etməklə əks üsuldan da istifadə edir. İblis bütlərinin təlimi qədim dövrlərdə ən alçaq günahlara da rəvac verirdi. Həqiqətə etinasız baxırdılar, mənəviyyatsızlığa isə nəinki imkan verirdilər, hətta alqışlayırdılar. Spiritizm təsdiqləyir ki, ölüm yoxdur, günah yoxdur, məhkəmə yoxdur, qisas yoxdur, insanlar “günahsız yarımallahlardır”, istək ən yüksək qanundur və insan özü qarşısında cavabdehdir. Həqiqəti qorumaq üçün Allahın yüksəltdiyi sədlər: bakirəlik və möminlik dağılmışdır və bununla bir çox adamların günahlarına rəvac verilir. Məgər bu cür təlim şəhadət etmirmi ki, o, iblislərə ibadətə bərabərdir?AP 619.3

    Natəmiz ruhlarla ünsiyyətin nəticələrini Allah israillilərə bütpərəst, pozğun, qatil, bütün təbii hisslərdən məhrum olmuş kənanlıların murdarlıqlarında göstərmişdir. Onların fikirləri və əməlləri iyrənc idi. İnsanlar çox vaxt özləri-özlərini tanımırlar. “İnsan ürəyi hər şeydən hiyləgərdir, sağalmaz xəstəliyi var” (Yeremya 17:9). Lakin Allah pozğun insan təbiətinin zəifliklərini başa düşür. O vaxt, indiki kimi, şeytan Allaha qarşı üsyan üçün yaxşı şərait yaratmağa çalışırdı ki, İsrail xalqı Allah üçün Kənanlılar kimi iyrənc olsun. Canları məhv edən qarşısıalınmaz şər axınlarını bu cür ürəklərə yönəltməyə çalışıraq həmişə hazır vəziyyətdədir, çünki o istəyir ki, biz həlak olaq və Allah tərəfindən ittiham olunaq.AP 620.1

    Şeytan Kənan torpağına hakim olmaq istəyirdi, lakin bura İsrail xalqının məskəni olduqda və Allah Qanunu həmin torpağın qanunu olduqda, o, İsrailə qəddarcasına nifrət etdi və onu məhv etməyi düşündü. Natəmiz ruhların təsiri nəticəsində ibranilər başqa allahlara səcdə etməyə başladılar, öz allahsızlıqları üzündən onlar nəhayət bütün dünyaya səpələndilər. Bu hadisəni şeytan bizim günümüzdə də təkrar etmək istəyir. Allah Öz xalqını bu dünyanın mürdarlıqlarından ayınr ki, onlar Onun müqəddəs qanununa riayət edə bilsinlər və buna görə də “böhtançının qardaşlarımıza” nifrətinin həddi yoxdur. “...,çünki iblis, vaxtının az olduğunu bilərək böyük qəzəblə yanınıza endi” (Vəhy 12:10-12). Səmavi Kənan artıq bizdən uzaq deyildir və şeytan var qüvvəsi ilə çalışır ki, Allah xalqını məhv etsin və onları mirasdan məhrum etsin. “Ayıq olub dua edin ki, imtahana uğramayasınız” (Mark 14:38) xəbərdarlığı heç vaxt hələ bu günkü qədər öz vaxtında olduğu kimi səslənməmişdir.AP 620.2

    Nə vaxtsa qədim İsrailə deyilən Allah sözləri Onun xalqına bizim günlərimizdə də aiddir. “Cindarlara və ruh çağıranlara tərəf dönməyin, onlarla danışmayın, yoxsa murdarlanarsınız”. “Rəbb belə iş görənlərə nifrət edir”. (Levililər 19:31; Qanunun təkrarı l8:12).AP 621.1

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents