Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Ağsaqqallar və Peyğəmbərlər

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    32- ci fəsil
    QANUN VƏ ƏHDLƏR

    Adəm və Həvva yaradılarkən onlara Allah Qanunu öyrədilmişdi, Allahın tələbləri onlara məlum idi, çünki Qanunun hökmləri qəlblərinə həkk olunmuşdu: insan günah edəndə qanunda dəyişiklik olmadı, insanın Allaha itaət yoluna qayıtması üçün xüsusi ibadət sistemi də təyin olunmadı. Ancaq Xilaskar haqqında vəd verildi və qurbanların gətirilməsi Məsihin günahlar üçün ən böyük qurban olacağına şəhadət edirdi. Əgər Allahın Qanunlarına həmişə əməl olunsaydı, onda nə ölüm olardı, nə də Xilaskara və qurbanlara ehtiyac.AP 313.1

    Adəm Allahın Qanunlarını öz müasirlərinə öyrədirdi və bu Hikmət atadan oğula, nəsildən nəsrlə miras qalırdı. Lakin insanın xilası üçün göstərilən bütün cəhdlərə baxmayaraq yalnız bəziləri Qanunu qəbul etdi və ona tabe oldu. Dönüklük nəticəsində dünya o qədər düşkünləşdi ki, onu bu çirkabdan yalnız böyük daşqın təmizlədi. Nuh ailəsi ilə qanuna əməl edirdi, o, övladlanna On Hökmün mahiyyətini başa salırdı. İnsanlar Allaha yenə dönük çıxanda O, İbrahimi seçərək dedi: ” Çünki İbrahim sözümə qulaq asıb Mənim buyruğuma, əmrlərimə, qanunlarıma və təlimlərimə əməl etdi” (Yaradılış 26: 5). Ona özünü Allaha xidmətə həsr etmək simvolu olan sünnət mərasimi verildi. Bu mərasim göstərdi ki, onu qəbul edənlər bütpərəsliyə uymadan Allahın Qanununa itaət edəcəklər. İbrahimin gələcək nəslinin bütpərəslərlə ittifaq bağlayıb onların adətlərini qəbul edərək bu mərasimə əməl etməmələri Misirdə qul olmalarına səbəb oldu. Bütpərəslərlə yaxınlıq və misirlilərdən qul asılılığı ona gətirib çıxartdı ki, İlahi Hökmlər alçaq və qəddar bütpərəst təlimləri ilə daha çox təhrif olundu. Ona görə də Allah yahudiləri Misirdən çıxartdıqdan sonra məbklər əhatəsində, şöhrət və əzəmət içərisində Sina dağına endi və Qanunu orada bütün xalq qarşısında bəyan etdi.AP 313.2

    Rəbb Onun tələblərini unutmağa qadir olan xalqa bel bağlaya bilmədi və hökmləri daş lövhələrdə həkk etdi. O, İsrail xalqını hər hansı bir bütpərəst ənənələrinin Öz müqəddəs tələbləri ilə, yaxud da insani qanun və adətlərlə qarışmaq təhlükəsindən qorumaq istəyirdi. Lakin xalqa On Qanunun göstərişlərini vermək kifayət deyildi. insanlar artıq yüngüllük edirdilər və buna görə də Rəb Öz qabaqgörənliyi ilə azdırmanın daxil ola biləcəyi heç bir qapını keşiksiz qoymadı. Allah Musaya əmr etdi ki, bütün qanun və göstərişləri yazsın, tələb olunan hər şeyi ətraflı izah etsin. İnsanın Allah önündə, yaxınları önündə və yadellibr önündə vəzifələrini izah edən bu şərhlər heç kimdə şübhə yaratmamaq üçün bu qədər ətraflı təsvir edilən On Hökmün geniş prinsipbrindən başqa da mənaya malik idi. Bu izahlar daş lövhələrə həkk olunmuş On Hökmün müqəddəsliyini qorumalı idi.AP 314.1

    Əgər insan Adəmə verilən, sonra Nuh tərəfindən qorunan və İbrahimin riayət etdiyi Allah Qanununa riayət etsəydi, onda sunnət mərasiminə heç bir ehtiyac qalmazdı. Əgər İbrahimin törəmələri simvolu sunnət olan əhdə hörmət etsəydilər, onlar heç vaxt bütpərəstliyə qapılmazdılar və onların taleyi Misirdə belə yazıq köləlik olmazdı; əgər onlar Allah Qanununu öz qəlbbrində qoruyardılar və onda onu Sinada bəyan etməyə, yaxud daş lövhələr üzərində yazmağa ehtiyac olmazdı. Əgər xalq On Hökmə əsasən yaşasaydı, Musanın əlavə şərhlərinə ehtiyac olmazdı.AP 314.2

    Adəmə verilən qurbangətirmə sistemi də onun törəmələri tərəfindən təhrif edilmişdi. Mövhumat, bütpərəstlik, qəddarlıq, mənəviyyatsızlıq Allah tərəfındən müəyyən edilmiş sadə və vacib ibadəti təhrif etmişbr. Uzun müddət bütpərəstlərlə ünsiyyət ona gətirib çıxartdı ki, İsrail xalqı bütpərəst mərasimbrini öz ibadətləri ilə birləşdirərək bir çox bütpərəst adətlərini qəbul etdi. Buna görə də Rəbb Sinada qurban gətirmə ibadəti haqqında müəyyən göstərişlər verdi. Məbəd hazır olandan sonra Rəbb lütf taxtı üzərində izzət buludundan Musa ilə danışdı və qurbangətirmə sistemi və məbəddə keçiribn ibadət haqqında ona dəqiq göstərişbr verdi. Musa kitaba yazdığı mərasim qanununu belə öyrəndi. Lakin Sinada bəyan edilən On Hökmü Rəbb Özü mücrüdə müqəddəscəsinə qorunan daş lövhələrə həkk etmişdi. Çoxları bu iki sistemi birləşdirməyə çalışırlar və mərasim qanununa aid olan ayələrin köməyi ilə sübut etməyə çalışırlar ki, mənəvi qanun ləğv edilmişdir. Lakin bu, Yazıların təhrif edilməsindən başqa bir şey deyildir. Bu iki sistem arasında inkaredilməz dərin fərq vardır. Mərasim qanunu Məsihi, Onun qurbanını və müqəddəsliyi göstərən obrazlardan ibarət idi. Bu mərasim qanunu öz qurbanları və ayinləri ilə birlikdə ibranilər tərəfındən o vaxta qədər yerinə yetirilməli idi ki, dünyanın günahını Öz üzərinə götürən Məsihin, Allah Quzusunun, ölümündə reallığın obrazı görünsün. Onda bütün qurbangətirmələr mənasını itirirdi. Bu, Məsihin “mühitdən götürdüyü və çarmıxa mismarladığı” qanun idi (Koloslulara 2:14). Lakin On Hökm haqqında zəbur oxuyan deyir: “Ya Rəbb, sözün əbədidir göylərdədir, dəyişməzdir” (Məzmur 119:89). Məsih Özü də təsdiq edir: “Sanmayın ki, Mən Müqəddəs Qanunu... pozmağa gəldim... Çünki sizə doğrusun deyirəm: Göy və yer keçib getmədən, hər şey icra olmadan, qanundan ən kiçik bir hərf və ya bir nöqtə belə yox olmayacaqdır” (Matta 5:17,18). Burada O, yalnız qanunun tələblərini izah etmir, həm də inandırır ki, nə qədər ki, göy və yer mövcuddur, onlar sarsılmazdırlar. Allahın Qanunu Onun taxtı kimi dəyişməzdir. Onun tələbləri hər zaman bütün bəşəriyyətə aid olacaqdır .AP 314.3

    Sinada verilən qanun haqqında Nehemya deyir: “Sina dağı üstünə enib onlarla göylərdən damşdın. Onlara ədalətli hökmlər, doğru qanunlar, yaxşı qaydalar və əmrlər verdin” (Nehemya 9:13-qeyd müəllifindir). “Bütpərəstlərin Həvarisi” Pavel isə elan edir: “Buna görə, qanun müqəddəsdir və əmr müqəddəs, ədalətli və yaxşıdır” (Romalılara 7:12). Bu təyin yalnız On əmrə aid ola bilər; çünki bu deyir: “Tamahkarlıq etmə” (Romalılara 7:7).AP 315.1

    Xilaskarın ölümü obrazlar və simvollar qanununa son qoysa da, insanın mənəvi qanunla şərtlənən vəzifələrini heç də kiçiltmir. Əksinə, qanunun pozulmasını əfv etmək üçün zəruri olan Məsihin ölümünün özü onun dəyişilməzliyinə şəhadət edir.AP 315.2

    Məsihin Allah Qanununu ləğv etməyə və Əhdi-Ətiqi kənarlaşdırmağa gəldiyini deyənlər yəhudi dövrü haqqında qaranlıq əsr kimi danışırlar və ibranilərin dinini adi forma və ayinbrin cəmi kimi təsvir edirlər. Lakin bu yanlışdır. Müqəddəs tarixin Allahın seçdiyi xalqa münasibətindən danışan bütün səhifələrində əzəmətli “Mən Varam”ın hərarətli hüzuru qeyd edilir. İnsan oğulları onlar üçün Öz qanununu yaradan və öz yeganə Hökmdarları hesab edən vaxtdan O onlara Öz gücünün və şöhrətinin böyük əlamətlərini göstərməmişdi. Onları hakimiyyət əsası tutan insan əli deyil, İsrailin gözəgörünməz Padşahının əzəmətli və təsviredilməz qüdrəti idarə edirdi.AP 315.3

    Bütün bu vəhylərdə Allahın İlahi şöhrəti Məsih vəsitəsilə açılırdı. Yalnız Xilaskann gəlişi zamanı deyil, həm də günaha batmadan və vəd edilən əfvdən sonra bütün əsrlər ərzində, “Allah Özü ilə dünyanı banşdıranda, insanlara günah saymayanda və bizə barışdırma sözünü həvalə edəndə Məsih içində idi” (2 Korinflilərə 5:19). Həm qədim dövrdə, həm də yəhudi dövründə Məsih qurbangətirmə sisteminin bünövrəsi və mərkəzi idi. Əcdadlarımızın günaha batdığı günlərdə Allahla insan arasında birbaşa rabitə yox idi. Ata bütün dünyanı Məsihin əllərinə verdi ki, O öz xahişi ilə insanı bağışlatsın və Onun qanununun hakimiyyətini və müqəddəsliyini təsdiq etsin. Səma və günaha batmış nəsil arasındakı bütün vədlər Məsih vasitəsilə həyata keçirdi. Əcdadlarımıza bağışlanma əhdini Allah Oğlu vermişdi. Ulu atalara O açılmışdı. Adəm, Nuh, İbrahim, İshaq, Yəqub və Musa xoş müjdəyə çata bilmişdilər. Onlar gözləyirdilər ki, Özü ilə insanı çarmıxda əvəz edən və onun günahlarını bağışlayan Şəxs xilas gətirəcəkdir. Qədim dövrlərin bu müqəddəs ərləri insan bədənində bizim dünyamıza gəbcək Xilaskarla ünsiyyət edirdilər, onlardan bəziləri isə Məsihlə və səma mələkləri ilə üz-üzə söhbət edirdilər.AP 316.1

    Məsih ibranilərə səhrada yalnız yol göstərirdi, üzərində Tanrının adı olan və bulud sütununa bürünən Mələk olaraq xalqın önündə gedirdi, - İsrailə qanun verən də O idi. Sinada qəzəbli şöhrətlə əhatə olunan Məsih bütün xalqın hüzurunda Öz Atasının qanununun On Hökmünü elan etdi. O, daş lövhələr üzərində həkk olunan qanunu Musaya təqdim etdi.AP 316.2

    Peyğəmbərlərin dodaqlan ilə Öz xalqına müraciət edən Məsih idi. Həvari Peter məsihçi icmasına göndərdiyi məktubunda deyir ki, “sizə göstəriləcək lütf barəsində qabaqcadan xəbər verən peyğəmbərlərin araşdırma və tədqiqatları da bu qurtuluşa aid idi. Onlar özlərində olan Məsihin Ruhu (qeyd müəllifındir), Məsihin ələmlərinə və onlardan sonrakı izzətlərə qabaqcadan şəhadət edərkən, Ruhun kimi, yaxud hansı vaxtı qəsd etdiyini araşdırdılar” (1 Peter 1:10, 11). Məsihin səsi Əhdi-Ətiq vasitəsilə bizə müraciət edir: “Çünki İsanın şəhadəti peyğəmbərlik ruhudur” (Vəhy 19:10).AP 316.3

    Məsih insanlann arasında olanda və onları öyrədəndə onların diqqətini Əhdi-Ətiqə yönəldirdi. O, yəhudilərə deyirdi: “Yazıları araşdırırsınız, çünki əbədi həyata onlarla malik olacağınızı fıkirləşirsiniz; Mənim haqqımda şəhadət edənlər də onlardır” (Yəhya 5:39). O dövrdə Əhdi-Ətiqin kitabları Müqəddəs Kitabın yegənə kitabları idi. Allah Oğlu yenidən elan edir: “Onlarda Musanın və peyğəmbərbrin kitabları var; qoy onlara qulaq assınlar”. Sonra da əlavə edir: “Əgər onlar Musaya və peyğəmbərlərə qulaq asmırlarsa, ölülərdən biri dirilsə belə, inanmazlar”(Luka 16:29,31).AP 317.1

    Təntənəli ibadət qanunu Məsih tərəfindən verilmişdir. Sonra da, bu qanuna artıq riayət edilməyəndə də Pavel onun əfv planında yerini və Məsihin işi ilə münasibətini göstərərək ibranilərə onun əsl mənasını açdı; böyük həvari bu qanunu şərəfli, öz İlahi Yaradanına layiq adlandırır. Məbəddəki təntənəli ibadət gələcək nəsilbrə açılacaq böyük həqiqətləri simvolizə edir. İsrailin dualan ilə qalxan büxur buludu Onun salehliyini simvolizə edirdi, günahkarın duaları yalnız bu salehlik sayəsində qəbul edilə bilərdi, qurbangahda bıçaqlanan qurban gəbcək Zəmanətçi haqqında şəhadət edirdi; müqəddəslər müqəddəsindən Allahın görünən hüzurunun əlaməti parlayırdı. Beləliklə əhd edilən Məsihin gəliş vaxtı çatana qədər bütün zülmət və dönüklük əsirlərində insanların qəlblərində canlı iman qorunurdu. Məsih insan bədənində yerə gəlməzdən əvvəl, artıq, Öz xalqının İşığı və dünyanın İşığı idi. Məsihdən saçan ilk nur dünyanı bürüyən günah zülmətini işıqlandırdı. Yerin sakinləri üzərinə düşən hər bir səmavi şüa Ondan gəlib. Xilas planında Məsih Alfa və Omeqadır - Birinci və Axırıncıdır.AP 317.2

    Bizə görə “Allah önündə durmaq üçün” Xilaskar günahların bağışlanması naminə Öz qanını axıtdığı və göyə qalxdığı vaxtdan Qolqota çarmıxından və səmavi məbəddən işıq axır. Lakin bizim aldığımız işığın bolluğu bizə haqq vermir ki, qədim vaxtlarda simvollarla gələcək Xilaskarı göstərən əşyaların mənasını kiçildək. Məsihin Xoş Müjdəsi ibranilərin həyat tərzinə işıq saçır və mərasim qanununun vacibliyini göstərir. Yeni həqiqətlər açılanda əvvəldən məlum olan daha da aydınlaşır, Allahın xarakter və niyyətləri Öz seçdiyi xalqa etdiklərində daha tam şəkildə görünür. Bizim aldığımız hər bir işıq şüası insanların xilasında İlahi iradənin həyata keçməsi olan əfv planı haqda bizə daha aydın təsəvvür verir. Biz Müqəddəs Sözdə yeni gözəlliyi və gücü dərk etməyə başlayırıq və onun səhifələrinə daha dərin və cəzbedici maraqla qapılırıq.AP 317.3

    Çoxları bu fikirdədirlər ki, Allah ibranilərlə xarici dünya arasında aynlıq divarı ucaltmışdır və O Öz qayğısını və məhəbbətini İsraildə cəmləyərək qalan insanlığı bunlardan xeyli dərəcədə məhrum etmişdir. Lakin Allah çalışmırdı ki, Onun xalqı özü ilə yaxınları arasında ayrılıq divarı ucaltsınlar. Hədsiz Məhəbbətinin qəlbi yerdə yaşayanların hamısı üçün açıqdır. Onlar Onu rədd etsələr də, O daim çalışırdı ki, Özünü onlara açsın və onları Öz məhəbbətinin və lütfünün iştirakçısı etsin. O Öz xeyir-dualarını seçilmiş xalqa bəxş edirdi ki, onlar da başqalarına xeyir-dua verə bilsin.AP 318.1

    Allah İbrahimi çağırdı, ona xeyir-dua verdi, onu şöhrətləndirdi və ucaltdı, ulu atanın sədaqəti onun yaşadığı hər yerdə insanlar üçun işıq oldu. İbrahim insanlardan qaçmırdı. O, ətrafdaki xalqların hökmdarları ilə dostluq münasibəti saxlayırdı və onlardan bəzisi ona böyük hörmət bəsləyirdilər. Onun düzgünlüyü, təmənnasızlığı, cəsarəti və səxavəti Allahın surətini əks etdirirdi. Mesapotamiyanın, Kənanın, Misirin və hətta Sodomun sakinlərinə Səmavi Padşah Özünü Öz nümayəndəsi vasitəsilə açırdı.AP 318.2

    Beləcə, Yusif vasitəsilə Allah Özünü Misir xalqına, həm də bu qüdrətli ölkə ilə əlaqəsi olan bütün başqa xalqlara açdı. Allah Yusifi misirlilər arasında belə yüksəyə ucaldaraq nə üçün onu seçdi? O, Yaqubun övladları haqda Öz niyyətlərini yerinə yetirmək üçün başqa yol seçə bilərdi; lakin O, Yusifı işıq etmək istəyirdi və buna görə də onu padşahın sarayında yerləşdirdi ki, onun vasitəsilə işıq hər yerə yayılsın. Gündəlik həyatda öz müdrikliyi və ədaləti, paklığı və alicənablığı, insanların - bu insanlar isə bütpərəst xalqa mənsub idilər - mənafelərinə sədaqəti sayəsində Yusif Məsihin nümayəndəsi idi. Bütün Misirin minnətdarlıq və məhəbbət bəslədiyi öz xeyirxahlığında bu bütpərəst xalq Yaradanın və Bağışlayanın Məhəbbətini görməli idi. Beləcə, Musa vasitəsilə Allah ən qüdrətli padşahlığın taxtı yanında işıq yandırdı ki, bütün istəyənlər həqiqi canlı Allah haqqında bilə bilsinlər. Allahın cazalandıncı əli misirlilərin üzərinə qalxmazdan əvvəl, bütün bu işıq onlara göndərilmişdi.AP 318.3

    Rəbb İsraili Misirdən çıxardanda Onun qüdrəti haqda xəbər hər yerə yayıldı. Yaxşı möhkəmlənmiş Yerixonun döyüşkən sakinləri titrəyirdilər. Raxa dedi: “Biz bunları eşidəndə ürəyimiz qorxuya düşdü vahimənizdən heç kimin taqəti qalmadı; çünki Allahınız Rəbb yuxarıda göyün və aşağıda yerin Allahdır” (Yeşua 2:11). Misirdən çıxdıqdan yüz il sonra filiştlilərin kahinləri öz xalqlarına Misirdəki bəlalar haqda xatırlatdılar və İsrailin Allahına müqavimət göstərməmək üçün xəbərdarlıq etdilər.AP 319.1

    Allah İsraili çağırdı, xeyir-dua verdi və ucaltdı, ona görə yox ki, Onun qanununa itaət edərək təkcə onlar Onun lütfündən istifadə edə bilsinlər və beləliklə Onun xeyir-dualannın yeganə sahibi olsunlar. O, israilliləri ona görə seçmişdi ki, onlar vasitəsilə Özünü bütün yer üzündə yaşayanlara açsın. Məhz bu məqsədin yerinə yetməsi üçün də O onlara əmr etdi ki, onlan əhatə edən bütpərəst xalqlardan ayrı dursunlar.AP 319.2

    Bütpərəstlik və onunla bağlı olan bütün günahlar Allah üçün iyrənc idi və O Öz xalqına əmr etdi ki, başqa qəbilələrə qanşmasınlar, onların işlərinin yamsılamasınlar ki, Allahı da unutmasınlar. O, bütpərəstlərlə nikahı qadağan etdi ki, ibranilərin qəlbləri Ondan dönməsin. Onda da indiki kimi zəruri idi ki, Allah xalqı paklığını qorusun və dünyəvi çirkabdan uzaq olsun. İsraillilər bu dünyanın illüziyalanndan azad olmalı idilər, çünki onlar, həqiqətə və salehliyə ziddir. Lakin Allah çalışmırdı ki, Onun xalqı öz fərqli salehliyi ilə özünü dünyadan ayıraraq ona heç bir təsir göstərməsin.AP 319.3

    Məsihin davamçılan öz Hökmdarlan kimi bütün dövrlərdə dünyanın işığı olmalı idilər. Xilaskar demişdir: “Siz dünyanın nurusunuz. Dağın zirvəsində qurulan şəhər gizli qala bilməz. Və çıraq yandırarkən, onu qabın altına qoymazlar, amma çıraqdana qoyarlar ki, evdə olanlann (yəni bütün dünyada olanların) hamısını işıqlandırsın. Qoy sizin nurunuz insanlann qarşısında elə parlasın ki, xeyirxah işlərinizi görsünlər və Göylərdəki Atanıza həmd etsinlər” (Matta 5:14-16). Bu elə Enoşun, Nuhun, İbrahimin, Yusifın və Musanın etdikləridir. Bu elə Allahın niyyətinə uyğun olaraq İsrailin, Onun xalqının, etməli olduğudur.AP 319.4

    Şeytanın əsarətində olan qəlbin qəddar imansızlığı ona gətirib çıxartdı ki, bu işığı ətraf xalqların arasında yaymaq əvəzinə, onlar onu gizlətdilər. Bu fanatiklik ruhu onları təhrik etdi ki, ya azğın bütpərəst adətlərinə qoşulsunlar, ya da hamıdan təcrid olunub məğrur yeganəlik xülyasına qapılsınlar, guya ki Allahın məhəbbəti və qayğısı yalnız onlar üçün nəzərdə tutulmuşdur.AP 320.1

    Müqəddəs Kitabda biri dəyişməz və əbədi, o biri isə müvəqqəti və şərti olan iki qanun göstərildiyi kimi, iki əhd vardır. Lütf əhdi insanla birinci dəfə Edendə bağlandı, onda günaha batmadan sonra İlahi əhddə deyildi ki, qadının zürriyəti ilanın başını əzəcəkdir. Bu əhd bütün insanlara Məsihə iman vasitəsilə gələcəkdə itaət üçün bağışlanma və Allahın xilaskar lütfünü təklif edirdi. Əgər onlar Allah Qanununa sədaqəti qorusalar, O onlara əbədi həyat da vəd edirdi. Beləliklə ulu atalar xilas ümidi aldılar.AP 320.2

    Məhz bu əhd İbrahimlə bağlanan əhddə yeniləndi: “Dünyanm bütün millətləri sənin nəslinin vasitəsilə xeyir-dua alacaq, çünki sən Mənim sözümə qulaq asdın” (Yaradılış 22:18). Əhd Məsihə işarə edirdi. İbrahim bunu başa düşdü (bax Qalatiyalılara 3:8,16) və inandı ki, günahların bağışlanması Məsih vasitəsilə təmin olunur. İbrahimlə əhd də Allah Qanununun hakimiyyətini dəstəkləyirdi. Rəbb İbrahimə göründü və dedi: “Külli-İxtiyar Allah Mənəm. Mənim yolumla get və kamil ol. Əhdimi Özümlə sənin aranda qoyacam və nəslini lap çoxaldacağam” (Yaradılış 17:1). Allahın Öz sadiq qulu haqqında şəhadətində deyilir: “İbrahim sözümə qulaq asıb Mənim buyruğuma, əmrlərimə, qanunlarıma və təlimlərimə əməl etdi” (Yaradılış 26:5). Rəbb ona dedi: “Özümlə sənin və səndən sonrakı nəslinin arasında əbədi əhd qoyuram ki, Mən sənin və səndən sonrakı nəslinin Allahı olacağam. Sənə və səndən sonrakı nəslinə qərib kimi yaşadığın bu torpağı - bütün Kənan torpağını əbədi mülk olaraq verəcəyəm və onlann Allahı olacağam” (Yaradılış 17:7-qeyd müəllifındir).AP 320.3

    Bu əhd Adəmlə bağlansa da və İbrahimlə yenilənsə də, Məsihin ölümünə qədər təsdiq edilə bilməzdi. Əfv haqqında birinci qanun veriləndən o, Allahın əhdi idi, o, imanla qəbul edilirdi, lakin Məsih tərəfındən təsdiqlənərək yeni əhd adlandı. Allah qanunu bu əhdin əsası idi, bu əhd insanları Allah iradəsi ilə harmoniyaya qaytarmalı olan zəruri meyar idi ki, onlar Allah Qanununa itaət edə bilsinlər.AP 320.4

    Müqəddəs Yazıda əhd köhnə adlanan başqa razılaşma Allahla İsrail arasında bağlanmışdır, o, qurbanın qanı ilə təsdiqlənirdi. İbrahimin əhdi Məsihin qanı ilə təsdiqləndi və “ikinci”, yaxud “yeni” əhd adlandı, çünki onu həkk edən qan birinci əhdin qanından sonra tökülmüşdür. Yeni əhdin İbrahimin günlərində qüvvədə olması ondan görünür ki, o vaxt o həm əhdlə, həm də Allah andı ilə; “Allaha sığınan bizlər, Allahın yalan danışması qeyri-mümkün olan iki dəyişməz şey vasitəsilə” təsdiqlənmişdir (İbranilərə 6:18).AP 321.1

    Əgər ibrahimin əhdində bağışlanma vədi var idisə, Sinada başqa əhd nə üçün bağlanmışdır? Xalq öz köləlik vaxtında Allah haqqında və İbrahimin əhdinin prinsipləri haqda biliyi böyük dərəcədə itirmişdi. İbraniləri Misirdən qurtarmaqla Allah onlara öz qüdrətini və mərhəmətini açmaq istəyirdi ki, onlar Onu sevsinlər və Ona etibar etsinlər. O onları Qırmızı dənizə gətirdi, onlar burada misirlilər tərəfmdən təqib olunaraq və əsl ölümü qabaqcadan görərək özlərinin tamamilə gücsüz olduqlarını dərk etdilər və İlahi köməyi çağırdılar. Onda O onları xilas etdi. Onların qəlbləri Allaha məhəbbət və həmdlə, Onun fəaliyyətdə olan qüvvəsinə etibarla doldu. Onda O onlar üçün dünyəvi köləlikdən Xilas Edən oldu.AP 321.2

    Lakin onların idrakında həkk olunmalı olan daha böyük həqiqət mövcud idi. Bütpərəstlərin arasında, pozğunluq mühitində yaşayaraq onlar Allahın müqəddəsliyi, öz qəlblərinin həddən artıq günahkarlığı, Allah Qanununa itaət etməkdə özbrinin tam gücsüzlükləri və Xilaskara ehtiyacları haqda əsl təsəvvürə malik deyildibr. Bütün bunlan onlar öyrənməli idibr.AP 321.3

    Allah onları Sinaya gətirdi. Orada Öz şöhrətini göstərdi, itaət şərti ib böyük xeyir-dua əhdi ib birlikdə Öz qanununu verdi. “Əgər sözümə diqqətlə qulaq asıb əhdimə riayət etsəniz, onda... siz Mənə xidmət edən kahinbr səltənəti, müqəddəs millət olacaqsınız” (Çıxış 19:5,6). İnsanlar öz günahkarlıqlarını dərk etmirdibr, başa düşmürdülər ki, Məsihsiz onlar Allah Qanununu yerinə yetirə bilməyəcəklər və Allahla tələsik əhd bağladılar. Özbrini şəxsi salehliklərini göstərməyə qadir hesab edərək onlar elan etdilər: “Rəbbin söylədiyi bütün sözlərə əməl edib qulaq asacağıq!” (Çıxış 24:7). Allah Qanununun qəzəbli əzəmətlə necə bəyan edildiyini gözbrib görərək onlar dağın ətəyində dəhşətdən titrəyirdilər, lakin artıq bir neçə həftədən sonra Allahla öz əhdlərini pozdular və tökmə bütə səcdə etdilər. Əhdi pozaraq onlar artıq onun köməyilə Allahın iltifatını əldə etməyə ümid edə bilmirdilər və indi özlərinin günahkarlıqlarını və bağışlanmaya ehtiyac hiss edərək İbrahimlə əhddə və obrazlı qurbangətirmələrdə açılan Xilaskara möhtac olduqlarını dərk etdilər. İndi onların məhəbbəti və imanı onlan günahın köləliyindən Xilas Edən Allaha yönəlmişdi. İndi onlar yeni əhdin xeyir-dualarını qiymətləndirməyə hazır idilər.AP 321.4

    Köhnə əhdin şərtləri belədir: itaət et və yaşa. “Onlara qaydalarımı verib hökmlərimi bildirdim. Əgər insan bu hökmlərə əməl etsə, onların vasitəsilə yaşayar” (Yezekel 20:11; bax Levililər l8:5). “Qoy bu qanunun sözlərinə riayət etməyənə, onu təsdiq etməyənə lənət olsun!” (Qanunun təkrarı 27:26). Yeni Əhd “daha yaxşı vədlərlə”, günahların bağışlanması və Allah lütfü vədləri ilə bağlanmışdı ki, qəlbi yeniləşdirsin və onu Allah qanununun prinsipləri ilə harmoniyaya gətirsin. “İsrail xalqı ilə bağlayacağım əhd belədir: Qanunumu onların daxilinə qoyub ürəklərinə yazacağam... Təqsirlərini bağışlayacağam, günahlarını daha yada salmayacağam” (Yeremiya 31:33, 34.- qeyd müəllifindir).AP 322.1

    Daş lövhələrə həkk olunan həmin qanun Müqəddəs Ruh tərəfindən qəlb lövhələrinə həkk olunmuşdur. Öz salehliyimizə çatmaq əvəzinə, biz Məsihin salehliyini qəbul edirik. Onun qanı bizim günahlarımızı yuyur. Onun itaəti bizimkinin əvəzinə qəbul edilir. Onda Müqəddəs Ruh tərəfindən yeniləşən qəlb “Ruhun səmərəsinı” gətirəcəkdir. Məsihin lütfü vasitəsilə biz qəlbimizdə yazılan Allah Qanununa itaətlə yaşayacağıq. Məsih Ruhuna malik olaraq biz Onun əməllərini təqlid edəcəyik. Peyğəmbər vasitəsilə O Özü haqda deyir: “Ey Allahım, Sənin istəyinə əməl etmək, mənə zövq verir, qanunun qəlbimdədir” (Məzmur 40:8). İnsanların arasında yaşayanda isə O belə demişdir: “Məni Göndərən Mənimlədir; O Məni tək buraxmayıb; çünki Mən daim Onun xoşuna gələn işləri görürəm” (Yəhya 8:29).AP 322.2

    Həvari Pavel imanla Yeni Əhddəki qanun arasındakı əlaqəni aydın göstərir. O deyir: “Beləliklə, imanla saleh saydığımız üçün, Rəbbimiz İsa Məsih vasitəsilə Allah qarşısında bizim sülhümüz var”. “Beləliklə, məgər biz Qanunu iman ilə ləğv edirikmi? Əsla! Əksinə, Qanunu təsdiq edirik”. İnsana haqq qazandırmaqda “bədənlə zəifləyən qanun necə gücsüz idisə”, çünki öz günahkar təbiəti ilə o ona riayət edə bilmirdi, Allah Öz Oğlunu günahlı bəşər bənzəyişində günah üçün qurban göndərərək, cismani təbiətdə olan günahı məhkum etdi ki, qanunun ədalətli tələbləri, cismani təbiətə görə deyil, Ruha görə yaşayan bizlərdə icra edilsin” (Romalılara 5:1; 3:31; 8:3,4.-qeyd müəlifindir).AP 322.3

    İnsanın ehtiyaclanna uyğun olaraq bu və ya digər vaxtda Allahın qüvvəsi müxtəlif dərəcədə və müxtəlif surətdə təzahür etsə də, Rəbb bütün dövrlərdə eyni cür fəaliyyət göstərir. Allahın niyyətləri ilk xoş müjdə vədindən başlayıb, ulu əcdadlarımızın və yəhudilərin dövründən keçib dövrümüzə qədər gələrək əvf planında tədricən açılırdı. Yəhudi qanununun mərasim və ayinlərinin obrazlı şəkildə təsvir etdiyi Xilaskar eyni dərəcədə Xoş Müjdədə də açılır. Onun İlahi surətini gizlədən buludlar çəkilmiş, qaranlıqlar və kölgələr itmiş və İsa, dünyanın Zəmanətçisi açılmışdır. Sinada qanunu bəyan edən və Musaya mərasim qanununun göstərişlərini verən və moizəsini söyləyən Odur. Qanunun və peyğəmbərlərin Onun Musa vasitəsilə ibrani xalqına dediyinin yalnız təkrarıdır: “Dinlə, ey İsrail! Allahımız Rəbb yeganə Rəbdir. Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, var gücünb sev” (Qanunun təkrarı 6:4,5). “Yaxınını özün kimi sev” (Levilibr 19:18). Hər iki qanun bizə bir Müəllim tərəfındən verilmişdir. Allahın təbbləri birdir. İdarə prinsipləri eynidir. Çünki Hər şey Ondan çıxır, “Onda nə dəyişiklik var, nə də dönüklük kölgəsi” (Yaqub 1:17).AP 323.1

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents