Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Ağsaqqallar və Peyğəmbərlər

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    43-ci fəsil
    MUSANIN ÖLÜMÜ

    (Bu fəsil Qanunun təkrarı Kitabının 31-34-cü fəsillərinə əsaslanır)

    Allahın Öz xalqı ilə rəftarında Onun Məhəbbəti və mərhəməti sərt və qərəzsiz ədalətin danılmaz təzahürlərindən ayrılmazdır. İbrani xalqının tarixi buna nümunə ola bilər. Allah səxavətlə İsrailə xeyir-dua vermişdi. Onun incə Məhəbbəti bu təsirli sözlərdə təsvir edilmişdir: “Necə qartal öz yuvasını haraylayır, öz balalarının üzərində hərlənir, öz qanadlarını açır, onları götürür və onları öz lələkləri üzərində aparır, eləcə də Rəbb onu tək aparırdı”. Amma ibranilər günaha batdılar - və buradaca sərt cəzaya düçar oldular!AP 417.1

    Allahın hədsiz Məhəbbəti onda təzahür edirdi ki, O, günaha batmış nəsli əfv edərək, öz Yeganə Oğlunu insanlara bəxş edirdi. Məsih yerə gəldi ki, insanlara öz Atasının mahiyyətini göstərsin və Onun hər bir hərəkəti İlahi həssaslıq və mərhəmətə dolu idi. Lakin Məsih özü demişdi: “Göy və yer keçib getmədən, hər şey icra olmadan, Qanundan ən kiçik bir hərf və ya bir nöqtə belə yox olmayacaqdır” (Matta 5:18). Bağışlanma və sülh əldə etmək üçün günahkarı bu cür səbirli və zərif yalvarışla çağıran həmin səs Onun mərhəmətini rədd edənlərə məhkəmə günü deyəcəkdir: “Ey lənətə gəlmişlər, Mənim yanımdan iblis ilə onun mələklərinə hazırlanmış olan əbədi oda yollanın!” (Matta 25:41). Müqəddəs Yazıda Allah bizim qarşımızda yalnız qayğıkeş Ata kimi deyil, həm də ədalətli Hakim kimi durur. Öz mərhəmətini göstərmək Onun üçün böyük həzz olsa da və O, “təqsiri, cinayəti və günahı bağışlayan” olsa da, Rəbb “cəzasız buraxmayandır” (Çıxış 34:7).AP 417.2

    Xalqların Böyük Hökmdan Musaya dedi ki, o, İsrail xalqını əhd olunan torpağa aparmayacaqdır və Allah qulunun ən hərarətli yalvarışları çıxarılmış qərann dəyişilməsi üçün təsir edə bilmədi. Musa bilirdi ki, ölməlidir, lakin bir an da İsrailin qayğısına qalmağı dayandırmırdı. O, ən sədaqətli surətdə xalqı əhd olunan mirasa daxil olmağa hazırlaşdırmağa çalışırdı. İlahi əmrə əsasən Musa və Yeşua səyyar məbədə getdilər, bulud sütunu isə onun girişi üzərində dayandı. Burada təntənəli şəraitdə İsrail xalqı Yeşuaya tapşırıldı. Musanın xalqın rəhbəri kimi missiyası qurtardı. Lakin hətta indi də o, ümumi məqsədlər naminə özü haqqında unutdu. Musa bütün xalq qarşısında Allah naminə öz davamçısına müqəddəs ruhlandırma sözləri ilə müraciət etdi: “Cəsarətli və möhkəm ol! Çünki Rəbbin atalarına vəd etdiyi ölkəyə bu xalqla birlikdə sən gedəcəksən”. Sonra xalqın ağsaqqallarına və rəislərinə müraciət edərək, o, təntənəli surətdə onlara Allahın onun vasitəsilə dediklərinin hamısını düzgün yerinə yetirməyi əmr etdi.AP 418.1

    İsraillilər tezliklə onlan tərk etməli olan ahıl ərə baxaraq, yeni və daha dərin minnətdarlıq hissi ilə onun ata mehribanlığını, müdrik məsləhətlərini və yorulmadan zəhmət çəkməsini xatırladılar. Tez-tez onlann günahlan Allahın ədalətli cəzalarına səbəb olanda Musanın duaları Göylərin qəzəbinin qarşısını alırdı və Allah onlara rəhm edirdi. Onların kədəri çəkdikləri vicdan əzabından güclənirdi. Onlar dərin kədərlə xatırlayırdılar ki, onların özbaşınalığı Musanı günaha sürüklədi və bunun üzündən o, ölməlidir.AP 418.2

    Sevimli rəhbərin getməsi İsrail üçün güclü irad idi - əgər Musa sağ qalsaydı və öz xidmətini davam etdirsəydi, çətin ki israilliləri düşünməyə məcbur etməyə başqa üsul tapılardı. Allah istəyirdi ki, onlar gələcəkdə öz yeni rəhbərlərinin üzərinə, Musaya olduğu kimi, ölçülməz ağırlıq qoymasınlar. Allah Öz xalqı ilə xeyir- dualar dililə danışır, lakin əgər xalq onları qiymətləndirmirsə, O, onu bu xeyir-dualardan məhrum edərək ona müraciət edir ki, insanlar öz günahlarını görsünlər və bütün qəlbləri ilə Ona yönəlsinlər.AP 418.3

    Həmin gün Musaya əmr edildi: “Yerixo qarşısında, Moav torpağında olan bu Avarim dağma, Nevo dağına çıx... çıxacağın dağda ölüb xalqına qovuşacaqsan”. Allahla ünsiyyət etmək üçün Musa tez - tez düşərgəni tərk edirdi, lakin indi onun qarşısında yeni və sirli yol dururdu. Öz həyatını Yaradanın əlbrinə tapşırmaq üçün o, bu yolu keçməli idi. Musa bilirdi ki, o, tənha öləcəkdir, həyatının son dəqiqələrində onun dünyəvi dostlarından heç kimə onun yanında olmağa icazə verilməmişdi. Onu gözləyən gələcək sirli və dəhşətli görünürdü və onun ürəyi qarşıdakı hadisələr haqda fıkirdən titrəyirdi. Onun üçün ən ağır sınaq bu qədər qayğısına qaldığı və sevdiyi, marağı və həyatı bu qədər uzun müddət qırılmaz bağlı olduğu xalqı ilə ayrılıq idi. Lakin o, Allaha etibar etməyi öyrənmişdi və sarsılmaz imanla özünü və öz xalqını Onun sevən və mərhəmətli əllərinə təslim etdi. Musa sonuncu dəfə öz həmqəbiləliləri arasında idi. Yenidən Müqəddəs Ruh onda qərar tutdu və peyğəmbər ən yüksək və təsirli sözlərlə hər bir soya xeyir-dua söylədi, sonda hamısına birlikdə xeyir-dua verdi:AP 418.4

    “Sənə kömək etmək üçün
    Göylərdə və buludlara əzəməti ilə minən
    Allahın bənzəri yoxdur.
    Pənahgahın əzəli əbədi Allahdır,
    Səni daim qollarında gəzdirər.
    Düşmənlərini qarşıdan qovar,
    ’Yox et onları!” sənə deyər.
    İsrail əmin-amanlıqda yaşayır.
    Taxıl və təzə şərab torpağında
    Yaqubun çeşməsi sakit qalır,
    Oraya göybrdən şeh damır.
    Ey İsrail! Necə xoşbəxtsən,
    Sənin kimisi varmı?
    Rəbbin qurtardığı xalqsan!
    Rəbb sipərdir, köməyinə çatandır,
    Əzəmətli qılıncındır.
    Sənə düşmənlər yaltaqlanır,
    Sən onların yuxan yerlərini tapdalayırsan”.
    AP 419.1

    (Qanunun təkrarı 33:26-29).

    Sonra Musa yığıncağı tərk etdi və səssiz, təkcə dağın zirvəsinə yönəldi və “Nevo dağına, Pisqa zirvəsinə çıxdı”. O, dağın çıxıntısında durdu və aydın nəzərlə önündə açılan səhnəyə baxdı. Qərbdə, uzaqda Böyük dənizin mavi suları parlayırdı; şimal tərəfdə, göydə Erman dağı seçilirdi, şərq tərəfdə Moav təpəliyi uzanırdı, daha yuxarıda İsrailin qələbə çaldığı Başan yerləşirdi, ondan cənubda isə onların uzun səfərlərinin səhrası uzanırdı.AP 420.1

    Özü ilə təklikdə Musa öz həyatının bütün dəyişkənliklərini və məhrumiyyətlərini xatırladı, o vaxtdan ki, o, sarayın bütün şan-şöhrətini və gəbcəyin ona Misir padşahlığında vəd etdikbrini tərk etdi və Allahın seçilmiş xalqının taleyinə şərik oldu. O, Yeterin sürüləri ilə birlikdə səhrada keçirdiyi uzun illəri, yanar kolda Mələyin zühurunu və israilin xilaskarı olmaq çağırışını xatırladı. Yenidən onun yaddaşında Rəbbin seçilmiş xalq üçün etdiyi bütün böyük möcüzələr və onun sərgərdanlığının və üsyanının bütün ilbri ərzində Allahın çoxsəbirli mərhəməti canlandı. Allah israillilər üçün çox şey etmişdi, lakin Musa Ona necə yalvarsa da, peyğəmbərin bütün ibadətlərinə baxmayaraq Misirdən çıxan zaman həddi-büluqda olanlardan yalnız iki nəfərini Rəbb əhd olunan torpağa daxil olmağa layiq etmişdi. İndi, Musa öz zəhmətlərinə yekun vurduğu zaman, onun sınaqlar və fədakarlıqlarla dolu bütün həyatı ona, demək olar ki, əbəs görünürdü. Lakin o, ona daşımaq qismət olan yükə təəssüflənmirdi. O bilirdi ki, bu zəhmətləri Allah Özü onun üzərinə qoymuşdur. Xalqı köblik torpağından çıxartmaq üçün, onu birinci dəfə İsrailin rəhbəri olmağa çağıranda, o, bu məsuliyyəti öz üzərinə götürməyə qorxurdu, lakin işə girişəndən sonra artıq bu yükdən azad olmağa cəhd etmirdi. Hətta Rəbb ona azad olmağı təklif edəndə və üsyankar İsraili məhv etmək istəyəndə, Musa beb qərarla razılaşa bilmədi. Sınaqlar böyük olsa da, o, Allah lütfünün xüsusi nişanələrindən həzz alırdı. Səhrada çox illər keçirərək, İlahi qüdrətin və əzəmətin təzahürünü əyani müşahidə edərək, Onun Məhəbbətini duyaraq o, zəngin təcrübələr əldə etmişdi. O hiss edirdi ki, müvəqqəti günahkar ləzzətlərə malik olmaqdansa, Allah xalqı ilə birlikdə iztirab çəkməyi üstün tutmaqla o, müdrik seçim etmişdir.AP 420.2

    O, öz keçmiş həyatına, Allah xalqının rəhbərinin həyatına nəzər salanda aydın olurdu ki, bir yanlış hərəkət hər şeyin üstündən xətt çəkir. O hiss edirdi ki, əgər bu cinayəti silmək mümkün olsa, ölüm dəhşətli olmazdı. Musa əmin idi ki, Allah yalnız tövbəni və əhd olunan Qurbana imanı tələb edirdi və İsa naminə əfv olunmaq üçün yalvararaq, o, yenidən öz günahını etiraf etdi.AP 420.3

    Musa bütün əhd olunan torpağı indi bir mənzərə kimi gördü. Ona ölkənin hər bir hissəsi göstərildi, dumanlı uzaqların tutqun, qeyri-düzgün cizgiləri ilə deyil, yox, hər şey valeh baxışlar önündə bütün gözəlliyi ilə aydın və dəqiq dururdu. O, əhd olunan torpağı İsrailin bərəkətli mirası olmalı olacaq şəkildə görmüşdü. Ona elə gəlirdi ki, o, ikinci Edeni görür. Orada Livan sidrləri ilə örtülmüş əzəmətli dağlar, sıx zeytun ağaclarının və ətirli üzüm tənəklərinin bitdiyi təpələr, güllərlə bəzənmiş, bəhrəli ağaclarla bol, geniş, yaşıl yaylalar ucalırdı. Orada tropik palmaları, dalğalanan buğda və arpa tarlaları var idi. Günəşli düzənliklər üzərində çayların nəğməli şırıltısı və quşların səsləri eşidilirdi; orada gözəl şəhərlər, gözəl bağlar və göllər var idi; dağların ətəkbrində sürülər otlayırdı və hətta qayaların arasında vəhşi arılar dostcasına vızıldaşaraq öz sərvətlərini toplayırdılar. Bu, Musanın İlahi Ruhdan ilhamlanaraq İsrailə təsvir etdiyi həmin yer idi: “Onun torpağı Rəbdən bərəkət alsın, Göylərdən gələn qiymətli şehlə, yer altında yatan dərin sularla, günəşin yetişdirdiyi ən gözəl bəhərlərlə, ulu dağların əla nemətləri ilə, əbədi təpələrin münbitliyi ilə, yerin ən qiymətli məhsulu və bolluğu ilə... qoy bərəkət alsın!” (Qanunun təkrarı 33:13-16).AP 421.1

    Musa seçilmiş xalqın Kənanda necə məskunlaşacağını və hər soyün öz torpağı olacağını görürdü. Ona həm də əhd olunan torpaqda məskunlaşdıqdan sonra israillilərlə nə baş verəcəyi də açılmışdı. O, onlann dönüklüyünün uzyn, kədərli tarixini gördü; onların düçar olduqları cəza da onun üçün sirr qalmadı. O, yəhudiləri öz günahları üzündən bütpərəstlər arasında səpələnmiş, əvvəlki şöhrətdən məhrum olmuş gördü, onun gözləri önündə gözəl şəhərləri xarabalığa çevrilmiş, xalqı isə yad ölkələrdə əsirlikdə olan İsrail açıldı. O, yəhudilərin yenidən necə öz atalarının torpağına qayıtmasım və nəhayət Roma imperiyasının əsarətinə düşməsini gördü.AP 421.2

    Zaman axınına nəzər salaraq, o, Xilaskarın Birinci gəlişini gördü. Budur, körpə İsa Beyt-Lehemdə peyda oldu. Musa məbk ordularının Allahı və yerdə sülhü vəsf edərək, şən tərif nəğmələrini necə oxumalarını eşitdi. O, Şərqin müdriklərini İsanın yanına gətirən ulduzu gördü və bu peyğəmbər sözlərini xatırlayanda onun qəlbini parlaq işıq nurlandırdı: “Yaqubdan bir ulduz çıxacaq və İsraildən bir Əsa qalxacaq” (Saylar 24:17). İsanın Nazaretdəki təvazökar həyatı, Onun məhəbbətlə dolu ibadəti, iztirabları və sağalması Musanın gözləri önündə durdu. Ona əyan oldu ki, qürurla dolmuş, Allaha iman etməmiş xalq Onu inkar edəcəkdir. O, heyrətlə qanunu təşkil edəni rədd edib və Ona nifrət etdikləri halda özlərinin qanuna riayət etdiklərini söyləyən həmqəbiləlilərinin lovğa sözlərini dinlədi. O, İsanı zirvəsindən göz yaşı içərisində sevimli şəhəri ilə vidalaşdığı Eleon dağında gördü. Budur, Göylər tərəfindən xüsusi surətdə xeyir-dua alan, naminə onun bu qədər zəhmət çəkdiyi, dua etdiyi və qurban verdiyi, naminə öz adının həyat kitabından silinməsini xahiş etdiyi xalqın tam rədd edilməsi Musaya əyan oldu. Budur, o, dəhşətli sözləri eşitdi: “Budur, eviniz sizə tənha buraxılır” (Matta 23:38) və onun ürəyi dəhşətli əzabverici ağrıdan sıxıldı, gözlərindən isə acı göz yaşları- Allah Oğlunun bu qədər əzablı olan iztirabları üçün göz yaşları axdı.AP 421.3

    O, Xilaskarı Getsamanidə gördü, Onun bağda keçirdiyi ağır saatları, satqınlığı, təhqiri, qamçılamağı və sonra çarmıxa çəkilməni gördü. Musa gördü ki, o, ilanı səhrada necə yüksəltmişdisə, Allah Oğlu da beləcə yüksəldilməlidir ki, Ona iman gətirən hər kəs “həlak olmasın, hamısının əbədi həyatı olsun” (Yəhya 3:15). Musa yəhudi xalqının öz Zəmanətçisinə, onların atalarına yol göstərən qüdrətli Mələyə qarşı ikiüzlü, nifrətlə dolu münasibətinə kədərlə, hiddətlə və dəhşətlə baxırdı. O, Məsihin əzablı fəryadını eşitdi: “Allahım, Allahım! Nə üçün Məni tərk etdin?” (Mark 15:34). O, Onu Yusifın yeni məzarında uzanmış gördü. Onda elə göründü ki, ümidsizlik zülməti bütün dünyanı bürüdü. Lakin, budur, o baxdı və İsanı qəbirdən qalib çıxan, sonra baş əyən mələklərin və çoxlu azad olunan əsirlərin müşayiəti ilə göyə yüksələn gördü. O gördü ki, Onu qəbul etmək üçün parlaq qapılar necə açıldı və Səma sakinlərinin orduları öz Hökmdarını qələbə himnləri ilə necə salamladı. Ona həmçinin açıldı ki, o özü Xilaskarı müşayiət edənlərin və Onun önündə əbədiyyət qapılarını açanların sırasında olacaqdır. Musa bu səhnəyə baxanda onun bütün sifətini səmavi işıq nurlandırdı. Allah Oğlunun dözməli olacaqları ilə müqayisədə öz sınaqları və qurbanları ona nə qədər miskin göründü! Bütün bunlar əbədi şöhrətin ölçüyəgəlməz çoxluğu ilə müqayisədə necə də yüngül idi! (bax 2 Korinflilərə 4:17). O buna sevinirdi ki, heç olmasa az da olsa Məsih iztirablarına şərik olmağa layiq görülmüşdür. Musa İsanın Xoş Müjdəni dünyaya təlim edən şagirdlərini gördü. O gördü ki, “İsrail bədəndədir”sə də və Allahın onu çağırdığı öz yüksək təyinatını doğrultmadısa da, öz imansızlıqları üzündən ibranilər dünyanın işığı olmadılarsa da və seçilmiş xalq kimi Allahın xeyir-dualarından məhrum olaraq Onun mərhəmətini rədd etdilərsə də, lakin Allah İbrahimin ailəsini rədd etmədi. Onun İsrail vasitəsilə həyata keçirmək istədiyi yüksək niyyətlər əvvəl-axır yerinə yetəcəkdirlər. Məsih vasitəsilə iman övladları olanların hamısı İbrahimin ailəsi sayılacaqlar. Onlar əhddə vəd olunanı miras alacaqlar. İbrahim kimi onlar Allah Qanununun qoruyucuları olacaqlar və dünyaya Onun qanununun əzəmətini və Onun Oğlunun Xoş Müjdəsini xəbər verəcəkbr. Musa gördü ki, İsanın ardıcıllarının yayacaqları Xoş Müjdənin işığı “ölüm diyarında və kölgəsində oturanlara” (Matta 4:16) necə nur saçacaq və bir çox ölkələrdə minlərlə bütpərəst necə Onu qarşılamağa qalxacaq, - İsrailin çiçəklənməsinin və artmasının bu səhnəsi onun gözlərini güldürürdü.AP 422.1

    Lakin, budur, onun önündə başqa səhnə açıldı. Ona göstərildi ki, şeytan necə yəhudiləri yoldan çıxardacaq və onları Məsihi rədd etməyə məcbur edəcəkdir, baxmayaraq ki, onlar özlərini Onun Atasının qanununun qoruyucuları hesab edirlər. O, sonra elə bu cür yanlışlıqda olan məsihçi dünyasını gördü, insanlar özlərinin Məsihi qəbul etdiklərini hesab edəndə, eyni zamanda Allah Qanununu rədd edirlər. O, kahinbrin və ağsaqqalların çılğın qışqırığını eşitdi: “Əzişdir Onu!” -“Çarmıxa çək Onu! Çarmıxa çək Onu!” İndi də özbrini məsihçi müəllimbri elan edənbrin dilindən bu qışqırıqları eşidirdi: “Parçala qanunu!” O gördü ki, şənbəni yalançı qanunla əvəz etməklə onu necə tapdalayırlar. Hiddət və dəhşət yenidən Musanın qəlbini doldurdu. Məsihə iman edənbr Onun müqəddəs Özünün dağda bəyan etdiyi qanunu necə rədd edə bildibr? Allahdan qorxanlar Onun Göydəki və yerdəki idarəsinin əsası olan qanunu necə lazımsız çıxara bilərlər? Musa sevinclə gördü ki, sadiq qalan bəzibri Allah Qanununu necə yüksək tutur və vəsf edirbr. O, dünyanın Allah Qanununa riayat edənbri məhv etməyə cəhd edəcəyi sonuncu böyük mübarizənin şahidi oldu. O, Allahın yerin sakinlərini allahsızlıqlarına görə cəzalandırmağı qərara alacağı vaxtı gördü, Ondan qorxanlar isə Onun qəzəbi günü himayə və müdafiə olunacaqlar. Musanın gözləri önündə Allah Onun qanununa riayət edənlərlə sülh əhdi bağladı, onun qulaqlannda isə Onun yeri və göyü sarsıdan səsi gurladı. O, Məsihin əzəmətlə İkinci gəlişini, ölən salehlərin əbədi həyata dirilməsini və ölümü görmədən dəyişən və hamı ilə birlikdə sevinc və tərif himnləri ilə Allah şəhərinə qalxan müqəddəsləri gördü.AP 423.1

    Ona daha bir səhnə göstərildi. Onun önündə lənətdən qurtulmuş, az əvvəl gördüyü əhd olunmuş torpaqdan dəfələrlə gözəl yer var idi. Orada günaha və ölümə yer yox idi. Xilas olmuş xalqlar orada öz əbədi məskənlərini tapacaqlar. Musa təsviredilməz sevinclə onun bütün ən əziz ümid və diləklərindən müqayisəedilməz dərəcədə üstün olan bu bağışlanma səhnəsinə baxırdı. Allah İsraili dünyəvi səfəri həmişəlik qurtardı və o, nəhayət gözəl vətəninə daxil olacaq.AP 424.1

    Görünənlər itdi və yenidən onun önündə uzaqda Kənan göründü. Sonra, yorğun yolçu kimi, o uzandı ki, dincəlsin. “Rəbbin sözünə görə, qulu Musa elə orada - Moav torpağında öldü. Rəbb onu Moav torpağında olan Bet-Peor qarşısındakı dərədə dəfn etdi. Bu günə qədər heç kim onun qəbrinin yerini bilmir” (Qanunun təkran 34:5-6). Musanın sağlığında onun məsləhətlərinə əhəmiyyət verməyənlərin çoxu əgər onun dəfn olunduğu yeri bilsəydilər, rəhbərin ölümündən sonra onun ölü bədəninə səcdə etmək təhlükəsinə məruz qala bilərdilər. Bu səbəbə görə onun dəfn edildiyi yer insanlardan gizlədildi. Allah mələkləri Rəbbin sadiq qulunun bədənini dəfn etdilər və həmin tənha qəbiri qorudular.AP 424.2

    “İsraildə Musa kimi Rəbbin üz-üzə görüşdüyü bir peyğəmbər bir daha çıxmadı. Rəbb onu göndərmişdi ki, ... çoxlu əlamətlər və möcüzələr göstərsin. Musanın əməlləri İsraillilərin gözləri önündə böyük və zəhmli idi” (Qanunun təkrarı 34:10-12).AP 424.3

    Əgər Musa Qadeşdə xalqa su verərkən şöhrəti Allaha deyil, özünə yazmaqla özünü yeganə günahla ləkələməsəydi, onda o, əhd olunan torpağa daxil olardı və sonra ölümdən qurtularaq Səmaya apanlardı. Lakin o, qəbirdə çox qalmadı. Musanı dəfn edən mələklərin müşayiəti ilə Məsih Özü göylərdən endi ki, Öz yatmış qulunu diriltsin. Şeytan sevinirdi ki, Musanı günah etməyə məcbur edə bilmişdir və beləliklə öz ölüm padşahlığının əsiri edə bilmişdir. Böyük yalançı elan etdi ki: “Yerin torpağısan, torpağa da qayıdacaqsan” (Yaradılış 3:19) - İlahi hökmü ona ölən üzərində haqq verir, məzarın hakimiyyəti sarsılmaz olmalıdır və orada olanların hamısı onun əsiri sayılırlar və heç vaxt öz qaranlıq zindanlarından çıxmayacaqlar.AP 424.4

    Məsih birinci dəfə endi ki, öləni diriltsin. Həyat Sahibi və gözqamaşdıncı mələklər məzara yaxınlaşanda, öz hakimiyyəti üçün şeytanı narahatlıq hissi bürüdü. Şər mələkləri ilə birlikdə o öz mülkiyyətini qorumağa hazırlaşdı. Şeytan qürurla lovğalanırdı ki, Allahın xidmətçisi onun əsiri olmuşdur. O elan etdi ki, hətta Musa da Allah Qanununu yerinə yetirməyə qadir olmadı, Tanrıya məxsus qüdrəti öz adına çıxmaqla, rəhbər də Lüsiferi Səmadan məhrum edən həmin günahı etmişdir və indi bu günahı üzündən Musa şeytana tabe olmalıdır. İlahi idarəyə qarşı söylədiyi ilk ittihamlarını böyük yalançı təkrar etdi və Rəbbin ona qarşı ədalətsizliyindən şikayətlər yağdırdı.AP 425.1

    Məsih şeytanla mübahisəyə girişmədi. O, şeytanı ittiham edə bilərdi ki, onun Səmadakı yalanı onun olduqca çoxlu sakinbrinin məhv olmasına səbəb olmuşdur. O, Adəmi günaha sürükləyən və bütün bəşəriyyəti ölümə düçar edən yalanı göstərə bilərdi. O, şeytana xatırlada bilərdi ki, İsraili şikayətə və üsyana sövq edərək, bununla onların rəhbərinin qüdrətini və çoxsəbirliliyini qırmağa məhz Lüsifer səbəb olmuşdur. Əlverişli an seçərək Musanı günah etməyə o məcbur etmişdir və nəticədə o, ölümün hakimiyyəti altına düşmüşdür. Lakin Məsih hər şeydə Ataya əsaslanaraq dedi: “Qoy sənə Rəbb qadağan etsin” (Yəhuda 9). Xilaskar bu dönüklə mübahisəyə girişmədi, lakin Öz qaydasına sadiq olaraq O, düşməni sarsıdaraq və ölülərə həyat verərək fəaliyyətə başladı. Bu onu sübut edirdi ki, Allah Oğlunun ali hakimiyyətinə müqavimət göstərməkdə şeytan gücsüzdür. Dirilmə gücü əbədibşdi. Şikar şeytanın əlbrindən qoparılmışdır, ölmüş saleh yenidən yaşayacaqdır.AP 425.2

    Günah nəticəsində Musa şeytanın hakimiyyəti altına düşmüşdü. Cəzaya layiq olaraq o, ölümün qanuni əsiri olmuşdu, lakin Bağışlayan naminə haqqı olduğu əbədi həyata dirilmişdi. Musa qəbirdən şöhrətlənmiş çıxdı və öz Xilaskarı ilə birlikdə Allah şəhərinə qalxdı. Hələ bu ana qədər heç vaxt Allahın Məsih qurbanında açılan ədabti və Məhəbbəti Allahın Musa ib münasibətində olduğu kimi beb gözəl təzahür etməmişdi. Musanı Kənana daxil olmaq hüququndan Allah məhrum etmişdi və bununla unudulmaz dərs vermişdi: Rəbbə sözsüz itaət olunmalıdır və insanlar yalnız Yaradana məxsus olan şöhrəti öz adlarına çıxmaqdan çəkinməlidirlər. Uca Tanrı Musanın xahişini yerinə yetirə bilməzdi və ona İsrailin mirasına daxil olmağa icazə verə bilməzdi, lakin O Öz qulunu unutmadı və tərk etmədi. Səmavi Allah Musanın keçirdiyi iztirabları başa düşürdü; bütün uzun mübarizə və məhrumiyyətlər illəri ərzində Öz qulunun sədaqətli xidmətində hər əməli qeyd etmişdi. Rəbb Musanı Pisqanın zirvəsindən dünyəvi Kənandan müqayisəedilməz dərəcədə çox əzəmətli olan mirası almağa dəvət etdi.AP 425.3

    Yenidən dəyişilmə dağında Musa yüksələn İlyasla birlikdə idi. Ata onları işıq və əzəmət elçiləri kimi Oğlunun yanına göndərmişdi. Deməli, Musanın çox yüzilliklər əvvəl söylədiyi dua nəhayət həyata keçmişdi. O, öz xalqının mirasındakı gözəl dağın üstündə durmuşdu və İsrailin bütün əhdlərinin cəmləşdiyi Şəxsə şəhadət edirdi. Səma tərəfindən bu qədər yüksək şərəflənən bu insanın tarixində faninin gözləri önündə açılan sonuncu səhnə belə idi.AP 426.1

    Musa Məsihin simvolik surəti idi. O özü İsrailə demişdi: “Allahınız Rəbb sizin üçün aranızdan - öz soydaşlarınız içərisindən mənim kimi bir peyğəmbər yetirəcək. Ona qulaq asın” (Qanunun təkrarı 18:15). Allah iztirablar və ehtiyac məngənəsində Musanı sınamağı lazım bilmişdi ki, o, israillilərin dəstələrini dünyəvi Kənana apara bilsin. Səmavi Kənana yönələn Allah İsrailini, insandan fərqli olaraq, Öz missiyasını həyata keçirmək üçün heç bir hazırlıq tələb olunmayan Rəhbər apanr, axı O, karnilliyə iztirablar vasitəsilə çatmışdır və “Özü imtahan olunub ələmi çəkdiyi üçün, imtahan olunanlara yardım edə bilər” (İbranilərə 2:18). Zəmanətçimiz heç bir insan zəifliyi, yaxud qeyri-kamillik göstərməmişdisə də, yenə də öldü ki, bizə əhd olunan torpağa girməyimizə haqq versin.AP 426.2

    “Musa sonradan deyibcək sözbrə şəhadət etmək üçün Allahın bütün evində bir xidmətçi kimi sadiq qaldı, Məsih isə Onun evi üçün cavabdeh olan bir Oğlu kimi sadiqdir. Və əgər cəsarətimizi və iftixar etdiyimiz ümidi sona qədər möhkəm hifz etsək, Onun evi bizik” (İbranilərə 3:5,6).AP 426.3

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents