Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Ağsaqqallar və Peyğəmbərlər

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    71-ci fəsil
    DAVUDUN GÜNAHI VƏ TÖVBƏSİ

    (Bu fəsil Şamuelin İkinci Kitabının 11,12-ci fəsillərinə əsaslanır)

    Müqəddə Kitab insan tərifmə çox yer vermir. Onda yer üzündə yaşamış hətta ən yaxşı adamların da xidmətləri az xatırlanır. Bu təsadüfı deyildir və ondan dərs götürmək olar. insanların malik olduqlan bütün yaxşı keyfiyyətlər Allah bəxşişidir. Onların yaxşı əməlləri Allah lütfü ilə Məsih vasitəsilə yerinə yetirilir. Belə ki, onlar hər şeydə Allaha borcludurlar, onların etdiklərini işıqlandırmaqla biz, mahiyyətcə, Rəbbi vəsf edirik, çünki insanlar Onun əllərində yalnız alətdirlər. Bundan başqa, bütün Müqəddəs Kitab tarixi şəhadət edir ki, insanı tərifləmək və ya yüksəltmək çox təhlükəlidir, çünki əgər o özünün Allahdan tam asılılığını unudursa və öz gücünə güvənərsə, onda günaha batması qaçılmazdır. İnsan özündən güclü düşmənlərlə mübarizə aparır. “Çünki mübarizəmiz qan və bədənə qarşı deyildir, ancaq rəisliklərə, hakimiyyətlərə, bu qaranlıq dünyanın hökmdarlarına və səmavi aləmdə olan pis ruhlu qüvvələrə qarşıdır” (Efeslilərə 6:12). Biz özümüz mübarizə aparmağa qadir deyilik, buna görə də bizi Allahdan yayındıran, özümüzü yüksəltməyə və qeyri-asılılığa aparan hər şey, şübhəsiz, bizim məğlubiyyətimizə yol hazırlayır. Müqəddəs Kitab insan qüvvəsinə inamsızlıq və İlahi qüvvəyə inam təlqin etməyə çalışır.AP 648.1

    Özünə güvənmə və özünü yüksəltmə ruhu Davudu günaha aparan yola itələdi. Yaltaqlıq, incə təriflər və təmtəraq ona öz təsirini göstərdi. Başqa xalqlarla qarşılıqlı münasibət də mənfi rol oynadı. Şərq hökmdarları arasında yayılan adətlərə görə, xalq hər hansı bir günaha görə mühakimə edilirdisə, lakin padşah heç vaxt heç bir günaha görə mühakimə olunmurdu. Təbəələrin öz nəfslərinə hakim olmaq qanunu ona aid deyildi. Bütün bunlar Davudun günahkarlıq haqqında təsəvvürünü təhrif etdi və sadə qəlblə Tanrıya ümid etmək əvəzinə, o öz müdrikliyinə və gücünə güvənməyə başladı. Şeytan cam yeganə güc Mənbəyi olan Allahdan döndərməyə nail olan kimi, o, insanda cismani ehtiras istəklərini oyatmağa çalışır. Düşmənin fəaliyyəti soyuqqanlılıq və ardıcıllıqla seçilir, əvvəlcə tamamilə hiss olunur və gözə görünmür; bu, prinsipin bünövrəsini sarsıdan gizli işdir. Bu cür hərəkətlər, elə bil ki, əhəmiyyətsiz şeylərdən başlayır - insan Allaha sədaqətə, Ona bütünlüklə etibar etməyin zəruriliyinə biganəlik göstərir və dünyanın adətlərinə, mənəviyyatına meyl etməyə başlayır.AP 648.2

    Ammonlularla müharibənin qurtarmasından əvvəl, Davud ordunun rəhbərliyini Yoava tapşıraraq Yerusəlimə qayıtdı. Suriyalılar artıq İsraib təslim olmuşdular və Ammonlular üzərində qələbə labüd görünürdü. Davud qələbənin bəhrələri və öz müdrik hökmranlığınım hörmət-izzəti ib əhatə olunmuşdu. Məhz bu anda, o özünü boş tutub sayıqlığmı itirəndə, yoldan azdıran onun şüuruna hakim olmaq imkanmdan istifadə etdi. Allahın onunla beb six ünsiyyətdə olması və ona bu qədər mərhəmət göstərməsi şəraiti onun üçün ən güclü müdafıə olmalı, bkəsiz qalmağa kömək etməli idi. Lakin bolluqda və təhlükəsizlikdə olanda Davud Allaha güvənməkdən əl çəkdi, şeytanın şirnikdirməbrinə uydu və öz canını günahla ləkələdi. Səma tərəfmdən milbt başçısı qoyulan, Allah tərəfmdən Onun qanununu icra etmək üçün seçibn Davud özü bu qanunu tapdaladı. Şər işb məşğul olanlarda dəhşət yaratmaq əvəzinə, öz nümunəsi ib onların əlbrinə qüwət verdi.AP 649.1

    Həyatınm ilk dövrbrində onu hədələyən təhlükələr arasında Davud öz ləkəsiz vicdanı ib Allaha güvənə bibrdi. Allahın əli onu qarşısında qurulmuş saysız-hesabsız torlar arasında təhlükəsiz yolla aparırdı. Lakin indi günah edərək və tövbə etməyərək o, Göybrin köməyini və rəhbərliyini istəmirdi, günahın onu saldığı təhlükəbrdən özü çıxmağa çalışırdı. Gözəlliyi padşah üçün tor olan Bat-Şeva padşahın ən cəsur və sədaqətli döyüşçülərindən biri olan Xetli Uriyanın arvadı idi. Heç kim qabaqcadan görə bilməzdi ki, əgər bu cinayət haqda bilsələr, onun nəticələri necə olancaqdır. Allah Qanunu zinada günahkar olanın ölümünü tələb edirdi və təhqir olunmuş məğrur döyüşçü padşahı öldürməklə və ya xalqı üsyana qaldırmaqla qisas ala bilərdi.AP 649.2

    Davudu öz günahını gizbtmək üçün etdiyi hər bir cəhd uğursuzluğa uğrayırdı. O özünü şeytanın əlinə verdi, onu təhlükə hədələyirdi, onu gözləyən şərəfsizlik ölümdən acı idi. Elə bil ki, bundan yaxa qurtarmaq üçün yalnız bir çıxış yolu var idi və o, ümidsizlik içərisində zinaya qətli də əlavə etməyə tələsdi. Şaulu məhv edən Davudu da məhv etmək üçün var qüvvəsi ib çalışırdı. Şimikləndirmələr müxtəlif olsalar da, onlar bir şeyə - Allahın Qanununu pozmağa aparırdılar. Davud düşünürdü ki, əgər Uriya döyüşdə düşmən əli ilə öldürülsə, onda ölümün təqsiri padşah evi üzərinə düşməyəcəkdir, Davudun arvadı olmaq üçün Bat-Şeva azad olacaqdır və padşah şərəfi qorunacaqdır. Uriya özü öz ölümünün qasidi oldu. Padşahın onunla Yoava göndərdiyi məktubda deyilirdi: “Uriyanı qızğın döyüşlərə göndər və onu ön xəttə qoy və yanından çəkilin ki, vurulub öldürülsün”. Nə vaxtsa artıq öz əlbrini günahsız qana bulamış Yoav tərəddüd etmədən padşahın əmrlərinə itaət etdi və Uriya Ammonluların qılıncından həlak oldu.AP 650.1

    Bu ana qədər bir padşah kimi Davudun həyat tarixi o qədər qüsursuz idi ki, yalnız çox az bir qisim onunla müqayisə oluna bilərdi. Onun haqqında deyilmişdir: “Davud bütün xalqına ədalət və salehliklə hökmranlıq edirdi” (2 Şamuel 8:15). Onun düzgünlüyü xalqın etibarını və sədaqətini qazanmışdı, lakin Allahdan uzaqlaşaraq və özünü hiyləgərin hakimiyyətinə verərək, o, bir müddət şeytanın əlaltısı oldu, amma hələ də Allahın ona verdiyi hakimiyyətdə idi və buna görə də itaət tələb edərək, onun əmrlərini yerinə yetirməli olanın canını təhlükəyə məruz qoyurdu. Allahdan çox padşaha sədaqətli olan Yoav Allah Qanununu pozdu, çünki padşah belə əmr etmişdi.AP 650.2

    Davud Allahdan hakimiyyət almışdı ki, ondan İlahi qanuna uyğun istifadə etsin. O, Allaınh Qanununa zidd olan şeyi etməyi əmr edəndə, ona itaət etmək günah sayılırdı. “Hakimiyyətlər Allahdandır” (Romalılara 13:1), lakin biz onlara Allah Qanununa zidd olanda itaət etməməliyik. Həvari Pavel Korinflilərə birinci Məktubunda bizim rəhbər tutmalı olduğumuz prinsipi irəli sürür. O deyir: “Mən Məsihi təqlid etdiyim kimi, təqlid edin” (1 Korinflilərə 11:1).AP 650.3

    Davuda onun əmrinin yerinə yetirilməsi haqda xəbər göndərildi, lakin onu elə məharətlə təşkil etmişdilər ki, Uriyanın qətlində Davudun və Yoavın əlinin olmasına heç bir şübhə yaranmadı. “Yoav qasidə əmr edib dedi: “Döyüş haqqında olan bütün məlumatları padşaha söybyib bitirərkən padşah sənə qəzəblənib...deyərsə, o zaman “qulun Xetli Uriya da öldü” deyərsən”. Qasid yola düşdü və Davudun yanına gəlib Yoavın göndərdiyi məlumatların hamısını ona xəbər verdi”.AP 651.1

    Padşah belə cavab verdi: “Yoava deyərsən ki, “bu hadisə sənin gözündə pis görünməsin, çünki qılınc gah birinin, gah da başqasının başını yeyir. Şəhərə qarşı döyüşü gücləndirib oranı yıxsın”. Bununla Yoavı sən də ruhlandır”.AP 651.2

    Bat-Şevanm adətə görə əri üçün saxladığı yas günləri qurtaranda “Davud adam göndərib Bat-Şevanı öz evinə gətirdi və o, Davudun arvadı oldu”. Həssas vicdam və yüksək şərəf hissi hətta həyatını qorxu altına alan təhlükə zamanı da Allahın məsh etdiyinə əl qaldırmağa imkan verməyən adam o qədər düşkünləşmişdi ki, ən sədaqətli və şanlı döyüşçülərdən birini öldürmüşdü, bununla yanaşı öz cinayətinin nəticəsində rahat xoşbəxtlikdən həzz almağa ümid edirdi. Əfsus! Parlaq qızıl necə də tutqunlaşmışdır! O necə də dəyişmişdir!AP 651.3

    Şeytan əvvəlcədən insanlara qanunu pozmaqla çatacaqları məqsədləri gözəl surətdə təsvir etmişdir. Bu cür üsulla o, mələkbri şirnikbndirmişdi. Adəm və Həwanı da o beləcə günah etməyə şirnikləndirmişdi. Bu üsulla o bu gün də çoxlarını Allaha itaətdən döndərir. O, qanunsuzluq yollarını cəlbedici təsvir edir, “Amma sonu ölümdür” (Süleymanın Məsəlləri 14:12). Bu yola qədəm qoymağa risk edərək günahın bəhrəbrinin nə qədər acı olduğunu dərk edib vaxtında ondan geri dönənbr nə bəxtiyardırlar. Allah Öz mərhəməti sayəsində imkan vermədi ki, Davud şirnikləndirici günahın torlarında tamamib məhv olsun.AP 651.4

    Həm də İsrail naminə Allah bu işə mane olmağı lazım bildi. Zaman keçdi və Davudun Bat-Şeva ilə günahı haqda bildilər; şübhələr yayıldı ki, Uriyanın ölümündə padşah təqsirkardır. Bu, Rəbbə şərəfsizlik gətirirdi. O, padşaha çox böyük mərhəmətlər göstərmişdi, onu yüksəltmişdi, Davudun günahı isə Allahın mahiyyətini təhrif edirdi və Onu qınamağa başlayırdılar. Bu qanunsuzluq İsraili mənəvi düşkünlüyə sürükləyirdi və bir çoxları artıq günahı düzgün qiymətləndirə bilmirdilər, Allahı sevməyənlər və Ondan qorxmayanlar isə daha da azğınlaşdılar.AP 651.5

    Peyğəmbər Natan Davudun yanına getməli və onu ifşa etməli idi. Bu görünməmiş sərt ittiham idi. Yalnız az hökmdarlar var ki, bu cür ifşanı dinləməyə və ifşaçım öldürməməyə qadirdirlər. Natan titrəməz səslə İlahi qərarı Davuda xəbər verdi, yüksəklikdən verilən müdriklik elə sözlər tapmağa kömək etdi ki, padşahın vicdanı oyandı və onu özü-özünə ölüm hökmü çıxartmağa məcbur etdi. Davuda Göylər tərəfindən insan hüquqlarını qorumağa qoyulan şəxs kimi müraciət edərək, peyğəmbər ona qisas tələb edən ədalətsizlik və zorakılıq haqda hadisə danışdı.AP 652.1

    “Bir şəhərdə iki adam var idi. Onlardan biri varlı, o biri isə kasıb idi. Varlı adamın çoxlu sürüləri və naxın var idi. Lakin kasıb adamın satın alıb bəslədiyi bir körpə dişi quzudan başqa heç nəyi yox idi. O, quzusunu öz yanında uşaqları ilə bərabər böyütmüş, ona öz yeməyindən yedirtmiş, öz içdiyi qabdan su içirtmiş və qoynunda yatırtmışdı. Quzu ona doğma qızı kimi idi. Bir gün varlı adamgilə yadelli bir qonaq gəlir. Varlı adam onlara gələn qonağa yemək hazırlamaq üçün öz sürüsündən və naxırından heyvan götürüb kəsməyə qıymadı. O gedib kasıbın quzusunu götürüb kəsdi və yanına gələn qonağa yemək hazırladı”.AP 652.2

    Padşah çox qəzəblənərək qışqırır: “Var olan Rəbb haqqı, bunu edən adam ölümə layiqdir. Bu işi gördüyünə və rəhmsizliyinə görə o, quzunun əvəzini dörd qat verəcək” (2 Şamuel 12:5-6).AP 652.3

    Natan padşaha nüfuzedici nəzər yetirdi, sonra sağ əlini göyə qaldırıb təntənəli surətdə dedi: “O adam sənsən!” “Nə üçün - o davam etdi -Rəbbin gözündə pis olan işi etdin? Niyə Onun sözünə xor baxdın?” Təqsirkarlar Davud kimi öz cinayətlərini gizlətməyə cəhd edə bilər, onlar var gücləri ilə çalışa bilərlər ki, etdikləri şər əməl insan gözlərindən həmişəlik gizlənsin, lakin, “Onun gözləri önündə hər şey çılpaq və açıqdır. Ona cavab verəcəyik” (İbranilərə 4:13). “Çünki örtülü bir şey yoxdur ki, açılmasın. Və gizli bir şey yoxdur ki, bilinməsin” (Matta 10: 26).AP 652.4

    Natan dedi: “İsrailin Allahı Rəbb belə deyir: “Mən səni İsrailin üzərində padşah olaraq məsh etdim və səni Şaulun əlindən qurtardım... Nə üçün Rəbbin gözündə pis olan işi etdin? Niyə Onun sözünə xor baxdın? Xetli Uriyanın arvadını özünə arvad etmək üçün onu qılıncla öldürtdürdün. Uriyanı Ammon övladlarının qılıncı ilə öldürtdürdün. Bundan sonra heç vaxt qılınc sənin evindən ayrılmayacaq... Bax sənə qarşı pisliyi öz nəslindən çıxaracağam və sənin gözünün önündə arvadlarını götürüb yaxınına verəcəyəm...Bu işi sən gizli etdinsə, Mən bu işi bütün İsraillilərin qarşısında gündüzün günorta çağı etdirəcəyəm”.AP 652.5

    Peyğəmbərin sözləri Davudun qəlbinə dərindən təsir etdi. Onun vicdanı oyandı və etdiyi cinayətin bütün eybəcərliyi aydın göründü. Onun canı peşmançılıqla Allahın önündə əyildi. O, titrək dodaqlarla söylədi: “Mən Rəbbə qarşı günah etdim”. Başqası tərəfindən edilən hər bir pislik incidilənlərdən Allaha qayıdır. Davudun Uriya və Bat-Şeva önündə etdiyi günah ağır idi və o bunu dərindən dark edirdi. Lakin onun Allah önündə etdiyi günah necə də hədsiz böyük idi.AP 653.1

    İsraildə Allahın məsh etdiyi üzərində ölüm hökmünü yerinə yetirə biləcək bir nəfər olmasa da, Davud titrəyirdi, çünki, günah edib tövbə etmədiyi üçün onun üzərinə Allah cəzası gələcəkdi. Lakin peyğəmbər vasitəsilə ona deyildi: “Rəbb sənin günahını sildi, ölməyəcəksən”. Lakin ədaləti bərpa etmək lazım idi. Davuda çıxarılan ölüm hökmü onun günahının körpəsinə yönəldi. Körpənin iztirab və ölümü Davudun cəzasını bir hissəsi kimi onun üçün öz ölümündən də əzablı olsa da, beləliklə padşaha tövbə etmək imkanı verildi. Peyğəmbər dedi: “Lakin bunu etməklə sən Rəbbin düşmənlərinə böyük fursət verdin ki, Ona küfr etsinlər. Ona görə də mütləq səndən doğulan uşaq öləcək”. Körpə xəstələnəndə Davud oruc tutaraq və dərindən sarsılaraq onun həyatının qorunması üçün yalvardı. O özünün padşahlıq paltarını, tacını çıxartdı, gecə-gündüz yerdə uzanaraq dəhşətli qüssə içərisində yalvardı ki, onun günahı üzündən günahsız əzab çəkən can məhv olmasın. “Evinin ağsaqqalları onu yerdən qaldırmaq üçün yanında dayandılar, lakin o qalxmaq istəmədi”. Çox vaxt bəzi adamlar və ya şəhərlər cəzaya məruz qalanda, mərhəmətli və rəhımli Allahın önündə itaət və tövbə cəzanın qarşısını alırdı və sülh elçilərini göndərirdi. Bu fikirdən ruhlanan Davud nə qədər ki uşaq sağ idi, onun həyatı üçün dua edirdi. Onun ölümünü biləndə isə, o sakitcə Allahın qərarına itaət etdi. Onun özünün ədalətli adlandırdığı qisasın birinci zərbəsi yerinə yetdi, lakin Davud Allahın mərhəmətinə güvənərək təsəllisiz qalmadı. Davudun bu günaha batma tarixini oxuyanların çoxu soruşur: “Nə üçün Allah Göylər tərəfindən bu qədər yüksəklərə ucaldılmış olanın həyatının qaranlıq səhifəsini dünyaya açmağı zəruri hesab etmişdir?” Peyğəmbər Davudu ifşa edərkən onun günahı haqda demişdi: “Lakin bunu etməklə Rəbbin düşmənlərinə böyük fürsət verdin ki, Ona küfr etsinlər”. Bütün sonrakı nəsillərdə allahsızlar özünü bu günahla ləkələmiş Davuda işarə edərək təntənə və kinayə ilə deyirdilər: “Bu da Allahın ürəyincə olan adam!” Beləliklə, təhqir ləkəsi həqiqət təliminin üzərinə düşürdü, Allah və Onun sözü təhqirə məruz qalıb, insanlar imansızlıqdan korlanıb və çoxları möminlik maskası altında günahlara uyublar.AP 653.2

    Lakin Davudun hadisəsində günaha haqq qazandırmaq üçün kiçicik bir cəhd də yoxdur. Padşah Allahın iradəsinə itaət edəndə o, Allahın ürəyincə olan adam adlanmışdı. O, günah edəndə, tövbə ilə Allaha qayıdana qədər, artıq bu sözlər ona aid deyildi. Allah Sözü aydın deyir: “Davudun gördüyü bu iş Rəbbin gözündə pis idi” (2 Şamuel l 1:27). Rəbb peyğəmbər vasitəsilə Davuda demişdi: “Nə üçün Rəbbin gözündə pis olan işi etdin? Niyə Onun sözünə xor baxdın? ... Bundan sonra heç vaxt qılınc sənin evindən ayrılmayacaq, çünki sən Mənə xor baxdın”. Davud öz günahından peşman olsa da, bağışlanılsa da və Allah tərəfindən qəbul edilsə də, o, səpdiyinin məhvedici bəhrələrini biçirdi. Onun və evinin düçar olduğu cəzalar Allahın günahdan ikrah etdiyinə şəhadət edir.AP 654.1

    Bu vaxta qədər Allahın uzaq görənliyi Davudu onun düşmənlərinin bütün pis niyyətlərindən qoruyurdu, Allahın Şaulu necə cilovlamasında bu xüsusilə görünür. Lakin Davudun günahı onun Allahla münasibətini dəyişdirdi. Rəbb bu qanunsuzluğu heç cür cəzasız qoya bilməzdi. O, Davudu Şaulun düşmənçiliyindən qoruduğu kimi, onun günahının nəticələrindən qorumaq üçün Öz gücünü göstərə bilməzdi.AP 654.2

    Davudun özündə böyük dəyişiklik baş vermişdi. Öz günahmı dərk etməsindən və bu günahın nəticələrinin genişlənməsindən onun ruhu sınmışdı. Öz təbəələrinin gözlərindən o özünü alçalmış hiss edirdi. Onun nüfuzu keçilmişdi. İndiyə qədər Davudun uğuru onun Allah hökmlərinə vicdanla itaət etməsinə aid edilirdi. Lakin indi onun təbəələri onun günahı haqda bilərək sərbəst günah etməyə başlaya bilərdilər. Onun evindəkilər arasmdakı nüfuzu, oğlanlarının hörməti və itaəti zəifləmişdi. O, günahı ifşa etməli olduğu halda, təqsirkarlıq hissi onun dodaqlarını qapayırdı. Bu ona öz evində ədalət yaratmağa mane olurdu. Onun pis nümunəsi oğullarına təsir etmişdi və Allah bunun nəticələrinin qarşısını ala bilməzdi. Rəbb hadisələrin təbii gedişinə mane olmur və buna görə də Davud layiqli sərt cəzasını çəkirdi.AP 654.3

    Özünün günaha batmasından sonra Davud bütün ili, sanki, tam təhlükəsizlikdə yaşadı. Allah qəzəbinin heç bir əlaməti görünmürdü. Lakin İlahi ittiham artıq səslənmişdi. Cəza və qisas günü sürətlə və qətiyyətlə yaxınlaşırdı, onların qarşısını nə peşmançılıq, nə də onun bütün dünyəvi həyatını tutqunlaşdıran qəlb əzabı və ağn ala bilərdi. Davudun nümunəsinə əsaslanaraq öz günahının təqsirkarlığını kiçiltməyə çalışınlar bilməlidirlər ki, Müqəddəs Yazıda qanunsuzluq yolu tutqun boyalarla təsvir edilmişdir. Onlar Davud kimi peşman olsalar da, öz günahlarının nəticəbrini öz üzərlərində daşımalı olacaqlar və görəcəklər ki, bu hətta buradakı həyatda necə ağır və acıdır.AP 655.1

    Allah istəmişdi ki, Davudun günaha batma hadisəsi xəbərdarlıq olsun ki, hətta Onun səxavətb xeyir-dua verdikləri və Öz mərhəmətlərini üzərlərinə yağdırdıları özlərini təhlükəsizlikdə hiss etməsinlər, duaya biganə olmasınlar, ayıq olmağın zəruriliyini xatırlasınlar. Rəbbin bütün dərslərini itaətlə öyrənməyə çalışanlar üçün bu hadisə həmişə belə olmuşdur. Bu hadisə sayəsində minlərlə nəsil şirnikləndiricinin gücündəki təklükəni dərk edə bilmişlər. Rəbbin bu qədər böyük şöhrət verdiyi Davudun günaha batması insanlarda özlərinə inamsızlıq hissi oyadır. Onlar başa düşürlər ki, iman edənləri yalnız Allah Öz gücü ilə müdafiə edə bilər. Gücbrinin və təhlükəsizliklərinin Onda olduğunu bilərək, onlar şeytanın ərazisinə keçməkdən ehtiyat edirlər.AP 655.2

    Hətta İlahi ittiham Davuda elan edilməmişdən qabaq, o artıq öz azğınlığının bəhrələrini dadmaq məcburiyyətində. Onun vicdanı narahat idi. 32-ci məzmurda onun o zaman keçirdiyi qəlb əzabları açılır:AP 655.3

    “Asiliyi bağışlanan, günahı əfv olunan
    Nə bəxtiyardır!
    Rəbb tərəfindən təqsirkar sayılmayan,
    Qəlbində hiylə olmayan insan Nə bəxtiyardır!
    Etiraf etməyəndə bütün gün nalə çəkməkdən
    Sümüklərim taqətdən düşdü.
    Əlin üzərimdə gecə-gündüz ağırlaşdı,
    Sanki yayın quraqlığı məni taqətdən saldı”
    AP 656.1

    (Məzmur 32:1-4).

    51-ci məzmur, Allah tərəfindən ifşa edildikdən sonra, Davudun peşmançılığını izhar edir:AP 656.2

    “Məhəbbətin naminə, Ey Allah, mənə lütf et,
    Bol mərhəmətinə görə asiliklərimi sil.
    Mənim bütün təqsirlərimi yu,
    Günahımdan təmizlə.
    Çünki asiliklərimi bilirəm,
    Günahım daim gözümün qarşısındadır...
    Məni züfa ilə pak et, təmiz olum,
    Məni yu, qardan da ağ olum.
    Mənə şadlıq, sevinc səsini eşitdir,
    Qırdığın sümüklərim xoşhallansın.
    Üzünü tut günahlarımı görmə,
    Bütün təqsirlərimi sil.
    Ey Allah, məndə təmiz ürək yarat,
    Daxilimə yenidən sədaqət ruhunu ver.
    Məni Öz hüzurundan atma,
    Müqəddəs Ruhunu məndən götürmə.
    Xilasının sevincini mənə qaytar İtaətkarlıq ruhu verib mənə dayaq ol.
    Ey Allah, məni azad et,
    Qan tökmək təqsirindən məni qurtar,
    Dilim ədalətini mədh etsin.
    AP 656.3

    (Məzmur 51:1-14 ).

    Beləliklə, ətrafındakılarm: kahinlərin və hakimlərin, rəislərin və döyüşçülərin hüzurunda onun xalqının yığıncaqlarında ifa edilməli olan, bütün gələcək nəsillərə onun günahına batması haqda danışmalı olan bu müqəddəs nəğmədə İsrail padşahı öz günahı, peşmançılığı və Allah mərhəməti ilə bağışlanmasına ümid haqda ətraflı danışmışdır. O öz günahını gizlətməyə çalışmamışdır - əksinə, istəmişdir ki, onun günaha batmasının qəmgin tarixi başqalarına da çox şey öyrətsin. Davudun peşmançılığı səmimi və dərin idi. Öz cinayətinə haqq qazandırmaq üçün o heç bir cəhd etməmişdir. Onu duaya təhrik edən onu hədələyən cəzadan qurtarmaq istəyi olmamışdır. O, yalnız Allaha qarşı öz günahının eybəcərliyini görürdü, o öz canının alçaqlığını görürdü və öz günahına nifrət edirdi. O yalnız əfv üçün deyil, təmiz qəlb üçün də xahiş edirdi. Davud ümidsizliyə qapılmadı. Tövbə edən günahkarlara Allah əhdlərində o, Allahın onu bağışlamasının və qəbul etməsinin sübutunu görürdü.AP 657.1

    “Sən qurbanlardan zövq almazsan,
    Yoxsa kəsərdim.
    Yandırma qurbanlarmdan razı qalmazsan,
    Allaha məqbul olan qurban etiraf ruhudur.
    Sən sınan və peşman olan ürəyə xor baxmazsan!”
    AP 657.2

    (Məzmur 51:16,17).

    Davud yıxılmışdısa da, Rəbb onu qaldırdı. İndi o, Allaha və ətrafındakılara günaha batmasından əvvəlkindən daha sıx bağlı idi. Özünün xilas sevinci içərisində o oxuyurdu:AP 657.3

    “Sonra Sənə günahımı etiraf etdim,
    təqsirlərimi gizlətmədim.
    Dedim: “Rəbbə asiliyimi etiraf edirəm”
    Təqsirimi, günahımı bağışladın...
    Sığınacaq yerim Sənsən, məni dardan hifz edirsən.
    Zəfər harayı ilə ətrafımda dövr edirsən”.
    AP 658.1

    (Məzmur 32:5-7).

    Çoxlan Allahı ədalətsiz hesab edirlər ki, O, günahı bu qədər böyük olan Davudu əfv etmişdir və eyni zamanda, onların fikrincə, o qədər də günahkar olmayan Şaulu rədd etmişdir. Lakin Davud itaət etmişdi, Şaul isə tövbə etməyərək öz qəlbini qəddarlaşdırmışdı.AP 658.2

    Davudun həyatının bu tarixi tövbə edən günahkar üçün böyük məna ilə doludur. Bu bizə insan taleyinə düşmüş döyüşləri və sınaqları göstərən, Allah önündə həqiqi peşmançılığı və Rəbbimiz İsa Məsihə imanı göstərən ən parlaq lövhələrdən biridir. Bütün əsrlərdə bu nümunə günah edən və öz təqsirinin yükü altında inləyənlər üçün gümrahlıq mənbəyidir. Günah edən və ümidsizliyə qapılan minlərlə Allah övladı Davudun səmimi peşmançılığınm və etirafınm Allah tərəfindən necə qəbul edilməsini xatırlayaraq və onun öz qanunsuzluğuna görə cəza çəkməsinə baxmayaraq, gümrahlaşırdılar və yenidən Allah qanunları yolu ib getməyə çalışırdılar.AP 658.3

    Allahın ifşasından sonra öz qəlbini Davud kimi etiraf və tövbə ilə itaətə gətirən hər bir kəs əmin ola bilər ki, onun üçün ümid vardır. Həqiqi tövbə edən canı Rəbb heç vaxt tərk etməz. O vəd edir: “Qoy Mənə pənah gətirsinlər, Mənimlə barışsınlar, bəli, qoy Mənimlə barışsınlar” (Yeşaya 27:5). “Qoy pis adam öz yolunu, şər adam öz fikirlərini atsın. Qoy Rəbə sarı dönsün ki, Ondan mərhəmət tapsın. Qoy bizim Allahımız tərəfə dönsün, çünki Onun əfvi boldur” (Yeşaya 55: 7- qeyd müəllifindir).AP 658.4

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents