Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Ağsaqqallar və Peyğəmbərlər

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    4-cü fəsil
    ƏFV PLANI

    İnsanın günaha batması bütün Səmam kədərə qərq etdi. Allah tərəfindən yaradılan dünya günahın lənətilə ləkələnmiş oldu və orada iztiraba, ölümə məhkum olunmuş varlıqlar məskunlaşdılar. Elə güman etmək olardı ki, günah etmiş olanlar üçün heç bir qurtuluş yoxdur. Mələklər daha öz vəsf nəğmələrini oxumurdular. Bütün səma məskənlərində günah tərəfındən törədilmiş dağıntılar üçün dərin kədər hökm sürürdü.AP 35.1

    Allah Oğlu, şöhrətli Səma Hökmdarı, günaha batmış nəslə canıyananlıqla baxırdı və itirilmiş dünyanın ərşə yüksələn ahları Onün qəlbini hədsiz mərhəmətlə doldururdu. Lakin insanın əfv planı İlahi Məhəbbətlə hələ əwəlcədən yaranmışdı. Pozulmuş qanun günahkarın həyatım tələb edirdi. Bütün Kainatda yalnız Vahid Şəxs var idi ki, insan naminə qanunun tələblərini ödəyə bilsin. İlahi qanun Allahın özü qədər müqəddəs olduğu üçün yalnız Allahla bərabər Olan törədilmiş qanunsuzluğu bağışlamağa qadirdir. Məsihdən başqa heç kim günaha batmış insanı qanunun lənəti altından xilas edə bilməzdi və onu yenidən Səma ilə ahəngdarlığa gətirə bilməzdi. Məsih günahın təqsirini və rüsvayçılığını öz üzərinə götürməli idi; günah Müqəddəs Allah üçün o qədər murdardır ki, Ata ilə Oğulu ayırır. Günaha batmış nəslin xilası üçün Məsih izhtirablar və kədərlər girdabına atılmalı idi. Oğul Ata qarşısında günahkar üçün xahiş edəndə, səma ordusu təsviredilməz dərəcədə dərin həyəcan içərisində son qərarı gözləyirdilər. Bu sirli müşavirə, “tam razılığ” ( Zəkəriyyə 6:13), uzun çəkdi, burada günaha batmış yer övladlarının taleyi həll olunurdu. Xilas planı dünyanın yaradılmasından əvvəl hazırlanmışdı, zira Məsih “dünya yaradılandan boğazlanmış Quzudür” (Vəhy 13:8); lakin Kainatın Padşahı Öz Oğlunu günahkar bəşəriyyət naminə ölümə verməyə daxili mübarizəsiz razı olmadı. “Zira, Allah dünyanı elə sevdi ki, vahid Oğlunu ona verdi; bunu ona görə etdi ki, Ona iman edən hər adam həlak olmasın, əbədi həyata malik olsun” (Yəhya 3:16). Ey bağışlanma sirri! Allah Onun hisslərinə cavab verməyən dünyaya necə məhəbbət bəsləyirdi! “İdrakdan yüksəkdə duran” məhəbbətin dərinliyini kim dərk edə bilər? Sonadək dərk edilməyən məhəbbətin sirrini dərk etmək istəyən ölməz varlıqlar əbədiyyət boyu Onun əzəməti önündə heyrət və səcdə edəcəklər.AP 35.2

    Allah özünü Məsihdə açmalı idi və beləliklə də dünyanı Özü ilə banşdırmalı idi (bax 2 Korinflilərə 5:19). İnsan günahla o qədər murdarlanmışdı ki, xaraktercə pak və xeyirxah Olan ilə öz-özlüyündə heç cür barışa bilməzdi. Lakin Məsih insanı qanunun mühakiməsi altından zəmanətə götürməklə İlahi qüvvəni insan gücsüzlüyü ilə birbşdirdi. Beblikb, Allah qarşısında tövbə və Məsihə iman vasitəsilə Adəmin günaha batmış övladları yenidən “Allah övladları” adlanmaq hüququnu əldə edə bibrbr (1 Yəhya 3:2).AP 36.1

    Bütün Səma hədsiz böyük qurbanın əzəmətini dərindən dərk etdi, insan yalnız bu qurbanın sayəsində xilas ala bibrdi. Məsih əfv niyyətini səma mələkbrinə açanda onlann qəlbi dərin kədərlə doldu, çünki onlar gördülər ki, onların sevimli Hökmdarı yalnız son dərəcə dərin iztirablar bahasına insanı xilas edə bilər. Onlar qəlb ağnsı və heyrətb Məsihi dinbyirdibr. Məsih onlara danışırdı ki, iztirablara, təhqirə və ölümə məruz qalmaq üçün səma paklığını, sülhü, sevinci, şöhrəti, ölməz həyatı necə tərk edəcək və günahkar yerə enəcəkdir. O, günahkar ib günahın cəzası arasında duracaqdır və yalnız az bir qisim Onu Allah Oğlu kimi qəbul edəcəkdir. O Öz əvvəlki Hökmdar kimi yüksək mövqeyini tərk edərək, yerə enəcəkdir, insan təbiətini özündə barışdıracaqdır ki, insanların məruz qaldıqlan kədərləri və tamahları Öz şəxsi təcrübəsində dərk etsin. Bütün bunlar ona görə vacibdir ki, O, “imtahan olunanlara yardım edə bilsin” (İbranibrə 2:18). Bir Müəllim kimi Onun missiyası başa çatdıqda isə, O şərəfsizlərin əlinə veriləcəkdir və iblisin Ona işgəncə verənləri ruhlandırmağa qadir olduğu bütün təhqirlərə və işgəncələrə məruz qalacaqdır. O, təhqirlər altında göylə yer arasında cinayətkar kimi çarmıxa çəkilərək ölməli olacaqdır. ötən uzun və ağır saatlar boyu O elə dəhşətli can və qəlb mübarizəsi keçirəcəkdir ki, Ona baxmağa gücləri çatmayan məbklər üzlərini örtəcəklər. Ata Öz üzünü Ondan çevirəndə və bütün dünyanın günahlarının ağır yükü Onun üzərinə qoyulanda O, dəhşətli qəlb əzabı keçirəcəkdir.AP 36.2

    Mələklər insanı xilas etmək üçün öz həyatlarını təklif edərək, İsanın ayaqlanna döşəndilər... Lakin mələk həyatı günahı əfv edə bilməzdi: yalnız insanı Yaradan onu xilas etmək gücünə malik idi. Lakin əfv planının həyata keçirilməsində mələklərə də müəyyən rol ayrılmışdı. “Lakin görürük ki, mələklər bir az aşağı tutulmuş İsa, Allahın lütfü ilə hər bir adam naminə ölüm dadmaq üçün çəkdiyi ölüm acısı nəticəsində, izzət və şərəf tacını geymişdir” (İbranibrə 2:9). O çevrilərək insan olacaq və artıq, mələklər Ona xidmət etdikləri vaxtda və Onun iztirab çəkdiyi vaxtda mələklərin Ona ruh verdikləri zaman olduğu kimi onlar qədər qüdrətli gücə malik olmayacaqdır. Onlar da köməkçi kimi xilasın varisi olacaq olanlara xidmət etməyə göndəriləcəklər (bax İbranilərə 1:14). Bu mələklər onları şər mələklərin təsirindən qorumalı və şeytanın həmişə salehləri əhatə etmək istədiyi zülməti dağıtmalı olacaqlar.AP 37.1

    Mələklər özlərinin Rəbbinin əzablarının və alçaldılmasının şahidləri olanda, onda onlar canıyananlıq və qəzəb hissləri ilə coşaraq, Onu qatilbrin əlindən necə də xilas etmək istəyəcəklər! Lakin bu müdaxib olmamalı idi. Məsih şərəfsizlərin kinayələrinə və təhqirbrinə məruz qalmalı idi, bu əfv planının bir hissəsi idi və O, dünyanın əfv Edicisi olaraq bütün niyyətlə razılaşdı.AP 37.2

    Məsih məbkbri əmin edirdi ki, O Öz ölümü ilə çoxlannı əfv edəcəkdir və ölüm imperiyasına malik olanı məhv edəcəkdir, insanların qanunu pozmaq nəticəsində itirdikləri padşahlığı yenidən onlara qaytaracaqdır, əfv edibnbr Onunla həmvaris olaraq əbədi Onunla olacaqlar. Günah və günahkarlar məhv edibcəklər ki, səmanın və yerin rahatlığı heç vaxt pozulmasın. O, səma ordusunu Atanın planı ib razılaşmağa və Onun ölümünün günaha batmış insanı Allahla banşdırmağa xidmət edəcəyinə sevinməyə çağınrdı.AP 37.3

    Onda Səmanı izahedilməz bir sevinc doldurdu. Əfv edilmiş dünyanın şöhrəti və xoşbəxtliyi həyat Sultanının iztirablarını və qurbanını ötüb keçmişdi. Göy qübbəsi altında müqəddəs nəğmənin, Beyt-Lehem təpələrində səslənməli olan himnin ilk sədalan səsləndi: “Ən ucalarda olan Allaha izzət və yer üzündə razı olduğu adamlara sülh olsun” (Luka 2:14). Bu səda indi daha güclü idi, nəinki yer yaradılarkən, “Dan ulduzları birgə nəğmə oxuyurdu, ilahi varlıqlar sevincdən haray salırdı” (Əyyub 38:7).AP 37.4

    Xilas planı haqda insana ilk dəfə iblisə bağda hökm çıxarılarkən xəbər verilmişdi. Rəbb dedi: “Mən səninlə qadın arasına, sənin balanla onun övladı arasına düşmənçilik salıram. Bu övlad sənin başından vuracaq, sən də onu dabanından sancacaqsan” (Yaradılış 3:15). Bu hökm bizim əcdadlarımız üçün əhd-peyman oldu. İnsanla iblis arasındakı mübarizənin labüdlüyünü deyərkən O işarə edirdi ki, əvvəl-axır böyük yalançı məğlub olacaqdır. Öz layiq olduqlan cəzanı gözləyərək, Adəm və Həwa bir cinayətkar kimi adil Hakimin önündə durmuşdular, lakin onlara kədər və zəhmətlə dolu olan öz acı qismətləri haqda, ölümün labüdlüyü haqda eşitməzdən əvvəl ümid sözləri səsləndi. Qüdrətli düşmən onları iztirablara məruz qoyacaqdısa da, lakin indi onlar gələcək qələbəyə ümid bəsləyə bilərdilər.AP 38.1

    İblis eşidəndə ki, onunla qadın arasında, onun zürriyəti ilə qadının zürriyəti arasında düşmənçilik salınacaqdır, o başa düşdü ki, onun insana məhvedici təsiri müəyyən maneələrlə rastlaşacaqdır, insan onun təsirinə müqavimət göstərmək gücü alacaqdır. Lakin xilas planı daha tam açıqlananda, iblis günaha batmış mələklərlə birgə şənləndi, çünki onun insanı yoldan çıxartması sayəsində Allah Oğlu öz yüksək mövqeyini tərk etməli olacaqdı. Onda hiyləgər elan etdi ki, onun niyyətləri yerdə böyük müvəffəqiyyətlə həyata keçdiyi üçün, insan təbiətini qəbul edən Məsihə asanlıqla qalib gəlmək olar və insan nəslinin xilası planı həyata keçməz.AP 38.2

    Səma mələkləri bizim əcdadlarımız qarşısında onların xilası üçün nəzərdə tutulan planı daha tam açıqladılar. Adəm və Həvvanı əmin etdilər ki, onların böyük günahına baxmayaraq, onlar şeytanın ixtiyarına buraxılmayacaqlar. Allah Oğlu onların bağışlanması naminə Öz Həyatını qurban verəcəkdir. Onlar sınaqlara məruz qalmalı olacaqlar və tövbə, Məsihə inam vasitəsilə yenidən Allah övladlan olacaqlar.AP 38.3

    Onların xilası üçün verilməli olan Qurban, Adəm və Həvvaya Allah Qanununun müqəddəsliyini açdı, onlar günahın cinayətkarlığını və onun dəhşətli nəticələrini həmişəkindən daha çox dərk etdilər. Onlar vicdan əzabı və qəlb iztirabları ilə yalvanrdılar ki, cəza onlar üçün məhəbbəti bütün həyatın sevinc mənbəyi Olanın üzərinə düşməsin və hesab edirdilər ki, cəzanı onlar özləri və onların övladları çəkməlidirlər. Onlara deyildi ki, Allah qanunu Səmanın və həm də yerin idarəsinin əsası olduğu üçün hətta mələyin də həyatı bu qanunun pozulması üçün əvəz verilən qurban kimi qəbul edilə bilməz. İnsanın günaha batmış vəziyyətinə uyğunlaşdıraraq qanunun heç bir yazısını dəyişdirmək və yaxud da onda heç bir başqa düzəliş etmək olmaz. Yalmz insanı xəlq edən Allah Oğlu insanı xilas edə bilər. Adəmin cinayəti dünyaya iztirabı və ölümü necə gətirmişdirsə, eləcə də Məsihin qurbanı sevinc və ölməzlik gətirəcəkdir.AP 38.4

    Əfv planı həyata keçərək reallaşanda yalnız insan deyil, hiyləgərin əsarətində olan yer də dirçələcəkdir. Adəm öz yaradılışından sonra bütün yerin hökmdarı idi, lakin günah edərək şeytanın əsarəti altına düşdü, “Onlara azadlıq vəd edirlər, halbuki özləri pozğunluğun köləsidirlər. Çünki adam ona qalib gələnə kölə olar” (2 Peter 2:19). İnsan şeytanın əsiri olanda, onun qüdrəti ona qalib gələnə keçdi. Beləliklə də, şeytan oldu “bu əsrin tanrısı” (2 Korinflilərə 4:4). O, yaradılış zamanı Adəmə verilən yer üzərindəki hakimiyyəti qəsb etdi. Lakin Məsih Özünü qurban etdi ki, nəinki yalnız insanı bağışlasın, həm də onun itirdiyi hökmdarlığı qaytarsın. Birinci Adəm tərəfındən itirilən hər şey ikincinin vasitəsilə qaytarılacaqdır. Peyğəmbər nida edir: “Sən, ey Yerusəlim, sürüyə nəzarət edən qüllə, Sion qızının qalası, əvvəlki hakimiyyət sənə yenidən veriləcək, Yerusəlim qızının səltənəti gələcək” (Mikeya 4:8). Həvari Pavel də həmçinin “Allahın Öz mülkünün qurmuluşu, Onun izzətinin mədhi üçün mirasımız” haqqında danışır (Efeslilərə 1:14). “Göyləri yaradan Rəbb bircə olan Allahdır! O, dünyanı yaratdı, ona quruluş verdi, Rəbb dünyanı qarmaqarışıq yaratmadı, onu yaşamaq üçün qurdu. O deyir: “Mən Rəbbəm, başqası yoxdur!” (Yeşaya 45:18). Bu plan yalnız o vaxt həyata keçəcəkdir ki, İlahi qüvvə ilə yeniləşən, günahdan və iztirablardan təmizlənən yer bağışlananların əbədi məskəni olacaqdır. “Salehlər ölkəni mülk olaraq alacaq, onlar orada əbədi məskən salacaqlar” (Məzmur 37:29). “Artıq heç bir lənət mövcud olmayacaq. Allahın və Quzunun taxtı onda olacaq; və Onun qulları Ona xidmət edəcəklər” (Vəhy 22:3).AP 39.1

    Adəm məsum olarkən öz Yaradanı ilə ünsiyyətdən sevinirdi, lakin günah insanı Allahdan ayırdı. Yalnız Məsihdə barışmaqla uçurum üzərindən körpü salına bilərdi, yalnız İsa vasitəsi ilə bəşəriyyət xeyir-dua və xilas ala bilərdi. İnsan öz Yaradanı ilə ünsiyyət etmək imkanından məhrum olmuşdu, lakin Allah, Məsih və mələklər vasitəsilə insanlara yol tapdı.AP 40.1

    Edendə İlahi hökmün səsləndiyi andan başlayaraq ta böyük daşqına və daha sonralara, Allah Oğlunun birinci gəlişinə qədər bəşəriyyət tarixinin mühüm hadisələri Adəmə açıqlandı. Adəm üçün o da sirr qalmadı ki, Məsihin qurbanı bütün dünyanın bağışlanması üçün kifayət etsə də, çoxları günahkar həyatı tövbədən və Allah iradəsi ilə ahəngdar həyatdan üstün tutacaqlar. Cinayətkarlıq nəsildən-nəslə artacaqdır və günahın lənəti getdikcə daha ağır yük kimi bəşəriyyətin, heyvanların və yerin üzərinə çökəcəkdir. İnsanın ömür günləri günahkar həyat tərzi üzündən azalacaqdır. Dünya mümkün ola bilən bütün iztirablarla dolana qədər insan şərə müqavimət göstərmək qabiliyyətini itirə-itirə fiziki, əqli və mənəvi cəhətdən cırlaşacaqdır. İnsanlar öz ehtiraslarına uyaraq əfv planının böyük həqiqətlərini dərk etməyə qadir olmayacaqlar. Lakin Məsih Səmanı tərk edərkən güddüyü məqsədə sadiq qalaraq, yenə də insanların halına yanacaq və onları öz zəif və çatışmayan cəhətlərini Onda gizlətməyə çağıracaq. İmanla Onun yanına gələnləri doyduracaqdır. Bütün artan qanunsuzluqlara baxmayaraq dünyada həmişə Allah haqqında həqiqi biliyini və qəlb təmizliyini qoruyan insanlar olacaq.AP 40.2

    Allah tərəfındən müəyyən edilən qurbanların gətirilməsi insana daim xatırlatmalı idi ki, onun öz günahlarmı etiraf etməsinə və əhd edilmiş Bağışlayana canlı imana ehtiyacı vardır. Onlar günaha batmış bəşəriyyətə şəhadət etməli idilər ki, günah ölümə gətirib çıxanr. Birinci qurbanın gətirilməsi Adəm üçün yüksək dərəcədə əzab verici mərasim idi. O öz əli ilə yalnız Allahın verə bibcəyi həyatdan məhrum etməli idi. Beləcə Adəm ilk dəfə ölümü gördü və başa düşdü ki, əgər o, Allaha sadiq qalsa idi, onda nə insan, nə də heyvan ölümə məhkum olmazdılar. Məsum qurbanı öldürərkən o bu fıkirdən sarsılaraq titrədi ki, onun günahı üzündən qüsursuz Allah Quzusunun qanı tökübcəkdir. O yalnız Allahın sevimli Oğlunun ölümu ib bağışlana bilən öz cinayətinin bütün dəhşətini dərindən və aydın dark etdi. Adəm günahkarın xilası naminə belə böyük fıdiyə ödəyən Hədsiz Xeyirxahlığa heyran qaldı. Ümid ulduzu inam və sevinc saçaraq qaranlıq və dəhşətli gələcəyi nura qərq etdi.AP 40.3

    Xilas planı insanın bağışlanmasından başqa əhəmiyyətcə və dərinlikcə heç də az olmayan başqa məqsədə də malik idi. Məsih yerə yalnız ona görə gəlməmişdi ki, bu kiçik planetin sakinləri Allah Qanununa itaət etməyi öyrənsinlər, - xilas planı həm də böhtan atılmış Allah xarakterinə bütün Kainat qarşısında haqq qazandırmalı idi. Xilaskar Özünün çarmıxa çəkilməsindən bir qədər əvvəl demişdi: “Bu dünya indi hökmə uğrayır; bu dünyanın rəisi indi çölə atılacaqdır. Mən yerdən yuxarı qaldırılsam, bütün insanları Özümə çəkəcəyəm” (Yəhya 12:31,32); Məsih bu sözlərlə qabaqgörəncəsinə öz böyük qurbanının nəticəsinə, onun həm günaha batmamış dünyalar üçün, həm də insan üçün böyük əhəmiyyətinə işarə edirdi. İnsanın bağışlanması naminə Məsihin ölümü yalnız insanlara Səmaya aparan yolu açmırdı - o, bütün Kainatın qarşısında şeytanın üsyanı zamanı Allahın və Oğulun fəaliyyətlərinə haqq qazandırmalı, günahın mahiyyətini və nəticələrini ifşa etməli, Allah Qanununun dəyişilməzliyini təsdiqləməli idi.AP 41.1

    Allahın Qanunu ətrafında lap əvvəldən böyük mübarizə alovlanmışdı. Şeytan sübut etməyə çalışırdı ki, Allah ədalətli deyildir, Onun qanunu mükəmməl deyildir və bütün Kainatın xeyri üçün o dəyişilməlidir. Qanuna hücum edərkən şeytanın niyyəti Qanunvericinin hakimiyyətini devirmək idi. Baş verən mübarizədə aydınlaşmalı idi -həqiqətənmi İlahi qaydalar qeyri-mükəmməldir və dəyişilməlidir və yaxud onlar kamil və dəyişilməzdir.AP 41.2

    İblis Səmadan rədd ediləndə o, yeri öz padşahlığı etmək niyyətində idi. Adəmi və Həwanı yoldan çıxararaq onlara qalib gələndə o fıkirləşirdi ki, öz məqsədinə çatmışdır, çünki, hiyləgərin inandırmağa çalışdığına görə, onlar onu öz sahibləri seçmişdilər. O təsdiq edirdi ki, günahkarın əfv alması qeyri-mümkün və buna görə də günaha batmış insanlar təbii surətdə onun təbəəsi olmuşlar, dünya isə onun xüsusi mülkiyyətinə keçmişdir. Lakin Allah Ona bərabər olan Öz bircə sevimli Oğlunu verərək Onu cinayətin ağır yükünü daşımağa təyin etdi ki, beləliklə günahkarlara onların Allah və öz yurdları olan Edenə qayıda biləcəkləri yolu açsın. Məsih insanı xilas etməyə və dünyanı şeytanın hakimiyyətindən qurtarmağa girişdi. Səmada başlayan böyük mübarizə bu dünyada, şeytanın özününkü elan etdiyi yerdə həll olunmalı idi.AP 41.3

    Kainat böyük heyrət içərisində bildi ki, günaha batmış insanın xilası naminə Məsih Özünü ram edəcəkdir. Bütün ulduzlar və bütün dünyalar Ona məxsus olsa da,Öz yaratdığı hədsiz sayda varlıqların bütün hamısına sahib olan və hər birinin qayğısına qalan, insan təbiətini qəbul edərək Ona məxsus olan şöhrəti tərk etməyi qərara aldı. Bu, başqa dünyaların günahsız varlıqlarının dərk etmək istədikləri sirr idi. Məsih insan sürətində bu dünyaya gələndə, bütün səma sakinləri həyəcan içərisində qana bulaşmış həyat yolu boyunca -beşikdən Qolqotaya qədər - həyacan içərisində addım - addım Onu izləyirdilər. Səma Məsihə edilən tədqirləri və kinayələri qeyd edirdi və bilirdi ki, bunlar şeytanın fitnələridir; o, şər mələklərinin də fəaliyətlərini izləyirdi. Şeytan insanların dərd və iztirablarını artıraraq daim zülməti qatılaşdırırdı, Məsih isə zültəmi dağıdırdı. Səma sakinləri işıq və zülmət arasındakı getdikcə qızışan mübarizəni müşahidə edirdilər. Nə vaxt ki Məsih ölümqabağı can çəkişməsi içərisində nida etdi: “Tamam oldu!” (Yəhya 19:30) - qələbənin sevinc sədası bütün dünyaları və göyləri dolaşdı. Bu dünyada belə uzun sürən böyük mübarizənin nəticəsi qabaqcadan həll olunurdu və Məsih Qalib çıxdı. O öz ölümü ilə bu suala cavab verdi: fədakarlıq və özünü qurban vermə ruhunu əməldə göstərmək üçün Ata və Oğul insanlara kifayət qədər məhəbbətə malikdirlərmi? Şeytan özünün əsl yalançılıq və qattillik mahiyyətini göstərdi. İndi aydın oldu ki, əgər şeytan bütün səma varlıqlarına hakim ola bilsəydi, insanlarla necə rəftar etmişdisə, eb də edərdi. Bütün Kainat yekdillikb İlahi idarənin ədalətliliyini tanıdı.AP 42.1

    Əgər qanunu dəyişmək mümkün olsaydı, onda Məsihin qurbanı olmadan da insan xilas alardı, lakin günaha batmış insan nəsli üçün Məsihin Öz həyatını verməli olması ona dəlabt edir ki, Allah Qanunu günahkarı öz təbblərindən azad etmir. O sübut edir ki, günahın cəzası ölümdür. Məsih ölən zaman şeytanın taleyi həll olundu. Əgər çoxlannın öyrətdiyi kimi, qanun çarmıxda ləğv edilmiş olsa idi, onda Allahın sevimli Oğlunun əzabları və ölümü şeytanın xeyrinə xidmət edərdi, şərin rəisi şənlənə bilərdi, çünki onun Allah idarəsinin prinsiplərinə qarşı sürdüyü ittihamlar təsdiq olunardı. Məsih insanın günahının cəzasını Öz üzərinə götürdü və bu bütün yaradılan varlıqlar üçün güclü sübut oldu ki, qanun dəyişilməzdir, Allah salehdir, rəhmdildir və fədakarlığa hazırdır, ədalətlilik və mərhəmət İlahi idarəetmənin əsas prinsipləridirlər.AP 42.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents