Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Ağsaqqallar və Peyğəmbərlər

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    58-ci fəsil
    PEYĞƏMBƏRLƏR MƏKTƏBLƏRİ

    Rəbb İsrailin qayğısına qalırdı. Onun qayğısı yalnız ruhani sfera ilə məhdudlaşmırdı - əqli və ya fiziki nailiyyətlərə kömək edən hər şey də həmçinin İlahi qabaqgörənliklə istiqamətlənirdi və İlahi qanuna tabe idi.AP 535.1

    Rəbb ibranilərə əmr etdi ki, Onun tələblərini uşaqlara öyrətsinlər, onlar bilməli idilər ki, O, onların ataları ilə necə rəftar etmişdir. Bu hər bir atanın ən başlıca vəzifələrindən biri idi və başqa adama həvalə etmək olmazdı. Yad dillər yox, sevən valideyn ürəkləri uşaqlara nəsihət verməli idilər. İlahi haqqında düşüncələr gündəlik həyat hadisələrindən ayrılmaz olmalı idi. Öz xalqını xilas edən İlahinin qüdrəti, gələcək Zəmanətçi haqda əhd bu ev söhbətlərinin ən vacib mövzusu olmalı idi, bu dərslər obrazların və rəmzlərin köməyi ilə möhkəmləndirilirdi. İlahinin qabaqgörənliyi və gələcək həyat haqqında böyük həqiqətlər gənclərin yaddaşına həkk olunmalı idi. Uşaqlara Tanrını təbiətdə və vəhylərin sözlərində görməyi öyrədirdilər. Göydə sayrışan ulduzlar, ağaclar və çöl gülləri, qüdrətli dağlar, şınldayan kiçik çaylar hər şey Yaradan haqqında danışırdı. Təntənəli qurbangətirmə, ibadətgahda qulluq, peyğəmbərin sözləri Allahın vəhyləri idi.AP 535.2

    Musa Qoşendə, öz valideynlərinin xudmani komasında; Şamuel sədaqətli Xanna anadan; Davud Bet-Lehem təpəcikləri arasında; Daniel yad ölkədə əsir olmamışdan əvvəl belə tərbiyə almışdılar; elə beb şəraitdə də Məsihin uşaqlıq illəri Nazaretdə keçmişdi. Loida nənə və Evniki ananın Müqəddəs Yazıların həqiqətlərini öyrətdikləri oğlan Timoteyin tərbiyəsi də belə olmuşdu. (bax 2 Timoteyə 1:5; 3:15).AP 535.3

    Gənclərin tərbiyəsi üçün peyğəmbərlər məktəbləri nəzərdə tutulmuşdu. Əgər gənc oğlan İsraildə müəllim olmaq üçün İlahinin sözlərindəki həqiqəti daha də dərindən dərk etməyə cəhd edirdisə və biliyi göylərdə axtarırdısa, bu məktəblərin qapıları onun üzünə açıq idi. Peyğəmbərlər məktəbi Şamuel tərəfindən yaradılmışdı ki, ümumi pozulmaya mane olsun, gəncliyi əxlaqi səviyyədə və ruhi yüksəklikdə qorusun və millətin sonrakı çiçəklənməsinə kömək etsin, onları İlahinin qorxusu altında fəaliyyət göstərməyə qadir rəhbər və məsləhətçilər kimi hazırlasın. Bu məqsədi həyata keçirməkdən ötrü Şamuel gənc, dindar, ağıllı və çalışqan adamları toplayırdı. Onlar peyğəmbərlərin oğulları adlanırdılar. Onlar Tanrı ilə ünsiyyətdə olduqca, Onun sözlərini və əməllərini örəndikcə onların təbiətən vergilərinə göydən də bilik əlavə olunurdu. Onların müəllimləri təkcə İlahinin həqiqətlərindən xəbərdar olan adamlar deyildilər, onlar həm də Tanrı ilə sıx ünsiyyətdə idilər və Onun Ruhunun xüsusi vergisini almışdılar. Belə adamlar öz bilikləri, həm də möminlikləri hesabına xalqın hörmətinə və etibarına malik idilər.AP 536.1

    Şamuelin günlərində iki oxşar məktəb mövcud idi - biri peyğəmbər yaşadığı yerdə, Ramada, o biri isə Qirayət-Yearimədə, o vaxtı əhd mücrüsü yerləşən yerdə idi. O biri məktəblər isə sonra yaradılmışdı. Bu məktəblərin şagirdləri torpağı becərməklə və ya sənət işləri ib məşğul olmaqla özlərini dolandırırdılar. İsraildə istənilən iş hörmətə layiq idi və kim ki, uşaqları tərbiyə edərkən onlara hər hansı xeyirxah bir iş öyrətmirdisə, cani hesab olunurdu. Tanrının əmrinə əsasən hər bir uşaq, hətta müqəddəs qulluğa hazırlaşırsa belə, hər hansı bir sənəti bilməlidir. Ruhani müəllimlərdən çoxu öz əllərinin əməyi ib özbrini saxlayırdılar. Sonradan, həvarilərin dövründə Pavel və Akila çadır düzəldib özlərinə yemək qazanmaqla az hörmətə layiq olmamışdılar.AP 536.2

    Bu məktəbdə oxuyanların əsas fənləri Musa vasitəsib verilmiş Allah qanunu və qaydaları; müqəddəs tarix, İlahi musiqi və poeziya idi. Bu məktəblərin tədris metodları Allah və İlahi həqiqətbr haqqında daha az biliyə malik olan müasir məktəblərdən köklü surətdə forqlənirdi. Qədim dövrün peyğəmbərlər məktəbində bütün oxuyanların qarşısında əsas məsələ dururdu - İlahinin iradəsini və Onun qarşısında insanın vəzifələrini başa düşmək. Orada Tanrının iştirakı ilə qeyd olunmuş müqəddəs tarixin əlyazmalarını da öyrənirdilər. Böyük həqiqətlər rəmzi obrazların timsalında şagirdlərin qarşısında canlanırdı və onlar inamla əsas fənni - qarşısında bütün dünyanın günahını Öz üzərinə götürmək duran Allahın Quzusunu dərk edirdilər. Bu məktəbdə bütün şagirdlərdə ən qayğıkeş surətdə özünü həsretmə ruhunu inkişaf etdirirdilər. Onlara təkcə dua etməyin zəruriliyini təlqin etmirdilər, həm də onlara necə dua etməyi, dua zamanı öz Yaradanına necə yaxınlaşmağı, Ona inamı necə inkişaf etdirməyi, Onun Ruhunun təlimini necə başa düşməyi və itaət etməyi öyrədirdilər. Gənc adamların nurlu beyinlərini İlahinin xəzinəsindən yeni və tarixi həqiqətlər cəlb edirdi və İlahi Ruh peyğəmbərlikdə və müqəddəs mahnılarda üzə çıxırdı.AP 536.3

    Musiqinin tədris olunması müqəddəs ideala xidmət, insanın düşüncələrini bütün təmizlərə və nəciblərə yönəltmək və onun qəlbində Tanrıya itaət və minnətdarlıq oyatmaq məqsədi daşıyırdı. Musiqiyə keçmiş zamanlardakı münasibətlə indiki zamanda ondan istifadə arasında necə də böyük fərq vardır! İndiki zamanda çoxları bu verginin köməyi ilə Allahı tərif etmək əvəzinə, özlərini məşhur etmək üçün istifadə edirlər. Musiqiyə məhəbbət onun ehtiyatsız qiymətləndiricisini, Tanrının Öz övladlarını getməyə qadağan etdiyi şənləndirici məclislərdə dünyanı sevənlərlə birləşməyə vadar edir. Beləliklə, düzgün istifadə zamanı böyük xeyir-duaya çevrilən hər şey şeytanın bizi borcdan və əbədi həqiqətlər üzərindəki fikirlərdən ayırması üçün ən uğurlu üsullardan biri olur.AP 537.1

    Musiqi göylərin məbədlərində Tanrıya qulluğun bir hissəsini təşkil edir və biz də çalışmalıyıq ki, bizim vəsf mahnısı oxumağımız imkan dairəsində göylərin xorlarının ahənginə yaxınlaşsın. Səsin düzgün inkişaf etdirilməsi tərbiyənin ən vacib məsələlərindən biridir və buna ciddi fikir vermək lazımdır. Mahnı oxumaq dua kimi ibadətin bir hissəsidir. Oxuyan qəlbi ilə əsərin ruhunu duymalıdır ki, ona məxsus ifadəliliyi verə bilsin.AP 537.2

    Peyğəmbərlər məktəbi və indiki tədris müəssisələri biri birindən necə də fərqlənirlər! İndiki məktəblərin çoxu dünyanın qayda və prinsipləri ilə idarə olunurlar. Təəssüflə görməliyik ki, onlarda lazımi ciddilik və ağıllı intizam yoxdur. Məsihçi adlananların arasında Tanrının Sözünə etinasızlıq təşviş yaradır. Dayaz söhbətlər, ucuz hissəqapılma mənəvi və ruhani tərbiyənin təməli olur. İlahinin ədaləti və mərhəməti, müqəddəsliyin gözəlliyi və mömin həyat tərzinə görə əsl mükafatlandırma, günahın iyrəncliyi və onun qorxunc nəticələrinin qarşısıalınmazlığı - bütün bunlar gənclərin beyninə həkk olunmur. Pis cəmiyyətlər gəncləri cinayət yoluna, əxlaqsızlığa və pozğunluğa itələyir. Bəs bizim müəllimlərimiz qədim ibrani məktəblərinin faydalı tədris metodlarını götürə bilməzlərmi? Kim ki insanı yaradıbdır, onun bədən, zehn və qəlbinin hərtərəfli inkişafı üçün hər şey edibdir. Yəqindir ki, tərbiyənin müvəffəqiyyəti insanın Yaradanın fıkirlərini hansı sədaqətlə yerinə yetirməsindən asılıdır.AP 537.3

    Təhsilin əsas məqsədi insanın qəlbində İlahinin surətini yaratmaqdan ibarətdir. Əvvəlcə Tanrı Özünə oxşar insanı yaratdı. O, insana ən nəcib keyfiyyətləri vermişdi. İnsan yüksək səviyyəli ağıla malik idi və onun bütün xüsusiyyətləri ahəngdar idi. Amma günahabatma və onun nəticələri bu keyfiyyətləri korlamışdı. Günah tamamilə insanda İlahinin surətini pozmuş və məhv etmişdi. Onu yenidən bərpa etmək üçün qurtuluş planı düşünülmüş və insana sınaq dolu həyat verilmişdi. Buna görə də bütün digərlərinin əsasında duran həyatın böyük məqsədi - insanı əvvəlcədən ona məxsus olan mükəmməlliyə qaytarmaqdır. Valideynlərin və müəllimlərin əsas vəzifəsi Tanrının gəncələrin tərbiyəsinə aid məqsədlərini onlara çatdırmaqdır və belə olduqda onlar “Allahın əməkdaşlarıdır” (1 Korinflilərə 3:9).AP 538.1

    Müxtəlif bədən, zehn və qəlb qabiliyyətlərin Allah insana ona görə bəxş etmişdir ki, o, bütün qüvvəsi ilə yüksək dərəcəli kamilliyə çatmağa can atsın. Lakin burada eqoizmə və ya müstəsnalıq hissinə yer olmamalıdır, çünki surətini özümüzdə bərpa etməli olduğumuz Allahın mahiyyəti məhəbbət və xeyirxahlıqdır. Yaradanın bizə bəxş etdiyi hər bir vergi, xarakter xüsusiyyəti Onun izzətinin artmasına və yaxınlarımızın ruhi inkişafına xidmət etməlidir, - yalnız bu cür istifadə ən təmiz, nəcib və xoşbəxt olar.AP 538.2

    Əgər bu prinsipə lazımi diqqət verilsəydi, onda bəzi adi tərbiyə sistemlərində əsaslı dəyişikliklər baş verərdi. Məğrurluğa və xudbinliyə təsir göstərərək qarşıya qoyulmuş məqsədə çatmaq əvəzinə, müəllimlər insanın qəlbində xeyirxahlığa, həqiqətə və gözəlliyə məhəbbət, kamillik arzusu oyadardırlar. Şagird başqalarından üstün olmağa deyil, özündə İlahi vergiləri inkişaf etdirməyə, Yaradının məqsədini yerinə yetirməyə və Ona bənzəməyə çalışardı. Şüurumuzu yalnız dünyəvi ideallar üzərində cəmləşdirmək, diqqətimizi öz-özlüyündə xırda və miskin olan mənliyimizi yüksəltməyə yönəltmək əvəzinə, bütün qüvvələrimizi Yaradana yönəldək ki, Onu dərk edək və Ona bənzəyək.AP 538.3

    “Rəbb qorxusu hikmətin başlanğıcıdır, Müqəddəsi tanımaq idraklı olmaqdır” (Məsəllər 9:10). Xarakterin formalaşması bütün həyatın böyük işidir, Allahın dərk edilməsi isə hər bir həqiqi tərbiyənin əsasıdır. Hər bir müəllimin vəzifəsi ondan ibarətdir ki, bu idrakı yönəltsin və xarakteri onunla ahəngdar formalaşdırsın. Allah Qanunu Rəbbin mahiyyətini əks etdirir. Buna görə də zəbur oxuyan deyir: “...Sənin bütün əmrlərin ədalətlidir” və “Qayda-qanunlarına görə dərrakəliyəm” (Məzmurl 19:172,104). Allah Özünü bizə Öz Sözündə və yaradılış işlərində açmışdır. Müqəddəs Ruhun ilhamı ilə yazılan Kitab və təbiət kitabı bizə Allah haqqında bilik əldə etməyə kömək edəcəkdir. İntellektual fəaliyyət onunla xarakterizə olunur ki, insanın inkişaf səviyyəsi tədricən onun üzərində hər şeydən çox düşündüyü şeylərin səviyyəsinə çatır. Əgər bizim şüurumuz adi bayağı şeylərlə məşğuldursa, o tədricən xırdalaşır və zəifləyir. Əgər insan hər hansı çətin məsələlərin həlli üzərində heç vaxt çalışmırsa, bir müddət keçdikdən sonra onun inkişafı tamamilə dayanır. Bu məsələdə Müqəddəs Kitabın tərbiyəedici qüvvə kimi bərabəri yoxdur. Allah Sözündə şüur özünə dərin düşüncələr üçün qida və ruhun yüksək uçuşları üçün dayaq tapır. Müqəddəs Kitab özündə nə vaxtdan bəri insanlara məlum olan ən ibrətli hadisələri saxlayır. O, başlanğıcını əbədi həqiqətin qaynaqlarından alır və İlahi əl onun saflığını bütün əsrlər boyunca qoruyur. O, səyli insan ağlının əbəs yerə nüfuz etməyə çalışdığı uzaq keçmişə nur saçır. Allah Sözündə yeri-göyü Yaradanın qüvvəsi görünür. Bizim nəslimizin insan sayıqlamaları və məğrurluğu ilə təhrif olunmamış tarixini yalnız orada tapa bilərik. Orada dünyanın nə vaxtdan bəri tanıdığı ən görkəmli ərlərinin döyüşləri, məğlubiyyətləri və qələbələri qeyd edilmişdir. Orada hər şey deyilmişdir. Görünən dünyanı görünməyəndən ayıran pərdə qaldırılmışdır və biz günahın birinci dəfə yarandığı andan başlayaraq həqiqətin son həlledici qələbəsinə qədər biri-birinə qarşı duran xeyir və şər qüvvələrin mübarizəsini müşahidə edirik - bütün bunlar elə Rəbbin mahiyyətinin açılmasıdır. Onun Sözündə ifadə olunan həqiqətlər üzərində pərəstişkar düşüncələr zamanı Müqəddəs Kitaba dalan insanın şüuru Nəhayətsiz Şüurla təmasda olur. Bu cür məşğələlər xarakteri nəinki yalnız yeniləşdirər və nəcibləşdirər, həm də əqli qüvvələri mütləq artırar və təzəbyər.AP 539.1

    Müqəddəs Kitabın öyrənilməsi bütün həyati münasibətlərdə insanın uğurlarında özünü əhəmiyyətli dərəcədə göstərir. Xalqların çiçəklənməsində künc daşı olan prinsipbr ona açılır - üzərində cəmiyyətin uğurunun zəmin tapdığı və ailənin əsası olan prinsiplər, yəni o prinsiplər ki, onlarsız bir adam da bu həyatda uğur, xoşbəxtlik və hörmət, gəbcəkdə isə ölməzlik qazana bilməz. Həyatda elə bir hal yoxdur ki, Müqəddəs Kitabda ona cavab tapmaq mümkün olmasın. Allah Sözünün öyrənilməsi və ona itaət edilməsi daha güclü və fəal intellektin inkişafına səbəb olardı, nəinki insani fəlsəfələrin bütün istiqamətlərinin səylə öyrənilməsi. Bu, dünyaya güclü və bütöv xarakterli, iti düşüncəli, sağlam mühakiməli insanlar, Allahın şöhrəti və dünyanın xeyir-duası olacaq insanlar verərdi.AP 540.1

    Başqa fənlərin öyrənilməsində də biz Yaradan haqda biliyi əldə etməliyik. Hər bir əsl elm Allah əlyazmasının maddi aləmdə izahından başqa bir şey deyildir. Elmi tədqiqatlar yalnız Allahın müdrikliyinin və qüdrətinin sübutuna xidmət edir. Düzgün anlayış - istər təbiət kitabı olsun, istər yazılmış söz olsun bizi Allahla və Onun iradəsinin açıldığı həmin müdrik və yüksək qanunlarla tanış edir.AP 540.2

    Şagirdi ona aparmaq lazımdır ki, o, yaradılışm bütün işbrində Allahı görsün. Pedaqoqlar böyük Müəllimin nümunəsini təqlid etməlidirbr, O, təbiətin məlum hadisələrinə müraciət etmişdir, onlardan Öz təlimini dərk etməyə kömək edən illüstrasiya kimi istifadə etmişdir və bu cür metod sayəsində onlar dinbyicilərin şüurlarına dərin həkk olunmuş-dur. Meşələrin yaşıllığında oxuyan quşlar, çöl çiçəkləri, əzəmətli ağaclar, bəhrəli torpaqlar, yenicə çıxan cücərti, qurumuş torpaq, göyləri öz qızılı şüaları ilə nurlandıran batan günəş - bütün bunlar öyrənmək vasitələridir. Məsih Yaradanın görünən işbrini həyat sözləri ilə birbşdirirdi, onlar Onun dilində elə səslənirdi ki, hər dəfə bu şeylər Onun dinbyicilərinin gözlərinə sataşanda, onlar Onun bunlarla bağladığı həqiqət dərsbrini xatırlayırdılar.AP 540.3

    Vəhyin səhifələrində yerləşən İlahi möhür qüdrətli dağlarda, bəhrəli çöllərdə, ucsuz-bucaqsız dərin okeanlarda da görünür. Təbiət insana onu Yaradanın Məhəbbəti haqda şəhadət edir. O, göydəki və yerdəki saysız-hesabsız əlamətlərlə bizi özünə bağlamışdır. Bu dünya yalnız iztirablardan və kədərlərdən ibarət deyildir. Hər bir açan tumurcuqda, hər bir çiçəyin ləçəklərində, otun hər qanadında “Allah Məhəbbətdir” yazılmışdır. Günahın lənəti üzündən yerdə tikanlar az olmasa da, lakin tikanlı saplaqda da güllər açır, tikanları isə qızıl güllər örtür. Bütün təbiət Allahımızın mehriban ata qayğısına və Onun Öz övladlarını xoşbəxt etmək istəyinə dəlalət edir. Onun qadağaları və göstərişləri yalnız Onun hakimiyyətinin ifadəsi kimi verilməmişdir -Onun etdiyi hər şeydə Onun övladlarının rifahı üçün qayğı görünür. O, onlardan tələb etmir ki, onlar xeyirlərinə olan şeydən imtina etsinlər. Dinin sağlamlığa və bu həyatda xoşbəxtliyə kömək etməməsi haqda cəmiyyətin bəzi təbəqələrində hökm sürən fıkir ən böyük yanılmadır. Müqəddəs Yazı deyir: “Rəbb qorxusu insana həyat verər, ona şər yaxınlaşmaz, tox yatar” (Məsəllərl9:23). “Kim həyatdan kam almaq istəyirsə, uzun ömür sürüb xoş gün görmək istəyirsə, qoy dilini şərdən, ağzını fırıldaq üçün işlətməkdən qorusun, qoy şərdən çəkinib yaxşılıq etsin, qoy sülhü axtarıb ardınca getsin!” (Məzmur 34:12-14). Müdrik sözləri - “Çünki onları tapanlar həyat və cansağlığı tapar” (Məsəllər 4:22).AP 540.4

    Həqiqi din insana İlahi qanunlara fıziki, əqli və mənəvi cəhətdən ahəngdar riayət etməyə imkan verir. O, təmkinlilik, sakitlik, iradəlilik öyrədir. Din şüuru nəcibləşdirir, zövq tərbiyə edir və düşüncələri nurlandınr. O, cam səmavi saflığın iştirakçısı edir. Allah Məhəbbətinə və qadir qabaqgörənliyə inam qayğı və həyəcan yükünü yüngülləşdirir. O, xoşbəxt və kədərli günlərdə qəlbi sevinc və razılıqla doldurur. Din sağlamlığın yaxşılaşmasına, ömrün uzanmasına bilavasitə kömək edir və onun bütün bərəkətlərinin ləzzətini artırır. O, cana tükənməz xoşbəxtlik mənbəyi açır. Hələ Məsihin tərəfinə keçməyənlər başa düşsünlər ki, O onların istəyə biləcəklərindən də daha çox təklif edir. İnsan Allahın iradəsinə zidd düşündükdə və fəaliyyət göstərdikdə öz canına böyük ziyan vurur və özünə qarşı ədalətsiz hərəkət edir. Bizim üçün nəyin yaxşı olduğunu bilən və öz məxluqunun xeyri qayğısına qalan Allahın qadağan etdiyi yolla gedən heç bir kəs əsl sevinc tapa bilməz. Qanunsuz yol bədbəxtliyə və məhvə aparır, müdriklik yolları isə - “bəyənilir, bütün yolları əmin-amandır” (Məsəllər 3:17).AP 541.1

    Diqqətlə nəzər saldıqda aydın olur ki, İbrani məktəblərində həyata keçirilən həm fiziki, həm də dini tərbiyənin metodları araşdırılmasından böyük fayda edilə bilər. Lakin bu tərbiyə işi lazımınca qiymətləndirilmir. Şüur ilə bədən arasında six əlaqə mövcuddur və yüksək mənəvi və əqli inkişaf səviyyəsinə çatmaq üçün biz fiziki təbiətimizi idarə edən qanunlara riayət etməliyik. Güclü, təmkinli xarakter formalaşdırmaq üçün həm əqli, həm də fiziki qüvvələr məşq və inkişaf etdirilməlidir. Gənclik üçün Allahın bizə etibar etdiyi gözəl orqanizmi və onu sağlam halda saxlamağa imkan verən qanunları öyrənməkdən daha vacib məşğuliyyət ola bilərmi?AP 542.1

    İndi, qədim İsraildə olduğu kimi, hər bir gənc gündəlik vəzifələri yerinə yetirməyi öyrənməlidir. Zərurət olduqda özünü dolandırmaq üçün hər bir kəs hər hansı bir sənətə malik olmalıdır. Buna yalnız həyatın çətin dəqiqələrinə bir dəstək kimi deyil, həm də fıziki, əqli və mənəvi inkişaf vasitəsi kimi baxmaq lazımdır. Hətta kim əmindir ki, özünü dolandırmaq üçün ona fıziki işə əl atmaq lazım gəlməyəcəkdir, yenə də ona işləməyi öyrətmək lazımdır. Fiziki məşğələlər olmadan heç kimdə güclü bədən və çiçəklənən sağlamlıq olmayacaqdır, güclü və fəal ağıla, nəcib xarakterə malik olmaq üçün isə əməyi düzgün təşkil etmək bacarığı heç də az zəruri deyildir.AP 542.2

    Hər bir şagird günün bir hissəsini fiziki əmək üçün ayırmalıdır. Bebliklə əmək bacanğı yaranar, özünə inam hissi inkişaf edər və bununla yanaşı gənclik çox vaxt tənbəllik və həyatın boş keçirməsinin nəticəsi olan alçaq vərdişlərin təhlükəsindən müdafiə olunar. Bütün bunlar tərbiyənin ilkin məqsədi ilə sıx əlaqədədir, çünki əmək, səy və təmizlik yolunda fəaliyyət göstərərək biz Yaradanla harmoniyaya giririk.AP 542.3

    Gəncliyi varlığın məqsədini dərk etməyə - Allaha hörmət etməyin zəruriliyinə və öz yaxınları üçün xeyir-dua almağa apann; gənclərə Səmavi Atanın onlara göstərdiyi mehriban Məhəbbəti və həyat məktəbinin onlara hazırlamalı olduğu öz böyük vəzifələrini göstərin; Allahın övladları olmaq şərəf dolu vəzifədir. Onda minlərlə insan nifrət və ikrahla alçaq, eqoist istəklərini və həmin vaxta qədər onlara hakim olan boş bzzətləri atacaqlar. Onlar günaha nifrət etməyi və ondan ehtiyat etməyi öyrənəcəklər, günahdan yalnız mükafat xatirinə və ya cəza önündə qorxu hissi üzündən deyil, ona xas olan pozğunluğu dərk edərək, bunun Allah tərəfindən onlara verilən qabiliyyətlərə məhvedici təsir göstərəcəyini və onlarda Allahın surətini çirkinləşdiricəyini dərk edərək ehtiyat edəcəklər.AP 542.4

    Allah gənclərə kiçik nailiyyətlərlə kifayətlənməməyi əmr edir. İnsanı cəmiyyətin uğurlu və hörmətli üzvü edən xarakter xüsusiyyətləri, kamilliyə qarşısıalınmaz səy, inadkar iradə, enerjili fəaliyyətlər və yorulmaz inadkarlıq sıxışdırılmamalıdır. Əksinə, Allah lütfünün köməyi ilə gəncləri, göylərin yerdən yüksək olduğu qədər, müvəqqəti eqoist maraqlardan yüksək olan məqsədlərə yönəltmək lazımdır. Onda bu həyatda başlanan tərbiyə əbədiyyət boyunca davam edəcəkdir. Allahın möcüzəli işləri, Kainatın yaradılmasında və idarə edilməsində Onun müdrikliyinin və gücünün sübutu, əfv planmda Məhəbbətin və müdrikliyin hədsiz sirri günbəgün səy göstərən əqlə hər dəfə yeni gözəlliyi ilə açılacaqdır. “Allahın Onu sevənlər üçün hazırladığı şeyləri, nə göz görmüş, nə qulaq eşitmiş və nə də insanın ürəyi düşünmüşdür” (1 Korinflilərə 2:9). Artıq bu həyatda biz Onun hüzurunun qığılcımlarını tuta bilər və Səma ilə ünsiyyətin sevincilə qızına bilərik, lakin sevinci və ülviyyəti tam bütövlüyü ilə biz əbədiyyətdə duyacağıq. Allahın bənzərinə qayıtmış insanın çata biləcəyi həmin yüksək idealı yalnız əbədiyyət açacaqdır.AP 543.1

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents