Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Ağsaqqallar və Peyğəmbərlər

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    2-ci fəsil
    YARADILIŞ

    (Bu fəsil Yaradılış Kitabının 1 -ci və 2-ci fəsillərinə əsaslanır)

    “Göylər Rəbbin sözü ilə, Səma cisimləri Onun hökmü ilə yarandı”. “Çünki nə söylədi, mövcud oldu, nə əmr etdi, quruldu” (Məzmur 33:6, 9). “Yer üzünün təməlini elə qurdun ki, əsla sarsılmasın” (Məzmur 104:5).AP 15.1

    Yer, Yaradan tərəfındən xəlq olunanda, o qeyri-adi dərəcədə gözəl idi. Onu dağlar, təpələr və düzlər, sakit axan çaylar, qəşəng göllər bəzəyirdi; bizim günlərdə olduğu kimi, dağlar keçilməz sıldırımları və dəhşətli uçurumlan ilə qorxutmurdu. Şiş qayalar əsrarəngiz bitkilərlə örtülmuş məhsuldar torpaq qatınm altında rahatca uyuyurdular. Nə ikrah doğuran bataqlıqlar vardı, nə də bəhrəsiz səhralar, lakin hər yerdə büsatlı kolluqlar və zərif gül-çiçəklər göz oxşayırdı. Bizim günlərimizdəkindən daha əzəmətli olan ağaclar təpələrin zirvələrini bəzəyirdi. Zərərli buxarlarla zəhərlənməyən hava təmiz və saf idi. Ən möhtəşəm saraylarm bağları ilkin yaranan yerin gözəlliyi ilə müqayisədə çox sönük görsənərdi. Səma orduları Allah işlərinin gözəl surətlərinə heyrətlə tamaşa edirdilər.AP 15.2

    Çoxsaylı heyvanları və zəngin bitkiləri ilə yaranan yer insan üçün hazırlandıqdan sonra, Allah məxluqlarının tacı öz malikanəsinə daxil oldu. Ona bütün yer üzərində hakimiyyət verildi, çünki Allah demişdi: “Öz surətimizə və bənzərimizə görə insanı yaradaq. Qoy o, dənizdəki heyvanlara, göydəki quşlara, yerdəki heyvanlara, bütün yer üzünə və yerdə sürünən canlılann hamısına hökmranlıq etsin”. Allah insanı öz surətində yaratdı, Allahın surətində yaratdı, onları kişi və qadın olaraq yaratdı”. Burada insan nəslinin mənşəyi haqqında aydın deyilir, Rəbb bu haqda o qədər dəqiq xəbər vermişdir ki, mümkün ola bilən yanlış fərziyyələr istisna edilir. Allah insanı Öz surətində yatarmışdır. Burada dərkedilməz heç bir şey yoxdur. İnsanın təkamül nəticəsində meydana çıxmasını fərz etməyə heç bir əsas yoxdur; insanın heyvanlar və yaxud bitkilər aləminin bəsit formalarının tədrici inkişafının məhsulu olmasını fərz etmək əsassızdır. Bu cür nəzəriyyə Yaradanın böyük işini məhdud insan təsəwürlərinin səviyyəsinə endirir. Adamlar Allahı bütün Kainat üzərində ali hakimiyyətdən məhrum etmək üçün öz səylərində o qədər inadkardırlar ki, yalanla insanın mənşəyinin alicənablığını danaraq onu alçaltmışlar. Yüksəkliklərdəki ulduzlu dünyaları Yaradan, tarlalan gül-çiçəklərlə məharətlə Bəzəyən, yeri və göyü Öz qüdrətinin heyrətamiz əlamətləri ilə Dolduran Öz şanlı işlərinə tac qoymağı və bütün yer üzünə hökmdar qoymağı qərara alaraq, Öz həyat verən əlinə layiq olan varlığı yarada bilməzdimi? İnsan nəslinin əcdadı, Allah Sözündə göstərildiyi kimi, Böyük Yaradandan gəlir, molyusklardan və dördayaqlılardan yox. Adəm “Allah oğlu” idi, baxmayaraq ki, torpaqdan yaradılmışdı.AP 15.3

    Allahın nümayəndəsi kimi o, Rəbbin hakimiyyətini dərk edə bilməyən, lakin insanı sevmək və ona xidmət etmək qabiliyyəti verilən aşağı səviyyəli varlıqlara hökmranlıq etmək üçün nəzərdə tutulmuşdu. Zəbur oxuyan deyir: “Əllərinin işləri üzərində onu hökmdar etdin. Hər şeyi onun ayağının altında qoydun: bütün sürü və naxırlar, çöldə yaşayan heyvanları, göydəki quşları, dənizdəki balıqların, dəryalarda üzənlərin hamısını” (Məzmur 8:6-8).AP 16.1

    İnsan həm zahiri, həm də xarakteri cəhətcə Allaha bənzəməlidir. Lakin yalnız Məsih “Onun mahiyyətinin tam surətidir” (İbranilərə 1:3), ancaq insan da Allaha bənzər yaradılmaşdır. Əwəlcə onun təbiəti, Allahın iradəsi ilə harmoniyada idi, ehtiras və həvəsləri ağlına tabe olurdu. İnsan onunla müqəddəs və xoşbəxt idi ki, özündə Allahın surətini daşıyırdı və Onun iradəsinə tam itaətdə yaşayırdı.AP 16.2

    Allahın yaratdığı insanın əzəmətli boyu mükəmməl dərəcədə mütənasib idi. Onun sağlam al yanaqlı üzü razılıq və sevinc saçırdı. Adəm yerin indiki sakinlərindən çox uca idi. Həvva isə bir qədər ondan kiçik, lakin zərif və gözəl idi. Bu pak cüt heç bir süni geyim daşımırdı; onlar da mələklər kimi işıq və şöhrət parıltısına bürünmuşdülər. Nə qədər ki onlar Allah iradəsinə itaətdə yaşayırdılar, bu işıq geyimləri onlarda qalırdı.AP 16.3

    Adəmi yaratdıqdan sonra, Allah bütün heyvanları onun önündən keçirdi ki, Adəm onların hər birinə ad versin. Adəm gördü ki, onlann hər birinin özünə bənzər dostu vardır, lakin onların arasında “insan üçün köməkçi tapılmadı”. Allahın yer üzərində yaratdığı bütün varlıqlar içərisində insana bərabər olanı yox idi. Allah dedi: “İnsanm tək olması yaxşı deyildir; Mən ona münasib olan bir köməkçi yaradacağam”. İnsanın qisməti tənhalıq olmamalıdır. Nə Adəmin ecazkar təbiəti, nə də bağdakı sevinc gətirən iş həyat yoldaşı olmadan insanı tam xoşbəxt edə bilmədi. Hətta mələklərlə ünsiyyət də insan qəlbinin sirdaşa və dosta olan ehtiyacını ödəyə bilməzdi. Onu əhatə edən məxluqlar arasında elə bir varlıq yox idi ki, ona bənzəsin, onu sevsin və öz sevgisini ona verə bilsin.AP 17.1

    Allah özü Adəmə “ona uyğun”, dostluğa, Məhəbbətə və xoşlanmağa layiq həyat dostu verdi. Həwanı Adəmin qabırğasından yaratdı. Bu o demək idi ki, Həwa nə ona ağalıq edəcəkdi, nə də onun qarşısında alçalacaqdı, lakin ona bərabər olaraq onun məhəbbətinə və müdafıəsinə haqqı vardır. Adəmin bir hissəsi, sümüyü sümüyündən və bədəni bədənindən, olaraq Həwa onun ikinci “mən”i idi. Bu onu göstərirdi ki, onların arasındakı bağlılıq necə yaxın və zərif olmalıdır. “Çünki heç kim heç zaman öz bədəninə nifrət etməmişdir, lakin Rəbb cəmiyyəti etdiyi kimi, onu yedirir və bəsləyir”. (Efeslilərə 5:29). “Buna görə də kişi öz atasını və anasını tərk edərək, qadınma qovuşacaq və onlar bir bədən olacaqlar” (Yaradılış 2:24).AP 17.2

    Allah birinci nigahı qeyd etdi. Beləliklə, ailə ocağı da Kainatın Yaradıcısı tərəfındən yaradılmışdır. “Qoy hər kəs nikaha hörmət etsin və kəbin yatağı ləkəsiz olsun; çünki Allah, əxlaqsızları və zinakarları məhkum edəcəkdir” (İbranilərə 13:4). Nigah, insana Allah tərəfmdən verilən ən birinci bəxşlərdəndir. O, Adəmin günaha batdıqdan sonra cənnətin qapılarından kənara çıxartdığı iki qanundan biridir. Nigahda İlahi prinsipbri rəhbər tutduqda və onlara tabe olduqda, nigah xoşbəxtliyə xidmət edir və mənəvi saflığı, insan nəslinin xoşbəxtliyini qorumağa kömək edir. Belə nigah ictimai tələbləri ödəyir və insanı hər cəhətdən ucaldır.AP 17.3

    “Rəbb Allah şərqə doğru Edəndə bir bağça saldı və yaratdığı insanı orada yerləşdirdi”. Allahın yaratdığı hər şey mükəmməl gözəllik mücəssəməsi idi və hesab etmək olardı ki, bu müqəddəs cütün xoşbəxtliyi üçün heç nə yaddan çıxmamışdı. Lakin Yaradan öz məhəbbətinin daha bir sübutunu onlara bəxş etdi və onların evi olacaq cənnəti yaratdı. Bu bağda müxtəlif ağaclar bitirdi, onlann ətirli meyvələrin ağırlığından budaqları əyilirdi, qəşəng üzüm tənəklərindən göz oxşayan ağır salxımlar sallanırdı. Six yarpaq və meyvələrlə örtülmüş budaqlardan özlərinə yaşayış yeri düzəltmək Adəm və Həvvanın işi idi. Hər yerdə gözəl gülbr ətir saçırdı. Cənnətin ortasında öz gözəlliyi ib bağın bütün başqa ağaclarını kölgədə qoyan həyat ağacı dururdu. Onun qızılı-gümüşü meyvələri uzunömürlülük qüwəsi verirdi.AP 18.1

    Yaradıcılıq işi qurtarmışdı. “Göybr və yer, onlardakı olan hər şey beləcə tamamlandı”. “Allah gördü ki, yaratdığı hər şey çox yaxşıdır”. Edən bağı yerdə büsatla çiçəklənrirdi. Adəm və Həwa həyat ağacına sərbəst yaxınlaşa bilirdibr. Heç bir günah bkəsi və yaxud heç bir ölüm kölgəsi Allahın gözəl məxluqunu tutqunlaşdırmırdı. “Onda dan ulduzları birgə nəğmə oxuyurdu, bütün ilahi varlıqlar sevincdən haray salırdı” (Əyyub 38:7).AP 18.2

    Böyük Yaradan yerin təməlini qoydu, bütün dünyanı gözəlliyə qərq etdi və onu insan üçün xeyirli olan bütün şeybrb doldurdu. Yerin və dənizlərin bütün möcüzəbri Onun tərəfındən yaradılmışdır. Böyük yaradıcılıq işi altı günə tamam oldu. “Allah yeddinci günə qədər gördüyü işbri qurtardı və yeddinci gün gördüyü işlərdən ayrılıb istirahət etdi. Allah yeddinci günə bərəkət verdi və onu təqdis etdi, çünki O, gördüyü bütün yaratma işini qurtarıb həmin gün istirahət etdi”. Allah böyük məmnuniyyətlə Öz əllərinin işbrini nəzərdən keçirdi. Hər şey mükəmməl, öz İlahi Yaradıcısının əllərinə layiq idi və O ona görə istirahət etmədi ki, yorğunluq hiss edirdi, xeyr, ona görə istirahət etdi ki, Öz müdrikliyinin, xeyirxahlığının və şöhrətinin bəhrəsindən həzz alsın.AP 18.3

    Allah yeddinci gün istirahət etdikdən sonra, bu günü insanın istirahət günü kimi ayırdı və xeyir-dua verdi. İnsan da Allahdan nümunə götürərək bu müqəddəs gündə istirahət etməlidir ki, yeri və göyü seyr edərək Yaradanın böyük işləri haqqında düşünsün, İlahi müdrikliyin və xeyirxahlığın sübutlarını görərək onun qəlbi öz Yaradanma məhəbbət və şükranlıqla dolsun.AP 18.4

    Allah yeddinci günə xeyir-dua verməklə, Edendə Öz yaradıcılıq işinə abidə qoydu. Şənbə Adəmə - bütün insan ailəsinin atasına və nümayəndəsinə verilmişdi. Şənbəyə riayət etməklə Adəmin nəsli Allaha - öz Yaradanlarına və əsl Hökmdarlarına onları - Öz Padşahlığının təbəələrini yaratdığına görə şükür etməli idilər. Beləliklə, bu gün hər zaman qeyd olunmalı və hər bir insan üçün yaradılmışdır. Olduqca aydın olan bu göstəriş bütün bəşəriyyətə verildi.AP 19.1

    Allah gördü ki, cənnətdə də şənbə insan üçün vacibdir, onun istirahətə ehtiyacı vardır və bu istirahət zamanı o, bütün işlərindən ayrılaraq Rəbbin işləri, gücü və xeyirxahlığı haqqmda sərbəst düşünə bilməlidir. İnsanın Allahı xatırladan və Yaradanm bəxşlərinə görə şükranlıq hissi oyadan bir gün kimi şənbəyə ehtiyacı var idi.AP 19.2

    Şənbəni istirahət günü kimi ayırmaqla Allah istəyirdi ki, insan bu gündə Onun yaradıcılıq işbrini dərk etməyə çalışsın. Təbiət insanın şüuruna müraciət edərək Yaşar Allahdan, Yaradan və Qadir Hökmdardan danışır. “Göylər Allahın əzəmətini bəyan edir və göy qübbəsi əllərinin işini elan edir. Hər gün ertəsi günə nəql edir, hər gecə o biri gecəyə bilik verir” (Məzmur 19:1, 2). Yerin gözəlliyi Allah məhəbbətinin əlamətidir. Biz onu əbədi dağlarda, əzəmətli ağaclarda, açılan tumurcuqlarda, zərif güllərdə... görə bilərik. Ətrafda hər şey Allahdan danışır. Şənbə, Rəbbin bütün yaratdıqlarınm əbədi əlaməti kimi, insanlara böyük təbiət kitabmı açmağı və ondan Yaradanın müdrikliyi, qüdrəti və məhəbbəti haqqında oxumağı hökm edir.AP 19.3

    Bizim əcdadlarımız məsum və müqəddəs yaradılsalar da, onların da günah etmək imkanı var idi. Allah onları mənəvi cəhətdən azad, Onun müdrikliyini və xeyirxahlığını, Onun qanunlarınm ədalətliyini dərk etməyə qadir insanlar yaratmışdı. Onlara Allahın iradəsinə tabe olmaqda və yaxud onu pozmaqda tam azadlıq verilmişdi. Onlar Rəblə və müqəddəs mələklərlə ünsiyyətdən sevinc tapa bilirdilər, lakin bu sevincə əbədi şərik olmaq üçün onlar sadiqlik sınağından çıxmalı idibr. Artıq, öz mövcudluğunun lap əwəlində insan iblisin günaha batmasına səbəb olan şöhrətpərəstliyə, öldürücü ehtirasa yol vermək istəyinin olub-olmamasında sınağa çəkilmişdi. Bağın ortasındakı həyat ağacınm yanında duran xeyirlə şəri bilmə ağacı vasitəsilə bizim əcdadlanmızın imanı, itaəti və məhəbbəti sınağa çəkilməli idi. Onlara bütün başqa ağacların meyvələrini dadmağa icazə verilmişdi, lakin tanıma ağacının meyvələrindən dadmaq qadağan edilərək xəbərlarlıq edilmişdi ki, onları yesələr öləcəklər. Onlan şeytanın şirnikləndirmələri gözləyirdi, lakin onlar onun hücumlarına mərdliklə dözsəydilər, onda Allahın əbədi məhəbbətindən həzz alaraq iblisin hökmranlığından həmişəlik qorunardılar.AP 19.4

    Allah qanuna riayət etməyi mövcud olmağm vacib şərti edərək insanı qanunun hakimiyyətinə tabe etdi. İnsan - Rəbbin təbəəsidir, heç bir idarə isə qanunsuz mövcud ola bilməz. Allah insanı qanunu pozmağa qadir olmayan varlıq kimi də yarada bilərdi, O, Adəmin əlini qadağan olunmuş meyvədən çəkindirə də bilərdi, lakin bu cür hallarda insan azad varlıq deyil, robot olardı. Seçmək azadlığı olmadan insanın itaəti könüllü deyil, məcburi olmuş olardı. Bu cür şəraitdə insan xasiyyətinin inkişafı baş vermir. Bu həm də başqa dünyaların sakinlərinə münasibətdə Allah planına zidd olardı. Nəhayət, bu, insanın ləyaqətini bir şüurlu varlıq kimi kölgə altına alardı və iblisin Allahı despotizmdə günahlandırmasını təsdiqləyərdi.AP 20.1

    Allah insanı saleh yaratmışdır, ona heç bir şərə meyl etməyən alicənab xarakter vermişdir. O, insana parlaq əqli qabiliyyətlər bəxş etmişdir və insanın Allaha sadiq qala bilməsinə kömək olaraq bütün imkanları yaratmışdır. Kamil və daimi itaət əbədi xoşbəxtliyin şərti idi. Yalnız bu şəraitdə insan həyat ağacına yaxınlaşa bilərdi.AP 20.2

    Əcdadlarımızın yaşadığı yer, onların övladları yerdə məskunlaşmalı idilər. Başqalanna nümunə olmalı idi, çünki Rəbbin özünün bəzədiyi birinci yurd heç də təmtəraqlı imarətlərə bənzəmirdi. İnsanlar məğrurluqlanndan dəbdəbəli və əzəmətli qurğularla, əllərinin işləri ilə öyünürlər. Lakin Allah Adəmi bağda məskunlaşdırdı. Bu onun evi idi. Mavi göylər onun örtüyü idi, zərif güllərlə bəzənmiş yer və əbədiyaşıl otlarla örtülmüş çəmənlər istirahətə çağırırdı, büsatlı ağacların yaşıl budaqları öz kölgəsini ona bəxş edirdi və hər yerdə Böyük Sənətkarın heyrətamiz əsərləri görünürdü. Müqəddəs cütü əhatə edən hər şey öyrədiciliyini indi də itirməyən tövsiyyədir: əsl xoşbəxtlik məğrurluğa qapanmaqda və dəbdəbəyə can atmaqda deyil, Allahın yaratdıqları vasitəsilə Onunla ünsiyyətdir. Əgər insanlar sivilizasiyanın nailiyyətbrinə bu qədər aludə olmayaraq özlərini sadə aparsaydılar, onda onların həyat tərzi Allahın ilkin planına daha uyğun gələrdi. Məğrurluq və şöhrətpərəstlik acgözdür, lakin əsl müdriklər Allahın hamıya təklif etdiyi sevinc mənbəbrindən həqiqi və daha yüksək ləzzət tapacaqlar.AP 20.3

    Edenin sakinləri bağa qulluq etməli idibr, “onu düzəltməli və qorumalı idilər”. Onların məşğuliyyətləri yorucu deyil, xoş və möhkəmləndirici idi. Allah əməyi insana ağıla qida verən, bədəni möhkəmlədən və qabiliyyətləri inkişaf etdirən xeyir-dua kimi təyin etmişdi. Günaha batmazdan əvvəl Adəm fıziki və zehni əməkdən yüksək dərəcədə zövq alırdı. İtaətsizlik nəticəsində öz gözəl yurdundan qovulanda və öz çörəyini qazanmaq üçün tər tökərək torpaqda işbdikdə, onun əvvəllər Eden bağında gördüyü ağır olmayan işdən fərqlənən bu işi də onun xoşbəxtlik mənbəyi və tamahkarlıqdan müdafiəsi oldu. Əmək yorğunluq və iztirab gətirsə də, əməyə lənət kimi baxanlar çox yanılırlar. Varlı insanlar çox vaxt zəhmətkeşlərə ikrahla yanaşırlar, lakin əməyə bu cür münasibət Allahın insanı yaradarkən nəzərdə tutduğu məqsədə tamamib ziddir. Hətta, ən zəngin adamların var dövbti Adəmin aldığa mirasla müqayisədə nəyə dəyər? Adəm öz vaxtını yalnız şənlikbrdə keçirməli deyildi. Bizi Yaradan çox gözəl bilirdi ki, insanın xoşbəxtliyi üçün nə vacibdir və buna görə də ona işləmək imkanı verdi. Yalnız zəhmət çəkən həyatın əsl sevincini dark edir. Mələklər də çalışqan işçibrdirbr. Onlar yer övladları üçün Allahın xidmətçibridirbr. Yaradanın yanında tənbəllər üçün yer yoxdur.AP 21.1

    Nə qədər ki Adəm və onun köməkçisi Həvva öz Allaha sədaqətlərini qoruyurdular, onlar bütün yer üzünün hökmdarı idilər. Onlar bütün canlıları məhdudiyyətsiz idarə edirdibr. Asian və quzu onların ətrafında sülhə dolanırdılar və ayaqları yanında uzanırdılar. Onların başı üzərində qorxusuz qanad çalan bəxtəvər quşcuğazlar öz nəqmələri ib Yaradanı vəsf edirdibr, Adəm və Həvva da Ataya və Oğula şükür nəğmələri ilə onlara qoşulurdular.AP 21.2

    Müqəddəs cüt cənnətdə, uşaqlar həssas Atanın himayəsi altında yaşayan kimi, yaşayırdılar, lakin eyni zamanda onlar şagirdbr kimi yorulmadan Yaradanın müdrikliyini dərk etməyə can atırdılar. Məbklər onların yanına gəlirdilər. Onlar öz Yaradanlarını heç bir maneə olmadan görmək xoşbəxtliyinə malik idilər. Həyat ağacının meyvəsini dadaraq onlar həyat enerjisi ilə dolurdular və əqli inkişafda mələklərdən çox az dərəcədə geri qalırdılar. Onların Kainatını əhatə edən sirlər - “bilikdə Kamil Olanın heyrətamiz işi” (Əyyub 37:16) -onlar üçün hədsiz biliklər və sevinc mənbəyi idi. Altı min il müddətində insan şüurunu məşğul edən təbiət qanunları və hadisələri onlann zəkasına böyük Memar və Yaradıcı tərəfındən açılmışdır. Onlar yarpaqlann, güllərin, ağacların həyat sirlərinə daxil olaraq onların quruluşunu öyrənirdilər. Əzəmətli nəhənglərdən tutmuş günəş şüaları altında güclə nəzərə çarpan varlığı Adəm çox yaxşı tanıyırdı. O onların hər birinə ad qoymuşdu və bütün heyvanların vərdiş və xarakterini yaxşı bilirdi. Göylərin İlahi şöhrətini, saysız-hesabsız dünyaların dövr etməsini, “buludlann tarazlığını” (Əyyub 37:16), işığın və səsin, gündüzün və gecənin sirlərini - hər şeyi əcdadlarımız dərk edirdilər. Meşədəki hər bir yarpaq, hər bir qaya çıxıntısı, hər bir parlaq ulduz, yerdəki, havadakı, göydəki hər şey Rəbb haqqında şəhadət edirdi. Kainatda hökm sürən qayda və ahəngdarlıq onlara Onun hədsiz müdrikliyindən və qüdrətindən danışırdı. Onlar daim təbiətdə yeni-yeni gözəlliklər açırdılar ki, bunlar da hər dəfə Yaradana yenidən şükranlıq hissi doğuraraq onların qəlbini dərin məhəbbətlə doldururdu.AP 21.3

    Əgər onlar İlahi qanuna sadiq qalmış olsa idilər, onların dərk etmə, sevinmə, sevmə qabiliyyətləri daim artardı, onlar yeni bilik xəzinələri əldə edərdilər, yeni xoşbəxtlik mənbələri açardılar və Allahın hədsiz, tükənməz məhəbbətini daha aydın dərk edərdilər.AP 22.1

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents