Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Ağsaqqallar və Peyğəmbərlər

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    40-cı fəsil
    BİLAM

    (Bu fəsil Saylar Kitabınm 22-24-cü fəsillərinə əsaslanır)

    Başam fəth edərək və dərhal Kənana hücuma hazırlaşmaq üçün İordana qayıdaraq israillilər çayın Ölü dənizə töküldüyü yerin yaxınlığında, İerixon düzənliyinin qarşı tərəfində yerləşdilər. Onlar düz Moavın sərhədi yanında idilər və moavlılar fatehlərin yaxınlığından dəhşətlə dolmuşdular.AP 388.1

    İsraillilər moavlıları heç nə ilə dilxor etmirdilər, lakin onlar qonşu ölkələrdə baş verən hər şeyi narahatlıqla izləyirdilər. Qarşılarından onların geri çəkilməyə məcbur olduqları emorlular ibranilər tərəfindən məğlub edilmişdilər və emorluların Moavdan aldıqları torpaq indi israillilərin əllərində idi. Başan ordusu bulud sütununa bürünmüş sirli qüvvənin önündə davam gətirmədi və möhkəm qalalar ibranilərin əllərinə keçdi. Moavlılar onlara hücum etməyə cəsarət etmirdilər, israillilər tərəfdə vuruşan fövqəladə qüvvə ilə mübarizədə silaha bel bağlamaq ümidsiz idi. Onlar firon etdiyi kimi sehrə əl atmağı qərara aldılar ki, Allahın işinə mane olsunlar. Onlar İsraili lənətə düçar etməyi yoxlayacaqdılar.AP 388.2

    Moav xalqı midyanlılarla həm milli, həm də dini telbrlə sıx bağlı idilər. Moav padşahı Balaq midyanlılarda qorxu oyadaraq və onlardan dəstək almaq istəyərək bu sözlərlə onlara müraciət etdi: “Bu xalq, öküz çöl otunu yediyi kimi, indi ətrafımızdakı hər şeyi yeyir”. Mesapotamiya sakini Bilam fövqəladə qüvvəyə malik insan kimi məşhur idi və onun şöhrəti Moav torpağına çatmışdı. Onu köməyə çağırmaq qərara alınmışdı. Beləliklə “Moav ağsaqqalları və Midyan ağsaqqalları” onun yanına göndərildilər ki, o, cadu söyləsin və İsraili lənətləsin.AP 388.3

    Elçilər dərhal Mesapotamiyaya uzun səfərə yola düşdülər. Dağlar aşaraq və səhralar keçərək nəhayət Bilamın yanına gəldilər və padşahın məktubunu ona verdilər: “Budur, Misirdən bir xalq çıxıb, yer üzünü bürüyərək yaxınlığımda yerləşmişdir. Xahiş edirəm, indi gəl, mənim xeyrimə bu xalqa lənət oxu, çünki onlar məndən güclüdür. Bəlkə onda mən onları məğlub edib ölkədən qova bildim. Sənin xeyir-dua verdiyinin xeyir-dualı, lənətlədiyinin lənətli olduğunu bilirəm”.AP 389.1

    Nə vaxtsa Bilam yaxşı insandı və Allah peyğəmbəri idi, lakin Ondan dönərək tamahkarlıq günahına batdı. Amma o, özünü hələ də Uca Tanrının qulu hesab edirdi. Ona məlum idi ki, Allah İsrail üçün nə etmişdir və o yaxşı bilirdi ki, onun borcu Balaqın hədiyyələrindən imtina etmək və onun göndərdiyi adamları geri qaytarmaq idi. Lakin o, tamahla oynamağa cürət etdi və elçilərə onun yanında gecəbməyi təklif etdi. Bildirdi ki, Allahdan soruşmayana qədər müəyyən cavab verməyəcəkdir. Bilam bilirdi ki, onun lənəti İsrailə ziyan vurmayacaqdır. Allah onlarla idi və nə qədər ki onlar Allaha sadiq idilər, nə yerin, nə də cəhənnəmin heç bir qüvvəsi onlara üstün gələ bilməzdi. Lakin elçibrin sözləri onun məğrurluğunu oxşadı: “Sənin xeyir-dua verdiyinin xeyir-dualı, lənətlədiyinin lənətli olduğunu bilirəm”. Bunun üçün onu gözləyən zəngin hədiyyələr və şöhrət onda tamahkarlıq oyatdı. O, təklif olunan sərvəti hərisliklə qəbul etdi və özünü Allahın iradəsini ciddi yerinə yetirən insan hesab etməsinə baxmayaraq, Balaqın istəyini yerinə yetirməyə çalışdı.AP 389.2

    Gecə Rəbbin Mələyi Bilama xəbər gətirdi: “Onlarla getmə, o xalqa lənət etmə; çünki xeyir-dualı xalqdır”.AP 389.3

    Səhər Bilam onun yanına göndərilən adamları həvəssiz buraxdı, lakin Rəbbin sözlərini onlara demədi. Onun şərəf və sərvət haqda arzularının qəflətən puç olmasından inciyərək, o, əsəbi nida etdi: “Torpağmıza qayıdın; çünki Rəbb sizinb birgə getməyə mənə icazə vermir”.AP 389.4

    Bilam “haqsızlığın muzdunu sevdi” (2 Peter 2:15). Allahın bütpərəstlik kimi baxdığı tamahkarlıq günahı onu ikiüzlü etmişdi və bu səhv vasitəsilə şeytan onun üzərində tam hakimiyyət qazanmışdı. Bu onu məhvə apardı. Hiyləgər həmişə insanları dünyəvi sərvət və şöhrlətlə yoldan çıxarır ki, onları Allaha ibadətdən yayındırsın. İnandıraraq ki, həddindən artıq vicdanlılıq onlara yaxşı yaşamağa imkan vermir, o, bununla çoxlarını əsl düzgünlük yolundan çıxarır. Bir haqsız addım öz arxasınca, artıq birincini etmək kimi çətin olmayan başqasını gətirir və insanlar getdikcə daha özlərinə arxayın olurlar. Onlar bir dəfə hərisliyə və hakimiyyətpərəstliyə uyandan sonra daha dəhşətli şeylər edirlər. Çoxları hesab edərək ki, hər hansı bir dünyəvi mənfəət naminə müəyyən müddətə düzgünlüyə etinasızlıq etmək və məqsədə çatmaq olar, sonra isə istənilər vaxt istədikləri kimi yenidən əvvəlki yollarına qayıdacaqlar, onlar bununla özlərini aldadırlar. Əslində isə onlar yalnız şeytanın toruna düşürlər və çox az adam oradan qurtara bilir.AP 389.5

    Peyğəmbərin onlarla getməyə etiraz etdiyini Balaqa söyləyəndə elçilər şübhə etmirdilər ki, bunu etməyi Allah ona qadağan etmişdir. Bilamın etirazını daha çox mükafat almaq istəyi kimi qiymətləndirərək, padşah əvvəlkilərdən daha çox və daha nüfuzlu başqa rəislər göndərdi, onlara Bilamın istənilən şərti ilə razılaşmaq hüququ verdi və əmr etdi ki, ona bu sözləri çatdırsınlar: “Xahiş edirəm, yanıma gəlməkdən imtina etmə. Çünki sənə çox mükafat verəcəyəm və nə desən, hamısını edəcəyəm. İndi xahiş edirəm, gəl, mənim xeyrimə görə bu xalqa lənət oxu”.AP 390.1

    Bilam bir dəfə də sınandı. Elçilərin xahişinə cavab verərək əmin edəndə ki, heç bir qızıl, yaxud gümüş onu Allah iradəsinə zidd hərəkət etməyə şirnikləndirə bilməz, o, böyük şüurluluq göstərdi. Lakin o, padşahın xahişini yerinə yetirmək istəyirdi və Allahın iradəsini artıq bilsə də, yenə də onlara gecələməyi təklif etdi. O, Allahdan yenə də soruşmaq niyyətində idi, sanki Nəhayətsiz Allah dilə tutmaq mümkün olan bir insandır.AP 390.2

    Gecə Rəbb Bilama göründü və dedi: “Əgər bu adamlar səni çağırmağa gəlsələr, qalx, onlarla get; lakin Mən sənə nə desəm, yalnız onu et”. Rəbb bu şərtlə Bilama onun istəyini yerinə yetirməyə icazə verdi, çünki o, buna təkid edirdi. O, Allah iradəsini yerinə yetirməyə çalışmırdı, ancaq öz yolunu seçmişdi, üstəlik də Allahdan razılıq verməsini xahiş etməyə cəsarət etmişdi.AP 390.3

    Minlərlə insan bizim dövrümüzdə bu cür hərəkət edir. Əgər onların borclan onların maraqları ilə üst-üstə düşürsə, onu yerinə yetirmək onlar üçün çətin olmur. Müqəddəs Kitab, həyat vəziyyəti və şüur onlara borclarını aydın göstərir, lakin bu sübütlar onların istək və səylərinə zidd olduğu üçün, onlar bunları rədd edirlər və sonra Allahdan öz vəzifələri haqda soruşmağa hələ cürət də edirlər. Onlar guya böyük dərrakə ilə dolaraq, işıq üçün uzun və hərarətlə dua edirlər. Lakin Allahla zarafat etmək olmaz. O, çox vaxt imkan verir ki, bu insanlar öz istəklərinin ardınca getsinlər, sonra isə acı bəhrələrini yığsınlar. “Lakin xalqım səsimi eşitmədi... onların inadkar qəlblərinə izn verdim ki, necə istəyirlər, elə gəzsinlər” (Məzmur 81:12,13). Kimsə öz borcunu aydın görəndə, o, Allaha dua ilə müraciət etməməlidir ki, bu borcu yerinə yetirməkdən onu azad etsin. Əksinə, o, mütiliklə və itaətlə Allahdan müdriklik və ilahi güc xahiş etməlidir ki, öz üzərinə qoyulanların hamısını yerinə yetirsin.AP 390.4

    Moavlılar düşkünləşmiş bütpərəst xalq idilər, lakin onların aldıqları işığa uyğun olaraq, onların təqsiri Səmanın gözlərində Bilamın təqsiri qədər böyük deyildi. Çünki onu Allah peyğəmbəri hesab edirdibr və onun dediyi hər şey Allah iradəsi kimi qəbul oluna bilərdi. Buna görə də ona icazə verilmədi ki, öz istədiyini desin, lakin o, yalnız Allahın ona əmr etdiyini deməli idi. “Mən sənə nə deyəcəm, onu et” - İlahi əmrdə deyilirdi.AP 391.1

    Əgər Moav elçibri səhər gəlib onu özləri ib getməyə çağırsalar, Bilam onlarla birlikdə getməyə icazə aldı. Lakin onun birinci etirazından dilxor olmuş və ikincisini də qabaqcadan görərək, onlar ona müraciət etmədən geri yola düşdülər. Beləliklə, Balaqın xahişini yerinə yetirmək üçün daha bəhanə yox idi. Lakin Bilam hədiyyələri almağı çox istəyirdi və o, həmişə mindiyi uzunqulağı götürərək yola düşdü. O qorxurdu ki, Allah hətta indi ona qadağan edə bilər və irəli təbsirdi. Ehtiyat edirdi ki, istədiyi sərvət əlindən çıxmasın.AP 391.2

    Lakin “Rəbbin Mələyi ona qarşı çıxmaq üçün yolda durdu”. Bilam üçün görünməz olan İlahi elçini görərək uzunqulaq yoldan tarlaya döndü. Bilam amansız zərbələrlə onu cığıra dönməyə məcbur etdi, lakin divarlar arasındakı dar keçiddə yenidən Mələk göründü və heyvan qorxunc qaraltıdan qaçmağa çalışaraq öz ağasının ayağını divara sıxdı. Bilam Məbyi görmürdü və bilmirdi ki, Allah onun önündə yolu bağlamışdır. O, qəzəbdən özündə deyildi və uzunqulağı amansızcasına döyüb irəli getməyə tələsdirirdi.AP 391.3

    “Bağlann arasında dar bir yolda” yenidən əvvəlki kimi qəzəbli Mələk göründü, “hər iki tərəf divar idi”. Yazıq heyvan dəhşətdən titrəyərək dayandı və yerə uzandı. Bilamın hiddətinin həddi hüdudu yox idi və o onu əsa ilə daha amansızcasına döyməyə başladı. Onda Allah həmin uzunqulağın dilini açdı və “dilsiz uzunqulaq insan səsi ilə danışaraq peyğəmbərin ağılsızlığım dayandırdı” (2 Peter 2:16). “Sənə nə etdim ki, məni üç dəfə vurdun?”AP 391.4

    Hiddətdən özünü unutmuş, yaranmış maneədən dəlicəsinə dilxor olmuş Bilam uzunqulağa bir şüurlu varlığa cavab verirmiş kimi cavab verdi: “çünki mənimlə əyləndin. Kaş ki əlimdə bir olaydı, indi səni öldürərdim”. Bütün xalqı gücdən məhrum etmək üçün onu lənətləməyə hazırlaşan fani ovsunçu hətta öz mindiyi heyvanı da öldürə bilmirdi!AP 392.1

    İndi Bilamın gözləri açıldı və o, qılıncla dayanaraq onu məhv etməyə hazır olan Allah Mələyini gördü. O, dəhşət içərisində “başım əyib üzüstə yerə sərildi”. Mələk ona dedi: “Nə üçün eşşəyi üçüncü dəfə vurdun? Budur, mən sənə qarşı durmaq üçün çıxdım. Məncə tezliklə yolun məhvə doğru gedir. Eşşək məni gördü, bu, üç dəfədir ki, önümdən yana döndü. Əgər yoldan dönməsəydi, həqiqətən, indi səni öldürərdim və onu sağ buraxardım”.AP 392.2

    Bilam öz həyatı üçün bu qədər amansız rəftar etdiyi yazıq heyvana borclu idi. Özünü Rəbbin peyğəmbəri adlandıran insan, deyən ki, “onun gözləri açıqdır” və o, “Uca Tanrının yuxusunu” görmüşdür, tamahkarlıq və şöhrətpərəstliklə o qədər kor olmuşdu ki, heyvanın gördüyü Allah Mələyini görə bilməmişdi. “Bu əsrin tannsı (şeytan) imansızların ağıllarını kor etmişdir ki,... nur onları aydınlatmasın” (2 Korinflilərə 4:4). Belə kor olmuşlar nə qədər çoxdurlar! Qadağan olunmuş əraziyə soxularaq onlar Allah Qanununu pozurlar və nə Rəbbi, nə də qarşılarını kəsər Allah mələklərini görürlər. Bilam kimi onlarda ölümlərinin qarşısını almaq istəyənlərə hiddətlənirlər.AP 392.3

    Bilamın uzunqulaqla rəftarı onun ruhunu çılpaq göstərdi. “Saleh insan hətta heyvanlarının ehtiyacını duyar, şər insanın mərhəmətində də zalımlıq var” (Məsəllər 12:10). Yalnız bəziləri başa düşürlər ki, heyvanlarla pis rəftar etmək, yaxud hər cür qayğısız olaraq, onları iztirab içərisində qoymaq necə günahdır. İnsanı Yaradan heyvanı da yaratmışdır. “Rəbb hamıya lütfkardır və Onun səxavətləri bütün işlərindədir” (Məzmur 145:9). Heyvanlar insana xidmət etmək üçün yaradılmışlar, lakin bu, ona haqq vermir ki, onlara əzab versin, onlarla sərt və amansız rəftar etsin.AP 392.4

    İnsanın günaha batması üzündən “bütün xilqət indiyə kimi hamısı birlikdə fəryad edib, doğum ağnsı çəkir” (Romalılara 8:22). İztirablar və ölüm yalnız insan nəslinin deyil, heyvanların da qisməti olmuşdur. Buna görə də insan onun günaha batması nəticəsində Allahın bütün məxluqunun üzərinə düşən iztirab yükünü artırmalı deyil, yüngülləşdirməyə çalışmalıdır. Onun ixtiyarında olduğu üçün heyvanlara işgəncə verən kəs zalım və qorxaqdır. Öz yaxınlarını və yaxud heyvanları incitməyə meyl şeytani haldır. Çoxları fikirləşirlər ki, onların heyvanlarla qəddar rəftarı gizli qalacaqdır, çünki onlar danışmağı bacarmırlar. Lakin bu adamların gözləri Bilamınkı kimi açılsaydı, onların əleyhinə səmada şəhadət etmək üçün dayanan Allah Mələyini görərdilər. Bu günah yazılacaqdır və bütün Allah məxluqları ilə pis rəftar edənlərə hökm çıxarılacağı gün gələcəkdir.AP 393.1

    Bilam Allah elçisini görəndə dəhşətlə nida etdi: “Günah etmişəm, çünki bilmirdim ki, Sən yolda qarşımda durmusan; indi əgər bu Sənə xoş görünmürsə, onda mən qayıdaram”. Rəbb ona yolunu davam etdirməyə icazə verdi, lakin anlatdı ki, O nə əmr etsə, Bilam yalnız onu deyəcəkdir. Allah Moava sübut etmək istəyirdi ki, ibranilər Səmanın mühafizəsi altındadırlar. Bilamın İlahi icazə olmadan onları lənətləməkdə gücsüzlüyünü göstərməklə, O, bunu böyük uğurla sübut etdi.AP 393.2

    Moav padşahına Bilamın yaxınlaşmasını xəbər verəndə o, dəbdəbəli müşayiətçilərin əhatəsində onu qarşılamaq üçün öz padşahlığının sərhədinə çıxdı. Təklif olunan hədiyyələrin bahalığına baxmayaraq, Bilamın onun təklifini qəbul etməməsi haqda padşahın heyrətli sözlərini dinləyərək peyğəmbər cavab verdi: “Budur, mən sənin yanına gəlmişəm, lakin mən özümdən bir şey deyə bilərəmmi? Allah mənim dilimə nə qoysa, onu da deyəcəyəm”. Bilam bu məhdudiyyətə çox təəssüflənirdi. O ehtiyat edirdi ki, öz niyyətini yerinə yetirə bilməz, çünki Rəbb hər yerdə onu müşahidə edirdi.AP 393.3

    Padşah böyük dəbdəbə ilə, padşahlığın adlı-sanlı əyanlarının müşayiəti ilə Bilamı “Baal yüksəkliyinə” ötürdü. O, orada ibranilərin bütün dəstəsini görə bilərdi. Peyğəmbər hündür yerdə durdu və Allahın seçilmiş xalqının düşərgəsinə baxdı. İsrail onun ətrafında baş verənləri, həqiqətən, nə qədər az bilirdi! Gecə-gündüz onları əhatə edən Allah qayğısını onlar necə də xəsisliklə təsəvvür edirdilər! Allah xalqının təsəvvürü necə də yoxsuldur! Onun övladları Onun Məhəbbətini və mərhəmətini dərk etməkdə bütün dövrlərdə necə də ləngdirlər! Əgər insanlar daim onların üstündə olan möcüzəli Allah qüvvəsini görə bilsəydilər, məgər onların qəlbbri Onun Məhəbbəti üçün şükranlıqla və Onun əzəməti, qüdrəti haqda fıkirdən pərəstişkar titrətmə ilə dolmazdımı?AP 393.4

    Bilam ibranilərin qurbangətirmələri haqda bəzi şeybri bilirdi və ümid edirdi ki, öz töhfələrinin xeyli üstünlüyü sayəsində Allahın xeyir-duasını alsın və öz günahkar niyyətlərini həyata keçirsin. Moavlılann səyləri onun şüuruna üstün gəldi. Onun müdrikliyi ağılsızlığa çevrildi, onun aydın fikri tutqunlaşdı və şeytanın təsirinə uyaraq, onun özü kor oldu.AP 394.1

    Bilam yeddi qurbangah tikməyi əmr etdi və onların hər birində qurban gətirdi. Sonra o, “yüksək yerə” çəkildi ki, Rəblə görüşsün və Balaqa vəd etdi ki, Allah nə açsa, onu deyəcək.AP 394.2

    Moav rəisləri və öz padşahlığının tanınmış adamları ilə əhatə olunmuş padşah qurbangah yerinin yanında durmuşdu, ətrafda isə peyğəmbərin qayıtmasını gözləyən, hər şeylə maraqlanan kütlə sıxlaşmışdı. Nəhayət o göründü və xalq zənn etdi ki, o onların nifrət etdiyi İsrailə indiyə qədər kömək edən həmin qeyri-adi qüvvəni həmişəlik iflic edəcək sözbr söyləyəcəkdir. Bilam dedi:AP 394.3

    “Balaq məni Aramdan,
    Moav padşahı məni şərq dağlarından gətirdi,
    Gəl, mənim xeyrimə görə Yaquba lənət oxu,
    Gəl, İsraib qarğış et, - dedi.
    Allahın lənət etmədiyinə mən necə lənət edim?
    Rəbbin qarğış etmədiyinə mən necə qarğış edim?
    Qayaların zirvəsindən onları görürəm mən,
    Təpələrdən onlara baxıram.
    Müstəqil yaşayan, ellərdən özünü ayıran
    Bir xalq görürəm. Kim Yaqubun tozunu saya bilər?
    İsrailin dörddə birini axı kim hesablar?
    Qoy saleh adamların ölümü ilə ölüm!
    Onlar necə olubsa, sonum elə olsun!”
    AP 394.4

    (Saylar 23:7-10)

    Bilam boynuna aldi ki, o, İsraili lənətləməyə gəlmişdir, lakin dediyi sözlər onun hisslərinə çox zidd idi. Onun qəlbi lənətlə dolu olduğu zaman o, xeyir-dua söyləməyə məcbur idi.AP 395.1

    Zirvədən israilin düşərgəsinə baxaraq Bilam onların çiçəklənməsinin dəlillərini gördü. İsrail haqqında ona kobud, ləyaqətsiz xalq kimi, ölkəni quldur dəstələri ilə dolduran, bütün ətrafdakı qəbiblər üçün bəla və dəhşət olan insanlar kimi danışmışdılar. Lakin onların xarici görünüşləri bu sözlərə zidd idi. Peyğəmbərin gördüyü hər şeydə qüsursuz nizam və səliqə möhürü var idi. Allahın İsrailə necə lütflə yanaşması və Onun seçilmiş xalqının xüsusi xarakteri ona göründü. Onları başqa xalqlarla müqayisə etmək olmazdı, çünki onlar bütün qalanlardan yüksəkdə dururdular. “Ayrıca yaşayan bir xalqdır və millətlər arasında hesaba gəlmir”. Bu sözlər deyilən zaman İsrail bir yerdən başqa yerə köçürdü və onun xüsusiyyətləri, adətləri və mənəviyyatı Bilama tanış deyildi. Lakin xalqın sonrakı tarixində bu peyğəmbərlik necə də heyrətamiz surətdə həyata keçdi! Bütün əsirlik illəri ərzində, bütün səpəbnmə yüzillikləri boyunca onlar xüsusi xalq olaraq qalmışdılar. Bütün xalqlar arasına səpələnmiş Allah xalqı, əsl İsrail, bu dünyada yalnız qəribdir, onun məskəni səmalardır.AP 395.2

    Bilama İbrani xalqının tarixi yalnız bir millət kimi göstərilməmişdi, o, zamanın sonuna qədər Allahın əsl İsrailinin inkişafını və çiçəklənməsini görmüşdü. O, Uca Tanrının Onu sevənlərə və Ondan qorxanlara xüsusi mərhəmətini görmüşdü. O görmüşdü ki, Onun əli onları, ölüm kölgəsi diyarı ilə gedənləri, necə saxlayır. O, onları şöhrət, şərəf və ölməzlik çələngi ib qəbirlərdən çıxan görmüşdü. O, yeni torpağın sönməz şöhrətindən həzz alan əfv olunmuşları görmüşdü. Bu səhnəni görərək, o nida etmişdi: “Kim Yaqubun tozunu saya bilər və İsrailin dörddə birini hesab edə bilər?” Hər başdakı şöhrət çələnginə, hər üzdəki sevinc nuruna baxaraq və saf xoşbəxtlik həyatının sonsuzluğunu dərk edərək, o, təntənəli dua etdi: “Canım salehlərin ölümü ilə ölsün və sonum onlarınkı kimi olsun!”AP 395.3

    Əgər Bilam Allahın göndərdiyi işığı qəbul etmək istəsəydi, o öz sözlərinə uyğun hərəkət edərdi. Moavlılarla hər bir əlaqəni kəsərdi. O, daha Allah lütfü ilə zarafat etməzdi, səmimi peşmançılıqla Ona pənah gətirərdi. Lakin o, “salehsizlik muzdunu” daha çox sevdi və onu almaq qətiyyətində idi.AP 396.1

    Balaq İsrail üzərində sarsıdıcı zərbə kimi çaxmalı olan lənəti eşitməyi əminliklə gözləyirdi və peyğəmbərin sözlərini eşidəndə gurultu ilə nida etdi: “Sən mənimlə nə edirsən? Mən səni gətirmişəm ki, düşmənlərimi lənətləyəsən, sən isə, budur, xeyir-dua verirsən?” Bilam özünə haqq qazandırmağa çalışaraq bildirdi ki, ondan asılı olmayan İlahi qüvvənin təsiri altında o, Allahın sözlərini deməyə məcburdur. O cavab verdi: “Rəbb mənim dodaqlarıma nə qoyursa, onu dəqiqliklə deməməliyəmmi?”AP 396.2

    Hətta indi də Balaq öz niyyətindən imtina etmədi. O fıkirləşdi ki, ibranilərin bu çoxadamlı düşərgəsi Bilama eb güclü təsir etmişdir ki, qorxmuş peyğəmbər bnət deməyə cürət etməmişdir. Padşah onu eb yerə qoymağı qərara aldı ki, oradan dəstənin yalnız kiçik bir hissəsi görünürdü. Padşah fıkirləşirdi ki, əgər Bilamı İsrailin heç olmasa bir hissəsini lənətləməyə əmin edə bilsə, onda bütün düşərgə məhvə düçar olar. Fasqi dağının zirvəsində daha bir cəhd edildi. Yenidən yeddi qurbangah tikdilər, onlarda da əvvəki kimi qurbanlar gətirildi. Padşah və rəislər qurbangahın yanında qaldılar, Bilam isə aralandı ki, Rəbbin nə deyəcəyini öyrənsin. Yenidən ona İlahi xəbər etibar edildi, onu dəyişməkdə, yaxud gizlətməkdə o gücsüz idi.AP 396.3

    O, səbirsizliklə gözləyən adamların yanına qayıdanda ondan soruşdular: “Rəbb nə dedi?” Onun cavabı əvvəlki kimi padşahın və rəislərin qəlbini dəhşətlə sarsıtdı:AP 396.4

    Allah insan deyil ki, yalan söyləsin
    Bəşər oğlu deyil ki, fikrini dəyişdirsin.
    Dediyini həyata keçirməzmi??
    Verdiyi sözü yerinə yetirməzmi?
    Budur, xeyir-dua vermək üçün əmr aldım;
    O, xeyir-dua vermişdir, Mən onu dəyişə bilmərəm”. Bu vəhydən qorxan Bilam nida etdi: “Yaqubda sehirbazlıq yoxdur və İsraildə falçılıq yoxdur”. Böyük ovsunçu özünün bütün sehirbazliq məharətindən istifadə etdi ki, Moav padşahının istəyini yerinə yetirsin, lakin bu halda o, İsrail haqda deməyə məcbur oldu: “Allah nələr etdi!” Nə qədər ki onlar İlahi mühafizə altında idilər, heç bir xalq, heç bir millət onlara qalib gələ bilməzdi, hətta əgər şeytani qüvvədən istifadə etsəydilər də. Bütün dünya Allahın Öz xalqı üçün etdiyi möcüzələrdən heyrətə gəlməli idi: günah yolu ilə getməyi qərara alan insanı İlahi qüvvə o qədər fəth etdi ki, lənət əvəzinə o, ən yüksək və gözəl poetik dildə qiymətli əhdləri söylədi. Allahın o vaxt İsrailə göstərdiyi mərhəmət bütün əsrlərdə Onun bütün itaətkar övladlarına Onun mühafizəsinin zəmanəti olmalı idi. Şeytan bədniyyətləri Allah övladlarına böhtan atmağa, onları dilxor və məhv etməyə təhrik edəndə, onlar bu hadisəni xatırlayacaqlar və bu, onların Allaha imanını möhkəmlədəcəkdir.
    AP 396.5

    Məyus olmuş və ümidsizləşmiş Moav padşahı nida etdi: “Onlara nə lənət et, nə də xeyir-dua ver”. Lakin zəif bir ümid hələ də onun qəlbini isidirdi, o, bəxtini bir də sınamağı qərara aldı. İndi o, Bilamı Feqor dağına apardı, orada onların allahı Baala allahsız səcdəyə həsr edilmiş məbəd yerləşirdi. Burada da həminki qədər qurbangah tikildi və həminki qədər qurban gətirildi, lakin Bilam Allah iradəsini öyrənmək üçün əvvəlki kimi tək getmədi. O daha həyəcanlanmırdı, lakin qurbangahın yanında duraraq İsrailin çadırlarına baxırdı. Yenidən Müqəddəs Ruh onda qərar tutdu və onun dodaqları İlahi sözləri söylədi:AP 397.1

    “Ey Yaqub, sənin çadırların,
    Ey İsrail, məskənlərin nə gözəldir!
    Yayılırlar vadilər tək
    Çay kənanndakı bağ-bağçalar tək,
    Rəbbin bitirdiyi əzvay ağacları tək,
    Çay kənanndakı sidr ağacları tək.
    Satıllarından sular axacaqdır
    Toxumlan bol su ilə sulanacaq,
    Padşahlan Aqadan böyük olacaq,
    Səltənətləri ucalacaq... Onlar pusub şir kimi yatar, Dişi aslana oxşar.
    Onlan oyandırmağa kim cürət edər?
    Sizə xeyir-dua verən xeyir-dualı olsun,
    Sizə lənət oxuyan qoy lənətli olsun!”
    AP 397.2

    Burada Allah xalqının çiçəklənməsini təsvir etmək üçün təbiətdə tapmaq mümkün olan ən gözəl obrazlardan istifadə edilmişdir. Peyğəmbər İsraili bol məhsulla dolu olan vadilərə bənzətmişdir; çağlayan çeşmələrlə suvarılan çiçəklənən bağlara, ətirli sabur ağacına və əzəmətli sidr ağacına bənzətmişdir. Sonuncu müqayisə Müqəddəs Yazılarda tapmaq mümkün olan ən gözəl və dəqiq simvollardan biridir. Livan sidri Şərq xalqlarında yüksək qiymətləndirilirdi. Bu ağaca insan ayağı dəyən hər yerdə rast gəlinirdi. Arktik zonadan tropik zonaya qədər çay kənarlarında o, öz təmtəraqlı yarpaqları ilə qəlbi sevindirir və qızmar, quru səhrada məğrurluqla yüksəlir. Sidr ağacınm kökləri dağ qayalarının dərinliklərinə işləyir, bütün tufanlara cəsarətlə və məğlubedilməz surətdə dözür. Qışın birinci nəfəsindən bütün başqa yarpaqlar məhv olduğu halda onların yarpaqları təzə və yaşıldır. Bütün başqa ağaclar arasında Livan sidri öz bərkliyi, möhkəmliyi və oduncağının davamlılığı ilə fərqlənir və “həyatınız Məsihlə bərabər Allahda gizlənənləri” simvolizə edir (Koloslulara 3:3). Yazılar deyir: “Salehlər... Livandakı sidr ağacı kimi böyüyür” (Məzmur 92:12). İlahi əl sidri yüksəltdi və onu meşələrin padşahı etdi. “Allahın bağçasındakı sidr ağacları da boyda ona çatmazdı, şam ağacları boyda onun budaqlarına yetməzdi, çinar ağaclan onun şaxələri kimi deyildi, Allahın bağçasındakı ağacların heç biri Onun kimi gözəl deyildi” (Yezekel 31: 8). Sidr bir neçə dəfə padşah rəmzi kimi işlənir və Müqəddəs Yazılarda o, saleh simvolu kimi işlədilir ki, Allah iradəsini yerinə yetirənlərə Səmanın münasibətini göstərsin.AP 398.1

    Bilam peyğəmbərlik edirdi ki, İsrail padşahı Aqaqdan əzəmətli və qüdrətli olacaqdır. Bu ad o dövrdə ən qüdrətli xalq olan amaliklərin padşahlarına verilmişdi. Lakin İsrail Allaha sadiq qalarsa, öz düşmənlərinin hamısını fəth edəcəkdir. İsrailin Padşahı Allah Oğlu idi və Onun taxtı bir dəfə yerdə bərqərar olacaqdır və Onun gücü bütün dünyəvi padşahlıqlar üzərində yüksələcəkdir.AP 398.2

    Balaq peyğəmbərin sözlərini eşitdi və məyusluq, qorxu və qəzəb hissi ona hakim oldu. O, buna əsəbiləşmişdi ki, indi hər şey onsuz da onun əksinə olduğu zaman, Bilam da onu ruhlandırmaq əvəzinə, İsrailə xeyir-dua verir. Peyğəmbərin hiyləgər və alçaq davranışı onda nifrət oyatdı və o, qəzəblə nida etdi: “Beləliklə, öz yerinə qaç; mən sənə hörmət etmək istəyirdim, lakin budur, Rəbb səni şərəfdən məhrum edir”. Peyğəmbər ona öz xəbərdarlığını xatırlatdı - Allah ona nə icazə versa, o, yalnız onu deyəcəkdir.AP 398.3

    Öz xalqının yanına qayıtmazdan əvvəl, Bilam dünyanın Zəmanətçisi və Allahın düşmənlərinin tamamilə məhv edilməsi haqda ən gözəl və yüksək peyğəmbərliklərdən birini söylədi:AP 399.1

    Onu mən görürəm, amma indi deyil,
    Mən ona baxıram, amma yaxından deyil;
    Yaqubdan bir ulduz çıxacaq,
    İsraildən bir Əsa ucalacaq,
    Moavlıların alınlarını
    Şet övladlarının başlarını əzəcək”.
    AP 399.2

    Nəhayət o, Moavın, Edomun, Amalikin və kənanlıların tam məhv olacaqlarını qabaqcadan dedi və beləliklə Moav padşahını hətta ümid qığılcımından da məhrum etdi.AP 399.3

    Özünün sərvətə və hörmətə olan ümidlərinin boşa çıxmasından məyus olan, padşah rəhmsizliyindən qorxan, öz üstündə Allah qəzəbini hiss edən Bilam öz könüllü missiyasını tərk etdi. O, evə qayıdandan sonra Müqəddəs Ruhun saxlayıcı qüvvəsi onu tərk etdi və indiyə qədər nəzarət altında olan tamahkarlıq ona qalib gəldi. O, Balakın vəd etdiyi mükafatı istənilən yolla almağa hazır idi. Bilam bilirdi ki, İsrailin xeyir-duası Allaha itaətdən asılıdır və israilliləri azdıra bilmək üçün yeganə vasitə onları günaha sövq etməkdir. İndi o, İsraili lənətə düçar etmək üçün moavlılara necə hərəkət etməyi məsləhət etməklə, Balakın özünə xoş münasibətlə güzəştinə nail olmağı qərara aldı.AP 399.4

    O, dərhal Moav torpağına qayıtdı və öz planını padşaha söylədi. Moavlılar özləri də bilirdilər ki, nə qədər ki İsrail Allaha sadiqdir, Onun himayəsi altında olacaqdır. Bilamın təklif etdiyi plan ondan ibarət idi ki, İsrail bütpərəstliyə cəlb edilsin və bununla Allahdan uzaqlaşsın. Əgər İsraili yalnız Baala və Astarta əxlaqsız ibadətə cəlb etmək mümkün olsaydı, onda qadir Himayəçi onun düşməni olardı və israillilər onları əhatə edən qəddar və döyüşkən xalqların asan şikarına çevrilərdilər. Padşah bu planı hazırlıqla qəbul etdi və bu planın yerinə yetirilməsində kömək etmək üçün Bilam orada qaldı.AP 399.5

    Bilam öz şeytani niyyətinin müvəffəqiyyətlə həyata keçməsini gördü. O, bunun şahidi oldu ki, Allah xalqı onun lənətinə necə düçar oldu və minləri Onun cəzasının qurbanı oldu. Lakin İsrailin günahını cəzalandıran İlahi ədalət imkan vermədi ki, azğınlığın təqsirkarları layiq olduqları qisasdan qaçsınlar. İsrailin madianlarla müharibəsində Bilam öldürüldü. “Canım salehlərin ölümü ilə ölsün və sonum onlarınkı kimi olsun!” - deyə nida edəndə o, sonunun yaxınlaşdığını hiss etmişdi. Lakin o, saleh həyatı ilə yaşamaq istəmədi və buna görə də bütün Allah düşmənlərinin qismətinə şərik oldu.AP 400.1

    Bilamın taleyi Yəhudanın taleyi kimidir və onların xarakterləri heyrətamiz dərəcədə oxşardır. Hər ikisi Allaha və mammona xidmət etməyə çalışırdılar və hər ikisi də fəlakətə uğradılar. Bilam əsl Allahı tanıyırdı və deyirdi ki, Ona xidmət edir. Yəhuda İsanın Məsih olduğuna inanırdı və Onun ardıcıllanna qoşulmuşdu. Bilam özünün Tanrıya xidmətini sərvət və dünyəvi şöhrət qazanmaq üçün künc daşına çevirmək istəyirdi. Lakin uğursuzluğa düçar oldu, sürüşdü, yıxıldı və daha qalxmadı. Yəhuda özünün Məsihə yaxınlığı sayəsində, özünün gözlədiyi kimi, Məsihin tezliklə yaradacağı dünyəvi padşahlıqda sərvət və şöhrət qazanmağa ümid edirdi. Ümidlərinin dağılması onu dönüklüyə və məhvə gətirib çıxartdı. Həm Bilam, həm də Yəhuda böyük işıq almışdılar, xüsusi üstünlükləri var idi, lakin birə dənə bəslənmiş günah onların bütün xasiyyətini zəhərlədi və ölümə məhkum etdi.AP 400.2

    Hər hansı bir qeyri-məsihçi keyfıyyətinin qəlbdə məskən salmasına imkan vermək çox təhlükəlidir. Bircə dənə bəslənən günah bütün xeyirxah qabiliyyətləri miskin istəyə xidmət etməyə məcbur edərək yavaş-yavaş şəxsiyyəti məhv edir. Sayıqlığın itirilməsi, hər hansı bir pis vərdişə uymaq, borcun yüksək prinsiplərinə etinasızlıq qəlbin müdafiə qabiliyyətini dağıdır və şeytanın daxil olub bizi yoldan döndərməsinə imkan açır. Bizim yeganə xilasımız, Davudun etdiyi kimi, hər gün bütün qəlbdən dua etməkdir: “Sənin yolundan möhkəm tutmuşam, sarsılmadan addımlamışam” (Məzmur 17: 5).AP 400.3

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents