Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Ağsaqqallar və Peyğəmbərlər

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    20-ci fəsil
    YUSİF MİSİRDƏ

    (Bu fəsil Yaradılış Kitabının 39-41 fəsillərinə əsasların)

    Yusif məxsus olduğu adamlarla birlikdə Misirə gedirdi. Karvan cənub istiqamətində Kənan sərhədinə tərəf gedəndə oğlan uzaqdan arasında atasının çadırları qurulmuş təpələri gördü. O, öz tənhalığı və kədəri içində tərk edilmiş sevən atasını düşünərək acı-acı hönkürdü. Dotandakı bütün yaşantıları yenidən gözləri önündən keçdi. O öz qardaşlarının qəzəbli üzlərini və vəhşi gözlərini gördü. Onun ehtiraslı yalvarışlarının rastlaşdığı yaralayıcı təhqirlər qulaqlarında səsləndi. O, titrək qəlblə öz gələcəyini düşündü. Vəziyyət necə də dəyişmişdi -zərifcəsinə sevilən oğul yazıq, köməksiz qul olmuşdu! Tənha, dostlarsız və yaxınlarsız olduğu halda onu yad ölkədə nə gözləyirdi? Yusif bir müddət çıxılmaz kədərə və zülmətə qərq oldu.AP 178.1

    Lakin Allahın qabaqgörənliyi ilə hətta bu həyacanlar da onun xeyrinə olmalı idi. Bir neçə saatın ərzində o, uzun illər boyunca başa düşə bilməyəcəyi şeyləri dark etdi. Atanın güclü və zərif məhəbbəti ayrıseçkiliyə gətirib gənci korlamışdı. Atası ona xüsusi rəğbət bəsləyərək onun istəklərinə göz yumurdu. Bu ağılsız üstüntutma onun qardaşlarını qəzəbləndirdi və onu ailəsindən qoparan qəddar əmələ sövq etdi. Atanın övladlanna ədalətsiz münasibəti onun xarakterində də öz əksini tapmışdı. Göz yumulan qüsurlar indi düzəldilməli idilər. O, müstəqil və inadcıl olmalı idi. Atasınm incə qayğısına öyrəşərək o, qəribin və qulun acı taleyini ağırlaşdıran çətinliklərin öhdəsindən gəlməkdə acizlik hiss edirdi.AP 178.2

    Getdikcə onun fıkri atasının Allahına yönəlirdi. O lap uşaqlıqdan Allahı sevməyə və Ondan qorxmağa öyrədilmişdi. O öz atasının çadınnda evini didərgin və qaçqın kimi tərk edin Yaqubun yuxusu haqqında az eşitməmişdi. Allahm Yaquba etdiyi əhdlər haqqında və bu əhdlərin onun həyatında necə yerinə yetməsi haqqında, Allah mələklərinin ehtiyac saatında ona tövsiyə və təsəlli vermək üçün, onu qorumaq üçün necə gəlmələri haqqında ona danışmışdılar. Rəbbin Məhəbbəti sayəsində insanları Bağışlayanın meydana gəlməsindən də ona danışmışdılar. İndi bütün bu qiymətli dərslər onda canlandılar. Yusif inanırdı ki, atalarının Allahı onun da Allahı olacaqdır. Onda o özünü tamamilə Allaha təslim etdi və dua etdi ki, İsrailin Himayəçisi onu didərgin olduğu torpaqda tərk etməsin.AP 179.1

    O, həyacanla özü qarşısında yüksək məqsəd qoydu - Allaha sadiq qalmaq və bütün vəziyyətlərdə Səmavi Padşahın təbəəsi kimi hərəkət etmək. O, bütün qəlbilə Rəbbə xidmət etməyi arzu edirdi. O, taleyin bütün sınaqlarını dəyanətlə qarşılamaq və hər işində düzgün olmaq istəyirdi. Bir gün baş verən bir hadisə onun bütün həyatını dəyişdi, bu günün dəhşətli hadisələri onu ərköyün gəncdən düşüncəli, cəsarətli və təmkinli insana çevirdi.AP 179.2

    Misirə çatanda Yusifı Potifara satdılar, o, fıronun keşikçilərinin başçısı idi və on il sarayda xidmət etmişdi. Yusif burada qeyri-adi imtahanlara məruz qaldı. Bütpərəstlərin arasında yaşadı. Padşah sarayının dəbdəbəsinə uyğun gələn bütpərəstlik o dövrdə yaşayan ən yüksək sivilizasiyalı xalqların sərvətinə və mədəniyyətinə arxalanırdı. Lakin Yusif həyat sadəliyini və Allaha sədaqətini qorudu. Onun ətrafında hər tərəfdən günahın şirnikləndirici şirin səsi gəlirdi, lakin o onlara qarşı kar və kor idi. O öz düşüncələrinə qadağan olunmuş şeylər üzərində dayanmağa imkan vermirdi. Misirlilərin hörmətini qazanmaq istəyi onu öz əqidəsini gizlətməyə məcbur edə bilmədi. Əgər o bunu etməyə cəhd etsə idi, onda tamah qurbanı olardı, lakin o öz atalarının imanı üçün utanmırdı və vahid Allaha sədaqətli olduğunu gizlətməyə az da olsa çalışmırdı.AP 179.3

    “Rəbb Yusiflə idi; o işlərində uğur qazanırdı. Ağası gördü ki, Rəbb onunladır və elədiyi hər işdə ona uğur verir”. Potifarın Yusifə etibarı gündən-günə artdı və nəhayət o, Yusifı özünün bütün mülkünün idarəçisi etdi. “Ağası özünə məxsus olan hər şeyi Yusifın ixtiyarına vermişdi; yediyi yeməkdən başqa, evində olan heç nədən xəbəri yox idi”.AP 179.4

    Yusifin hər bir işini müşayiət edən qeyri-adi müvəffəqiyyətlər hər hansı bir möcüzənin nəticəsi deyildi: onun əməksevərliyi, qayğısı və enerjisi İlahi xeyir-dua ilə şöhrətlənirdi. Yusif özünün bütün nailiyyətlərini Allah mərhəmətinin nəticəsi hesab edirdi və hətta onun bütpərəst ağası da bunu öz sərvətinin qeyri-adi dərəcədə artmasının sirri hesab edirdi. İnadkar, məqsədyönlü səylər olmadan heç bir nailiyyət ola bilməz. Allah Öz xidmətçisinin sədaqəti ilə şöhrətləndi. Allahın niyyəti bu idi ki, Öz qulunun paklığını və düzgünlüyünü bütpərəstlərə qarşı qoyaraq bütpərəst zülməti içərisində səma mərhəməti nurunu parlatsın.AP 180.1

    Yusifın qəlb yumşaqlığı və düzgünlüyü saray xadiminin qəlbini fəth etdi və o nəhayət Yusifə qul kimi yox, oğul kimi baxdı. Alimlər və yüksək mövqeli adamlarla ünsiyyət edərək gənc oğlan dilləri öyrənirdi, elm və ticarət sahəsində biliklər əldə edirdi və beləliklə də Misirin gələcək baş nazirinə lazım olacaq biliklər qazanırdı.AP 180.2

    Lakin Yusifın müdrikliyi və imanı odlu sınaqdan keçməli idi. Ağasının arvadı bu gənci Allah Qanununu pozmağa sövq etməyə çalışırdı. Bu vaxta qədər Yusifə həmin bütpərəst ölkəsində geniş yayılmış günah təsir etməmişdi. Lakin bu şirnikləndirmə o qədər gözlənilməz, güclü və azdırıcı idi ki - ona qarşı necə dursun. Yusif yaxşı başa düşürdü ki, müqavimət göstərmək nə ilə nəticələnəcəkdir. Güzəştə getsə idi, onu mükafatlar, himayələr, mərhəmətlər gözləyirdi, etiraz etsə idi, təhqir, zindan, ola bilsin ki, ölüm qaçılmazdı. Onun bütün gələcəyi bu dəqiqədən asılı idi. Salehlik zəfər çalacaqmı? Yusif əvvəlki kimi Allaha sadiq qalacaqmı? Mələklər təsviredilməz həyacanla bütün baş verənləri izləyirdilər.AP 180.3

    Yusifın cavabı dini prinsiplərin möhkəmliyinə dəlalət edirdi. O özünün dünyəvi ağasının etibarına xəyanət edə bilməzdi və nə olsa da öz Səmavi Hökmdarına sadiq qalacaqdı. Çoxları hər şeyi görən Allahın və müqəddəs mələklərin qarşısında o şeyi edirlər ki, bunu öz dostlarının yanında etməyə cəsarət etmirlər; lakin Yusif birinci Allahı düşünürdü. “Bəs mən necə bu böyük pisliyi edib, Allahın önündə günaha bata bilərəm?” - o dedi.AP 180.4

    Əgər biz həmişə dərk etsəydik ki, Allah bizim etdiyimiz və dediyimiz hər şeyi görür və eşidir, O bizim bütün sözlərimizi və işlərimizi dəqiq qeyd edir və nəticədə bütün bunlar bizə göstəriləcəkdir, onda biz günah etməkdən ehtiyat edərdik. Qoy gənclər həmişə xatırlasınlar -onlar harada olsalar və nə etsələr də həmişə Allahın qarşısındadırlar. Bizim heç bir əməlimiz nəzərdən qaçmayacaqdır. Biz öz yollarımızı Uca Allahdan gizlədə bilmərik. İnsan qanunları həddən sərt olsalar da, çox vaxt gizli pozulurlar və nəticədə günahkarlar cəzasız qalırlar. Lakin Allah Qanunu başqa cürdür. Ən zülmət gecə də günahkarın cinayətini gizlədə bilməz. Ola bilsin ki, o düşünür ki, onu heç kim görmür, lakin gözəgörünməz şahid onun hər addımını qeyd edir. Hətta ürəklərdəki fıkirlər də İlahi nəzərdən qaçmırlar. İnsanın hər bir əməli, sözü və fikri elə dəqiqliklə qeydə alınır ki, elə bil bütün dünyada mövcud olan bircə nəfərdə bütün Səmanın diqqəti cəmləşmişdir.AP 181.1

    Yusif öz düzgünlüyündən zərər çəkdi, çünki onu yoldan çıxartmaq istəyən qadın onu bu mənfur cinayətdə təqsirləndirdi və onun zindana düşməsinə səbəb oldu. Əgər Potifar onun arvadının ittiham etdiyi kimi Yusifin günahkar olduğuna inansaydı onu öldürtdürərdi, lakin gənc ibranini həmişə fərqləndirən təvazökarlıq və düzgünlük onun məsumluğunu sübut edirdi; lakin ağa evinin şərəfini xilas etmək üçün o öz şərəfindən və öz azadlığından məhrum edildi.AP 181.2

    Zindançılar əvvəlcə Yusiflə qəddar rəftar etdilər. Zəbur oxuyan deyir: “Ayaqlarım zəncirbyib əzdilər, boğazına dəmir halqa keçirdilər. Yusifın sözü düz çıxanadən Rəbbin sözü onu təmizlədi” (Məzmur 105:18-19). Lakin Yusifın əsl mahiyyəti hətta zindan zülmətində də parladı. O, möhkət imanını və səbrini qorudu. O, sədaqətli xidmət illəri üçün bu cür qəddərlıqla mükafatlandınlsa da, bu onu qəmli və inamsız etmədi. Onun qəlbi məsulmuş hissindən gələn sülhlə dolu idi və o özünü Allaha təslim etdi. Uğursuzluqlar onu sarsıtmadı. Başqalarınan iztirablarını yüngülləşdirərək o öz dərdini unutdu. O özü üçün hətta zindanda da məşğuliyyət tapdı. Kədərlər məktəbində Allah onu böyük iş üçün hazırladı və o bu zərurətə tabe oldu. Zindanda zorakılığın, zülmkarlığın və cinayətlərin nəticələrini görərək o, ədalət, mərhəmət və rəhmdillik dərsləri aldı - bu gələcəkdə dövlət işlərini müdriklik və rəhmdilliklə icra etməkdə ona kömək etdi.AP 181.3

    Yusif tədricən zindançıların etibarını qazandı və ən nəhayətdə bütün dustaqları onun nəzarətinə tapşırdılar. Onun zindanda necə hərəkət etməsi: gündəlik həyatdakı düzgünlüyü, bədbəxtlik və ümidsizlik içərisində olanlara mərhəməti - Yusifın önündə sərvət və şərəf yolunu açdı. Başqalarını isitdiyimiz hər bir işıq şüası özümüzdə əks olunacaqdır. Bədbəxtə deyilən hər bir mehriban və mərhəmətli söz, dustağın qismətini yüngülləşdirmək üçün hər bir cəhd, ehtiyacı olana verilən hər bir bəxş bunu səmimi qəlbdən edən üçün xeyir-dua olacaqdır.AP 181.4

    Zindanda hansısa səbəbdən padşahın çörəkçisi və saqisi yatırdı, Yusif isə onların gözətçisi olmuşdu. Bir səhər onların qəmli üzlərini görüb Yusif mərhəmətlə kədərin səbəbini xəbər aldı. Məlum oldu ki, onlardan hər biri qəribə yuxu görmüşdür, onlar bu yuxuların mənasını bilmək istəyirbr. “Yuxu yozmaq Allahın işi deyilmi? - Yusif dedi. - Mənə söybyin”. Hər biri öz yuxusunu danışanda Yusif onlara belə yozdu ki, üç gündən sonra saqi öz əvvəlki yerini tutacaqdır və əvvəlki kimi firona şərab badəsi verəcəkdir, çörəkçini isə fıronun fərmanına əsasən öldürəcəklər. Hər şey qabaqcadan söybndiyi kimi oldu.AP 182.1

    Padşahın saqisi Yusifə həm yuxusunun ruhlandırıcı şəkildə yozulması üçün, həm də xeyirxah münasibəti üçün dərindən minnətdar idi. Yusif cavab olaraq ədabtsiz ittihama işarə edib həyəcanla xahiş etdi ki, onun haqqında hökmdara bir söz desin. O dedi: “Ancaq sənin vəziyyətin yaxşılaşanda məni yadına sal və xeyirxahlıq göstər; haqqımda fırona danışıb məni bu yerdən çıxart. Doğrudan da, mən İbranibrin topağından oğurlanmışam və burada da zindana salınmağa layiq bir iş görməmişəm”. Saqinin yuxusu bütün təfərrüatı ilə yerinə yetdi, lakin öz əvvəlki yerinə qayıtdıqdan sonra o, daha öz xeyirxahı haqqında fikirbşmədi. Yusif daha iki uzun il zindanda əzab çəkdi. Onun qəlbində qızınan ümid getdikcə sönürdü və başqa həyəcanlarına insan naşükürlüyünün acısı da əlavə olunurdu.AP 182.2

    Lakin İlahi əl zindan qapılarını açmaq üçün artıq uzanmışdı. Bir dəfə gecə Misir hökmdarı iki yuxu gördü, bunlar sanki eyni hadisəyə işarə edirdilər və yəqin ki, hər hansı böyük bədbəxtlikdən xəbər verirdibr. O bunları mənasını aça bilmədi, lakin onlar onu narahat etməyə davam edirdibr. Onun padşahlığının yozuculan və müdrikləri bu yuxulan yoza bilmirdibr. Padşahın çaşqınlığı və ümidsizliyi artırdı və bütün sarayı dəşhət bürüdü. Ümumi həyəcan saqiyə öz yuxusunu xatırlatdı, öz unutqanlığı və naşükürlüyü üçün onun qəlbi əzabverici xəcalətlə doldu. O tezcə öz yuxusunun və çörəkçinin yuxusunun tarixçəsini padşaha danışdı, qeyd etdi ki, zindanda əzab çəkən gənc ibraninin dedikləri tam dəqiqliklə yerinə yetmişdir.AP 182.3

    Öz padşahlığında çoxlu falçılar və müdriklər olmasına baxmayaraq yuxusunu yozmaq üçün yadelliyə, üstəlik də qula müraciət etməsi fıron üçün alçaldıcı olsa da, öz qəlbini rahat etmək üçün istənilən adamın xidmətindən istifadə etməyə hazır idi. Tezcə Yusifi gətirmək üçün adam göndərdilər. Yusif zindan paltarını atdı, üzünü qırxdı və saçını vurdu, çünki zindanda olduğu vaxt tükləri çox uzanmışdı. Bundan sonra onu padşahın yanına apardılar.AP 183.1

    “Firon Yusifə dedi: “Bir yuxu görmüşəm, ancaq onu yozan yoxdur. Mən sənin barəndə eşitmişəm ki, yuxulan eşidib yoza bilirsən”. Yusif firona cavab verdi: “Bu məndən deyil, Allah fıronun xeyrinə cavab verəcək””.. Padşaha cavab verərkən Yusif öz təvazökarlığını və Allaha imanını duydu. O, itaətlə ali müdriklik şərəfindən imtina edib dedi: “Bu məndən deyil”. Bu sirrləri yalnız Rəbb izah edə bilər.AP 183.2

    Onda fıron öz yuxularını söylədi: “Yuxumda gördüm ki, Nil çayının sahilində durmuşam. Çaydan kök və bəslənmiş yeddi inək çıxdı. Onlar qamışlıq içində otlamağa başladılar. Onlardan sonra halsız, çox cılız və arıq olan başqa yeddi inək çıxdı; bütün Misir ölkəsində bunlar kimi cılız inək görməmişəm. Arıq və cılız inəklər əvvəlki yeddi kök inəyi yedilər. Kök inəklər onların qarınlarına girdiklərinə baxmayaraq, bu bilinmirdi; əvvəlki kimi onlar arıq idilər. Onda oyandım. Yenə yuxumda gördüm ki, bir saplaqdan yeddi dolu və böyük sünbül çıxdı. Onlardan sonra solğun, cılız və şərq küləyindən yanmış yeddi sünbül bitdi. Cılız sünbüllər yeddi dolu sünbülü uddular; bunları sehrbazlara danışdım, ancaq mənə cavab verən tapılmadı”.AP 183.3

    Yusif dedi: “Fironun yuxularının mənası eynidir. Allah etmək istədiyi işi fırona göstərir. Bütün Misir torpağında yeddi il böyük bolluq olacaq. Bundan sonra yeddi il qıtlıq olacaq; Misir ölkəsində olan bütün bolluq yaddan çıxacaq və qıtlıq ölkəni əldən salacaq. Ölkədəki bolluq ondan sonra gələn qıtlıq üzündən görüməyəcək, çünki qıtlıq çox ağır olacaq. Firon yuxunu iki dəfə görüb; çünki Allah belə qərara gəlmişdir və tezliklə bu işi görəcək. Buna görə də fıron ağıllı və müdrik bir adam axtarsın və onu Misir ölkəsinə başçı təyin etsin. Firon ölkədə məmurlar qoymağı əmr etsin və yeddi il bolluq zamanı Misir torpağının məhsullarının beşdə birini yığsın. Qoy onlar uğurlu olan bu illərin bütün məhsullarını toplasınlar. Taxılı isə azuqə olaraq şəhərlərdə fironun nəzarəti altında yığıb saxlasınlar. Bu azuqə Misir torpağına gələn yeddi il qıtlıq dövrü üçün ehtiyat olacaq, ta iki ölkə əhalisi aclıqdan qırılmasın”.AP 183.4

    İzah elə ağıllı və məntəqli idi ki, Yusifin verdiyi məsləhət isə elə sağlam və müdrik idi ki, onun həqiqiliyi heç bir şübhə doğurmurdu. Lakin bu planın icrasını kimə etibar etmək olar? Seçkinin düzgünlüyündən xalqın həyatı asılı idi. Bu, padşahı çox narahat edirdi və bir müddət belə bir məsul vəzifəyə kimin təyin edilməsi sarayda müzakirə edildi. Hökmdar saqidən Yusifin zindanda nəzarətçi olduğu vaxt onun müdrikliyi və ağlı haqqında öyrəndi; aydın oldu ki, o, qeyri-adi təşkilatçılıq qabiliyyətinə malikdir. Saqi öz əvvəlki naşükürlüyündən utanaraq indi öz xeyirxahı haqqında xoş sözlər söyləyirdi və onun qarşısında öz təqsirini silməyə çalışırdı. Padşahın Yusif haqqındakı sonrakı sorğuları saqinin sözlərini təsdiqlədi. Padşahlığı hədələyən təhlükəni dəf etmək və onun qarşısını almaq, lazımi tədbirlər görmək üçün bütün padşahlıqda yalnız Yusif bu müdrikliyə malik idi; padşah gördü ki, Yusifdən başqa heç kim təklif olunan planları yerinə yetirə bilməyəcəkdir. Aydın idi ki, o, İlahi qüvvəyə malik idi və padşah xidmətçilərinin arasında bu ağır zamanda dövlət işlərini belə ağıllı idarə edə bilən adamı tapmaq mümkün deyildir. Onun ibrani və qul olması isə onun aydın müdrikliyi və sağlam mühakiməsi ilə müqayisədə bir şey deyildi. “Bu adam kimi Allahın Ruhuna malik olan bir rəs tapa biləcəyikmi?” - padşah öz məsləhətçilərinə dedi.AP 184.1

    Qərar qəbul edildi və Yusif üçün gözlənilməz olan bu təyinat haqqında ona xəbər verdilər. “Sarayına ağa təyin elədi onu, varidatı üçün cavabdeh etdi onu. Başçılar üstündə səlahiyyət verdi ona, qoy uzaqgörənlik öyrətsin ağsaqqallarına” (Məzmur 105:21,22). Yusif zindadan bütün Misir torpağının rəisi vəzifəsinə yüksəldildi. Bu çox hərmətli vəzifə idi, lakin burada da çətinliklər və təhlükələr gözləyirdi. Yüksək vəzifədə olan, tələlərdən qaçmaq iqtidarında deyildir. Tufan çöllərin adi güllərinə heç bir zərər vurmayaraq, dağların zirvələrindəki əzəmətli ağacları kökündən qopardığı kimi, bəzən adi vəzifədə Rəbbə sədaqəti qoruyan şöhrətə və dünyəvi müvəffəqiyyətə çatanda tamah qurbanı olur. Lakin Yusif bəxtiyarlıq günlərində də bədbəxtlik vaxtında olduğu kimi idi. O, zindanda olduğu kimi fıronun sarayında da Allaha sadiq idi. Rəbbin ardıcılları olan öz doğmalarından ayrılaraq bütpərəst torpağında qərib olan Yusif səmimi olaraq inanırdı ki, İlahi əl onu yönəldir və həmişə Allaha arxalanaraq öz vəzifələrini düzgün yerinə yetirirdi. Yusifin sayəsində padşah və onun məsləhətçiləri həqiqi Allah haqqında düşündülər; onlar bütpərəst olaraq qalsalar da, Allah pərəstişkarının həyatına rəhbərlik edən prinsiplərə hörmət etməyi öyrəndilər.AP 184.2

    Yusifdə bu möhkəmlik, düzgünlük və müdriklin haradandır? O, ilk yaşlarından vəzifə borcu səsinə daha çox tabe olurdu, nəinki öz istəklərinə. Gəncin düzgünlüyü, uşaq imanı, xeyirxah təbiəti yetkin çağında ləyaqətli bəhrələrini gətirdi. Qüsursuz və sadə həyat fiziki və əqli qüvvələrin inkişafına gömək edir. Allahın məxluqu ilə ünsiyyət vasitəsilə Allahla ünsiyyət, iman varislərinə verilən əzəmətli həqiqətlər üzərində düşüncələr heç bir başqa savadın edə bilmədiyi kimi şüuru genişləndirərək və möhkəmləndirərək onun ruhani təbiətini yüksəldir və zənginləşdirirdi. Ən aşağıdan tutmuş ən yüksəyə qədər istənilən mövqedə vəzifələrinə şərəfli münasibət Yusifı öz yüksək təyinatını yerinə yetirməyə qadir etdi. Yaradanın iradəsi ilə harmoniyada yaşayan özündə şərəfli, xeyirxah xarakteri inkişaf etdirəcəkdir. “Allah qorxusu əsl müdriklik və şüurun şərdən təmizlənməsidir” (Əyyub 28:28).AP 185.1

    Şəxsiyyətin formalaşmasında xırdalıqların təsirini yalmz bəziləri başa düşür. Etdiyimiz her şeyin mənası vardır. Bizim hər gün düşdüyümüz müxtəlif vəziyyətlər bizim sadiqliyimizi sınamaq və böyük tapşırıqları yerinə yetirməyə hazırlaşdırmaq üçün bizə göndərilmişdır. Adi həyatda göstərilən prinsipiallıq insanı vəzifə tələblərini şəxsi isteklərindən və meyillərindən yüksək yüksək tutmağı öyrədir. Bu cür tərbiyə olunan can küləyin istənilən tərəfə əydiyi qamış kimi xeyir və şər arasında tərəddüd etməyəcəkdir. Belə insanlar öz vəzifələrinə sadiqdirlər, çünki onlar özlərində sadiqlik və salehlik vərdişləri tərbiyə etmişlər. Onlar ən nəzərəçarpmaz işləri tərbiyə etmişlər. Onlar ən nəzərəçarpmaz işləri şərəflə yerinə yetirərək böyük işlər üçün qüvvə qazanırlar.AP 185.2

    Düzgünlük Ofır qızılından qiymətlidir. Onsuz heç kim yüksək səyiyyəyə qalxa bilməz. Bu cür xarakter irsən keçmir. Onu pulla almaq mümkün deyildir. Yüksək mənəviyyat və gözəl qəlb keyfiyyətləri təsadüfi tapıntı deyildir. Ən görkəmli qabiliyyətlər əgər kamilləşmirsə, öz qiymətini itirir. Xeyirxah xarakterin formalaşması bütün ömür boyu baş verir. Onu inadkar və mətin səylər nəticəsində əldə edirlər. Allah imkanlar yaradır, müvəffəqiyyət isə onlardan necə istifadə etməkdən asılıdır.AP 185.3

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents