Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Ağsaqqallar və Peyğəmbərlər

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    53-cu fəsil
    İLK HAKİMLƏR

    (Bu fəsil Hakimlər Kitabının 6-8 və 10-cu fəsillərinə əsaslanır)

    Kənanda məskən salaraq, İsrail xalqı Kənan torpağını bütünlüklə fəth etmək üçün heç bir səy göstərmədi. Artıq ələ keçirilmiş ərazi ilə kifayətlənərək o, əvvəlki coşqunluğunu itirdi və fəthetməni dayandırdı. “İsraillilər bu torpaqlarda möhkəmlənəndə kənanlıların üzərində mükəlləfiyyət qoydular, amma tamamilə qovmadılar” (Hakimlər 1:28). Rəbb Öz tərəfindən İsrailə verdiyi bütün əhdləri düzgün yerinə yetirdi. Nun oğlu Yeşua kənanlıların gücünü sarsıtdi və onların torpağını soyların arasında bölüşdürdü. Onlara yalnız İlahi köməyə arxalanaraq bu torpağın sakinlərini tamamilə qovmaq qalmışdı. Lakin onlar bunu etmədilər. Kənanlılarla ittifaq bağlayaraq, onlar Allah əmrini kobudcasına pozdular və bununla da Onun Kənan torpağını onların ixtiyarına verməyi vəd etdiyi şərtləri yerinə yetirmədilər.AP 486.1

    Hələ ən birinci dəfə Allah onlarla Sinada ünsiyyət edəndə, onlara bütpərəstliyə qarşı xəbərdarlıq edilmişdi. Qanunun elan edilməsindən dərhal sonra onlara Musa vasitəsilə Kənan xalqları haqda deyilmişdi: “Onların allahlarına səcdə etməyin, onlara ibadət etməyin və qaydalarına əməl etməyin. O allahları dağıdıb yox edin, onların daş sütunlarını parça-parça etməlisiniz. Siz isə Allahınız Rəbbə xidmət edin, O da çörəyinizə və suyunuza bərəkət verəcək; sizin daxilinizdən xəstəliyi yox edəcəyəm” (Çıxış 23:24,25). Onları əmin etmişdilər ki, nə qədər ki onlar Allaha itaətkar qalacaqlar, O, onların bütün düşmənlərini fəth edəcəkdir. “Öz dəhşətimi qarşınızca göndərirəm. Sizin aralarına getdiyiniz bütün xalqlara qarışıqlıq salacam və bütün düşmənlərinizin dönüb sizdən qaçmasına bais olacağam.” (Çıxış 23:27-33). Bu əmrləri ölümündən əvvəl Musa, sonra isə Yəşua ben Nun təntənəli surətdə təkrar etmişdi.AP 486.2

    Allah Öz xalqını Kənanda ona görə yerləşdirmişdi ki, o, dünyanı batırmağa qadir olan əxlaqsızlıq axınının qarşısını qüdrətli sədd kimi kəssin. Əgər İsrail Ona sadiq olsaydı, onda qələbədən qələbəyə gedərdi. Allah kənanlılardan da olduqca güclü və qüdrətli xalqları İsrailin əllərinə təslim edərdi. Allah əhdində deyilmişdir: “Əməl etməniz üçün sizə buyurduğum bütün bu əmrləri diqqətlə yerinə yetirsəniz... onda Rəbb qarşınızdan bütün bü millətləri qovacaq və sizdən daha böyük, daha güclü millətlərin torpaqlannı mülk olaraq alacaqsınız. Ayaq basdığınız hər yer sizin olacaq. Sərhədiniz səhradan Livana, Fərat çayından Qərb dənizinə qədər uzanacaq. Sizin qarşınızda heç kim dayana bilməyəcək. Allahınız Rəbb sizə vəd etdiyi kimi, ayaq basacağınız hər yerə vahimə və qorxunuzu yayacaq” (Qanunun təkrarı 11:22-25).AP 487.1

    Lakin yüksək Haqq vəzifələrinə baxmayaraq israillilər özlərinə daha az müqavimət və itaət yolunu seçdilər. Onlar ölkənin fəth edilməsi işini başa çatdırmaq imkanını əldən buraxdılar və bir çox nəsillər boyunca qalan bütpərəstlər üzündən iztirablar çəkdilər, bu bütpərəstlər, peyğəmbərin qabaqcadan dediyi kimi də, onların gözləri üçün “tikanlar” və yanları üçün “iynələr” oldular (Saylar 33:55).AP 487.2

    İsraillilər “bütpərəstlərlə qarışdılar və onların işlərinə öyrəşdilər” (Məzmur 106:35). Onlar kənanlılarla evlənirdilər və bütpərəstlik dünyada cüzam kimi yayılırdı. “Onların bütlərinə ibadət edərək özlərini bu tələyə saldılar. Oğul-qızlarını cinlərə qurban verdilər... ölkəni qana bulaşdırdılar... Rəbb xalqına qarşı qəzəbindən yandı, öz irsini iyrənc bir şey sandı” (Məzmur 106:36-40).AP 487.3

    Nə qədər ki Yeşuadan tövsiyələri qəbul edənlər sağ idibr, bütpərəstlik böyük uğur qazanmadı, lakin valideynbr övladlarının dönük çıxmaları üçün yol hazırladılar. Kənan torpağını miras alanlar tərəfindən Allah məhdudiyyətlərinə etinasızlıq şər toxumları səpdi, bu toxumlar çox nəsillər boyunca öz acı bəhrələrini gətirdi. Sadə həyat tərzi ibranilər üçün can sağlığı mənbəyi idi, lakin zaman keçdikcə onlar bütpərəstlərlə ünsiyyət edərək öz iştahlarına və ehtiraslarına uymağa vərdiş etdilər, bu tədricən onların sağlamlığına təsir etdi və mənəvi, əqli qüvvələrini zəiflətdi. İsraillilərin günahları onları Allahdan uzaqlaşdırdı. Onun gücü onlardan alındı və onlar daha öz düşmənləri üzərində ağalıq edə bilmədilər. Beləliklə də onları o xalqlar təslim etdilər ki, onlar Allahın köməyi ilə onlara qalib gəlməli idilər.AP 487.4

    “Onları Misir torpağından çıxaran atalarının Allahı Rəbbi atıb başqa allahlara sitayiş edərək onlara səcdə etdilər”. “Çöldən onları sürü kimi səhra ilə aparmışdı... Onu səcdəgahları ilə qəzəbləndirdilər, onu yonma bütləri ilə qısqandırdılar”. Buna görə də Rəbb “insanlar arasında qaldığı çadınnı, Şilodakı məskənini tərk etdi. Qüdrətini əsarətə, şərəfıni düşmən əlinə təslim etdi” (Hakimlər 2:12; Məzmur 78:52-58, 60,61). Lakin O Öz xalqından tamamilə imtina etmədi. İsrail arasında Tanrıya sədaqətini saxlayanlar həmişə olmuşdur və zaman-zaman Allah sədaqətli və cəsur adamlar göndərirdi ki, onlar bütpərəstliyi devirsinbr və İsrail xalqını düşmənlərdən azad etsinbr. Lakin azad edən öbndə xalq onun təsiri altından çıxaraq tədricən öz bütlərinə qayıdırdı. Beblikb də bu dindəndönmə və cəza, etiraf və azadlıq tarixi yenidən və yenidən təkrarlanırdı.AP 488.1

    Misir, Moav padşahları, sonra isə filiştlibr və Azor ətrafından Kənan padşahları Sisranın rəhbərliyi altında növbə ib İsrailin zülmkarları olduları Otniel, Ehud, Şamqar, Devora və Baraq xalq tərəfindən onun xilaskan olmaq üçün irəli çəkilmişdibr. Lakin “İsrail övladları yenə də Rəbbin gözündə pis işbr gördübr və Rəbb onları yeddi il Midyanlılara təslim etdi”. Bu vaxta qədər İordanın şərqində yaşayan xalqlann sıxışdırılması bu qədər ağır deyildi, lakin indi onlar amansızcasına iztirab çəkməyə başladılar.AP 488.2

    Kənanın cənubunda yaşayan amaleqlilər şərq sərhədindəki və səhra tərəfdəki midyanlılar kimi həb də İsrailin barışmaz düşmənbri idilər. Midyanlılar Musanın vaxtında israillilər tərəfindən, demək olar ki, məhv edilmişdilər, lakin o vaxtdan onlar olduqca artmışdılar və qüdrətli, çoxsaylı xalq olmuşdular. Onlar qisas hissi ilə alovlanırdılar və Allahın himayəçi əli İsrailin üzərindən götürüldükdə, onlar üçün xoş məqam çatdı. Yalnız İordandan şərqdə yaşayan soylar deyil, bütün ölkə onların etdikləri dağıdıcılıqdan əzab çəkirdi. Səhranın vəhşi, azğın sakinləri “çəyirtkə kimi” (Hakimlər 6:5) ölkəni qoyunlar və iri buynuzlu heyvanlarla doldurmuşdular. Onlar məhvedici yara kimi İordan çayından filiştlilərin diyarına qədər hər yerə yayılmışdılar. Onlar məhsul yetişəndə gəlirdilər və sonuncu məhsul yığımı başa çatana qədər qalırdılar. Tarlaları boş qoyaraq, sakinləri qarət edərək onlar geriyə, səhraya qayıdırdılar. Beləliklə də açıq sahələrdə yaşayan israillilər öz evlərini tərk etməyə və möhkəmlənmiş şəhərlərdə, qalalarda sığınacaq tapmağa məcbur olurdular. Bu cür zülm yeddi il davam etdi; xalq ümidsizlik içərisində Allahın xəbərdarlıqlarını xatırlayanda və öz günahlarını etiraf edəndə isə Rəbb yenidən onlara köməkçi göndərdi.AP 488.3

    Yoaş oğlu Gideon Menaşşe soyundan idi, hansı ki, rəhbərlik vəzifəsinə malik olmaqla, cəsusluğu və düzgünlüyü ilə seçilirdi. Onun cəsur oğulları haqda deyilmişdir: “Hər biri padşah oğluna bənzəyirdi”. Birindən başqa hamısı midyanlılarla döyüşdə həlak olmuşdular və onun adı istilaçıları qorxuya salırdı. Öz xalqının xilaskarı olmaq haqda Allah çağırışını eşidəndə Gideon taxıl üyüdürdü. Bir qədər taxıl gizlədərək və onu xırmanda döyməyə cürət etməyərək, Gideon bunu üzümsıxanın yanında etməyi qərara aldı, çünki üzüm yığımına çox var idi və üzümlüklər hələ düşmənləri cəlb etmirdi. İnsanlardan gizlənərək və səssizcə işləyərək, o, İsrailin vəziyyəti və öz xalqının zülmkarlarını necə devirmək haqda kədərlə düşünürdü.AP 489.1

    Birdən “Rəbbin Mələyi” göründü və ona bu sözlərlə müraciət etdi: “Ey cəsur cəngavər, Rəbb səninlədir!”AP 489.2

    “Ah mənim ağam, əgər Rəbb bizimlədirsə, bəs bütün bu işlər başımıza niyə gəldi? Atalarımız “Rəbb bizi Misirdən çıxartmadımı?” deyərək danışdıqları bütün möcüzələr görəsən indi harada qaldı? İndi Rəbb bizi atmışdır, ona görə də bizi Midyanlılara təslim edib”. Rəbb ona tərəf çevrilib dedi: “Bu qüvvətinlə get, İsraili Midyanlıların əlindən qurtar. Səni göndərən Mən deyiləmmi?”AP 489.3

    Buna səma elçisi belə cavab verdi: “Bu gücünlə get İsraili midyanlılarin əlindən xilas et; Mən səni göndərirəm”.AP 489.4

    Gideon bunu sübut almaq istəyirdi ki, ona müraciət edən qədimdən İsraillə olan Əhd Mələyidir. İbrahimlə ünsiyyət edən Allah Mələkləri bir dəfə onun qonaqpərvər dəvətini qəbul etmişdilər və Gideon da Elçiyə onun yanında qonaq qalmağı təklif etdi. Öz çadırına tələsərək o öz azacıq ehtiyatından çəpiş, mayasız kökələr bişirdi və gətirib onun qarşısına qoydu. Lakin Allahın mələyi ona dedi: “Əti və mayasız çörəkləri götür, bu qayanın üstünə qoy və ətin suyunu da oraya tök”. Gideon elə də etdi, sonra isə ona almağı çox arzuladığı əlamət verildi. Mələk əsanın ucu ilə ətə və mayasız çörəklərə toxundu və qayadan çıxan od qurbanı uddu. Sonra Mələk görünməz oldu.AP 489.5

    Gideonun atası Yoaş Allahdan dönərək öz həmvətənləri ilə birlikdə yaşadığı Orfa şəhərin insanlarının səcdə etdikləri Baala böyük qurbangah tikmişdi. Gideona bu qurbangahı dağıtmaq, üzərində qurbanın yandırıldığı qayanın üstündə isə Tanrıya qurbangah tikmək və Rəbbə qurban gətirmək əmr olundu. Qurbanları yalnız kahinlər gətirə bilərdilər və qurbangətirmə Şilodakı məbədlə məhdudlanırdı, lakin Kim bu mərasim ibadətini yaratmışdısa və bütün bu qurbanlar Kimi göstərirdisə, O bu məhdudiyyəti dəyişmək hakimiyyətinə malik idi. İsraili azad etməzdən əvvəl, Baala səcdəyə qətiyyətlə mane olmaq lazım idi.AP 490.1

    İlahi əmr dəqiqliklə yerinə yetirildi. Açıq fəaliyyətin müqavimət doğuracağını bilərək Gideon bu işi gecə qulluqçuların köməyilə gizli etdi. Orfanın sakinləri səhər Baala dua etməyə gələrkən qurbangahı dağılmış görəndə, onları güclü qəzəb bürüdü. Gecə Mələyin öz oğlunu qorumağı əmr etdiyi Yoaş olmasaydı, onlar Gideonu öldürərdilər. “Yoaş ona qarşı çıxanların hamısına belə dedi: “Bu Baal bütünün əvəzinə sizmi mübarizə aparacaqsınız? Ya sizmi onu qurtaracaqsınız? Baal üçün mübarizə aparan səhərə qədər öləcək. Əgər o, həqiqətən, allahdırsa, onun qurbangahını dağıdan adamla qoy özü mübarizə aparsın”.AP 490.2

    Gideonun öldürülməsi haqda bütün fikirlər kənara atıldı və o, boru sədaları altında xalqı müharibəyə səsləyəndə, Orfanın kişiləri onun bayrağı altında birinci toplananlardan oldular. O öz Menaşşe soyuna, həmçinin Aşer, Zevulun, Naftali soylarına elçibr göndərdi və hamısı onun çağırışına cavab verdilər.AP 490.3

    Gideon ordunun başında durmağa cəsarət etmirdi, o tam əmin deyildi ki, bunu etməyə onu Allah çağırır və O onlara olacaqdır. O dua etdi: “Söz verdiyin kimi İsraili mənim əlimlə qurtaracaqsansa, qoy man xırmanın üstünə qoyundan qırxılan yun qoyum. Əgər şeh yalnız yunu isladarsa, torpaq isə quru qalarsa, onda bibcəyəm ki, Sən, dediyin kimi, İsraili mənim əlimlə qurtaracaqsan”. Səhər yun yaş, yer isə quru idi. Lakin Gideonda şübhə yarandı axı yun nəmli havadan nəmişliyi asanlıqla çəkir. Buna görə də o, qəti qərar qəbul edə bilmədi, xahiş etdi ki, Allah əksinə etsin və bu zaman Ona yalvarırdı ki, qəzəblənməsin. Gideonun xahişi yerinə yetirildi.AP 490.4

    Beləliklə, ruhlanan Gideon öz adamlarını istilaçılarla döyüşə apardı. “Bu vaxt bütün Midyanlılar, Amaleqlilər və şərq xalqları bir yerə yığılaraq İordan çayını keçib İsrail vadisində ordugah qurdular”. Gideonun dəstəsində olan adamların sayı otuz iki min idi, lakin o qarşısındakı düşmənin nəhəng dəstələrini gördükdə, Allahın səsini eşitdi: “Yanında olan xalqın sayı çoxdur, ona görə Midyanlıları onlara təslim etmirəm. Çünki İsraillibr Mənim qarşımda “öz əlimlə özümüqurtardım” deyib öyünəcək. İndi isə xalqa bunu eşitdirib de: “Kim qorxudan əsirsə, Gilead dağındarı geri qayıtsın”. Təhlükədən və məhrumiyyətlərdən qorxanlar, ürəkləri dünyəvi qayğılarla dolaraq Allahın işindən uzaqlaşanlar İsrail ordusuna heç bir qüvvə gətirə bilməzdilər. Onların olması yalnız zəifliyə səbəb olardı.AP 491.1

    İsraildə belə bir qanun var idi ki, müharibəyə gedən insanlara elan edirdilər: “Yeni ev tikib içində oturmayan kim var? Qoy evinə qayıtsın. Yoxsa döyüşdə ölər, evində başqası yaşayar. Üzüm bağı salıb məhsulunu toplamayan varmı? Qoy o da evinə qayıtsın. Birdən döyüşdə öbr, Məhsulunu toplamayan varmı? Qoy o da evinə qayıtsın. Birdən döyüşdə öbr, məhsulunu başqası yığar. Bir qıza nişanlı olub evlənməyən varmı? O da evinə qayıtsın. Yoxsa döyüşdə ölər, nişanlısını başqası alar”. Zabitbrin orduya müraciətini davamı beb olsun:“Kim qorxusundan ürəyini yeyirsə, evinə qayıtsın. Öz ürəyi kimi yoldaşlarının da ürəyini üzməsin” (Qanunun təkrarı 20: 5-8).AP 491.2

    Düşmənlərə nisbətən Gideonun adamları az olduğu üçün o, bu ənənəvi müraciətdən özünü saxladı və onun ordusunun həddindən artıq böyük olduğunu eşitdikdə heyrətə gəldi. Lakin Rəbb Öz döyüşçülərinin qəlbində məğrurluq və imansızlıq gördü. Onlar Gideonun hərarətli çağınşlarına uyaraq onun səsinə hazırlıqla səs verdilər, lakin çoxları midyanlıların çoxluğunu görüb qorxuya düşdülər. Lakin əgər İsrail qalib gəlsəydi, eb həmin bu adamlar qələbəni Allaha aid etmək əvəzinə öz adlarına yazardılar.AP 491.3

    Gideon Rəbbin əmrinə itaət etdi və ağır qəlblə onun ordusunun üçdə iki hissəsindən çoxunu təşkil edən iyirmi iki min nəfərin necə evə yola düşmələrini müşahidə etdi. O yenidən Rəbbin sözlərini eşitdi: “Xalqın sayı yenə də çoxdur, onları su kənarına endir və orada adamları sənin üçün ələkdən keçirəcəyəm. “Bu səninlə gedəcək” dediyim adam səninlə gedəcək və “bu səninlə getməyəcək” dediyin bütün adamlar isə getməyəcək”. Tezliklə düşmənə hücum intizarında olan xalq suya yaxınlaşdı. Bəziləri tələsik ovuclarına bir qədər su götürüb içdilər və yollarına davam etdilər, lakin, demək olar ki, bütün qalanları dizləri üstə çökdülər və tələsmədən bulaqdan su içdilər. Ovuclarından su içənlər on min nəfərdən yalnız üç yüzü idi, lakin yalnız onlar seçildilər, qalanlarına isə evə qayıtmağa icazə verdilər.AP 491.4

    Çox vaxt xarakter ən sadə vasitələrlə sınanır. Təhlükə zamanı şəxsi ehtiyaclarının təmin olunması haqda düşünənlər böhranlı dəqiqələrdə etibarlı adamlar deyildirlər. Allaha xidmətdə tənbəllər və öz istəklərinə uyanlar üçün yer yoxdur. Onun seçdiyi adamlar, şəxsi maraqları naminə borcunun yerinə yetirilməsindən dönməyən həmin azlıq idi. Üç yüz seçilmiş ərən yalnız cəsarətə və təmkinə malik deyildilər - onlar iman adamları idilər. Onlar özlərini bütpərəstliklə murdarlamamışdılar. Allah onlara rəhbərlik edə bilərdi və onlann köməyi ib İsrailin qurtuluşunu başa çatdıra bibrdi. Uğur kəmiyyətdən asılı deyildir. Allah çoxluğun sayəsində olduğu kimi, azlığın da sayəsində məqsədinə çata bilər. O, Ona xidmət edənlərin böyük kəmiyyəti ib deyil, xarakterləri ib izzətlənir.AP 492.1

    İsraillilər təpənin zirvəsindən aşağı, düşmən ordusunun düşərgə saldığı dərəyə baxırdılar. “Vadiyə yığılan Midyanlılar, Amaleqlibr və bütün şərq xalqlarının sayı çəyirtgə qədər çox idi. Dəvələrinin isə dəniz sahilindəki qum qədər sayı - hesabı yox idi” (Hakimlər 7:12). Gideon sabah olacaq döyüş haqda fikirləşdikcə titrəyirdi. Lakin gecə Rəbb Gideona müraciət edib əmr etdi ki, köməkçisi Pura ilə birlikdə midyanlıların düşərgəsinə ensin və bu zaman bildirdi ki, o orada ruhlandırıcı bir şey eşidəcəkdir. Gideon getdi və qaranlıqda gizlənib sakitcə duraraq eşitdi ki, necə bir əsgər yoldaşına öz yuxusunu söyləyir: “Bax yuxumda görmüşəm ki, arpa unundan bişirilmiş bir yumru çörək yuvarlanaraq Midyan ordugahına girib çadıra çatdı, çadırı vurub yıxaraq alt-üst etdi və çadır yerə sərildi”. O birisinin verdiyi cavab görünməyən dinbyicini qəlbinin dərinliklərinə qədər həyəcana gətirdi: “Bu İsrailli Yoaş oğlu Gideonun qılıncından başqa bir şey deyil. Allah Midyanı və bütün ordugahını ona təslim edib”. Gideon midyanlı əsgərlərin vasitəsilə ona yönələn Allah səsini tanıdı. O öz kiçik dəstəsinə qayıdaraq dedi: “Qalxın, çünki Rəbb Midyan ordusunu bizə təslim edib”.AP 492.2

    İlahi göstərişə əsasən ona hücum planı təklif edildi və o, dərhal onun həyata keçirilməsinə başladı. Üç yüz nəfər üç dəstəyə bölündü.Hər bir döyüşçüyə boru və gil qabın altında gizlədilmiş məşəl verdilər. Adamları elə yerləşdirdilər ki, midyanlıların düşərgəsinə üç tərəfdən yaxınlaşsınlar. Gecənin bir aləmində Gideonun hərbi borusunun işarəsilə üç dəstənin hamısı borularını çaldılar və sonra qabları sındıraraq yanar məşəlləri götürüb qorxunc döyüş qışqırığı ilə düşmənin üzərinə atıldılar: “Rəbbin və Gideonun qılıncı!”AP 493.1

    Yatmış ordunun oyanması qəfildən oldu. Hər tərəfdə yanar məşəllər şölələnirdi. Hər tərəfdən boru səsləri və hücum edənlərin qışqırıqları eşidilirdi. Özlərindən güclü ordunun mühasirəsinə düşdüklərini zənn edən midyanlılar çaxnaşmaya düşdülər. Onlar ümidsiz fəryadlarla öz həyatlarını xilas etməyə can atırdılar və öz yoldaşlarını düşmənləri hesab edərək bir-birlərini öldürürdülər. Qələbə haqqında xəbər yayılanda evlərinə buraxılan döyüşçübr qayıtdılar və qaçan düşməni təqib edənlərə birbşdilər. Midyanlılar İordanı keçmək və öz torpaqlarına çatmaq ümidi ib ona tərəf can atırdılar. Geri çəkilənləri cənub dayazlıqlarında ələ keçirmək tapşırığı ilə Gideon Efrayim soyuna adamlar göndərdi, özü isə yorğun, lakin düşmənə çatmağa can atan üç yüz nəfərlik dəstə ilə artıq qarşı sahilə çatanların arxasınca çayı keçdi. Bütün ordunun başında duran və on beş min nəfərlə aradan çıxa bilən iki Midyan başçısı Orev və Zeev, Gideon tərəfındən ələ keçirildi; onların ordusu darmadağın edildi, onlar özləri isə əsir alındılar və öldürüldülər.AP 493.2

    Bu parlaq qələbə zamanı azı yüz iyirmi min işğalçı həlak oldu. Midyanlıların qüvvəsi sarsıldı, beb ki onlar artıq bir daha İsrailə qarşı müharibə edə bilmədibr. Hər yerə tezcə xəbər yayıldı ki, İsrailin Allahı yenə də Öz xalqı uğrunda vuruşmuşdur. Ətrafdakı xalqlar biləndə ki, cəsur və döyüşkən adamlar necə sadə üsulla məğlub olmuşlar, onları bürüyən dəhşəti heç bir sözb təsvir etmək mümkün deyildi. Midyanlıların darmadağın edilməsi üçün Allahın seçdiyi rəhbər İsraildə görkəmli yer tutmurdu. O, rəis, kahin və ya levi deyildi. O, özünü öz atasının evində ən əhəmiyyətsiz adam hesab edirdi. Lakin Allah onda cəsarət və düzgünlük görürdü. Gideon özünə güvənmirdi, ancaq hər şeydə Allahın əmri ilə getmək istəyirdi. Çox vaxt Allah Özünə xidmət üçün görkəmli adamları deyil, daha yaxşı istifadə edə biləcəyi adamları seçir: “Şöhrətə bələdçilik edən itaətdir” (Məsəllər 15:33). Allaha ən sadiq o adamlar olur ki, onlar hər şeydən çox öz köməksizliyini dark edir və Allaha öz Rəhbəri və Güc Mənbəyi kimi güvənir. Onların gücsüzlüyünü Öz gücü və onların biliksizliyini Öz müdrikliyi ilə uyğunlaşdıraraq, Allah məhz onları güclü və müdrik edir.AP 493.3

    Əgər hər kəs özündə əsl itaət tərbiyə etsəydi, onda Rəbb Öz xalqı üçün daha çox şey edə bilərdi. Üzərlərinə Allahın məsuliyyət və ya müvəffəqiyyət yükü qoyduğu zaman özünə güvənməkdən qaça bilən və özünün Allahdan asılılığını unutmayan adamlar isə necə də azdırlar. Buna görə də Allah naminə iş üçün adamlar seçəndə Rəbb o adamlardan yan keçir ki, onları dünyada böyük və istedadlı hesab edirlər. Belə adamlar çox vaxt məğrur və özünəarxayın olurlar. Onlar özlərini o qədər güclü hesab edirlər ki, Allahın məsləhəti olmadan da keçinə biləcəklərini zənn edirlər.AP 494.1

    Yerixo ətrafında hərəkət edən Yeşua ordusunun borularının adi səsləri və Midyan ordusunu mühasirə edən Gideonun kiçik dəstəsi Allah qüvvəsinin köməyi ilə qüdrətli düşməni sarsıtmağa qadir oldular. İnsanlar tərəfindən icad olunan, lakin Allahın qüvvəsindən və müdrikliyindən kənarda olan ən mürəkkəb sistemlər Allah tərəfindən təyin olunan və təvazökarlıqla, imanla həyata keçirilən ən adi iş metodlarının yanında gücsüz olacaqlar. Məsihçilərə də onların ruhani mübarizələrində, Gideona və Nun oğlu Yeşua kənanlılarla döyüşdə zəruri olduğu kimi, Allaha etibar etmək və Onun iradəsinə tabe olmaq zəruridir. İsraillilərin müdafiəsində Öz qüdrətini təkrar-təkrar göstərərək Allah onlarda Özünə iman yaratmaq istəyirdi ki, onlar istənilən şəraitdə şübhə etmədən Onun köməyini axtarsınlar. O, indi də böyük işin yerinə yetirilməsi üçün zəif silahlardan istifadə edərək Öz xalqı ilə beləcə əməkdaşlıq etmək istəyir. Göylər ümid edir ki, biz Onun müdrikliyinə və qüvvəsinə ehtiyac hiss edirik. Allah “istədiyimizdən və ya düşündüyümüzdən artıq, tükənməz firavanlıqla, bizdə fəal olan qüdrətə görə hərəkət edə bilər” (Efeslilərə 3:20).AP 494.2

    Düşməni təqib etdikdən sonra geri qayıdan Gideonu həmvətənlərinin ittihamları və danlaqları gözləyirdi. Onun çağırışı ilə İsrail ərləri midyanlılara qarşı toplaşanda Efrayim soyu orada iştirak etməmişdi. Onlar bunu təhlükəli tədbir hesab edirdilər və Gideon onlara xüsusi müraciət etmədiyinə görə, bundan öz qardaşlarına kömək etməməkdə özlərinə haqq qazandırmaq üçün istifadə etdilər. Lakin İsrailin şanlı qələbəsi haqda xəbər onlara çatanda, onlar bu qələbəyə şərik olmadıqlarına paxıllıq etdilər. Efrayimlibr Gideonun əmri ilə midyanlıları təqib edərək İordandakı keçidləri tutdular və düşmənin qaçmasına mane oldular. Bunun sayəsində çoxlu sayda düşmən öldürüldü, onların arasında iki midyan başçısı Orev və Zevv də var idi. Beləcə efrayimlilər düşməni ardıcıl təqib edərək, İsrailin tam qələbəsinə kömək etdilər. Bununla yanaşı onlar Gideonun öz istəyi və fikri ilə fəaliyyət göstərdiyini hesab etməkdə davam edirdibr. Onlar görmürdülər ki, İsrailin qələbəsi Rəbbin əli ilə təmin edilir; onlar azad olmalarında Onun qüvvəsini və mərhəmətini qiymətləndirmədilər və məhz bu göstərdi ki, onlar Onun xüsusi seçilmiş silahı olmağa layiq deyildilər.AP 495.1

    Hərbi qənimətlə qayıdaraq onlar incikliklə Gideona irad tutdular: “Bu nə işdir başımıza gətirdin? Midyanlılarla döyüşə gedəndə niyə bizi çağırmadın?”AP 495.2

    “Sizin gördüyünüz işlərin yanında indi gördüyüm bu iş nədir ki? -Gideon onlardan soruşdu. - Efrayimin üzüm baqları Aviezerin üzüm bağının məhsullarından yaxşı deyilmi? Midyan başçıları olan Orevi və Zeevi Allah sizə təslim etdi. Axı sizin görmədiyiniz işlərin yanında mən nə edə bilmişəm?”AP 495.3

    Paxıllıq ruhu asanlıqla mübahisəyə gətirib çıxara bilərdi ki, bu da toqquşmaya və qan tökülməsinə gətirib çıxarardı, lakin Gideonun təvazökar cavabı efrayimlilərin qəzəbini sakitləşdirdi və onlar sakitliklə evlərinə yola düşdübr. İş prinsipbrinə gəldikdə möhkəm və güzəştəgetməz, müharibədə “güclü ərən” olan Gideon həm də təmkinlilik göstərdi ki, bu da çox nədir hallarda rast gəlinir.AP 495.4

    Midyanlılardan azad olduqlarına görə təşəkkür əlaməti olaraq İsrail xalqı Gideona onların padşahı olmağı təklif etdi və onun törəməbrini də taxt-taca təsdiq etmək niyyətində oldu. Bu təklif İlahi hakimiyyət prinsipinin tam pozulmasi idi. İsrailin padşahı Allah idi və taxtda insan oturtmaq İlahi padşahı inkar etmək idi. Gideon bunu dark edirdi. Onun cavabı göstərdi ki, onun niyyəti necə də təmiz və xeyirxahdır. Gideon onlara dedi: “Nə man sizin üstünüzda hakimlik edəcəyəm, nə da oğlum. Sizə hökmranlığı Rabb edacak”.AP 495.5

    Lakin Gideon başqa bir səhvə yol verdi ki, bu səhv onun ailəsini və bütün israilliləri bədbəxtliyə düçar etdi. Böyük mübarizədən sonra yaşanan rahatlıq, adatan yaşanmış çətinliklərdən da tahlükali olur. Gideon da məhz bu təhlükə ilə üzlaşdi. O, xülyaya düşdü. İndiyə qədər o, Allahın iradəsinə tabe olurdu, ancaq indi o, Allahın yeni əmrlərini gözləmək əvəzinə, öz yeni planlarını qurmağa başladı. Allahın qoşunları növbəti qəbbəni qazananda, şeytan gücünü iki dəfə artırdı ki, Tanrının işinə mane olsun. O, Gideona elə fikirlər təlqin edirdi ki, onların köməyi ilə İsrail xalqını düz yoldan çıxarmaq olardı.AP 496.1

    Gideona əmr olunmuşdu ki, o, mələyin göründüyü qayada qurban gətirsin, buna görə də o, qərara gəldi ki, o rəsmi sürətdə kahin elan olunmuşdur. Allahın əmrini gözləmədən o, səyyar məbəddəki ibadətə bənzər ibadət üçün münasib yer aramağa başladı. Xalqın xeyirxah münasibətindən istifadə edən Gideon üçün öz fikrini yerinə yetirmək çətin olmadı. Onun xahişilə midyanlılardan alınan bütün qızıl sırğaları ona verdilər. Xalq çoxlu digər sərvətləri və Midyan rəislərinin bahalı geyimlərini də topladı. Toplanmış əşyalardan Gideon ilk kahinlərin geyimlərinə uyğun efod və sinəbənd düzəltdi. Onun hərəkətləri özü, ailəsi və bütün İsrail xalqı üçün tələ oldu. Bu qanunsuz ibadət ona gətirib çıxartdı ki, onlar tamamilə Allahı unutdular və bütlərə ibadət etdilər. Gideonun ölümündən sonra bir çox adam, həmçinin onun ailəsi də bütpərəst oldu. Xalq, bir vaxt onların bütlərini dağıdan adamın özü tərəfindən Allahdan uzaqlaşdırılmışdı.AP 496.2

    Yalnız az adamlar başa düşürlər ki, söz və əməllər necə böyük təsir göstərir. Çox vaxt valideynlərin səhvi onlar məzara girdikdən çox illər sonra, özlərinin uşaqlarına və nəvələrinə yüksək dərəcədə məhvedici təsir göstərir. Hər bir adam başqalarına təsir göstərir və bu təsirin nəticəsinə görə hesabat verməli olacaqdır. Bizim sözbrimiz və hərəkətbrimiz inandırıcı qüvvəyə malikdir, ancaq xeyli zaman keçdikdən sonra bizim dünyəvi həyatımızın göstərdiyi təsiri görmək olacaq. Bizim sözlərimiz və əməllərimizlə yaranan təsir özümüzə xeyir- dua və ya lənət kimi görünəcək. Bu bizim həyatımızı tamamilə məsuliyyətli edir və bizi müti dualarla Allaha tərəf cəlb etməlidir ki, O bizi Öz müdrikliyi ilə idarə etsin.AP 496.3

    Yüksək mövqeli adamlar asanlıqla yanlış istiqamətə yönəldə bilərlər. Ən müdriklər də səhv edirlər; ən güclülər də büdrəyə bilərlər. Göylərin nurunun bizim həyat cığırımızı işıqlandırmasına necə də ehtiyac duyuruq. Bizim yeganə müdafiəmiz ondan ibarətdir ki, yalnız “Məni izlə” deyənə inanmalıyıq.AP 497.1

    Gideonun ölümündən sonra “İsrail övladları ətraflarındakı bütün düşmənlərinin əlindən onları azad edən özlərinin Allahı Rəbbi yada salmadılar. Yerub-Baalın, yeni Gideonun İsraillilərə etdiyi bütün xeyirxahlığın əvəzinə onun nəsli ilə yaxşı rəftar etmədilər”. İsrail xalqı öz hakimləri və xilaskarları Gideona olan borclarını unudub Gideonun qanunsuz oğlu Avimeleki şah seçdilər, o da öz hakimiyyətini möhkəmləndirmək üçün birindən başqa Gideonun bütün qanuni uşaqlarını öldürdü. İnsanlar Allah qorxusunu unudanda, onlar üçün vicdanlarını və sədaqətlərini itirmək çətin olmur. İlahinin mərhəmətini qiymətləndirməyi bacaran, Onun xalqının xeyir-duası üçün Onun əlində Gideon kimi silah olanları da qiymətləndirməyi bacarar. Allaha belə qara naşükürlük göstərən İsrail xalqı kimi xalqdan Gideonun evinə amansız münasibət gözləmək olardı.AP 497.2

    Avimelekin ölümündən sonra Allahdan qorxan hakimlərin hakimiyyəti bir müddət bütpərəstliyin təsirinin qarşısını aldı, ancaq sonra xalq onlan əhatə edən bütpərəst tayfaların adətlərinə yenidən döndülər. Şimal tayfalarının arasında çoxları Sidon və Siriya allahlarına itaət edirdilər. Cənub-qərbdə fıliştli bütləri, şərqdə isə Moav və Ammon allahları İsrail xalqının ürəyini onların atalarının Allahından döndərdir. Ancaq dönüklüyün ardınca tezliklə cəza gəldi. Ammonlular şərq soylarını fəth edib, İordanı keçdilər və Yəhuda ilə Efrayimin sərhədlərinə təcavuz etdilər. Qərbdə filiştlilər öz dənizkənarı düzəngahlarından hücum edir, hər şeyi qarət edir və yandırırdılar. Sanki İsrail yenidən amansız düşmənin ixtiyanna buraxılmışdı.AP 497.3

    Xalq nifrət və təhqir etdiyinə yenidən kömək üçün müraciət etdi. “İsrail övladları Rəbbə fəryad edib dedilər: Sənə qarşı günah etmişik, Allahımızı atıb Baal bütlərinə qulluq etmişik”. Ancaq onlar həqiqətən peşman olmamışdılar. Xalq Allahın adını bədnam edib, Onun müqəddəs qanununu pozmuşdu, bunun üçün də öz günahkar həyatı ilə özünü dərdə saldığına görə acı çəkirdi. Həqiqi peşmançılıq günah üçün çəkilən dərddən böyük hissdir. Bu, şərin qarşısını almağın həllidir.AP 497.4

    Allah onlara Öz peyğəmbərlərindən biri vasitəsilə cavab verdi: “Sizi Misirlilərdən, Emorlulardan, Ammon övladlarından və Filiştlilərdən Mən qurtarmadımmı? Sidonlular, Amaleqlilər, Maolular sizi sıxışdıranda da Mənə fəryad etdiniz və sizi onların əlindən qurtaran Mən deyildimmi? Amma siz Məni atıb başqa allahlara qulluq etdiniz, buna görə də bir daha sizi qurtarmayacağam. Gedin seçdiyiniz allahlara fəıyad edin, qoy bu əzablı vaxtınızda onlar sizi qurtarsınlar”. Bu təntənəli və qəzəbli sözlər bizim xəyalımızda başqa səhnəni, Allahın mərhəmətini rədd edən və Onun lütfünə nifrət edənlərin Onun ədaləti ilə üz-üzə gələcəkbri böyük qiyamət gününü canlandırır. Bu məhkəmədə onlar Allahın onlara verdiyi vaxtı, imkanları, əqli keyfiyyətləri bu dünyanın allahlarına sərf etdikləri üçün cavab verməli olacaqlar. Onlar dünyəvi əybncələrə görə öz həqiqi və sevən Dostlarını tərk etdilər. Onlar bir müddətdən sonra Allahın yoluna dönməyi düşünürdülər, lakin boş əyləncələr, geyimdə lovğalıq, iştahda nəzarətsizlik onların ürəklərini elə amansızlaşdırdı, vicdanlarını elə kütbşdirdi ki, onların qəlbləri həqiqətin səsinə etinasız oldu. Onlar öz borclarına biganə qaldılar. Onlar əbədi qiyməti olanı qiymətləndirmədilər və onların qəlbi insana bu qədər çoxlu şeybr Bəxş Edənə qurbanlar vermək istəyini tamamilə itirdi. Amma onlar nə əkiblər, məhsul vaxtı onu da biçəcəklər.AP 498.1

    Allah deyir: ” Sizi çağıranda məni rədd etdiniz, əlimi uzadanda əhəmiyyət vermədiniz. Bütün nəsihətbrimi boş saydımz, məzəmmətbrimi qəbul etmədiniz. Ona görə də... dəhşət sizi bürüyəndə, tufan kimi dəhşət sizə hücum çəkəndə, sizə qasırğa kimi bəla gələndə... o vaxt məni çağıranlara cavab verməyəcəyəm, səylə axtarsalar da, məni tapa bilməyəcəkbr. Çünki onlar biliyə nifrət etdibr. Rəbdən qorxmaq istəmədibr, nəsihətimi istəmədibr, hər məzəmmətimi rədd etdilər. Buna görə də öz yollarının bəhrəsini yeyəcəklər, öz nəsihətləri ilə doyacaqlar”. “Mənə qulaq asanlarsa əmin-amanlıqda yaşayacaq, rahatlıq tapacaq, pislikdən qorxmayacaq”. (Məsəllər 1:24-31,33).AP 498.2

    İndi israillilər Allaha tabe olub, “yad allahları rədd etdibr və Allaha itaət etməyə başladılar”. Atanın məhəbbətlə dolu ürəyi dərindən qüssələnərək “İsrail xalqının əzablarına dözmədi...”. Ah, bizim Allahımızın səbrli rəhmi! Xalq onlan Allahdan uzaqlaşdıran günahkar həyatdan imtina edəndə, O, onların dualarını eşitdi və həmin anda kömək etməyə başladı.AP 499.1

    Onların xilaskarı ammonlularla müharibə aparan və onlara qalib gələn Gileadlı İftax oldu. Bu vaxta qədər İsrail on səkkiz il öz düşmənlərinin zülmündən əzab çəkmişdi, ancaq bu dərslər tezliklə unudulmuşdu. Xalq yenidən günahkar həyata qayıdanda Allah yol verdi ki, onların qüdrətli düşməni fıliştlilər onu sıxışdırsın. Çox illər bu amansız və döyüşkən xalq daim İsraili cana gətirmiş, hərdənbir onları əsarətə salmışdı. Bu bütpərəstlərə qarışmış, onlarla bütlərə sitayiş və əyləncələri bölüşmüş İsrail, görünürdü ki, həmin ruh və həmin maraqlara yiyələnmişdi. Nəticədə bu ötəri dostlar İsrailin qəzəbli düşmənləri oldular və istənilən hiyləyə əl atdılar ki, onu məhv etsinbr. İsrail kimi məsihçilər də tez-tez dünyanın təsirinə düşür və allahsızlarla dostluq əlaqəsi saxlamaq üçün onun prinsip və adətlərini qəbul edirlər, ancaq nəticədə aydın olur ki, bu yalançı dostlar ən təhlükəli düşmənlərin eb özüdür. Müqəddəs Kitab aydın öyrədir ki, Allah xalqı ilə dünya arasında heç bir ittifaq ola bilməz. “Mənim qardaşlanm, əgər dünya sizə nifrət edirsə, buna təəccüb etməyin”. (1 Yəhya 3:13). Bizim Xilaskarımız deyir: “Əgər dünya sizə nifrət edirsə, bilin ki, sizdən əvvəl Mənə nifrət etmişdir”. (Yəhya 15:18). Şeytan ikiüzlü dostluq maskası altında kafirlər vasitəsilə təsir göstərərək Allahın xalqını günah toruna cəlb edir və Tanrıdan uzaqlaşdınr, Onun müdafıəsindən məhrum olanda isə zalım mələkləri ona qarşı yönəldir və məhv etməyə çalışır.AP 499.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents